Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-3(107)-15/2020 02.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mübariz Rahil oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X1rşı “X4 xx xxxxxx 2020-ci il tarixli 32/414 saylı qərarın şikayətin təmin olunmayan hissəsinin ləğv edilməsi, 117 saylı X9 üzrə x xxxxxx 2020- ci il tarixli Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə səsvemənin nəticələrinin etibarsız sayılması ” tələbinə dair iddiasına açıq məhkəmə iclasında baxaraq bu qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası X1rşı iddia ərizəsi ilə Şəki Apelyasiya Məhkəməsinə müraciət edərək, X4 xx xxxxxx 2020-ci il tarixli 32/414 saylı qərarın şikayətin təmin olunmayan hissəsinin ləğv edilməsini, 117 saylı X9 üzrə 4, 7, 8, 9, 10, 11, 15, 19, 22, 23, 24, 31, 32, 33, 34, 38, 39, 42, 45, 46, 47, 48, 54, 55, 56, 59, 61 saylı seçki məntəqələri üzrə x xxxxxx 2020- ci il Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə səsvemənin nəticələrinin etibarsız sayılması öhdəliyinin X4 üzərinə qoyulmasını, 117 saylı X9 üzrə x xxxxxx 2020-ci il Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə səsvemənin nəticələrinin etibarsız sayılması öhdəliyinin X4 üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, seçki təşviqatı dövründə 117 saylı X9ndən deputatlığa Aqiyə Naxçıvanlını seçiciləri ələ almaq üçün həmin dairənin seçiciləri yaşayan Sincan kəndində seçicilərin birinin təhsil haqqını ödəyib. Bu barədə YAP Oğuz rayon Gənclər Birliyi məlumat yayıb. Həmin səhifədə ikinci bir postda Aqiyə Naxçıvanlının vəkili kimi Emin Əzimli, Elşən Alcansoy olduğunu bildirib. Aqiyə Naxçıvanlını bu görüşdə Saleh Məhərrəmov(Oğuz İcra hakimiyyətində şöbə müdiri) nümayiş edib. Aqiyə Naxçıvanlının qardaşı X13 İcra hakiminin müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiridir. Bu səbəbdən tapşırdıq verilib ki, icra nümayəndələri digər namizədlərə çətinliklər törətsin. 117 saylı X3 x xxxxxx 2020-ci il tarixli 17/35 saylı qərarı ilə şikayət təmin edilməyib. Şikayət belə əsaslandırılıb ki, X5 ifadəsi alınmayıb, yalnız Aqiyə Naxçıvanlının tərəfində duran və pozuntu olduğu xəbərdar edilmiş şəxslər tərəfindən bu mövzu ilə bağlı məlumat alınıb. Saleh Məhərrəmovun məzuniyyətə çıxması hansı saylı qərarı ilə qəbul edilib ilə bağlı məlumat verilməyib və belə başa düşülür bu məsələ araşdırlmayıb. Qardaşının seçkiyə necə mane olmaması ilə bağlı hansı formada araşdırma aparıldığı ilə bağlı məlumat yoxdur və bunla bağlı aparılacaq prosessual norma pozulub. Bundan əlavə Aqiyə Naxçıvanlının görüşlərinə icradan tapşırıqla işçilər gəlməyə dəvam etmişdir. Qarabaldir kəndində görüşünə Oğuz rayonu İcra Hakimiyyətinin işçiləri, Kərimli kənd İcra nümayəndəsinin sədri, Kərimli kənd İcra nümayəndəsi Firuz Əlbabayev və müavin Xanlar Babayevdir. Bütün bunlar Yusif Naxçıvanskinin seçkidə dolayı təsirinin bir-başa sübututdur. Səsvermə günü isə açıq-aşkar ədalətsiz seçki keçirildi. Belə ki, seçici aktivliyi aşağı olsa da, seçki qutularına hakimiyyət namizədinin xeyrinə əlavə bületenlərin atılması və “karusel” üsulu ilə qrup halında şəxslərin seçki məntəqəsinə gətirilməsi və seçicilərin bir neçə seçki məntəqəsində, həmçinin bir çoxlarının ümumiyyətlə dairəyə və ya məntəqəyə aid olmadığı halda səs verməsinə nail olunması hesabına seçici aktivli süni şəkil rəsmi olaraq artırıldı. Seçki prosesini müşahidə etmək üçün müşahidəçilərə Seçki Məcəlləsinin tələblərinə əsasən səsvermə prosesinin izlənilməsi üçün yaradılan şərait qanunla nəzərdə tutulmuş tələblərə uyğun olmayıb. Müşahidə üçün nəzərdə tutulmuş yerlərdən isə müşahidəçilərin səsvermə prosesini tam və dəqiq müşahidə etməsi mümkün deyildi. Belə ki, müşahidəçilər səsverməyə gəlmiş seçicilərin barmaqlarının necə yoxlanmasını, həmin şəxslərin məntəqə ərazisində yaşayan seçicilər olub-olmamasını, daha sonra, səslərin sayılması zamanı, bülletenlərin düzgün sayılıb-sayılmasını müşahidə edə bilmirdilər. Çünki müşahidəçilərin olduğu yerdən nə bülletenlərin sayını, nə bülletenlərdə olan məlumatları (kimə səs verilməsini, etibarlılığını) müəyyən etmək mümkün deyildi. Bir çox məntəqə seçki komissiyaları saydıqları bülletenləri səsli şəkildə müşahidəçilərə elan etmirdilər. Bir çox məntəqədə barmaqlarının yoxlanması ümumiyyətlə səsvermə zalından və müşahidəçilərin görmə imkanından kənarda idi. Yeni nəsil şəxsiyyət vəsiqələrini yoxlamaq üçün nəzərdə tutulan aparatlar bir çox məntəqdə işləməmişdir. Azərbaycan Respublikası X4 xx xxxxxx 2020-ci il tarixli qərarı ilə 9 fevral 2020-ci il tarixdə keçirilmiş Milli Məclisə seçkilərdə 117 saylı Oğuz - X14 üzrə qeydə alınmış namizəd İddiaçı xx xxxxxx 2020-ci il tarixli 302 saylı müraciətinin qismən təmin olunması, həmin seçki dairəsinin 29, 30 və 43 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız sayılması, X8 xx xxxxxx 2020-ci il tarixli 20/41 saylı qərarının 29, 30 və 43 saylı seçki məntəqələri üzrə hissədə ləğv edilməsi, digər hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.. İşdə iştirаk edən şəxslərin izаhаtlаrı Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, MSK nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsinə əsasən onların iştirakı olmadan hazırkı işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icraatı zamanı təqdim edilmiş sübutlara əsaslanılmış və həmin sübutlar iş materiallarına əlavə edilmişdir. Onlara 117 saylı X3 qəbul etdiyi qərarı, İddiaçı MSK-ya müraciəti, MSK-nın xx.xx.2020-ci il tarixli qərarı, ekspertiza qrupunun rəyi, aktlar və digər sənədlər daxildir. Əsaslandırma hissəsi İPM-in 130.1-ci maddəsinə əsasən seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apelyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. Seçki Məcəlləsinin: 112.1. Seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. 112.2. Bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər. 112.3. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, X8 qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) X6, X4 qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apelyasiya instansiyası məhkəməsinə şikayət edə bilərlər. İPM-in 130.2-ci maddəsinə əsasən seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. İddianın ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. MSK-nın xx.xx.2020-ci il tarixli qərarından iddiaçı şikayət vermək üçün qanunda müəyyən edilmiş müddəti ötürməmişdir. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası belə vəziyyətdə hesab edir ki, qeyd edilən əsaslara görə iddia mümkün iddiadır. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, İddiaçı MSK-ya müraciət edərək 117 saylı Oğuz - X11 bəzi seçki məntəqələrində səsvermə günü baş vermiş qanun pozuntularının araşdırılmasına dair həmin seçki dairəsi seçki komissiyasının xx xxxxxx 2020-ci il tarixli 20/41 saylı qərarını mübahisələndirərək, müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının dəlillərini və MSK-nın xx.xx.2020-ci il tarixli hazırkı tələb üzrə qərarını ətraflı araşdıraraq hesab edir ki, MSK tərəfindən iddiaçının müaraciətinin qismən təmin olunması, həmin seçki dairəsinin 29, 30 və 43 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız sayılması, X8 xx xxxxxx 2020-ci il tarixli 20/41 saylı qərarı 29, 30 və 43 saylı seçki məntəqələri üzrə hissədə ləğv edilməsi, digər hissələrdə dəyişdirilmədən saxlanılması ilə bağlı qəbul edilmiş qərarı qanuni və əsaslıdır. Ona görə də iddia tələbi təmin edilməməlidir. Belə ki, iddia ərizəsində göstərilmişdir ki, çox sayda saxta bülleten qutulara atılmışdır. Müşahidə üçün nəzərdə tutulmuş yerlərdən isə müşahidəçilərin səsvermə prosesini tam və dəqiq müşahidə etməsi mümkün deyildi. Belə ki, müşahidəçilər səsverməyə gəlmiş seçicilərin barmaqlarının necə yoxlanmasını, həmin şəxslərin məntəqə ərazisində yaşayan seçicilər olub-olmamasını, daha sonra, səslərin sayılması zamanı bületenlərin düzgün sayılıb-sayılmasını müşahidə edə bilmirdilər. 4 və 22, 29, 32, 10 saylı məntəqələrdə bülletenlərin sağ küncləri əvvəlcədən kəsilərək, məntəqə sədri gələcək seçicilərin (planlaşdınlmış) sayını bilərək hazır qoyurdu. 7 saylı məntəqədə isə topa bülleten atılıb. Müşahidəçilər bunun qabağını almaq istəsə də, bu mümkün olmayıb. 8 saylı seçki məntəqəsində müşahidəçi Vəliyev Məzahir və İbrahimov Çingiz gün ərzində 129 nəfər səsvermədə iştirak edən seçici saysa da, məntəqə sədri şişirdərək 251 bülleten protokola qeyd edib. Müşahidəçilər onuda qeyd edir ki, dəfələlər həmin məntəqə qeydiyyatda olmayan və səs verən müəllimlər topa bülletenlər aüb. Bələdiyyə sədri, icra nümayəndəsi, aqropromun sədri gün ərzində orda məntəqəyə gələrək seçki prosessinə birbaşa təsir edirdi. 9 saylı seçki məntəqəsində müşahidəçi tərəfindən 174 səs vermiş seçici qeyd olunsa da, MSK sayıtnda bu rəqəm şişirdirilərək 198 verilib. 10 saylı seçki məntəqəsində müşahidəçi Xasiyev Asif tərəfindən tərəfindən 192 səs vermiş seçici qeyd olunsa da, MSK sayıtnda bu rəqəm şişirdirilərək 601 verilib. Müşahidəçi 8.05-də daxil olan qutuda təxmini 29 bülleten var idi. Beş dəqiqə ərzində 29 nəfərin səs verməsi mümkün deyil. Səslərin sayılması zamanı məntəqə sədri boş bülletenlərdə Aqiyə Naxçıvanlı xeyrinə işarələyirdi. 11 saylı seçki məntəqəsində müşahidəçi Malik Həsənov bildirir ki, 127 nəfər seçici gəlib səs versədə, protokola məntəqə sədri tərəfindən 265 bülleten qeyd olundu. 15 saylı seçki məntəqəsində müşahidəçi Şirxan İbrahimov, Caial Qocayev tərəfindən gün ərzində səs verən seçici sayı 224 nəfər olsa da, məntəqə sədri tərəfindən protokola 654 qeyd olunub. Müşahidəçilərə və vəkilə protokol verilməyib. 19 saylı seçki məntəqəsində müşahidəçi Səfərov Rəhim, Seyfəddinov Fərman tərəfindən 364 səs vermiş seçici qeyd olunsa da, MSK sayıtnda bu rəqəm şişirdirilərək 548 verilib. 22 saylı məntəqədə kəsilmiş topa bülletenlər hazır saxlanılaraq seçicilərə məntəqə sədri tərəfindən verilərək qutuya atılması tapşırıldı. 42 saylı seçki məntəqəsində müşahidəçi tərəfindən 309 səs vermiş seçici qeyd olunsa da, MSK saytında bu rəqəm şişirdirilərək 476 verilib. X7 və vəkil edilmişşəxs Səlimov İmran bildirmişdir ki, 54 ədəd bülleten əvvəlcədən kəsilmiş formada qoyulub. Saat 12.10 və 5.50-də Səlimovlar karusel, yəni başqası tərəfindən idarə olunan şəxsləri zorla səs verməyə gətirib qeydiyyatda olmadıqları halda səs verməyə buraxıldılar. 43 saylı seçki məntəqəsindən alınmış protokol ilə MSK saytmdakı protokol uyğun gəlmir. Müşahidəçinin aldığı protokolda səslər Əsədzadə Mətin 12, İddiaçı 490, Məmmədov Atamoğlan 8, Məmmədova İradə 5, Naxçıvanlı Aqiyə 28, Seyid Elsəvər 1, Seyidov Kamran 3, Şahhüseyinov Ceyhun 2. MSK saytında isə Əsədzadə Mətin 27, İddiaçı 29, Məmmədov Atamoğlan 22, Məmmədova İradə 31, Naxçıvanlı Aqiyə 369, Seyid Elsəvər 19, Seyidov Kamran 29, Şahhüseyinov Ceyhun 19. Göründüyü kimi həmin məntəqədə sayılan səslərə zidd olaraq məntəqə komissiya üzvləri özlərindən şişirdərək rəqəmlər yazıb, 43 sayl məntəqənin qalibi İddiaçı deyil, Naxçıvanlı Aqiyə qeyd ediblər. Ərizədə həmçinin qeyd olunmuşdur ki, 117 saylı X9 X8 xx xxxxxx 2020-c il tarixli, 20/41 saylı qərarı qanunsuz və əsassızdır. 117 saylı X3 qərarında bütün pozuntulara toxunulmayıb və yalnız məntəqə komissiya üzvlərindən izahat alınıb. Maraqlı olan şəxslərin izahatı əsasında gəlinən qərar obyektiv və hərtərəfli araşdırma hesab edilə bilməz. İddiaçı göstərdiyi aktlardakı şəxslər dindirilməyib və video faktlarla bağlı izahat verilməyib, bütün məntəqələrdəki hansı siyasi partiyaların, hansı müşahidəçilərin nə formada izahat verdiyi aydınlaşdırılmayıb və qərarda yalnız cümlə kimi yer alıb. Baxmayaraq ki verilən sübutlarda göstərir ki, hərbiçilər birgə halında müxtəlif məntəqələrdə səs verib, qərarda bu halında araşdırıldığı görünməyib. Hansı və neçə hərbiçinin göstərilən məntəqələrdə səs verdiyi və səs veribsə seçici siyahısında və ya əlavə seçici siyahısına daxil olmaları sübut olunmayıb. Digər pozuntularla bağlı isə sadəcə “baş verməyib” yazılıb və hansı formada araşdırma aparıldığı izah olunmayıb. Ümumiyyətlə AR SM-in 112-1-ci maddəsinin tələbinə uyğun olaraq qərar əsaslandırılmayıb. Araşdırma prosesində tərəfin iştirakı təmin edilməyib. Ekspertin rəyi təqdim olunmayıb və müdafiə imkanı yaradılmayıb. İclasa çağırılsalar da, orada çıxış etmək imkanı verilməyib. Onlara yalnız qərar təqdim edilib. Əlavə faktları təqdim etmək, şikayətlərini əsaslandırmaq imkanı verilməyib. 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 117 saylı Oğuz - X14 üzrə qeydə alınmış namizəd İddiaçı 2020-ci il fevralın 19-da Azərbaycan Respublikasının X6 (X10) yazılı müraciət ünvanlamış, həmin seçki dairəsinin bəzi seçki məntəqələrində səsvermə günü baş vermiş qanun pozuntularının araşdırılmasına dair həmin seçki dairəsi X8 xx xxxxxx 2020-ci il tarixli 20/41 saylı qərarını mübahisələndirərək, müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir. Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının X6 və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimafa uyğun olaraq X4 nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır. İddiaçı müraciətində göstərilən halların tam, hərtərəfli və obyektiv araşdırılması, iş üzrə zəruri olan bütün məlumatların öyrənilməsi məqsədi ilə araşdırma müddəti X4 xx xxxxxx 2020-ci il tarixli 30/345 saylı Qərarı ilə artırılmışdır. Namizəd müraciətində iddia etmişdir ki, 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə seçki dairəsi üzrə seçki məntəqələrində səsvermədə iştirak edən seçici fəallığı aşağı olmuş, seçki bülletenləri topa şəkildə seçki qutularına atılmış, 4, 7, 8, 9, 10, 11, 15, 19, 22, 23, 24, 29, 30, 31, 32, 33, 34, 38, 39, 42, 43, 45, 46, 47, 48, 54, 55, 56 və 59 saylı seçki məntəqələrində səslər düzgün hesablanmamış və digər qanun pozuntularına yol verilmişdir. İddiaçı dairə seçki komissiyasına təqdim edilmiş müraciətinin və digər sənədlərinin düzgün araşdırılmadığını iddia edərək, X8 xx xxxxxx 2020-ci il tarixli 20/41 saylı qərarının ləğvini və seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab olunmasını tələb etmişdir. Ərizəçi müraciətinə 3 ədəd elektron məlumat diski (DVDdisk), 23 ədəd akt və 20 ədəd səsvermənin nəticələrinə dair protokolun nüsxələrini əlavə etmişdir. Araşdırma prosesində ərizəçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması ona izah edilmiş, namizədin Komissiyanın iclasında iştirakı təmin olunmuşdur. X8 mübahisələndirilən qərarları və digər sənədlər araşdırma materiallarına əlavə edilmişdir. 117 saylı Oğuz - X11 dairə seçki komissiyası qeyd edilən qərarını onunla əsaslandırmışdır ki, araşdırma ilə seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları öz təsdiqini tapmadığından və səsvermənin keçirilməsi və ya səsvermənin nəticələrinin hesablanması zamanı sözü gedən seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları aşkarlanmadığından qeydə alınmış namizəd İddiaçı müraciəti əsassızdır və təmin edilməməlidir. Müraciətin araşdırılması ilə əlaqədar səsvermə günü və sonrakı günlərdə sosial şəbəkələrdə sözü gedən seçki məntəqələrində baş verməsi iddia edilən pozuntularla bağlı yayımlanmış görüntülərə baxış keçirilmiş, 117 saylı X3 seçki məntəqələri üzrə hər hansı bir seçki pozuntusu əks olunan görüntü aşkarlanmamışdır. Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından mübahisələndirilən məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları dairə seçki komissiyasından tələb edilərək götürülmüş və onlara baxış keçirilmişdir. Səsvermə günü seçki qanunvericiliyinin tələbinə uyğun olaraq məntəqə seçki komissiyaları tərəfindən müvafiq qaydada təsdiqlənərək müşahidəçilərə verilmiş səsvermənin nəticəsinə dair protokolların nüsxələri ilə məntəqə seçki komissiyaları tərəfindən dairə seçki komissiyasına təhvil verilmiş protokolların müqayisəli araşdırılması aparılarkən 29, 30 və 43 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair protokollarda uyğunsuzluq müəyyən edilmişdir. Qeyd olunanlara əsasən həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yaranmışdır. Araşdırma gedişində həmçinin toplanmış seçki sənədlərinin təhlili zamanı seçki dairəsinin 29, 30 və 43 saylı seçki məntəqələrində seçicilərin iradələrini sərbəst ifadə etmələrinə maneəçilik törədən və bununla da onların iradələrini müəyyənləşdirməyə imkan verməyən hallar müəyyən edilmişdir. Araşdırma ilə müəyyən edilmişdir ki, 29, 30 və 43 saylı seçki məntəqələri istisna olmaqla, səsvermə günü seçki dairəsinin mübahisələndirilən seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntuları təsdiqini tapmamış, seçicilər sərbəst şəkildə səs verərək öz iradələrini ifadə etmiş, məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları maraqlı seçki subyektlərinə verilmişdir. Bununla da dairə seçki komissiyası düzgün nəticəyə gəlsə də araşdırma zamanı səsvermə günü 29, 30 və 43 saylı seçki məntəqələrində aşkar edilmiş ciddi qanun pozuntuları bu və ya digər formada seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları kimi qiymətləndirilməlidir. Eyni zamanda araşdırma ilə müəyyən edilmişdir ki, səsvermə günü 29, 30 və 43 saylı seçki məntəqələri istisna olmaqla, seçki dairəsinin mübahisələndirilən digər seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntuları öz təsdiqini tapmamış, seçicilər sərbəst şəkildə səs verərək öz iradələrini ifadə etmiş, məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokolları Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib olunmuş və bu baxımdan dairə seçki komissiyası düzgün nəticəyə gəlmişdir. Araşdırma zamanı adıçəkilən məntəqə seçki komissiyalarının üzvlərindən, müxtəlif siyasi partiyaların müşahidəçiləri də daxil olmaqla digər seçki subyektlərindən müvafiq izahatlar alınaraq nəzərdən keçirilmişdir. Müəyyən edilmişdir ki, yuxarıda qeyd edilən 3 seçki məntəqəsi istisna olmaqla, digər seçki məntəqələrində seçki qanunvericiliyinin tələblərinin pozulması halları öz təsdiqini tapmamışdır. Yuxarıda qeyd olunanlarla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən sadalanan həmin hüquq pozuntuları ilə bağlı həm iddiaçının özü, həm də seçki məntəqələrində müşahidəçilər qismində iştirak edən nümayəndələrin şikayətləri və həmin şikayətlərin nəticələri barədə məhkəmə kollegiyasına hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının irəli sürdüyü dəlillər ehtimal xarakteri daşıdığına və göstərdiyi dəlillər yalnız mülahizə xarakterli olduğuna görə iddia tələbi əsassızdır. Həmin məsələ ilə bağlı Seçki Məcəlləsinin: 101.1-ci maddəsinə əsasən referendum və prezident seçkiləri zamanı seçicilərə vahid dairə üzrə səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsi verilə bilər. 101.2. Səsvermə günü seçicilər siyahısına daxil edilmiş, seçki məntəqəsində səs vermək imkanı olmayan seçici müvafiq dairə seçki komissiyasında (səsvermə gününə 45-25 gün qalmış) və ya məntəqə seçki komissiyasında (səsvermə gününə 24-3 gün qalmış) səsvermə vəsiqəsini ala bilər və həmin vəsiqə əsasında səsvermə günü olduğu ərazidəki seçki məntəqəsində səs verə bilər. Bu qayda Milli Məclisə seçkilər zamanı müvafiq seçki dairəsinin ərazisində, prezident seçkiləri və referendum zamanı respublikanın bütün ərazisində, bələdiyyə seçkilərində isə müvafiq bələdiyyənin ərazisində tətbiq edilir. Bundan əlavə iddiaçının irəli sürdüyü dəlilləri təsdiq etmək üçün müvafiq müşahidəçilərin və məntəqə üzvlərinin səsvermənin nəticlərinin sayılmasına imkan verilməməsi ilə bağlı qeyd etdiyi hallara münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlarda bu faktların mövcudluğunu müəyyən etmək mümkün deyil. Belə ki, məhkəmə bütün sübutların mümkünlük dərəcəsini araşdırmaqla, həmin sübutlara digər sübutlarla birlikdə araşdırıb qiymət verməlidir. Seçki qanunveriicliyi üzrə hər bir seçicinin qeydiyyatdan keçməsi anından başlayaraq səslərin hesablanmasına kimi ciddi proseduralarla müəyyən edilmiş sənədləşmə aprılmalı olan bir prosesdir. Əgər iddiaçıların irəli sürdüyü dəlillər ehtimallara əsaslanırsa, konkret olaraq belə bir faktı təsdiq edə biləcək əsaslı sübut yoxdursa, məhkəmə kollegiyası həmin faktı mövcud olmayan fakt kimi dəyərləndirməlidir. İddiaçının tələblərinə münasibətdə qeyd edilməlidir ki, Seçki Məcəlləsinin: 104.5-ci maddəsinə əsasən seçkilər günü saat 7.50-də məntəqə seçki komissiyasının sədri seçki məntəqəsini açıq elan edir, seçki komissiyasının üzvlərinə, orada olan seçicilərə, müşahidəçilərə boş seçki qutularını göstərib kilidləyir, saat 8.00-da səsvermənin başlandığını elan edir. 104.11-ci maddəsinə əsasən seçki qutuları məntəqə seçki komissiyası üzvlərinin və müşahidəçilərin maneəsiz müşahidə edə bildikləri yerdə qoyulmalıdır. 104.12-ci maddəsinə əsasən məntəqə seçki komissiyasının sədri səsvermə yerində qayda-qanuna nəzarət edir. Onun sərəncamları səsvermə otağında olan şəxslər üçün məcburidir. Məntəqə seçki komissiyasının sədri seçki məntəqəsində olmadıqda onu məntəqə seçki komissiyasının katibi və ya komissiyanın bu vəzifələr həvalə olunmuş üzvü əvəz edir. 104.13-cü maddəsinə əsasən seçicinin öz iradəsini ifadə etməsinə təsir göstərməyə cəhd edən və ya gizli səsverməni pozan məntəqə seçki komissiyasının üzvü müvafiq akt tərtib edilməklə işindən kənarlaşdırılır, bu Məcəllənin 40.2-ci və 40.4-cü maddələrində göstərilən şəxs isə təxirə salınmadan otaqdan çıxarılır. Bu barədə məntəqə seçki komissiyası qərar qəbul edir. Təsirə məruz qalan seçici səs verməyibsə, onun səs verməsinə yol verilmir, seçki bülleteni ondan alınır və etibarsız sayılır. 104.14-cü maddəsinə əsasən seçki məntəqəsində səsvermədə iştirak edən seçicilərdən, məntəqə seçki komissiyasının üzvlərindən, bu Məcəllənin 40.2-ci və 40.4-cü maddələrində nəzərdə tutulanlardan başqa digər şəxslər olmamalıdırlar. Səsvermədə seçici kimi iştiraketmə halları istisna edilməklə, dövlət orqanlarının vəzifəli şəxslərinin olması qadağandır. Hüquq mühafizə orqanlarının işçiləri məntəqədə asayişin bərpa edilməsi məqsədi ilə, məntəqə seçki komissiyasının sədri tərəfindən seçki məntəqəsinə dəvət oluna bilərlər və öz vəzifələrini icra etdikdən sonra seçki məntəqəsini dərhal tərk etməlidirlər. Hüquq mühafizə orqanının işçisi səsvermə zamanı səsvermə otağında olduqda səsvermə dayandırılır. Səsvermə zamanı asayişi bərpa etmək 6 saatdan artıq mümkün olmazsa, X8 qərarı ilə seçki məntəqəsi bağlanır. Belə seçki məntəqələrində səsvermə etibarsız sayılır. 106.1-ci maddəsinə əsasən səsvermə müddəti başa çatdıqda məntəqə seçki komissiyasının sədri ucadan elan edir ki, «yalnız seçki bülleteni almış və səsvermə otağında olan seçicilər səs verə bilərlər». Bu zaman təmin olunmalıdır ki, yalnız bu elanadək səsvermə otağında növbəyə dayanmış seçicilər səs versinlər. Seçki qutuları açılmamışdan əvvəl, istifadə edilməmiş seçki bülletenləri səsvermə otağındakı müşahidəçilərin müşahidəsi ilə məntəqə seçki komissiyasının üzvləri tərəfindən sayılır və ləğv edilir. Həmin seçki bülletenlərinin sayı elan edilir və səsvermənin yekun protokolunda qeyd olunur. Seçki bülleteni almış seçicilərin imzalarının sayı səsvermənin yekun protokoluna daxil edilir. Eyni zamanda, səsvermə vəsiqəsi ilə səs verən və ayrıca seçki məntəqəsindən kənarda, daşınan seçki qutusundan istifadə etməklə səs verən seçicilərin sayı yekun protokolunda göstərilir. Bundan sonra məntəqə seçki komissiyasının sədri seçki qutularının kilidlərinin (daşınan seçki qutusunda isə həmçinin yarığın üzərindəki möhürün) salamatlığını yoxlayır, məntəqə seçki komissiyasının üzvlərini və müşahidəçiləri bununla əyani surətdə tanış edərək seçki qutularını açır. 106.2-ci maddəsinə əsasən seçki qutuları növbə ilə açılır: əvvəlcə daşınan seçki qutusu, sonra isə daşınmaz seçki qutuları. İlk növbədə daşınan seçki qutusundakı bülletenlər sayılır. Onların sayı səsvermə otağından kənarda səs verilməsi üçün seçicilərin verdikləri ərizələrin sayından çox olmamalıdır. Daşınan seçki qutusu üzrə səslər hesablanarkən bülletenlərin ümumi sayı verilmiş ərizələrin sayından (bülleten alan seçicilərin ümumi sayından) çox olarsa, daşınan seçki qutusundakı bütün səslər məntəqə seçki komissiyasının qərarı ilə etibarsız sayılır. Bu barədə akt səsvermə otağından kənarda səsvermənin keçirilməsini təmin edən məntəqə seçki komissiyası üzvlərinin soyadları göstərilməklə səsvermənin yekun protokoluna əlavə olunur. Qeyd edilən hüquq normalarının tələblərinə görə MSK tərəfindən aparılmış araşdırma zamanı iddiaçının pozuntu baş verən dairələrdə qeyd etdiyi faktlar öz əksini tapmamışdır. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, MSK tərəfindən şikayət üzrə tam və hərtərəfli araşdırma aparılmış, Seçki Məcəlləsinin müddəalarına uyğun olaraq əsaslı və qanuni qərarlar qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının irəli sürdüyü dəlillər əsaslı olmadığından, aparılmış araşdırma nəticəsində qeyd edilən seçki dairələrində pozuntu hallarının baş verməsi faktı sübuta yetirilmədiyindən iddia təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh X1rşı “X4 xx xxxxxx 2020-ci il tarixli 32/414 saylı qərarın şikayətin təmin olunmayan hissəsinin ləğv edilməsi, 117 saylı X9 üzrə 4, 7, 8, 9, 10, 11, 15, 19, 22, 23, 24, 31, 32, 33, 34, 38, 39, 42, 45, 46, 47, 48, 54, 55, 56, 59, 61 saylı seçki məntəqələri üzrə x xxxxxx 2020- ci il Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə səsvemənin nəticələrinin etibarsız sayılması öhdəliyinin X4 üzərinə qoyulması, 117 saylı X9 üzrə x xxxxxx 2020-ci il Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə səsvemənin nəticələrinin etibarsız sayılması öhdəliyinin X4 üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 3 gün müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-3(107)-15/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(107)-15/2020
02.03.2020 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver