Məhkəmə qərarları › İş №2-3(107)-16/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(107)-16/2020

03.03.2020 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-3(107)-16/2020 03.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Mübariz Rahil oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi ilə, İddiaçı cavabdeh X4 qarşı “X3 xx xxxxxx 2020-ci il tarixli 30/343 saylı qərarının ləğv edilməsi və 48 saylı X10 üzrə x xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinə səsvermənin nəticələrinin etibarsız sayılması öhdəliyinin X3 üzərinə qoyulması”tələbinə dair iddiasına açıq məhkəmə iclasında baxaraq bu qərarı qəbul etdi. Təsviri hissə İddiaçı2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 48 saylı X10 üzrə qeydə alınmış namizəddir. İddiaçı iddia edir ki, 2020-ci ilin fevral ayının 9-da Azərbaycan Respublikası Milli Məclisinə 48 saylı X10 üzrə məntəqələrdə səsvermə günü seçkinin nəticələrinin etibarsız hesab ediləcək həddə seçki qanunvericiliyinin pozulması halları baş vermişdir. İddiaçı 48 saylı X10nə müraciət edərək həmin seçki dairəsi üzrə səsvermənin nəticələrinin ləğv edilməsini xahiş etmişdir. Qeyd edilən 48 saylı X10şikayətçinin tələbi üzrə araşdırma aparmış 15 fevral 2020-ci il tarixli qərarı ilə şikayətçinin tələblərini təmin etməmişdir. İddiaçı qeyd edilən qərardan X4 (bundan sonra mətndə MSK) müraciət etmiş, MSKnın xx.xx.2020-ci il tarixli 30/343 nömrəli qərarı ilə 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 48 saylı DSK üzrə qeydə alınmış namizəd İddiaçı xx xxxxxx 2020-ci il tarixli müraciəti qismən təmin edilərək 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 48 saylı X10 üzrə qeydə alınmış namizəd İddiaçı müraciətinin qismən təmin edilməsi, 6 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilməsi, Dairə seçki komissiyasının xx xxxxxx 2020-ci il tarixli 24/74 saylı qərarı 6 saylı seçki məntəqəsi uzrə hissədə ləğv edilməsi, digər hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı “X3 xx xxxxxx 2020-ci il tarixli 30/343 saylı qərarının ləğv edilməsi və 48 saylı X10üzrə x xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinə səsvermənin nəticələrinin etibarsız sayılması öhdəliyinin X3 üzərinə qoyulması” tələbi ilə apelyasiya instansiyası məhkəməsinə müraciət etmişdir. İddia tələbinin mahiyyəti İddiaçı tələblərini onunla əsaslandırmışdır ki, 48 saylı X10 üzrə səsvermə günü seçici aktivliyi aşağı olsa da, seçki qutularına hakimiyyət namizədinin xeyrinə əlavə bülletenlərin atılması və qrup halında şəxslərin seçki məntəqəsinə gətirilməsi və seçicilərin bir neçə seçki məntəqəsində səs verməsinə nail olunması hesabına seçici aktivliyi süni şəkildə artırılması mövcud olmuş, seçki prosesini müşahidə etmək üçün müşahidəçilərə Seçki Məcəlləsinin tələblərinə əsasən səsvermə prosesinin izlənilməsi üçün yaradılan şərait qanunla nəzərdə tutulmuş tələblərə uyğun olmamış, bəzi məntəqə seçki komissiyaları saydıqları bülletenləri səsli şəkildə müşahidəçilərə elan etməmişdir. Seçki dairəsinin məntəqələri üzrə spesifik pozuntulardan bəhs edəndə isə yalnız 3 və 13 saylı seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntularını - 3 saylı məntəqədə qeydiyyatda olmayan insanların məntəqələrdə bir neçə dəfə səs verdiyini, ''Yaşıllaşdırma” idarəsinin işçilərinin də bu prosesdə iştirak etdiyini, 13 saylı məntəqədə isə saat 19.20 olsa da səslərin sayılmağa başlanmadığını, səslər sayılmağa başlananda isə qeyri-müəyyən şərait yaradılması yolu ilə bülletenlərin dəyişdirildiyini iddia edərək 48 saylı X10ndə nəticələrin ləğv olunmasını tələb etmişdir. İddiaçı tələbinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İşdə iştirаk edən şəxslərin izаhаtlаrı Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçı Bakı şəhərində yaşadığından məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, MSK nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin tələb edilən müvafiq sənədləri elektron poçt vasitəsilə məhkəməyə təqdim etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü maddəsinə əsasən iddiaçının, cavabdehin nümayəndəsinin iştirakı olmadan hazırkı işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icraatı zamanı təqdim edilmiş sübutlara əsaslanılmış və həmin sübutlar iş materiallarına əlavə edilmişdir. Onlara iddiaçıların MSK-ya ünvanladığı şikayət ərizəsi, MSK-nın nəzdində yaradılmış ekspert qrupunun üzvü Rafiq Abbasovun MSK-ya daxil olmuş xx.xx.2020-ci il tarixli 294 saylı müraciət üzrə rəyi, MSK-nın xx.xx.2020-ci il tarixli 30/343 nömrəli qərarı, 48 saylı Yevlax DSK-nın qərarı, seçki komissiyaları, müşahidəçilər və digər aidiyyəti şəxslərin izhatları, X1 48 saylı DSK-nın məntəqələrinin sayı ilə bağlı məlumat, MSK tərəfindən təqdim edilən digər sənəd və materiallar daxildir. Əsaslandırma hissəsi Seçki Məcəlləsinin: 112.1. Seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. 112.2. Bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər. 112.3. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) X4, X3 qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apelyasiya instansiyası məhkəməsin şikayət edə bilərlər. İPM-in 130.1-ci maddəsinə əsasən seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apelyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. İPM-in 130.2-ci maddəsinə əsasən seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. MSK-nın xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi və 48 saylı X10ndə səsvermənin bütün nəticələrinin etibarsız hesab edilməsi tələb edilən hazırkı iddia ərizəsi ilkin olaraq Şirvan Apelyasiya Məhkəməsinə xx.xx.2020-ci il tarixdə qəbul edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə hazırkı iddia üzrə hazırkı inzibati iş aidiyyəti üzrə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bununla da iddiaçı müraciət üçün qanunda müəyyən müddəti ötürməmişdir. Məhkəmə kollegiyası belə vəziyyətdə hesab edir ki, qeyd edilən əsaslara görə iddia mümkün iddiadır. İddiaçının seçki qanunvericiliyinin pozulması ilə bağlı müraciətinə baxaraq müraciəti əsassız hesab edən 48 saylı X10 qeyd edilən qərarını onunla əsaslandırmışdır ki, 3 və 13 saylı seçki məntəqələrində baş verməsi ehtimal oluna qanun pozuntuları ilə bağlı iddialar öz təsdiqini tapmadığından, səsvermənin keçirilmə və ya səsvermənin nəticələrinin hesablanması zamanı həmin seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntula aşkarlanmadığından qeydə alınmış namizəd İddiaçı müraciəti əsassız hesab olunaraq təmin edilməməlidir. İddiaçı 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 48 saylı X10 üzrə qeydə alınmış namizəd olaraq 2020-ci il fevralın 19-da MSK-ya yazılı müraciətləri ilə həmin seçki dairəsinin bir sıra seçki məntəqələrində səsvermə günü baş vermiş qanun pozuntularının araşdırılmasına dair dairə seçki komissiyasının xx xxxxxx 2020-ci il tarixli 24/74 saylı qərarını mübahisələndirmiş, seçki dairəsi üzrə seçkilərin nəticələrinin etibarsız sayılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət X3 nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır. Araşdırma ilə əlaqədar sosial şəbəkələrdə yayılan görüntülər, təqdim edilən video materiallar nəzərdən keçirilərkən səsvermə prosesində, səslərin hesablanmasında və səsvermənin nəticələrinə dair protokolların tərtib edilməsində bu və ya digər şəkildə seçkilərin nəticəsinə təsir edə biləcək hallar yalnız 6 saylı Seçki məntəqəsində müşahidə edilmişdir ki, bu da seçicilərin iradəsini müəyyən etməyə imkan verməyən pozuntu kimi qiymətləndirilmiş və həmin seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilmişdir. Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından mübahisələndirilən məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları alınaraq onlara baxış keçirilmişdir. Baxış nəticəsində həmin seçki məntəqələrinin səsvermənin nəticələrinə dair protokollarındakı məlumatlarda uyğunsuzluqlar aşkarlanmamışdır. Araşdırma zamanı bu və ya digər formada seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular müəyyən edilməmiş, eyni zamanda, seçki dairəsi üzrə namizədin maraqlarını təmsil edən hər hansı seçki subyekti qeydiyyatdan keçməmişdir. Araşdırma zamanı adı çəkilən məntəqə seçki komissiyalarının üzvlərindən müxtəlif maraqları təmsil edən müşahidəçilərdən müvafiq izahatlar alınaraq nəzərdən keçirilmiş və müəyyən edilmişdir ki, qeydə alınmış namizəd İddiaçı müraciətdə iddia etdiyi qanun pozuntuları öz təsdiqini tapmamış və bu səbəbdən dairə seçki komissiyası düzgün hüquqi nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən müraciətin qismən təmin edilməsi, seçki dairəsinin 6 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi və dairə seçki komissiyasının qərarının həmin seçki məntəqəsinə aid hissədə ləğv olunması üçün hüquqi əsaslar yaranmışdır. Məhkəmə kollegiyası iddiaçının dəlilərini, təqdim edilmiş sübutları və 48 saylı DSKnın xx xxxxxx 2020-ci il tarixli və MSK-nın xx.xx.2020-ci il tarixli hazırkı tələb üzrə qərarlarını ətraflı araşdıraraq hesab edir ki, şikayət aşağıdakı əsaslara görə təmin edilməməlidir. Məhkəmə kollegiyası tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş materiallara baxış keçirilmiş və müəyyən edilmişdir ki, iddiaçının şikayəti ümumi xarakterli olmaqla özünün də qeyd etdiyi kimi seçki məntəqəsindən kənarda aparılmış çəkilişlər, mübahisə, müzakirə, eyni zamanda, səsvermə hüququndan istifadə edilməyə imkan verilməyən hallarla bağlı verilən şərhlər, əsasən çəkiliş aparan şəxslərin ehtimalları olmuşdur. İddiaçı baş vermiş pozuntularla bağlı məhkəməyəqədər araşdırmaya hər hansı bir konkret sübut təqdim edilməməklə bərabər, həmin pozuntuları özündə əks etdirə biləcək aktlar da təqdim etməmişdir. Belə ki, iddiaçı tələbində müşahidəçilərlə bağlı qanunvericiliyin tələblərinin pozulmasını iddia edir. Ən azı bu aktlar müşahidəçilər tərəfindən tərtib oluna bilərdi. Bundan əlavə 13 saylı seçki məntəqəsində bir seçicinin əvəzinə digər seçicinin səs verdiyi üçün seçici siyahısında düzəliş edilməsi ilə bağlı irəli sürdüyü faktlar da seçki komissiyaları tərəfindən araşdırılmış, bununla bağlı 13 saylı seçki məntəqəsinin üzvlərindən və müşahidəçilərdən izahatlar alınmışdır. Qeyd edilən seçici siyahısına və hər bir seçicinin adının qarşısında olan imzalamalı olduğu qeydiyyat kitabına görə məsul şəxs X5 izahatında bildirmişdir ki, seçiciyə səhvən adın qarşısı səhv göstərilmiş, əvvəlki seçici orada imza etmiş, lakin sonradan gələn seçicinin adının qarşısındakı imzanın olduğunu görüb, həmin imza yeri ilə bağlı düzəliş edilmiş və həmin seçici siyahını imzalamaqla səsvermə bülletenini qəbul etmiş və sərbəst surətdə səs vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu xarakterli texniki səhvlərin seçilərin iradəsinin qiymətləndirilməsinə imkan verməyən hal olaraq dəyərləndirilməsi əsassız olardı. İddiaçının səsvermənin nəticələrinin səsvermə otağında tərtib edilməməsi, müşahidəçilərin müşahidə üçün lazımi görmə şəraitinin yaradılmaması, hakim partiyanın namizədinin xeyrinə topa bülletenlər atılması, “karusel” formada səsvermə, yəni bir dəfə səs verən şəxslərin təkrar səsverməsi imkanı yaradılması, səsvermə sandıqlarından çıxan bülletenlərdə hansı namizədin adının qarşısında qeydiyyat barədə səsli olaraq ucadan səsləndirməmə, səsvermənin yekunlarına dair protokolların təqdim edilməməsi və məntəqələrin çölündə asılmaması ilə bağlı irəli sürdüyü dəlillər də yoxlanılmış və müəyyən edilmişdir ki, həmin dəlillər ümumi xarakterli pozuntu xarakteri daşımaqla konkret hansı seçki məntəqəsində baş verməsi, bununla bağlı seçkini müşahidə edən şəxslər tərəfindən təqdim edilmiş aktlar formasında rəsmiləşdirilməmiş, ümumiyyətlə bu faktların harda baş verməsini iddia ərizəsindən və təqdim edilmiş sənədlərdən müəyyən etmək mümkün deyildir. Qeyd edilən hallarla bağlı Seçki Məcəlləsinin: 106.1-ci maddəsinə əsasən səsvermə müddəti başa çatdıqda məntəqə seçki komissiyasının sədri ucadan elan edir ki, «yalnız seçki bülleteni almış və səsvermə otağında olan seçicilər səs verə bilərlər». Bu zaman təmin olunmalıdır ki, yalnız bu elanadək səsvermə otağında növbəyə dayanmış seçicilər səs versinlər. Seçki qutuları açılmamışdan əvvəl, istifadə edilməmiş seçki bülletenləri səsvermə otağındakı müşahidəçilərin müşahidəsi ilə məntəqə seçki komissiyasının üzvləri tərəfindən sayılır və ləğv edilir. Həmin seçki bülletenlərinin sayı elan edilir və səsvermənin yekun protokolunda qeyd olunur. Seçki bülleteni almış seçicilərin imzalarının sayı səsvermənin yekun protokoluna daxil edilir. Eyni zamanda, səsvermə vəsiqəsi ilə səs verən və ayrıca seçki məntəqəsindən kənarda, daşınan seçki qutusundan istifadə etməklə səs verən seçicilərin sayı yekun protokolunda göstərilir. Bundan sonra məntəqə seçki komissiyasının sədri seçki qutularının kilidlərinin (daşınan seçki qutusunda isə həmçinin yarığın üzərindəki möhürün) salamatlığını yoxlayır, məntəqə seçki komissiyasının üzvlərini və müşahidəçiləri bununla əyani surətdə tanış edərək seçki qutularını açır. 106.2-ci maddəsinə əsasən seçki qutuları növbə ilə açılır: əvvəlcə daşınan seçki qutusu, sonra isə daşınmaz seçki qutuları. İlk növbədə daşınan seçki qutusundakı bülletenlər sayılır. Onların sayı səsvermə otağından kənarda səs verilməsi üçün seçicilərin verdikləri ərizələrin sayından çox olmamalıdır. Daşınan seçki qutusu üzrə səslər hesablanarkən bülletenlərin ümumi sayı verilmiş ərizələrin sayından (bülleten alan seçicilərin ümumi sayından) çox olarsa, daşınan seçki qutusundakı bütün səslər məntəqə seçki komissiyasının qərarı ilə etibarsız sayılır. Bu barədə akt səsvermə otağından kənarda səsvermənin keçirilməsini təmin edən məntəqə seçki komissiyası üzvlərinin soyadları göstərilməklə səsvermənin yekun protokoluna əlavə olunur. 106.11-ci maddəsinə əsasən məntəqə seçki komissiyasının protokolunun 3-cü nüsxəsi protokol tərtib edildikdən sonra məlumat lövhəsində asılır və 5 gün saxlanılır. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, iddiaçı ümumi xarakterli şikayətlə səsvermənin yekunlarına dair protokolların ona təqdim edilməməsinin hansı seçki məntəqəsində baş verməsini, həmin protokolların hansı seçki məntəqəsində löhvədən asılmaması ilə bağlı irəli sürdüyü dəlillər əsaslı sayıla bilməz. İddiaçı bununla bağlı 48 saylı Yevlax DSK-ya və X4 müraciəti mövcud olmamış, yalnız məhkəməyə müraciət edən zaman həmin protokolun təqdim edilmədiyini bildirmişdir. Bundan əlavə Seçki Məcəlləsində yekun protokolların nazmizədlərə təqdim edilməsi ilə bağlı seçki komissiyalarının öhdəliyi mövcud deyildir. Lakin namizəd müraciət etdiyi təqdirdə həmin protokollar ona təqdim edilməlidir. Hazırkı iddiaçının namizəd olaraq müvafiq seçki komissiyasına müraciəti ilə bağlı hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş sübutlar əsasında onu müəyyən etdi ki, iddiaçının müraciətində qeyd edilən və əsasən video material təqdim edilən 6 saylı məntəqəsində baş vermiş pozuntular seçki qanunvericiliyinin tələblərinə görə məntəqə seçki komissiyalarında səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün əsas olduğundan həmin seçki məntəqəsi üzrə səsvermənin nəticələri MSK tərəfindən etibarsız hesab edilmişdir. Məhkəmə kollegiyası təqdim edilən sübutlar əsasında digər məntəqələrdə seçki qanunvericiliyinin pozulması hallarını təsdiq edə biləcək sübutların kifayət qədər olmadığı qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası heab edir ki, iddiaçının irəli sürdüyü dəlillər ehtimal xarakteri daşıyır və həmin pozuntuları təsdiq edə biləcək faktlar mövcud deyil, eyni zamnda bir dəfə səs vermiş şəxslərin təkrar səsverməsi, müşahidəçilər üçün kifayət qədər görünüş şəraitinin yaradılmaması ilə bağlı irəli sürdüyü dəlilər ümumi xarakterli olduğundan, konkret dəlillərə əsaslanmamışdır. Bundan əlavə iddiaçının irəli sürdüyü dəlilləri təsdiq etmək üçün müvafiq müşahidəçilərin və məntəqə üzvlərinin səsvermənin nəticələrinin sayılmasına imkan verilməməsi ilə bağlı qeyd etdiyi hallara münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlarda bu faktların mövcudluğunu müəyyən etmək mümkün olmadığından həmin halları əsas tutaraq seçkinin nəticələrinin etibarsız sayılması qanunsuz olar. Belə ki, məhkəmə bütün sübutların mümkünlük dərəcəsini araşdırmaqla, həmin sübutlara digər sübutlarla birlikdə araşdırıb qiymət verməlidir. Seçki qanunvericiliyi üzrə hər bir seçicinin qeydiyyatdan keçməsi anından başlayaraq səslərin hesablanmasına kimi ciddi proseduralarla müəyyən edilmiş sənədləşmə aprılmalı olan bir prosesdir. Əgər iddiaçının irəli sürdüyü dəlillər ehtimallara əsaslanırsa, konkret olaraq belə bir faktı təsdiq edə biləcək əsaslı sübut yoxdursa, məhkəmə kollegiyası həmin faktı mövcud olmayan fakt kimi dəyərləndirməlidir. Hər bir nöqsanın seçicilərinin iradəsinin müəyyənləşdirilməsinə imkan verməyən hal olaraq qəbul edilməsi üçün ən azı təkzibedilməz sübutlar və faktlar mövcud olmalıdır. Buna görə hər hansı bir pozuntu faktı ehtimal olsa belə həmin faktın ən azı yüzlərlə seçicinin iradəsinə uyğunsuzluq təşkil edən hal olaraq qəbul edilməsi və bu barədə qərarın qəbul edilməsi mümkünsüzdür. Seçki Məcəlləsinin 170.2.1-ci maddəsinə əsasən səsvermə keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə Dairə seçki komissiyası və ya X6 birmandatlı seçki dairəsi üzrə seçkiləri etibarsız sayır. İddiaçının irəli sürdüyü dəlillərlə bağlı Seçki Məcəlləsinin: 104.5-ci maddəsinə əsasən seçkilər günü saat 7.50-də məntəqə seçki komissiyasının sədri seçki məntəqəsini açıq elan edir, seçki komissiyasının üzvlərinə, orada olan seçicilərə, müşahidəçilərə boş seçki qutularını göstərib kilidləyir, saat 8.00-da səsvermənin başlandığını elan edir. 104.11-ci maddəsinə əsasən seçki qutuları məntəqə seçki komissiyası üzvlərinin və müşahidəçilərin maneəsiz müşahidə edə bildikləri yerdə qoyulmalıdır. 104.12-ci maddəsinə əsasən məntəqə seçki komissiyasının sədri səsvermə yerində qayda-qanuna nəzarət edir. Onun sərəncamları səsvermə otağında olan şəxslər üçün məcburidir. Məntəqə seçki komissiyasının sədri seçki məntəqəsində olmadıqda onu məntəqə seçki komissiyasının katibi və ya komissiyanın bu vəzifələr həvalə olunmuş üzvü əvəz edir. 104.13-cü maddəsinə əsasən seçicinin öz iradəsini ifadə etməsinə təsir göstərməyə cəhd edən və ya gizli səsverməni pozan məntəqə seçki komissiyasının üzvü müvafiq akt tərtib edilməklə işindən kənarlaşdırılır, bu Məcəllənin 40.2-ci və 40.4-cü maddələrində göstərilən şəxs isə təxirə salınmadan otaqdan çıxarılır. Bu barədə məntəqə seçki komissiyası qərar qəbul edir. Təsirə məruz qalan seçici səs verməyibsə, onun səs verməsinə yol verilmir, seçki bülleteni ondan alınır və etibarsız sayılır. 104.14-cü maddəsinə əsasən seçki məntəqəsində səsvermədə iştirak edən seçicilərdən, məntəqə seçki komissiyasının üzvlərindən, bu Məcəllənin 40.2-ci və 40.4-cü maddələrində nəzərdə tutulanlardan başqa digər şəxslər olmamalıdırlar. Səsvermədə seçici kimi iştiraketmə halları istisna edilməklə, dövlət orqanlarının vəzifəli şəxslərinin olması qadağandır. Hüquq mühafizə orqanlarının işçiləri məntəqədə asayişin bərpa edilməsi məqsədi ilə, məntəqə seçki komissiyasının sədri tərəfindən seçki məntəqəsinə dəvət oluna bilərlər və öz vəzifələrini icra etdikdən sonra seçki məntəqəsini dərhal tərk etməlidirlər. Hüquq mühafizə orqanının işçisi səsvermə zamanı səsvermə otağında olduqda səsvermə dayandırılır. Səsvermə zamanı asayişi bərpa etmək 6 saatdan artıq mümkün olmazsa, dairə seçki komissiyasının qərarı ilə seçki məntəqəsi bağlanır. Belə seçki məntəqələrində səsvermə etibarsız sayılır. Qeyd edilən hüquq normalarının tələblərinə görə səsvermə və seçki prosesi müşahidəçilər tərəfindən görünə bilən şəraitdə aparılmalı və bununla bağlı məhdudiyyətlər seçki qanunvericiliyinin pozuntusu hesab edilir. 48 saylı DSK və MSK tərəfindən aparılmış araşdırma zamanı pozuntu baş verməsi iddia olunan faktlar öz əksini tapmamış, təkzib edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının irəli sürdüyü dəlillər əsaslı olmadığından, aparılmış araşdırma nəticəsində pozuntu faktı aşkar edilən məntəqədə seçkinin nəticələrinin etibarsız hesab edilməsi barədə qərar qəbul edildiyindən, digər məntəqələrdə də bu halların baş verməsi faktı sübuta yetirilmədiyindən iddia təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh X4 qarşı “X3 xx xxxxxx 2020-ci il tarixli 30/343 saylı qərarının ləğv edilməsi və 48 saylı X10 üzrə x xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinə səsvermənin nəticələrinin etibarsız sayılması öhdəliyinin X3 üzərinə qoyulması” tələbinə iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim olunduğu gündən 3 gün müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar