Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-247/2026 08.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI (Açar sözlər: sığorta müqaviləsi, sığorta hadisəsi, sığorta ödənişinin ödənilməsindən imtinaya əsas verən hallar, sığorta riski, ekspert rəyinin işin halları ilə səbəbli əlaqəsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçı İddiaçı nümayəndəsi (vəkili) nümayəndə2, cavabdeh Cavabdeh nümayəndəsi nümayəndə1 iştirakları ilə Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “sığorta pulunun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışa əsasən, Oğuz rayonu, Baş Daşağıl kəndində yerləşən 7,5731 ha (kənd təsərrüfatlı təyinatlı) torpaq sahəsi İddiaçı adına ##.##.2017-ci il tarixdə 1917005579 nömrə ilə qeydiyyata alınmışdır.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, Oğuz rayonu, Baş Daşağıl kəndində yerləşən 0,4559 ha (kənd təsərrüfatlı təyinatlı) torpaq sahəsi İddiaçı adına ##.##.2018-ci il tarixdə 1918007282 nömrə ilə qeydiyyata alınmışdır.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışa əsasən, Oğuz rayonu, Baş Daşağıl kəndində yerləşən 4,4647 ha (kənd təsərrüfatlı təyinatlı) torpaq sahəsi İddiaçı adına ##.##.2020-ci il tarixdə 19200001702 nömrə ilə qeydiyyata alınmışdır.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışa əsasən, Oğuz rayonu, Baş Daşağıl kəndində yerləşən 5,5270 ha (kənd təsərrüfatlı təyinatlı) torpaq sahəsi İddiaçı adına ##.##.2020-ci il tarixdə 1919015775 nömrə ilə qeydiyyata alınmışdır.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışa əsasən, Oğuz rayonu, Baş Daşağıl kəndində yerləşən 1,53 ha (kənd təsərrüfatlı təyinatlı) torpaq sahəsi İddiaçı adına ##.##.2020-ci il tarixdə 19200005714 nömrə ilə qeydiyyata alınmışdır.
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışa əsasən, Oğuz rayonu, Baş Daşağıl kəndində yerləşən 0,9821 ha (kənd təsərrüfatlı təyinatlı) torpaq sahəsi İddiaçı adına ##.##.2022-ci il tarixdə 1922015434 nömrə ilə qeydiyyata alınmışdır.
7. Aqrar Sığortaçı - Cavabdeh adından çıxış edən “xxxx” ASC ilə Aqrar Sığortalı İddiaçı arasında Oğuz rayonu ərazisində kənd təsərrüfatı bitkiləri və bitçilik məhsullarının sığortası üçün ##.##.2023-cü il tarixdən – ##.##.2023-cü il tarixədək qüvvədə olma müddəti ilə - ##.##.2022-ci il tarixində BS-2022113641-QS (sığorta məbləği 8330,41 manat), BS2022113643-QS (sığorta məbləği 2081,31 manat), BS-2022113646-QS (sığorta məbləği 2215.62 manat), BS-2922113649-QS (sığorta məbləği 3323,21 manat), BS2022113651-QS (sığorta məbləği 2057 manat), BS-2022113654-QS (sığorta məbləği 5603,84 manat) , BS- 2022113657- QS (sığorta məbləği 2662 manat), BS-2022113659-QS (sığorta məbləği 20932,23 manat), BS2022113661-QS (sığorta məbləği 6079,7 manat), BS-2022113663-QS (sığorta məbləği 94911,17 manat), BS-2022113665-QS (sığorta məbləği 1793 manat), BS- 2022113667-QS (sığorta məbləği 7940,57 manat), BS2022113668-QS (sığorta məbləği 2216,06 manat), BS-2022113669-QS (sığorta məbləği 4809,64 manat), BS-2022113670- QS (sığorta məbləği 1080,31 manat), BS-2022113671-QS (sığorta məbləği 652,3 manat), BS-2022113672-QS (sığorta məbləği 10365,52 manat), BS-2022113775-QS (sığorta məbləği 10493,56 manat). BS-2022113782-QS (sığorta məbləği 5565,01 manat), BS- 2022113785-QS (sığorta məbləği 501,49 manat), BS-2022113790-QS (sığorta məbləği 5138,32 manat) və BS-2023009895-QS (sığorta məbləği 8402.6 manat) saylı Sığorta Şəhadətnamələri bağlanmış və sığorta şəhadətnamələri üzrə ümumi sığorta məbləği 117154,87 manat müəyyən edilmiş və sığortalı tərəfindən (sığorta şəhadətnaməsinə əlavə nömrə 1) 2516,42 manat sığorta haqqı ödənilmişdir.
8. Aqrar Sığortaçı - Cavabdeh adından çıxış edən “xxxx” ASC ilə Aqrar Sığortalı İddiaçı arasında bağlanmış sığorta Şəhadətnamələrinin sığorta ödənişinin verilməsi qaydası və əsasları - sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi üzrə müstəqil ekspert rəyi - dolu, fırtına, qasırğa torpaq sürüşməsi risklərinə münasibətdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halların təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri və s.) əks etdirən və müvafiq faktı təsdiq edən sənəd olması qeyd edilmişdir.
9. İddiaçı “xxxx” ASC-nin idarə heyətinin sədrinə ünvanladığı ##.##.2023-cü il tarixli müraciətindən görünür ki, İddiaçı BS2022113643-QS, BS-2022113646-QS, BS- 2922113649-QS, BS-2022113651-QS, BS-2022113654-QS, BS-2022113657-QS BS- 2022113659-QS, BS-2022113665-QS BS-2022113667-QS, BS-2022113668-QS, BS- 2022113669-QS və BS-**********-QS nömrəli sığorta müqavilələri üzrə 01-03-07.2023-cü il tarixdə baş vermiş sığorta hadisəsi üzrə sığorta tələbindən imtina etmişdir.
10. Cavabdeh tərəfindən İddiaçı müraciətinə ##.##.2024-cü il tarixli, **-*/*-H-**- ***/**** nömrəli cavab məktubuna əsasən, kənd təsərrüfatı bitkiləri və bitçilik məhsullarının sığortası üzrə BS-2022113641-QS, BS2022113661-QS, BS-2022113663-QS, BS- 20221113665-QS, BS-20221113670-QS, BS**********-QS saylı sığorta şəhadətnaməsi əsasında sığortalanan buğda sahəsinə dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı Fond tərəfindən İddiaçı sığorta ödənişlərinin verilməsindən imtina edilmişdir.
11. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometrologiya Xidməti tərəfindən ##.##.2024-cü il tarixdə vəkil sorğusuna cavab məktubuna əlavə edilmiş arayışa əsasən: may ayı ##.##.2023-cü il tarixində leysan xarakterli yağış yağmış yağıntının miqdarı 2,2 mm olmuşdur. Oğuz rayonunun Başdaşağıl kəndinə dolu düşmüşdür. ##.##.2023-cü il tarixində leysan xarakterli yağış yağmış, yağıntının miqdarı 33,4 mm olmuşdur. ##.##.2023-cü il tarixində leysan xarakterli yağış yağmış, yağıntının miqdarı 2,2 mm olmuşdur. ##.##.2023-cü il tarixində leysan xarakterli yağış yağmış, yağıntının miqdarı 1,0 mm olmuşdur. ##.##.2023-cü il tarixində yağış yağmış, yağıntının miqdarı 0,4 mm olmuşdur. ##.##.2023-cü il tarixində leysan xarakterli yağış yağmış, yağıntının miqdarı 2,6 mm olmuşdur. ##.##.2023-cü il tarixində yağış yağmış, yağıntının miqdarı 2,9 mm olmuşdur. ##.##.2023-cü il tarixində leysan xarakterli yağış yağmış, yağıntının miqdarı 24,5 mm olmuşdur. ##.##.2023-cü il tarixində leysan xarakterli yağış yağmış, yağıntının miqdarı 63,4 mm olmuşdur. ##.##.2023-cü il tarixində leysan xarakterli yağış yağmış, yağıntının miqdarı 4,8 mm olmuşdur. ##.##.2023-cü il tarixində leysan xarakterli yağış yağmış, yağıntının miqdarı 2,9 mm olmuşdur. ##.##.2023-cü il tarixində leysan xarakterli yağış yağmış, yağıntının miqdarı 0,6 mm olmuşdur. ##.##.2023cü il tarixində leysan xarakterli yağış yağmış, yağıntının miqdarı 0,7 mm olmuşdur. ##.##.2023-cü il tarixində ildırım çaxmış, leysan xarakterli yağış yağmış, yağıntının miqdarı 4,2 mm olmuşdur. ##.##.2023-cü il tarixində leysan xarakterli yağış yağmış, yağıntının miqdarı 4,6 mm olmuşdur. ##.##.2023-cü il tarixində leysan xarakterli yağış yağmış, yağıntının miqdarı 0,3 mm olmuşdur. ##.##.2023-cü il tarixində ildırım çaxmış, leysan xarakterli yağış yağmış, yağıntının miqdarı 17,7 mm olmuşdur. Iyun ayı ##.##.2023-cü il tarixində ildırım çaxmış, leysan xarakterli yağış yağmış, yağıntının miqdarı 16,1 mm olmuşdur. Saat 17:00-17:35 radələrində Oğuz rayonunun Başdaşağıl kəndinə, saat 19:30- 19:50 radələrində isə Filfilli kəndinə diametri 25-30 mm olan dolu düşmüşdür. ##.##.2023cü il tarixində ildırım çaxmış, leysan xarakterli yağış yağmış, yağıntının miqdarı 12,2 mm olmuşdur. ##.##.2023-cü il tarixində leysan xarakterli yağış yağmış, yağıntının miqdarı 23,2 mm olmuşdur. ##.##.2023-cü il il tarixində leysan xarakterli yağış yağmış, yağıntının miqdarı 4,8 mm olmuşdur. ##.##.2023-cü il tarixində leysan xarakterli yağış yağmış, yağıntının miqdarı 0,6 mm olmuşdur. ##.##.2023-cü il tarixində leysan xarakterli yağış yağmış yağıntının miqdarı 26,0 mm olmuşdur. ##.##.2023-cü il tarixində ildırım çaxmış, leysan xarakterli yağış yağmış, yağıntının miqdarı 1,1 mm olmuşdur. ##.##.2023-cü il tarixində leysan xarakterli yağış yağmış, yağıntının miqdarı 9,7 mm olmuşdur. ##.##.2023-cü il tarixində leysan xarakterli yağış yağmış, yağıntının miqdarı 5,0 mm olmuşdur. ##.##.2023cü il tarixində leysan xarakterli yağış yağmış, yağıntının miqdarı 13,3 mm olmuşdur. ##.##.2023-cü il tarixində leysan xarakterli yağış yağmış, yağıntının miqdarı 1,1 mm olmuşdur. ##.##.2023-cü il tarixində leysan xarakterli yağış yağmış, yağıntının miqdarı 0,4 mm olmuşdur.
12. Cavabdeh kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə sığorta hadisəsinin araşdırılması barədə BS-**********-QS nömrəli sığorta müqaviləsi üzrə müstəqil ekspert rəyindən görünür ki, ##.##.2023-cü il tarixdə İddiaçı mülkiyyətində olan Oğuz rayonu, Baş Daşağıl kəndində yerləşən 4,46 ha torpaq sahəsinə baxış keçirilmiş və ərazidə buğda bitkisinin əkilməsi və bitkilərin vegetativ inkişafın sünbülləmə fazasının tam yetişmə mərhələsində olması, eləcə də baxış zamanı həmin sahənin və ətraf ərazilərin quraqlıq səbəbindən zərər gördüyü müəyyən edilmişdir. Belə ki, bitklilərin kök və gövdə hissələrinin inkişafının zəif olması, kollanma prosesinin demək olar ki, baş verməməsi, sünbülün qısa olması dən sayının az olması və məhsuldarlığın bəyan olunan məhsuldarlıqdan aşağı olması müəyyən edilmişdir. Əraziyə dəymiş yekun zərər 84,0 % müəyyən edilmiş və qiymətləndirilmiş sahədə zərərin əsas səbəbinin quraqlıq olması və həmin zərərin təminat riskinə aid olmaması qeyd edilmişdir.
13. Cavabdeh kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə sığorta hadisəsinin araşdırılması barədə BS-**********-QS nömrəli sığorta müqaviləsi üzrə müstəqil ekspert rəyindən görünür ki, ##.##.2023-cü il tarixdə İddiaçı mülkiyyətində olan Oğuz rayonu, Baş Daşağıl kəndində yerləşən 7,57 ha torpaq sahəsinə baxış keçirilmiş və ərazidə buğda bitkisinin əkilməsi və bitkilərin vegetativ inkişafın sünbülləmə fazasının tam yetişmə mərhələsində olması, eləcə də baxış zamanı həmin sahənin və ətraf ərazilərin quraqlıq səbəbindən zərər gördüyü müəyyən edilmişdir. Belə ki, bitkilərin kök və gövdə hissələrinin inkişafının zəif olması, kollanma prosesinin demək olar ki, baş verməməsi, sünbülün qısa olması dən sayının az olması və məhsuldarlığın bəyan olunan məhsuldarlığın aşağı olması müəyyən edilmişdir. Məhsuldarlıq göstəricilərinin hesablama vərəqindən real məhsuldarlıq 5.1 sentner olaraq qeydə alınmışdır.
14. Cavabdeh kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə sığorta hadisəsinin araşdırıması barədə BS-**********-QS nömrəli sığorta müqaviləsi üzrə müstəqil ekspert rəyindən görünür ki, ##.##.2023-cü il tarixdə İddiaçı mülkiyyətində olan Oğuz rayonu, Baş Daşağıl kəndində yerləşən 9,42 ha torpaq sahəsinə baxış keçirilmiş və ərazidə buğda bitkisinin əkilməsi və bitkilərin vegetativ inkişafın sünbülləmə fazasının tam yetişmə mərhələsində olması, eləcə də baxış zamanı həmin sahənin və ətraf ərazilərin quraqlıq səbəbindən zərər gördüyü müəyyən edilmişdir. Belə ki, bitklilərin kök və gövdə hissələrinin inkişafının zəif olması, kollanma prosesinin demək olar ki, baş verməməsi, sünbülün qısa olması, dən sayının az olması və məhsuldarlığın bəyan olunan məhsuldarlığın aşağı olması müəyyən edilmişdir. Məhsuldarlıq göstəricilərinin hesablama vərəqindən real məhsuldarlıq 1.8 sentner olaraq qeydə alınmışdır.
15. Cavabdeh kənd təsərrüfatı bitkiləri və bitçilik məhsullarının sığortası üzrə sığorta hadisəsinin araşdırıması barədə BS-**********-QS nömrəli sığorta müqaviləsi üzrə müstəqil ekspert rəyindən görünür ki, ##.##.2023-cü il tarixdə İddiaçı mülkiyyətində olan Oğuz rayonu, Baş Daşağıl kəndində yerləşən 1,63 ha torpaq sahəsinə baxış keçirilmiş və ərazidə buğda bitkisinin əkilməsi və bitkilərin vegetativ inkişafın sünbülləmə fazasının tam yetişmə mərhələsində olması müəyyən edilmişdir. Həmçinin ərazi fermer tərəfindən biçildiyindən, qiymətləndirmə aparılmamışdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
16. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “sığorta pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə, sonradan dəqiqləşdirmə barədə məhkəməyə müraciət edərək, dəymiş zərərə görə 84305 (səksən dörd min üç yüz beş) manat pul məbləğinin və tərəfindən ödənilmiş 342,92 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Iddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC ilə Aqrar Sığortalı İddiaçı arasında ##.##.2022-ci il tarixində BS-2022113641-QS (sığorta məbləği - 8330,41 manat) BS2022113643-QS (2081,31manat), BS-2022113646-QS (2215.62 manat), BS- 2922113649-QS (3323,21 manat), BS-2022113651-QS (2057 manat), BS-2022113654-QS (5603,84 manat), BS2022113657-QS (2662 manat), BS-2022113659-QS (20932,23 manat), BS2022113661-QS (6079,7 manat), BS-2022113663-QS 94911,17 manat), BS- 2022113665-QS (1793 manat), BS-2022113667-QS (7940,57 manat), BS-2022113668-QS (2216,06 manat), BS2022113669-QS (4809,64 manat), BS-2022113670-QS (1080,31 manat), BS2022113671-QS (652,3 manat), BS-2022113672-QS (10365,52 manat), BS- 2022113775-QS (10493,56 manat), BS-2022113782-QS (5565,01 manat), BS- 2022113785-QS (501,49 manat), BS-2022113790- QS (5138,32 manat), BS-2023009895- QS (8402.6 manat) saylı Sığorta Şəhadətnamələri bağlanmışdır. Həmin şəhadətnamələr üzrə ümumi sığorta məbləği 117154,87 manat (bir yüz on yeddi min yüz əlli dörd manat səksən yeddi qəpik) müəyyən edilmiş və Sığortalı tərəfindən 2296,74 manat (iki min iki yüz daxsan altı manat yetmiş dörd qəpik) sığorta haqqı ödənilmişdir. Vasitəçi Aqrar Sığortaçı kimi “xxxx” Açıq Səhmdar Cəmiyyəti göstərilmişdir. Şəhadətnamədə Sığorta təminatının sığorta haqqı ödənildikdən 7 gün sonra başlandığı razılaşdırılmışdır. Şəhadətnamədə Sığortanın ##.##.2023-cü il saat 23:59-dan ##.##.2023-cü il saat 23:59-dək qüvvədə olması göstərilir. Sığorta Müqaviləsinin qüvvədə olduğu ərazi Oğuz rayonudur. Sığortalı tərəfindən Oğuz rayonunun Başdaşağıl kəndində 150 ha sahədə taxıl əkilmişdir. Bildirir ki, 2023-cü ildə bir neçə dəfə güclü dolu yağmışdır. ## #### 2023-cü yağması səbəbindən taxıl zəmilərinə böyük zərər dəyməsi barədə Hidrometrologiya Komitəsinin məlumatı əsasında “REPORT” Informasiya Agentliyi məlumat yaymışdır. Məhz bu səbəbdən məhsuldarlıq 2022ci ilə nisbətən 2023-cü ilə xeyli aşağı düşmüşdür. Taxılın əkilməsi və biçilməsi də daxil olmaqla 1 ha çəkilən xərc 1100 manat (bir min bir yüz) təşkil edir. 150 ha sahəyə çəkilən xərc 165000 manat (bir yüz altmış beş min) təşkil edir. 2022-ci ildə məhsuldarlıq hər hektardan 4000 kq olduğu halda, 2023-cü ildə, zəmilərə dolu zərər vurduğu ildə məhsuldarlıq hər hektardan 700 kq olmuşdur. Buğdanın bir kq-nın satışı sahədən 0,28 manat təşkil edir. 2022-ci ildə gəlir 165000 manat olduğu halda, 2023-cü ildə 29400 manat olmuşdur. Göründüyü kimi dolu yağması nəticəsində əldə olunan gəlir 135600 manat (bir yüz otuz beş min altı yüz) az olmuşdur. Şəhadətnamələr üzrə ümumi sığorta məbləği 117154,87 manat (bir yüz on yeddi min yüz əlli dörd manat səksən yeddi qəpik) müəyyən edilmiş və 2023-cü ildə güclü dolu yağması nəticəsində məhsuldarlıq xeyli aşağı olmuş, əldə edilən gəlir 29400 manat (iyirmi doqquz min dörd yüz) olmuşdur. (117154,87 manat - 29400 manat = 87754,87 manat). Həmin məbləğin İddiaçı ödənilməsi barədə - “xxxx” ASC-yə müraciət etmişdir, lakin Sığortaçı tərəfindən nəinki onun haqlı tələbi yerinə yetirilməyib, hətta onun müraciətlərinə cavab veriilməyib. “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ####### 2020-ci il tarixli *** saylı qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta” Qaydalarına əsasən aşağıda göstərilən risklərin baş verməsi nəticəsində sığortalanmış bitkilər və bitkiçilik məhsulları təminat altına alınır.
18. Iddia tələbinə dəqiqləşdirmə barədə ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsində hesablama zamanı səhvə yol verilmişdir. Belə ki, buğda əkilən sahə 103,368699 ha təşkil edir. 1 ha üzrə məhsuldarlıq 20 sentner qəbul edilmişdir. 1 sentner buğdanın satınalma qiyməti 55 manat təşkil edir. Ümumi sığorta məbləği 113705,57 manat qiymətləndirilmişdir. Dolu yağması nəticəsində həmin il cəmi 29400 manat gəlir götürülmüşdür. 113705,57 manat – 29400 = 84305 manat. Dolu yağması nəticəsində iddiaçıya 84305 manat zərər dəymişdir.
19. Cavabdehin Cavabdeh elektron kabinet vasitəsilə iddiaya etirazını məhkəməyə təqdim edərək göstərmişdir ki, ölkədə stabil, təhlükəsiz aqrar sığorta mexanizminin formalaşdırılması, aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanmasının təmin edilməsi məqsədilə 2019-cu il ## #### tarixdə “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il ## #### tarixli ****-VQ nömrəli Qanununun tətbiqi və “Cavabdeh yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il tarixli 19 avqust tarixli *** nömrəli Fərmanına əsasən aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını təmin etmək məqsədi ilə Fond təsis edilmişdir. Bildirir ki, sığortalı İddiaçı ilə Fondun adından onun idarəedici qurumu olan – “xxxx” Açıq Səhmdar Cəmiyyəti arasında kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortasına dair buğda bitkisi üzrə BS-2022113641-QS, BS-2022113661-QS, BS2022113663-QS, BS-2022113665-QS, BS-2022113670-QS və BS-**********-QS nömrəli sığorta müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən sığortalanmış əkin sahələrinə ##.##.2023-cü il tarixindən ##.##.2023-cü il tarixinədək müqavilənin sığorta riskləri bölməsində qeyd olunmuş (dolu, yanğın, sel və ya subasma, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri və normadan artıq yağan qar yağıntıları) risklərin baş verməsi nəticəsində sığortalanmış məhsullara dəymiş zərərlərə təminat verilməsi nəzərdə tutulmuşdur. 2023-cü il ## #### tarixində sığortalı tərəfindən “1651” X2 rayonu, Baş Daşağıl kəndində yerləşən buğda sahələrinə ##.##.2023- ##.##.2023-cü il tarixlərində dolu, yağış yağması və külək nəticəsində zərər dəyməsi barədə məlumat daxil olmuşdur. Sığortalının müraciətinə əsasən baş vermiş hadisə nəticəsində dəymiş zərərin qiymətləndirilməsi və hadisənin araşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ####### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”nın 1.19.3-cü yarımbəndinə əsasən müstəqil ekspert təyin edilmişdir. Müstəqil ekspert tərəfindən tərtib edilmiş rəydə buğda bitkisinin vegetativ inkişafının sünbüllənmə fazasının tam yetişmə mərhələsində olduğu müəyyən edilmişdir. Həmçinin qiymətləndirmə zamanı bu sahənin və ətraf ərazilərin təminatxarici quraqlıq səbəbindən zərər gördüyü məlum olmuşdur. Belə ki, bitkilərdə kök və gövdə hissələrin inkişafı zəif olmuş, kollanma prosesi demək olar ki, baş verməmiş, sünbül qısa, dən sayı az olmuş və məhsuldarlıq bəyan edilən məhsuldarlıqdan tamamilə aşağı olmuşdur. Qaydaların 2.3.1-ci yarımbəninin 5-ci abzasına əsasən quraqlıq riski sığorta risklərindən istisnaya daxil edilmiş və həmin riskin baş verməsi nəticəsində yaranan zərərlərə görə sığorta təminatının verilməsi nəzərdə tutulmamışdır. Qaydaların 1.21.1-ci yarımbəndinin 2-ci abzasına əsasən sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərdən biri də sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi üzrə müstəqil ekspertin rəyidir. Müstəqil ekspert tərəfindən tərtib edilmiş 2023-cü il ## #### tarixli rəylərdə də sığortalıya məxsus buğda sahələrinin məhz quraqlıq səbəbindən zərərə məruz qaldığı qeyd edilmiş, nəticədə sözügedən hadisə sığorta risklərindən istisnaya daxil edildiyi üçün ödənişin verilməsindən imtina edilmişdir. Qaydaların 1.5.1-ci yarımbəndinə əsasən sığorta müqaviləsinə görə Fond tərəfindən sığorta ödənişinin birbaşa sığortalıya və ya digər faydalanan şəxslərə ödənilməi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta müqaviləsi üzrə təminat verilən risklərin baş verməsi nəticəsində sığortalanmış predmetə zərər dəyməsi faktı sığorta hadisəsi sayılır. Qaydaların 1.22.1-ci yarımbəndinin 1-ci abzasına əsasən baş vermiş hadisə sığorta müqaviləsinə və ya bu Qaydalara əsasən sığorta hadisəsi hesab edilmədikdə Fond sığorta ödənişinin verilməsindən imtina edə bilər. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta şəhadətnaməsinin sığorta riskləri bölməsinə əsasən sığorta hadisəsi hesab edilməməsi hallarında sığorta ödənişinin verilməsindən imtina edilir. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Qeyd olunan normaların məzmunundan da göründüyü kimi həm qanunvericiliklə, həm də sığortalı İddiaçı ilə bağlanmış sığorta müqavilələri üzrə quraqlıq riski üzrə təminat verilmədiyindən nəticədə, sığorta hadisəsinin mövcud olmadığı əsası ilə Fond tərəfindən sığorta ödənişinin verilməsindən imtina barədə qərar (2024-cü il # ##### tarixli **-*/*-H-**-***/**** nömrəli məktub ilə) qəbul edilmişdir.
20. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) nümayəndə2 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə1 elektron kabinet vasitəsi ilə verilmiş etiraz ərizəsini müdafiə edib, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
23. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır: Məhkəmə araşdırma zamanı müəyyən edilmişdir ki, Aqrar Sığortaçı - Cavabdeh adından çıxış edən “xxxx” ASC ilə Aqrar Sığortalı İddiaçı arasında Oğuz rayonu ərazisində kənd təsərrüfatı bitkiləri və bitçilik məhsullarının sığortası üçün ##.##.2023-cü il tarixdən – ##.##.2023-cü il tarixədək qüvvədə olma müddəti ilə Sığorta Şəhadətnamələri bağlanmışdır. Həmin Sığorta Şəhadətnamələrinə əsasən isə, sığorta ödənişinin verilməsi qaydası və əsasları - sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi üzrə müstəqil ekspert rəyi - dolu, fırtına, qasırğa torpaq sürüşməsi risklərinə münasibətdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halların təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri və s.) əks etdirən və müvafiq faktı təsdiq edən sənəd olması qeyd edilmişdir. Bundan sonra sığortalı İddiaçı tərəfindən Oğuz rayonunun Başdaşağıl kəndində 150 ha sahədə taxıl əkilmişdir. Hazırda iddiaçının iddia tələbinin əsasını 2023-cü ildə bir neçə dəfə güclü dolu yağdığından, məhsuldarlıq 2022-ci ilə nisbətən 2023-cü ilə xeyli aşağı düşməsi təşkil edir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, sığortaçı İddiaçı BS-2022113641-QS, BS- 2022113661-QS, BS-2022113663-QS, BS-20221113665- QS, BS-20221113670- QS, BS-**********-QS saylı sığorta şəhadətnamələrinə əsasən Cavabdeh tərəfindən dəymiş zərərin əvəzinin ödənilməsini xahiş etmiş və ona sığortalanan buğda sahəsinə dəymiş zərərlə bağlı Fond tərəfindən sığorta ödənişlərinin verilməsindən imtina edilmişdir. Hazırki işdən görünür ki, Cavabdeh tərəfindən müstəqil ekspertiza təyin edilmiş və ekspert tərifindən ##.##.2023-cü il tarixdə İddiaçı mülkiyyətində olan Oğuz rayonu, Baş Daşağıl kəndində yerləşən (buğda əkilmiş) torpaq sahələrinə baxış keçirilmiş və verilmiş rəylərə əsasən - əkin sahələrinin alaq otları basmış, təminata daxil hər hansı risk aşkarlanmamış və sahəyə dəymiş zərərin səbəbinin quraqlıq olması qeyd edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, sığortalı İddiaçı ilə bağlanmış BS-2022113641-QS, BS-2022113661-QS, BS2022113663-QS, BS- 20221113665-QS, BS-20221113670-QS, BS-**********-QS saylı sığorta müqavilələrində quraqlıq riski ilə bağlı təminat (müddəa) olmadığından, cavabdeh Cavabdeh düzgün olaraq sığorta hadisəsinin mövcud olmadığı əsası ilə sığorta ödənişinin verilməsindən imtina etmişdir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “sığorta pulunun ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
24. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 926.1, 926.3, 935.1.8-ci maddələrinə, “Aqrar sığorta Qaydaları”nın 1.5.1-ci yarımbəndinə, 2.3.1-ci yarımbəninin 5-ci abzasına, 1.21.1-ci yarımbəndinin 2-ci abzasına, 1.22.1-ci yarımbəndinin 1-ci abzasına, “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019cu il ## #### tarixli, ****-VQ nömrəli Qanununun 4.1, 7-ci maddəsinə, “Aqrar sığorta predmetinin Tərkibi”nin 1.1, 1.2, 1.3-cü bəndinə istinad etmişdir.
25. Qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, sübutlara, o cümlədən təqdim edilmiş rəylərə düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, işin hallarına uyğun gəlməyən qərar çıxardığını irəli sürmüşdür.
Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)
26. Apellyasiya şikayətinə yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahatlar
27. Iddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
28. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
30. Maddə 926.3. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir.
31. Maddə 935.1.8. Baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta şəhadətnaməsinin sığorta riskləri bölməsinə əsasən sığorta hadisəsi hesab edilməməsi hallarında sığorta ödənişinin verilməsindən imtina edilir.
“Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu
32. Maddə 4.1.1. Bu Qanunun tələblərinə uyğun olaraq kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları (çoxillik əkmələr və onların məhsulu daxil olmaqla) aşağıdakılar aqrar sığortanın predmeti sayılır.
33. Maddə 10.2. Azərbaycan Respublikasının Mərkəzi Bankı kənd təsərrüfatı sığortasında riskləri və (və ya) zərərləri qiymətləndirən, habelə sığorta hadisələrini araşdıran xarici fiziki şəxslərin bu fəaliyyətə cəlb edilməsi üçün yararlılıq tələblərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırmaqla müəyyən edir. Tələblərə uyğunluğu müəyyən edilən şəxslər bu fəaliyyətə aqrar sığorta orqanının qərarı ilə cəlb edilir və bu zaman bu Qanunun 10.1-ci maddəsinin tələbləri tətbiq edilmir.
34. Maddə 10.3. Müstəqil ekspertlərin fəaliyyət istiqamətləri, hüquq və vəzifələri sığorta qaydalarında və idarəedici qurumla aralarında bağlanan müqavilədə təsbit olunur.
35. Maddə 10.6. Müstəqil ekspertlər tərəfindən göstərilən xidmətlərə görə haqq aqrar sığorta orqanının müəyyən etdiyi qaydada və onun vəsaiti hesabına ödənilir. Sığorta ödənişinin məbləği barədə sığorta müqaviləsinin tərəfləri arasında mübahisə yarandığı hallarda yeni müstəqil ekspert təyin edilə bilər.
36. Maddə 16.1. Aqrar sığortalı sığorta hadisəsinin baş verməsi ilə bağlı Idarəedici quruma müraciət edir və Idarəedici qurum bu Qanunun 10-cu maddəsinə əsasən müəyyən olunmuş müstəqil ekspert tərəfindən sığorta hadisəsinin araşdırılmasını və zərərin qiymətləndirilməsini təmin edir.
37. Maddə 19. Bu Qanunun tələblərinin pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ####### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”
38. 1.19.1. Sığorta hadisəsi zamanı yaranan zərərin qiymətləndirilməsi idarəedici qurum tərəfindən təyin edilmiş müstəqil ekspert tərəfindən həyata keçirilir.
39. 1.21.1. Sığorta ödənişi aşağıdakı sənədlərin hər birinin mövcud olduğu halda həyata keçirilir: 1. sığortalının və ya faydalanan şəxsin idarəedici quruma ünvanladığı, sığorta hadisəsinin təfərrüatlarını və nəticəsini əks etdirən sığorta tələbi; 2. sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi üzrə müstəqil ekspertin rəyi; 3. yanğın riskinə münasibətdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını (hadisənin baş vermə vaxtı, yeri, hadisənin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətlərini) əks etdirən və müvafiq faktı təsdiq edən sənəd; 4. dolu, fırtına, qasırğa, torpaq sürüşməsi, sel və ya subasma, leysan, ildırım, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları risklərinə münasibətdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını (hadisənin baş vermə vaxtı, yeri və s.) əks etdirən və müvafiq faktı təsdiq edən sənəd; 5. zəlzələ riskinə dair Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını (hadisənin baş vermə vaxtı, yeri və s.) əks etdirən və müvafiq faktı təsdiq edən sənəd; 6. üçüncü şəxslərin hərəkətlərinə münasibətdə müvafiq səlahiyyətli dövlət orqanının təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını (hadisənin baş vermə vaxtı, yeri, hadisənin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətlərini) əks etdirən və müvafiq faktı təsdiq edən sənəd; 7. kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə birillik əkmələrə münasibətdə toxumların sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatı; 8. kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə sığortalanmış heyvan kəsimi məntəqəsində məcburi kəsildikdə bu barədə akt və heyvanın çəkisinə dair sənəd; 9. bu Qaydaların 3.1.2-ci yarımbəndinin 3-cü abzasında və 4.1.4-cü yarımbəndinin 8-ci abzasında göstərilmiş peyvəndləmələrin edildiyini təsdiq edən sənəd; 10. bu Qaydaların 3.2.1-ci yarımbəndinin 1-ci və 3-cü abzaslarında nəzərdə tutulmuş risklərə münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Baytarlıq tədbirlərinin təşkili və həyata keçirilməsi Qaydaları” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunması Qaydaları”nın tələblərinə riayət edilməsini təsdiq edən sənədlər; 11. bu Qaydaların 3.2.1-ci yarımbəndinin 1-ci, 2-ci, 3-cü, 3-1-ci və 6-cı abzaslarında nəzərdə tutulmuş risklərə münasibətdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını (hadisənin baş vermə vaxtı, yeri və s.) əks etdirən və müvafiq faktı təsdiq edən sənəd; 12. kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə ölüm səbəbinin müəyyən edilməsi və ya müqavilə üzrə təminat verilmiş sığorta risklərinə münasibətdə əlavə araşdırılmanın aparılması müstəqil ekspert tərəfindən zəruri hesab edildiyi hallarda laboratoriyaya göndərilən nümunələrlə əlaqədar laboratoriya analizinin nəticələri; 13. bu Qaydaların 4.2.1ci yarımbəndinin 1-ci abzasında nəzərdə tutulmuş sığorta riskinə münasibətdə ölüm səbəbinin müəyyən edilməsinə dair akvakultura məhsulunun, onun saxlandığı suyun və ona verilən yemlərin, bu Qaydaların 4.2.1-ci yarımbəndinin 3-cü abzasında nəzərdə tutulmuş sığorta riskinə münasibətdə isə ölüm səbəbinin müəyyən edilməsinə dair akvakultura məhsulunun laboratoriya analizlərinin nəticələri.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Maddə 385.1 Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
45. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
48. Kollegiya izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iddianın qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır.
49. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin düzgün həlli üçün ilk növbədə sığorta hadisəsinin baş verib-verməməsi, həmin hadisənin sığorta müqaviləsi ilə əhatə olunan risklər dairəsinə daxil olub-olmaması, habelə sığorta ödənişinin verilməsindən imtinanın qanuni əsaslarının mövcudluğu qiymətləndirilməlidir.
50. Işin yuxarıda qeyd olunan hallarından göründüyü kimi Cavabdeh, Oğuz rayonu ərazisində kənd təsərrüfatı bitkiləri və bitçilik məhsullarının onun adından çıxış edən “xxxx” ASC tərəfindən sığortalanmış olduğunu və bəyan olunan məhsuldarlığın aşağı olması səbəbindən sığortalıya ziyan dəydiyini mübahisələndirmir; mübahisəli olan, sığorta ödənişinin verilməsindən imtina üçün əsas olub-olmadığıdır.
51. Ilk növbədə qeyd olunmalıdır ki, cavabdehin iddiaya etiraz kimi irəli sürdüyü, zərərin sığorta riskinə daxil olmayan səbəblərdən dəyməsi arqumenti işin halları ilə öz təsdiqini tapmır.
52. Belə ki, müstəqil ekspert tərəfindən tərtib edilmiş rəylərdə sığortalıya məxsus buğda sahələrinin məhz quraqlıq səbəbindən zərərə məruz qaldığını və sözügedən hadisə sığorta risklərindən istisnaya daxil edildiyini iddia edərək ödənişin verilməsindən imtina etmişdir.
53. Kollegiya cavabdehin istinad etdiyi müstəqil ekspert rəyini mötəbər və kifayət qədər inandırıcı sübut hesab etmir. Əvvəla, rəyin məzmunundan ekspert tərəfindən ümumi əkin sahəsinin yalnız çox cüzi hissəsinə baxış keçirildiyi anlaşılır. Halbuki zərərin səbəbinin və miqyasının düzgün müəyyən edilməsi üçün bütün sığortalanmış sahə və ya heç olmasa onu təmsil edə biləcək həcmdə ərazi üzrə tam, hərtərəfli və müqayisəli araşdırma aparılmalı idi. Məhdud sahəyə baxış keçirilməsi ilə bütün əkin üzrə yekun nəticəyə gəlinməsi elmi və metodiki baxımdan əsaslandırılmış hesab oluna bilməz.
54. Eyni zamanda kollegiya qeyd edir ki, iş materiallarında olan sığorta qaydalarına əsasən dolu, fırtına, qasırğa, leysan, sel və digər analoji təbiət hadisələri üzrə sığorta hadisəsinin baş verməsini təsdiq edən əsas sənədlərdən biri Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometrologiya Xidmətinin təqdim etdiyi, hadisənin baş vermə vaxtını, yerini və digər təfərrüatlarını əks etdirən rəsmi sənəddir. Iş üzrə təqdim edilmiş müvafiq dövlət orqanının məlumatından mübahisəli dövrdə iddiaçının əkin sahələrinin yerləşdiyi ərazidə leysan xarakterli yağıntıların və dolunun müşahidə edildiyi görünür. Bu hal iş üzrə mübahisəsiz fakt kimi qəbul edilməlidir. Bu sənəd sığorta hadisəsinin sığorta qaydalarında nəzərdə tutulmuş risklərdən biri nəticəsində baş verməsi ehtimalını deyil, əksinə, həmin riskin mövcudluğunu təsdiq edən rəsmi və obyektiv sübut kimi qiymətləndirilməlidir.
55. Belə olan halda kollegiya qeyd edir ki, leysan xarakterli intensiv yağıntıların və dolunun müşahidə olunduğu şəraitdə bitkilərin quraqlıq nəticəsində məhv olması məntiqi və aqrometeoroloji baxımdan ağlabatan hesab edilə bilməz. Belə ki, ekspert rəyində məhsulun məhv olmasının məhz quraqlıqla əlaqədar olduğu göstərilsə də, həmin nəticənin hansı obyektiv aqrometeoroloji göstəricilərə, hansı müşahidələrə və hansı müqayisəli təhlilə söykəndiyi kifayət qədər açıqlanmamışdır.
56. Həmçinin kollegiya qeyd edir ki, hətta ekspert rəyində bitkilərin quraqlıq nəticəsində məhv olduğu göstərilsə və rəyə əlavə edilmiş fotoşəkillərin məhz mübahisəli ərazidə çəkildiyi qəbul edilsə belə, həmin fotoşəkillərə vizual baxış zamanı bitkilərin yaşıl vəziyyətdə olduğu müşahidə olunur.
57. Bu hal quraqlıq nəticəsində məhv olma barədə nəticə ilə ziddiyyət təşkil edir və ekspert rəyinin işin faktiki halları ilə uyğunluq təşkil etmədiyini göstərir.
58. Kollegiya qeyd edir ki, sığorta hadisəsinin araşdırılması və zərərin düzgün qiymətləndirilməsi məqsədilə müstəqil ekspertizanın təşkili sığortaçı Fondun üzərinə düşən vəzifədir. Fond tərəfindən bu vəzifə lazımi qaydada yerinə yetirilməmiş, ekspert rəyinin qeyrikafi və ziddiyyətli olması şəraitində isə təkrar ekspertiza təyin edilməmişdir. Halbuki Fond belə hallarda əlavə və ya təkrar ekspertiza təyin etmək imkanına malik idi.
59. Bu səbəbdən yaranmış qeyri-müəyyənlik və sübut çatışmazlığı sığortalının zərərinə qiymətləndirilə bilməz, bunun məsuliyyəti Fondun üzərinə düşür.
60. Bu kontekstdə kollegiya qeyd edir ki, sığorta hadisəsi baş verdiyi halda dəymiş zərərin məbləğinin müəyyən edilməsi sığortaçı Fondun üzərinə düşən vəzifədir. Lakin Fond tərəfindən bu vəzifə lazımi qaydada həyata keçirilməmiş, zərərin dəqiq və obyektiv qiymətləndirilməsi təmin olunmamışdır.
61. Nəticədə, hazırkı mərhələdə zərərin dəqiq məbləğinin müəyyən edilməsi mümkün deyildir. Bu hal isə Fondun öz vəzifəsini yerinə yetirməməsinin nəticəsi olmaqla, sığortalının hüquqlarının məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilməz.
62. Belə olan halda, zərərin məbləği iş materiallarında mövcud olan sübutlar əsasında müəyyən edilməlidir.
63. Iş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən buğda əkilən sahə 103,368699 ha təşkil etmiş, 1 ha üzrə məhsuldarlıq 20 sentner qəbul edilmiş və 1 sentner buğdanın satış qiyməti 55 manat müəyyən edilmişdir. Bu hesabla mümkün ümumi gəlir 113.705,57 manat təşkil etmişdir.
64. Eyni zamanda, iddiaçının öz izahatına əsasən sığorta hadisəsinə baxmayaraq faktiki olaraq 29.400 manat məbləğində məhsul əldə edilmiş və həmin məbləğ onun tərəfindən götürülmüş xeyir kimi qəbul edilmişdir. Belə olan halda kollegiya qeyd edir ki, zərərin məbləği 84.305 (113.705,57- 29.40065.≈ 84.305 ) manat müəyyən edilməlidir.
66. Bundan əlavə, iş materiallarında olan cavabdeh Fondun məktubundan görünür ki, əkin sahələrində təxminən 84 faiz həcmində zərərin baş verdiyi qeyd edilmişdir ki, bu hal da zərərin əhəmiyyətli miqyasda olduğunu təsdiq edir.
67. Kollegiya hesab edir ki, iş materiallarında müəyyən edilmiş 84.305 manat məbləğində zərərdən sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq 10 faiz azadolma çıxılmalıdır.
68. Beləliklə, cavadehdən iddiaçının xeyrinə 75.874,5 (84.305 - 8.430,5 ≈ 75.874,5) manat sığorta ödənişi tutulmalıdır.
69. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində iddia qaldırarkən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 308,6 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 172,6 manat dövlət rüsumunun 155,3 manatı cavabdedən tutularaq iddiaçıya ödənməlidir
70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDI:
Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul edilsin. Iddiaçı İddiaçı Cavabdeh qarşı iddia tələbi qismən təmin edilsin. Cavabdeh Cavabdeh 75.874,5 (yetmiş beş min səkkiz yüz yetmiş dörd manat, əlli qəpik) manat sığorta ödənişi və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 308,6 (üç yüz səkkiz manat, altmış qəpik) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Iddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 172,6 (bir yüz yetmiş iki manat, altmış qəpik) manat dövlət rüsumunun 155,3 (bir yüz əlli beş manat otuz qəpik) manatı Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.