Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-103)-822/2026 27.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı İddiaçıov oğlunun cavabdeh Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Abşeron rayon İcra Hakimiyyəti Cavabdehnə qarşı arxiv arayışının əldə edilməsi tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına götürülməsinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçıov oğlu (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Abşeron rayon İcra Hakimiyyəti Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı arxiv arayışının əldə edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpağa görə arxiv arayışının alınmasına köməklik göstərilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehə *0.*0.2025-ci il tarixdə ona məxsus olan və hal-hazırda yaşadığı torpağın arxiv sənədinin verilməsi barədə müraciət etmişdir. Arxivə sənədinin təhvil verilməməsi bildirilmiş, təkrarən 6 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciət etsə də, xx.xx.2026-cı il tarixdə yenidən həmin cavab verilmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə məhkəmənin icraatına qəbulundan imtina edilməlidir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının rayon (şəhər) məhkəməsi qismində birinci instansiya məhkəməsindən xahişi inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsində həyata keçirilən hakimiyyət səlahiyyətlərinin icrası ilə bağlıdır. İddiaçı təklikdə arxiv sənədinin alınmasına köməklik göstərilməsini xahiş etsə də, arxiv sənədinin əldə edilməsinin məqsədləri və səbəbləri kifayət qədər aşkardır. Belə ki, iddiaçının çatmaq istədiyi hüquqi nəticə torpaq sahəsinin ayrılmasına dair arxiv sənədinin əmrin əldə edilməsi və həmin əmr əsasında torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasına nail olmaqdır. İddiaçı da məhz bu səbəbdən məhkəməyə müraciət etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin *3.0*.20*5-ci il tarixli, 439 nömrəli fərmanına əsasən, sovxoz və ya dövlət orqanlarının tabeliyində olan digər kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərdən biri hesab edilir. İddia ərizəsinə əlavə edilmiş Abşeron rayon X3 üzrə 09.*2.2000-ci il tarixli, *6 nömrəli əmrdən çıxarışdan müəyyən olunur ki, Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, *7* nömrəli sərəncamı X* Həmkarlar Komitəsinin 08.*2.2000-ci il tarixli, 2* nömrəli protokoluna əsasən, sovxozda işləyən, özünə məxsus evi və torpaq sahəsi olmayan, fərdi ev tikmək üçün ərizə ilə müraciət edən İddiaçı 0.02 ha torpaq sahəsi ayrılması əmr edilmişdir. Lakin, həmin əmrin əsli və ya təsdiq edilmiş surəti iddia ərizəsinə əlavə edilməmiş, iddiaçı əmrdən çıxarışı ərizəyə əlavə etməklə kifayətlənmişdir. İş materiallarına əlavə edilmiş bir sıra inzibati orqanlara edilən müraciətlərə cavab məktublarından müəyyən olunur ki, Abşeron rayon X2 məxsus 2000-ci il tarixli sənədlər saxlanılma və mühafizə üçün aidiyyəti üzrə təhvil verilmədiyindən sözügedən əmrin araşdırılması və təqdim edilməsi mümkün olmamışdır. İddiaçının nail olmaq istədiyi hüquqi nəticədə məhz arxiv sənədinin, yəni daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün əsas hesab edilən sənədin - əmrin əldə edilməsi ilə bağlıdır. Belə olan halda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilk növbədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə torpaq sahəsinin ayrılmasına dair əmrin və ona əlavə edilmiş digər sənədlərin əldə edilməsi ilə bağlı müraciət etməli və müraciətin nəticəsindən asılı olaraq növbəti addımları atmalıdır. Yəni, iddiaçının iddia ərizəsində qaldırdığı məsələ birbaşa məhkəmə müstəvisindən kənar, yəni inzibati qaydada həll edilməli olan məsələdir və inzibati orqanın ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərinə aiddir. Belə ki, inzibati orqan tərəfindən sözügedən əmr və ona əlavə edilmiş zəruri sənədlər təqdim edildiyi təqdirdə yenidən həmin orqana hüquqların dövlət qeydiyyatına alınması barədə ərizə ilə müraciət edilməli, hüquqların dövlət qeydiyyatına alınmasından bu və ya digər səbəbdən imtina edildikdə müvafiq tələblə inzibati mühakimə icraatı qaydasında aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edilməlidir. Müraciətin müsbət həlli istiqamətində isə hər hansı mübahisə mövcud olmadığından, yenidən bu və ya digər tələblə məhkəməyə müraciət etmək məcburiyyəti aradan qalxmış olacaqdır. Hazırkı iddia ərizəsinin sonrakı inkişafı (perspektivi) ilə bağlı yuxarıda qeyd edilən qənaətə gələrkən məhkəmə “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *0.04.20*5-ci il tarixli, 4 nömrəli qərarında formalaşdırılan hüquqi mövqeləri rəhbər tutmuşdur. Belə ki, həmin qərarda ifadə edilən mövqelərə əsasən, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.* və 3.*-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə iddia ərizəsində qaldırılan məsələnin sonrakı hərəkəti ilə bağlı onu da qeyd edir ki, iddiaçının müvafiq inzibati orqana ehtimal olunan müraciəti məhz torpaq sahəsinin ayrılmasına dair arxiv arayışının əldə edilməsi nəticəsində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qəbul edilməsi ilə bağlı olacağından, müvafiq çıxarışın qəbul edilməsi inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsində həyata keçirilən hakimiyyət səlahiyyətlərinin nəticəsini özündə ehtiva etdiyindən və bu sahədə yaranan mübahisəli hüquq münasibətlərinin aidiyyəti qanunla dəqiq müəyyən edildiyindən, həmin qəbildən olan bu və ya digər iddia tələbinə mülki mühakimə icraatı haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada baxıla bilməz. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *50.*.2-ci maddəsinə əsasən, iddia ərizəsinə əlavə edilməli olan sənədlərdən biri də dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəddir və bu sənədin iddia ərizəsinə əlavə olunmaması iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması üçün əsas təşkil edir. Analoji mövqeni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *52.*.5-ci maddəsi bir daha təsdiq edir. Belə ki, həmin maddəyə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Buna baxmayaraq, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş qaydada və həcmdə dövlət rüsumu ödənilməmiş, qanunla müəyyən edilmiş qaydada və həcmdə dövlət rüsumunun ödənilməsini təsdiq edən hər hansı sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçının qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsindən azad edilməsi ilə bağlı heç bir məlumat ərizədə qeyd olunmamış və buna dair sənədlər təqdim edilməmişdir. İddia ərizəsinə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin əlavə edilməməsi iddia ərizəsinin geri qaytarılması əsasını təşkil edən məcburi hallara aid olsa da, iddia ərizəsinin geri qaytarılması yol verilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək şəraiti yaratdığından, iddia ərizəsi qeyd edilən əsaslarla geri qaytarıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *53.2.*-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda qeyd edilənlərə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı olmaması müəyyən edildiyindən, iddianın yolverilməzliyinə görə icraata qəbulundan imtina edilməlidir. Şərh olunanlara əsasən və MPM-in *53-cü və 267-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçıov oğlunun cavabdeh Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Abşeron rayon İcra Hakimiyyəti Cavabdehnə qarşı arxiv arayışının əldə edilməsi tələbinə dair iddia ərizəsi yolverilməzliyinə görə qəbul edilməkdən imtina olunsun və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qəbul edilməkdən imtina edilməsi iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən məhkəmə qaydasında iddia qaldırmağa mane olur. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(5-103)-822/2026
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(5-103)-822/2026
27.02.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver