Məhkəmə qərarları › İş №2-2(102)-379/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-379/2021

16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-379/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: göndərilmiş malların dəyərinin ödənilməsi 16.09.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qizinin sədrliyi və məruzəsi, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, X9 oğlunun katibliyi, İddiaçı vəkili X2, nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh-yə qarşı “göndərilmiş malların dəyərinin ödənilməsi” iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 aprel tarixli, 2-2(103)-88/2021 saylı qətnaməsindən cava bdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı ilə Cavabdeh arasında imzalanmış “Proforma Faktura”ların təsdiq olunmuş tərcümələrindən görünür ki, HWC-GML-130614-2 nömrəli 2013-cü il 14 iyun tarixli “Proforma İnvoys”a əsasən 141,864.00 ABŞ dolları dəyərində 3 ədəd SD300N markalı texnikanın, HWC-GML-130614-1 nömrəli 2013-cü il 14 iyun tarixli “Proforma İnvoys”a əsasən 590.885,00 ABŞ dolları dəyərində 2 ədəd S210W markalı, 1ədəd DX300LCA markalı, 1 ədəd S255LC markalı və 1 ədəd S420LC markalı texnikanın, HWC-GML130522 nömrəli 22.05.2013-cü il tarixli “Proforma İnvoys”a əsasən 472.880,00 ABŞ dolları dəyərində 10 ədəd SD300N markalı texnikanın Cavabdeh-yə satılması barədə razılıq əldə olunmuşdur. 2. “Qablaşdırma siyahahıları”nın təs diq olunmuş tərcümələrindən görünür ki, HWCGML-20130621 nömrəli 2013-cü il 21 iyun tarixli “Qablaşdırma siyahısı”na əsasən, 1 ədəd S255LC markalı seriya nömrəsi HEMYO-002149 olan, 2 ədəd S210W markalı seriya nömrələri HEWSO-003848, HEWSO-003897 olan, 1 ədəd S420LC markalı seriya nömrəsi HELXO-010488 olan; HWC-GML-20130630 nömrəli 2013-cü il 30 iyun tarixli “Qablaşdırma siyahısı”na əsasən 1 ədəd DX300LCA markalı seriya nömrəsi CECAO-006408 olan; HWC-GML-20130528 nömrəli 2013-cü il 28 may tarixli “Qablaşdırma siyahısı”na əsasən 7 ədəd SD300N markalı seriya nömrələri CWLCD-010003, CWLCD-010005, CWLCD010006, CWLCD-010008, CWLCD-010009,CWLCD-010010, CWLCD-010004 olan, HWCGML-20130526 nömrəli 2013-cü il 27 may tarixli “Qablaşdırma siyahısı”na əsasən 3 ədəd SD300N markalı seriya nömrələri CWLCD- 010015, CWLCD-010012, CWLCD-010016 olan texnikalar Şirkət tərəfindən MMC-yə göndərilmək üçün qablaşdırılmışdır. 3. “Daşınma sənədləri”nin (Konosamentin) təsdiq olunmuş tərcümələrindən görünür ki, Cavabdeh-nin sifarişi əsasında iddiaçı Şirkət tərəfindən 2013-cü il 21 iyun tarixdə S255LC markalı HEMYO-002149 seriya nömrəli, S210W markalı HEWSO-003848 seriya nömrəli, S210W markalı HEWSO-003897 seriya nömrəli, S420LC markalı HELXO-010488 seriya nömrəli ekskavatorlar, 2013-cü il 30 iyun tarixdə DX300LCA markalı DHKCECAOSD0006408 PİN nömrəli ekskavator, 2013-cü il 28 may tarixdə SD300N markalı CWLCD-010003 seriya nömrəli, SD300N markalı CWLCD-010005 seriya nömrəli, SD300N markalı CWLCD-010006 seriya nömrəli, SD300N markalı CWLCD-010008 seriya nömrəli, SD300N markalı CWLCD-010009 seriya nömrəli, SD300N markalı CWLCD010010 seriya nömrəli, SD300N markalı CWLCD-010004 seriya nömrəli texnikalar, 2013cü il 31 may tarixdə SD300N markalı CWLCD-010015 seriya nömrəli, SD300N markalı CWLCD-010016 seriya nömrəli texnikalar göndərilmişdir.

4. İddiaçı tərəfindən Cavabdeh-yə ünvanlanan “Kommersiya faktura”ların təsdiq olunmuş tərcümələrindən görünür ki, 2013-cü il 21 iyun tarixli HWC-GML-20130621 nömrəli “Kommersiya fakturası”na əsasən, 467.155 ABŞ dolları məbləğinin, 2013-cü il 30 iyun tarixli HWC-GM 20130630 nömrəli “Kommersiya fakturası”na əsasən, 123,730,00 ABŞ dolları məbləğinin, 2013-cü il 28 may tarixli HWC-GML-20130528 nömrəli “Kommersiya faktura”sına əsasən, 331,016.00 ABŞ dolları məbləğinin, 2013-cü il 31 may tarixli HWC-GML-20130526 nömrəli “Kommersiya fakturası”na əsasən 141.864,00 ABŞ dolları məbləğinin ödənilməsi xahiş olunmuşdur. 5. “İxrac üzrə gömrük bəyannamələri”nin təsdiq olunmuş tərcümələrindən görünür ki, 2013-cü il 17 iyun tarixli 02015-13-02201649 nömrəli “İxrac üzrə gömrük bəyannaməsi”nə əsasən, S210W-RU20S210W-VHEWSO-003848 və 210W-RU20S210W-VHEWSO003897 seriya nömrəli ekskavatorlar, 2013-cü il 27 iyun tarixli 02015-13-02354709 nömrəli “İxrac üzrə gömrük bəyannaməsi”nə əsasən, X300LCA-RU10DX300LCACECAO-006408 seriya nömrəli ekskavator, 2013-cü il 17 iyun tarixli 010158-13-02201625 nömrəli “İxrac üzrə gömrük bəyannaməsi”nə əsasən 255LC-RU10SOLAR 255LC-V (HEMYO) EU6S1HEMYO-002149 seriya nömrəli ekskavator, 2013-cü il 17 iyun tarixli 08010-1300128233 nömrəli “İxrac üzrə gömrük bəyannaməsi”nə əsasən, S420LC-RU10SOLAR 420LC-V (HELXO) - 010488 seriya nömrəli ekskavator ixracatçı İddiaçı tərəfindən alıcı qismində göstərilmiş Cavabdeh-yə göndərilmişdir.

6. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilmiş 10022/02-22/017089 saylı 2017-ci il 8 dekabr tarixli “Gömrük bəyannamələri üzrə ümumi məlumat”da DOOSAN 0300 markalı CWLCD-010015, CWLCD-010012, CWLCD-010016, CWLCD-010003, WLCD-010004, CWLCD-010006, CWLCD-010010, CWLCD-010005 seriya nömrəli frontal yükləyicilər; DOOSAN S210W markalı HEWSO-003848 seriya nömrəli, DOOSAN 10W markalı HEWSO-003897 seriya nömrəli təkərli ekskavatorlar; DOOSAN S420LC markalı HELXO-010488 seriya nömrəli, DOOSAN DX300LCA markalı CECAO-006408 seriya nömrəli, DOOSAN S255LC markalı HEMYO-002149 seriya nömrəli tırtıllı ekskavatorlar üzrə xarici tərəfdaş olaraq İddiaçı, xarici iqtisadi niyyət iştirak çısı kimi isə, Cavabdeh; SD300N DX255LCA markalı CWLCD-010008 seriya nömrəli və SD300N DX255LCA markalı CWLCD-010009 seriya nömrəli yükləyicilər üzrə isə xarici tərəfdaş “X11 LLC” xarici iqtisadi niyyət iştirakçısı kimi isə X1 qeyd olunmuşlar.

7. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Baş X8 Müfəttişliyinin 10-90 saylı 2018-ci il 16 fevral tarixli məktubunda göstərilmişdir ki,

1. AZ 35t 536 dövlət qeydiyyat nişanlı, DOOSAN SD-300 markalı frontal yükləyici (şassi: CWLCD 010003) 2013-cü il 3 sentyabr tarixdən E.Cürənlinin adında qeydiyyatdadır, həmin texnika ona 2014-cü il 13 sentyabr tarixdə Cavabdeh-nin adına olan gömrük bəyannaməsi və qaimə-faktura əsasında satılmişdir;

2. AZ 100 978 dövlət qeydiyyat nişanlı, DOOSAN SD300 markalı yükləyici (zavod: CWLCD01005, mühərrik: 1213C01 4078) yükləyici 2015-ci il 11 sentyabr tarixdən T.İsmayılovanın adında qeydiyyatdadır, həmin texnika Cavabdeh-nin adına olan yük gömrük bəyannaməsi və qaimə-faktura əsasında 2013-cü il 2 avqust tarixində R.İsmayılov adlı şəxsə, sonradan isə onun tərəfindən T.İsmayılovaya satılmışdır;

3. AZ 90K 125 dövlət qeydiyyat nişanlı, DOOSAN SD300N markalı frontal yükləyici (zavod: CWCD010008, mühərrik: 1213C014089) 2015-ci il 3 avqust tarixdən "xxxx" QSC-nin adında qeydiyyatdadır; həmin texnika 30.04.2014-cü il tarixində K.Ramazanov adlı şəxsin adına olan yük gömrük bəyannaməsi ilə qeydiyyata alınmış və sonradan İ.Nəsrullayev adlı şəxsə verilmiş etibarnamə əsasında adı çəkilən QSC-yə satılmışdır;

4. AZ 10S 904 dövlət qeydiyyat nişanlı, DOOSAN SD300 markalı frontal yükləyici (zavod: CWLCD-01004, mühər rik: 1213G016652) 2014-cü il 13 fevral tarixdən "xxxx" MMC-nin adında qeydiyyatdadır; həmin texnika ona Cavabdeh-nin adına olan yük gömrük bəyannaməsi və qaimə-faktura əsasında satılmışdır;

5. AZ 10O 906 dövlət qeydiyyat nişanlı, DOOSAN SD300 markalı frontal yükləyici (mühərrik: 1213DOCWLCD-022870-010012) 2013-cü il 25 iyul tarixdən "xxxx" MMC-nin adında qeydiyyatdadır, həmin texnika ona 2013-cü il 25 iyul tarixində Cavabdeh-nin adına olan yük gömrük bəyannaməsi və qaimə-faktura əsasında satılmışdır;

6. AZ 30K 117 dövlət qeydiyyat nişanlı, DOOSAN SD300 markalı frontal yükləyici (zavod: 10016, mühərrik: 022866) 2014-cü il 12 fevral tarixdən N.Şərifov adlı şəxsin adında qeydiyyatdadır, həmin texnika ona 2014-cü il 4 fevral tarixdə Cavabdeh-nin adına olan yük gömrük bəyannaməsi və qaimə-faktu ra əsasında satılmışdır;

7. AZ 10Z 390 dövlət qeydiyyat nişanlı,DOOSAN DX300LCA markalı ekskavator (zavod: CECA0006408, mühərrik: DE08TİS324764E00) 2014-cü il 17 noyabr tarixdən "xxxx" MMC-nin adında qeydiyyatdadır, həmin texnika ona 06 may 2014-cü il tarixində "xxxx" MMC-nin adına olan yük gömrük bəyannaməsi və qaimə-faktura əsasında satılmışdır;

8. AZ 54K 070 dövlət qeydiyyat nişanlı, DOOSANS 10W-V markalı ekskavator (şassi: HEWSO-003848, mühərrik: DB58TİS3148896C) 2014-cü il 26 dekabr tarixdən "xxxx" ASC-nin adına qeydiyyata alınmışdır, həmin texnika ona 2014-cü il 13 sentyabr tarixində Cavabdeh-nin adına olan yük gömrük bəyannaməsi və qaimə-faktura əsasında satılmışdır;

9. AZ 90T İO dövlət qeydiyyat nişanlı, DOOSAN S 210W-V markalı ekskavator (şassi: HEWS0003897, mühərrik:316533EC) 2 015-ci il 27 may tarixdən Ə.Bağırov adında qeydiyyatdadır; həmin texnika 2013-cü il 5 dekabr tarixində “Grand Motors" MMC-nin adına olan yük gömrük bəyannaməsi və qaimə-faktura əsasında A.Mustafayev adlı şəxsə, sonradan isə onun tərəfindən Ə.Bağırova satılmışdır;

10. AZ 10S 190 dövlət qeydiyyat nişanlı, DOOSAN SD-300 markalı frontal yükləyici (zavod:CVLCP-014086) 2013-cü il 18 sentyabr tarixdən A.Əliyevin adında qeydiyyatdadır; həmin texnika ona 2013-cü il 6 sentyabr tarixində Cavabdeh-nin adına olan yük gömrük bəyannaməsi və qaimə-faktura əsasında satılmışdır;

11. AZ 90T 274 dövlət qeydiyyat nişanlı, DOOSANS-420LC markalı ekskavator (zavod: HELX0010488, mühərrik: 212258EB) 2015-ci il 6 may tarixdən "xxxx" Şirkətinin adına qeydiyyata alınmışdır; həmin texnika ona 2014-cü il 20 sentyabr tar ixində Cavabdeh-nin adına olan yük gömrük bəyannaməsi və qaimə-faktura əsasında satılmışdır;

12. AZ 30K 112 dövlət qeydiyyat nişanlı, DOOSAN 300 markalı frontal yükləyici (zavod: CVLCP-014086) 2014-cü il 30 yanvar tarixdən S.Əhmədzadənin adına qeydiyyata alınmışdır; həmin texnika ona 2013-cü il 11 dekabr tarixdə Cavabdeh-nin adına olan yük gömrük bəyannaməsi və qaimə-faktura əsasında satılmışdır;

13. AZ 10U 518 dövlət qeydiyyat nişanlı, DOOSAN SD300N markalı frontal yükləyici (şassi: 0100 09, mühərrik: 1213C014085) 2014-cü il 23 may tarixdə E.Əsgərovun mülkiyyəti kimi qeydiyyata alınmışdır; həmin texnika 2014-cü il 23 may tarixində K.Ramazanovun adına yük gömrük bəyannaməsi ilə qeydiyyata alınmış, sonradan E.Əsgərova satılmış və 2017ci il 3 oktyabr tarixində bu şəxs tərəfindən Gürcüstanın “Flaminqo LTD” şirkətinə satılaraq qeydiyyatdan çıxarılmışdır.

8. İddiaçı nümayəndəsi tərəfindən Cavabdeh-yə ünvanlanan pretenziya məktubunda da qeyd olunur ki, iddiaçı şirkətlə "Grand Motors” MMC arasında olan razılaşmaya uyğun olaraq, 2012-2013-cü illər ərzində bir sıra inşaat texnikaları alınmış və qismən ödəniş aparılmış, lakin hər iki tərəfin imzaladığı sənədə əsasən ödənilməmiş və götürülən öhdəlik icra edilməmişdir. Yaranmış borc məbləğinin vaxtında ödənilməməsinə görə Şirkət zərər çəkmişdir və ödənilməyən hər gün üçün zərər artmaqda davam edir, Şirkətin maliyyə durumunu pisləşdirir və işinin normal ahəngini pozur. Qeyd edilənləri nəzərə alaraq yaranmış borcun bu pretenziyanın (xəbərdarlığın) alındığı andan 10 gün müddətində "xxxx" Şirkətinin hesabına ödənilməsi xahiş olunmuş, əks t əqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağını və əsas borcla bərabər əlavə olaraq dövlət rüsumu, gecikdirmə faizi və “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən, borcun 7%-i həcmində icra ödənişinin tutulacağını bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat 9. 2017-ci il 28 avqust tarixdə İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdeh-yə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən yaranmış 1.036.053,00 ABŞ dolları məbləğində əsas borcla birlikdə, 777.039,75 ABŞ dolları məbləğində Mərkəzi Bankın illik uçot dərəcəsi ilə 5 illik faiz borcunun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 2.000 ABŞ dolları məbləğində ödənişli hüquq xidmətindən istifadə xərclərinin tutulub iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh sifariş verərək iddiaçıdan müxtəlif adda inşaat texnikaları almışdır. Qeyd edilən texnikaların dəyərinin bir hissəsi ödənilsə də, MMC-nin 1.036.053,00 ABŞ dolları məbləğində ödənilməmiş borcu qalmışdır. Həmin texnikalar aşağıdakı adda, hesab-fakturalara əsasən satılmışdır: HWC- GML-130614-1 nömrəli Proforma İnvoysa əsasən 590.885,00 ABŞ dolları dəyərində 2 ədəd S210W, 1 ədəd DX300LCA, 1 ədəd S255LC, 1 ədəd S420LC markalı müxtəlif təyinatlı texnika; HWC-GML-130614-2 nömrəli Proforma İnvoysa əsasən 141.864,00 ABŞ dolları dəyərində 3 ədəd SD300N markalı yükləyici; HWC-GML-130522 nömrəli Proforma İnvoysa əsasən 472.880,00 ABŞ dolları dəyərində 10 ədəd SD300N markalı müxtəlif təyinatlı texnika.

11. Yaranmış borc məbləğinin ödənilməsi üçün dəfələrlə cavabdehin rəhbərliyi ilə danışıqlar aparılmış və 2016-cı il 11-12 oktyabr tarixlərində Bakıda keçirilmiş görüş zamanı iddiaçı tərəfdən cənab Rho, cavabdeh tərəfdən cənab R.Məcidovun tərtib etdikləri “Ödəniş Cədvəli”nə əsasən, aylıq 35.000 ABŞ dolları məbləğində hissələrlə ödəniş barədə razılığa gəlinsə də, cavabdeh bu razılığa əməl etməmiş və 2 ödəniş istisna olaraq, qalan ödənişləri həyata keçirməmişdir. Belə ki, cavabdeh Şirkət HWC-GML-130522 nömrəli invoys üzrə 2013-cü il 11 iyun tarixdə 66.203,20 və 28.372,80 ABŞ dolları, 2016-cı il tarixdə 35 000 ABŞ dolları, 29 aprel 2016-cı il tarixdə 15.000 ABŞ dolları və 19 may 2016-cı il 23 fevral tarixdə 15.000 ABŞ dolları məbləğlərinə ödəniş həyata keçirmiş, qalan məbləği ödəməkdən yayınmış və onun bu günə 1.036.053,00 ABŞ dolları borcu qalmışdır. İddiaçı Şirkət dostcasına həll üçün sərf etdiyi zaman boşuna getmiş uzun müddətli danışıqlar nəticə verməmişdir. Sonuncu dəfə borcun ödənilməsi barədə 2017-ci il 4 iyul tarixdə cavabdehə göndərilən pretenziya məktubuna cavab verilməmişdir.

12. Hazırkı halda tərəflər arasında yazılı alqı-satqı müqaviləsi olmasa da, malların göndərilməsi Azərbaycan Respublikası gömrük sərhəddindən keçməsi və cavabdeh tərəfindən qəbul edilməsi barədə məlumatlar Azərbaycan Respublikası Gömrük Komitəsində mövcuddur.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 598 və 600-cü maddələrinə görə, cavabdeh öhdəliyini icra etməli və gecikdirilmiş ödəməyə görə cərimə və faizlər ödəməlidir. Həmin Məcəllənin 598.3 və 600.5-ci maddələri gecikmə faizləri ilə bağlı yenə bu Məcəllənin 449-cu maddəsinə yönləndirir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 2016-cı il 14 sentyabr tarixindən illik bank uçot faiz dərəcəsi 15% olaraq müəyyən edilmişdir. 14.Göründüyü kimi, cavabdeh iddiaçıya məxsus 1.036.053,00 ABŞ dolları məbləğində pul vəsaitini qanunsuz olaraq saxlamaqdadır. 2013-cü ildən etibarən danışıqlar bəhanəsi ilə pulun ödənilməsini yubadan cavabdeh 60 aydır özgəsinin vəsaitlərini qanunsuz saxlamaqla istifadə edir. Ona görə də, 15%: 12 = 1,25% aylıq; 60 ay X 1,25% = 75%; 1.036.053,00 X 75% = 777.039,75 ABŞ dolları məbləğində faiz cavabdehdən tutularaq əsas məbləğin üzərinə gəlinməklə iddiaçıya ö dənilməlidir. Razılaşmaya əsasən cavabdeh aldığı malların dəyərini 10 gündən gec olmayaraq ödəmək vədi verdiyi halda, borc məbləğinin ödənişini qanunsuz olaraq müxtəlif bəhanələrlə bu günə qədər gecikdirmişdir. 15.Həmçinin, Azərbaycan Respublikası MM-in 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

16. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası MM-in 385, 442, 443.1, 449.1, 598.1, 598.2, 598.3, 600.1, 600.4 və 600.5-ci maddələrinə istinad edilmişdir. 17. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 17 aprel tarixli, 2-2(81)105/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 1.036.053 ABŞ dolları məbləğində əsas borcun və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq idd iaçının xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Aida Hüseyn).

18. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 3 “Proforma Faktura”ya əsasən, ümumilikdə 15 ədəd texnikanın cavabdehə satılması barədə razılıq əldə edilmişdir. İddiaçı ümumi ödənilməli məbləğ olan 1.811.080 ABŞ dolları məbləğin 700.000 ABŞ dolları hissəsinin sığorta şirkəti tərəfindən, 75.000 ABŞ dolları hissəsinin isə cavabdeh MMC tərəfindən həyata keçirildiyini bildirmiş və ödənilməmiş 1.036.053 ABŞ dolları məbləğin cavabdeh MMC-dən tutulmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi istər məhkəməyə təqdim etdiyi etirazında, istərsə də məhkəmə iclaslarında verdiyi izahatlarında iddiaçı ilə hər hansı müqavilə münasibətləri olmadığını, iddiaçıya ola n ödənişlərin "xxxx" Şirkəti tərəfindən edildiyini, onların malı "xxxx" Şirkətindən aldıqlarını, bu halın X5ndə də öz əksini tapdığını, cavabdehin "xxxx" şirkəti ilə malların alqı-satqısına dair 5 müqavilə bağlandığını bildirmişdir.

19. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunan sənədlər biri-biri ilə uyğunluq təşkil etməklə yanaşı, cavabdeh ilə aralarında olan münasibətlərin mövcud olmasının sübuta yetirilməsində biri-birini tamamlamaqdadır. Belə ki, tərəflər arasında malların sayı, miqdarı və məbləğini nəzərdə tutan ilkin olaraq “Proforma Faktura” adlanan fakturalar imzalanmışdır ki, həmin sənədlər tərəflər arasında olan razılaşmanı əks etdirir. Daha sonra işin materiallarında olan “Qablaşdırma Siyahıları” (Packing list), Konosament (Daşınma sənədi), “Kom mersiya Fakturası” (Commercial İnvoice) mövcuddur ki, bütün sənədlərdə Göndərən (Satıcı) qismində iddiaçı Şirkət, Alıcı (Sifarişçi) qismində isə cavabdeh göstərilmişdir. İddiaçının nümayəndəsi tərəfindən 5 texnika üzrə Cənubi Korea Respublikasının “İxrac üzrə gömrük bəyannamələri”nin təsdiq olunmuş tərcümələri təqdim edilmişdir ki, həmin sənədlərdə də Satıcı qismində İddiaçı, alıcı qismində isə Cavabdeh göstərilmişdir. Yalnız cavabdeh MMC tərəfindən 13 texnika (SD300N markalı CWLCD-010008 seriya nömrəli və SD300N markalı CWLCD-010009 seriya nömrəli texnikalar istisna olmaqla) üzrə təqdim olunan “X5”ndə malların "xxxx" Şirkətinin tapşırığı ilə iddiaçı tərəfindən göndərildiyi qeyd olunmuş, alıcı qismində isə cavabdeh göstərilmişdir.

20. Həmçinin, iddiaçının nümayəndəsi tərəfindən təqdim edil miş e-mail yazışmaların təsdiq olunmuş tərcümələrindən də görünür ki, bütün danışıqlar iddiaçı və cavabdehin rəhbərliyi arasında aparılmışdır. 2018-ci il 13 mart tarixində keçirilən məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçı ilə müəyyən yazışmaların ola biləcəyini, lakin bunun şirkət tərəfindən daşımanın həyata keçirilməsi ilə bağlı olduğunu bildirmişdir.

21. Lakin nə iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunan e-mail yazışmaların tərcümələrində, nə də digər sənədlərdə ilkin olaraq münasibətlərin cavabdehlə ilə "xxxx" Şirkəti arasında mövcud olması müəyyən edilmir.

22. Bundan əlavə, məhkəmə sorğusuna əsasən, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən təqdim olunan siyahıda malların (SD300N markalı CWLCD010008 seriya nömrəli və D300N markalı C WLCD-010009 seriya nömrəli texnikalar istisna olmaqla) idxalı ilə bağlı olan məlumatlarda da “Xarici iqtisadi fəaliyyət iştirakçısı” kimi cavabdeh “Xarici tərəfdaş” kimi iddiaçı göstərilmişdir. E-mail yazışmalarda iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunan tərəflər arasında mövcud borcun ödəmə planının təsdiq edilməsi də öz əksini tapmaqdadır.

23. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası MM-in 6.2, 385.1, 386.1, 442, 449.1, 567-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

24. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin təmin edilməyən hissədə ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Həmçinin, həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin t əmin edilən hissədə ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat 26.Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 18 oktyabr tarixli, 2-2(103) 421/2018 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunması, yəni “Cavabdeh-dən 1.036.053 ABŞ dolları məbləğində əsas borcun və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı "xxxx" Şirkətinin xeyrinə ödənilməsi” hissəsində ləğv olunması, iddia tələbinin həmin hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (səd rlik edən hakim Həmid Həmidov, hakimlər Elmira Nağıyeva və Məmməd Məmmədov).

27. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında alqı-satqı müqaviləsi olmamış, cavabdeh mübahisə predmeti olan malları "xxxx" LLC Şirkəti ilə bağladığı alqı-satqı müqavilələrinə əsasən Azərbaycan Respublikası ərazisinə idxal etmiş və rəsmiləşdirmiş və bu barədə sənədləri məhkəməyə təqdim etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş proforma-invoyslar, e-mail yazışmalar sübut kimi qəbul edilməmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi bu qənaətini Azərbaycan Respublikası MPMnin 80, 81, 200-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

29. Həmin qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv olunması, işin yenidən araşdırılması üç ün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat 30.Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019cu il 30 oktyabr tarixli, 2-2(102)-434/19 saylı qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır (sədrlik edən hakim İlqar Hüseynov, hakimlər Nigar Rəsulbəyova və Zakir Quliyev). 31.Kassasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, cavabdehin nümayəndəsi 2017-ci il 3 oktyabr tarixli məhkəmə iclasında verdiyi izahatında “tərəflərin nümayəndələri arasında razılıq olduğuna və aylıq 35.000 ABŞ dolları ödənilməsinin razılaşdırıldığına, bir neçə iş üzrə ödəniş old uğuna” dair faktları təsdiq etmiş, eyni zamanda, bildirmişdir ki, “lakin bu iş üzrə bizdə münasibət olmayıb. Heç bir ödəniş olmayıb” (İ cild, iş v.121). 32.Cavabdehin nümayəndəsi tərəfindən faktın etirafı məhkəmə iclasının protokoluna yazılsa da, protokol həmin hissədə faktı etiraf edən şəxs tərəfindən imzalanmamış, bunun səbəbləri protokola qeyd edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin nümayəndəsinin izahatında faktın etirafına Azərbaycan Respublikası MPM-in 106.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla münasibət bildirməli, tərəflər arasındakı mübahisənin düzgün həlli üçün, ən azından həmin faktla bağlı iddiaçının dəlillərini cavabdehin nümayəndəsinin izahatında göstərilənlərlə birgə yoxlamalı və qiymətləndirməli idi. Faktın etirafının MPM-in 106.3-cü maddəsinin tələb lərinə tam uyğun olaraq rəsmiləşdirilməməsi həmin faktı etiraf edən tərəfin izahatındakı məlumatların sübut qüvvəsinə və onların digər sübutlarla yanaşı qiymətləndirilməsinə dair qanunun tələbinə təsir etmir.

33. Həmçinin, cavabdehin etirazının və apellyasiya şikayətinin məzmununa görə, iddiaçının göndərdiyi texnikaların cavabdeh tərəfindən qəbul edildiyi mübahisəsizdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi ixracatçının (mülkiyyətçinin) iddiaçı olduğu halda, özgə əmlakı barədə alqı-satqı müqaviləsinin "xxxx" Şirkəti ilə bağlanmasının səbəblərini (buradan da, əqdin hüquqi əsasını) yoxlamalı və tərəflərin bununla bağlı dəlillərinə münasibət bildirməli idi.

34. Cavabdeh bəyan edir ki, “...müqavilə və ona əlavə olunmuş razılaşma sənədləri malların bəyan edilməsi üçün əsas şərtdi r və hesab-faktura (invoys) və bank ödəniş sənədləri yalnız tərəflər arasında bağlanmış müqaviləyə uyğun olduğu təqdirdə gömrük orqanı tərəfindən qəbul edilir. Cavabdeh də öz növbəsində həmin malları "xxxx" Şirkəti ilə bağladığı alqı-satqı müqavilələrinə əsasən Azərbaycan Respublikası ərazisinə idxal etmiş və rəsmiləşdirmişdir...” (İİİ cild, iş v. 129).

35. Xüsusən məhz iddiaçının göndərdiyi texnikaların cavabdeh tərəfindən qəbul edildiyinin mübahisəsiz olduğu vəziyyətdə cavabdehin etirazında əsas sübut kimi əsaslandığı, məhkəmənin isə qətnamənin əsasına qoyduğu – cavabdeh ilə "xxxx" şirkəti arasında, Azərbaycan Respublikası ərazisində (Bakı şəhərində) bağlanmış alqı-satqı müqavilələrinin mötəbərliyini, həmin müqavilələrin əqdlərin etibarsızlığına dair MM-in imperativ normalarının tələbl əri nəzərə alınmaqla, həm də tərəflərin bunu bildirməsindən asılı olmayaraq yoxlanılmalı idi.

36. İddiaçının birinci instansiya məhkəməsi tərəfindən təmin edilməyən digər tələblərinin 777.039,75 ABŞ dolları məbləğində Mərkəzi Bankın illik uçot dərəcəsi ilə 5 illik faiz borcun və 2.000 ABŞ dolları məbləğində ödənişli hüquq xidmətindən istifadə xərclərinin cavabdehdən tutulması illə bağlı iddiaçının apellyasiya şikayətində irəli sürdüyü dəlillər apellyasiya instansiyası məhkəməsində icraat zamanı məhkəmə araşdırmasının predmeti olmadığından şikayət həmin hissələrə münasibətdə əsaslıdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

37. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 18 fevral tarixli, 2-2(103)-63/2020 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şi kayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunması, yəni “cavabdeh MMC-dən 1.036.053 ABŞ dolları məbləğində əsas borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı Şirkətə ödənilməsi” hissəsində ləğv olunması; iddia tələbinin həmin hissədə təmin edilməməsi qərara alınmışdır (sədrlik edən hakim Valeh Ağayev, hakimlər Afaq Nuriyeva və Səriyyə Seyidova). d) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 22 sentyabr tarixli, 2-2(102)-236/20 saylı qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır (sədrlik edə n hakim Azər Hüseynov, hakimlər Bəhram Məmmədli və Sevda Hüseynova).

39. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin məhkəməyə təqdim etdiyi, mübahisə predmeti olan texnikaların bu MMC tərəfindən "xxxx" Şirkətindən alınması faktını təsdiq edən 2013-cü il 20 may və 2013-cü il 13 iyun tarixli müqavilələri, habelə həmin müqavilələrlə bağlı olan ödəniş və gömrük sənədlərini, bu sənədlər lazımi qaydada təsdiq olunmamış kserosurətlər olmasına baxmayaraq, onları cavabdeh tərəfindən sözügedən texnikaların iddiaçıdan deyil, yalnız Gürcüstanın hüquqi şəxsi olan "xxxx" Şirkətindən alındığını təsdiq edən mötəbər sübut növləri kimi qəbul etmişdir.

40. Halbuki, apellyasiya instansiyası məhkəməsinin bu qərarı həm onun öz qətnaməsinin məntiqinə, həm də prosessual qanunvericiliyə ziddir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının istinad etdiyi “Proforma-İnvoys”ları və digər sənədləri hazırki işə birinci dəfə baxan kassasiya instansiyası məhkəməsinin qərarında göstərilənlərə uyğun olaraq tərəflər arasında bağlana biləcək müqavilənin formaları kimi tanımışdır.

41. Belə ki, kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MM-in 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Apellyasiya məhkəməsi müvafiq araşdırma aparmaqla, sadəcə, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin prosessual hüquq normaların tələblərinə cavab verməməsi səbəbindən onla rı tərəflər arasında göndərmə müqavilənin bağlanmasını təsdiq edən mötəbər sübut növləri kimi qəbul etməmişdir. Eyni zamanda, həmin məhkəmə tərəfindən cavabdeh ilə Gürcüstanın hüquqi şəxsi olan "xxxx" Şirkəti arasında mübahisə predmeti olan texnikaların göndərilməsi haqqında müvafiq müqavilələrin bağlanmasını təsdiq edən digər sənədlərin mötəbər sübut növləri kimi qəbul edilməsi də uğurlu olmamışdır.

42. Bundan başqa, kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarında, işin materiallarında olan bəzi sənədlərdə, o cümlədən gömrük (bəyannamə) sənədlərində iddiaçı və cavabdeh ilə yanaşı "xxxx" Şirkətinin də adının göstərilməsi ilə əlaqədar onların bu işdə rollarının müəyyən edilməsinin vacibliyi qeyd edilmişdir. Həmin qərara əsasən işə yenidən baxacaq apellyasiya instansiyası məhkəməsi i xracatçının (mülkiyyətçinin) iddiaçı olduğu halda, özgə əmlakı barədə alqı-satqı müqaviləsinin "xxxx" Şirkəti ilə bağlanmasının səbəblərini (buradan da, əqdin hüquqi əsasını) yoxlamalı və tərəflərin bununla bağlı dəlillərinə münasibət bildirməli idi.

43. Belə ki, cavabdehin ərizəsində istinad etdiyi “Hesab-faktura” sənədlərində "xxxx" şirkətinin “satıcı” qismində göstərilməsi özü-özlüyündə həmin şirkətə ixrac olunan əmlaka münasibətdə mülkiyyətçi hüququ vermir. Belə olan halda (xüsusən də, məhz iddiaçı Şirkətin göndərdiyi texnikaların cavabdeh MMC tərəfindən qəbul edildiyinin mübahisəsiz olduğu vəziyyətdə), apellyasiya instansiyası məhkəməsi cavabdeh MMC-nin etiraz ərizəsində əsas sübut kimi əsaslandığı, bu MMC ilə "xxxx" şirkəti arasında, Azərbaycan Respublikasının ərazisində (Bakı şəhəri ndə) bağlanmış alğı-satqı müqavilələrinin (ən azından, sübutetmə vasitəsikimi mötəbərliyini (yararlılığını), həmin müqavilələrin əqdlərin etibarsızlığına dair Mülki Məcəllənin imperativ normalarının (hazırkı halda, 337.3 və 340.1 -ci maddələrinin) tələbləri nəzərə alınmaqla, həm də(sübutun saxtalığına dair ərizədən fərqli olaraq) tərəflərin bunu bildirməsindən asılı olmayaraq (hərçənd, iddiaçı Şirkət həmin əqdin formal olaraq bağlandığını iddia edir) yoxlamalı idi. Belə ki, mübahisələndirilən etibarsız əqdlərdən fərqli olaraq, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 44.Lakin apellyasiya instansiyası məhkəməsinin qətnaməsində kassasiya instansiyası məhkəməsinin bu məcburi göstərişi araşdırma aparılmadan anlaşılmaz formada belə cavablandırılır ki, “CNN Caucasia" LLC Şirkəti ilə cavabdeh MMC arasında əlaqə olmamışdır. (belə çıxır ki, texnikalarla bağlı əməkdaşlıq “CNN Caucasia" LLC Şirkəti ilə olmamışdır).

45. Bundan əlavə, kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarının digər məcburi göstərişi də icrasız qalmışdır. Belə ki, qərarda qeyd edilmişdir ki, cavabdeh apellyasiya şikayətində göstərir ki, iddiaçı ilə "xxxx" şirkəti arasında işgüzar münasibətlər, konkret olaraq broker müqaviləsi üzrə mülki münasibətlər olmuşdur. Broker vasitəçilik xidmətini məhz “sifarişçiyə” göstərir. Apellyasiya instansiyası məhkəməsi şikayətin həmin dəlilini yoxlamalı, "xxxx" şirkətinə münasibətdə “sifarişçi”nin iddiaçı, yoxsa cavabdeh olduğunu müəyyən etməli idi.

46. Cavabdehin istinad etdiyi alqı-satqı müqavilələri ndə "xxxx" şirkətinin iddiaçı şirkətin adından və onun tapşırığı ilə hərəkət etdiyinə dair məlumat yoxdur. Eyni ilə, işin materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Gömrük bəyannamələri üzrə ümumi məlumat”ında da cavabdehə münasibətdə xarici tərəfdaş kimi "xxxx" şirkəti deyil, iddiaçı göstərilmişdir.

47. Kassasiya instansiyası məhkəməsinin məcburi göstərişlərinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəflərin dəlillərini MM-in normalarının tələbləri nəzərə alınmaqla yoxlamalı və qiymətləndirməli idi. Lakin apellyasiya məhkəməsi qeyd edilənlərə hüquqi qiymət verməmiş, nəticədə maddi hüquq normalarının səhv tətbiq edilməsinə gətirib çıxarmışdır. e) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

48. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Koll egiyasının 2021-ci il 20 aprel tarixli, 2-2(103)-88/2021 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni faiz borcunun tutulması barədə tələblərin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilmiş, cavabdehdən 7.770,3 ABŞ dolları məbləğində faiz borcunun tutularaq, iddiaçıya ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən hakim Raqib Qurbanov, hakimlər Cahangir Yusifov və Vüsalə Baxışova).

49. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarlarında şərh edilmiş göstərişlərə istinadla qeyd et mişdir ki, ilk növbədə mübahisəli texnikaların satılmasına dair satıcı "xxxx" şirkəti ilə alıcı Cavabdeh arasında bağlanmış alqı-satqı müqavilələrinə hüquqi qiymət verilməli, o cümlədən onlar arasında broker müqaviləsindən irəli gələn münasibətlərin olub-olmaması aydınlaşdırılmalıdır. Cavabdeh tərəfindən təqdim edilmiş alqı-satqı müqavilələri aşağıdakılardan ibarətdir: 20.05.2013-cü il tarixli 13/053-GM-A nömrəli alqı-satqı müqaviləsi; 13.06.2013-cü il tarixli 13/079-GM-A nömrəli alqı-satqı müqaviləsi; 14.06.2013-cü il tarixli 13/094-GM-A nömrəli alqı-satqı müqaviləsi; 25.06.2013-cü il tarixli 13/107-GM-A nömrəli alqı-satqı müqaviləsi; 13.06.2013-cü il tarixli 13/128-GM-A nömrəli alqı-satqı müqaviləsi. Hazırki apellyasiya baxışı zamanı həmin alqı-satqı müqavilələri bağlanmamışdan əvvəl tex nikaların "xxxx" şirkətinin mülkiyyətində olması barədə sənədlərin, mülkiyyətçi olmadığı təqdirdə isə broker kimi texnikaların satılmasına əsas verənsənədlərin (broker müqaviləsi və s.) təqdim edilməsi cavabdehə həvalə edilmiş, lakin cavabdeh həmin sənədləri məhkəməyə təqdim edə bilməmişdir. İşin mübahisəsiz halıdır ki, mübahisə predmeti olan texnikalar İddiaçınə məxsus olmuşdur.

50. Göründüyü kimi "xxxx" şirkəti faktiki olaraq nə mülkiyyətində, nə də broker müqaviləsi əsasında qanuni sahibliyində olmayan əşya (texnikalar) barəsində sərəncam verməklə, MM-də müəyyənləşdirilmiş şərtləri pozmaqla cavabdeh ilə etibarsız, hazırkı halda isə əhəmiyyətsiz əqdlər bağlamışdır. Hazırkı işdə əqdin subyekt tərkibinə aid edilən şərt pozulmuşdur. Çünki "xxxx" şirkəti özünə məxsus olmayan əşya (texnikalar ) barəsində sərəncam vermişdir. Ona görə də, həmin əqdlər əhəmiyyətsiz əqd olmaqla etibarsızdır. Bu baxımdan, cavabdehin öz etirazının əsası kimi təqdim etdiyi alqı-satqı müqavilələrinin mübahisənin həlli baxımından heç bir əhəmiyyəti yoxdur.

51. Eyni zamanda, iş materiallarında olan iddiaçı ilə cavabdeh arasında imzalanmış hər üç apostilli Proforma İnvoysun, qablaşdırma siyahılarının, daşınma sənədlərinin (Konosament), “İxrac üzrə gömrük bəyannamələri”nin təsdiq olunmuş tərcümələrinə və ən əsası Dövlət Gömrük Komitəsinin məhkəmə sorğusuna cavab məktubuna əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə mübahisə predmeti olan texnikalar satılmış, mallar Azərbaycan Respublikasına göndərilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. Göründüyü kimi tərəflər arasında Mülki Məcəllənin 567 -ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəməmişdir. Buna görə də iddiaçı satılmış əşyaların ödənilməmiş dəyərlərinin ödənilməsini tələb etməkdə haqlıdır və ona görə də, iddia tələbləri əsas borcun tutulması hissəsində və həmin tələblərin təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticə tam əsaslıdır.

52. Məhkəmə hesab etmişdir ki, əsas borca illik 5 faizlə hesablanmış faiz borcunun tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Cavabdeh iddiaçıdan aldığı texnikaların dəyəri olan 1.036.053 ABŞ dolları məbləğində pul vəsaitini ödəməmişdir. Bununla yanaşı, həmin pul vəsaitlərinin konkret hansı tarixdə iddiaçıya ödənilməli olmasını müəyyən etmək mümkü n deyildir. İşin materiallarından görünür ki, iddiaçı cavabdehə pul öhdəliyinin icra edilməsi ilə bağlı 2017-ci il 4 iyul tarixdə pretenziya məktubu göndərmişdir. Göründüyü kimi cavabdeh ən azı pretenziyanın ona göndərildiyi tarixdən 1.036.053 ABŞ dolları məbləğində pul vəsaitlərini qaytarmalı olduğunu bilirdi. Lakin o, həmin vəsaitləri özündə saxlamaqla iddiaçıya qaytarmamışdır.

53. Eyni zamanda, iddiaçı hazırki iddianın qaldırıldığı 2017-ci il 28 avqust tarixə olan gecikdirilmiş faiz borcunun tutulması tələbini irəli sürmüşdür. Cavabdeh tərəfindən əsas borcun ən azı 54 gün gecikdirildiyi müəyyən edilir. Həmin müddət üçün gecikdirilmiş faiz borcu isə 7770,3 ABŞ dolları (1.036.053 x 5% = 51802,65; 51802,65: 12 ay=4316,8; 4316,8: 30 gün= 143,8; 143,8 x 24 gün = 3453,5; 4316,8 + 3453,5 = 7 770,3) təşkil edir. Bu baxımdan,, iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 7770,3 ABŞ dolları pulun tutulmasını tələb etməkdə haqlıdır. 54.Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırmaq üçün Azərbaycan Respublikası MM-in 337.1, 445.7, 567, 600.4, Azərbaycan Respublikası MPM-in 420-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. 55. 2021-ci il 30 aprel tarixdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi tərəflərə məxsus elektron kabinetdə yerləşdirilmiş, 2021-ci il 8 may tarixdə isə qətnamə cavabdehə təqdim edilmişdir. 56. 2021-ci il 25 iyun tarixində cavabdeh tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin qismən təmin olunması hissəsində ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri:

57. İddiaçı tərəfindən məhkəmə təqdim olunmuş HWC-GML-130614-1 nömrəli, HWC-GML-130614-2 nömrəli HWC-GML-130522 nömrəli proforma invoysların, qablaşdırma siyahılarının, daşıma sənədlərinin (konosament), kommersiya fakturaların, ixrac üzrə gömrük bəyannamələrinin, email yazışmaların və s. sənədlərin təsdiq olunmuş tərcümələri Bakı Apellyasiya Məhkəməsi tərəfindən sübut kimi dəyərləndirilməklə «Notariat haqqında» Qanunun 68-ci maddəsi düzgün tətbiq edilməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini əsaslandırarkən yazılı sübut kimi göstərdiyi sənədlərin heç biri nin əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti məhkəməyə və ya tərəfimizə təqdim olunmamışdır.

58. Tərəflər arasında imzalanmış “Proforma faktura”lar başlığı altında 3 ədəd kserosurətə sübut kimi qiymət verilərkən ümumiyyətlə həmin sənədlərdə yazılanlar araşdırılmamışdır. HWC-GML-130614-2 nömrəli 2013-cü il 14 iyun tarixli Proforma invoysun yuxarı hissəsində alıcı kimi “Grand Motors" MMC, imzalayan şəxs qismində “MAZHİDOV RUFAT BASHAEVİCH/CEO” göstərilsə də, vurulan möhür “RAMMA” adlı şirkətin möhürüdür və bu Proforma İnvoysdakı imza digər iki Proforma İnvoysda göstərilən imzalardan kəskin surətdə fərqlənir.

59. Mübahisə predmeti olan digər iki “Proforma faktura”larda imzalayan şəxs yerinə “MAZHİDOV RUFAT BASHAEVİCH/CEO" göstərilsə də, cavabdehin İdarə Heyətinin sədri X4r və ingilis d ilində bu ad “MAJİDOV RUFAT PASHA” kimi yazılır. Bunu etiraz ərizəsinə əlavə olunmuş sənədlərdə yer alan müqavilələrdən də görmək olar. Bundan başqa isə ad səhv yazılsa belə, ümumiyyətlə “Proforma faktura”larda göstərilən imza nümunəsi də Cəmiyyətin İdarə Heyətinin sədrinin imzasından kəskin surətdə fərqlənir. Bununla bağlı, İdarə Heyətinin sədri X3 notarial qaydada təsdiq olunmuş imza nümunəsi də iş materiallarına əlavə edilmişdir.

60. Həmçinin, apellyasiya məhkəməsi Azərbaycan Respublikası DGK tərəfindən və Azərbaycan Respublikası KTN Baş X8 Müfəttişliyi tərəfindən göndərilmiş cavablara əsaslanmaqla maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, iddia ərizəsinə verilmiş etiraz ərizəsində adıçəkilən texnikaların bir hissəsinin Azərbaycan Respublikasına gətirildiyi və cavabdehin adına rəsmiləşdirildiyi inkar edilmir. Sadəcə olaraq, bu əməliyyatlar üzrə iddiaçının hüquqi statusunun “Yükgöndərən” olduğunu bildirmişdir. Bunu birbaşa sübut edən yazılı sənədlər (cavabddeh ilə "xxxx" LLC şirkəti arasındakı alqı-satqı müqavilələrini, həmin müqavilələrə əsasən aparılmış ödənişləri, texnikaların ölkə ərazisinə gətirilməsini təsdiq edən X5, daşıma sənədləri və s.) Cəmiyyət tərəfindən məhkəməyə təqdim edilərək işin materiallarına əlavə edilmişdir. Lakin yekun nəticədə iddiaçı tərəfindən dəyəri ödənilmiş mala görə ikinci dəfə pul tutulmuşdur. 61.Bundan başqa, gömrük orqanının məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi məlumatda göstərilən X5ndə göndərən/ixracatçı sütununda birbaşa göstərilmişdir ki, mallar "xxxx"-nin tapşırığı ilə iddiaçı tərəfindən ölkə ərazisinə gətirilmi ş cavabdeh tərəfindən rəsmiləşdirilmişdir. Həmçinin, YGB-lərin əlavəsi olan hesabfakturalarda (İnvoice) da tərəflərin statusu birmənalı olaraq göstərilmiş və gömrük orqanına, o cümlədən vergi orqanına təqdim olunmuşdur (hesab-fakturalar əlavə olunur). Hesab-fakturalarda satıcı qismində "xxxx", Yükgöndərən qismində iddiaçı, alıcı qismində isə cavabdeh göstərilmişdir. Lakin təqdim olunmuş idxal gömrük bəyannamələrinin sübut kimi qiymətləndirilməmiş, əksinə iddiaçı tərəfindən təqdim olunmuş və sübut kimi qiymətləndirilməsi mümkün olmayan sənədləri sübut kimi dəyərləndirmişdir.

62. Mübahisə predmeti olan texnikaların rəsmiləşdirilməsi zamanı verilmiş bəyannamələri, ayrı-ayrı şirkətlər tərəfindən iddiaçıya edilmiş ödənişlər nəzərə alınanda aydın olur ki, MMC-nin iddiaçı qarşısında heç bir mül ki-hüquqi öhdəliyi yoxdur.

63. Apellyasiya instansiyası məhkəməsi cavabeh tərəfindən təqdim olunmuş alqısatqı müqavilələrini əhəmiyyətsiz əqd olmaqla etibarsız hesab etmiş, bunu əsaslandırmamış və nəticədə maddi və prosessual pozuntuya yol vermişdir. Göstərilən müqavilələrin əhəmiyyətsiz əqd hesab edilməsi üçün heç bir əsas yoxdur, məhkəmə kollegiyası bu nəticəyə gəlməklə iddia predmetindən kənara çıxmış və əsassız qətnamə qəbul etmişdir.

64. Cavabdeh kassasiya şikayətini əsaslandırmaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 68, Azərbaycan Respublikası MPM-in 88, 89.2, 89.3cü maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

65. Kassasiya şikayətinə dair etiraz təqdim edilməmişdir. ç) Məhkəmə icraatı iştirakçılarının izahatları

66. İddiaçının v əkili və nümayəndəsi kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 67.Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

68. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarını qismən mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

69. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

70. Azərbaycan Respublikası MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

6. Mülki qanunvericiliyin prinsipləri 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi;... 6.1.5. müqavilələr azadlığı;...” “Maddə

14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra ed ilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc mə hkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir.... 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər....” “Maddə

627. Göndərmə müqaviləsi 627.1. Göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür....” “Maddə

637. Göndərilən mallar üçün hesablaşmalar 637.1. Alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2. Göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. 637.3. Göndərmə müqaviləsində malların komplektə daxil olan ayrı-ayrı hissələrlə göndərilməsi nəzərdə tutulduqda, alıcı malları, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, kompl ektə daxil olan sonuncu hissə yollandıqdan (seçildikdən) sonra ödəyir.” “Maddə

787. Broker müqaviləsi anlayışı 787.1. Broker müqaviləsinə əsasən brokerə muzd müqabilində sifarişçiyə vasitəçilik xidmətləri göstərmək tapşırığı verilir. 787.2. Əgər bu Məcəllənin bu fəslinin aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, broker müqaviləsinə tapşırıq müqaviləsi haqqında qaydalar tətbiq edilir.”

71. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlu matlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apellyasiya ins tansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.” “Maddə

420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.” İV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

72. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları (bax yuxarıda § 73) düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

73. Kassasiya şikayətinin dəlili ilk növbədə apel lyasiya instansiyası məhkəməsi tərəfindən mötəbər sübut kimi qiymətləndirilən proforma invoysların, qablaşdırma siyahılarının, daşıma sənədlərinin (konosament), kommersiya fakturaların, ixrac üzrə gömrük bəyannamələrinin, email yazışmaların və s. sənədlərin MPM-nin 89-cu maddəsinin tələblərinə cavab verməməsi və «Notariat haqqında» Qanunun 68-ci maddəsinin düzgün tətbiq edilməməsi ilə bağlıdır.

74. Kassatorun dəlilinə münasibətdə qeyd edilməlidir ki, işin materiallarına əlavə edilmiş xarici dildən tərcümə edilmiş sənədlərdə notarius tərəfindən tərcüməçinin imzasının həqiqiliyi təsdiq edilmişdir ki, bu da və «Notariat haqqında» Qanunun 68-ci maddəsinin tələblərinə uyğun olmuşdur.

75. Notarius müvafiq dilləri bilirsə, sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü təsdiq edə bilə r. Notarius müvafiq dilləri bilmədiyi halda, sənədləri tərcüməçi tərcümə etməli, onun imzasının həqiqiliyini isə notarius təsdiq etməlidir («Notariat haqqında» Qanunun 68-ci maddəsi). 76.Tərcümə olunmuş sənədlərin mötəbərliyinə gəldikdə, apellyasiya instansiyası məhkəməsi surətləri işə əlavə olunmuş istinad olunan sənədlərdəki məlumatların, səlahiyyətli dövlət orqanı-Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş, mötəbərliyi şübhə doğurmayan məlumatlarla uyğunluq təşkil etməsini, təsdiq edilməsini nəzərə almaqla, işdə olan sübutların məcmusunu ona tətbiq edilməli olan maddi hüquq normalarına müvafiq qiymətləndirməklə iş üzrə nəticəyə gəlmişdir. Ona görə Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 88 və 89-cu maddələrinin tələbləri pozulmamışdır.

77. Məhkəmə kollegiyası kassasiya şikayətinin digər-cavabdehin iddiaçı ilə heç bir müqavilə münasibətlərinin olmaması, müvafiq texnikaların "xxxx" şirkəti ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqavilələrinə əsasən ölkə ərazisinə gətirilməsi, lakin məhkəmənin iddiaçıdan ödənilmiş mala görə ikinci dəfə pul tutması barədə dəlili razılaşmır.

78. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarına görə sözügedən texnikalar mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmuşdur. Məhkəmə araşdırmaları zamanı, cavabdeh "xxxx"-dən aldığını iddia etdiyi tenikaların alqı-satqı müqavilələri bağlanmamışdan əvvəl "xxxx" şirkətinin mülkiyyətində olması barədə sənədləri, mülkiyyətçi olmadığı təqdirdə isə broker kimi texnikaların satılmasına əsas verən sənədləri (broker müqaviləsi və s.) təqdim edə bilməmişdir. Ona görə də, apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, "xxxx" şirkəti faktiki olaraq nə mülkiyyətində, nə də broker müqaviləsi əsasında qanuni sahibliyində olmayan əşya (texnikalar) barəsində sərəncam verməklə, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla cavabdehlə MMC ilə etibarsız, hazırkı halda isə əhəmiyyətsiz əqdlər bağlamışdır.

79. Cavabeh kassasiya şikayətində bunu məhkəmənin iddia predmetindən kənara çıxması kimi qiymətləndirmişdir (bax yuxarıda §63).

80. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qeyd olunan nəticəsi həm kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə birinci icraat zamanı qərarında şərh olunmuş göstərişlərə (§35), həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respubli kası Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 2 aprel tarixli «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olmuşdur.

81. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 2 aprel tarixli qərarında göstərilmişdir ki, «....qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müd dətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. …..Müraciətdə qaldırılan məsələlərdən biri də məhkəmə araşdırması zamanı əqdin etibarsızlığının məhkəmə tərəfindən müəyyən edilməsi hallarında məhkəmələrin bunu irəli sürülən tələbdən asılı olmayaraq öz xidməti vəzifəsinə görə nəzərə almalı olub-olmaması ilə bağlıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan R espublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir».

82. Cavabdeh kassasiya şikayətinin digər dəlilləri (bax yuxarıda § 58-62) işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə baclıdır ki, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və qiymət verilmir. Cavabdehin kassasiya şikayətində həmin dəlillərlə bağlı işin hallarına istinadla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının pozulması qeyd olunsa da, konkret hansı maddi hüquq normasının pozulduğu göstərilməmişdir. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşır.

83. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir. 8 4.Şərh edilənlərə əsasən və MPM-in 415-1, 416, 417, 418, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 aprel tarixli, 2-2(103)-88/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.F.Qəribov E.Y.Şamayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar