Məhkəmə qərarları › İş №2-2(103)-1157/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1157/2025

13.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1157/2025 13.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, Əzizzadə Rüfanə Elxan qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “lizinq obyektinin saz və işlək vəziyyətdə qaytarılması, pul, müqavilənin ləğvi” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-411/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İddiaçı (lizinq verən) ilə cavabdeh (lizinq alan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, KTA-KTT-21/5393 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X6” Müqaviləsinin 1.1-ci bəndinə görə lizinq verən lizinq alan tərəfindən seçilmiş və ünvan 1ində quraşdırılan meyvəqurutma avadanlıqlarını öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür.

2. Müqavilənin 2.2-ci bəndinə görə lizinq ödənişlərinin ümumi məbləği 917657,49 manat təşkil edir.

3. Müqavilənin 2.3-ü bəndinə görə avans məbləği 261875 manat, lizinq obyektinin qalıq dəyəri 542280 manat, mükafat məbləği 96480,61 manat, sığorta haqqı 3928,13 manat (birinci il üçün), müqavilənin rəsmiləşdirmə komissiyası isə 13093,75 manat təşkil edir.

4. Müqavilənin 3.2-ci bəndinə görə lizinqin müddəti 60 aydır. 11. Müqavilənin 3.5-ci bəndinə görə lizinq verən tərəfindən “istehsalçı” və ya “təchizatçı”ya ödənilmiş avans məbləğinin arasındakı fərq yarandığı gündən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən güzəşt məbləğin və maliyyələşən məbləğin ayrılması və ya imtina olunması tarixinədək hər bir ay üçün əlavə 1,5% komissiya lizinq alan tərəfindən lizinq verənə ödənilməlidir.

5. İddiaçı (lizinq verən) ilə cavabdeh (lizinq alan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, KTA-KTT-21/6258 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X6” Müqaviləsinin 1.1-ci bəndinə görə lizinq verən lizinq alan tərəfindən seçilmiş və ünvan 1ində quraşdırılan çeşidləmə avadanlığını öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür.

6. Müqavilənin 2.2-ci bəndinə görə lizinq ödənişlərinin ümumi məbləği 639677,87 manat təşkil edir. 16. Müqavilənin 2.3-cü bəndinə görə avans məbləği 179825 manat, lizinq obyektinin qalıq dəyəri 380472 manat, mükafat məbləği 67692,31 manat, sığorta haqqı (birinci il üçün) 2697,36 manat, müqavilənin rəsmiləşdirmə komissiyası isə 8991,20 manat təşkil edir.

7. Müqavilənin 3.2-ci bəndinə görə lizinqin müddəti 60 aydır. 18. Müqavilənin 3.5-ci bəndinə görə lizinq verən tərəfindən “istehsalçı” və ya “təchizatçı”ya ödənilmiş avans məbləğinin arasındakı fərq yarandığı gündən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən güzəşt məbləğin və maliyyələşən məbləğin ayrılması və ya imtina olunması tarixinədək hər bir ay üçün əlavə 1,5% komissiya lizinq alan tərəfindən lizinq verənə ödənilməlidir.

8. xx.xx.2021-ci il tarixli, KTA-KTT-21/6258 nömrəli X6 müqaviləsinə 1 nömrəli əlavə ilə lizinq müqaviləsi üzrə təhvil veriləcək xurma çeşidləmə avadanlığının tərkib hissələri razılaşdırılmışdır.

9. xx.xx.2021-ci il tarixli, KTA-KTT-21/6258 nömrəli X6 müqaviləsinə 2 nömrəli əlavə ilə lizinq müqaviləsi üzrə ödənişlərin tarixləri, aylıq ödənişlər və qalıq məbləğləri razılaşdırılmışdır.

10. . xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına görə xx.xx.2021-ci il tarixli, KTA-KTT 21/5393 nömrəli X6 müqaviləsi əsasında 22 adda avadanlıq lizinq alana təhvil verilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

11. İddiaçı ASC (bundan sonra– iddiaçı) Cavabdeh MMC yə (bundan sonracavabdeh) qarşı “lizinq obyektinin saz və işlək vəziyyətdə qaytarılması, pul, müqavilənin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, KTAKTT-21/5393 saylı X6 Müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə qədər 153646 manat gecikdirilmiş əsas borc, 732,17 manat gecikdirilmiş günlərə görə cərimə borc, 60,071.06 AZN komissiya məbləği üzrə borc, 7856,26 manat sığorta ödənişi üzrə borc olmaqla, ümumilikdə, 222305,49 manat borc məbləğinin; xx.xx.2021-ci il tarixli, KTA-KTT-21/6258 saylı X6 Müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə qədər 76094,40 manat gecikdirilmiş əsas borc, 1718,86 manat gecikdirilmiş günlərə görə cərimə borcu, 67492,28 manat komissiya məbləği üzrə borc, 5394,72 manat sığorta ödənişi üzrə borc olmaqla, ümumilikdə, 150763,26 manat borc məbləğinin və 663,10 manat (altı yüz altmış üç manat on qəpik) məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən tutulması, müvafiq müqavilələr üzrə borc məbləğinə dair tutmanın xx.xx.2021-ci tarixli, GM-21/0001 2 saylı girov müqaviləsi ilə girov qoyulmuş predmetlərə yönləndirilməsi, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, KTAKTT-21/5393 saylı, xx.xx.2021-ci il tarixli, KTA-KTT 21/6258 saylı X6 Müqavilələrinə xitam verilməsi və müvafiq olaraq 1 dəst Tecnofrutto/Wenta markalı meyvə qurutma avadanlığı və 1 ədəd Unitec markalı çeşidləmə avadanlığının saz və işlək vəziyyətdə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək xx.xx.2021-ci il tarixli, KTA KTT-21/5393 saylı X6 Müqaviləsinə əsasən xx.xx.2025ci il tarixə qədər 162165,55 (bir yüz altmış iki min yüz altmış beş manat əlli beş qəpik) AZN gecikdirilmiş əsas borc, 7227,59 (yeddi min iki yüz iyirmi yeddi manat əlli doqquz qəpik) AZN gecikdirilmiş günlərə görə cərimə borc, 60071,76 (altmış min yetmiş bir manat yetmiş altı qəpik) AZN komissiya (Mülki Məcəllə 748-11.1.2-ci maddə: lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər) məbləği üzrə borc, 11784,39 (on bir min yeddi yüz səksən dörd manat otuz doqquz qəpik) AZN sığorta ödənişi üzrə borc olmaqla, ümumilikdə, 241249,29 (iki yüz qırx bir min iki yüz qırx doqquz manat iyirmim doqquz qəpik) AZN borc məbləğinin; xx.xx.2021-ci il tarixli, KTA-KTT-21/6258 saylı X6 Müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə qədər 134003,75 (bir yüz otuz dörd min üç manat yetmiş beş qəpik) AZN gecikdirilmiş əsas borc, 19777,74 (on doqquz min yeddyüz yetmiş yeddi manat yetmiş dörd qəpik) gecikdirilmiş günlərə görə cərimə borc, 67492,28 (altmış yeddi min dörd yüz doxsan iki manat iyirmi səkkiz qəpik) AZN komissiya (Mülki Məcəllə 748-11.1.2-ci maddə : lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər) məbləği üzrə borc, 8092,08 (səkkiz min doxsan iki manat 08 qəpik) AZN sığorta ödənişi üzrə borc olmaqla, ümumilikdə, 229365,85 (iki yüz iyirmi doqquz min üç yüz altmış beş manat səksən beş qəpik) AZN borc məbləğinin və 663.10 AZN (altı yüz altmış üç manat on qəpik) məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən tutulması, müvafiq müqavilələr üzrə borc məbləğinə dair tutmanın xx.xx.2021-ci tarixli, GM-21/0001 2 saylı Girov müqaviləsinin ilə girov qoyulmuş predmetlərə yönləndirilməsi, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, KTA-KTT-21/5393 saylı, xx.xx.2021-ci il tarixli, KTA-KTT- 21/6258 saylı X6 Müqavilələrinə xitam verilməsi və müvafiq olaraq 1 dəst Tecnofrutto/Wenta markalı meyvə qurutma avadanlığı və 1 ədəd Unitec markalı çeşidləmə avadanlığının saz və işlək vəziyyətdə geri qaytarılması və əlavə olaraq ödənilmiş 383 manat dövlət rüsumunun da cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Bakı Kommersiya Məhkəməsinin 15 may 2025-ci il tarixli, e-2-2(113)-411/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən xx.xx.2021-ci il tarixli, KTA KTT-21/5393 saylı X6 Müqaviləsinə əsasən 162165,55 manat əsas borc, 7227,59 manat cərimə borcu, 9670,52 manat sığorta ödənişi üzrə borc; xx.xx.2021-ci il tarixli, KTA-KTT-21/6258 saylı X6 Müqaviləsinə əsasən 134003,75 manat əsas borc, 6700 manat cərimə borcu, 3928,13 manat sığorta ödənişi üzrə borc, 613,70 manat dövlət rüsumu, ümumilikdə 324309,24 (üç yüz iyirmi dörd min üç yüz doqquz manat iyirmi dörd qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tələb xx.xx.2021ci tarixli, GM-21/0001-2 saylı Girov müqaviləsi ilə girov qoyulmuş: 1 ədəd buxarlandırıcı və kondensatorlu soyuducu evaporato, 2 ədəd SS gigiyenik konveyer kəməri 10MTR,S (Jenerings.Com), 2 ədəd SS gigiyenik konveyer kəməri 5MTR,S (Jenerings.Com), 1 ədəd qablaşdırma və bükmə avadanlığı (FAM), 2 ədəd meyvə doğrama avadanlığı BCM-1650 (Jegerings), 1 ədəd paketləmə avadanlığı (VH) qurudulmuş meyvələr üçün, 1 ədəd qab yuyan maşın (tutumların yuyulması üçün) Xucla, 1 ədəd xurma əzən aparat 4kw 2800d/dəq (Zeyem), 1 ədəd doypak avadanlığı DPM-8BT (Agricultura-ALFA PACK), 1 ədəd-25C rejimli soyuducu anbarın tikinti quraşdırma, 1 ədəd soyuducu anbarlarda metal konstruksiyalı yığılma rəflər, 4 ədəd SUS nəmləndirici qurutma maşını 4000*1500*2700, 4 ədəd uzaqdan idarə paneli M/T, 1 ədəd generator seti 825 kVa750 və 1250 KVA SERVO REGULATOR, 20 ədəd Pilinq maşını (soyma maşın), 185 ədəd uretan qurutma dayağı 4200*12500*2700, 2 ədəd nəmişlik ölçü cihazı və 1 ədəd transpalet tərəzili “Hochkraft” 2000kq universal-a yönəldilməsi, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, KTA- KTT-21/5393 saylı, xx.xx.2021-ci il tarixli, KTA-KTT-21/6258 saylı X6 Müqavilələri ləğv edilmiş hesab edilməsi, Cavabdeh MMC-dən 1 dəst Tecnofrutto/Wenta markalı meyvə qurutma avadanlığı və 1 ədəd Unitec markalı çeşidləmə avadanlığı saz və işlək vəziyyətdə geri alınaraq İddiaçı ASC-yə qaytarılması,iddia tələbi qalan hissədə təmin edilməməsi,iddia ərizəsi verilərkən ödənilmiş 49,40 (qırx doqquz manat qırx qəpik) manat dövlət rüsumu İddiaçı ASC-nin özünə aid edilməsi,aparılmış ekspertiza tədqiqatı ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilməsi qət edilmişdir.

14. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli xx.xx.2025-ci ilsaylı qətnaməsi qismən ləğv olunmasınıi, iddia tələbinin xx.xx.2021-ci il tarixli, KTA-KTT-21/6258 saylı müqavilə üzrə 6700 manat cərimə borcunun tutulması və xx.xx.2021-ci tarixli, GM-21/0001-2 saylı Girov müqaviləsi ilə girov qoyulmuş: 1 ədəd buxarlandırıcı və kondensatorlu soyuducu evaporato, 2 ədəd SS gigiyenik konveyer kəməri 10MTR,S (Jenerings.Com), 2 ədəd SS gigiyenik konveyer kəməri 5MTR,S (Jenerings.Com), 1 ədəd qablaşdırma və bükmə avadanlığı (FAM), 2 ədəd meyvə doğrama avadanlığı BCM-1650 (Jegerings), 1 ədəd paketləmə avadanlığı (VH) qurudulmuş meyvələr üçün, 1 ədəd qab yuyan maşın (tutumların yuyulması üçün) Xucla, 1 ədəd xurma əzən aparat 4kw 2800d/dəq (Zeyem), 1 ədəd doypak avadanlığı DPM-8BT (Agricultura-ALFA PACK), 1 ədəd -25C rejimli soyuducu anbarın tikinti quraşdırma, 1 ədəd soyuducu anbarlarda metal konstruksiyalı yığılma rəflər, 4 ədəd SUS nəmləndirici qurutma maşını 4000*1500*2700, 4 ədəd uzaqdan idarə paneli M/T, 1 ədəd generator seti 825 kVa750 və 1250 KVA SERVO REGULATOR, 20 ədəd Pilinq maşını (soyma maşın), 185 ədəd uretan qurutma dayağı 4200*12500*2700, 2 ədəd nəmişlik ölçü cihazı və 1 ədəd transpalet tərəzili “Hochkraft” 2000kq universal-a yönəldilsində hissəsində təmin edilməməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə ilə qismən razı deyiləm (cərimə borcunun tutulması və tutmanın girov predmetinə yönəldilməsi), müəyyən etdiyi bəzi halları qəbuletmirəm və məhkəmə qətnaməsini bu hissələrdə mübahisələndirir. İşin materiallarından görünür ki, tərəflər arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, KTA-KTT-21/6258 saylı müqavilə üzrə 19777,74 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə xx.xx.2021-ci il tarixli müqavilə üzrə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılmış, cavabdehdən tutulacaq cərimə xx.xx.2021-ci il tarixli, KTA-KTT- 21/6258 saylı müqavilə üzrə 6700 manat müəyyən edilmişdir. Lakin qeyd edilən müqavilə üzrə məhkəmə dəbbə puluni hansı əsasla 6700 manat müəyyən etdiyini əsaslandırmamışdır. Hesab edirik ki, qeyd edilən 6700manat dəbbə pulu xx.xx.2021-ci il tarixli, KTA-KTT-21/6258 saylı müqavilə üzrə borclunun əsaslı mənafeyinə uyğun deyil və tənəsübsüz surətdə yüksəkdir. Girov predmetlərinə tutmanın yönəldən məhkəmə giroc qoyan tərəfindən hansı müavilə və ya müqavilələrin tələblərinin pozulması bildirməmişdir. Məntiqi olaraq belə nəticəyə gəlinir ki, girov predmetinə yönəldilmə tərəflər arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, KTAKTT-21/5393 saylı X6 Müqaviləsinə və xx.xx.2021ci il tarixli, KTA-KTT-21/6258 saylı X6 Müqaviləsi üzrəöhdəliklərin pozulması nəticəsində baş vermişdir. xx.xx.2021-ci il tarixli, KTAKTT-21/5393 saylı X6 Müqaviləsinin 4.1 v. 4.1.1ci maddəsinə əsasən Bu müqavilə üzrə Lizinq alanın Lizinq verən qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh MMC-yə məxsus ünvan 1i ünvanında yerləşən quru vəyarımquru meyvələrin istehsalı avadanlıqları "xxxx" ASC-nin xeyrinə yüklü edilir. 05 yanvar 2021-ci il tarixli KTA-KTT-20\0001-İ-43 və 12 aprel 2021-ci iltarixli KTA- KTT21\0001-İ-9 nömrəli Daxili Lizinq müqaviləsi üzrə öhdəliklərin həcmi xx.xx.2021-ci il tarixli, KTAKTT-21/5393 saylı X6 Müqaviləsi və xx.xx.2021-ci il tarixli, KTA-KTT21/6258 saylı X6 Müqaviləsi öhdəliklərin həcmindən fərqlidir. xx.xx.2021-ci il tarixli, KTAKTT- 21/5393 saylı Daxili MaliyyəLizinqi Müqaviləsi və xx.xx.2021-ci il tarixli, KTA-KTT-21/6258 saylı X6 Müqaviləsində 05 yanvar 2021-ci il tarixli KTA-KTT-20\0001-İ-43 və 12 aprel 2021-ci il tarixli KTA-KTT21\0001-İ-9 nömrəli Daxili Lizinq müqaviləsinə heç bir istinad yoxdur, yəni iddianın predmetini təşkil edən müqavilələrin bu müqavilələrin davamı olduğu səciyələndirən heç bir əlamət yoxdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəməyə gəlməmiş, hər iki tərəf ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

19. Həmin Məcəllənin 748-1.12, 748-1.12.4-cü maddələrinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

20. Həmin Məcəllənin 748-2.5-ci maddəsinə əsasən maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir.

21. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

27. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın edilən (dəbbə pulunun məbləği və tutmanın girov predmetinə yönəldilməsi) hissəsində yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır

29. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı (lizinq verən) ilə cavabdeh (lizinq alan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, KTA-KTT-21/5393 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X6” Müqaviləsi,iddiaçı (lizinq verən) ilə cavabdeh (lizinq alan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, KTA- KTT-21/6258 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X6” Müqavilələri bağlanmış lizinq verən (iddiaçı) həmin müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra edərək lizinq obyektlərini müqavilənin şərtlərinə uyğun şəkildə cavabdehə təhvil vermiş, lakin cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri tam icra etməmişdir.

30. İş materiallarınqa əlavə edilmiş İddiaçı ASC (lizinq verən) ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, GM-21/0001-2 nömrəli girov müqaviləsinə görə girov qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakı xx.xx.2021-ci il tarixli, KTA-KTT- 20/0001-İ43 və xx.xx.2021-ci il tarixli, KTA-KTT-21/0001-İ-9 nömrəli X6 müqaviləsi barədə ilkin lizinq müqaviləsi qarşısında öhədliklərinin icrasının təmin edilməsi üsulu kimi girova verərək İddiaçı ASC-nin xeyrinə yüklü edir.

31. Azərbaycan Respublikası Mərkəzi Bankının Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışa əsasən quru və yarımquru meyvələrin istehsalı avadanlığı İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir.

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin tutmanın girov predmetlərinə yönəldilməsinin mübahisələndirilən lizinq müqavilələri ilə əlaqəsi olmaması dəlilinə münasibətdə qeyd edir ki, siyahısı qeyd edilmiş avadanlıqlarla bağlı müqavilələrə əlavələrdə (Əlavə №1 мэ Əlavə №2) xx.xx.2021-ci il tarixli, KTA-KTT-21/5393 nömrəli və xx.xx.2021-ci il tarixli, KTA-KTT-21/6258 nömrəli müqavilələrə istinad edilmiş, cavabdeh ilkin maliyyə lizinqi müqavilələri (xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərində olan) üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi xx.xx.2021-ci il tarixli, KTA-KTT-21/5393 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X6” Müqaviləsinin 1.1-ci bəndivə 4.1.1-ci bəndinə görə Cavabdeh MMC-yə məxsus ünvan 1i ünvanında yerləşən quru və yarım quru meyvələrin istehsalı avadanlıqlarını, həmçinin xx.xx.2021-ci tarixli, GM-21/0001-2 saylı Girov müqaviləsi ilə 1 ədəd buxarlandırıcı və kondensatorlu soyuducu evaporato, 2 ədəd SS gigiyenik konveyer kəməri 10MTR,S (Jenerings.Com), 2 ədəd SS gigiyenik konveyer kəməri 5MTR,S (Jenerings.Com), 1 ədəd qablaşdırma və bükmə avadanlığı (FAM), 2 ədəd meyvə doğrama avadanlığı BCM-1650 (Jegerings), 1 ədəd paketləmə avadanlığı (VH) qurudulmuş meyvələr üçün, 1 ədəd qab yuyan maşın (tutumların yuyulması üçün) Xucla, 1 ədəd xurma əzən aparat 4kw 2800d/dəq (Zeyem), 1 ədəd doypak avadanlığı DPM-8BT (Agricultura-ALFA PACK), 1 ədəd -25C rejimli soyuducu anbarın tikinti quraşdırma, 1 ədəd soyuducu anbarlarda metal konstruksiyalı yığılma rəflər, 4 ədəd SUS nəmləndirici qurutma maşını 4000*1500*2700, 4 ədəd uzaqdan idarə paneli M/T, 1 ədəd generator seti 825 kVa750 və 1250 KVA SERVO REGULATOR, 20 ədəd Pilinq maşını (soyma maşın), 185 ədəd uretan qurutma dayağı 4200*12500*2700, 2 ədəd nəmişlik ölçü cihazı və 1 ədəd transpalet tərəzili “Hochkraft” 2000kq universal avadanlıqları girov qoyulmuş və "xxxx" ASC-nin xeyrinə yüklü etmişdir. Müqavilə tərəflərin imza və möhrü ilə notarial qaydada təsdiq edilmişdir.

33. Eyni zamanda mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

34. Məhkəmə kolelgiyası cərimə borcunun məbləğinin yüksək olması dəliliə ilə bağlı qeyd etmək istəyir ki, iddiaçı xx.xx.2021-ci il tarixli müqavilə üzrə 7227,59 manat, xx.xx.2021-ci il tarixli, KTA-KTT-21/6258 saylı müqavilə üzrə 19777,74 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürsədə birinci instansiya məhkəməsi haqlı olaraq cərimə məbləği tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 6700 manat müəyyən etmişdir. Hazırki halda cərimə borcunun daha da azaldılması üçün yeni əsaslar müəyyən edilmədiyindən apellyasiya şikayətinin dəlili əsaasız olduğundan təmin edilə bilməz.

35. Belə ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır

36. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

37. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

38. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

39. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh MMC-tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 15 may 2025-ci il tarixli, e-2-2(113)-411/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar