Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-3(105)-12/2024 16.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X5 qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının X2 Cavabdeh qarşı “media subyektinin və onun media subyekti olaraq fəaliyyətinə xitam verilməsi barədə” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı Azərbaycan Respublikasının X4 Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək, cavabdeh (VÖEN 7********) media subyektinin və onun “yenian.az” onlayn media redaksiyası - veb-saytı və “Yeni Azərbaycan Naminə” qəzeti çap media redaksiyalarının media subyekti olaraq fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın mahiyyəti ondan ibarətdir ki, cavabdeh media subyekti olaraq (“yenian.az” onlayn media redaksiyası - veb-saytı və “Yeni Azərbaycan Naminə” qəzeti çap media redaksiyaları vasitəsi ilə) fəaliyyət göstərir. Buna baxmayaraq, o, Media Reyestrinə daxil edilməsi barədə iddiaçı Agentliyə bu günə qədər müraciət etməmişdir. Halbuki, ölkə ərazisində fəaliyyət göstərən çap mediası və ya onlayn media subyektləri media reyestri formalaşdığı tarixdən 6 ay müddətində media reyestrinə daxil edilməsi üçün Agentliyə müraciət etməli idi. “Media haqqında” Azərbaycan Respublikası Qanununun 78.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək fəaliyyət göstərən çap mediası və onlayn media subyektləri bu Qanunda nəzərdə tutulmuş Media Reyestri formalaşdığı tarixdən 6 ay müddətində bu Qanunun 73.6-cı maddəsində nəzərdə tutulmuş qaydada, yəni “Media Reyestrinin aparılması Qaydaları” na uyğun olaraq X3 müraciət etməlidir. Qeyd olunan müddəa keçid müddəa statusunda olmuş və Qanun qüvvəyə minənə qədər, yəni xx.xx.2022-ci il tarixinə qədər artıq fəaliyyət göstərən media subyektlərinin hüquqi vəziyyəti ilə yeni yaranacaq media subyektlərinin hüquqi vəziyyətinin balanslaşdırılması xarakteri daşıyırdı. Media Reyestri fəaliyyətə başladıqdan 6 ay sonra, yəni 14 aprel 2023cü ildə Qanunun 78.3-cü maddəsi öz hüquqi qüvvəsini itirdi və bu tarixdən sonra Qanunun 62.2-ci maddəsi yaranma tarixindən asılı olmayaraq bütün media subyektlərinə münasibətdə tətbiq edilir. Belə ki, həmin Qanunun 62.2-ci maddəsinə əsasən çap mediası və onlayn media subyekti kimi fəaliyyət göstərmək üçün hüquqi və ya fiziki şəxs müvafiq olaraq çap mediası məhsulunun istehsalından və materialın yayımlanmasından 7 (yeddi) gün əvvəl müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yəni X3 rəsmi müraciət etməlidir. Qanunun 65.4.4-cü maddəsinə əsasən isə bu Qanunun 62.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının X3 rəsmi müraciət edilmədikdə və ya həmin müraciətdə göstərilən məlumatların doğru olmadığı aşkarlandıqda Agentlik çap mediası və onlayn media subyektlərinin fəaliyyətinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırır. Hazırki halda isə cavabdeh Qanunun 62.2-ci maddəsinin tələblərinə əməl etməyərək, yəni Media Reyestrinə daxil edilmədən fəaliyyət göstərməkdədir. Bu isə qanunvericiliyin tələblərinin pozulması ilə nəticələnir ki, özlüyündə həmin media subyektinin fəaliyyətinin qanunsuz olmasına gətirib çıxarır. Belə olan halda, hesab edirlər ki, həmin media subyektinin və onun onlayn redaksiyasının fəaliyyətinə xitam verilməlidir. Cavabdeh iddia tələbinə yazılı etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikasında COVİD-19 (karonavirusun) pandemiyasının yayıldığı bir zamanda məcburi olaraq xx.xx.2021-ci il tarixində "Pfizer” vaksininin vurulması nəticəsində onda "sümük vərəmi, yüksək təzyiq və diabet" xəstəliyi yaranmış, vaksindən sonra ağır yataq xəstəsi olmuşdur. “Media haqqında” Qanunun yaradılmasından xəbər tutduqdan sonra 2023-cü ilin fevral - mart aylarında X3 ev telefonu vasitəsilə zəng edərək, ağır yataq xəstəsi olduğunu bildirmiş və Media Reyestrinə daxil edilməsini xahiş etmişdir. Cavab olaraq ona köməklik edəcəklərini bildirsələr də, məsələ ilə bağlı ona heç bir köməklik edilməmişdir. Bir neçə aydan sonra səhhəti normallaşdığı üçün Agentliyə xx.xx.2023-cü il tarixdə rəsmi müraciət etmiş və ona müraciət müddətinin ötürüldüyü bildirilmişdir. Bundan sonra, o, cavabdeh Azərbaycan Respublikasının X1rşı “Yeni Azərbaycan Naminə” qəzetinin, “yenian.az” saytının və özünün Media Reyestrinə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ilə Bakı İnzibati Məhkəməsinə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Sözügedən məsələ ilə əlaqədar Agentlik tərəfindən ona “ASAN” imza əldə edib yenidən müraciət etməyi bildirilmişdir. “ASAN” imza əldə etdikdən sonra cavabdehə yenidən müraciət etsə də, müraciətinə baxılmamışdır. Bundan sonra, o, magistr dissertasiyası ilə bağlı Rusiya Federasiyasına getmişdir. Onu da qeyd edir ki, xəstəliyi ilə bağlı təyyarəyə minə bilmədiyi üçün müraciəti ilə əlaqədar Rusiya Federasiyasına quru sərhəd yolu ilə getməyinə Prezident Administrasiyası tərəfindən şərait yaradılmışdır. Lakin, cavabdeh Agentlik onun bu ciddi xəstəliyini nəzərə almır. “Media haqqında” Qanunun 78.3-cü maddəsi 14 aprel 2023-cü il tarixdə qüvvəsini itirmiş, bu vaxt ərzində o, yataq xəstəsi olduğu halda ev telefonu vasitəsilə Agentliyə müraciət etmişdir. Hesab edir ki, Qanunun 62.2-ci maddəsinə əsaslanaraq, iddia qaldırmaq yolverilməzdir. Çünki, o, sonrakı vaxtlarda da bir neçə dəfə Agentliyə "Yeni Azərbaycan naminə" qəzetinin və "YeniAN.az" saytının fəaliyyəti ilə bağlı xəbərdarlıq etmişdir. Hesab edir ki, iddia tələbi Azərbaycan Respublikasının Konstitusiyasının 50-ci maddəsi, BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci və 19-cu maddələrinə ziddir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsi ilə eyni məzmunda izahat verərək izahatında əlavə olaraq bildirmişdir ki, cavabdehin media reyestrinə daxil edilməsi üçün müraciəti onun qayda və forması ilə bağlı tələblərə uyğun olmamışdır. Müraciət qaydası və forması barədə tələblər saytda yerləşdirilmişdir, belə ki, müraciət elektron qaydada olmalı və müvafiq sənədlər müraciətə əlavə edilməlidir. Lakin, cavabdeh müraciətin forması ilə bağlı tələblərə əməl etmədiyindən iddiaçı tərəfindən cavabdehə “müraciətin düzgün formada edilməməsi” ilə bağlı cavab verilmişdir. Sumqayıt İnzibati Məhkəməsində icraat zamanı cavabdehin müraciəti üzrə forma və məzmunla bağlı qaydalara əməl etmədiyini və bu tələblərə uyğun şəkildə müraciət etməli olduğunu bildirmişdilər. Lakin, cavabdeh bundan sonra iddiaçıya müraciət etməmişdir. İddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunda izahat verərək izahatında əlavə olaraq bildirmişdir ki, öz adına “ASAN” imza əldə etdikdən sonra Media Reyestrinə daxil edilməsi üçün elektron qaydada 3 dəfə müraciət etməsinə baxmayaraq, müraciət cəhdlərinin nəticəsi olmamışdır. Belə ki, “ASAN” imza ilə sayta daxil olduqdan sonra mobil telefonuna gələn kodu daxil etdikdə, sayt avtomatik olaraq atır və qeydiyyatdan keçmə prosesini tamamlamaq mümkün olmur. Hətta, hazırkı məhkəmə iclasından 1 gün əvvəl də cəhd etmiş, lakin, yenə uğursuz olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ: “Media haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.1.2. media – kütləvi informasiyanın dövri və ya müntəzəm olaraq dərc olunmasını və (və ya) yayımlanmasını həyata keçirmək üçün istifadə olunan alət və vasitələr, habelə onlar vasitəsilə formalaşan informasiya mühiti; 1.1.3. media subyekti – əsas fəaliyyət növü kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxs; 1.1.7. onlayn media – audiovizual media və çap mediası istisna olmaqla, mətn, audio, vizual və ya digər elektron (rəqəmsal) formada olan kütləvi informasiyanı vebsaytda yayımlayan media; Maddə 62. Çap mediası və onlayn media subyektinin təsis edilməsi 62.1. Çap mediası və onlayn media subyektinin təsis edilməsi üçün dövlət orqanlarından (qurumlarından) icazə tələb olunmur. ... Maddə 73. Media Reyestri 73.1. Azərbaycan Respublikasında media subyektlərinə, o cümlədən onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatların sistemləşdirilməsi məqsədilə Media Reyestri yaradılır. 73.2. Media Reyestri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarə olunan elektron informasiya ehtiyatıdır və saxlanması Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 73.3. Media Reyestri aşağıdakı bölmələrdən ibarətdir: 73.3.1. audiovizual media subyektləri; 73.3.2. çap mediası subyektləri; 73.3.3. onlayn media subyektləri; 73.3.4. informasiya agentlikləri; 73.3.5. jurnalistlər. 73.4. Şura bu Qanunun 54.7-ci, 55.8-ci, 57.6-cı və 58.3-cü maddələrində nəzərdə tutulmuş hallarda audiovizual media subyekti barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir. 73.5. Çap mediası və ya onlayn media subyektləri, informasiya agentlikləri, həmçinin jurnalistlər Media Reyestrinə daxil edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edirlər. 73.6. Media Reyestrinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 73.7. Media Reyestrinə aşağıdakı məlumatlar daxil edilir: 73.7.1. media subyektinin və (və ya) onun redaksiyasının (redaksiyalarının) adı, loqotipi (emblemi), hüquqi və faktiki ünvanı; 73.7.2. fiziki şəxs olan media subyekti, hüquqi şəxs olan media subyektinin təsisçisi (iştirakçısı), habelə media subyektinin təsisçisi olan hüquqi şəxsin birbaşa və dolayısı ilə iştirakçısı olan şəxslər haqqında bu Qanunla nəzərdə tutulmuş məlumatlar; 73.7.3. media subyektinin VÖEN-i; 73.7.4. media subyektinin idarəetmə orqanının rəhbərinin adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, əlaqə məlumatları; 73.7.5. məsul redaktorun adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, əlaqə məlumatları; 73.7.6. media subyektində işləyən jurnalistlərin siyahısı (adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, əlaqə məlumatları); 73.7.7. çap mediası subyektinin dövriliyi və birdəfəlik tirajı, məzmunu haqqında məlumat; 73.7.8. onlayn media subyektinin domen adının sahibi haqqında məlumat; 73.7.9. media subyektinin və (və ya) onun redaksiyasının (redaksiyalarının) ərazi kateqoriyası; 73.7.10. audiovizual media subyektlərinin və (və ya) onların redaksiyasının (redaksiyalarının) janrı, yayım üsulu və növü; 73.7.11. audiovizual media subyektlərinin lisenziyası haqqında məlumatlar; 73.7.12. informasiya agentliklərinin digər media subyektləri ilə informasiya verilməsi (əldə edilməsi) haqqında bağladığı müqavilələr barədə məlumatlar; 73.7.13. jurnalistin adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, əlaqə məlumatları; 73.7.14. verilmiş (o cümlədən olduğu halda əvvəllər verilmiş) jurnalist vəsiqəsi haqqında məlumat; 73.7.15. jurnalistin əmək və ya mülki hüquq müqaviləsi, əmək fəaliyyəti haqqında ümumi məlumat; 73.7.16. fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə işləyən jurnalistin VÖEN-i; 73.7.17. media subyektinin idarəetmə orqanının rəhbərinin, jurnalistin ali təhsili haqqında məlumat; 73.7.18. təsisçi (iştirakçı) fiziki şəxs olduqda, onun (onların), media subyektinin idarəetmə orqanının rəhbərinin və jurnalistin məhkumluğunun olub-olmaması haqqında məlumat. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr tarixli 1846 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Media Reyestrinin aparılması” Qaydaları:
2. Əsas anlayışlar 2.1.7. elektron kabinet – istifadəçinin X6 (“ASAN Login”) ilə eyniləşdirilməklə, Reyestrə daxil olmasına və ondan istifadəsinə (özü barəsindəki məlumatlarla tanış olmasına, onları əldə etməsinə, həmin məlumatlarda olan hər hansı dəyişikliklə bağlı məlumat almasına, müraciətləri elektron formada göndərməsinə və xidmətlərdən istifadə etməsinə, ödənişlər həyata keçirməsinə və s.) imkan verən, həmçinin operatorla qarşılıqlı əlaqəni təmin edən xüsusi fərdi elektron səhifə. 2.1. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.1.1. reyestr – Azərbaycan Respublikasının X4 (bundan sonra – Agentlik) tərəfindən idarə olunan, media subyektlərinə, o cümlədən onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatları əks etdirən elektron sənədlər və ya sənədlər toplusundan (sənədləşdirilmiş informasiyadan) ibarət informasiya ehtiyatı;
4. Reyestrin strukturu 4.1. Reyestrin strukturu aşağıdakı modullardan ibarətdir: 4.1.1. “elektron kabinet” modulu; 4.1.2. “müraciətlər” modulu; 4.1.3. “əməliyyatlar” modulu; 4.1.4. “istifadəçilər” modulu; 4.1.5. “məlumatlandırma” modulu; 4.1.6. “hesabatlar” modulu; 4.1.7. “digər sistemlərlə inteqrasiya” modulu; 4.1.8. “inzibatçılıq” modulu; 4.1.9. “ödəniş” modulu. 4.2. Reyestrin strukturuna daxil olan modullar vasitəsilə aşağıdakılar təmin edilir: 4.2.1. “elektron kabinet” modulu vasitəsilə tələb olunan məlumatların daxil edilməsi, reyestr məlumatlarında dəyişiklik edilməsi, ödənişlər barədə məlumatın olması, habelə bu Qaydalarda nəzərdə tutulan digər imkanların təmin edilməsi; 4.2.2. “müraciətlər” modulu vasitəsilə müraciətlərin qəbulu və aidiyyəti üzrə yönəldilməsi; …
6. Reyestrin aparılması qaydaları 6.1. Reyestrin informasiya təminatı Reyestrə daxil edilmək üçün müraciət edən şəxslər, o cümlədən jurnalistlər və Azərbaycan Respublikasının Audiovizual Şurası tərəfindən məlumatların təqdim edilməsi, həmçinin EHİS vasitəsilə sorğu edilən məlumatların inteqrasiya olunması yolu ilə həyata keçirilir. 6.2. Reyestrə daxil edilmək üçün müraciət edən şəxslər, o cümlədən jurnalistlər tərəfindən məlumatlar təqdim edildiyi tarixdən 5 (beş) iş günü müddətində Reyestrin operatoru çatışmazlıqların olub-olmamasını yoxlayır və çatışmazlıqlar aşkar edilmədikdə Reyestrə daxil edir. 6.3. Təqdim edilmiş məlumatlarda imtinaya səbəb olmayan çatışmazlıqlar müəyyən edildikdə, müraciət edən şəxslərə, o cümlədən jurnalistlərə bu Qaydaların 6.2-ci bəndində nəzərdə tutulmuş müddətdən gec olmayaraq, çatışmazlıqlar qeyd edilməklə onların aradan qaldırılması barədə elektron qaydada bildiriş göndərilir. Çatışmazlıqlar həmin şəxslər tərəfindən 5 (beş) iş günü müddətində aradan qaldırılmalıdır. 6.4. Çatışmazlıqlar bu Qaydaların 6.3-cü bəndində qeyd edilən müddətdə aradan qaldırılmadıqda, Agentlik tərəfindən müraciət baxılmamış saxlanılır. Bu hal həmin şəxslərin yenidən müraciət etməsinə mane olmur.
“Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VİQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2022-ci il tarixli, 1589 nömrəli Fərmanı: … 2.1. “Media haqqında” Azərbaycan Respublikası Qanununun 78.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 2.5. həmin Qanunun 62.2-ci, 65.2-ci, 65.2.3-cü, 65.4-cü, 65.4.4-cü maddələrində, .................... və 78.3-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının X4 nəzərdə tutulur; ...
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 3. İnzibati məhkəmələr və məhkəmə kollegiyaları 3.1. Bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. 3.2. Bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİ-İİ, XİX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Apellyasiya instansiyası məhkəmələri tərəfindən inzibati mübahisələrə (ərizələrə) birinci instansiya üzrə baxılması zamanı, bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİ-İİ, XİX fəsillərində başqa qayda nəzərdə tutulmadığı hallarda, birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə müəyyən edilmiş müvafiq prosessual qaydalar tətbiq olunur. XVİİ fəsil. MEDİA İLƏ BAĞLİ MÜBAHİSƏLƏRƏ DAİR İŞLƏR ÜZRƏ İCRAAT Maddə 128. Çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin və media məhsullarının yayımlanmasının dayandırılması, həmin subyektlərin fəaliyyətinə xitam verilməsi, xarici çap mediası məhsullarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə və yayımına qadağa qoyulması, həmçinin audiovizual yayımçının lisenziyasının ləğv edilməsi ilə bağlı mübahisələrə dair işlər üzrə icraat 128.1. Çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin və media məhsullarının yayımlanmasının dayandırılması, həmin subyektlərin fəaliyyətinə xitam verilməsi, habelə “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xarici çap mediası məhsullarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə və yayımına qadağa qoyulması, o cümlədən xarici çap mediasının artıq paylanmış məhsulunun satışdan yığışdırılması, həmçinin audiovizual yayımçının lisenziyasının ləğv edilməsi ilə bağlı mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. 128.2. Çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin və media məhsullarının yayımlanmasının dayandırılması, həmin subyektlərin fəaliyyətinə xitam verilməsi, habelə “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xarici çap mediası məhsullarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə və yayımına qadağa qoyulması, o cümlədən xarici çap mediasının artıq paylanmış məhsulunun satışdan yığışdırılması, həmçinin audiovizual yayımçının lisenziyasının ləğv edilməsi barədə ərizə müvafiq inzibati orqan tərəfindən verilə bilər. Bu halda müvafiq çap mediası, onlayn media və audiovizual media subyektləri cavabdeh qismində məhkəmə icraatına cəlb olunur. 128.3. Məhkəmə tərəfindən ərizəyə onun daxil olduğu vaxtdan 15 gün müddətində baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. 128.4. Mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəfləri dinləyib, ərizəni və iş materiallarını nəzərdən keçirərək, belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdeh (VÖEN 7********) media subyektinin və onun “yenian.az” onlayn media redaksiyası - veb-saytı və “Yeni Azərbaycan Naminə” qəzeti çap media redaksiyasının media subyekti olaraq fəaliyyətinə xitam verilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşdən görünür ki, cavabdeh vergi ödəyicisi kimi vergi uçotuna alınaraq adına ********* nömrəli VÖEN verilmiş və media subyekti olaraq (“yenian.az” onlayn media redaksiyası (veb-saytı) və “Yeni Azərbaycan Naminə” qəzeti (çap media redaksiyası) vasitəsi ilə) fəaliyyət göstərir. Hazırda iddiaçı cavabdehin “Media haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq Media Reyestrinə daxil edilmədən fəaliyyət göstərdiyini əsas gətirərək onun fəaliyyətinə xitam verilməsini tələb edir. İşin hüquqi halları ilə bağlı kollegiya qeyd edir ki, həmin Qanunun: - 78.3-cü maddəsinə görə bu Qanun qüvvəyə minənədək fəaliyyət göstərən çap mediası və onlayn media subyektləri bu Qanunda nəzərdə tutulmuş Media Reyestri formalaşdığı tarixdən 6 (altı) ay müddətində bu Qanunun 73.6-cı maddəsində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət etməlidir. - 62.2. Çap mediası və onlayn media subyekti kimi fəaliyyət göstərmək üçün hüquqi və ya fiziki şəxs müvafiq olaraq çap mediası məhsulunun istehsalından və materialın yayımlanmasından 7 (yeddi) gün əvvəl müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi müraciət etməlidir. - 65.4 və 65.4.4-cü maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 62.2-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi müraciət edilmədikdə və ya həmin müraciətdə göstərilən məlumatların doğru olmadığı aşkarlandıqda çap mediası və onlayn media subyektlərinin fəaliyyətinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırır. Sadalanan normaların qarşılıqlı təhlilindən müəyyən edilir ki, qanunverici “Media haqqında” Qanun qüvvəyə minənədək fəaliyyət göstərən çap mediası və onlayn media subyektlərinə münasibətdə Media Reyestri formalaşdıqdan 6 ay müddətində Azərbaycan Respublikasının X3 müraciət edilməli olması ilə bağlı imperativ tələb qoymuşdur. Belə tələbə riayət edilmədikdə isə Agentlik media subyektinin fəaliyyətinə xitam verilməsinə dair məhkəmə iddia qaldırır. Nəzərə almaq lazımdır ki, “Media haqqında” Azərbaycan Respublikasının Qanunu xx.xx.2022-ci il tarixdə qüvvəyə minmiş, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr tarixli 1846 nömrəli Fərmanı ilə “Media Reyestrinin aparılması” Qaydaları təsdiq edilmiş, həmin qanunvericilik aktları əsasında iddiaçı tərəfindən Media Reyestri formalaşdırılmış və 14 oktyabr 2022-ci il tarixindən etibarən Reyestr fəaliyyətə başlamışdır. İşdən görünür ki, cavabdeh Media Reyestri formalaşdığı tarixdən 6 (altı) ay müddətində, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək iddiaçıya qanunla müəyyən edilmiş qaydada müraciət etməmiş, fəaliyyətini Media Reyestrinə daxil olmadan, yəni qeyri-qanuni olaraq (yenian.az) onlayn redaksiyası (veb-saytı) və “Yeni Azərbaycan Naminə” qəzeti vasitəsilə davam etdirmişdir. Hazırda da o, qanunvericiliyin tələblərinə zidd olaraq Media Reyestrinə daxil edilmədən fəaliyyət göstərir. Cavabdeh iddia tələbinə etirazında cavabdehə bununla bağlı müraciətlər etdiyini bildirsə də, kollegiya bu dəlili əsassız hesab edir. Belə ki, “Media haqqlnda” Qanunun yuxarıda istinad edilən 78.3-cü maddəsindən göründüyü kimi belə müraciət Qanunun 73.6-cı maddəsində nəzərdə tutulmuş qaydada edilməlidir. Qanunun 73.6-cı maddəsində isə qeyd edilir ki, Media Reyestrinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Bu maddənin tələbinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr tarixli 1846 nömrəli Fərmanı ilə “Media Reyestrinin aparılması” Qaydaları təsdiq edilmişdir. Qaydaların yuxarıda sadalanan normalarının tələblərindən müəyyən edilir ki, müvafiq media subyektləri tərəfindən reyestrə daxil edilmə ilə bağlı müraciətlərin edilməsinin xüsusi qaydası nəzərdə tutulmuşdur. Belə ki, belə müraciətlər elektron formada elektron kabinet (istifadəçinin X6 (“ASAN Login”)) vasitəsilə edilməli və subyektlər tərəfindən Qaydaların 7-ci bəndində göstərilən məlumatlar təqdim edilməlidir. Hazırkı işdən isə görünür ki, cavabdeh Media Reyestrinə daxil edilmə ilə bağlı yuxarıda qeyd edilən xüsusi qaydada deyil, yazılı formada ərizə ilə xx.xx.2023-cü il tarixdə Agentliyə müraciət etmiş, sonuncu isə öz növbəsində cavabdehə xx.xx.2023-cü il tarixli, 11-5-11/2-438/2023 nömrəli məktubla cavab verərək, “Media haqqında” Qanunun 78.3 və 62.2-ci maddələrinin tələblərinə müvafiq qaydada müraciət edilməli olduğu bildirmişdir. Bundan sonra cavabdeh qeyd edilən cavab məktubunu imtina kimi qiymətləndirərək, Agentliyə qarşı Media Reyestrinə daxil edilməsi tələbinə dair inzibati məhkəmə icraatında iddia qaldırmış, Sumqayıt İnzibati Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2-1(118)- 3604/2024 nömrəli qərardadı ilə iddiaçı tərəfindən Azərbaycan Respublikasının X3 məhkəməyəqədər qanunauyğun formada müraciət edilməməsi və müvafiq imtina alınmaması əsası ilə iddia mümkün sayılmamışdır. Qərardaddan şikayət verilməmişdir. Eyni zamanda, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə iddia mümkün sayılmadıqdan sonra da cavabdeh media fəaliyyətinə davam etməsinə baxmayaraq, ötən 05 ay ərzində Qanunun 62.2-ci maddəsinə uyğun olaraq Media Reyestrinə daxil edilməsi ilə bağlı Agentliyə müraciət etməmişdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh “Media haqqında” Qanunun 78.3-cü maddəsinin tələbinə əməl etmədiyindən iddiaçı həmin Qanunun 62.2 və 65.4.4-cü maddələrinə əsasən hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Cavabdehin hazırkı iddianın AR Konstitusiyasının 50-ci maddəsinin (məlumat azadlığı) və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin ifadə azadlığı ilə bağlı müddəalarının pozulması ilə əlaqədar etirazında qeyd edilən arqumentlərə gəlincə məhkəmə kollegiyası qeyd edir ki, bu dəlilin heç bir hüquqi əsası yoxdur. Belə ki, hazırki halda məhkəmə media subyektinin Konstitusiya və Ümumdünya İnsan Hüquqları Bəyannaməsindən irəli gələn heç bir hüququnu, o cümlədən də ifadə azadlığını pozmamışdır. Hazırki iş üzrə cavabdeh media subyekti olaraq fəaliyyətinə xitam verilməsinə əsas Media Reyestrində qeydiyyata alınması üçün qanunla müəyyən edilmiş qaydada müraciət etməməsidir. Kollegiya qeyd edir ki, qanunlara əməl etməmə və eləcə də hüquqlardan sui-istifadə yol verilməzdir. Ümumi hüquq nəzəriyyəsinə görə qanun və ya hüquq pozuntusu baş verdikdə buna qarşı dövlət tərəfindən məcburi təsir tədbirləri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddia təmin edilsin. Cavabdeh (VÖEN 7********) media subyektinin və onun “yenian.az” onlayn media redaksiyası (veb-saytı) və “Yeni Azərbaycan Naminə” qəzeti çap media redaksiyasının media subyekti olaraq fəaliyyətinə xitam verilsin. Qərardan təqdim olunduğu gündən 3 (üç) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3