Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-468/2021 02.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: “pul” tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, Elgün Lətifovun katibliyi, iddiaçının vəkili Nümayəndə3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 25 may tarixli 2-2(103)-388/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məh kəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı MMC-nin Cavabdeh MMC arasında bağlanmış 2013-cü il 4 iyul tarixli, mobil Abunə Müqaviləsindən görünür ki, tərəflər bununla razılaşırlar ki, İddiaçı Abunəçini nömrə ilə təmin edir, açıq rabitə xətti ayırır və xidmətlərin göstərilməsini təmin edir, abunəçi isə öz növbəsində bu müqavilə və müvafiq tarif planı üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən istifadə edir və xidmətlərdən istifadəyə görə müvafiq ödənişləri həyata keçirir. 2. 2019-cu il 1 iyul tarixli hesab-fakturadan görünür ki, cavabdehin *******************************************************, ********* telefon nömrələri üzrə 11523,26 manat ödənilməmiş faktura borcu var.
3. Cavabdeh MMC müqavilə üzrə öhdəliyinə dair 2013-cü il 4 iyul tarixli təminat məktubu ilə ay rılan 30 ədəd nömrə üzrə göstərilən xidmətlərə görə ödənişlərin təyin olunmuş müddətdə ödənilməsinə dair zəmanət vermişdir. 4. 2019-cu il 1 iyul tarixli hesab-fakturadan görünür ki, cavabdehin faktura müddətinin əvvəlinə 11.523,26 manat məbləğində qalıq borcu mövcud olmuşdur.
5. İddiaçı MMC Cavabdeh MMC-yə 2019-cu il 8 avqust tarixli pretenziya məktubu ünvanlayaraq, məktubu aldıqdan 10 iş günü müddətində, həmin borcun ödənilməsini abunəçidən (cavabdehdən) tələb emiş, lakin nəticəsiz qalmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı MMC (bundan sonra mətndə iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə GSM müqaviləsi üzrə 11.523.26 manat xidmət haqq ının və ödənilmiş 20.40 manat dövlət rüsumunun, cəmi üzrə 11.553.66 manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış GSM müqaviləsinə əsasən sonuncu üzrə 11.523.26 manat məbləğində cəmiyyətin rabitə xidmətlərindən istifadə edərək danışıqlar aparmış və nəticədə 11.523.26 manat məbləğində borcu yaranmışdır. Müqavilənin şərtlərinə əsasən abonent ona göstərilən rabitə xidmətlərinə görə xidmət haqqını iddiaçının müəyyən etdiyi son ödəmə tarixinədək ödəməlidir. Hesab-fakturada göstərilən ödəniş şərtləri abonent tərəfindən pozularsa, iddiaçı gecikdirilən hər gün üçün gecikmə faizi tətbiq edir. Beləliklə, borcluya aid GSM fakturalarından göründüyü kimi borclu müqavilənin şərtlərini pozaraq, göstərilən borcun ö dənilməsini təmin etməmişdir.
8. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 442, 443.1, 448.1-ci maddələrinə istinad etmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 31 avqust tarixli, e-2-2(113)-1515/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir (hakim Aytən Əliyeva).
10. Həmin məhkəmə gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, abunə müqaviləsi ilə tərəflərin hər ikisinin öhdəlikləri olduğu halda, iddiaçı tərəfindən öhdəliklər tam icra edilmiş, lakin cavabdeh tərəfindən onun üzərinə düşən öhdəliklər tam icra edilməmiş, habelə tam icra edilmədiyi təqdirdə, onların yerinə yetirilməməsinin hər hansı bir üzrlü səbəbləri göstərilməmişdir. Eyni zamanda, ərizəyə əlavə olunmuş sənədlərlə iddiaçının tələbin aşkar olması, yəni tələ bin sadə yazılı formada bağlanmış əqdlə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Belə olan halda, iddiaçı göstərilmiş abunə və xidmət haqqı üzrə borcun cavabdehdən tutulması tələbinə dair iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
11. Məhkəmə qətnaməsində Azərbaycan Respublikası MM-in 385.1, 427.3, 427.4, 430.1, 439.6, 441.4,442, 443.1, 448.1-ci maddələrinə istinad edilmişdir.
12. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamənin qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 25 may tarixli, 2-2(103)-388/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci ins tansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qərar çıxarılmaqla, iddia tələbi təmin edilməmişdir (sədrlik edən hakim Cahangir Yusifov, hakimlər Raqib Qurbanov və Vüsalə Baxışova).
14. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, birinci instansiya məhkəməsində işə cavabdeh tərəfin iştirakı olmadan baxıldığından, sonuncunun iddia olunan borcun yaranması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə açıqlama təqdim edilməsinə dair vəsatəti nəzərə alınmaqla, iddiaçıya borcla bağlı maliyyə arayışı və müvafiq hesabat sənədlərinin məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. Təqdim olunmuş maliyyə arayışına əsasən (30 ədəd) mobil nömrələr üzrə iddiaçının telekommunikasiya xidmətlərinə görə abunəçinin (cavabdehin) 10.026,33 manat məbləğində borcu yaramış, həmin borcundan 915,33 manat ödəniş həyata keçirildikdən sonra onun iddiaçıya olan borcu 9.111,00 manat təşkil etmiş, bundan başqa ödəmənin gecikdirilməsinə görə ona abunə müqaviləsinin 5.3-cü maddəsinə əsasən 1.686,07 manat məbləğində cərimə hesablanmışdır. Maliyyə arayışında qeyd olunur ki, mobil nömrələr üzrə borcun tərkibi və ödənişlər barədə məlumatlar arayışa əlavə edilmiş, cədvəllərdə əks olunmuş və həmin cədvəllərdə abunəçinin ödənişləri nəzərə alınmışdır. Borcun tərkibinə dair həmin cədvəllər araşdırıldıqda isə müəyyən edilir ki, cavabdehin borcla bağlı sonuncu ödənişləri 2016-cı ilin iyul ayında (2016-cı il 27 iyul tarixdə 2 manat, 2016-cı il 30 iyul tarixində 5 manat) həyata keçirilmişdir.
15. İşin materiallarından görünür ki, cavabdeh birinci instansiya məhkəməsində işə baxılmasında iştirak etməmiş, onun elektron kabineti mövcud olmamış, ünvanına göndərilmiş bütün məhkəmə bildirişləri geri qayıtmış, qətnamə onun iştirakı olmadan çıxarılmışdır. Cavabdehin nümayəndəsi vəkil Nümayəndə2 qeyd olunan izahatında və onun məhkəməyə təqdim etdiyi iddia müddətinin tətbiqi barədə ərizəsində iddiaçı tərəfindən abunə müqaviləsi üzrə yaranımış borcun məhkəmə qaydasında mübahisələndirilməsi üçün iddia müddətinin ötürüldüyü mübahisələndirilərək iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş edilmişdir.
16. Məhkəmə hesab etmişdir ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəsində haqlıdır. Belə ki, abunə müqaviləsinin 5.2-ci və 5.8-5.9-cu bəndlərinə, habelə, mobil nömrələr üzrə borcun tərkibini və ödənişləri özündə əks etdirən cədvəllərə əsasən müəyyən olunur ki, tərəflər arasında hesablaşma aylar üzrə ap arılır. İddiaçı tərəfindən hesab-faktura tərtib edilərək növbəti hesablaşma dövrünün əvvəlində abunəçiyə təqdim olunur və abunəçi həmin fakturada göstərilən son ödəmə tarixinə qədər ödəməni həyata keçirməyə borcludur. İddiaçı tərəfin təqdim etdiyi borcun tərkibini və ödənişləri özündə əks etdirən cədvəllərdən isə görünür ki, mübahisələndirilən borc məbləği 2013-cü ildən 2017cı ilin may ayına kimi yaranmış, həmin borc üzrə cavabdehin borcunu etiraf edən hərəkətləri yəni, son ödənişi - 2016-cı il 30 iyul tarixində (5 manat məbləğində) olmuş, bundan sonrakı aylarda onun ödənişləri və ya borcunu etiraf edən hər hansı digər hərəkətləri mövcud olmamışdır. İddiaçının nümayəndəsinin (vəkilinin) qeyd olunan izahatından da göründüyü kimi, borcla bağlı son ödənişləri 2016-cı ilin iyul ayında olduğu təsdiq olunur. İşə əlavə olunmuş vergi ödəyicilərinin uçotu idarəsinin məlumatlarına (fəaliyyətin dayandırılması bildirişinə) əsasən müəyyən olunur ki, cavabdeh 2014-cü il 22 sentyabr–2019-cu il 22 sentyabr tarixədək fəaliyyətini müvəqqəti olaraq dayandırmışdır.
17. Beləliklə, tutulması tələb olunan borc məbləği 2013-cü ildən 2017-cı ilin may ayına kimi yaranmış borc məbləğidir. Yəni, iddiaçının məhkəməyə müraciət etdiyi 2020-ci il 19 may tarixindən üç il əvvəlki dövrə-2020-ci il 19 may tarixinə qədər yaranmış olan borcu özündə əks etdirir.
18. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası MMin 373.2, 357.2, 377.1, 377.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. 19. 2021-ci il 7 iyun tarixində apellyasiya məhkəməsinin qətnaməsi tərəflərin elektron kabine tində yerləşdirilmişdir. 20. 2021-ci il 9 avqust tarixində iddiaçı tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya instansiyası məhkəməsinə qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
21. İşə baxan apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, “işin apellyasiya qaydasında araşdırılması zamanı müəyyən olunmuşdur ki, birinci instansiya məhkəməsində işə cavabdeh tərəfin iştirakı olmadan baxılmışdır. Belə ki, bütün məhkəmə çağırışları “qapı bağlıdır” qeydi ilə geri qaytarılmışdır”. Əvvəla, işə baxan apellyasiya məhkəməsi işin materiallarında olan məhkəmə çağırışlarını tam araşdırmadan səhv nəticəyə gəlmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, habelə Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində qeyd olunmuş məlumata görə cavabdehin hüquqi ünvanı “AZ1025, ünvan 1avabdeh müəssisənin təsisçisi və qanuni təmsilçisi X1 qeydiyyatda olduğu və yaşadığı ünvandır. İş materiallarına əlavə edilmiş SS656456781AZ ştrix-kodlu poçt xəbərnaməsindən görünür ki, məhkəmə bildirişi cavabdehin hüquqi ünvanına çatdırılmış və “Nurullayeva” soyadlı şəxs tərəfindən imzalanaraq qəbul edilmişdir.
22. Həmçinin, SS656492421AZ və SS656492381AZ ştrix-kodlu poçt xəbərnamələrindən görünür ki, işin məhkəmə baxışına təyin edilməsi barədə 2020-ci il 1 iyun tarixli məhkəmə qərardadı və məhkəmə bildirişi cavabdehin hüquqi ünvanına çatdırılmışlar və şəxsən qanuni təmsilçi tərəfindən imzalanaraq qəbul edilmişlər. Sonrakı, işin 2020-ci il 20 avqust və 2020-ci il 31 avqust tarixlərinə təxirə salınması barədə məhkəmə bildirişləri isə cavabdeh müəssisənin hüquqi ünvanına çatdırılmış, lakin “qapı bağlı” olduğuna görə təqdim edilməmişdir. İşin materiallarına əlavə edilmiş poçt sənədlərindən də görünür ki, məhkəmə bildirişləri iki dəfə cavabdehin hüquqi ünvanına göndərilmiş və imzalanaraq qəbul edilmiş, iki dəfə isə məhkəmənin təqsiri olmadan ünvana çatdırılsa da, qəbul edilməmişdir. Qeyd edilən hüquqi ünvan hazırda da qeydiyyat sənədlərinə əsasən cavabdehin hüququ ünvanıdır. Göründüyü kimi cavabdehin məhkəmə icraatı barədə məlumatı olmuş, iki dəfə isə icraat barədə məhkəmənin təqsiri olmadan məlumatı olmamış, lakin buna baxmayaraq, apelyasiya instansiyası məhkəmə si tərəfindən bu hallar araşdırılmamışdır.
23. Cavabdeh kassasiya şikayətini əsaslandırmaq üçün Azərbaycan Respublikası MPM-in 135.2, 135.3, 135.5, 185.5-ci maddələrinə, “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il 8 may tarixli qərarına istinad etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
25. İddiaçının vəkili Nümayəndə3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayəti n təmin olunmasını xahiş etmişdir.
26. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehə göndərilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. (MPM-in 415.3-cü maddəsi). II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona gör ə də, şikayət mümkün hesab edilmişdir.
28. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
29. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
30. Azərbaycan Respublikası MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.” “Maddə
373. İddia müddətləri 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir....” Maddə
374. İddia müddətlərinin müəyyənləşdirilməsi 374.1. Əgər müqavilədə b aşqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir....” “Maddə
375. İddia müddətinin tətbiqi 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Maddə
376. İddia müddətinin əlavə tələblərə tətbiqi Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.” “Maddə
377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır....”
31. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.... 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.” “Ma ddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.”
32. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 2008-ci il 08 may tarixli qərarında göstərilmişdir ki, « birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir». IV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki iddianın qaldırılması üçün mülki qan unvericiliklə müəyyən edilmiş iddia müddətinin buraxılması iddiaçı tərəfindən müəyyən edilmiş və iddia təmin edilməmişdir.
35. İddiaçı kassasiya şikayətində iddia müddətinin buraxılıb-buraxılmamasını deyil, iddia müddətinin cavabdehin apellyasiya icraatı mərhələsində verdiyi ərizə əsasında apellyasiya instansiyası məhkəməsi tərəfindən tətbiqini mübahisələndirmiş, göstərmişdir ki, işin materiallarına əlavə edilmiş poçt sənədlərindən də görünür ki, məhkəmə bildirişləri iki dəfə cavabdehin hüquqi ünvanına göndərilmiş və imzalanaraq qəbul edilmiş, iki dəfə isə məhkəmənin təqsiri olmadan ünvana çatdırılsa da, «qapı bağlıdır» qeydi ilə geri qaytarılmışdır.
36. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edilməsini zəruri hesab edir ki, iddiaçının kassasiya şikayətində isti nad etdiyi, SS656492421AZ və SS656492381AZ ştrix-kodlu poçt xəbərnamələrindən təqdim olunmuş məhkəmə sənədlərinin hansı ünvanda, cavabdeh hüquqi şəxsin vəzifəli şəxsi tərəfindən qəbul edildiyi müəyyən edilmir. Belə olan halda apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin poçt xəbərnamələrinin məhkəmə sənədlərinin cavabdehə çatdırılmasını təsdiq edən sübut kimi qiymətləndirilməməsi MPM-nin 135.2-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Həmin normanın tələbinə görə hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir.
37. İşin materiallarından aydın olur ki, birinci instansiya məhkəməsinin qətnaməsi icrası mərhələsində cavabdehin nümayəndəsinin müraciəti ilə məhkəmə qətnaməsi sonuncuyu təqdim edilmişdir.
38. Apellyasi ya instansiyası məhkəməsi cavabdehin apellyasiya baxışı mərhələsində iddia müddətinin tətbiqinə dair verdiyi ərizəyə qiymət verərkən nəzərə almışdır ki, vergi orqanının məlumatına əsasən cavabdeh 2019-cu ilin 22 sentyabr ayınadək fəaliyyətini dayandırmış, birinci instansiya məhkəməsində işə baxılmasında iştirak etməmiş, onun elektron kabineti mövcud olmamış, ünvanına göndərilmiş bütün məhkəmə bildirişləri geri qayıtmış, qətnamə onun iştirakı olmadan çıxarılmışdır.
39. Ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandır malıdır (MPM-nin 8.1, 9.1 və 9.3-cü maddələri).
40. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticəsi yuxarıda qeyd olunmuş maddi və prosessual hüquq normalarının tələblərinə, və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il 08 may tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olmuşdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. 41.Şərh edilənlərə əsasən və MPM-in 415-1, 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 25 ma y tarixli 2-2(103)-388/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.F.Qəribov