Məhkəmə qərarları › İş №2-2(102)-295/2020

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-295/2020

30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-295/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARDAD (barışıq sazişinin təsdiq edilməsi barədə) iş № 2-2(102)-295/20 Bakı şəhəri xx xxxxxxxx 2020-ci il 30.09.2020 Açar sözlər: barışıq sazişinin təsdiq edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər Azər Hüseynov və Bəhram Məmmədlidən ibarət tərkibdə, məhkəmə iclasının katibi Elgün Lətifovun, İddiaçı MMC-nin vəkili, Cavabdeh MMC-nin vəkili Vəkil2 iştirakları ilə, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi xx tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-cı il tarixli, e-2-2(103)-153/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə başlanılmış icraat zamanı barışıq sazişinin təsdiq edilməsi barədə tərəflərin birgə ərizələrinə açıq məhkəmə iclasında baxılmışdır. İddiaçı MMC (bundan sonra mətndə iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Yükdaşınması xidmətlərinə dair” xx xxxxxx 2019-cu il tarixdə 005/2019 LGST saylı müqavilədə göstərilən öhdəliklər üzrə əsas borc 12.093,48 manat, dəbbə pulu 2.418,7 manat, hüquqi xidmətə görə ödənilən 1000 manat və ödənilmiş dövlət rüsumu 30 manat, cəmi 15.542,18 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı qa rşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin yükdaşıma müqaviləsi üzrə öhdəliklərini tam və vaxtında icra etmədiyinə görə 6.623 manat məbləğində dəymiş real zərər, 3.269 manat məbləğində əldə edəcəyi gəlirlərin əvəzi (əldən çıxmış fayda), 650 manat məbləğində vəkil xidmətlərinə görə ödənilmiş xərc, 45 manat məbləğidə faiz məbləği, cəmi 10.587 manat pul məbləğinin, həmçinin iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun tutulması, ilk iddia tələbinin cərimə məbləğinin və vəkil xidmətlərindən istifadəyə görə çəkilmiş xərclərin ödənilməsi hissəsində təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh bildirmişdir ki, tərəflər arasında bağlanmış yüklərin daşınması sahəsində tərəflərin qarşılıqlı səmərəli əməkdaşlığını tənzimləyən “Yükdaşıma xidmətlərinə dair” xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə xx xxxxxx 2019-cu il tarixli Silfer-Tecfrigo-Bakı; xx xxxxx 2019-cu il tarixli Çexiya-İtaliyaFransa-İtaliya-Bakı; xx xxxxx 2019-cu il tarixli İstanbul-Bakı istiqamətində üç yükdaşıma həyata keçirilmişdir. Müqavilə üzrə hər üç yükdaşımasında nəzərdə tutulmuş qaydada yüklər tam şəkildə cavabdehə təhvil verilmiş, yüklər qəbul edilərkən sifarişçi tərəfindən yoxlanılmış, keyfiyyət, miqdar, çeşid fərqi və ya hər hansı bir çatışmazlıq aşkar edilməmişdir. Lakin sifarişçi tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəlik qismən yerinə yetirilərək, yalnız birinci yükdaşınması üzrə ödəniş edilmiş, ikinci və üçüncü yükdaşınmaları üzrə hesab-fakturaların təqdim edilməsinə baxmayaraq, qalıq məbləğlər ödənilməməklə faktiki olaraq müqavilə üzrə nəzərdə tutulan öhdəlik icra edilməmişdir. Buna görə də tərəflər arasında imzalanmış müqavilənin 4.14-cü bəndi ilə nəzərdə tutulmuş dəbbə pulu da nəzərə alınmaqla ümumilikdə, cavabdehin müqavilə üzrə (9.373,48 +2.720) 12.093,48 manat əsas, (1.874,7 + 544) 2.418,7 cərimə, cəmi 14.512,18 manat məbləğində borcu yaranmışdır. Həmin borc məbləğinin ödənilməsinə dair ilk iddia üzrə cavabdehə pretenziya məktubu ünvanlanmış, lakin müqavilə üzrə öhdəliyinin yerinə yetirilməsinə yönəldilmiş hərəkətlər icra olunmamış və məktuba cavab veriməmişdir. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı bildirmişdir ki, tərəflər arasında bağlanmış “Yükdaşıma xidmətlərinə dair ” müqavilənin şərtləri ilk daşıma zamanı vaxtında icra olunsa da, növbəti yükdaşımaları zamanı kobud şəkildə pozulmuşdur. Belə ki, İtaliya-Bakı marşrutu üzrə yük daşımalarının 14-15 gün ərzində, yəni ən gec xx xxxxx 2019-cu il tarixinə kimi təqdim edəcəyi barədə iddiaçı üzərinə öhdəlik götürmüş, lakin həmin mallar gecikmə nəticəsində yalnız xx xxxxx 2019-cu il tarixdə təqdim edilmişdir. Habelə, malların daşınması zamanı onların zədələnməsi nəticəsində 250 manat məbləğində təmir xərci, 1330 avro məbləğində dəyişdirilməli olan ehtiyyat hissələrinə görə əlavə xərc çəkilmişdir. Türkiyə-Bakı yükdaşıması zamanı malların xx xxxxx 2019-cu il tarixində təqdim edilməsi öhdəliyini iddiaçı daşısa da, onları 2 gün sonra, xx xxxxx 2019-cu il tarixdə terminala çatdırmışdır. Malların, yəni paltar asılqanl arında bir çox sınıqların meydana gəldiyi və onların istifadəyə yararsız olduğu yerindəcə müəyyən olunaraq, dərhal ekspeditorun nümayəndəsinə məlumat verilmiş, onun səlahiyyətli nümayəndəsi müvafiq faktın mövcudluğunu təsdiq etmişdir. Yüklər təhvil verilən zaman qaimə, təhvil-təslim aktı, yazılı spesifikasiya təqdim edilməmişdir. Buna görə də tərəflər arasında razılaşmaların əksəriyyəti elektron poçt və “WhatsApp” mobil tətbiq yazışmaları ilə aparılmışdır. Bununla da, ilk iddia üzrə iddiaçının təqsiri nəticəsində ilkin olaraq 8 gün, daha sonrakı daşıma zamanı isə 2 günlük gecikmə nəticəsində əlavə icarə haqqı ödənilmiş, malların gec təqdim olunması nəticəsində iaşə obyekti nəzərdə tutulmuş vaxtda fəaliyyətə başlaya bilməmişdir. İcarə haqqının ödənilməsi ilə əlaqədar məruz qaldığı zərərin m əbləği 3.876 (628/30 x 10) manat təşkil edir. Aprel ayında cəmi 127 manat gəlir əldə edilmişdir ki, nəticədə sonrakı may ayı ilə müqayisədə 3.269 (9935-127)/30x10) manat məbləğində real gəlirdən məhrum olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, e-2-2(81)1054/2019 saylı qətnaməsi ilə (hakim Aytən Oruczadə) ilk iddia tələbi təmin edilmiş, ilk iddia üzrə cavadehdən 12.093,48 manat məbləğində əsas borc, 500 manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun 20 manat hissəsinin tutulması, qalan hissədə ilk iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin olunmaması qət edilmişdir. Həmin məhkəmə ilk iddia tələbi üzrə hesab etmişdir ki, ilk iddia üzrə iddiaçı yükdaşıma müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, ilk iddi a üzrə cavabdeh tərəfindən hesab-fakturalar üzrə yalnız Silfer-Tecfrigo (İtaliya) - Bakı marşrutu ilə həyata keçirilmiş yükdaşıma xidmətinin dəyəri ödənilmişdir. Cavabdehin izahatından və qarşılıqlı iddia ərizəsinin məzmunu ilə onun iddianı qismən (12.093,48 manat məbləğində borcu) etiraf edərək mübahisələndirmədiyi üçün, borcun həmin hissəsi cavabdeh tərəfindən qəbul edilmiş kimi qiymətləndirmişdir. Tələb olunan dəbbə pulunun məbləği tənasübsüz dərəcədə yüksək hesab edilərək 500 manat müəyyən edilmiş, habelə hüquqi yardıma görə ödənilmiş pulun hazırki iş ilə əlaqəli olmasına dair hər hansı bir sübut mövcud olmaması əsası ilə təmin edilməmişdir. Qarşılıqlı iddia tələblərinə münasibətdə məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı ümumilikdə 10 gün gecikmənin olduğunu iddia etsə də, yalnız 3 günlük gecikmənin olmasını sübuta yetirə bilmişdir ki, həmin gecikmələrlə bağlı endirim edilmişdir. Digər gecikmə günləri ilə bağlı mötəbər sübutlar təqdim edilmədiyindən, hər iki daşıma üzrə yükün gecikməsi nəticəsində qarşılıqlı iddiaçının 3.876 manat məbləğində zərərin tələb etməsi tam əsassızdır. Çexiya-Bakı istiqamətində çatdırılan yüklərdə qüsurun məhz daşıma zamanı baş verdiyinə dair hər hansı mötəbər sübut təqdim edilməmiş və qarşılıqlı iddiaçı tərəfindən qüsurların aşkar olunduğu zaman daşıyıcıya dərhal xəbər verilməmişdir. Hüquqi xidmətə görə qeyd olunmuş məbləğin ödənilməsini qarşılıqlı iddiaçı sübuta yetirə bilməmişdir. Dəymiş zərər ilə bağlı iddia tələbi təmin edilmədiyindən, qarşılıqlı iddiaçının əsas tələblə bağlı olan digər tələbləri təmin edilməmişdir. Həmi n qətnamədən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək, onun qismən - 500 manat məbləğində cərimə tutulması və qarşılıqlı iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi, cərimə məbləğinin tutulması hissəsində ilk iddia tələbinin rədd olunması, qarşılıqlı iddia tələbinin təmin olunması və apellyasiya şikayəti verilməsinə görə ödənilmiş 15 manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli, e-2-2(103)-153/2020 saylı qətnaməsi ilə (sədrlik edən hakim Vüsalə Baxışova, hakimlər Raqib Qurbanov və Cahangir Yusifov) ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, b irinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsinin qətnaməsi Apellyasiya instansiya məhkəməsinin qətnaməsində işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Tərəflər arasında mübahisə xx xxxxxx 2019-cu il tarixdə bağlanmış 005/2019 LGST nömrəli “Yükdaşınması xidmətləri” müqaviləsindən irəli gəlir, müqavilədə öhdəliyin icrası üçün müddət müəyyən edilməmişdir. Həmin müqavilənin: - 1.2-ci bəndinə əsasən, yükün çatdırılma tarixi hər yüklənmə üçün tərtib edilməli olan spesifikasiyada göstərilməlidir; - 2.1-ci bəndinə əsasən, müştəri ekspeditor xidmətlərinin qarşılığı olan ödənişi əvvəlcədən təqdim olunmuş hesab-faktura və spesifikasiya əsasında nəğd və ya bank köçürmə yolu ilə hesab-faktura təqdim olunduqdan sonra 5 iş günü ərzində ödənilməlidir; - 4.14-cü bəndinə əsasən, ekspeditorun təqdim etdiyi hesab-faktura vaxtında ödənilmədikdə, ödəmə gecikdirildiyi hər gün üçün sifarişçi hesab-faktura məbləğinin 3% həcmində dəbbə ödəməlidir, lakin dəbbə hesab-faktura dəyərinin 20%-dən artıq olmamalıdır. Həmin müqavilə əsasında iddiaçı “Ekspeditor” qismində “Sifarişçi” cavabdehə məxsus yüklərin Çexiya-İtaliya-Fransa-İtaliya-Bakı və İstanbul-Bakı marşrutu üzrə daşınmasını həyata keçirmiş, birinci daşıma xx xxxxx 2019-cu il tarixdə, ikinci daşıma xx xxxxx 2019-cu il tarixdə başa çatmışdır. xx xxxxx 2019-cu il tarixli, № 4 saylı və xx xxxxx 2019-cu il tarixli, № 6 saylı hesab fakturalardan görünür ki, iddiaçı Çexiya, İtaliya, Fransa, İtaliya-Bakı marşrutu ilə həyata keçirilmiş yükdaşıma xidmətinin dəyəri olaraq - gecikmə səbəbi ilə 200 euro güzəşt edilməklə - 9.373,48 manat məbləğin və İstanbul-Bakı marşrutu üzrə yükdaşıma xidmətinin dəyəri olaraq 2.720 manat məbləğin 5 iş günü ərzində ilk iddia üzrə cavabdeh tərəfindən ödənilməsini tələb etmişdir. “İsbak Texniki Xidmət” şirkəti və Cavabdeh MMC arasında imzalanmış xx xxxxx 2019-cu il tarixli xidmətlərin göstərilməsinə görə təhvil aktı təqdim edilmişdir. Həmin aktda “İndustrial washer uy 180” markalı qurğunun quraşdırıldığı, quraşdırılarkən zəruri elementlərdən biri “kontrol paneli”nin zədələnmədən irəli gələn mühüm qüsurlara malik olduğu və qüsurlumhissənin avadanlığın funksiyalarına təsir etdiyi, nöqsanlı detalın dəyişdirilməsi üçün 250 manat xərc tələb olunduğu qeyd edilmişdir. XXX1 şirkətinin xx xxxxxxxx 2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, təchiz edilmiş yuyucu avadanlığa 1 illik qarantiya verilmiş, “Uy 180” markalı sənaye tipli yuyucunun idarəetmə panelində mövcud olan qüsurlar zədə səbəbindən yarandığından istehsal qüsurları üçün təqdim edilən qarantiya müvafiq təmir xərclərini əhatə etməyəcəkdir. Sonuncu daşıma üzrə yük xx xxxxx 2019-cu il tarixdə təhvil verildiyi halda zədələrlə bağlı daşıyıcıya pretenziya xx xxxx 2019-cu il tarixdə göndərilmişdir. İddiaçının İddiaçıik meneceri xxx həm birinci instansiya məhkəməsində, həm də işə apellyasiya qaydasında baxılarkən şahid qismində dindirilmiş və ifadəsində bildirmişdir ki, mübahisə predmeti olan daşımalar ilə bağlı xx xxxx 2019-cu il tarixdə iddiaçının əməkdaşı sifariş vermiş, ona qrupaj və individual (ekspres) daşımaların qiymətləri və daşımanın 1416 gün ərzində həyata keçiriləcəyi barədə məlumat verilmiş, həmçinin, qrupaj daşımanın hansı qaydada həyata keçirildiyinə dair izah verilmişdir. xx xxxx 2019-cu il tarixdə Çexiya yükü təhvil verilmişdir. “Pick up”-dan sonra malların müvafiq istiqamətlər üzrə son məntəqəyə çatdırılması 14-16 gün təşkil edir. “Concord Fransa” yükündə EORİ nömrəsinin səhv verilməsi ilə əlaqədar sənədlərin hazırlanmasında ləngimə baş vermişdir. Cavabdeh gecikmənin 8 gün ərzində iddiaçı tərəfindən baş verdiyini qeyd etsə belə, həmin daşıma üzrə yalnız 1 gün - maşının texniki səbəbindən gecikmə baş vermişdir. İstanbul-Bakı istiqamətinə gəldikdə isə, “pick up” tarixi 3-4 gün qeyd edilsə belə, həmin tarixdə həyata keçirilməsi mümkün olmamışdır. Səbəbi yüklərin anbarlardan gec alınmasıdır. Buna səbəb isə iddiaçı deyil, yükü anbara gətir əndir. Həmin gecikmələrlə bağlı endirim edilmişdir. Cavabdeh tərəfindən xx xxxxx 2019-cu il tarixdə açılışın olmasına dair məlumat verilmişdir. Şahidin ifadəsindən, o cümlədən tərəflər arasında telefon və elektron poçt vasitəsi ilə həyata keçirilmiş yazışmalardan görünür ki, əvvəlcədən yüklərin çatdırılacağı tarix konkret olaraq müəyyən edilməmiş, daşıyıcı şirkətin əməkdaşı yüklərin təxmini və ehtimala əsasən çatdırıla biləcəyi ağlabatan müddətlər barədə məlumat vermişdir. İşin bu hallarına və sübutlara əsaslanmaqla apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən həyata keçirilmiş daşınma xidmətinin haqqı hesab-faktura təqdim edildikdən 5 gün sonra ödənilmədiyindən, müqavilə şərtlərinə və mülki qanunvericiliyin tələbinə əsasən dəbbə pulu ödənilməlidir. Cavabdehin daşıyıcı şirk ətə qarşı iddialarının olması isə onu daşınma haqqını ödəmək vəzifəsindən azad etmir. (cərimə ilə bağlı) Qarşılıqlı iddiaya münasibətdə məhkəmə hesab etmişdir ki, daşınması həyata keçirilmiş “Uy 180” markalı sənaye tipli yuyucu quraşdırılarkən onun idarəetmə panelində zədə olduğu təsdiq edilsə də, zədənin daşınma zamanı daşıyıcının qəsdi və ya kobud ehtiyatsızlığı nəticəsində baş verməsi ilə əlaqədar məhkəməyə mötəbər sübutlar təqdim edilməmiş və daşıyıcıya yükün çatdırılmasından ən geci səkkiz gün keçənədək bu barədə bildiriş verilməmişdir. Bundan əlavə, tərəflər arasında bağlanmış yükdaşınma müqaviləsində öhdəliyin icrası üçün müddət müəyyən edilməmiş və daşımalar zamanı müvafiq spesifikasiyalar tərtib edilməmiş, tərəflər arasında hər dəfə yüklərin daşınması ilə bağlı sifariş, daşınmanın qiyməti və təxmini müddəti telefon və elektron poçt vasitəsilə razılaşdırılmışdır. Tərəflərin yazışmalarından görünür ki, xaricdən qrupaj yüklərin daşınması üçün ağlabatan müddət 14-15 gün müəyyən edilmişdir. Çexiyadan göndərilən yüklərin xx xxxx 2019-cu il tarixdə yükləndiyi nəzərə alınarsa daşınma zamanı hər hansı problem olmadığı halda 03-04 aprel tarixlərində çatdırılmalı idi. Lakin “Concord Fransa” yükünə EORİ nömrə səhv verildiyinə görə sənədlərin hazırlanmasında ləngimə olduğu üçün yük xx xxxxx 2019cu il tarixdə, yəni nəzərdə tutulmuş ağlabatan müddətdən təxminən 7 gün gec çatdırılmışdır. İstanbul-Bakı marşrutu üzrə daşınmada da gecikmə günlərinin sayı 7 gündən artıq olmadığından, icranın gecikdirilməsi hesab edilmir və mülki qanunvericiliyin tələblərinə əsasən daşıyıcının hər ik i halda yüklərin bir neçə gün gec çatması ilə əlaqədar məsuliyyəti istisna olunur. Tərəflər arasında bağlanmış müqavilədə də yüklərin razılaşdırılmış müddət ərzində çatdırılmamasına və icranın gecikdirilməsinə görə daşıyıcının məsuliyyəti nəzərdə tutulmamışdır. Müqaviləyə müvafiq şərti daxil etməklə tərəflər daşımanın daşıyıcının təqsirindən asılı olmayan hər hansı səbəblə əlaqədar gecikməsinin mümkünlüyü ilə razılaşmış, ekspeditorun üzərinə yalnız sifarişçini bu barədə məlumatlandırmaq vəzifəsi qoyulmuşdur. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.4, 445.5, 465.2, 859.2, 859.5-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qətnamədən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı kassasiya şikayəti verərək, onun ləğv, ilk iddia tələbinin cərimə məbləğinin və vəkil xidmətlərinə görə haqqın tutulması (belə tələb təmin olunmayıb 1-ci instn-dan) hissəsində rədd edilməsi və qarşılıqlı iddia tələblərinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, apellyasiya instansiyası malların daşıyıcı tərəfindən nəzərdə tutulmuş vaxtdan gec və lazımi qaydada çatdırılmaması ilə bağlı qanunvericiliyin müddəalarını düzgün tətbiq etməmişdir. Tərəflər arasında bağlanmış müqavilədə daşınmanın müddəti qeyd olunmasa da, aparılmış yazışmalarda müvafiq müddət müəyyən edilmiş, habelə mövcud praktika və öhdəliyin tərəflər arasında razılaşdırılmış şərtləri həmin müddətin 12-14 gün olmasını təsbit etmişdir. Tərəflər arasında müvafiq razılıq olmadığı hesab olunsa belə, daşıyıcı xidmətl əri ağlabatan müddətdə göstərilməli idi. Lakin iddiaçı müəyyən edilmiş ağlabatan müddətdə öz öhdəliklərini icra etməmiş və bunun nəticəsində onlara zərər vurulmuşdur. (iddiaçının müddətlərə riayət edilməməsi) Daha bir dəlillə bildirilmişdir ki, daşınan yüklərdə zədənin olması ilə bağlı qarşı tərəfə səkkiz gün ərzində məlumat verilməməsinin səbəbi, həmin zədənin elektron avadanlıqlarda proqram təminatının pozulması, yəni gözlə görünməsi mümkün olmayan qüsurlarla bağlı olmasıdır. Həmin səkkiz günlük müddət daşıyıcıya qarşı iddialar olmasına baxmayaraq malların şərtsiz qəbul edilməsindən və ödənilməsi öhdəliklərindən istisna hal kimi çıxış edir və bu daşıyıcıya qarşı həmin müddətdən sonra mülki qanunvericiliyinin digər müddəasına əsasən iddia qaldırılmasını qadağan etmir. Digər dəlilə görə, a vadanlıqları quraşdıran icraçı şirkət tərəfindən təsdiq edilmiş aktdan da göründüyü kimi, proqram təminatında baş verən qüsurlar zədə nəticəsində yaranmışdır. Daşınan malların təchizatçının anbarından bilavasitə daşıyıcı tərəfindən götürüldüyünü və son məntəqəyə (Bakıya) kimi yük daşıyıcının nəzarətində olduğu nəzərə alınarsa, həmin mallara dəymiş zədənin daşınma zamanı yarandığı müəyyən olunur. Habelə, cavabdeh tərəfindən ikinci və üçüncü yükdaşımaları zamanı müqavilə şərtlərini lazımınca icra etməməsi, heç bir təhvil-təslim aktının imzalanmaması öhdəliklərin qarşılıqlı icrasına dair mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozulmuş olmasını göstərir. Bu isə öz növbəsində sifarişçiyə müvafiq zərərin ödənilənə kimi müqavilə üzrə nəzərdə tutulmuş xidmət haqqının ödənilməsi üzrə öhdə liyini dayandırmağa əsas verir. Qanunvericiliklə ödəniş öhdəliyinin dayandırılması isə daşıyıcının xidmət haqqının ödənilməməsinə görə cərimə məbləğinin hesablanması imkanını istisna edir. (cərimə ilə bağlı) Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi daşıyıcı şirkətə qarşı iddiaların olmasının daşıma haqqını ödəmək vəzifəsindən azad etmədiyi qənaətinə gəlmişdir. Halbuki, mülki qanunvericilikdə daşıyıcının kobud ehtiyatsızlığını istisna hal kimi müəyyən etmişdir. Daşınan mallara daşıma zamanı mühüm dərəcədə ziyan dəyməsi və onların qabaqcadan razılaşdırılmış müddətdən çox daha gec müddətdə çatdırılması da daşıyıcının kobud ehtiyatsızlığı kimi qiymətləndirilməlidir. Dəlillərinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404, 427.2, 427.4, 441.1, 441.2, 859.5, 861-c i maddələrinə istinad olunmuşdur. Tə r ə f l ə r i n iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının və cavabdehin vəkilləribirgə ərizə ilə müraciət edərək aralarında bağlanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdrilər. Tərəflərin məhkəməyə təqdim etdikləri xx xxxxxxxx 2020-ci il tarixli barışıq sazişindən göründüyü kimi, ilk iddiaçı təmin olunmuş ilk iddia tələbinin məbləğinin azaldılması və ilk cavabdeh tərəfindən ödənilməli olan məbləğin dövrlərlə ödənilməsi öhdəliklərini üzərinə götürmüşlər və iş üzrə icraata xitam verilməsini xahiş etmişdirlər. Hüquqi məsələlər Kassasiya icraatı zamanı tərəflər təqdim etdiyi birgə ərizədə aralarında barışıq sazişinin bağlanmasını, onun səlahiyyət li şəxslər tərəfindən imzalanmasını və bununla bağlı barışıq sazişinin təsdiq olunmasını xahiş etmişdirlər. Məsələyə qiymət verərkən məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Barışıq sazişinin bağlanması halları və şərtləri Azərbaycan Respublikası MPM-nin aşağıdakı müddəalarında əks olunmuşdur: - 5.4-ci maddəsinə əsasən, qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar (tərəflər) məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər; - 14.3-ci maddəsinə əsasən, məhkəmə tərəflərə məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər; - 52.3-ci maddəsinə əsasən, tərəflər məhkəm ə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər; - 52.4-cü maddəsinə əsasən, məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır; - 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; - 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cav abdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; - 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; - 261.0-ci maddəsinə əsasən, hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir:261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə; - 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Sadalanmış müddəalardan göründüyü kimi, tərəflər mübahisənin həllini barışıq sazişi ilə tamamlaya bilər və məhkəmə prosesin istənilən mərhələsində məhkəməyə bu barədə ərizə ilə müraciət etmək hüququna malikdirlər. Barışıq sazişinin bağlanmasından imtina edilməsi üçün əsaslar onun qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozulması təşkil edir. Məhkəmə barışıq sazişini təsdiq edən ə qədər tərəflərə onun prosessual nəticələrini izah etməli və iş üzrə icraata xitam verməlidir. Bu müddəaları təqdim edilmiş ərizəyə və barışıq sazişinə münasibətdə tədqiq edərək müəyyən edilmişdir ki, iş üzrə üçüncü şəxslər cəlb edilməmiş və hazırki mübahisə tərəflər arasında yükdaşınması xidmətlərinə dairmüqavilədən irəli gələn münasibətlərlə bağlı olmuş, barışıq sazişinin iddia tələbləri çərçivəsində təsdiq edilməsi mülki prosessual qanunvericiliyin tələblərinə zidd deyildir. Həmçinin, tərəflərə eyni predmet üzrə və eyni əsaslarla mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi ilə bağlı Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri izah olunmuşdur. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, barışıq sazişinin 5-ci bəndində ifadə edilmiş razıla şma Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələblərinə uyğun olaraq tərtib olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 417.1.5-ci maddəsinə əsasən,kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə yaxud qismən ləğv edib, (...) və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416 və 417-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC-nin direktoru Ceyhun Mustafayev və Cavabdeh MMC-nin direktoru xx tərəfindən barışıq sazişinın təsdiq edilməsi barədə ərizələri təmin edilsin. İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış barışıq sazişi aşağıdakı qaydada təsdiq edilsin:

1. Cavabdeh MMC 10 000 (on min) manat məbləğində pul vəsaitini bu Sazişin 2-ci bəndində nəzərdə tutulmuş qaydada İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürür.

2. Bu Sazişin 1-ci bəndində göstərilən pul məbləği aşağıdakı qaydada ödəniləcək: 2.1. 4 000 (dörd min) manat - xx xxxxxxxx 2020-ci il tarixinə kimi; 2.2. 3 000 (üç min) manat - xx xxxxxxx 2020-ci il tarixinə kimi; 2.3. 3 000 (üç min) manat - xx xxxxxx 2020-ci il tarixinə kimi.

3. Tərəflər barışıq sazişinin şərtlərinin məhkəmə tərəfindən təsdiq olunması və bununla da iş üzrə icraata xitam verilməsi ilə razıdırlar.

4. Bu sazişi imzalamaqla, Tərəflər barışıq sazişinin bağlanmasının prosessual nəticələri barədə tam məlumatlı olduqlarını təsdiq edirlər.

6. Tərəflər bu barışıq sazişinin şərtlərinin qanunvericiliyin tələblərinə zidd olmadığını və üçüncü şəxslərin heç bir hüququnu pozmadığım təsdiq və qəbul edirlər. Bu barışıq sazişinin təsdiq edilməsi ilə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-cı il tarixli, e-2-2(103)-153/2020 saylı qətnaməsi ləğv edilsin. İlk iddia tələbləri və qarşılıqlı iddia tələbləri üzrə icraata xitam verilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar