Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-3(107)-18/2020 03.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mübariz Rahil oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi ilə, İddiaçı cavabdeh X1rşı “MSK-nın xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi, 91 saylı X9 seçkilərin nəticələrinin etibarsız hesab edilməsi, Seçki pozuntularına yol verən MnSK üzvləri haqqında müvafiq addımların atılması, MnSK üzvü kimi fəaliyyətlərinə xitam verilməsi və s.” tələbinə dair iddiasına açıq məhkəmə iclasında baxaraq bu qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası X1rşı iddia ərizəsi ilə Şəki Apelyasiya Məhkəməsinə müraciət edərək, X3 xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi, 91 saylı X9 seçkilərin nəticələri etibarsız hesab edilməsi, Seçki pozuntularına yol verən MnSK üzvləri haqqında müvafiq addımların atılması, MnSK üzvü kimi fəaliyyətlərinə xitam verilməsi, əməlləri cinayət tərkibi yaradan MnSK üzvləri, seçki pozuntularında əli olan və rol alan seçicilər, eləcə də seçicilərin seçki pozuntularında iştirak etməsində əsas rol oynayan inzibati orqanların rəhbərlərinin məsuliyyətə cəlb olunması üçün müvafiq Prokurorluğa müraciət edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 91 saylı seçki dairəsi üzrə seçkilər namizəd Ramil Həsənin xeyrinə qəsdən saxtalaşdırılıb. Seçki günü məntəqələrdə səslərin sayılmasında və protokolun tərtibində çox sayda qanun pozuntusuna yol verilib. Səsvermə vaxtı məntəqələrdə seçici siyahısında xeyli sayda dünyasın dəyişmiş insanlar olmasına baxmayaraq həmin şəxslərin yerinə səs verilib. Səsvermədə iştirak edən seçicilərin sayı bütün seçki məntəqələrində qanunsuz olaraq 2-3 dəfə artırılıb və protokola saxta rəqəmlər qeyd olunub. Səsvermə və səslərin sayılması zamanı məntəqə seçki komissiyasının sədrləri və üzvləri tərəfindən bülletenlərin sayılması vaxtı səsvermə qutusundan kənarda olan əvvəlcədən hazırlanmış büllətenlər sayılması üçün qanunsuz olaraq əlavə edilib. Müşahidəçilər səslərin sayılması prosesindən kənarlaşdırılıb onlara təzyiqlər olub. Müşaidəçilərə video çəkiliş aparmalarına icazə verilməyib. Protokollar 1 saylı məntəqədə müşahidəçilərə verilməyib və məntəqə sədri X7 müşahidəçiləri məntəqədən kobud şəkildə qovub. 91 saylı X5 protokol istəsələr də DSK sədri Abdulrəzaq Abbasov kobud şəkildə otaqdan çıxmaqlarını tələb edib. 3, 4, 5, 6 və 41 saylı məntəqələr istisna olmaqla 91 saylı Ucar Dairəsindən digər məntəqələrdən protokollar verilməyib və 91 X12 Komissiyası sədri Abdulrəzaq Abbasov bu haqda məlumatlı olsa da, bilərəkdən bu qanunsuzluğa göz yummuşdur. Azərbaycan Respublikası X3 xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş Milli Məclisə seçkilərdə 91 saylı Ucar seçki dairəsi üzrə qeydə alınmış namizəd İddiaçı X4 daxil olmuş xx xxxxxx 2020-ci il tarixli 348 saylı müraciətinin qismən təmin edilməsi, 1 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi, Dairə seçki komissiyasının xx xxxxxx 2020-ci il tarixli 14/43 saylı qərarının 1 saylı seçki məntəqəsi üzrə hissədə ləğv edilməsi, digər hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşdə iştirаk edən şəxslərin izаhаtlаrı Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, MSK nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsinə əsasən onların iştirakı olmadan hazırkı işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icraatı zamanı təqdim edilmiş sübutlara əsaslanılmış və həmin sübutlar iş materiallarına əlavə edilmişdir. Onlara 91 saylı X10 qəbul etdiyi qərarı, İddiaçı MSK-ya müraciəti, MSK-nın xx.xx.2020-ci il tarixli qərarı, ekspertiza qrupunun rəyi, izahatlar və digər sənədlər daxildir. Əsaslandırma hissəsi İPM-in 130.1-ci maddəsinə əsasən seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apelyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. Seçki Məcəlləsinin: 112.1. Seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. 112.2. Bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər. 112.3. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) X4, X3 qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apelyasiya instansiyası məhkəməsinə şikayət edə bilərlər. İPM-in 130.2-ci maddəsinə əsasən seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. İddianın ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. MSK-nın xx.xx.2020-ci il tarixli qərarından iddiaçı şikayət vermək üçün qanunda müəyyən edilmiş müddəti ötürməmişdir. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası belə vəziyyətdə hesab edir ki, qeyd edilən əsaslara görə iddia mümkün iddiadır. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 91 saylı Ucar seçki dairəsi üzrə qeydə alınmış namizəd İddiaçı 2020-ci il fevralın 21-də Azərbaycan Respublikasının X4 yazılı müraciət edərək həmin dairə seçki komissiyasının xx xxxxxx 2020-ci il tarixli 14/43 saylı qərarını mübahisələndirmiş və onun ləğv olunmasını, seçki dairəsi üzrə seçkilərin nəticələrinin etibarsız sayılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının dəlillərini və MSK-nın xx.xx.2020-ci il tarixli hazırkı tələb üzrə qərarını ətraflı araşdıraraq hesab edir ki, alınmış namizəd İddiaçı X4 daxil olmuş xx xxxxxx 2020-ci il tarixli 348 saylı müraciətinin qismən təmin edilməsi, 1 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi, Dairə seçki komissiyasının xx xxxxxx 2020-ci il tarixli 14/43 saylı qərarının 1 saylı seçki məntəqəsi üzrə hissədə ləğv edilməsi, digər hissədə dəyişdirilmədən saxlanılması ilə bağlı qəbul edilmiş qərarı qanuni və əsaslıdır. Ona görə də iddia tələbi təmin edilməməlidir. Belə ki, iddia ərizəsində göstərilmişdir ki, çox sayda saxta bülleten qutulara atılmışdır. Bülletenlərin sayılmasında aşkar qanunsuzluqlar aşkar edilmişdir. Belə ki, əlavə büllətenlər gətirilərək stolun üstündə olan bülletenlərə əlavə edilmişdir. Müşahidəçilər etiraz etdikdə, onları təhqir edərək otaqdan çıxmaq istəmişlər və protokola həqiqətə uyğun olmayan rəqəmlər yazılmışdır. 1 saylı seçki məntəqəsində saysız-hesabsız qanun pozuntuları baş vermişdir. Müşahidəçilərin etrazlarına heç bir məhəl qoyulmayıb. 14 saylı məntəqədə seçicilərə büllətendə üçüncü olan şəxsə səs verilməsini başa salmaq üçün pərdə arxasına eyni vaxtda ikinci nəfərdə daxil olub bülleteni yazılmasında iştirak edib. MnSK sədri bu kimi hallara heç bir reaksiya verməyib. 4 saylı məntəqədə komissiyanın üzvü Elmi Mirzəliyev müşahidəçiləri təhqir edərək öz işlərin həyata keçirmələrinə fərqli vaxtlarda gün ərzində mane olub. Seçki günü səs verməyə gələn adamlara uRamil Həsənova səs verin” deyərək birbaşa təbliğatla məşğul olub. Seçki qutusuna topa bülletenlər atılıb. 10 saylı məntəqədə də qutulara topa bülletenlər atılıb və bülletenlər sayıldıqda saxtakarlıqla səs sayı Ramil Həsənovun xeyirinə artırılıb.27 və 34 saylı məntəqələrdə də seçki qutularına topa bülletenlər atılıb. 7 saylı məntəqədə səvermə bülletenləri sayıldıqda “YAP” namizədi Ramil Həsənovun səsləri süni şəkildə çoxaldılıb. 3, 4, 5, 6 və 41 saylı məntəqələr istisna olmaqla 91 saylı Ucar Dairəsindən digər məntəqələrdən protokollar verilməyib və 91 X12 Komissiyası sədri Abdulrəzaq Abbasov bu haqda məlumatlı olsa da, bilərəkdən bu qanunsuzluğa göz yumub. 3 saylı seçki məntəqədə yaşamayan seçicilər səsvermədə iştirak etmişdir. 4 saylı məntəqədə seçki siyahısının qarşısında bir nəfər dayanaraq gələnlərə siyahıda 3-cü şəxsə səs verilməli olduğunu söyləyir, o məntəqəyə aid olmayan seçici səs verir, “YAP” namizədinin səsləri protokolda süni sürətdə 4 dəfədən çox artırılmışdır, müşahidəçilərinin səyi nəticəsində bu nəticələr sonradan düzəldildi. 6 saylı məntəqədə ləğv edilən istifadə olunmamış bülletenlərin sayı 936 dənə sayıldığı və ləğv edildiyi halda protokolda 719 yazılmaqla yerdə qalan say YAP namizədinin xeyrinə yazıldı, eyni zamanda bəzi namizədlərin səsi azaldıldığı halda, heç səsi olmayanlara səslər yazıldı. 7 saylı məntəqədə səvermə bülletenləri sayıldıqda YAP namizədi Ramil Həsənovun səsləri süni şəkildə çoxaldılıb.9 saylı məntəqədə məntəqə sədri saxta bülletenləri sumkasında gətirib, saya əlavə edir. 10 saylı məntəqədə səslər sayılmadan, qalan bülletenlər ləğv edilmədən sədr və komissiya üzvləri səsləri başqa yerdə saymağa aparır. 13-cü məntəqədə istədikləri namizədlərə bülletendə göstəriləndən fərqli istədikləri sayı yazırlar. Məsələn: Əbil Məmmədov 80 səs olduğu halda 39 yazılır. Əksinə YAP namizədi 2 dəfədən çox artırılır. 18 saylı məntəqədə də eyni hal baş verib.YAP namizədinin səsləri süni şəkildə artırılır, bəzi namizədlərin səsi azaldılır. Məntəqə sədri özü də bunu etiraf edir. 38 saylı məntəqədə də YAP namizədinin səsi 63 səsdən 207-ə qaldırılır. Cəmi 145 seçici olduğu halda səslər 404-ə qaldırılır.Komissiya sədri özü də bunu etiraf edir və yuxarıdan tapışırıldığını qeyd edir. 14 saylı məntəqədə seçidlərə büllətendə üçüncü olan şəxsə səs verilməsini başa salmaq üçün pərdə arxasına eyni vaxtda ikinci nəfərdə daxil olub bülleten yazılmasında iştirak edib.MnSK sədri bu kimi hallara heç bir reaksiya verməyib. 17 saylı məntəqədə müşahidəçilər hüquqları məhdudlaşdırılaraq səs sayımından kənar tutulur, müşahidəçilərə sayımı göstərmirlər və protokolda səsləri artırırlar. 22 saylı məntəqədə sədr saxta bülletenləri stolun altından çıxardır və saya əlavə edilib. 25 saylı məntəqədə barmağı yoxlamadan sprey vurulub, bir qrup şəxsin gətirlib səs verdiyi müşahidə edilib.Bunda başqa həmni məntəqədə müşahidəçilər izləmə prosesindən kənarlaşdırılıb, məntəqə üzvü saxta seçiciləri seçkiyə çağırır. 28-ci məntəqədə müşahidəçilərə sayımı göstərmirlər və protokolda səsləri artırırlar.30 saylı məntəqədə seçici siyahısın qarşısında bir nəfər dayanaraq gələnlərə siyahıda 3- cü olan şəxsə səs verilməsinə göstəriş verir. 34 saylı məntəqədə əvvəlcədən kəsilmiş bülletenlər hazırlanıb. Ərizədə həmçinin qeyd olunmuşdur ki, 91 saylı DSK xx xxxxxx 2020-ci il tarixli qərarı ilə heç bir araşdırma aparmadan, MSK-nın quraşdırdığı video kameralartın görünütülərini əldə edib izləmədən, həmçinin onların təqdim etdiyi videoyazıları diqqət etmədən, yalnız seçki pozuntularında xüsusi rol oynamış MnSK üzvlərini və formal və seçkinin bu formada nəticələnməsində marağı olmayan, sadəcə inzibati yolla müşahidəçilik etməyə məcbur edilmiş şəxslərə formal olaraq istinad etməklə şikayəti təmin etməyib. İddiaçı ekspert qrupunun iclasına dəvət edilsə də, səlahiyyətli nümayəndəsi iştirak edib. Ekspert qrupunun iclası faktiki olaraq səmərəsiz olub.Çünki iclasda iştirakları təmin edilsə də sübutların araşdırılmasında, xüsusilə videogörüntülərin izlənməsində iştirakları təmin edilməyib, irəli sürdükləri vəsatətlərin heç biri yerinə yetirilməyib.Səlahiyyətli nümayəndəyə sadəcə bildirilib ki, video-görüntülərə baxdıq, heç bir pozunutu yoxdur.Digər tərəfdən ona bildirilib ki, DSK seçkilərin nəticələrini ləğv edəcək gücdə deyil. İddiaçı xx xxxxxx 2020-ci ildə DSK-nın qərarından MSK-ya şikayət vermişdir. Şikayətdə qeyd etdiyi pozuntuları yenidən ətraflı MSK-nın diqqətinə çatdıırmışdır. Bütün seçki məntəqələrini əhatə edən pozuntuları video fatklarla, akt və ərizələrlə sübut etsə də, MSK xx xxxxxx 2020-ci il tarixli qərarı ilə bunların əksəriyyətini diqqətə almadan, pozuntuların ortaya çıxarılmasına səbəb olacaq vəsatətlərini təmin etmədən yalnız 1 saylı seçki məntəqəs iüzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi barədə qərar çıxarmaqla kifayətlənib. 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 91 saylı Ucar seçki dairəsi üzrə qeydə alınmış namizəd İddiaçı 2020-ci il fevralın 21-də Azərbaycan Respublikasının X4 (X6) yazılı müraciət edərək həmin dairə seçki komissiyasının xx xxxxxx 2020-ci il tarixli 14/43 saylı qərarını mübahisələndirmiş və onun ləğv olunmasını, seçki dairəsi üzrə seçkilərin nəticələrinin etibarsız sayılmasını xahiş etmişdir. Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci və 112-1 -ci maddələrinə və “Azərbaycan Respublikasının X4 və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq X3 nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır. Qeydə alınmış namizəd İddiaçı müraciətində iddia edir ki, səsvermə günü digər namizəd Ramin Həsənovun xeyrinə təşviqat aparılmış, bülletenlər sayılan zaman onun xeyrinə səslər süni şəkildə artırılmış, seçki prosesini müşahidə etmək üçün müşahidəçilərə Seçki Məcəlləsinin tələblərinə əsasən səsvermə prosesinin izlənilməsi üçün yaradılan şərait qanunla nəzərdə tutulmuş tələblərə uyğun olmamış, bəzi seçki məntəqələrində seçki qutusuna topa bülletenlər atılmış, seçki dairəsinin 3, 4, 5, 6 və 41 saylı məntəqə seçki komissiyaları istisna olmaqla digərləri səsvermənin nəticələri haqqında protokolun surətini verməmişdir. Ərizəçi müraciətə mübahisələndirilən seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair 1 ədəd elektron məlumat daşıyıcısı əlavə etmişdir. Namizəd İddiaçı müraciətini onunla əsaslandırır ki, yuxarıda qeyd olunanlarla əlaqədar 91 saylı X10 dairə seçki komissiyasına müraciət etmiş, şikayət komissiya tərəfindən araşdırılmış, dairə seçki komissiyasının müvafiq qərarı ilə onun müraciəti əsassız hesab edilərək təmin olunmamışdır. Araşdırma prosesində ərizəçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması ona izah edilmiş və ərizəçinin Komissiyanın iclasında iştirakı təmin edilmişdir. Həmçinin, dairə seçki komissiyasının mübahisələndirilən qərarı və digər sənədlər araşdırma materiallarına əlavə edilmişdir. 91 saylı X10 dairə seçki komissiyası qərarını onunla əsaslandırmışdır ki, müraciətdə adı çəkilən seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları ilə bağlı iddialar öz təsdiqini tapmadığından, səsvermənin keçirilməsi və ya səsvermənin nəticələrinin hesablanması zamanı həmin seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları aşkarlanmadığından qeydə alınmış namizəd İddiaçı müraciəti əsassız hesab olunaraq təmin edilməməlidir. Dairə seçki komissiyası bu qərarı çıxararkən xüsusilə ona diqqət yetirmişdir ki, səsvermə günü baş verməsi iddia olunan hər hansı qanun pozuntuları ilə bağlı müvafiq seçki komissiyasına heç bir müraciət daxil olmamışdır. Araşdırma zamanı qeydə alınmış digər namizədlərdən, müxtəlif siyasi partiyaları təmsil edən digər müşahidəçilərdən və adıçəkilən məntəqə seçki komissiyalarının üzvlərindən alınmış izahatlarla müəyyən edilmişdir ki, səsvermə günü mübahisələndirilən seçki məntəqələrinin əksəriyyətində baş verməsi iddia edilən qanun pozuntuları təsdiqini tapmamış, seçicilər sərbəst şəkildə səs verərək öz iradələrini ifadə etmiş, məntəqə seçki komissiyasının səsvermənin nəticələrinə dair yekun protokolu Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib olunmuş, maraqlı seçki subyektlərinə verilmiş və bu baxımdan dairə seçki komissiyası düzgün nəticəyə gəlsə də, 1 saylı seçki məntəqəsi üzrə dairə seçki komissiyasının gəldiyi nəticə düzgün hesab edilməməlidir. Araşdırma ilə əlaqədar təqdim olunmuş materialların araşdırılması nəticəsində 1 saylı seçki məntəqəsində bu və ya digər formada seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntu müəyyən edilmişdir. Göstərilənlərə əsasən müraciətlərin qismən təmin edilməsi, dairə seçki komissiyasının qərarının 1 saylı seçki məntəqəsinə aid hissədə ləğv edilməsi, seçki dairəsinin həmin seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yaranmışdır. Yuxarıda qeyd olunanlarla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən 1 saylı seçki məntəqəsi istisna olmaqla sadalanan həmin hüquq pozuntuları ilə bağlı həm iddiaçının özü, həm də seçki məntəqələrində müşahidəçilər qismində iştirak edən nümayəndələrin şikayətləri və həmin şikayətlərin nəticələri barədə məhkəmə kollegiyasına hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının irəli sürdüyü dəlillər ehtimal xarakteri daşıdığına və göstərdiyi dəlillər yalnız mülahizə xarakterli olduğuna görə iddia tələbi əsassızdır. Həmin məsələ ilə bağlı Seçki Məcəlləsinin: 101.1-ci maddəsinə əsasən referendum və prezident seçkiləri zamanı seçicilərə vahid dairə üzrə səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsi verilə bilər. 101.2. Səsvermə günü seçicilər siyahısına daxil edilmiş, seçki məntəqəsində səs vermək imkanı olmayan seçici müvafiq dairə seçki komissiyasında (səsvermə gününə 45- 25 gün qalmış) və ya məntəqə seçki komissiyasında (səsvermə gününə 24-3 gün qalmış) səsvermə vəsiqəsini ala bilər və həmin vəsiqə əsasında səsvermə günü olduğu ərazidəki seçki məntəqəsində səs verə bilər. Bu qayda Milli Məclisə seçkilər zamanı müvafiq seçki dairəsinin ərazisində, prezident seçkiləri və referendum zamanı respublikanın bütün ərazisində, bələdiyyə seçkilərində isə müvafiq bələdiyyənin ərazisində tətbiq edilir. Bundan əlavə iddiaçının irəli sürdüyü dəlilləri təsdiq etmək üçün 1 saylı seçki məntəqəsi istisna olmaqla digər seçki məntəqələrində seçki zamanı baş verən pozuntu ilə bağlı qeyd etdiyi hallara münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlarda bu faktların mövcudluğunu müəyyən etmək mümkün deyil. Məhəmə kollegiyası tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş video və digər materiallara baxış keçirilmiş və müəyyən edilmişdir ki, qeyd edilən görüntülərdə çəkilişin hansı seçki məntəqələrində aparılması, seçki məntəqələrinin ümumi görüntüləri, mübahisə, müzakirə, eyni zamanda, səsvermə hüququndan istifadə edilməyə imkan verilməyən hallarla bağlı verilən şərhlər, əsasən çəkiliş aparan şəxslərin ehtimalları olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların irəli sürdüyü dəlillər ehtimal xarakteri daşıyır və həmin pozuntuları təsdiq edə biləcək faktlar mövcud deyil, eyni zamanda çəkilişdə müsahibə verilmiş şəxslərin səsverməyə imkan verilməməsi və ya şəxslərin təkrar səsverməyə buraxılması ilə bağlı irəli sürdüyü dəlilər də əsassızdır. Belə ki, qeyd edilən şəxslərin özləri bununla bağlı aidiyyəti dairə seçki komissiyasına, X4 və prokurorluq orqanlarına müraciət etmək hüquqları olmuş, həmin şəxslər bununla bağlı aidiyyəti üzrə müraciət edə bilərlər. Belə ki, məhkəmə bütün sübutların mümkünlük dərəcəsini araşdırmaqla, həmin sübutlara digər sübutlarla birlikdə araşdırıb qiymət verməlidir. Seçki qanunveriicliyi üzrə hər bir seçicinin qeydiyyatdan keçməsi anından başlayaraq səslərin hesablanmasına kimi ciddi proseduralarla müəyyən edilmiş sənədləşmə aprılmalı olan bir prosesdir. Əgər iddiaçıların irəli sürdüyü dəlillər ehtimallara əsaslanırsa, konkret olaraq belə bir faktı təsdiq edə biləcək əsaslı sübut yoxdursa, məhkəmə kollegiyası həmin faktı mövcud olmayan fakt kimi dəyərləndirməlidir. İddiaçının tələblərinə münasibətdə qeyd edilməlidir ki, Seçki Məcəlləsinin: 104.5-ci maddəsinə əsasən seçkilər günü saat 7.50-də məntəqə seçki komissiyasının sədri seçki məntəqəsini açıq elan edir, seçki komissiyasının üzvlərinə, orada olan seçicilərə, müşahidəçilərə boş seçki qutularını göstərib kilidləyir, saat 8.00-da səsvermənin başlandığını elan edir. 104.11-ci maddəsinə əsasən seçki qutuları məntəqə seçki komissiyası üzvlərinin və müşahidəçilərin maneəsiz müşahidə edə bildikləri yerdə qoyulmalıdır. 104.12-ci maddəsinə əsasən məntəqə seçki komissiyasının sədri səsvermə yerində qayda-qanuna nəzarət edir. Onun sərəncamları səsvermə otağında olan şəxslər üçün məcburidir. Məntəqə seçki komissiyasının sədri seçki məntəqəsində olmadıqda onu məntəqə seçki komissiyasının katibi və ya komissiyanın bu vəzifələr həvalə olunmuş üzvü əvəz edir. 104.13-cü maddəsinə əsasən seçicinin öz iradəsini ifadə etməsinə təsir göstərməyə cəhd edən və ya gizli səsverməni pozan məntəqə seçki komissiyasının üzvü müvafiq akt tərtib edilməklə işindən kənarlaşdırılır, bu Məcəllənin 40.2-ci və 40.4-cü maddələrində göstərilən şəxs isə təxirə salınmadan otaqdan çıxarılır. Bu barədə məntəqə seçki komissiyası qərar qəbul edir. Təsirə məruz qalan seçici səs verməyibsə, onun səs verməsinə yol verilmir, seçki bülleteni ondan alınır və etibarsız sayılır. 104.14-cü maddəsinə əsasən seçki məntəqəsində səsvermədə iştirak edən seçicilərdən, məntəqə seçki komissiyasının üzvlərindən, bu Məcəllənin 40.2-ci və 40.4-cü maddələrində nəzərdə tutulanlardan başqa digər şəxslər olmamalıdırlar. Səsvermədə seçici kimi iştiraketmə halları istisna edilməklə, dövlət orqanlarının vəzifəli şəxslərinin olması qadağandır. Hüquq mühafizə orqanlarının işçiləri məntəqədə asayişin bərpa edilməsi məqsədi ilə, məntəqə seçki komissiyasının sədri tərəfindən seçki məntəqəsinə dəvət oluna bilərlər və öz vəzifələrini icra etdikdən sonra seçki məntəqəsini dərhal tərk etməlidirlər. Hüquq mühafizə orqanının işçisi səsvermə zamanı səsvermə otağında olduqda səsvermə dayandırılır. Səsvermə zamanı asayişi bərpa etmək 6 saatdan artıq mümkün olmazsa, dairə seçki komissiyasının qərarı ilə seçki məntəqəsi bağlanır. Belə seçki məntəqələrində səsvermə etibarsız sayılır. 106.1-ci maddəsinə əsasən səsvermə müddəti başa çatdıqda məntəqə seçki komissiyasının sədri ucadan elan edir ki, «yalnız seçki bülleteni almış və səsvermə otağında olan seçicilər səs verə bilərlər». Bu zaman təmin olunmalıdır ki, yalnız bu elanadək səsvermə otağında növbəyə dayanmış seçicilər səs versinlər. Seçki qutuları açılmamışdan əvvəl, istifadə edilməmiş seçki bülletenləri səsvermə otağındakı müşahidəçilərin müşahidəsi ilə məntəqə seçki komissiyasının üzvləri tərəfindən sayılır və ləğv edilir. Həmin seçki bülletenlərinin sayı elan edilir və səsvermənin yekun protokolunda qeyd olunur. Seçki bülleteni almış seçicilərin imzalarının sayı səsvermənin yekun protokoluna daxil edilir. Eyni zamanda, səsvermə vəsiqəsi ilə səs verən və ayrıca seçki məntəqəsindən kənarda, daşınan seçki qutusundan istifadə etməklə səs verən seçicilərin sayı yekun protokolunda göstərilir. Bundan sonra məntəqə seçki komissiyasının sədri seçki qutularının kilidlərinin (daşınan seçki qutusunda isə həmçinin yarığın üzərindəki möhürün) salamatlığını yoxlayır, məntəqə seçki komissiyasının üzvlərini və müşahidəçiləri bununla əyani surətdə tanış edərək seçki qutularını açır. 106.2-ci maddəsinə əsasən seçki qutuları növbə ilə açılır: əvvəlcə daşınan seçki qutusu, sonra isə daşınmaz seçki qutuları. İlk növbədə daşınan seçki qutusundakı bülletenlər sayılır. Onların sayı səsvermə otağından kənarda səs verilməsi üçün seçicilərin verdikləri ərizələrin sayından çox olmamalıdır. Daşınan seçki qutusu üzrə səslər hesablanarkən bülletenlərin ümumi sayı verilmiş ərizələrin sayından (bülleten alan seçicilərin ümumi sayından) çox olarsa, daşınan seçki qutusundakı bütün səslər məntəqə seçki komissiyasının qərarı ilə etibarsız sayılır. Bu barədə akt səsvermə otağından kənarda səsvermənin keçirilməsini təmin edən məntəqə seçki komissiyası üzvlərinin soyadları göstərilməklə səsvermənin yekun protokoluna əlavə olunur. Qeyd edilən hüquq normalarının tələblərinə görə MSK tərəfindən aparılmış araşdırma zamanı iddiaçının pozuntu baş verən dairələrdə qeyd etdiyi faktlar öz əksini tapmamışdır. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, MSK tərəfindən şikayət üzrə tam və hərtərəfli araşdırma aparılmış, Seçki Məcəlləsinin müddəalarına uyğun olaraq əsaslı və qanuni qərarlar qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının irəli sürdüyü dəlillər əsaslı olmadığından, aparılmış araşdırma nəticəsində qeyd edilən seçki dairələrində pozuntu hallarının baş verməsi faktı sübuta yetirilmədiyindən iddia təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh X1rşı “X3 xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi, 91 saylı X9 seçkilərin nəticələrinin etibarsız hesab edilməsi, Seçki pozuntularına yol verən MnSK üzvləri haqqında müvafiq addımların atılması, MnSK üzvü kimi fəaliyyətlərinə xitam verilməsi, əməlləri cinayət tərkibi yaradan MnSK üzvləri, seçki pozuntularında əli olan və rol alan seçicilər, eləcə də seçicilərin seçki pozuntularında iştirak etməsində əsas rol oynayan inzibati orqanların rəhbərlərinin məsuliyyətə cəlb olunması üçün müvafiq Prokurorluğa müraciət edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 3 gün müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-3(107)-18/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(107)-18/2020
03.03.2020 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver