Məhkəmə qərarları › İş №2(3-6)-2869/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2869/2026

03.09.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2869/2026 03.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh “X1 Elmi Tədqiqat İnstitutu” PHŞ-nə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:işə bərpa, müddətli əmək müqaviləsi) Hakimlər Bəhrəmzadə Sabit Xanlar oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdeh “X1 Elmi Tədqiqat İnstitutu” X3 nümayəndəsi X5 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh “X1 Elmi Tədqiqat İnstitutu” PHŞ-nə qarşı “işə bərpa və sair” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. ##.##.2025-ci il tarixli, ***-K nömrəli Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “X1 Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxsi tərəfindən qəbul edimiş əmrə əsasən İddiaçı Zahid oğlu - Xəzər dənizinin problemləri sektorunun aparıcı elmi işçisi ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən ##.##.2025-ci il tarixindən əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar xitam verilməsi və ##.##.2025-ci il tarixindən ##.##.2025-ci il tarixinədək olan iş dövrü üçün istifadə edilməmiş əsas məzuniyyətinə görə 16 (on altı) təqvim günü pul əvəzinin ödənilməsi əmr edilmişdir.

2. ##.##.2026-cı il tarixli İddiaçı əmək müqaviləsinin uzadılması ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “X1 Elmi Tədqiqat İnstitutu” X2 etdiyi müraciətdə ##.##.2025-ci il tarixində, əvvəlcədən hər hansı yazılı və ya şifahi xəbərdarlıq edilmədən, insan resursları şöbəsi tərəfindən ona əmək müqaviləsinə xitam verildiyi və müddətinin uzadılması bildirilmişdir.

3. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “X1 Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxsi tərəfindən iddiaçının ##.##.2026-cı il tarixli müraciətinə cavab olaraq ünvanlanmış ##.##.2026-cı il tarixli, *-**-*/*-R-**/**** nömrəli məktubda qeyd edilmişdir ki, araşdırmanın nəticəsi olaraq bildirilir ki, Sizinlə bağlanılmış 2025-ci il ## #### tarixli, **-K saylı müddətli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən 2025-ci il ## ###### tarixində xitam verilmişdir. Nəzərinə çatdırılır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq Sizə 2025-ci il ## ###### tarixində elektron informasiya sistemi vasitəsilə müqaviləyə xitam verilməsi barədə məlumat göndərilmişdir. Həmçinin bildirilmişdir ki, dissertasiya işinin davam etdirilməsi X1 Elmi Tədqiqat İnstitutu tərəfindən müsbət qarşılanır və bu istiqamətdə zəruri dəstəyin göstərilməsi mümkündür.

4. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş esosial.gov.az portalından çıxarışdan müəyyən edilir ki, iddiaçı ##.##.2025-ci il tarixində elektron sistem üzərindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq məlumatlandırılmış və iddiaçıya onunla bağlanmış ##.##.2025-ci il tarixli, **-K saylı müddətli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən ##.##.2025-ci il tarixində xitam veriləcəyi bildirilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı İddiaçı cavabdeh “X1 Elmi Tədqiqat İnstitutu” X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi haqqında ## ###### 2025-ci il tarixli, ***-K nömrəli əmrin qanunsuz hesab edilməsi, əvvəlki vəzifəsinə bərpa olunması, məcburi işburaxma müddəti üçün orta əmək haqqının cavabdehdən tutulması, mediasiya və məhkəmə xərclərinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı Zahid oğlu, ##.##.2024-cü il tarixində ##.##.2025-ci il tarixinədək cavabdeh müəssisədə “Hidroloji tədqiqatlar şöbəsində böyük elmi işçi”, ## ##### 2025-ci il tarixindən ## ###### 2025-ci il tarixinədək cavabdeh müəssisədə “Xəzər dənizinin problemləri sektorunda aparıcı elmi işçisi” vəzifəsində müddətli əmək müqaviləsi əsasında çalışıb. Eyni zamanda cavabdeh müəssisənin doktorantı olub və elmi fəaliyyəti həmin müəssisənin istiqamətləri ilə birbaşa bağlı olmuşdur. ##.##.2025-ci il tarixində əmək müqaviləsinə Azərbaycan Respublikası əmək məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin başa çatması) əsasən xitam verilmişdir. Lakin əmək müqaviləsinə xitam verilməsi zamanı aşağıdakı hallar baş vermişdir: - əmək müqaviləsinin müddətinin başa çatması barədə ona əvvəlcədən yazılı xəbərdarlıq edilməmişdir; - əmək fəaliyyəti dövründə vəzifə öhdəliklərini lazimi qaydada yerinə yetirmiş, ona qarşı heç bir intizman tənbehi tətbiq edilməmişdir, yazılı və ya şifahi xəbərdarlıq verilməmişdir; - Müəsissədə onun icra etdiyi əmək funksiyası faktiki olaraq davam etmiş, analoji fəaliyyət üzrə digər işçilərin əmək münasibətləri saxlanılmışdır; - İxtisaslı kadr olmağına və elmi fəaliyyət göstərməyinə baxmayaraq, əmək münasibətlərinə xitam verilməsi zamanı işçilərə münasibətdə bərabərlik prinsipinə riayət edilməmişdir.

7. Cavabdeh tərəfindən iddia ərizəsinə yazılı etiraz daxil olaraq onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı 2026-cı il ## ###### tarixli iddia ərizəsi araşdırılmış və onun "X1 X4” publik hüquqi şəxsdə işlədiyi müddət ərzində əmək qanunvericiliyinin pozulması halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2024-cü il ## ###### tarixli "Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin "f" bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-IV və VIII hissələrinə uyğunluğunun yoxlanılmasına dair" Plenumuna əsasən tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva edir. İddiaçının 2024-cü il ## #### tarixində işə qəbul olunması əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin "f" bəndinə uyğun olaraq tərtib olunmuş müddətli əmək müqaviləsi tərəflər arasında imzalanmışdır. İddiaçı İddiaçı əmək müqaviləsinin şərtləri, o cümlədən onun müddətli xarakter daşıdığı barədə əvvəlcədən məlumat verilmiş, işçi bu məlumatla tanış olmuş və müqaviləni imzası ilə təsdiqləmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinə uyğun olaraq, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Qeyd olunmalıdır ki, iddiaçı İddiaçı ilə imzalanmış əmək müqaviləsi bu müddəti aşmamışdır və qanunvericiliyin tələbləri pozulmamışdır. İddiaçının fəaliyyəti İnstitut tərəfindən icra olunan elmi mövzu və Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya" sənədində nəzərdə tutulmuş müvafiq indikatorun icrası ilə bağlı olmuşdur. Hər iki fəaliyyət müddətli xarakter daşıyır və tərəflərlə əmək müqaviləsinin hüquq bərabərliyi və sərbəst iradə əsasında bağlanması təmin olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11- ci maddəsinin "b" bəndinə əsasən, İşəgötürən əmək münasibətlərini Məcəllədə müəyyən edilmiş qayda və əsaslarla ləğv etmək hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq ("Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada xəbərdar etməzsə, müqavilə göstərilən müddətə uzadılır"), iddiaçı İddiaçı-ə 2025-ci il ## ###### tarixində elektron informasiya sistemi vasitəsilə xəbərdarlıq göndərilmişdir (qoşmada əlavə olunur). Nəticədə, işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin pozulması ilə bağlı hallar aşkar edilməmişdir. İddiaçı İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə 2025-ci il ## ###### ***-K nömrəli əmrlə xitam verilmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinə uyğun olaraq sənədləşmələr və ödənişlər qanunvericiliyin tələblərinə müvafiq qaydada aparılmışdır.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

9. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, məhkəmə ilk öncə tərəflər arasında bağlanılmış müddətli əmək müqaviləsi ilə bağlı qeyd edir ki, müddətli əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin tələbləri nəzərə alınmaqla - tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə rəsmiləşdirilmiş və həmin müqavilənin müddəti bir neçə dəfə də uzadılmışdır. Lakin, həmin müddətli əmək müqaviləsinin fasiləsiz davam etmə müddəti ümumilikdə 1 (bir) il yarım olmuşdur. Qüvvədə olan əmək qanunvericiliyi müddətli əmək müqaviləsinin rəsmiləşdirilməsinə yol verdiyindən və bunun üçün müxtəlif şərtlər, eləcə də tərəflərin hüququ bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə bağlanmasını da həmin şərtlərdən biri olaraq müəyyən etdiyindən, məhkəmə qeyd etmişdir ki, müddətli əmək müqaviləsinin bağlanılması zamanı cavabdeh tərəfindən qanunvericiliyin hər hansı bir tələbi pozulmamışdır. Müddətli əmək müqaviləsinə xitam verilməsi zamanı qanunvericiliyin tələblərinin pozulmasına dair iddiaçının gətirdiyi arqumentlərlə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə edilmiş dəyişikliyə əsasən müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır. Lakin, iş materiallarında olan e-sosial.gov.az elektron portalından çıxarışdan müəyyən edilir ki, iddiaçı elektron informasiya sistemi (SİMA) vasitəsilə ##.##.2025-ci il tarixində elektron formada məlumatlandırılaraq onunla bağlanmış ##.##.2025-ci il tarixli, **-K saylı müddətli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən ##.##.2025-ci il tarixində xitam veriləcəyi bildirilmişdir. Beləliklə də, cavabdeh müddətli əmək müqaviləsinin müddətinin birməsinə 11 gün qalmış həmin müqaviləyə müddətin bitməsi əsası ilə xitam veriləcəyi barədə iddiaçını yazılı formada (elektron informasiya sistemi vasitəsilə) xəbərdar etmiş, bununla da əmək qanunvericiliyin tələblərinə əməl etmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, hazırda iddiaçı barəsində cavabdehin qəbul etdiyi ##.##.2025-ci il tarixli, ***-K nömrəli əmrin ləğvi üçün hər hansı bir əsas mövcud deyildir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci, 47ci, 68-ci, 73-cü, 83-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-IV və VIII hissələrinə uyğunluğunun yoxlanılmasına dair” ##.##.2024-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 76-cı, 77.1-ci, 88-ci, 218-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, xəbərdarlıq məktubu ona SİMA tətbiqinin “İşəgötürən və işçilər arasındarəsmi yazışmalar” bölməsi vasitəsilə göndərilmiş kimi rəsmiləşdirilmişdir. Halbuki SİMA tətbiqinin iş prinsipi ondan ibarətdir ki, istifadəçiyə hər hansı yeni sənəd və ya məlumat daxil olduqda bu barədə “Bildirişlərim” bölməsində ayrıca məlumatlandırıcı bildiriş əks olunur. Bu mexanizm məhz istifadəçinin göndərilmiş sənəddən vaxtında xəbər tutmasına xidmət edir. Cavabdeh tərəfindən göndərildiyi iddia olunan xəbərdarlıq məktubu ilə bağlı isə “Bildirişlərim” bölməsində heç bir bildiriş yerləşdirilməmişdir. Nəticədə mən həmin sənədin mövcudluğundan ümumiyyətlə xəbərsiz olmuş və onunla yalnız məhkəmə icraatı zamanı, birinci instansiya məhkəməsində tanış olmuşam. Bundan əlavə, cavabdehmüəssisədə işlədiyim 1 il 6 ay ərzində SİMA tətbiqinin “İşəgötürən və işçilərarasında rəsmi yazışmalar” bölməsi vasitəsilə mənə heç vaxt hər hansı məlumat və ya sənəd göndərilməmişdir. Belə olan halda, ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubunun həmin bölmədə yerləşdirilməsindən xəbərdar olmağı ağlabatan gözlənti hesab edilə bilməzdi. Bundan başqa, cavabdehin sonrakı dövrdə əmək müqavilələrinə xitam verilən işçilərin məlumatlandırılmasıməqsədilə komissiyalar yaratması və əlavə məlumatlandırma tədbirləri həyata keçirməsi halları da məhkəmə tərəfindən qiymətləndirilməmişdir. Halbuki həmin hallar işçinin faktiki məlumatlandırılmasının cavabdeh tərəfindən də vacib hesab edildiyini göstərən mühüm faktiki hallardır. Nəticə etibarilə, iş üzrə mübahisənin düzgün həlli üçün əhəmiyyətli olan bütün faktiki hallar tam aydınlaşdırılmadan qətnamə qəbul edilmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

14. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinə uyğun məzmunda izahat verməklə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi.

15. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, onun təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Əmək Məcəlləsi 2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 7-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. 11-ci maddəsinin 1-ci hissəsinin "a” və “b” bəndlərinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüquqları vardır. 68.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır; 45-ci maddənin 4-cü hissəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır; 45-ci maddəsinin 5-ci hissəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 47-ci maddəsinin “f” bəndinə əsasə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər; 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi müəyyən edilmişdir; 73-cü maddəsinin birinci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur; 83.1-ci maddəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83.2-ci maddəsinə əsasən elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. 83.4-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqqhesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

20. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

22. Hazırkı işin faktiki hallarına əsasən tərəflər arasındakı mübahisəli hal müddətli əmək müqaviləsinə xitam verilməsindən ibarətdir. Belə ki, bu mübahisə iddiaçının onun barəsində cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, ***-K nömrəli əmrin verilməsi ilə bağlıdır. Tərəflər ## #### 2024-cü il tarixində əmək münasibətlərinə daxil olmuş və bu münasibət elektron qaydada bağlanmış əmək müqaviləsi ilə rəsmiləşdirilmişdir. İddiaçı ilə sonuncu dəfə müddətli əmək müqaviləsi ## #### 2025-ci il tarixində bağlanılmış və müqavilənin müddəti ##.##.2025-ci il tarixinədək olmuşdur. Sözügedən müqaviləyə cavabdeh tərəfindən müqavilə müddətinin başa çatması ilə əlaqədar olaraq ##.##.2025-ci il tarixli əmrlə xitam verilmişdir. İddiaçı tərəfindən də məhz bu əmr mübahisələndirilərək müddətli əmək müqaviləsinə xitam verilmədən öncə onun xəbərdar edilmədiyi və müqavilənin xitam verilməsinin əsassız olduğu qeyd edilmişdir.

23. Belə ki, istinad olunan maddədə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsinin müddəti müəyyən edilmədən bağlanmalı olması müəyyən edilsə də, eyni maddədə həmin haldan istisnalar nəzərdə tutulmuş və həmin istisnalar Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən edilmişdir.

24. Bu baxımdan tərəflər arasında bağlanmış müqavilənin qanuniliyinə qiymət verilərkən artıq qeyd edildiyi kimi müqavilə tərəflərinin əmək münasibətlərində olduğu müddət, işin və ya göstərilən xidmətlərin xarakteri, tərəflərin dəlilləri və mübahisənin diqqətəlayiq bütün halları nəzərə alınmalıdır. Eyni zamanda əmək mübahisələrinin xarakteri baxımından belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunsuz olması ilə bağlı sübutetmə yükü işçinin üzərinə düşür.

25. Məhkəmə ilk öncə tərəflər arasında bağlanılmış müddətli əmək müqaviləsi ilə bağlı qeyd edir ki, müddətli əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin tələbləri nəzərə alınmaqla - tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə rəsmiləşdirilmiş və həmin müqavilənin müddəti bir neçə dəfə də uzadılmışdır. Lakin, həmin müddətli əmək müqaviləsinin fasiləsiz davam etmə müddəti ümumilikdə 1 (bir) il yarım olmuşdur. Qüvvədə olan əmək qanunvericiliyi müddətli əmək müqaviləsinin rəsmiləşdirilməsinə yol verdiyindən və bunun üçün müxtəlif şərtlər, eləcə də tərəflərin hüququ bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə bağlanmasını da həmin şərtlərdən biri olaraq müəyyən etdiyindən, məhkəmə qeyd edir ki, müddətli əmək müqaviləsinin bağlanılması zamanı cavabdeh tərəfindən qanunvericiliyin hər hansı bir tələbi pozulmamışdır.

26. Müddətli əmək müqaviləsinə xitam verilməsi zamanı qanunvericiliyin tələblərinin pozulmasına dair iddiaçının gətirdiyi arqumentlərlə bağlı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə edilmiş dəyişikliyə əsasən müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır. Lakin, iş materiallarında olan e-sosial.gov.az elektron portalından çıxarışdan müəyyən edilir ki, iddiaçı elektron informasiya sistemi (SİMA) vasitəsilə ##.##.2025-ci il tarixində elektron formada məlumatlandırılaraq onunla bağlanmış ##.##.2025-ci il tarixli, **-K saylı müddətli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin “b” bəndinə əsasən ##.##.2025-ci il tarixində xitam veriləcəyi bildirilmişdir.

27. Beləliklə də, cavabdeh müddətli əmək müqaviləsinin müddətinin birməsinə 11 gün qalmış həmin müqaviləyə müddətin bitməsi əsası ilə xitam veriləcəyi barədə iddiaçını yazılı formada (elektron informasiya sistemi vasitəsilə) xəbərdar etmiş, bununla da əmək qanunvericiliyin tələblərinə əməl etmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, hazırda iddiaçı barəsində cavabdehin qəbul etdiyi ##.##.2025-ci il tarixli, ***-K nömrəli əmrin ləğvi üçün hər hansı bir əsas mövcud deyildir.

28. Məhkəmə kollegiyası aparılmış araşdırmanın nəticələrinə əsaslanıb və yuxarıda qeyd edilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas vermir. Bu səbəbdən apellyasiya şikayəti təmin ediməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar