Məhkəmə qərarları › İş №2(3-8)-670/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-670/2026

12.08.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-670/2026 12.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2) qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X10 ibarət tərkibdə, X1 qızının katibliyi, cavabdeh cavabdeh2 nümayəndəsi X13, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi nümayəndə1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2) qarşı mənzilə köçürülmə və mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş sənəddən görünür ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxs cavabdeh2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin ##.##.2021-ci il tarixli ***s nömrəli Sərəncamına əsasən, Abşeron rayonu, X4, bina 44 ünvanında yerləşən 1 otaqdan ibarət ** saylı mənzil verilmişdir.

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X5 və cavabdeh2 tərəfindən tərtib edilərək imzalanmış ##.##.2021-ci il tarixli aktdan görünür ki, Abşeron rayonu, X4, bina 44 ünvanında yerləşən 1 otaqdan ibarət ** saylı mənzil cavabdeh2 təhvil verilmişdir.

3. ** saylı Cəzaçəkmə Müəssisəsində cəzaçəkən məhkum cavabdeh2 tərəfindən yazılmış ərizədən görünür ki, o, ## #### 2020-ci il tarixində keçmiş yoldaşı İddiaçı ilə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. 2024-cü ildə rəsmi nikahları pozulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən Abşeron rayonu, X4 yerləşən ** saylı binadan ** saylı mənzil verilmişdir. Həmin mənzildə onların çoxlu münaqişələri onun anasının köçməyinə görə olduğu üçün anası bu mənzildə bir gün də yaşamamışdır. 2023-cü ildən keçmiş yoldaşından ayrı yaşayıb, əlil anası ilə kirayələrdə yaşayırdılar. Lakin keçmiş yoldaşı ona məxsus mənzilin qapısını açmadığı üçün onun nikahın pozulmasına və uşaq ilə görüşməyinə icazə vermədiyi üçün onunla nikahın pozulmasını və şəxsi əmlakından getməsini xahiş etmişdir. Bunlara baxmayaraq nə öz evinə daxil ola bildi, nə də ki övladı ilə görüşə bildi. Bundan sonra məhkəmə qətnaməsi ilə onun mənzilə köçürülməyi qət edilmişdir. Apellyasiya instansiyasında da bu qətnamə qüvvədə qalmışdır. Nəhayət ki, onlar mənzilə daxil ola bilmişlər. Odur ki, iddianın təmin edilməməsini xahiş edir.

4. Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçı cavabdeh2 ünvan 1 ünvanına köçürülməsi qət edilmişdir.

5. Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ ****** saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, cavabdeh2 ilə İddiaçı arasında bağlanmış nikaha ##.##.2025-ci il tarixində xitam verilmişdir.

6. Xəzər Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-II ****** saylı nikah haqqında şəhadətnamədən görünür ki, cavabdeh2 ilə X13 arasında ##.##.2025-ci il tarixli ** nömrəli rəsmi nikah bağlanmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

7. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı mənzilə köçürülmə və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun və oğlu X2 ünvan 1-ə köçürülməyi və cavabdeh1 ünvan 1-dən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.2020-ci il tarixində cavabdeh2 ilə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Tərəflərin birgə nikahlarından ##.##.2021-ci il təvəllüdlü X2 anadan olmuşdur. Onun keçmiş əri cavabdeh2 uşaqlıqdan valideyn himayəsindən məhrum olduğu üçün cavabdehə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Sosial Xidmətlər Agentliyi tərəfindən Abşeron rayonu X4 yerləşən ** saylı binadan ** saylı mənzil verilmişdir. Qeyd etmək istəyir ki, həmin mənzil iddiaçının ailəsinə verilən gündən iddiaçı və övladı da bu evdə yaşamışlar. Lakin 2025-ci ildə cavabdeh törətdiyi cinayət əməlinə görə həbs olunduqdan sonra iddiaçının yaşadığı mənzilə digər cavabdeh olan cavabdeh1 gəlmiş və iddiaçının həyatını dözülməz həddə çatdırmışdır. Çox qəribədir ki, Lolita heç vaxt cavabdeh olan cavabdeh2 analıq sevgisi və məhəbbəti göstərmədiyi halda və bu mənzilə heç bir hüququ olmadığı halda iddiaçının mənzildə yaşamaqlarını qeyri-mümkün etmişdir. Nəzərə çatdırır ki, cavabdeh1 spirtli içkilərin aludəçisidir. Demək olar ki, hər gün spirtli içkilər qəbul edir və həm ona, həm övladına, həm də qonşuluqda yaşayan digər şəxslərə qarşı ümumi davranış qaydalarına və etik qaydalara zidd şəkildə ifadələr işlədərək, hamını təhqir edir. Iddiaçının oğlu X2 ağır xəstəlikdən müalicə olunur. Iddiaçının oğlunun müalicəsi üçün normal mənzil şəraiti və sakit həyat tərzi lazımdır. Əfsuslar olsun ki, cavabdeh cavabdeh1 Ukrayna Respublikasının Donetsk şəhərində özünə məxsus evi olduğu halda əsassız olaraq bu mənzildə yaşamaqla onun yaşayış şəraitini dözülməz həddə çatdırır. Mülkiyyətində hər hansı bir digər mənzil və ya fərdi yaşayış evi yoxdur. Həmçinin onun yeni mənzil almağa da maddi imkanı yoxdur. Hesab edir ki, həmin bu mənzildə iddiaçının və övladının yaşayış hüquqları vardır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

9. Məhkəmə iclasında cavabdeh cavabdeh2 nümayəndəsi X13 izahatında bildirmişdir ki, cavabdeh cavabdeh2 atası uşaqlıqdan atmışdır, anası isə normal olmamışdır. Fikrət böyüdükdən sonra anası ilə əlaqə qurmağa başlamışdır. Fikrət ilə Aylin evlənmiş, lakinin Aylinin anası ilə Fikrətin münasibətləri pis olmuşdur. Aylin Fikrətin anasının ora gəlməsini istəmirdi. Fikrət həbsdə olduğu müddət ərzində Aylin həyat yoldaşına baş çəkməmişdir. Daha sonra Aylin Fikrəti evə buraxmamış, uşağını da göstərməmişdir. Sonradan Fikrət məhkəmə yolu ilə öz evinə daxil olmağa gəldi. Aylin öz razılığı evi tərk etmişdir.

10. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 nümayəndəsi nümayəndə1 izahatında bildirmişdir ki, dövlət valideyn qayğısından məhrum olmuş şəxsləri 1 otaqlı mənzillə təmin edir. Belə ki, həmin şəxslərin ailəsini nəzərə almır. Hazırda isə həmin ev onların balansından çıxmış, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 balansına verilmişdir. Qeyd olunan halın nəzərə alınması məhkəmədən xahiş olunmuşdur.

11. Məhkəmənin ##.##.2026-cı il tarixli hazırlıq iclasında iştirak etmiş cavabdeh cavabdeh1 izahatında cavabdehin nümayəndəsi X13 dediklərinə uyğun izahat vermiş, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

12. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 nümayəndəsi X3 yekun qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirərək izahatında qeyd etmişdir ki, Sumqayıt Stansiyası deyilən ərazi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 balansındadır. Odur ki, iddianın təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır.

13. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddianın təmin edilməməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəllənin 30.4-cü və Mülki Prosessual Məcəllənin 82.3-cü, 14.2-ci, 77.1-ci, 217.4-cü və 218.3cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə qəbul etdiyi qətnamənin əsaslandırıcı hissəsində mübahisə predmeti olan evə keçmiş əri cavabdeh2 gözlənilən mülkiyyət hüququ olduğunu göstərmiş və ona görə də mübahisəyə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsini tətbiq etmişdir. Təbii ki, bu da tamamilə qanunsuz və əsasızdır. Belə ki, faktiki olaraq bugün cavabdehin bu mənzilə heç bir mülkiyyət hüququ yoxdur. Qanunvericiliyə görə bu mənzil xüsusi təyinatlı mənzil fonduna aid olan yaşayış sahəsidir. Yəni hal-hazırda da mənzil dövlət mülkiyyətindədir. Belə bir halda mübahisəyə mülkiyyət hüququna dair müddəaların tətbiq edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 9-cu fəslində xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinin növləri göstərilmişdir və həmin fəsildən də açıq aydın görsənir ki, mübahisə predmeti olan bu mənzil ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün verilmiş yaşayış sahələrinə aiddir. Təbii ki, bu mənzil dövlət mülkiyyətində olan mənzil kateqoriyasına aid olduğu üçün onun və cavabdeh cavabdeh2 birgə nikahından doğulmuş övladının da bu mənzildə onunla birlikdə yaşamaq hüququ vardır. Amma əfsuslar olsun ki, məhkəmə tərəfindən Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələbləri düzgün tətbiq olunmamış və bununla da onun azyaşlı uşağı ilə birgə hüquqları kobud şəkildə pozulmuşdur. Ona görə də hesab edir ki, işin bütün halları yenidən araşdırılmalı və iddianın təmin olunması barədə yeni qətnamə qəbul olunmalıdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Cavabdeh cavabdeh2 tərəfindən yazılı qaydada ərizə göndərilərək apellyasiya şikayətinin təmin edilməməsi və Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsinin qüvvədə saxlanılmasını xahiş edilmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh2 nümayəndəsi X13 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.

20. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı İddiaçı və üçüncü şəxs Azərbaycan Respublikasının mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mənzil Məcəlləsi:

21. Maddə 68. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinin hüquq və vəzifələri 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. 68.3. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. 68.4. Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır.

22. Maddə 98. Xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi üçün əsaslar 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir.

23. Maddə 99. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. (...) 99.5. Kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. (...)

24. Maddə 102. Vətəndaşların xüsusi təyinatlı yaşayış sahəsindən çıxarılması 102.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. (...) 102.4. Bu Məcəllənin 101.2-ci maddəsində nəzərdə tutulmuş hallarda digər yaşayış sahələri verilməklə vətəndaşların xidməti yaşayış sahələrindən və ya yataqxanalarda yaşayış sahələrindən çıxarılması müvafiq yaşayış sahələrini verən əvvəlki mülkiyyətçi və ya dövlət (bələdiyyə) orqanı tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. (...)

26. Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

27. Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.

28. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

30. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

31. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Hazırkı işdə iddiaçının köçmək istədiyi ev valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş cavabdeh cavabdeh2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin ##.##.2021 il tarixli ***s nömrəli Sərəncamına əsasən verilmiş Abşeron rayonu, X4, bina 44 ünvanında yerləşən 1 otaqdan ibarət ** saylı mənzildir.

34. Birinci instansiya məhkəməsində araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı ##.##.2020-ci il tarixində cavabdeh2 ilə rəsmi nikah bağlayaraq ailə qurmuşlar və tərəflərin birgə nikahlarından ##.##.2021-ci il təvəllüdlü X2 doğulmuşdur. cavabdeh2 uşaqlıqdan valideyn himayəsindən məhrum olduğu üçün cavabdehə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan sosial xidmətlər agentliyi tərəfindən Abşeron rayonu X4 yerləşən ** saylı binadan ** saylı mənzil verilmişdir. Sonradan tərəflər arasında münasibətlər pozulduğundan, cavabdeh2 ilə İddiaçı arasında bağlanmış nikaha ##.##.2025-ci il tarixində xitam verilmişdir. Lakin 2025-ci ildə cavabdeh2 törətdiyi cinayət əməlinə görə həbs olunduqdan sonra iddiaçının yaşadığı mənzilə digər cavabdeh olan cavabdeh1 gəlmiş və orada yaşamışdır. Iddiaçı iddia tələbində cavabdeh1 onun həyatını dözülməz dərəcəyə çatdırdığından uşağı ilə həmin mənzildən çıxmaq məcburiyyətində qaldığını, başqa yerdə evi olmadığını, hazırda sözügedən mənzildə cavabdehin anasının və arvadının yaşadığını bildirmişdir.

35. Mənzil Məcəlləsinin 68.4-cü maddəsinə əsasən, vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır.

36. “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019cu ilin ## ###### tarixli *** nömrəli qərarına əsasən, sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kv.m müəyyən edilməsi qərara alınmışdır.

37. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.

38. Kollegiya birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxs kimi cavabdeh cavabdeh2 verilmiş mübahisəli 1 otaqlı mənzildən başqa şəxsləri çıxarmaq üçün iddiaçı hər hansı üstün hüquqa malik deyildir, əksinə o, sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibinə daxil deyildir və mənzilin kirayəçisi cavabdeh2 ailə üzvü hesab edilmir. Onların arasında olan nikaha xitam verilmiş və birgə nikahlarından olan azyaşlı uşaq iddiaçının yanında saxlanılmışdır.

39. Kollegiya hesab edir ki, iddiaçı mübahisəli mənzilin yaşayış sahəsindən istifadə etmək hüququna malik olmadığından, onun mövcud tələbi əsassızdır.

40. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

41. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar