Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-1425/2026 24.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X3 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Ərizəçi Ərizəçi İlqar oğlunun maraqlı şəxs Gəncə * saylı Notariat Ofisinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadından ərizəçi Ərizəçi İlqar oğlu tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi İlqar oğlu ərizə ilə məhkəməyə müraciət edərək ##.##.2003-cü ildə vəfat etmiş X5 ölüm haqqında Kəpəz rayonu VVAQ şöbəsində ##.##.2003-cü ildə verilmiş AZ-İ № ****** nömrəli şəhadətnamənin mərhum atası Məmmədov İlqar Atabala oğlunun doğum şəhadətnaməsinin ata qrafasında qeyd edilən X6 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizəçi Ərizəçi İlqar oğlunun maraqlı şəxs Gəncə * saylı Notariat Ofisinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsinin qəbul edilməsindən imtina edilmiş və ərizəyə əlavə edilmiş sənədlərin ərizəçiyə geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan ərizəçi Ərizəçi İlqar oğlu tərəfindən şikayət verilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, mənim ərizəm üzrə tələbimin mahiyyəti ##.##.2003-cü ildə vəfat etmiş babam X7 ölümü haqqında şəhadətnaməni ## #### 2025-ci ildə vəfat etmiş atam Məmmədov İlqar Atabala oğlunun doğum şəhadətnaməsinin ata qrafasında qeyd edilən X8 məxsus olması faktının müəyyən edilməsi barədədir. Yəni, MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan qaydada sənədin şəxsə məxsus olması faktının təsdiq edilməsi xahiş olunur. Ərizəmdə tam əsaslandırmışam ki, mərhum atam Məmmədov İlqar Atabala oğlunun doğum şəhadətnaməsinin ata qrafasında babam Atabalanın soyadı onun həmin vaxtı pasportundakı və nikah şəhadətnaməsindəki soyadına uyğun olaraq düzgün olaraq Məmmədov yazılmışdır. Həmin qeydiyyat tam düzgün aparılmışdır. Bundan sonra X2 ölümündən əvvəl öz Məmmədov soyadını dəyişdirərək Rüstəmov soyadı götürmüş və həmin soyada uyğun şəxsiyyət vəsiqəsi almışdır. X2 2003-cü ildə vəfat etmiş, onun ölüm şəhadətnaməsində düzgün olaraq şəxsiyyət vəsiqəsinə uyğun şəkildə soyadı Rüstəmov qeyd edilmişdir. Həmin ölüm haqqında şəhadətnamənin qeydiyyatında səhvə yol verilməmiş, ona görə də, mübahisələndirməyə hüquqi əsas yoxdur. Ərizəmdə aydın şəkildə qeyd etmişəm ki, atam Məmmədov İlqar Atabala oğlunun 2025-ci ildə vəfat etməsi ilə əlaqədar onun əmlakına miras açılmış, atamın birinci dərəcəli vərəsələrindən biri kimi X2nun ölüm şəhadətnaməsindəki Rüstəmov soyadı ilə, atamın doğum şəhadətnaməsinin ata qarafasındakı Məmmədov soyadı fərqli olduğuna görə problem yaranmışdır. Həmin problemin həlli yolu isə sənədin şəxsə məxsus olması faktının məhkəmə qaydasında müəyyən edilməsindən asılıdır. Məhkəmə isə mənim həmin dəlillərimə səhti yanaşmış, qərardadında qeyd etmişdir ki, mən ərizədə göstərdiklərimlə əlaqədar inzibati orqanlara müraciət etməliyəm. Əgər inzibati orqanlar müraciətini təmin etməsələr, inzibati icraatda hüquqlarımı müdafiə etməliyəm. Hesab edirəm ki, hazırki mübahisəyə birbaşa MPMnin 307.2.5-ci maddəsinə uyğun olaraq mülki mühakimə icraatı qaydasında baxılmalıdır. Gəncə Şəhər Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikаyət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin heç bir sənəd daxil olmamışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı mülki iş üzrə sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizənin qəbul edilməsindən imtina etməklə, ərizəyə əlavə edilmiş sənədlərin ərizəçiyə geri qaytarılması barədə haqlı olmuşdur. Belə ki, iş materiallarından görünür ki, ərizəçi Ərizəçi İlqar oğlu ərizə ilə məhkəməyə müraciət edərək ##.##.2003-cü ildə vəfat etmiş X5 ölüm haqqında Kəpəz rayonu VVAQ şöbəsində ##.##.2003-cü ildə verilmiş AZ-İ № ****** nömrəli şəhadətnamənin mərhum atası Məmmədov İlqar Atabala oğlunun doğum şəhadətnaməsinin ata qrafasında qeyd edilən X6 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Çünki notariat orqanının vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etməsinin səbəbi məhz soyadda olan fərqlilik olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi nəzərdə tutulsa da, müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrin şəxsə məxsus olması faktının müəyyən edilməsi istisna edilmişdir. Ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçinin babası X6 məxsus olması faktının müəyyən edilməsini tələb etdiyi sənəd, yəni ölüm haqqında şəhadətnamə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş şəhadətnamədir. Ona görə də həmin şəhadətnamənin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilə bilməz. Məhkəmə ona münasibətdə qeyd etmişdir ki, qeyd olunan ölüm haqqında və ya doğum haqqında şəhadətnamələrdə inzibati orqanların hərəkətləri ilə əlaqədar həmin sənədlərin qanununiliyini mübahisələndirildikdə aidiyyatı inzibati orqana müraciət edə, inzibati orqanın qərarından isə müvafiq inzibati məhkəməyə şikayət verə bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli qərarının 5.1-ci bəndində qeyd olunmuşdur ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququn tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Bu qərarın 9.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-nin XXXVII fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə kollegiyası qeyd edir ki, işdən görünür ki, ərizəçinin babası Atabala Teymur oğlu 1990-cı ilin ortalarında dayısına məxsus Məmmədov soyadını dəyişdirərək, atası Teymur Rüstəmovun soyadını götürmüşdür. Soyadında rəsmi qaydada bir dəyişiklik baş vermişdir. Məhkəmə də ona münasibətdə bildirmişdir ki, ərizəçi ərizəsində qeyd etdiyi soyadın dəyişdirilməsi ilə əlaqədar mübahisə olmadığı halda soyadın dəyişdirilməsini təsdiq edən sübutları notariat orqanına təqdim edə bilər. Göründüyü kimi, ərizəyə xüsusi icraat qaydasında baxılması üçün əsas yoxdur. Azərbaycan Respublikası MPM: 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 153.3.Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Ərizəçi şikayətinin dəlillərində birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinin pozulmasını qeyd etsə də, şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 398.0.1 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadından ərizəçi Ərizəçi İlqar oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-7)-1425/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-1425/2026
24.09.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver