Məhkəmə qərarları › İş №2-3(103)-78/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(103)-78/2024

08.10.2024 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-3(103)-78/2024 08.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X6 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının X3 Cavabdeh qarşı “media subyektinin və onun redaksiyasının fəaliyyətinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikasının X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh - Cavabdeh media subyektinin və onun çap media redaksiyasının (“Dəryaz” qəzetinin) və onlayn media redaksiyasının (“deryaz.az” -veb saytının) media subyekti olaraq fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh (bundan sonra - Cavabdeh) Media subyekti olaraq (Dəryaz qəzeti çap media redaksiyası və “Deryaz.az” onlayn media redaksiyası vasitəsi ilə) fəaliyyət göstərir. Belə ki, cavabdeh Media Reyestrinə daxil edilməsi barədə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının X4nə müraciət etmişdir. Cavabdehin fəaliyyəti qanunvericiliyin tələblərinə uyğun olmadığından xx.xx.2023-cü il tarixdə cavabdehin media reyestrinə daxil edilməsinə imtina edilməsi barədə R/58 saylı qərar qəbul edilmişdir. Daha sonra cavabdeh həmin qərardan Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş qərarın ləğv edilməsini və cavabdehin media reyestrinə daxil edilməsi barədə qərar qəbul edilməsni məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-1135/2024 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Cavabdeh həmin qərardan şikayət verməmişdir. Buna baxmayaraq, cavabdeh hazırda da qanunsuz olaraq fəaliyyət göstərməkdə davam edir. Halbuki, ölkə ərazisində fəaliyyət göstərən çap mediası və ya onlayn media subyektləri media reyestri formalaşdığı tarixdən 6 ay müddətində media reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının X4nə (iddiaçıya) müraciət etməli idi. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. “Media haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.1-ci maddəsinə əsasən kütləvi informasiya - əldə olunması, ötürülməsi, istehsalı və yayımı Azərbaycan Respublikasının qanunları ilə məhdudlaşdırılmayan, qeyri-məhdud sayda şəxslərə çatdırmaq məqsədilə media subyektləri tərəfindən dərc olunan və (və ya) yayımlanan məlumatlardır. 1.1.2-ci maddəsinə əsasən media - kütləvi informasiyanın dövri və ya müntəzəm olaraq dərc olunmasını və (və ya) yayımlanmasını həyata keçirmək üçün istifadə olunan alət və vasitələr, habelə onlar vasitəsilə formalaşan informasiya mühitidir. 1.1.3-cü maddəsinə əsasən media subyekti - əsas fəaliyyət növü kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxsdir. 1.1.4-cü maddəsinə əsasən jurnalist - əmək müqaviləsi ilə media subyektində və ya fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə fəaliyyət göstərən, əsas fəaliyyət növü davamlı şəkildə məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etmək, ötürmək, habelə həmin məlumatlara dair fikir bildirmək (şərh vermək) olan və bu fəaliyyəti gəlir əldə etmək məqsədilə yerinə yetirən şəxsdir. 1.1.5-ci maddəsinə əsasən audiovizual media - televiziya və radio yayımının, o cümlədən sifarişli yayım xidmətinin müxtəlif texniki üsul və vasitələrlə audio və (və ya) vizual formada istifadəçiyə təqdim edilməsini həyata keçirən mediadır. 1.1.6-cı maddəsinə əsasən çap mediası - il ərzində müəyyən dövriliklə planlaşdırılmış vaxtda və ya müvafiq materiallar toplandıqda mətn və ya vizual formada olan kütləvi informasiyanı vahid tərtibata malik kağız və (və ya) elektron daşıyıcıda yayımlayan mediadır. 1.1.7-ci maddəsinə əsasən onlayn media - audiovizual media və çap mediası istisna olmaqla, mətn, audio, vizual və ya digər elektron (rəqəmsal) formada olan kütləvi informasiyanı veb-saytda yayımlayan mediadır. 1.1.8-ci maddəsinə əsasən informasiya agentliyi - kütləvi informasiyanın əldə olunmasını, ötürülməsini, istehsalını və yayımını həyata keçirən, habelə digər media subyektləri ilə informasiya verilməsi (əldə edilməsi) haqqında müqavilələr bağlayan, əldə etdiyi informasiyanın müntəzəm olaraq həmin müqavilələr üzrə çatdırılmasını təmin edən mediadır. 1.1.9-cu maddəsinə əsasən redaksiya - veb-saytlar, qəzetlər və digər dövri-nəşrlərin, habelə televiziya və radio kanallarının, sifarişli yayım xidmətinin və informasiya agentliklərinin yaradıcı heyətindən ibarət bölmədir. 1.1.14-cü maddəsinə əsasən audiovizual yayımçı - televiziya və radio yayımında, o cümlədən sifarişli yayım xidmətində proqramların məzmunu üzərində cavabdehlik daşıyan və bu xidmətin yayımlanma üsuluna qərar verən fiziki və ya hüquqi şəxsdir. 62.1-ci maddəsinə əsasən çap mediası və onlayn media subyektinin təsis edilməsi üçün dövlət orqanlarından (qurumlarından) icazə tələb olunmur. 62.2-ci maddəsinə əsasən çap mediası və onlayn media subyekti kimi fəaliyyət göstərmək üçün hüquqi və ya fiziki şəxs müvafiq olaraq çap mediası məhsulunun istehsalından və materialın yayımlanmasından 7 (yeddi) gün əvvəl müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi müraciət etməlidir. 62.3-cü maddəsinə əsasən bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş müraciət bu Qanunun 73.5-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun edilir. 65.4-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) aşağıdakı hallarda çap mediası və onlayn media subyektlərinin fəaliyyətinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırır: 65.4.4. bu Qanunun 62.2-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi müraciət edilmədikdə və ya həmin müraciətdə göstərilən məlumatların doğru olmadığı aşkarlandıqda. 78.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək fəaliyyət göstərən çap mediası və onlayn media subyektləri bu Qanunda nəzərdə tutulmuş Media Reyestri formalaşdığı tarixdən 6 (altı) ay müddətində bu Qanunun 73.6-cı maddəsində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından müəyyən olunduğu kimi Tağıyev X2 olaraq (“Deryaz.az” onlayn media redaksiyası - veb-saytı vasitəsi ilə) fəaliyyət göstərir. Cavabdeh VÖEN nömrəsi ********** olmaqla dövlət qeydiyyatına alınmışdır. “Media haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildikdən sonra cavabdeh Media Reyestrinə daxil edilməsi barədə Azərbaycan Respublikasının X1yn (reyestr.media.gov.az) müraciət etməmişdir. Cavabdeh Media Reyestrinə daxil edilməsi barədə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının X4nə müraciət etmişdir. Cavabdehin fəaliyyəti qanunvericiliyin tələblərinə uyğun olmadığından xx.xx.2023-cü il tarixdə cavabdehin media reyestrinə daxil edilməsindən imtina edilməsi barədə R/58 saylı qərar qəbul edilmişdir. Daha sonra cavabdeh həmin qərardan Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş qərarın ləğv edilməsini və cavabdehin media reyestrinə daxil edilməsi barədə qərar qəbul edilməsni məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-1135/2024 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verməmiş və qərar qanuni qüvvəsini almışdır. Lakin buna baxmayaraq, cavabdeh, fəaliyyətini Reyestrə daxil olmadan, yəni qanunsuz olaraq (çap media redaksiyası (“Dəryaz” qəzeti) və onlayn media redaksiyası (“deryaz.az” -veb saytı)) vasitəsi ilə davam etdirmişdir. Hazırda da cavabdeh qanunvericiliyin tələblərinə zidd olaraq Media Reyestrinə daxil edilmədən fəaliyyət göstərir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia təmin edilməli, Cavabdeh (onun redaksiyasının (deryaz.az)) media subyekti olaraq fəaliyyətinə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin və media məhsullarının yayımlanmasının dayandırılması, həmin subyektlərin fəaliyyətinə xitam verilməsi, habelə “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xarici çap mediası məhsullarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə və yayımına qadağa qoyulması, o cümlədən xarici çap mediasının artıq paylanmış məhsulunun satışdan yığışdırılması, həmçinin audiovizual yayımçının lisenziyasının ləğv edilməsi ilə bağlı mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. 128.2-ci maddəsinə əsasən çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin və media məhsullarının yayımlanmasının dayandırılması, həmin subyektlərin fəaliyyətinə xitam verilməsi, habelə “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xarici çap mediası məhsullarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə və yayımına qadağa qoyulması, o cümlədən xarici çap mediasının artıq paylanmış məhsulunun satışdan yığışdırılması, həmçinin audiovizual yayımçının lisenziyasının ləğv edilməsi barədə ərizə müvafiq inzibati orqan tərəfindən verilə bilər. Bu halda müvafiq çap mediası, onlayn media və audiovizual media subyektləri cavabdeh qismində məhkəmə icraatına cəlb olunur. 128.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ərizəyə onun daxil olduğu vaxtdan 15 gün müddətində baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. 128.4-cü maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 90, 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh – media subyektinin və onun çap media redaksiyasının (“Dəryaz” qəzetinin) və onlayn media redaksiyasının (“deryaz.az” -veb saytının)) media subyekti olaraq fəaliyyətinə xitam verilsin. Qərardan tam formada təqdim olunduğu gündən 3 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar