Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-3(106)-13/2024 04.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, Ələskərov Sənan Adil oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə. İddiaçı Azərbaycan Respublikasının X1 Cavabdeh qarşı media subyektinin və onun onlayn media redaksiyasının ("turantv.az” veb saytının) media subyekti olaraq fəaliyyətinə xitam verilməsi barədə barədə iddia tələbinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq qərar qəbul etdi. İ.İşin halları: Cavabdeh "turantv.az” veb saytı vasitəsi ilə onlayın media subyekti olaraq fəaliyyət göstərsə də, fəaliyyət müddəti ərzində Mediya Reyestrinə daxil olması barədə iddiaçı Azərbaycan Respublikasının X2 müraciət etməməsi iddia olunur. İddia ərizəsinə əlavə olunmuş kağız daşıyıcıda olan ekran qeydlərindən görünür ki, cavabdeh media subyekti kimi onlayn qaydada fəaliyyətini davam etdirir. İİ. İddiaçı tərəfin dəlilləri: Cavabdeh (bundan sonra-cavabdeh) Media subyekti olaraq 10 avqust 2019-cu ild tarixdən (“turantv.az” onlayn media redaksiyası - veb-saytı vasitəsi ilə) fəaliyyət göstərir. Buna baxmayaraq, cavabdeh bu günə qədər Media Reyestrinə daxil edilməsi barədə Azərbaycan Respublikasının X2 müraciət etməmişdir. Halbuki, ölkə ərazisində fəaliyyət göstərən çap mediası və ya onlayn media subyektləri Media Reyestri formalaşdığı tarixdən 6 ay müddətində Media Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının X2 (İddiaçıya) müraciət etməli idi. "Media haqqında” Azərbaycan Respublikası Qanununun 78.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək fəaliyyət göstərən çap mediası və onlayn media subyektləri bu Qanunda nəzərdə tutulmuş Media Reyestri formalaşdığı tarixdən 6 ay müddətində bu Qanunun 73.6-cı maddəsində nəzərdə tutulmuş qaydada, yəni “Media Reyestrinin aparılması Qaydalarına uyğun olaraq X2 müraciət etməlidir. Qeyd olunan müddəa keçid müddəa statusunda olmuş və Qanun qüvvəyə minənə qədər, yəni xx.xx.2022-ci il tarixinə qədər artıq fəaliyyət göstərən media subyektlərinin hüquqi vəziyyəti ilə yeni yaranacaq media subyektlərinin hüquqi vəziyyətinin balanslaşdırılması xarakteri daşıyırdı. Media Reyestri fəaliyyətə başladıqdan 6 ay sonra, yəni 14 aprel 2023-cü ildə Qanunun 78.3-cü maddəsi öz hüquqi qüvvəsini itirmiş və bu tarixdən sonra Qanunun 62.2-ci maddəsi yaranma tarixindən asılı olmayaraq bütün media subyektlərinə münasibətdə tətbiq edilir. Belə ki, həmin Qanunun 62.2-ci maddəsinə əsasən çap mediası və onlayn media subyekti kimi fəaliyyət göstərmək üçün hüquqi və ya fiziki şəxs müvafiq olaraq çap mediası məhsulunun istehsalından və materialın yayımlanmasından 7 (yeddi) gün əvvəl müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yəni X2 rəsmi müraciət etməlidir. “Media haqqında” Qanunun 65.4.4-cü maddəsinə əsasən isə bu Qanunun 62.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının X2 rəsmi müraciət edilmədikdə və ya həmin müraciətdə göstərilən məlumatların doğru olmadığı aşkarlandıqda Agentlik çap mediası və onlayn media subyektlərinin fəaliyyətinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırır.Cavabdeh onlayn media subyekti kimi fəaliyyətini qanunvericiliyə uyğun həyata keçirmək üçün fəaliyyətini Reyestrə daxil olmadan, yəni qanunsuz olaraq “turantv.az” veb saytının vasitəsi ilə davam etdirmişdir. Hazırda da cavabdeh Qanunun 62.2-ci maddəsinin tələblərinə əməl etməyərək, yəni Media Reyestrinə daxil edilmədən fəaliyyət göstərməkdədir.Bu isə qanunvericiliyin tələblərinin pozulması ilə nəticələnir ki, özlüyündə həmin media subyektinin fəaliyyətinin qanunsuz olmasına gətirib çıxarır. Belə olan halda isə həmin media subyektinin fəaliyyətinə xitam verilməlidir. İV. Prosses iştirakçılarının izahatları İddiaçının vəkili və nümayəndəsi Vəkil qeyd olunan dəlilləri müdafiə edib, iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclas barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh iclasda iştirak etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. V.Tədqiq edilmiş sübutlar: İş materiallarında olan kompakt diskdə olan məlumatlardan məlum olur ki, “Turantv” onlayn müstəqil informasiya siyasəti həyata keçirən media qurumu olaraq 10 avqust 2019cu il tarixdən fəaliyyət göstərir, www.turantv.az saytında ictimai, siyasi, sosial və mədəni xəbərləri çatdırır, domen sahibi Cavabdehdur. Vİ. Tətbiq edilən hüquq: 1.“Media haqqında” Azərbaycan Respublikası Qanununda qeyd olunmuşdur; Maddə 1. Əsas anlayışlar 1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.1.1. kütləvi informasiya- əldə olunması, ötürülməsi, istehsalı və yayımı Azərbaycan Respublikasının qanunları ilə məhdudlaşdırılmayan, qeyri-məhdud sayda şəxslərə çatdırmaq məqsədilə media subyektləri tərəfindən dərc olunan və (və ya) yayımlanan məlumatlar; 1.1.2. media - kütləvi informasiyanın dövri və ya müntəzəm olaraq dərc olunmasını və (və ya) yayımlanmasını həyata keçirmək üçün istifadə olunan alət və vasitələr, habelə onlar vasitəsilə formalaşan informasiya mühiti; 1.1.3. media subyekti - əsas fəaliyyət növü kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxs; 1.1.7. onlayn media- audiovizual media və çap mediası istisna olmaqla, mətn, audio, vizual və ya digər elektron (rəqəmsal) formada olan kütləvi informasiyanı vebsaytda yayımlayan media; 1.1.8. informasiya agentliyi - kütləvi informasiyanın əldə olunmasını, ötürülməsini, istehsalını və yayımını həyata keçirən, habelə digər media subyektləri ilə informasiya verilməsi (əldə edilməsi) haqqında müqavilələr bağlayan, əldə etdiyi informasiyanın müntəzəm olaraq həmin müqavilələr üzrə çatdırılmasını təmin edən media; 1.1.9. redaksiya - veb-saytlar, qəzetlər və digər dövri-nəşrlərin, habelə televiziya və radio kanallarının, sifarişli yayım xidmətinin və informasiya agentliklərinin yaradıcı heyətindən ibarət bölmə; 62.1. Çap mediası və onlayn media subyektinin təsis edilməsi üçün dövlət orqanlarından (qurumlarından) icazə tələb olunmur. 62.2. Çap mediası və onlayn media subyekti kimi fəaliyyət göstərmək üçün hüquqi və ya fiziki şəxs müvafiq olaraq çap mediası məhsulunun istehsalından və materialın yayımlanmasından 7 (yeddi) gün əvvəl müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi müraciət etməlidir. 62.3. Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş müraciət bu Qanunun 73.5ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun edilir. 65.4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) aşağıdakı hallarda çap mediası və onlayn media subyektlərinin fəaliyyətinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırır: 65.4.4. bu Qanunun 62.2-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi müraciət edilmədikdə və ya həmin müraciətdə göstərilən məlumatların doğru olmadığı aşkarlandıqda. 78.3. Bu Qanun qüvvəyə minənədək fəaliyyət göstərən çap mediası və onlayn media subyektləri bu Qanunda nəzərdə tutulmuş Media Reyestri formalaşdığı tarixdən 6 ay müddətində bu Qanunun 73.6-cı maddəsində nəzərdə tutulmuş qaydada, yəni “Media Reyestrinin aparılması Qaydalarf’na uyğun olaraq X2 müraciət etməlidir. 2.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi; 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 128.1. Çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin və media məhsullarının yayımlanmasının dayandırılması, həmin subyektlərin fəaliyyətinə xitam verilməsi, habelə “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xarici çap mediası məhsullarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə və yayımına qadağa qoyulması, o cümlədən xarici çap mediasının artıq paylanmış məhsulunun satışdan yığışdırılması, həmçinin audiovizual yayımçının lisenziyasının ləğv edilməsi ilə bağlı mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. 128.2. Çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin və media məhsullarının yayımlanmasının dayandırılması, həmin subyektlərin fəaliyyətinə xitam verilməsi, habelə “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xarici çap mediası məhsullarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə və yayımına qadağa qoyulması, o cümlədən xarici çap mediasının artıq paylanmış məhsulunun satışdan yığışdırılması, həmçinin audiovizual yayımçının lisenziyasının ləğv edilməsi barədə ərizə müvafiq inzibati orqan tərəfindən verilə bilər. Bu halda müvafiq çap mediası, onlayn media və audiovizual media subyektləri cavabdeh qismində məhkəmə icraatına cəlb olunur. 128.3. Məhkəmə tərəfindən ərizəyə onun daxil olduğu vaxtdan 15 gün müddətində baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. 128.4. Mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Vİ. Məhkəmənin mövqeyi: Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə Kollegiyası işin faktiki hallarına əsasən tətbiq edilən hüquq normalarından çıxış edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsaslıdır və təmin olunmalıdır. İşin hallarından göründüyü kimi, Cavabdeh onlayn media redaksiyası (“turantv.az” veb saytı) üzərindən onlayn media subyekti kimi fəaliyyət göstərir. Belə olan halda o, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.3-cü maddəsinə əsasən onlayn media subyekti hesab olunur. İşin mübahisəsiz halından göründüyü kimi, Cavabdeh onlayn media subyekti olaraq halhazıradək “Media Reyestrinin aparılması Qaydaları”na uyğun olaraq X3 müraciət etməmiş və cavabdeh “Media haqqında” Azərbaycan Respublikası Qanununun 65.4.4-cü maddəsinin tələblərinə zidd olaraq media subyekti kimi qanunsuz olaraq fəaliyyətini davam etdirir. Halbuki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 78.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək fəaliyyət göstərən çap mediası və onlayn media subyektləri bu Qanunda nəzərdə tutulmuş Media Reyestri formalaşdığı tarixdən 6 ay müddətində bu Qanunun 73.6-cı maddəsində nəzərdə tutulmuş qaydada, yəni "Media Reyestrinin aparılması Qaydaları”na uyğun olaraq X2 müraciət etməlidir. Qeyd ounan müddəa keçid müddəa olmuş və “Media haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənə qədər, yəni xx.xx.2022-ci il tarixinə qədər artıq fəaliyyət göstərən media subyektlərinin hüquqi vəziyyəti ilə yeni yaranacaq media subyektlərinin hüquqi vəziyyətinin balanslaşdırılması xarakteri daşımışdır. Media Reyestri fəaliyyətə başladıqdan 6 ay sonra, yəni 14 aprel 2023-cü ildə Qanunun 78.3-cü maddəsi öz hüquqi qüvvəsini itirmişdir və bu tarixdən sonra Qanunun 62.2-ci maddəsi yaranma tarixindən asılı olmayaraq bütün media subyektlərinə münasibətdə tətbiq edilir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən çap mediası və onlayn media subyekti kimi fəaliyyət göstərmək üçün hüquqi və ya fiziki şəxs müvafiq olaraq çap mediası məhsulunun istehsalından və materialın yayımlanmasından 7 (yeddi) gün əvvəl müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yəni X2 rəsmi müraciət etməlidir. “Media haqqında” Qanunun 65.4.4-cü maddəsinə əsasən isə bu Qanunun 62.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının X2 rəsmi müraciət edilmədikdə və ya həmin müraciətdə göstərilən məlumatların doğru olmadığı aşkarlandıqda Agentlik çap mediası və onlayn media subyektlərinin fəaliyyətinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırır. Nəzərə alınmalıdır ki, Avropa Konvensiyasının 10-cu maddəsi ilə müdafiə olunan ifadə azadlığı mütləq hüquq deyil və maddəsinin 2-ci hissəsinə görə məhdudiyyətin tətbiq olunması mümkündür. Media həmin maddənin əhatə dairəsinə düşdüyünə görə, həmin məhdudiyyət media sahəsinə də aid olunmalıdır. Qeyd olunan maddə Dövlətlərə müvafiq məhdudiyyətlər tətbiq etməyə səlahiyyət verdiyinə görə, Dövlətlər müxtəlif maraqların qorunması üçün necə və hansı dərəcədə məhdudiyyətlər tətbiq edəcəklərinə dair müstəqil mülahizə əsasında fəaliyyət azadlığına malikdirlər. “Media haqqında” Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci, 10-cu və 13-cü bəndlərinə uyğun olaraq, media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. Həmin Qanunun 5.5-ci maddəsinə əsasən Media sahəsində fəaliyyət azadlığı yalnız bu Qanun və media sahəsini tənzimləyən Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş hallarda və qaydada məhdudlaşdırıla bilər. Qeyd olunan Qanunun 25.1.3-cü maddəsinə uyğun olaraq Cavabdeh onlayn media subyekti hesab olunur, bu fəaliyyətin həyata keçirilməsi özü ilə qanunla müəyyən edilmiş bir sıra vəzifə və öhdəliklər yaradır, həmin vəzifə və öhdəliklərin yerinə yetirilməməsi də ictimai maraq naminə qanununla müəyyən olunmuş, legitim məqsəd daşıyan, demokratik cəmiyyətdə zəruri olan məhdudiyyətlərə səbəb olur. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə əsasən İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının qarşısını almaq heç bir kəsi məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, başqalarının hüquq və azadlıqları ilə məhdudlaşdırılır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə uyğun olmalıdır. “Media haqqında” Qanunun 60.5-ci maddəsinin tələbinə görə cavabdeh davamlı fəaliyyət göstərir. Belə ki, onlayn media subyekti (redaksiyaları) hər ay 20 (iyirmi) gün ərzində bu Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə əməl etməklə və bu Qanunun 13.3-cü maddəsində göstərilən informasiya istisna olmaqla, gündəlik azı 20 (iyirmi) kütləvi informasiya dərc etdikdə onun fəaliyyəti davamlı hesab olunur. Hal-hazırkı fəaliyyəti ilə əlaqədar cavabdeh tərəf istinad olunan Qanunun 78.3-cü maddəsində qeyd olunan tələbləri yerinə yetirmədiyinə görə, onun fəaliyytinə xitam verilməsi qanuni, məqsəduyğun və zəruri hesab olunmalı, cavabdehin etiraz ərizəsində göstərilənlər kimi qəbul edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh - Cavabdeh media subyektinin və onun onlayn media redaksiyasının (“turantv.az” veb saytının) media subyekti olaraq fəatiyyətinə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1., 68.2., 68.3., 78.3., 94.1. və 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddia tələbi təmin edilsin. Onlayn media subyekti Cavabdeh və onun onlayn media redaksiyasının (“turantv.az” veb saytının) fəaliyyətinə xitam verilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 3 (üç) gün müddətində, Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-3(106)-13/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(106)-13/2024
04.11.2024 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver