Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-3(107)-17/2020 03.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mübariz Rahil oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi ilə, İddiaçı cavabdeh X5rşı 111 saylı Zaqatala-Balakən seçki dairəsi üzrə səsvermənin nəticələrinin ləğv olunması, deputatlığa namizədlik fəaliyyəti dövründə seçki prosesində ona digər namizədlərlə bərabər şərait yaratmaqdan, qanun çərçivəsində köməkdən, fəaliyyətinin təminatından imtina etdikləri üçün V.İ.Süleymanovanın, H.Q.Qurbanovun və Z.İ.İsmayılovun onun işgüzar nüfuzuna toxunan əməllərinin araşdırılması, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 2.2., 2.6.4., 2.6.6., 2.6.10.. 3., 11.1., 11.3., 70.1., 70.2.. 150.3., 150.4., 150.5., 179 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 154.2.. 159- 1.1., 159-1.2., 159-1.3., 161.1., 161.2., 283.1., 308.1., 308.2., 314.1., 341.2.1.. maddələri və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 23 və 1097-ci maddələri üzrə qanuni məsuliyyətə cəlb edilmələri, cavabdehlərdən ona dəymiş maddi zərərin əvəzi kimi 800 manat, mənəvi ziyanın əvəzi kimi 19200 (on doqquz min iki yüz) manat, həmçinin məhkəməyə müraciət üçün ödədiyi 30 manat dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini, müvafiq seçki komissiyasından ödənişlərin tutularaq onun xeyrinə ödənilməsi və müvafiq seçki komissiyası tərəfindən ödənişin gecikdirilməsinə görə, ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq, faktiki hesablaşma günü daxil olmaqla, nəzərdə tutulmuş hər gecikdirilmiş gün üçün kompensasiya miqdarında vəsaitin cavabdehdən alınaraq onun xeyrinə pul kompensasiyası ödənilməsi barədə iddiasına açıq məhkəmə iclasında baxaraq bu qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası X10 (bundan sonra mətndə - MSK) müraciət edərək 111 saylı dairə seçki komissiyasının xx.xx.2020-ci il tarixdə keçirilən seçkinin nəticələri və yekunları haqqında qərarının ləğv edilməsini, yenidən azad, demokratik seçki keçirilməsini xahiş etmişdir. MSK-nın xx.xx.2020-ci il tarixli 30/355 nömrəli qərarı ilə 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 111 saylı Zaqatala-Balakən seçki dairəsi üzrə qeydə alınmış namizəd İddiaçı MSK-ya daxil olmuş xx xxxxxx 2020-ci il tarixli 296 saylı müraciəti qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti ötürülməklə verildiyindən şikayət geri qaytarılmışdır. Bundan sonra İddiaçı cavabdeh MSK-ya qarşı Bakı Apelyasiya Məhkəməsinə müraciət edərək 111 saylı Zaqatala-Balakən seçki dairəsi üzrə səsvermənin nəticələrinin ləğv olunması, deputatlığa namizədlik fəaliyyəti dövründə seçki prosesində ona digər namizədlərlə bərabər şərait yaratmaqdan, qanun çərçivəsində köməkdən, fəaliyyətinin təminatından imtina etdikləri üçün V.İ.Süleymanovanın, H.Q.Qurbanovun və Z.İ.İsmayılovun onun işgüzar nüfuzuna toxunan əməllərinin araşdırılması, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 2.2., 2.6.4., 2.6.6., 2.6.10.. 3., 11.1., 11.3., 70.1., 70.2.. 150.3., 150.4., 150.5., 179 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 154.2.. 159- 1.1., 159-1.2., 159-1.3., 161.1., 161.2., 283.1., 308.1., 308.2., 314.1., 341.2.1.. maddələri və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 23 və 1097-ci maddələri üzrə qanuni məsuliyyətə cəlb edilmələri, cavabdehlərdən ona dəymiş maddi zərərin əvəzi kimi 800 manat, mənəvi ziyanın əvəzi kimi 19200 (on doqquz min iki yüz) manat, həmçinin məhkəməyə müraciət üçün ödədiyi 30 manat dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini, müvafiq seçki komissiyasından ödənişlərin tutularaq onun xeyrinə ödənilməsi və müvafiq seçki komissiyası tərəfindən ödənişin gecikdirilməsinə görə, ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq, faktiki hesablaşma günü daxil olmaqla, nəzərdə tutulmuş hər gecikdirilmiş gün üçün kompensasiya miqdarında vəsaitin cavabdehdən alınaraq onun xeyrinə pul kompensasiyası ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə İddiaçı e-mail adresi vasitəsilə məhkəmə kollegiyasına ərizə göndərərək iddia ərizəsində Bakı Apelyasiya Məhkəməsinin qeyd olunmasının texniki səhvdən ibarət olduğunu, onun Şəki Apelyasiya Məhkəməsi kimi qəbul edilməsini, bundan başqa iddiaçı digər iddia tələbləri ilə birgə MSK-nın xx.xx.2020-ci il tarixli 30/355 nömrəli qərarının da ləğv edilməsini xahiş etdiyini bildirmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2020-ci ildə Zaqatala Rayon İcra Hakimiyyəti başçısının üavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri X4 təbliğat-təşviqat fəaliyyətinin qrafıkini təqdim etmiş və müvafiq idarəetmə strukturlarının seçki təbliğatı üçün ayrılmış yerlərdə fəaliyyətinə digər namizədlərlə bərabər şərait yaradılması və kömək göstərilməsi haqqında müraciət etmişdir. Müraciəti sözdə müsbət qarşılansa da, Seçki Məcəlləsinin 55.2.2-ci bəndinə əməl olunmamış, seçicilərlə görüşlərinə bütün qanunsuz yollarla: hədə, ələalma, qapalı yerlərin açılmaması, təşviqat vasitələrinin qopardılması, oğurlanması və s. ilə mane oldular. Mərkəzdəki və kəndlərdəki icra nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları seçicilərlə görüşünə şərait yaratmadıqları və köməkdən boyun qaçırdıqları üçün seçicilərlə yalnız açıq havada və evlərdə görüşə bilmişdir. 111 saylı dairə seçki komissiyası və bütün məntəqə seçki komissiyaları xx.xx.2020 - xx.xx.2020 tarixləri arasında məntəqələrin daxilində namizədlər haqqında məlumatlar yerləşdirmədilər və seçki hazırlıqlarında şəffaflığa riayət etmədilər. Müvafiq sənədlər təqdim etsə də Seçki Məcəlləsinin 70.1. və 70.2-ci bəndləri üzrə namizədlik fəaliyyəti maddi təmin olunmamış və o, seçkiqabağı hazırlıqlar üçün 800 manat maddi ziyan çəkmişdir. X1 RİH başçısının müavini İlkin Şəfizadə, Azərbaycan Dövlət X3 filialının direktoru Orucəli Rzayev, Zaqatala rayon Təhsil Şöbəsinin müdiri Habil Qurbanov, təhsil şöbəsinə daxil olan müəssisə rəhbərləri və digər vəzifə sahibləri ilə birlikdə deputatlığa namizəd Kamilə Əliyevanın təbliğat və təşviqatını təşkil etdikləri halda, onun namizədlik fəaliyyətini davam etdirməsinə mane olmuşlar, tədbir və toplantılar keçirməyə imkan verməmişlər. RİH başçısının sərəncamı ilə təbliğat üçün nəzərdə tutulan yerlərin seçiciləri ilə görüş vaxtı açıq olması təmin edilməmişdir. DSK Seçki Məcəlləsinin tələblərinə riayət olunması ilə əlaqədar şikayətlərinə baxmamışdır. Habil Qurbanov və Zaqatala RİH-nə məxsus xidməti maşınların ona məlum olmayan sahibləri onu, ona imza toplanmasında kömək edən könüllüləri təqib etmişlər, qohum və tanışlar vasitəsilə, zənglərlə ona psixoloji təzyiq göstərmişlər, hədə-qorxularla ondan deputatlığa namizədlikdən imtina etməyi tələb etmişlər. Deputatlığa namizədliyinin təsdiqlənməsi üçün imza toplanmasında fəallıq göstərənlər hədələnmiş, bəziləri işdən çıxarılmış, digərləri işdən çıxarılacaqları ilə qorxudulmuşlar. Mediya və KİV təbliğatını işıqlandırmamışlar. Təbliğatını yalnız seçicilərlə fərdi görüşlər və Facebook səhifəsi vasitəsilə özü aparmışdır. Bütün süni maneələrə baxmayaraq, təbliğat-təşviqat işini aparmış, dairə üzrə rəqib namizədləri debata çağırmış, yalnız Rəhman Rəsulzadə gəlmiş, onda da mədəniyyət evinin qapsını açmamışlar ki, tədbir keçirilsin. Qısa müddətdə 44 seçki məntəqəsini əhatə edən bütün ərazilərdə seçicilərin rəğbətini qazanmasına baxmayaraq, Zaqatala və Balakən RİH nümayəndələri, şəhər və kənd bələdiyyə sədrləri öz vəzifə səlahiyyətlərini mütəşəkkil olaraq, məqsədli şəkildə onun əleyhinə çevirdikləri üçün təklənmiş və təcridə məruz qalmışdır. 111 saylı X7 Komissiyası Seçki Məcəlləsinin 31.1.1., 31.1.3., 31.1.7., 31.1.9., 31.1.15. 32.2.4. maddələri üzrə vəzifəsini yerinə yetirməmiş, sədr Z.İ.İsmayılov şikayətləri ilə əlaqədar heç bir tədbir görməmiş və Seçki Məcəlləsinin tələblərinə məhəl qoymamışdır. Seçki prosesində deputatlığa namizədliyinin qarşısını almaq cəhdləri, “sənədlərinin itirilməsi", qeydiyyatının gecikdirilməsi, təbliğatına qarşı süni maneələr, seçkiyə məşvərətçisiz, müşahidəçisiz və vəkilsiz qatılmaq məcburiyyətində qalması belə onun x xxxxxx 2020-ci il seçkilərindən gözləntilərini kölgələməmişdir. Seçkiyə 24 saat qalmış təbliğatını bitirmişdir. Ölkə rəhbərliyinin seçkilərin şəffaf və ədalətli keçirilməsi haqqındakı göstərişinə etimad edərək, səsvermənin nəticələrini gözləmişdir. Səsvermə otaqları, qutular, səsvermə prosesinin gedişinin elanı, protokolların tərtibində məcəlləyə zidd hallar olmuşdur. Məşvərətçilər, vəkillər və çoxlu sayda müşahidəçilərin olduğu məntəqələrdə namizədlərdən birinin səsləri oğurlanmış, digərinə toplu bülletenlər atılmış, saxta protokollar tərtib edilmişdir. Acınacaqlısı odur ki, Seçki Məcəlləsini pozan hallar seçki prosesinə birbaşa məsul olan şəxslər MnSK üzvləri və onların təyin etdikləri saxtakarlar tərəfindən həyata keçirilmiş, heç bir aşkarlıq və şəffaflıq gözlənilməmişdir. Anormal şərait, Seçki Məcəlləsinə zidd şərtlər altında aparılan seçkiqabağı proses, seçkinin nəticələri və yekunlarının seçicilərin iradəsini ifadə etməsi qeyri-realdır. Edilən təzyiqlər nəticəsində həyat yoldaşı və qohumları ondan namizədliyini geri götürməsini tələb etmişlər. Razı olmadığı üçün, xx xxxxxx 2020-ci il tarixində barəsində boşanma iddiası qaldırılmışdır. Bu səbəbdən ona həm də mənəvi iztirablar formasında zərər dəymişdir. Süleymanova V.İ., Qurbanov H.Q. və İsmayılov Z.İ. tərəfindən ona dəymiş mənəvi zərəri 20000 (iyirmi min) manat dəyərində qiymətləndirmiş, çünki cavabdehlərin hərəkət və hərəkətsizlikləri seçkinin nəticələrinə təsir etməklə yanaşı, həm də ona qarşı şəxsi-qərəzlikdir, deputatlığa namizədin, seçicilərin hüquq və azadlıqları əleyhinə, habelə ailənin qorunması və dövlət siyasətinə qarşı yönəlmişdir. Yuxarıda qeyd olunan qanunsuzluqlar haqqında 111 saylı DSK-ya mütəmadi, yerində və vaxtında zəng edərək, şikayətlərini bildirmiş, müvafiq tədbir görülməsini tələb etmiş, nəzərə alınmamışdır. Son olaraq, xx.xx.2020-ci il tarixində 111 saylı DSK-ya, xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası MSK-nın, habelə M.Pənahova, Rövzət Qasımov və digər əlaqədar şəxslərin e-mail ünvanlarına şikayət məktubları göndərmişdir. Bu ərəfədə MSK qarşısında qanunsuzluqlar baş verdiyinə görə, şikayətlərinə yazılı əlavəni qoşma vərəqələrlə birlikdə yalnız xx.xx.2020-ci il tarixində (MSK-nın Ümumi şöbəsinin nümayəndəsi Ceyhun İbadova) təqdim edə bilmişdir. Müraciəti ilə əlaqədar MSK ekspert qrupunun üzvü Bəxşeyiş Əsgərov onun yalnız 296 saylı xx xxxxxx 2020-ci il tarixli şikayətlərə əlavəsini səthi nəzərdən keçirmiş, yuxarıda qeyd etdiyi və vaxtında olunmuş əsas şikayətlərinə qanuna müvafiq qaydada baxmamışdır. Belə ki, B.Əsgərovun rəyində onun müraciətinin məzmunu saxtalaşdırılmışdır. MSK-nın ekspert qrupunun rəyi ona yalnız xx.xx.2020-də poçtla çatdırılmışdır. MSK-nın onun xx xxxxxx 2020-ci il tarixli, 296 saylı müraciəti ilə əlaqədar qəbul etdiyi xx.xx.2020-ci il tarixli 30/355 qərar ilə razı deyildir. İşdə iştirаk edən şəxslərin izаhаtlаrı Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, MSK nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsinə əsasən onların iştirakı olmadan hazırkı işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icraatı zamanı təqdim edilmiş sübutlara əsaslanılmış və həmin sübutlar iş materiallarına əlavə edilmişdir. Onlara İddiaçı MSK-ya etdiyi müraciəti, MSK-nın xx.xx.2020-ci il tarixli 30/355 nömrəli qərarı, həmin tarixli rəyi, 111 saylı Zaqatala-Balakən seçki dairəsinin dairə seçki komissiyasının xx xxxx 2020-ci il tarixli 17 nömrəli arayışı və digər sənədlər daxildir. Əsaslandırma hissəsi İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddianın ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. MSK-nın xx.xx.2020-ci il tarixli qərarından iddiaçı şikayət vermək üçün qanunda müəyyən edilmiş müddəti ötürməmişdir. İPM-in 130.1-ci maddəsinə əsasən seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apelyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. Seçki Məcəlləsinin: 112.1. Seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. 112.2. Bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər. 112.3. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) X10, X8 qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apelyasiya instansiyası məhkəməsinə şikayət edə bilərlər. İPM-in 130.2-ci maddəsinə əsasən seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, İddiaçı xx xxxxxx 2020-ci il tarixdə MSK-ya müraciət edərək 111 saylı dairə seçki komissiyasının xx.xx.2020-ci il tarixdə keçirilən seçkinin nəticələri və yekunları haqqında qərarının ləğv edilməsini, yenidən azad, demokratik seçki keçirilməsini xahiş etmişdir. Bununla bağlı, MSK tərəfindən müraciət araşdırılmış və MSK-nın xx.xx.2020-ci il tarixli 30/355 nömrəli qərarı ilə 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 111 saylı Zaqatala-Balakən seçki dairəsi üzrə qeydə alınmış namizəd İddiaçı MSK-ya daxil olmuş xx xxxxxx 2020-ci il tarixli 296 saylı müraciəti qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti ötürülməklə verildiyindən şikayət geri qaytarılmışdır. Məhkəmə kollegiyası iddiaçının dəlillərini və MSK-nın xx.xx.2020-ci il tarixli hazırkı tələb üzrə qərarını ətraflı araşdıraraq hesab edir ki, MSK tərəfindən iddiaçının müraciəti ilə bağlı qəbul edilmiş qərarı qanuni və əsaslıdır. Ona görə də iddia tələbi təmin edilməməlidir. Belə ki, iddia ərizəsində göstərilmişdir ki, qeyd olunan qanunsuzluqlar haqqında 111 saylı DSK-ya mütəmadi, yerində və vaxtında zəng edərək, şikayətlərini bildirmiş, müvafiq tədbir görülməsini tələb etmiş, nəzərə alınmamışdır. Son olaraq, xx.xx.2020-ci il tarixində 111 saylı DSK-ya, xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası MSK-nın, habelə M.Pənahova, Rövzət Qasımov və digər əlaqədar şəxslərin e-mail ünvanlarına şikayət məktubları göndərmişdir. Bu ərəfədə MSK qarşısında qanunsuzluqlar baş verdiyinə görə, şikayətlərinə yazılı əlavəni qoşma vərəqələrlə birlikdə yalnız xx.xx.2020-ci il tarixində (MSK-nın Ümumi şöbəsinin nümayəndəsi Ceyhun İbadova) təqdim edə bilmişdir. Müraciəti ilə əlaqədar MSK ekspert qrupunun üzvü Bəxşeyiş Əsgərov onun yalnız 296 saylı xx xxxxxx 2020-ci il tarixli şikayətlərə əlavəsini səthi nəzərdən keçirmiş, yuxarıda qeyd etdiyi və vaxtında olunmuş əsas şikayətlərinə qanuna müvafiq qaydada baxmamışdır. Belə ki, B.Əsgərovun rəyində onun müraciətinin məzmunu saxtalaşdırılmışdır. MSK-nın ekspert qrupunun rəyi ona yalnız xx.xx.2020-də poçtla çatdırılmışdır. MSK-nın onun xx xxxxxx 2020-ci il tarixli, 296 saylı müraciəti ilə əlaqədar qəbul etdiyi xx.xx.2020-ci il tarixli 30/355 qərar ilə razı deyildir. Məhkəmə kollegiyası iddia ərizəsinin həmin dəlillərini əsassız sayaraq qeyd edir ki, kollegiyanın şifahi sorğusuna əsasən təqdim edilmiş, 111 saylı Zaqatala-Balakən seçki dairəsinin dairə seçki komissiyasının x xxxx 2020-ci il tarixli 17 nömrəli arayışından görünür ki, x xxxxxx 2020-ci ildə keçirilmiş Milli Məclisə seçkilərdə namizədliyi qeydə alınmış İddiaçı tərəfindən dairə seçki komissiyasına yazılı və ya şifahi şəkildə heç bir şikayət daxil olmamışdır. Seçkinin yekun protokolu tərtib olunaraq xx xxxxxx 2020-ci il tarixdə idarənin məlumat lövhəsindən asılmış və indiyədək lövhədən asılmış vəziyyətdə durur. 111 saylı Zaqatala-Balakən DSK-da 47000 nəfərə yaxın seçici vardır. İddiaçı cəmi 285 səs toplamışdır. Göründüyü kimi, 111 saylı Zaqatala-Balakən seçki dairəsinin dairə seçki komissiyası tərəfindən seçkinin yekun protokolu tərtib olunaraq xx xxxxxx 2020-ci il tarixdə idarənin məlumat lövhəsindən asılmışdır. İddiaçı protokolla tanış olmaq üçün heç bir müraciət etməmiş, ümumiyyətlə iddiaçı tərəfindən dairə seçki komissiyasına yazılı və ya şifahi şəkildə heç bir şikayət daxil olmamışdır. İddiaçı isə MSK-ya xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Bununla da, Seçki Məcəlləsinin 112.1-ci maddəsi ilə müəyyən edilmiş şikayətvermə müddəti ötürülmüşdür. İddiaçının tələblərinə münasibətdə qeyd edilməlidir ki, Seçki Məcəlləsinin: 106.1-ci maddəsinə əsasən səsvermə müddəti başa çatdıqda məntəqə seçki komissiyasının sədri ucadan elan edir ki, «yalnız seçki bülleteni almış və səsvermə otağında olan seçicilər səs verə bilərlər». Bu zaman təmin olunmalıdır ki, yalnız bu elanadək səsvermə otağında növbəyə dayanmış seçicilər səs versinlər. Seçki qutuları açılmamışdan əvvəl, istifadə edilməmiş seçki bülletenləri səsvermə otağındakı müşahidəçilərin müşahidəsi ilə məntəqə seçki komissiyasının üzvləri tərəfindən sayılır və ləğv edilir. Həmin seçki bülletenlərinin sayı elan edilir və səsvermənin yekun protokolunda qeyd olunur. Seçki bülleteni almış seçicilərin imzalarının sayı səsvermənin yekun protokoluna daxil edilir. Eyni zamanda, səsvermə vəsiqəsi ilə səs verən və ayrıca seçki məntəqəsindən kənarda, daşınan seçki qutusundan istifadə etməklə səs verən seçicilərin sayı yekun protokolunda göstərilir. Bundan sonra məntəqə seçki komissiyasının sədri seçki qutularının kilidlərinin (daşınan seçki qutusunda isə həmçinin yarığın üzərindəki möhürün) salamatlığını yoxlayır, məntəqə seçki komissiyasının üzvlərini və müşahidəçiləri bununla əyani surətdə tanış edərək seçki qutularını açır. 106.2-ci maddəsinə əsasən seçki qutuları növbə ilə açılır: əvvəlcə daşınan seçki qutusu, sonra isə daşınmaz seçki qutuları. İlk növbədə daşınan seçki qutusundakı bülletenlər sayılır. Onların sayı səsvermə otağından kənarda səs verilməsi üçün seçicilərin verdikləri ərizələrin sayından çox olmamalıdır. Daşınan seçki qutusu üzrə səslər hesablanarkən bülletenlərin ümumi sayı verilmiş ərizələrin sayından (bülleten alan seçicilərin ümumi sayından) çox olarsa, daşınan seçki qutusundakı bütün səslər məntəqə seçki komissiyasının qərarı ilə etibarsız sayılır. Bu barədə akt səsvermə otağından kənarda səsvermənin keçirilməsini təmin edən məntəqə seçki komissiyası üzvlərinin soyadları göstərilməklə səsvermənin yekun protokoluna əlavə olunur. 106.4-cü maddəsinə əsasən, səsin etibarlığına şübhə yarandıqda məntəqə seçki komissiyası məsələni səsvermə yolu ilə həll edir. Səsin etibarsız sayılması haqqında qərar qəbul edilirsə, bülletenin arxa tərəfində etibarsız sayılmanın səbəbləri göstərilməlidir. Belə qeydlər məntəqə seçki komissiyası sədrinin və katiblərinin imzası ilə təsdiqlənməlidir. Etibarsız səslər ayrıca yığılıb bağlanır. 106.5-ci maddəsinə əsasən, məntəqə seçki komissiyasının sədri tərəfindən məntəqə seçki komissiyası üzvlərinin iştirakı ilə seçicilərin səslərinin hesablanması birbaşa səsverməyə yekun vurulanadək fasiləsiz aparılır. Bu zaman istifadə edilmiş hər bir seçki bülleteni möhürlənir. Məntəqə seçki komissiyasının bütün üzvləri və müşahidəçilər səsvermənin nəticələri ilə tanış edilir. 106.6-cı maddəsinə əsasən, səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyasının yekun protokolları bu Məcəllənin 40.2 və 40.4-cü maddələrində göstərilən şəxslərin müşahidəsi ilə tərtib olunur. 106.7-ci maddəsinə əsasən, protokolun 1-ci nüsxəsi, səsvermə günü məntəqə seçki komissiyasına bu Məcəllənin pozulması ilə əlaqədar daxil olmuş şikayətlər (ərizələr) və bunlar üzrə məntəqə seçki komissiyasının qəbul etdiyi qərarlar, məntəqə seçki komissiyası tərəfindən seçki bülletenlərinin alınması haqqında akt, istifadə edilməmiş seçki bülletenlərinin ləğv edilməsi haqqında akt (belə bülletenlərin sayı göstərilməklə), səsvermə vəsiqələrinin verilməsi və istifadə edilməyən səsvermə vəsiqələrinin ləğv edilməsi haqqında akt (həmin vəsiqələrin sayı göstərilməklə), seçki bülletenlərinin kəsilmiş sol künclərinin sayı haqqında akt, bu Məcəllənin 104.15-ci maddəsində göstərilən korlanmış seçki bülletenlərinin sayı haqqında akt, bu Məcəllənin 105.3-cü maddəsində göstərilən akt, seçki bülletenləri və məntəqə üzrə seçicilərin siyahısı (səsvermə vəsiqələri əlavə olunmaqla) əlavə edilməklə dərhal, lakin 24 saatdan gec olmayaraq məntəqə seçki komissiyasının sədrinin və müxtəlif siyasi partiyaları təmsil edən iki üzvünün və müşahidəçilərin müşayiəti ilə dairə seçki komissiyasına göndərilir. Adları çəkilən aktlar məntəqə seçki komissiyasının sədri və katibləri tərəfindən imzalanır. Şikayətlərin (ərizələrin), məntəqə seçki komissiyasının qərarlarının, yuxarıda adları çəkilən aktların təsdiq edilmiş surətləri protokolun 2-ci nüsxəsinə tikilir. 106.8-ci maddəsinə əsasən, protokolun 2-ci nüsxəsi həmin bülletenlərin kəsilmiş sol küncləri, sıradan çıxmış bülletenlərin kəsikləri səsverməni və səslərin hesablanmasını müşahidə edən, bu Məcəllənin 40.2-ci. və 40.4-cü maddələrində göstərilən şəxslərin siyahıları ilə birlikdə komissiyanın fəaliyyətinin sonuna kimi məntəqə seçki komissiyasının katibində saxlanılır. 106.9-cu maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisindən kənarda yaradılmış məntəqə seçki komissiyaları səsvermənin nəticələri haqqında protokolun 1-ci nüsxəsini ona əlavə edilmiş sənədlərlə birlikdə səsvermə günündən başlayaraq 3 gün ərzində X13 tərəfindən müəyyən edilmiş dairə seçki komissiyasına göndərirlər. 106.10-cu maddəsinə əsasən, seçkilərin (referendumun) keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə və ya məhkəmənin qərarı olduqda dairə və ya məntəqə seçki komissiyası səsverməni baş tutmamış hesab edir. 106.11-ci maddəsinə əsasən, məntəqə seçki komissiyasının protokolunun 3-cü nüsxəsi protokol tərtib edildikdən sonra məlumat lövhəsində asılır və 5 gün saxlanılır. 107.1-ci maddəsinə əsasən, bu Məcəllənin 106.7-ci maddəsində göstərilən sənədlər dairə seçki komissiyasının sədrinə təqdim edilir. Dairə seçki komissiyası sədrinin tapşırığı ilə komissiyanın üzvü (üzvləri) təqdim olunan sənədlərin bu Məcəllənin 106.7-ci maddəsinin tələblərinə cavab verməsini, səsvermənin nəticələrində uyğunsuzluğun olubolmamasını yoxlayır (yoxlayırlar). Sonra səsvermənin nəticələri dairə üzrə səsvermənin nəticələrinin (seçkilərin yekunlarının) yekun cədvəlinə daxil edilir. Məntəqə seçki komissiyasının sənədlərinin qəbul edilməsi haqqında məntəqə seçki komissiyasının sədrinə dairə seçki komissiyasının sədri tərəfindən imzalanmış və möhürlənmiş qəbz verilir. 107.2-ci maddəsinə əsasən, dairə seçki komissiyasının protokolu məntəqə seçki komissiyalarının protokollarında olan bütün məlumatların ümumiləşdirilməsi əsasında səsvermə günündən 2 gün keçənədək tərtib edilir. Göstərilən məlumatların ümumiləşdirilməsi fasiləsiz aparılır. 107.3-cü maddəsinə əsasən, dairə seçki komissiyasının protokolunda bu Məcəllənin 100.2-ci maddəsində göstərilənlərlə yanaşı, məntəqə seçki komissiyalarının sayı və həmin komissiyalar tərəfindən təqdim edilmiş protokolların sayı, dairə seçki komissiyasının protokolunun tərtib edilməsi üçün əsas götürülmüş protokolların sayı, səsvermə baş tutmayan seçki məntəqələrinin sayı, dairə üzrə səsvermədə iştirak edən seçicilərin sayı göstərilməlidir. 107.4-cü maddəsinə əsasən, dairə seçki komissiyasının protokolunun 1-ci nüsxəsi, səsvermə günü dairə seçki komissiyasına bu Məcəllənin pozulması ilə əlaqədar daxil olmuş şikayətlər (ərizələr) və bunlar üzrə dairə seçki komissiyasının qəbul etdiyi qərarlar, dairə seçki komissiyası tərəfindən seçki bülletenlərinin alınması haqqında akt, istifadə edilməmiş seçki bülletenlərinin ləğvi haqqında akt (belə bülletenlərin sayı göstərilməklə), səsvermə vəsiqələrinin verilməsi və istifadə edilməmiş səsvermə vəsiqələrinin ləğvi haqqında akt (həmin vəsiqələrin sayı göstərilməklə) əlavə edilməklə, dərhal, lakin səsvermə günündən 2 gündən gec olmayaraq dairə seçki komissiyasının sədrinin və müxtəlif siyasi partiyaları təmsil edən üzvlərin müşayiəti ilə X10 göndərilir. Göstərilən aktlar dairə seçki komissiyasının sədri və katibləri tərəfindən imzalanır. Şikayətlərin (ərizələrin), dairə seçki komissiyasının qərarlarının, yuxarıda adları çəkilən aktların təsdiq edilmiş surətləri protokolun 2-ci nüsxəsinə tikilir.[121] 107.5-ci maddəsinə əsasən, protokolun 2-ci nüsxəsi bağlanıb möhürlənmiş seçki bülletenləri, həmin bülletenlərin kəsilmiş sol küncləri, habelə səslərin hesablanmasını müşahidə edən, bu Məcəllənin 40.2-ci və 40.4-cü maddələrində göstərilən şəxslərin siyahıları ilə birlikdə komissiyanın fəaliyyətinin sonuna kimi dairə seçki komissiyasının katibində saxlanılır. 107.6-cı maddəsinə əsasən, dairə seçki komissiyası məntəqə seçki komissiyasının protokolunda (prolokola əlavə olunan digər sənədlər də daxil olmaqla) səhvlər, yolverilməz düzəlişlər və uyğunsuzluqlar aşkar etdikdə, o, müvafiq seçki məntəqəsində səslərin yenidən hesablanması haqqında qərar qəbul edə bilər. Bu halda səslərin təkrar hesablanması dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvləri tərəfindən aparılır. Səslərin təkrar hesablanması haqqında müvafiq məntəqə seçki komissiyasına və bu Məcəllənin 40.2-ci və 40.4-cü maddələrində göstərilən şəxslərə əvvəlcədən məlumat verilir. Səslərin təkrar hesablanmasına dair protokol tərtib edilir və həmin protokolda «səslərin təkrar hesablanması» sözləri qeyd edilir. 107.7-ci maddəsinə əsasən, dairə seçki komissiyasının protokolunun 3-cü nüsxəsi və müvafiq məntəqə seçki komissiyalarının protokollarının surətləri məlumat lövhəsində asılır və 10 gün saxlanılır. Məhkəmə kollegiyası iddiaçının iddia ərizəsində səsvermə günü müəyyən edilən pozuntularla bağlı onu qeyd edir ki, iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş şikayətvermə müddəti ötürülməklə MSK-ya müraciət edildiyindən iddiaçının MSK-nın xx xxxxxx 2020-ci il tarixli 30/355 nömrəli qərarının ləğv edilməsi ilə bağlı iddia tələbi əsassız olduğundan, iddiaçı tərəfindən irəli sürülmüş digər tələblər də həmin iddia tələbindən asılı olduğundan məhkəmə kollegiyası tərəfindən əsassız hesab edilir. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, MSK tərəfindən şikayət üzrə tam və hərtərəfli araşdırma aparılmış, Seçki Məcəlləsinin müddəalarına uyğun olaraq əsaslı və qanuni qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının irəli sürdüyü dəlillər əsaslı olmadığından iddia təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh X5rşı X8 xx xxxxxx 2020-ci il tarixli 30/355 nömrəli qərarının ləğv edilməsi, 111 saylı Zaqatala-Balakən seçki dairəsi üzrə dairə seçki komissiyası üzrə Azərbaycan Respublikası Milli Məclisinə səsvermənin nəticələrinin etibarsız sayılması və sair tələblərinə dair iddiası təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 3 gün müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-3(107)-17/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(107)-17/2020
03.03.2020 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver