Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-3(107)-8/2020 26.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mübariz Rahil oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X2rşı 113 saylı Şəki şəhər seçki dairəsi üzrə 1, 2, 4, 6, 7, 8, 13, 14, 16, 19, 21, 24, 25, 28, 29 saylı seçki məntəqələri üzrə x xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisinə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi, 113 saylı Şəki şəhər seçki dairəsi üzrə x xxxxxx 2020-ci il Azərbaycan Respublikası Milli Məclisinə səsvermənin nəticələrinin etibarsız sayılması barədə qərar qəbul edilməsi, MSK-nın xx xxxxxx 2020-ci il tarixli 31/380 nömrəli qərarının iddiaçının şikayətinin təmin edilməməsi hissəsində ləğv edilməsi barədə iddiasına açıq məhkəmə iclasında baxaraq bu qərarı qəbul etdi. Təsviri hissə İddiaçı 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 113 saylı Şəki şəhər seçki dairəsi üzrə qeydə alınmış namizəddir. İddiaçı113 saylı Şəki şəhər seçki dairəsinə müraciət edərək həmin seçki dairəsinin əksər seçki məntəqələrində səsvermə günü baş vermiş qanun pozuntularının araşdırılmasını xahiş etmişdir. Qeyd edilən 113 saylı Şəki şəhər seçki dairəsi şikayətçinin tələbləri üzrə araşdırma aparmış və xx xxxxxx 2020-ci il tarixli 63/150 nömrəli qərarı ilə İddiaçı müraciəti əsassız hesab edilərək təmin olunmamışdır. İddiaçı qeyd edilən qərardan MSK-ya müraciət etmiş, MSK-nın xx xxxxxx 2020-ci il tarixli 31/380 nömrəli qərarı ilə 113 saylı Şəki şəhər seçki dairəsi üzrə qeydə alınmış namizəd İddiaçı xx xxxxxx 2020-ci il tarixli 335 saylı müraciəti əsassız olduğundan təmin edilməməsi, X7 xx xxxxxx 2020-ci il tarixli 63/150 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı113 saylı Şəki şəhər seçki dairəsi üzrə 1, 2, 4, 6, 7, 8, 13, 14, 16, 19, 21, 24, 25, 28, 29 saylı seçki məntəqələri üzrə x xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisinə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi, 113 saylı Şəki şəhər seçki dairəsi üzrə x xxxxxx 2020-ci il Azərbaycan Respublikası Milli Məclisinə səsvermənin nəticələrinin etibarsız sayılması barədə qərar qəbul edilməsi, MSK-nın xx xxxxxx 2020-ci il tarixli 31/380 nömrəli qərarının iddiaçının şikayətinin təmin edilməməsi hissəsində ləğv edilməsi tələbi ilə Şəki Apelyasiya Məhkəməsinə müraciət etmişdir. İddia tələbinin mahiyyəti İddiaçı tələbini onunla əsaslandırmışdır ki, x xxxxxx 2020-ci ilə təyin edilmiş Milli Məclisə seçkilərdə deputatlığa namizədliyi 113 saylı Şəki şəhər seçki dairəsindən X7 müvafiq qərarı ilə qeydə alınmışdır. Təşviqat dönəmində rəqibi hakim Yeni Azərbaycan Partiyasının namizədi X3 xeyrinə inzibati resurslardan istifadə edərək dairə ərazisində yerləşən dövlət məktəb, uşaq baxçası və digər müəssisələrinə tapşırıq verilməklə adamlar yığılmışdır. Bu səbəbdən hesab edir ki, təşviqat dönəmində onlar və rəqibi İsgəndərov Vüqarla qeyri-bərabər imkanlardan istifadə etmişlər, həmçinin seçki prosesinə dövlət qurumlarının müdaxiləsi baş vermişdir. Bununla bərabər qərəzsiz idarə edilən seçkilərdə iştirak hüquqları pozulmuşdur. Müstəqil qurumların monitorinqi nəticəsində ortaya çıxmış iştirakçılıq faizi rəsmi açıqlanan rəqəmlərdən fərqli olmuşdur. X5 rəsmi məlumatlarında 113 saylı Şəki şəhər seçki dairəsi üzrə iştirakçılıq 51.79 % göstərilsə də, müstəqil müşahidəçilərin rəyinə əsasən ölkə üzrə 14.87 % təşkil etmişdir. Səsvermə günü isə açıqaşkar ədalətsiz seçki keçirilmişdir. Belə ki, seçici aktivliyi aşağı olsa da, seçki qutularına hakimiyyət namizədinin xeyrinə əlavə bülletenlərin atılması və “karusel” üsulu ilə qrup halında şəxslərin seçki məntəqəsinə gətirilməsi və seçicilərin bir neçə seçki məntəqəsində, həmçinin bir çoxlarının ümumiyyətlə dairəyə və ya məntəqəyə aid olmadığı halda səs verməsinə nail olunması hesabına seçici aktivliyi süni şəkildə rəsmi olaraq artırılmışdır. Seçki prosesini müşahidə etmək üçün müşahidəçilərə Seçki Məcəlləsinin tələblərinə əsasən səsvermə prosesinin izlənilməsi üçün yaradılan şərait qanunla nəzərdə tutulmuş tələblərə uyğun olmamışdır. Müşahidə üçün nəzərdə tutulmuş yerlərdən isə müşahidəçilərin səsvermə prosesini tam və dəqiq müşahidə etməsi mümkün deyildir. Belə ki, müşahidəçilər səsverməyə gəlmiş seçicilərin barmaqlarının necə yoxlanmasını, həmin şəxslərin məntəqə ərazisində yaşayan seçicilər olub-olmamasını, daha sonra səslərin sayılması zamanı, bülletenlərin düzgün sayılıb-sayılmamasını müşahidə edə bilmirdilər. Çünki müşahidəçilərin olduğu yerdən nə bülletenlərin sayını, nə bülletenlərdə olan məlumatları (kimə səs verilməsini, etibarlılığını) müəyyən etmək mümkün deyildi. Bir çox məntəqə seçki komissiyaları saydıqları bülletenləri səsli şəkildə müşahidəçilərə elan etmirdilər. Bir çox məntəqədə barmaqlarının yoxlanması ümumiyyətlə səsvermə zalından və müşahidəçilərin görmə imkanından kənarda idi. Yeni nəsil şəxsiyyət vəsiqələrini yoxlamaq üçün nəzərdə tutulan aparatlar bir çox məntəqələrdə işləmirdi. 27 saylı seçki məntəqəsində (13 və 14 saylı məntəqələrdən başqa) topa bülletenlərin atılması faktları olmuşdur, 19 saylı məntəqədə komissiya üzvü X12, 28 saylı məntəqədə seçicinin topa büllüten atması videoya alınmış, 21, 25 saylı məntəqələrdə müşahidəçilər Cavid Əliyev, 16 saylı məntəqədə Sracəddin İsmayılov, 24 saylı məntəqədə Elnur Abdullayev təzyiqlərə məruz qalmış, təhdid olunmuş, məntəqələrdən uzaqlaşdırılmışlar. Bununla əlaqədar Şəki ŞRPŞ-nin rəis müavini Maqsud (**********) və cinayət axtarış bölməsinin rəisi İlham Məmmədovdan(**********) mobil nömrəmə zənglər daxil olmuşdur. 13 saylı məntəqədə səslərin pis sayılmasına müşahidəçilər və namizəd Etibar Lətifovun etirazlarına görə məntəqəyə DSK-nın katibi Məmmədnuru Əzizov gəlmiş və səslər yenidən sayılmışdır. Əvvəlki nəticə Vüqar İsgəndərov 148, Etibar Lətifov 83, İddiaçı 36, yenidən sayıldiqdan sonra Vüqar 109, Etibar 133, Razim 54 səs topladığı bəlli olmuşdur. Səssayma prosesində 20-25 dəqiqəlik fasilə yarananda MnSK sədri bülletenləri öz otağına aparmış, səssayma prosesi dayandırılmış və digər qapısı olan həmin otağa heç bir müşahidəçi buraxılmamışdır. 24 saylı məntəqədə V.İsgəndərovun vəkili, həm də bacısı oğlu Orxan Cəfərov müşahidəçi Cavid Əliyevi çölə çağırıb ona hücum çəkmişdir. Seçicilərin hər bir məntəqədə topa büllütenləri atma halları olmuş və seçici özü topa bülletenə və saxtakarlığa etiraz olaraq faktı səsvermə kabinəsində videoya çəkmişdir. Bütün məntəqədələrdə toplu şəklində idarə olunaraq müxtəlif məntəqələrdə səs verən və qeydiyyatda olmayan şəxslər gətirilib səs verilməsinə icazə verilmişdir. Əsgərlər 19 və 25 saylı məntəqələrin hər ikisində kütləvi şəkildə səs vermişlər. 6 saylı məntəqənin 20 metrliyində, 4 və 29 saylı məntəqələrin içərisində polis vardı. Bütün məntəqələrdə səslərin sayılmasında müşahidəçilər bülletenlərdə səs verilən namizədin adını həddindən artıq uzaq məsafədən (4-7 metr) müşahidə etməyə məcbur edilmişlər. İrad bildirənlər məntəqədən uzaqlaşdırılmışlar. 21 saylı məntəqədə seçici siyahısında olan seçicilərin sayı səsvermə başlamazdan əvvəl elan olunmamışdır. 16 saylı məntəqədəki müşahidəçi beynəlxalq müşahidəçilərin suallarına cavab verdiyi üçün məntəqədən qovulmuşdur. Bütün məntəqələrdə bülletenlərin yarısı digər otaqlarda saxlanılmışdır. Qeyd edilən hallarla əlaqədar olaraq 113 saylı Şəki şəhər seçki dairəsi üzrə X13 xx xxxxxx 2020-ci il tarixində 63/150 nömrəli qərarında baş vermiş pozuntuları obyektiv araşdırmamış və faktiki pozuntulara qanunvericiliyin tələblərinə uyğun tədbir görməkdən imtina etmişdir. Seçki Məcəlləsinin tələblərinə uyğun tərtib edilmiş pozuntularla bağlı akt məntəqə seçki komissiyası tərəfindən məntəqədə yekun protokol tərtib edilərkən qeydiyyata alınmadığı üçün hüquqi əsası olmayan sənəd kimi qiymətləndirilmişdir. Eyni zamanda araşdırma üçün aktların surətini təqdim etdiyi halda X8 araşdırma zamanı onlardan aktların əsillərinin istənilməsi və guya onların aktların əsillərini təqdim etmədiklərini əsas gətirərək aktların surəti sübut kimi qəbul edilməmişdir. Müşahidəçi kimi qeydiyyatdan keçmiş və seçki günü müşahidəçilik işinin təşkilində onlara kömək edən Cavid Əliyev və Elnur Abdullayevə edilmiş təziqlə bağlı göstərdikləri faktları araşdırarkən DSK bu şəxslərdən izahat almamış, hadisənin olub olmamasını başqa şəxsin izahatı əsasında qiymətləndirmişdir. Təqdim etdikləri video görüntülərdə açıq-aşkar görünən pozuntu faktları qiyəmtləndirilərkən təhrif edilmiş və qərar qəbul edilərkən qərəzli yanaşılmışdır. Qərarın digər hissələrində də göstərilən pozuntularla bağlı araşdırma aparılarkən müvafiq komissiya işdə qərəzliliyi şübhə doğura biləcək şəxslərdən izahat almış və bu izahatları mötəbər sübut kimi təqdim etmişdir. Ümumiyyətlə AR SM-in 112-1-ci maddəsinin tələbinə uyğun olaraq qərar əsaslandırılmamışdır. Araşdırma prosesində onun iştirakı təmin edilməmişdir. Ekspertin rəyi təqdim olunmamış və müdafiə imkanı yaradılmamışdır. İclasda əlavə faktları təqdim etmək, şikayətinı əsaslandırmaq imkanı verilməmişdir. MSK-nın qərarında şikayətdə bildirilən hallara ətraflı toxunulmamış və şikayətin əsassız olması qərarına gəlinmışdir. MSK-nın qərarı DSK-nın qərarının təkrarıdır və araşdırılmasını tələb etdiyi hallar baxılmamış saxlanılmışdır. MSK qərarında izahatı DSK tərəfindən izahatı alınmış şəxslərin mövqeyinin mötəbər sübut kimi qəbul edilməsi ağlabatan deyil. Onların nəyə görə əsas kimi qəbul edilməməsi izah olunmamışdır. Təqdim olunan video materiallara və aktlara qiymət verilməmişdir. Ümumiyyətlə AR SM-in 112-1-ci maddəsinin tələbinə uyğun olaraq qərar əsaslandırılmamışdır. Araşdırma prosesində iştirakı təmin edilməmişdir. Ekspertin rəyi sonradan təqdim olunmuş və müdafiə imkanı yaradılmamışdır. İclasa çağrılsa da, orada çıxış etmək imkanı verilməmişdir. Onlara yalnız qərar təqdim edilmişdir. Əlavə faktları təqdim etmək, şikayəti əsaslandırmaq imkanı verilməmişdir. AR MSK-nın qərarı ümumiyyətlə və əksərən DSK-nın qərarını və AR MSK-nın nəzdində yaradılmış ekspert qrupunun üzvünün rəyini təkrarlayır. İşdə iştirаk edən şəxslərin izаhаtlаrı Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək 113 saylı Şəki şəhər seçki dairəsi üzrə 1, 2, 4, 6, 7, 8, 13, 14, 16, 19, 21, 24, 25, 28, 29 saylı seçki məntəqələri üzrə x xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisinə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi, 113 saylı Şəki şəhər seçki dairəsi üzrə x xxxxxx 2020-ci il Azərbaycan Respublikası Milli Məclisinə səsvermənin nəticələrinin etibarsız sayılması barədə qərar qəbul edilməsi, MSK-nın xx xxxxxx 2020-ci il tarixli 31/380 nömrəli qərarının iddiaçının şikayətinin təmin edilməməsi hissəsində ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh X10 nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin tələb edilən müvafiq sənədləri elektron poçt vasitəsilə məhkəməyə təqdim etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan hazırkı işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icraatı zamanı təqdim edilmiş sübutlara əsaslanılmış və həmin sübutlar iş materiallarına əlavə edilmişdir. Onlara DSK-nın xx.xx.2020-ci il tarixli 62/150 nömrəli qərarı, DSK-nın xx.xx.2020-ci il tarixli rəyi, iddiaçının MSK-ya ünvanladığı şikayət ərizəsi, MSK-nın xx.xx.2020-ci il tarixli 31/380 nömrəli qərarı və digər sənədlər daxildir. Əsaslandırma hissəsi İPM-in 130.1-ci maddəsinə əsasən seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apelyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. Seçki Məcəlləsinin: 112.1. Seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. 112.2. Bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər. 112.3. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, X7 qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) X6, X5 qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apelyasiya instansiyası məhkəməsinə şikayət edə bilərlər. İPM-in 130.2-ci maddəsinə əsasən seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. MSK-nın xx.xx.2020-ci il tarixli qərarının şikayətin təmin edilməməsi hissəsində ləğv edilməsi tələb edilən hazırkı şikayət (ərizə) Şəki Apelyasiya Məhkəməsinə xx.xx.2020-ci il tarixdə qəbul edilmiş, iddiaçı şikayət vermək üçün qanunda müəyyən müddəti ötürməmişdir. Məhkəmə kollegiyası belə vəziyyətdə hesab edir ki, qeyd edilən əsaslara görə iddia mümkün iddiadır. 113 saylı Şəki şəhər seçki dairəsinin X13 qərarını onunla əsas-landırmışdır ki, tam, obyektiv və qərəzsiz araşdırma ilə əldə edilmiş yazılı sübutlarla müraicətdə iddia olunan hallar təkzib olunduğundan bəzi seçki məntəqələrində səsvermə zamanı baş vermiş qanun pozuntuları ilə bağlı İddiaçı şikayəti əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası MSK tərəfindən müraciətin araşdırılması ilə bağlı əldə edilmiş sübutların tədqiqi zamanı müəyyən etmişdir ki, 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 113 saylı Şəki şəhər seçki dairəsi üzrə qeydə alınmış namizəd X16 2020-ci il fevralın 20-də Azərbaycan Respublikasının X6 yazılı müraciət ünvanlayaraq həmin seçki dairəsinin əksər seçki məntəqələrində səsvermə günü baş vermiş qanun pozuntularının araşdırılmasına dair X7 xx xxxxxx 2020-ci ıl tarixli 63/150 nömrəli qərarını mübahisələndirmiş, müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir. Şikayət X5 nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır. Müraciətdə 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə seçki məntəqələrində normal müşahidəyə şərait yaradılmaması, bəzi seçicilər tərəfindən başqasının əvəzinə səsvermədə iştirak edilməsi, lider namizədin xeyrinə səslərin artırılması, müşahidəçilərə səsvermənin nəticələrinə dair protokolun surətinin təqdim edilməməsi və digər qanun pozuntularına yol verilməsini göstərərək, həmin seçki dairəsinin əksər seçki məntəqələrində səsvermə günü baş vermiş qanun pozuntularının araşdırılmasına dair X7 xx xxxxxx 2020-ci ıl tarixli 63/150 nömrəli qərarını mübahisələndirmiş, müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir. MSK tərəfindən araşdırma prosesində ərizəçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqları izah olunmuş, İddiaçı Komissiyanın iclasında iştirakı təmin edilmişdir. Araşdırmanın nəticəsi olaraq sosial şəbəkələrdə yerləşdirilən görüntülər, təqdim edilən fotoşəkillər və video materiallar nəzərdən keçirilərkən səsvermə prosesində, səslərin hesablanmasında və səsvermənin nəticələrinə dair protokolların tərtib olunmasında bu və ya digər şəkildə seçkilərin nəticəsinə təsir edə biləcək hallar müşahidə edilməmişdir. X8n mübahisələndirilən məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları alınaraq baxış keçirilmişdir. Baxış nəticəsində seçki məntəqələrinin səsvermənin nəticələrinə dair protokollarında bu və ya digər formada iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular müəyyən edilməmişdir. X13na ünvanlanan müraciətlərdə iddia edilən pozuntular əsəsən bir sıra seçki məntəqələri üzrə səsvermənin nəticələrini şübhə altına aldığından, nəticələri mübahisələndirilən seçki məntəqələri üzrə X13 tərəfindən araşdırılması aparılan hallara dair müxtəlif maraqları təmsil edən çoxsaylı müşahidəçilərdən, məntəqə seçki komissiyaları üzvlərindən, seçilməmiş namizədlər X11, Bəkirov Rüfət islam oğlu və X4 izahatlar alınmış, digər zəruri materiallar toplanılmışdır. Toplanılan dəlillərlə seçki qanunvericiliyinin tələblərinin pozulması halı təsdiqini tapmamış, İddiaçı müraciətinin təmin olunmaması barədə qərar çıxarılmışdır. İddiaçı müraciətinin təmin olunmamasına dair 113 saylı Şəki şəhər seçki dairəsi X7 xx xxxxxx 2020-ci il tarixli 63/150 nömrəli qərarı qiymətləndirilərkən müəyyən edilmişdir ki, müraciətə X13 tərəfindən qanunla nəzərdə tutulan müddətdə və qaydada baxılmış, obyektiv və qərəzsiz araşdırma aparılaraq düzgün hüquqi nəticəyə gəlinmiş və qəbul olunmuş qərar ərizəçiyə vaxtında təqdim olunmuşdur. MSK yuxarıda qeyd edilən araşdırmanın nəticəsində 113 saylı Şəki şəhər seçki dairəsi üzrə qeydə alınmış namizəd İddiaçı xx xxxxxx 2020-ci il tarixli 335 saylı müraciətinin əsassız olduğundan təmin edilməməsini, X7 xx xxxxxx 2020-ci il tarixli 63/150 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qərara almışdır. Məhkəmə kollegiyası iddiaçının dəlillərini, təqdim edilmiş sübutları və MSK-nın xx.xx.2020-ci il tarixli hazırkı tələb üzrə qərarını ətraflı araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Məhkəmə kollegiyası tərəfindən təqdim edilmiş video materiallara baxış keçirilmiş və müəyyən edilmişdir ki, qeyd edilən görüntülərdə çəkiliş aparılan 113 saylı Şəki şəhər seçki dairəsinin 19 saylı seçki məntəqəsindən görüntülər vardır. Həmin görüntülərdə qeyd edilən pozuntular öz əksini tapmamışdır. Həmçinin, iddiaçının iddia etdiyi kimi müşahidəçilərə səssayma prosesində maneçilik törədilməsi, 27 saylı seçki məntəqəsində (13 və 14 saylı məntəqələrdən başqa) topa bülletenlərin atılması faktları, 19 saylı məntəqədə komissiya üzvünün, 28 saylı məntəqədə seçicinin topa bülleten atması, 16, 21, 24, 25 saylı məntəqələrdə müşahidəçilərin təzyiqlərə məruz qalması, təhdid olunması, məntəqələrdən uzaqlaşdırılması, səssayma prosesində 20-25 dəqiqəlik fasilə yarananda MnSK sədrinin bülletenləri öz otağına aparması, səssayma prosesinin dayandırılması və digər qapısı olan həmin otağa heç bir müşahidəçinin buraxılmaması, 24 saylı məntəqədə V.İsgəndərovun vəkili, həm də bacısı oğlu Orxan Cəfərovun müşahidəçi Cavid Əliyevi çölə çağırıb ona hücum çəkməsi, seçicilərin hər bir məntəqədə topa bülletenləri atma hallarının olması, bütün məntəqədələrdə toplu şəklində idarə olunaraq müxtəlif məntəqələrdə səs verən və qeydiyyatda olmayan şəxslərin gətirilib səs verilməsinə icazə verilməsi, əsgərlərin 19 və 25 saylı məntəqələrin hər ikisində kütləvi şəkildə səs verməsi, 6 saylı məntəqənin 20 metrliyində, 4 və 29 saylı məntəqələrin içərisində polis işçilərinin olması, bütün məntəqələrdə səslərin sayılmasında müşahidəçilərin bülletenlərdə səs verilən namizədin adını həddindən artıq uzaq məsafədən (4-7 metr) müşahidə etməyə məcbur edilməsi, irad bildirənlərin məntəqədən uzaqlaşdırılması, 21 saylı məntəqədə seçici siyahısında olan seçicilərin sayının səsvermə başlamazdan əvvəl elan olunmaması, 16 saylı məntəqədəki müşahidəçinin beynəlxalq müşahidəçilərin suallarına cavab verdiyi üçün məntəqədən qovulması, bütün məntəqələrdə bülletenlərin yarısının digər otaqlarda saxlanılması barədə görüntülərə rast gəlinməmişdir. Təqdim edilmiş video görüntülərdən yalnız birində bir seçicinin iki ədəd bülleteni əldə etməsi göstərilsə də hansı seçki məntəqəsində həmin halın baş verməsi öz əksini tapmamışdır. Bununla yanaşı, 19 saylı seçki məntəqəsindən başqa video görüntülərin hansı seçki məntəqələrində çəkilməsi və iddiaçının qeyd etdiyi qanun pozuntularının iddia tələbində sadaladığı seçki məntəqələrində baş verməsi də həmin görüntülərə aparılan baxış zamanı müşahidə edilməmişdir. Bundan əlavə iddiaçı Şəki ŞRPŞ-nin rəis müavini və cinayət axtarış bölməsinin rəisi tərəfindən mobil nömrəsinə zənglər daxil olmasını iddia etsə də bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Belə ki, iddiaçının bununla bağlı aidiyyəti X13na, X6 və prokurorluq orqanlarına müraciət etmək hüququ olmuşdur. İddiaçı bununla bağlı aidiyyəti üzrə müraciət edə bilər. Həmçinin, məhkəmə kollegiyası iddia ərizəsinin müşahidəçilərə səsvermənin nəticələrinə dair protokolun surətinin təqdim edilməməsi ilə bağlı dəlilinə münasibət bildirərək qeyd edir ki, müşahidəçilərə protokolun təqdim edilməsi üçün onlar tərəfindən rəsmi müraciət edilməsi barədə və DSK tərəfindən həmin protokolun təqdim edilməməsi barədə hər hansı sübut məhkəmə kollegiyasına təqdim edilməmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının irəli sürdüyü dəlillər ehtimal xarakteri daşıdığına və göstərdiyi dəlillər yalnız mülahizə xarakterli olduğuna görə iddia tələbi əsassızdır. Belə ki, məhkəmə bütün sübutların mümkünlük dərəcəsini araşdırmaqla, həmin sübutlara digər sübutlarla birlikdə araşdırıb qiymət verməlidir. Seçki qanunvericiliyi üzrə hər bir seçicinin qeydiyyatdan keçməsi anından başlayaraq səslərin hesablanmasına kimi ciddi prosedurlarla müəyyən edilmiş sənədləşmə aparılmalı olan bir prosesdir. Əgər iddiaçının irəli sürdüyü dəlillər ehtimallara əsaslanırsa, konkret olaraq belə bir faktı təsdiq edə biləcək əsaslı sübut yoxdursa, məhkəmə kollegiyası həmin faktı mövcud olmayan fakt kimi dəyərləndirməlidir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən 113 saylı Şəki şəhər seçki dairəsi üzrə X7 xx xxxxxx 2020-ci il tarixində 63/150 nömrəli qərarında baş vermiş pozuntularla bağlı məhkəmə kollegiyasına hər hansı sübut təqdim etmədiyindən iddia tələbinin həmin dəlilləri də əsassız hesab edilməlidir. İddiaçının tələblərinə münasibətdə qeyd edilməlidir ki, Seçki Məcəlləsinin: 104.5-ci maddəsinə əsasən seçkilər günü saat 7.50-də məntəqə seçki komissiyasının sədri seçki məntəqəsini açıq elan edir, seçki komissiyasının üzvlərinə, orada olan seçicilərə, müşahidəçilərə boş seçki qutularını göstərib kilidləyir, saat 8.00-da səsvermənin başlandığını elan edir. 104.11-ci maddəsinə əsasən seçki qutuları məntəqə seçki komissiyası üzvlərinin və müşahidəçilərin maneəsiz müşahidə edə bildikləri yerdə qoyulmalıdır. 104.12-ci maddəsinə əsasən məntəqə seçki komissiyasının sədri səsvermə yerində qayda-qanuna nəzarət edir. Onun sərəncamları səsvermə otağında olan şəxslər üçün məcburidir. Məntəqə seçki komissiyasının sədri seçki məntəqəsində olmadıqda onu məntəqə seçki komissiyasının katibi və ya komissiyanın bu vəzifələr həvalə olunmuş üzvü əvəz edir. 104.13-cü maddəsinə əsasən seçicinin öz iradəsini ifadə etməsinə təsir göstərməyə cəhd edən və ya gizli səsverməni pozan məntəqə seçki komissiyasının üzvü müvafiq akt tərtib edilməklə işindən kənarlaşdırılır, bu Məcəllənin 40.2-ci və 40.4-cü maddələrində göstərilən şəxs isə təxirə salınmadan otaqdan çıxarılır. Bu barədə məntəqə seçki komissiyası qərar qəbul edir. Təsirə məruz qalan seçici səs verməyibsə, onun səs verməsinə yol verilmir, seçki bülleteni ondan alınır və etibarsız sayılır. 104.14-cü maddəsinə əsasən seçki məntəqəsində səsvermədə iştirak edən seçicilərdən, məntəqə seçki komissiyasının üzvlərindən, bu Məcəllənin 40.2-ci və 40.4-cü maddələrində nəzərdə tutulanlardan başqa digər şəxslər olmamalıdırlar. Səsvermədə seçici kimi iştiraketmə halları istisna edilməklə, dövlət orqanlarının vəzifəli şəxslərinin olması qadağandır. Hüquq mühafizə orqanlarının işçiləri məntəqədə asayişin bərpa edilməsi məqsədi ilə, məntəqə seçki komissiyasının sədri tərəfindən seçki məntəqəsinə dəvət oluna bilərlər və öz vəzifələrini icra etdikdən sonra seçki məntəqəsini dərhal tərk etməlidirlər. Hüquq mühafizə orqanının işçisi səsvermə zamanı səsvermə otağında olduqda səsvermə dayandırılır. Səsvermə zamanı asayişi bərpa etmək 6 saatdan artıq mümkün olmazsa, X7 qərarı ilə seçki məntəqəsi bağlanır. Belə seçki məntəqələrində səsvermə etibarsız sayılır. 106.1-ci maddəsinə əsasən səsvermə müddəti başa çatdıqda məntəqə seçki komissiyasının sədri ucadan elan edir ki, «yalnız seçki bülleteni almış və səsvermə otağında olan seçicilər səs verə bilərlər». Bu zaman təmin olunmalıdır ki, yalnız bu elanadək səsvermə otağında növbəyə dayanmış seçicilər səs versinlər. Seçki qutuları açılmamışdan əvvəl, istifadə edilməmiş seçki bülletenləri səsvermə otağındakı müşahidəçilərin müşahidəsi ilə məntəqə seçki komissiyasının üzvləri tərəfindən sayılır və ləğv edilir. Həmin seçki bülletenlərinin sayı elan edilir və səsvermənin yekun protokolunda qeyd olunur. Seçki bülleteni almış seçicilərin imzalarının sayı səsvermənin yekun protokoluna daxil edilir. Eyni zamanda, səsvermə vəsiqəsi ilə səs verən və ayrıca seçki məntəqəsindən kənarda, daşınan seçki qutusundan istifadə etməklə səs verən seçicilərin sayı yekun protokolunda göstərilir. Bundan sonra məntəqə seçki komissiyasının sədri seçki qutularının kilidlərinin (daşınan seçki qutusunda isə həmçinin yarığın üzərindəki möhürün) salamatlığını yoxlayır, məntəqə seçki komissiyasının üzvlərini və müşahidəçiləri bununla əyani surətdə tanış edərək seçki qutularını açır. 106.2-ci maddəsinə əsasən seçki qutuları növbə ilə açılır: əvvəlcə daşınan seçki qutusu, sonra isə daşınmaz seçki qutuları. İlk növbədə daşınan seçki qutusundakı bülletenlər sayılır. Onların sayı səsvermə otağından kənarda səs verilməsi üçün seçicilərin verdikləri ərizələrin sayından çox olmamalıdır. Daşınan seçki qutusu üzrə səslər hesablanarkən bülletenlərin ümumi sayı verilmiş ərizələrin sayından (bülleten alan seçicilərin ümumi sayından) çox olarsa, daşınan seçki qutusundakı bütün səslər məntəqə seçki komissiyasının qərarı ilə etibarsız sayılır. Bu barədə akt səsvermə otağından kənarda səsvermənin keçirilməsini təmin edən məntəqə seçki komissiyası üzvlərinin soyadları göstərilməklə səsvermənin yekun protokoluna əlavə olunur. Qeyd edilən hüquq normalarının tələblərinə görə MSK tərəfindən aparılmış araşdırma zamanı iddiaçının pozuntu baş verən məntəqələrdə qeyd etdiyi faktlar öz əksini tapmamış, MSK-nın müvafiq qərarı ilə həmin hallar təkzib edilmişdir. Beləliklə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, MSK tərəfindən şikayət üzrə tam və hərtərəfli araşdırma aparılmış, Seçki Məcəlləsinin müddəalarına uyğun olaraq əsaslı və qanuni qərar qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının irəli sürdüyü dəlillər əsaslı olmadığından, aparılmış araşdırma nəticəsində qeyd edilən məntəqələrdə pozuntu hallarının baş verməsi faktı sübuta yetirilmədiyindən iddia təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası X2rşı 113 saylı Şəki şəhər seçki dairəsi üzrə 1, 2, 4, 6, 7, 8, 13, 14, 16, 19, 21, 24, 25, 28, 29 saylı seçki məntəqələri üzrə x xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisinə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi, 113 saylı Şəki şəhər seçki dairəsi üzrə x xxxxxx 2020-ci il Azərbaycan Respublikası Milli Məclisinə səsvermənin nəticələrinin etibarsız sayılması barədə iddiası təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 3 gün müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-3(107)-8/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(107)-8/2020
26.02.2020 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver