Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-1325/2020 17.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı 204000 manat məbləğində borc, 5100 manat faiz və 30 manat dövlət rüsumunun cavdbehdən tutulması tələbinə dair iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(002)-322/2020 saylı qərardadına əsasən mülki iş məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Qərardadda hüquqi əsas kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə istinad edilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, ərizədən və iş materiallarında olan sənədlərdən görünür ki, mübahisə sahibkarlıq subyekti olan kommersiya qurumunun təsisçiləri arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X3 bildirdi ki, tərəflər arasında olan hazırkı mübahisə sahibkarlıq fəaliyyəti ilə bağlı deyil. Tərəflər arasında olan şəxsi münasibətlər zəminində iddiaçı cavabdehə kredit vermiş və aralarında müvafiq kredit müqaviləsi bağlanmışdır. İddiaçı məhkəməyə müraciət edərək həmin borcun qaytarılmasını xahiş etmişdir. Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(002)-322/2020 saylı qərardadından işin uzanmaması üçün şikayət verməmişdir. Hesab edir ki, hazırkı işə ümumi məhkəmədə baxılmalıdır. Ona görə də məhkəməyə ərizə təqdim edərək məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün işin Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsini xahiş edir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyərək belə nəticəyə gəlir ki, hazırkı işə kommersiya məhkəməsində baxılmalı deyil və iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Belə ki, x xxxx 2019-cu il tarixli 1633-VQD nömrəli “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsi yeni redaksiyada verilmişdir. Həmin Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. Əvvəlki redaksiyada deyilirdi: “Mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır.” Eyni zamanda qeyd olunan, 2020-ci il yanvarın 1-dən qüvvəyə minən Qanuna əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsi yeni redaksiyada verilmişdir və həmin maddəyəəsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi iləəlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin maddənin əvvəlki redaksiyasında deyilirdi: İdarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında, yaxud vergi orqanının qaldırdığı iddialar ilə bağlı vergi orqanı ilə vergi ödəyicisi arasında iqtisadi mübahisələr üzrə işlər mülki icraat qaydasında inzibati-iqtisadi məhkəməyə aiddir. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh və İddiaçı “İsgəndər ASA X2” MMC-nin təsisçiləridir və cəmiyyət iştirakçılarının nizamnamə kapitalındakı payları təsisçi Cavabdeh 75% və təsisçi İddiaçı 25% olaraq müəyyən edimişdir. Eyni zamanda hər iki fiziki şəxs vergi ödəyicisi kimi qeydiyyata alınmış və onlara VÖEN nömrəsi verilmişdir (İddiaçı - **********, Cavabdeh - **********). Bunlara baxmayaraq, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin sözügedən fiziki şəxslərin sahibkarlıq fəaliyyətnin həyata keçirilməsi ilə, təsisçiləri olduqları “İsgəndər ASA X2” MMC-nin fəaliyyəti ilə bağlı olması müəyyən olunmur. Müqavilədə “borc verən” və “borc alan” qrafalarında hüquqi şəxslər və yaxud fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslər üçün tələb olunan rekvizitlər deyil, fiziki şəxsə dair tələb olunan rekvizitlər qeyd olunmuşdur və hazırkı mübahisənin predmetini tərəflər arasında bağlanan kredit müqaviləsi üzrə borcun qaytarılması təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə hesab edir ki, hazırda məhkəmələr arasında məhkəmə aidiyyətinin müəyyən edilməsi barədə fikir ayrılığı yarandığından İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 45, 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı borcun tutulması barədə iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Zeynəb Axundova
Məhkəmə qərarları › İş №2-2(113)-1325/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-1325/2020
17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver