Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-3(107)-11/2020 02.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mübariz Rahil oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X3rşı cavabdeh Azərbaycan Respublikası X6 xx xxxxxx 2020-ci il tarixli 10/20-657 və 10/20-663 nömrəli qərarlarının ləğv edilməsi və 89 saylı Göyçay-Ağdaş, 92 saylı Zərdab-Ucar seçki dairələri üzrə x xxxxxx 2020-ci il Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə səsvermənin nəticələrinin etibarsız sayılması barədə iddiasına açıq məhkəmə iclasında baxaraq bu qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası X9 (bundan sonra mətndə - MSK) qarşı «seçki hüququnun pozulmasına dair» iddia ərizəsi ilə Bakı Apelyasiya Məhkəməsinə müraciət edərək, X6 xx xxxxxx 2020-ci il tarixli 10/20-663 və 10/20-657 nömrəli qərarının ləğv edilməsi, 44 saylı Sumqayıt-Xızı, 89 saylı Göyçay-Ağdaş, 92 saylı Zərdab-Ucar, 96 saylı Goranboy-Naftalan, 118 saylı Ağdam şəhər seçki dairələri üzrə x xxxxxx 2020-ci il Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə səsvermənin nəticələrinin etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, x xxxxxx 2020-ci ilə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə İddiaçı, X4, X8, X2, X5 namizədlikləri Ümid Partiyası tərəfindən irəli sürülmüş və müvafiq olaraq 44 saylı Sumqayıt-Xızı, 89 saylı Göyçay-Ağdaş, 92 saylı Zərdab-Ucar, 96 saylı Goranboy-Naftalan, 118 saylı Ağdam şəhər seçki dairələrinin X7 qərarları ilə müvafiq seçki dairələri üzrə deputatlığa namizədlikləri qeydə alınmışdır və həmin seçkilərdə İddiaçı Ümid Partiyasının səlahiyyətli nümayəndəsi kimi MSK tərəfindən qeydiyyatdan keçmişdir. Seçki günü səsvermə başlayan ilk dəqiqələrdən müşahidəçiləri ciddi problemlərlə bağlı onlara məlumatlar vermişlər. Seçki günündən sonra müvafiq seçki dairələrində baş vermiş hüquq pozuntuları ilə bağlı MSK-ya şikayət etmişlər və MSK qanunvericiliyin tələblərinə uyğun olaraq məntəqələrdə baş vermiş pozuntuların araşdırılması üçün işi müvafiq dairələrə göndərməkdənsə şikayətin 12 fevral tarixində edildiyini və bunun Seçki Məcəlləsinin tələblərinə cavab vermədiyini əsas gətirərək şikayətləri baxılmamış saxlamışdır. Səsvermə günü isə açıq-aşkar ədalətsiz seçki keçirmişdir. Belə ki, seçici aktivliyi aşağı olsa da, seçki qutularına hakimiyyət namizədinin xeyrinə əlavə bülletenlərin atılması və «karusel» üsulu ilə qrup halında şəxslərin seçki məntəqəsinə gətirilməsi və seçicilərin bir neçə seçki məntəqəsində, həmçinin bir çoxlarının ümumiyyətlə dairəyə və ya məntəqəyə aid olmadığı halda səs verməsinə nail olunması hesabına seçici aktivliyi süni şəkildə rəsmi olaraq artırılmışdır. Seçki prosesini müşahidə etmək üçün müşahidəçilərə Seçki Məcəlləsinin tələblərinə əsasən səsvermə prosesinin izlənilməsi üçün yaradılan şərait qanunla nəzərdə tutulmuş tələblərə uyğun olmamışdır. Müşahidə üçün nəzərdə tutulmuş yerlərdən isə müşahidəçilərin səsvermə prosesini tam və dəqiq müşahidə etməsi mümkün deyildi. Belə ki, müşahidəçilər səsverməyə gəlmiş seçicilərin barmaqlarının necə yoxlanmasını, həmin şəxslərin məntəqə ərazisində yaşayan seçicilər olub-olmamasını, daha sonra, səslərin sayılması zamanı, bülletenlərin düzgün sayılıb-sayılmamasını müşahidə edə bilmirdilər. Çünki müşahidəçilərin olduğu yerdən nə bülletenlərin sayını, nə bülletenlərdə olan məlumatları (kimə səs verilməsini, etibarlılığını) müəyyən etmək mümkün deyildi. Bir çox məntəqə seçki komissiyaları saydıqları bülletenləri səsli şəkildə müşahidəçilərə elan etmirdilər. Bir çox məntəqədə barmaqlarının yoxlanması ümumiyyətlə səsvermə zalından və müşahidəçilərin görmə imkanından kənarda idi. Yeni nəsil şəxsiyyət vəsiqələrini yoxlamaq üçün nəzərdə tutulan aparatlar bir çox məntəqədə işləmirdi. İddia ərizəsində həmçinin qeyd olunmuşdur ki, 44 saylı Sumqayıt-Xızı, 89 saylı Göyçay-Ağdaş, 92 saylı Zərdab-Ucar, 96 saylı Goranboy-Naftalan, 118 saylı Ağdam şəhər seçki dairələrinin məntəqələri üzrə aşağıdakı spesifik pozuntular təsbit olunub: Səslərin hesablanması zamanı məntəqə seçki komissiyalarının sədrləri tərəfindən müşahidəçilərin gözlə görünə bilən məsafədə dayanmalarına şərait yaradılmamışdır. Nəticədə məntəqələrdə səslərin hansı namizədin lehinə olduğunu müəyyən etmək mümkün olmamışdır. Məntəqə seçki komisiyalarında səslər sayıldıqdan sonra protokol tərtib edilməmişdir. Məntəqə seçki komissiyalarının sədrləri seçkinin nəticələrinə dair yekun protokolu tərtib etmədən məntəqə seçki komissiyalarının otaqlarını tərk etmişlər. Heç bir namizədin nümayəndələrinə imzalı və möhürlü protokol verilməmişdir. Həmin məntəqə seçki komissiyalarının sədrləri bu hərəkətlərini onunla əsaslandırırdılar ki, bülletenlər seçki dairəsinə aparıldıqdan sonra protokollar seçki dairəsində tərtib olunacaq və maraqlı tərəflərə təqdim olunacaq. Bununla da Seçki Məcəlləsinin 106.5 və 106.6-cı maddələrinin tələbləri pozulmuşdur. Halbuki, səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyasının yekun protokolları Seçki Məcəlləsinin 40.2 və 40.4-cü maddələrindəgöstərilən şəxslərin müşahidəsi ilə tərtib edilməlidir. Seçki günü seçici fəallığı aşağı olduğu halda seçki dairəsinin bütün məntəqə seçki komissiyaları tərəfindən istisnasız olaraq seçici iştirakçılığı haqqında yuxarı seçki orqanlarına şişirdilmiş rəqəmlər verilmişdir. Bu fakt gün ərzində MSK-nın açıqladığı rəqəmlərlə səslərin hesablanması zamanı tərəflərindən aparılan müşahidə zamanı açıq aydın görünürdü. Beləliklə, işin faktiki hallarına əsasən müəyyən edilir ki, seçki dairəsi ərazisindəki seçki məntəqələri üzrə Seçki Məcəlləsinin 104 və 106-cı maddələrinin pozuntusuna yol verilmişdir. Bununla da səsvermə keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları seçki dairəsi üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermir. Bu isə həmin seçki məntəqələrinin etibarsız sayılması üçün əsasdır. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-3(103)-40/2020 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-3(102)-37/2020 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-3(103)-40/2020 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-3(103)-91/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının X3rşı cavabdehin xx xxxxxx 2020-ci il tarixli 10/20-663 və 10/20-657 nömrəli qərarlarının ləğv edilməsi, 44 saylı Sumqayıt-Xızı, 89 saylı Göyçay-Ağdaş, 92 saylı Zərdab-Ucar, 96 saylı Goranboy-Naftalan, 118 saylı Ağdam şəhər seçki dairələri üzrə x xxxxxx 2020-ci il Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə səsvermənin nəticələrinin etibarsız sayılması tələblərinə dair iddiası ərazi aidiyyəti üzrə baxılması üçün 44 saylı Sumqayıt-Xızı seçki dairəsinə aid hissədə Sumqayıt Apelyasiya Məhkəməsinə, 89 saylı Göyçay-Ağdaş və 92 saylı Zərdab- Ucar seçki dairələrinə aid hissədə Şəki Apelyasiya Məhkəməsinə, 96 saylı Goranboy- Naftalan və 118 saylı Ağdam şəhər seçki dairələrinə aid hissədə Gəncə Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirаk edən şəxslərin izаhаtlаrı Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, MSK nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsinə əsasən onların iştirakı olmadan hazırkı işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icraatı zamanı təqdim edilmiş sübutlara əsaslanılmış və həmin sübutlar iş materiallarına əlavə edilmişdir. Onlara İddiaçı MSK-ya müraciəti, MSK-nın xx.xx.2020-ci il tarixli 10/20-663 nömrəli, xx.xx.2020-ci il tarixli 10/20-657 nömrəli qərarları və digər sənədlər daxildir. Əsaslandırma hissəsi İPM-in 130.1-ci maddəsinə əsasən seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apelyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. Seçki Məcəlləsinin: 112.1. Seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. 112.2. Bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər. 112.3. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) X9, X6 qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apelyasiya instansiyası məhkəməsinə şikayət edə bilərlər. İPM-in 130.2-ci maddəsinə əsasən seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddianın ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. MSK-nın xx.xx.2020-ci il tarixli qərarlarından iddiaçı şikayət vermək üçün qanunda müəyyən edilmiş müddəti ötürməmişdir. Bakı Apelyasiya Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli 2-3(103)-40/2020 nömrəli qərardadla iddianı o əsasla mümkün saymamışdır ki, iddiaçı tərəfindən cavabdeh inzibati orqana müraciət edilərkən Seçki Məcəlləsinin 112-ci və 170-ci maddələrinin tələblərinə riayət edilməmişdir. Seçki Məcəlləsinin yuxarıda qeyd edilən maddələrinin tələblərindən göründüyü kimi məntəqə seçki komissiyalarında iddia edilən qanun pozuntularına dairə seçki komissiyalarına müraciət edildikdən sonra X9 müraciət edilməlidir. Lakin iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı müvafiq məsələlərlə bağlı dairə seçki komissiyasına müraciət etmədən birbaşa olaraq X9 müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli 2-3(102)-37/2020 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-3(103)- 40/2020 nömrəli qərardadını ləğv edərkən isə işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən etmişdir. Belə ki, Ali Məhkəmə həmin qərarında qeyd etmişdir ki, iddia o halda mümkünsüz hesab edilə bilərdi ki, iddiaçı Seçki Məcəlləsinin 112.3-cü maddəsində nəzərdə tutulmuş ardıcıllığa riayət etməyərək aşağı seçki komissiyasının qərar və hərəkətindən (hərəkətsizliyindən) MSK-ya deyil, birbaşa məhkəməyə müraciət etmiş olsun, yəni Seçki Məcəlləsi ilə müəyyən edilmiş məhkəməyəqədər icraat qaydalarına riayət edilməmiş olsun. Hazırkı halda, iddiaçı MSK-ya müraciət etmişdir. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası belə vəziyyətdə hesab edir ki, qeyd edilən əsaslara görə iddia mümkün iddiadır. Həmçinin, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-3(103)- 91/2020 nömrəli qərardadı ilə İddiaçı MSK-ya qarşı cavabdehin xx xxxxxx 2020-ci il tarixli 10/20-663 və 10/20-657 nömrəli qərarlarının ləğv edilməsi, 44 saylı Sumqayıt-Xızı, 89 saylı Göyçay-Ağdaş, 92 saylı Zərdab-Ucar, 96 saylı Goranboy-Naftalan, 118 saylı Ağdam şəhər seçki dairələri üzrə x xxxxxx 2020-ci il Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə səsvermənin nəticələrinin etibarsız sayılması tələblərinə dair iddiası ərazi aidiyyəti üzrə baxılması üçün 89 saylı Göyçay-Ağdaş və 92 saylı Zərdab-Ucar seçki dairələrinə aid hissədə Şəki Apelyasiya Məhkəməsinə göndərildiyindən, məhkəmə kollegiyası tərəfindən hazırkı iş 89 saylı Göyçay-Ağdaş və 92 saylı Zərdab-Ucar seçki dairələrinə aid hissədə araşdırılacaqdır. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, İddiaçı MSK-ya müraciət edərək 89 saylı Göyçay-Ağdaş, 92 saylı Zərdab-Ucar seçki dairələrində x xxxxxx 2020-ci il tarixdə baş verən pozuntuların aradan qaldırılması və qanunu pozan şəxslər haqqında ölçü götürülməsi barədə tədbir görülməsini xahiş etmişdir. Bununla bağlı, MSK tərəfindən müraciətlər araşdırılmış və MSK-nın xx xxxxxx 2020ci il tarixli məktubuda Seçki Məcəlləsinin 112-ci maddəsinə istinad edilərək göstərilmişdir ki, şikayətçi həmin şikayəti imzalamalıdır. Əgər şikayət seçkilərdə iştirak edən siyasi partiya və ya siyasi partiyalar blokları tərəfindən verilibsə, onda şikayət səlahiyyətli nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməklə səlahiyyətli nümayəndə tərəfindən imzalanmalıdır. Bununla da MSK tərəfindən İddiaçı müraciəti Seçki Məcəlləsinin qeyd edilən tələblərinə cavab vermədiyindən onun araşdırılmasının mümkün olmaması qərara alınmışdır. Məhkəmə kollegiyası iddiaçının dəlillərini və MSK-nın xx.xx.2020-ci il tarixli hazırkı tələb üzrə qərarlarını ətraflı araşdıraraq hesab edir ki, MSK tərəfindən iddiaçının müraciətləri ilə bağlı qəbul edilmiş qərarları qanuni və əsaslıdır. Ona görə də iddia tələbi təmin edilməməlidir. Belə ki, iddia ərizəsində göstərilmişdir ki, seçki günü səsvermə başlayan ilk dəqiqələrdən müşahidəçiləri ciddi problemlərlə bağlı onlara məlumatlar vermişlər. Seçki günündən sonra müvafiq seçki dairələrində baş vermiş hüquq pozuntuları ilə bağlı MSK-ya şikayət etmişlər və MSK qanunvericiliyin tələblərinə uyğun olaraq məntəqələrdə baş vermiş pozuntuların araşdırılması üçün işi müvafiq dairələrə göndərməkdənsə şikayətin xx xxxxxx 2020-ci il tarixində edildiyini və bunun Seçki Məcəlləsinin tələblərinə cavab vermədiyini əsas gətirərək şikayətləri baxılmamış saxlamışdır. Məhkəmə kollegiyası iddia ərizəsinin həmin dəlillərini əsassız sayaraq qeyd edir ki, irəli sürülən həmin hallarla bağlı iddiaçı tərəfindən həmçinin, müşahidəçilər tərəfindən həmin pozuntularla bağlı hansısa bir inzibati orqana edilmiş şikayət və həmin şikayətə baxılıb-baxılmaması, yekun nəticəsi barədə hər hansı bir sübut təqdim edilməmişdir. Bundan əlavə iddiaçı iddia edir ki, səsvermə günü açıq-aşkar ədalətsiz seçki keçirilmişdir. Belə ki, seçici aktivliyi aşağı olsa da, seçki qutularına hakimiyyət namizədinin xeyrinə əlavə bülletenlərin atılması və «karusel» üsulu ilə qrup halında şəxslərin seçki məntəqəsinə gətirilməsi və seçicilərin bir neçə seçki məntəqəsində, həmçinin bir çoxlarının ümumiyyətlə dairəyə və ya məntəqəyə aid olmadığı halda səs verməsinə nail olunması hesabına seçici aktivliyi süni şəkildə rəsmi olaraq artırılmışdır. Seçki prosesini müşahidə etmək üçün müşahidəçilərə Seçki Məcəlləsinin tələblərinə əsasən səsvermə prosesinin izlənilməsi üçün yaradılan şərait qanunla nəzərdə tutulmuş tələblərə uyğun olmamışdır. Müşahidə üçün nəzərdə tutulmuş yerlərdən isə müşahidəçilərin səsvermə prosesini tam və dəqiq müşahidə etməsi mümkün deyildi. Belə ki, müşahidəçilər səsverməyə gəlmiş seçicilərin barmaqlarının necə yoxlanmasını, həmin şəxslərin məntəqə ərazisində yaşayan seçicilər olub-olmamasını, daha sonra, səslərin sayılması zamanı, bülletenlərin düzgün sayılıb-sayılmamasını müşahidə edə bilmirdilər. Çünki müşahidəçilərin olduğu yerdən nə bülletenlərin sayını, nə bülletenlərdə olan məlumatları (kimə səs verilməsini, etibarlılığını) müəyyən etmək mümkün deyildi. Bir çox məntəqə seçki komissiyaları saydıqları bülletenləri səsli şəkildə müşahidəçilərə elan etmirdilər. Bir çox məntəqədə barmaqlarının yoxlanması ümumiyyətlə səsvermə zalından və müşahidəçilərin görmə imkanından kənarda idi. Yeni nəsil şəxsiyyət vəsiqələrini yoxlamaq üçün nəzərdə tutulan aparatlar bir çox məntəqədə işləmirdi. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən sadalanan həmin hüquq pozuntuları ilə bağlı da həm iddiaçının özü, həm də seçki məntəqələrində müşahidəçilər qismində iştirak edən nümayəndələrin şikayətləri və həmin şikayətlərin nəticələri barədə məhkəmə kollegiyasına hər hansı sübut təqdim edilməmişdir. İddia ərizəsində həmçinin qeyd olunmuşdur ki, 89 saylı Göyçay-Ağdaş, 92 saylı Zərdab-Ucar seçki dairələrinin məntəqələri üzrə aşağıdakı spesifik pozuntular təsbit olunub: Səslərin hesablanması zamanı məntəqə seçki komissiyalarının sədrləri tərəfindən müşahidəçilərin gözlə görünə bilən məsafədə dayanmalarına şərait yaradılmamışdır. Nəticədə məntəqələrdə səslərin hansı namizədin lehinə olduğunu müəyyən etmək mümkün olmamışdır. Məntəqə seçki komisiyalarında səslər sayıldıqdan sonra protokol tərtib edilməmişdir. Məntəqə seçki komissiyalarının sədrləri seçkinin nəticələrinə dair yekun protokolu tərtib etmədən məntəqə seçki komissiyalarının otaqlarını tərk etmişlər. Heç bir namizədin nümayəndələrinə imzalı və möhürlü protokol verilməmişdir. Həmin məntəqə seçki komissiyalarının sədrləri bu hərəkətlərini onunla əsaslandırırdılar ki, bülletenlər seçki dairəsinə aparıldıqdan sonra protokollar seçki dairəsində tərtib olunacaq və maraqlı tərəflərə təqdim olunacaq. Bununla da Seçki Məcəlləsinin 106.5 və 106.6-cı maddəsinin tələbləri pozulmuşdur. Halbuki, səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyasının yekun protokolları Seçki Məcəlləsinin 40.2 və 40.4-cü maddələrində göstərilən şəxslərin müşahidəsi ilə tərtib edilməlidir. Seçki günü seçici fəallığı aşağı olduğu halda seçki dairəsinin bütün məntəqə seçki komissiyaları tərəfindən istisnasız olaraq seçici iştirakçılığı haqqında yuxarı seçki orqanlarına şişirdilmiş rəqəmlər verilmişdir. Bu fakt gün ərzində MSK-nın açıqladığı rəqəmlərlə səslərin hesablanması zamanı tərəflərindən aparılan müşahidə zamanı açıq aydın görünürdü. Beləliklə, işin faktiki hallarına əsasən müəyyən edilir ki, seçki dairəsi ərazisindəki seçki məntəqələri üzrə Seçki Məcəlləsinin 104 və 106-cı maddələrinin pozuntusuna yol verilmişdir. Bununla da səsvermə keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları seçki dairəsi üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermir. Bu isə həmin seçki məntəqələrinin etibarsız sayılması üçün əsasdır. Məhkəmə kollegiyası iddiaçının qeyd etdiyi həmin pozuntularla bağlı onu qeyd edir ki, ilk öncə iddiaçı qeyd edilən pozuntuların hansı seçki məntəqələrində baş verdiyini konkret olaraq göstərməmiş, bundan başqa da səslərin düzgün hesablanmaması, süni şəkildə artırılması, protokol tərtib edilməməsi və həmin protokolların da müşahidəçilərə təqdim edilməməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin, məhkəmə kollegiyası iddia ərizəsinin müşahidəçilərə səsvermənin nəticələrinə dair protokolun surətinin təqdim edilməməsi ilə bağlı dəlilinə münasibət bildirərək qeyd edir ki, müşahidəçilərə protokolun təqdim edilməsi üçün onlar tərəfindən rəsmi müraciət edilməli və DSK tərəfindən həmin protokol təqdim edilməlidir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının irəli sürdüyü dəlillər ehtimal xarakteri daşıdığına və göstərdiyi dəlillər yalnız mülahizə xarakterli olduğuna görə iddia tələbi əsassızdır. Belə ki, məhkəmə bütün sübutların mümkünlük dərəcəsini araşdırmaqla, həmin sübutlara digər sübutlarla birlikdə araşdırıb qiymət verməlidir. Seçki qanunvericiliyi üzrə hər bir seçicinin qeydiyyatdan keçməsi anından başlayaraq səslərin hesablanmasına kimi ciddi prosedurlarla müəyyən edilmiş sənədləşmə aparılmalı olan bir prosesdir. Əgər iddiaçının irəli sürdüyü dəlillər ehtimallara əsaslanırsa, konkret olaraq belə bir faktı təsdiq edə biləcək əsaslı sübut yoxdursa, məhkəmə kollegiyası həmin faktı mövcud olmayan fakt kimi dəyərləndirməlidir. İddiaçının tələblərinə münasibətdə qeyd edilməlidir ki, Seçki Məcəlləsinin: 104.5-ci maddəsinə əsasən seçkilər günü saat 7.50-də məntəqə seçki komissiyasının sədri seçki məntəqəsini açıq elan edir, seçki komissiyasının üzvlərinə, orada olan seçicilərə, müşahidəçilərə boş seçki qutularını göstərib kilidləyir, saat 8.00-da səsvermənin başlandığını elan edir. 104.11-ci maddəsinə əsasən seçki qutuları məntəqə seçki komissiyası üzvlərinin və müşahidəçilərin maneəsiz müşahidə edə bildikləri yerdə qoyulmalıdır. 104.12-ci maddəsinə əsasən məntəqə seçki komissiyasının sədri səsvermə yerində qayda-qanuna nəzarət edir. Onun sərəncamları səsvermə otağında olan şəxslər üçün məcburidir. Məntəqə seçki komissiyasının sədri seçki məntəqəsində olmadıqda onu məntəqə seçki komissiyasının katibi və ya komissiyanın bu vəzifələr həvalə olunmuş üzvü əvəz edir. 104.13-cü maddəsinə əsasən seçicinin öz iradəsini ifadə etməsinə təsir göstərməyə cəhd edən və ya gizli səsverməni pozan məntəqə seçki komissiyasının üzvü müvafiq akt tərtib edilməklə işindən kənarlaşdırılır, bu Məcəllənin 40.2-ci və 40.4-cü maddələrində göstərilən şəxs isə təxirə salınmadan otaqdan çıxarılır. Bu barədə məntəqə seçki komissiyası qərar qəbul edir. Təsirə məruz qalan seçici səs verməyibsə, onun səs verməsinə yol verilmir, seçki bülleteni ondan alınır və etibarsız sayılır. 104.14-cü maddəsinə əsasən seçki məntəqəsində səsvermədə iştirak edən seçicilərdən, məntəqə seçki komissiyasının üzvlərindən, bu Məcəllənin 40.2-ci və 40.4-cü maddələrində nəzərdə tutulanlardan başqa digər şəxslər olmamalıdırlar. Səsvermədə seçici kimi iştiraketmə halları istisna edilməklə, dövlət orqanlarının vəzifəli şəxslərinin olması qadağandır. Hüquq mühafizə orqanlarının işçiləri məntəqədə asayişin bərpa edilməsi məqsədi ilə, məntəqə seçki komissiyasının sədri tərəfindən seçki məntəqəsinə dəvət oluna bilərlər və öz vəzifələrini icra etdikdən sonra seçki məntəqəsini dərhal tərk etməlidirlər. Hüquq mühafizə orqanının işçisi səsvermə zamanı səsvermə otağında olduqda səsvermə dayandırılır. Səsvermə zamanı asayişi bərpa etmək 6 saatdan artıq mümkün olmazsa, dairə seçki komissiyasının qərarı ilə seçki məntəqəsi bağlanır. Belə seçki məntəqələrində səsvermə etibarsız sayılır. 106.1-ci maddəsinə əsasən səsvermə müddəti başa çatdıqda məntəqə seçki komissiyasının sədri ucadan elan edir ki, «yalnız seçki bülleteni almış və səsvermə otağında olan seçicilər səs verə bilərlər». Bu zaman təmin olunmalıdır ki, yalnız bu elanadək səsvermə otağında növbəyə dayanmış seçicilər səs versinlər. Seçki qutuları açılmamışdan əvvəl, istifadə edilməmiş seçki bülletenləri səsvermə otağındakı müşahidəçilərin müşahidəsi ilə məntəqə seçki komissiyasının üzvləri tərəfindən sayılır və ləğv edilir. Həmin seçki bülletenlərinin sayı elan edilir və səsvermənin yekun protokolunda qeyd olunur. Seçki bülleteni almış seçicilərin imzalarının sayı səsvermənin yekun protokoluna daxil edilir. Eyni zamanda, səsvermə vəsiqəsi ilə səs verən və ayrıca seçki məntəqəsindən kənarda, daşınan seçki qutusundan istifadə etməklə səs verən seçicilərin sayı yekun protokolunda göstərilir. Bundan sonra məntəqə seçki komissiyasının sədri seçki qutularının kilidlərinin (daşınan seçki qutusunda isə həmçinin yarığın üzərindəki möhürün) salamatlığını yoxlayır, məntəqə seçki komissiyasının üzvlərini və müşahidəçiləri bununla əyani surətdə tanış edərək seçki qutularını açır. 106.2-ci maddəsinə əsasən seçki qutuları növbə ilə açılır: əvvəlcə daşınan seçki qutusu, sonra isə daşınmaz seçki qutuları. İlk növbədə daşınan seçki qutusundakı bülletenlər sayılır. Onların sayı səsvermə otağından kənarda səs verilməsi üçün seçicilərin verdikləri ərizələrin sayından çox olmamalıdır. Daşınan seçki qutusu üzrə səslər hesablanarkən bülletenlərin ümumi sayı verilmiş ərizələrin sayından (bülleten alan seçicilərin ümumi sayından) çox olarsa, daşınan seçki qutusundakı bütün səslər məntəqə seçki komissiyasının qərarı ilə etibarsız sayılır. Bu barədə akt səsvermə otağından kənarda səsvermənin keçirilməsini təmin edən məntəqə seçki komissiyası üzvlərinin soyadları göstərilməklə səsvermənin yekun protokoluna əlavə olunur. Qeyd edilən hüquq normalarının tələblərinə görə MSK tərəfindən aparılmış araşdırma zamanı iddiaçının pozuntu baş verən dairələrdə qeyd etdiyi faktlar öz əksini tapmamışdır. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, MSK tərəfindən şikayət üzrə tam və hərtərəfli araşdırma aparılmış, Seçki Məcəlləsinin müddəalarına uyğun olaraq əsaslı və qanuni qərarlar qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının irəli sürdüyü dəlillər əsaslı olmadığından, aparılmış araşdırma nəticəsində qeyd edilən seçki dairələrində pozuntu hallarının baş verməsi faktı sübuta yetirilmədiyindən iddia təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh X3rşı cavabdeh X6 xx xxxxxx 2020-ci il tarixli 10/20-657 və 10/20- 663 nömrəli qərarlarının ləğv edilməsi və 89 saylı Göyçay-Ağdaş, 92 saylı Zərdab-Ucar seçki dairələri üzrə x xxxxxx 2020-ci il Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə səsvermənin nəticələrinin etibarsız sayılması barədə iddiası təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 3 gün müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-3(107)-11/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(107)-11/2020
02.03.2020 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver