Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-3(106)-10/2024 19.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına qarşı iddia ərizəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının 13 sentyabr 2024-cü il tarixli, 42/214 nömrəli qərarının ləğv edilməsi, 86 saylı Ağcabədi seçki dairəsinin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız sayılması öhdəliyinin Mərkəzi Seçki Komissiyasının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, müstəqil qurumların monitorinq nəticəsində ortaya çıxmış iştirakçılıq faizi rəsmi açıqlanan rəqəmlərdən fərqli olub. Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatlarında ölkə üzrə iştirakçılıq 32,27 % göstərilsə də, müstəqil müşahidəçilərin rəyinə əsasən ölkə üzrə 20,56% təşkil edib. Səsvermə günü isə açıq-aşkar ədalətsiz seçki keçirildi. Belə ki, seçici aktivliyi aşağı olsa da, seçki qutularına hakimiyyət namizədinin xeyrinə əlavə bületenlərin atılması və “karusel” üsulu ilə qrup halında şəxslərin seçki məntəqəsinə gətirilməsi və seçicilərin bir neçə seçki məntəqəsində, həmçinin bir çoxlarının ümumiyyətlə dairəyə və ya məntəqəyə aid olmadığı halda səs verməsinə nail olunması hesabına seçici aktivlyi süni şəkildə şişirdilərək artırıldı. Seçki prosesini müşahidə etmək üçün müşahidəçilərə Seçki Məcəlləsinin tələblərinə əsasən səsvermə prosesinin izlənilməsi üçün yaradılan şərait qanunla nəzərdə tutulmuş tələblərə uyğun olmayıb. Müşahidə üçün nəzərdə tutulmuş yerlərdən isə müşahidəçilərin səsvermə prosesini tam və dəqiq müşahidə etməsi mümkün deyildi. Belə ki, müşahidəçilər səsverməyə gəlmiş seçicilərin barmaqlarının necə yoxlanmasını, həmin şəxslərin məntəqə ərazisində yaşayan seçicilər olub- olmamasım, daha sonra, səslərin sayılması zamanı, bülletenlərin düzgün sayılıb-sayılmasmı müşahidə edə bilmirdilər. Çünki müşahidəçilərin olduğu yerdən nə bülletlənrin sayım, nə bületenlərdə olan məlumatları (kimə səs verilməsini, etibarlılığım) müəyyən etmək mümkün deyildi. Bir çox məntəqə seçki komissiyaları saydıqları bülletenləri səsli şəkildə müşahidəçilərə elan etmirdilər. 1,2, 4, 5, 6, 7, 9,11, 12,14,15,16, 17, 21, 22, 23, 24, 25, 26,27, 28, 29, 30, 31, 32, 33, 36, 37, 38, 39, 40, 41,42, 43, 44, 45, 46, 49, 51, 52, 54, 55 saylı məntəqələrdə səs sayma zamanı müşahidəçilərə açıq müşahidə aparılmağa imkan verilməyib. Bir çox məntəqədə barmaqlarının yoxlanması ümumiyyətlə səsvermə zalından və müşahidəçilərin görmə imkanından kənarda idi, xüsusi olaraq 1,4,5,6,9,22,34,35,36,37,38,55,56 saylı məntəqələrdə. Yeni nəsil şəxsiyyət vəsiqələrində vətəndaşların qeydiyyat ünvanı göstərilmədiyi üçün müşahidəçilər həmin seçicilərinin hansı seçk məntəqəsində qeydiyyatda olduğunu görməsi mümkünsüz idi. Müşahidəçilərə seçicilərin qeydiyyat ünvanlarına baxmasına heç bir şərait yaradılmadığı üçün inzibati resurslar hesabına məntəqələrin hüdudlarından kənarda qeydiyyatda olan seçicilər “karusel” üsulu ilə saxta səs verməsi təşkil edilib. 42 ədəd seçki məntəqəsində ona müxtəlif saylarda səs verilməsinə baxmayaraq seçki məntəqəsinin yekun protokollarında ona 0 (sıfır) səs yazılmışdır. 86 saylı seçki dairəsinin məntəqə seçki komissiyaları (MnSK) üzrə aşağıdakı spesifik pozuntular təsbit olunub: 1) 1 saylı məntəqədə müxtəlif saatlarda səsvermə otağına daxil olan bəzi seçicilərin barmağına görünməz boya vurulmurdu, bəzi seçicilərin barmağı ultrabənövşəyi detektorla yoxlanılmırdı. Əsasən səhər və günorta saatlarında məntəqənin dislokasiyasma uyğun olmayaraq müxtəlif saatlarda müxtəlif şəxslərin “karusel üsulu ilə” səs verməsinə şərait yaradılırdı. 1 saylı seçki məntəqəsində komissiya sədri əvvəlcədən təlimatlandırılmış şəxslərə topa bülletenlər verərək qutuya atılmasına şərait yaradırdı. 1 saylı məntəqədə ona səs verən konkret seçicilər olsa da səslər sayılan zaman ona verilmiş səslər başqa namizədlərin adına sayıldı, onun səs sayı isə 0 (sıfır) yazılıb. 2) 2 saylı Mn.SK-da Ağcabədi rayon icra hakimiyyəti tərəfindən məntəqəyə qeyriqanuni olaraq məntəqəyə təhkim olunmuş rayon icra hakimiyyətinin münayəndələrinin avtomobilləri ilə adamları gətirərək YAP namizədi Tahir Rzayevə “karusel” üsulu ilə səs verməyə şərait yaradılırdı. 2 saylı məntəqədə ona səs verən konkret seçicilər olsa da səslər sayılan zaman ona verilmiş səslər başqa namizədlərin adına sayıldı, onun səs sayı isə 0 (sıfır) yazıldı. 2 saylı seçki məntəqəsində komissiya sədri əvvəlcədən təlimatlandırılmış şəxslərə topa bülletenlər verərək qutuya atılmasına şərait yaradırdı. 3)4 saylı Mn.SK-da müşahidəçilərə açıq müşahidə aparmaq üçün normal şərait yaradılmayıb. 4 saylı seçki məntəqəsində komissiya sədri əvvəlcədən təlimatlandırılmış şəxslərə topa bülletenlər verərək qutuya atılmasına şərait yaradırdı. 4 saylı MnSK-da ona səs verən konkret seçicilər olsa da səslər sayılan zaman ona verilmiş səslər başqa namizədlərin adına sayıldı, onun səs sayı isə 0 (sıfır) yazıldı. Bu da onu göstərir ki, 4 saylı məntəqədə seçkinin nəticələri kobudcasına saxtalaşdırılıb. 4 saylı seçki məntəqəsində qeydiyyatda olmayan seçicilər bu məntəqədə səs verirdi. 4) 5 saylı Mn.SK-da müşahidəçilərə açıq müşahidə aparmaq üçün normal şərait yaradılmayıb, belə ki, müşahidəçilər seçki məntəqlərinə daxil olan seçicilərin həmin məntəqədə qeydiyyatda olub olmamasım müşahidə etməsi mümkün deyildi. 5 saylı seçki məntəqəsində komissiya sədri əvvəlcədən təlimatlandırılmış şəxslərə topa bülletenlər verərək qutuya atılmasına şərait yaradırdı. 5 saylı Mn.SK-da ona səs verən konkret seçicilər olsa da səslər sayılan zaman ona verilmiş səslər başqa namizədlərin adına sayıldı, onun səs sayı isə 0 (sıfır) yazıldı. Bu da onu göstərir ki, 5 saylı məntəqədə seçkinin nəticələri kobudcasına saxtalaşdırılıb. 5 saylı seçki məntəqəsində qeydiyyatda olmayan seçicilər bu məntəqədə səs verirdi. 5) 6 saylı Mn.SK-da müşahidəçilərə açıq müşahidə aparmaq üçün normal şərait yaradılmayıb, belə ki, müşahidəçilər seçki məntəqlərinə daxil olan seçicilərin həmin məntəqədə qeydiyyatda olub olmamasını müşahidə etməsi mümkün deyildi.. 6 saylı seçki məntəqəsində komissiya sədri əvvəlcədən təlimatlandırılmış şəxslərə topa bülletenlər verərək qutuya atılmasına şərait yaradırdı. 6 saylı Mn.SK-da ona səs verən konkret seçicilər olsa da səslər sayılan zaman ona verilmiş səslər başqa namizədlərin adına sayıldı, onun səs sayı isə 0 (sıfır) yazıldı. Bu da onu göstərir ki, 6 saylı məntəqədə seçkinin nəticələri kobudcasına saxtalaşdırılıb. 6 saylı seçki məntəqəsində qeydiyyatda olmayan seçicilər bu məntəqədə səs verirdi. 6) 7 saylı məntəqədə dislokasiyaya uyğun olmayan şəxslər məntəqəyə dəfələrlə buraxılırdı, məntəqə sədri Musayev Polad həmin şəxslərə qanunsuz olaraq bülleten verərək səs vermələrini təmin edirdi. Məntəqə sədri Musayev Polad və məntəqədə olan hakimiyyət yönümlü müşahidəçilər, səlahiyyətli nümayəndəsi Hacıbəyli Rüfətə qarşı təzyiqlər edirdi, normal müşahidə aparmasına imkan vermirdi. Müşahidəçilərə maneə yaradılmaqla Seçki Məcəlləsinin 42-ci maddəsi kobudcasına pozulurdu. Məntəqənin girişində dayanan komissiya üzvü qapıdan içəri daxil olan şəxslərin vəsiqəsinə baxırdı, lakin 7 saylı məntəqənin dislokasiyasma uyğun gəlməyən şəxsləri də içəri buraxırdı, komissiya üzvləri də həmin şəxslərə bülleten götürmək üçün başqa adamların adlarının qarşısından imza atdırırdı, komissiya sədri də həmin şəxslərə bülleten verərək saxta yolla səs verməsini təmin edirdi. Məntəqə sədrinə narazılığını bildirsə də o buna məhəl qoymurdu. Seçkini müşahidə edərkən dəfələrlə Mn.SK sədri Musayev Polad, Mn.SK üzvləri və tanımadığı digər öyrədilmiş müşahidəçilər tərəfindən basqılara, hədələrə məruz qalmışdır. Məntəqə hüdudlarından kənarda yaşayan şəxslərə bülleten verilərək səs vermələrinə şərait yaradılırdı. Səssayma zamanı müşahidəçilərə maneə yaradılırdı, ona görə də bülletenlərdə hansı namizədin qarşısına işarə qoyulduğunu müşahidə edə bilməmişdir. Msk.gov.az saytında 7 saylı məntəqəni canlı müşahidə edərəkən saat 16:14də məntəqə sədri Polad Musayevin məntəqəyə daxil olan şəxsə topa bülletenlər verərək seçki qutusuna atılmasına şərait yaradıb. Bu marədə video fakt sosial şəbəkələrdə də paylaşılıb. 7 saylı seçki məntəqəsində komissiya sədri bir şəxsə bir topa bülletenlər verərək qutuya atılmasına şərait yaradırdı. 7 saylı məntəqədə mənə səs verən konkret seçicilər olsa da səslər sayılan zaman mənə verilmiş səslər başqa namizədlərin adma sayıldı, mənim səs sayım isə 0 (sıfır) yazıldı. 7) 9 saylı Mn.SK-da müşahidəçilərə açıq müşahidə aparmaq üçün normal şərait yaradılmayıb, belə ki, müşahidəçilər seçki məntəqlərinə daxil olan seçicilərin həmin məntəqədə qeydiyyatda olub olmamasını müşahidə etməsi mümkün deyildi. 9 saylı seçki məntəqəsində komissiya sədri əvvəlcədən təlimatlandırılmış şəxslərə topa bülletenlər verərək qutuya atılmasına şərait yaradırdı. 9 saylı MnSK-da ona səs verən konkret seçicilər olsa da səslər sayılan zaman ona verilmiş səslər başqa namizədlərin adma sayıldı, onun səs sayı isə 0 (sıfır) yazıldı. Bu da onu göstərir ki, 9 saylı məntəqədə seçkinin nəticələri kobudcasına saxtalaşdırılıb. 9 saylı seçki məntəqəsində qeydiyyatda olmayan seçicilər bu məntəqədə səs verirdi. 11, 12, 14, 15, 16, 17, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 36, 37, 38, 39, 40, 41, 42, 43, 44, 45, 46, 49, 51, 52, 54, 55, 56 saylı seçki məntəqələrində də analoji pozuntulara yol verilmişdir 7 saylı məntəqədə baş vermiş pozuntularla oxşar digər məntəqələrdə də ciddi pozuntular baş versə də MSK bu pozuntuları seçkilərin nəticələrinin etibarsız sayılması üçün əsas saymamışdır. Belə ki, 42 ədəd seçki məntəqəsinin yekun protokollarında namizəd İddiaçı yazılmış 0 (sıfır) səslər iddiası araşdırılmamış, həmin məntəqələrdə səslərin yenidən sayılması haqqında qərar verilməmişdir. Ümumiyyətlə AR Seçki Məcəlləsinin 112-1-ci maddəsinin tələbinə uyğun olaraq qərar əsaslandırılmamış, ekspertin rəyi sonradan təqdim olunmuş və müdafiə imkanı yaradılmamışdır. İclasa çağrılsa da, tələbləri nəzərə alınmamış, ona yalnız qərar sonradan təqdim edilmişdir. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilsə də məsafənin uzaqlığı baxımından məhkəmə iclasında iştirak edə bilməyəcəyini, həmçinin işə iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmiş, cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının 13 sentyabr 2024-cü il tarixli, 42/214 nömrəli qərarının məzmununda qeyd olunmuşdur ki:- “2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 86 saylı Ağcabədi seçki dairəsi üzrə qeydə alınmış namizəd İddiaçı 2024-cü il sentyabrın 10da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissyasına yazılı müraciət edərək, seçki günü adıçəkilən seçki dairəsinin bəzi seçki məntəqələrində müxtəlif xarakterli qanun pozuntularına yol verildiyini iddia etmiş, dairə seçki komissiyasının 7 sentyabr 2024-cü il tarixli 31/76 saylı qərarını mübahisələndirmiş, həmin qərarın ləğv edilməsi və seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1 -ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır. Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, səlahiyyətli nümayəndənin Komissiyanın iclasında iştirakı təmin olunmuşdur. Namizəd İddiaçı səsvermə günü bəzi seçki məntəqələrində müşahidəçilərə maneələr yaradıldığını, seçki qutularına digər namizədin xeyrinə əlavə bülletenlərin atıldığını, ona verilən səslərin düzgün hesablanmadığını və digər qanun pozuntularının olduğunu iddia edərək həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsini və seçki dairəsi üzrə seçkilərin etibarsız sayılmasını, həmçinin dairə seçki komissiyasına eyni məzmunlu müraciəti ilə bağlı həmin seçki komissiyası tərəfindən qəbul olunmuş qərarın ləğv edilməsini xahiş etmişdir. O, müraciətinə bir ədəd elektron informasiya daşıyıcısı əlavə etmişdir. Dairə seçki komissiyası qərarını onunla əsaslandırmışdır ki, səsvermə günü 86 saylı Ağcabədi seçki dairəsinin bəzi seçki məntəqələrində baş verməsi iddia olunan qanun pozuntuları təsdiqini tapmamış, səsvermənin keçirilməsi və nəticələrin müəyyənləşdirilməsi zamanı seçicilərin iradəsini sərbəst şəkildə ifadə etməyə imkan verməyən qanun pozuntuları aşkar edilməmişdir. Araşdırma zamanı dairə seçki komissiyasından mübahisələndirilən qərarın qəbul edilməsi üçün əsas olmuş sənədlər alınaraq araşdırma materiallarına əlavə olunmuş və təkrarən araşdırılmışdır. Araşdırma ilə əlaqədar qeydə alınmış digər namizədlərdən, seçki dairəsinin mübahisələndirilən seçki məntəqələrində müşahidə aparmış müxtəlif namizədləri təmsil edən müşahidəçilərdən, komissiya üzvlərindən izahatlar alınmışdır. Müraciətin hərtərəfli və qərəzsiz araşdırılması məqsədilə, müraciətə əlavə edilmiş bir ədəd elektron məlumat daşıyıcısına, seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair protokollarlınaraq onlara baxış keçirilmiş, seçki subyektlərindən alınmış seçki sənədləri tədqiq edilərək müəyyən edilmişdir ki, səsvermə günü 86 saylı Ağcabədi seçki dairəsinin 7 saylı seçki məntəqəsi istisna olmaqla, mübahisələndirilən digər seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntuları təsdiqini tapmamış, seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hallar aşkar edilməmişdir. Bu baxımdan dairə seçki komissiyası müvafiq qərara əsasən düzgün nəticəyə gəlsə də, göstərilən seçki məntəqəsinə münasibətdə düzgün nəticəyə gəlməmişdir. Səsvermə günü sosial şəbəkələrdə həmin seçki dairəsinin seçki məntəqələrində baş verməsi iddia edilən pozuntularla bağlı hər hansı bir görüntü aşkarlanmamışdır. Aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 86 saylı Ağcabədi seçki dairəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilən seçki məntəqələrinin sayı seçki dairəsi üzrə seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı isə seçki dairəsi üzrə qeydə alımış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etmədiyindən, seçki dairəsi üzrə seçkilərin nəticələrinin etibarsız sayılması üçün hüquqi əsaslar yaranmamışdır. Beləliklə, 86 saylı Ağcabədi seçki dairəsindən qeydə alınmış namizəd İddiaçı müraciəti qismən təmin edilməli, həmin seçki dairəsinin 7 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilməlidir. Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci, 170-ci maddələrinə əsasən qərara alır:
1. 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 86 saylı Ağcabədi seçki dairəsi üzrə qeydə alınmş namizəd İddiaçı 10 sentyabr 2024-cü il tarixli 70 saylı müraciəti qismən təmin olunsun, həmin seçki dairəsinin 7 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin.
2. 86 saylı Ağcabədi seçki dairəsi dairə seçki komissiyasının 7 sentyabr 2024cü il tarixli 31/76 saylı qərarı 7 saylı seçki məntəqəsinə aid hissədə ləğv edilsin, digər hissələrdə dəyişdirilmədən saxlanılsın.” Məhkəmə kollegiyası hesab edir ki, ilk növbədə cavabdehin mübahisələndirilən qərarının qanuni olub-olmadığını müəyyənləşdirmək üçün seçki münasibətlərini tənzimləyən, eyni zamanda müvafiq prosessual normalar təhlil edilməlidir. Azərbaycan Respublikası Seçki Məcəlləsinin: -170.2-ci maddəsinə əsasən dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası birmandatlı seçki dairəsi üzrə aşağıdakı hallarda seçkiləri etibarsız sayır: səsvermə keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə; birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin; məhkəmənin qərarı əsasında. -112.1. seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. -112.2. Bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər. -112.3. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsinə şikayət edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 3.2-ci maddəsinə əsasən bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XİX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apelyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Apelyasiya instansiyası məhkəmələri tərəfindən inzibati mübahisələrə (ərizələrə) birinci instansiya üzrə baxılması zamanı, bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XİX fəsillərində başqa qayda nəzərdə tutulmadığı hallarda, birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə müəyyən edilmiş müvafiq prosessual qaydalar tətbiq olunur. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 130.1-ci maddəsinə (XVİİİ fəsil) əsasən seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apelyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddia ərizəsinə ərizəçinin, müvafiq seçki komissiyasının və ya digər maraqlı şəxslərin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdeh inzibati orqanın mübahisələndirilən qərarının surətindən görünür ki, cavabdeh inzibati orqan tərəfindən araşdırma ilə bağlı müraciət etmiş iddiaçının səlahiyyətli nümayəndəsinin komissiyanın iclasında iştirakı təmin edilmişdir. Dairə seçki komissiyasından mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş sənədlər alınaraq araşdırma materiallarına əlavə edilmiş və təkrarən araşdırılmışdır. Bundan başqa səsvermə günü sözügedən seçki məntəqələrində müşahidə aparmış müxtəlif maraqları təmsil edən müşahidəçilərdən və digər seçki subyektlərindən alınmış izahatlarda həmin məntəqələrdə səsvermə prosesinin təşkili, keçirilməsi, səsvermə və səsvermənin nəticələrinə dair seçki məntəqəsi üzrə yekun protokolun tərtib edilməsi zamanı səsvermənin nəticələrinə təsir edə biləcək bir sıra pozuntuların olması müəyyən edilmişdir. Aparılmış araşdırma məcmu şəkildə qiymətləndirilərək müəyyən edilmişdir ki, seçki dairəsi üzrə qeydə alınmış namizəd İddiaçı müraciətinin qismən təmin edilməsi barədə dairə seçki komissiyası düzgün nəticəyə gəlməmişdir. Qeyd edilənlərə əsasən cavabdeh inzibati orqan yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərarı qəbul etmiş cavabdeh inzibati orqan həmin qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Belə ki, müvafiq seçki dairəsinin 1 məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsinə əsas verən hallar qismən sübuta yetirildiyindən iddiaçının şikayətini qismən təmin etməklə cavabdeh inzibati orqan düzgün nəticəyə gəlmişdir. Eyni zamanda, iddiaçı tərəfindən sözügedən qərarın ləğv edilməsi ilə əlaqədar da məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Bundan əlavə, iddiaçı 86 saylı Ağcabədi seçki dairəsinin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız sayılmasını tələb etsə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının həmin tələblərin təmin edilməsində hüquqi marağı Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 13 sentyabr 2024-cü il tarixli, 42/214 nömrəli qərarının qanuniliyinin yoxlanılması ilə əhatə olunur. Bu baxımdan iddianın həmin hissəsələrinə müstəqil tələb kimi baxılması zərurəti yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 3.2-ci, 68-69-cu və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına qarşı qərarın ləğv edilməsi tələbinə dair iddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 3 (üç) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kasasiya şikayəti verilə bilər.