Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2221/2022 21.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı AG Telekom MMC-nin (KATV1) Cavabdeh qarşı kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində vurulmuş zərərə görə 77,40 manat, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün sərf olunan 100 manat, ödənilmiş dövlət rüsumuna görə 30,40 manat olmaqla cəmi 207,80 manatın tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı AG Telekom MMC (KATV1) Cavabdeh qarşı kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində vurulmuş zərərə görə 77,40 manat, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün sərf olunan 100 manat, ödənilmiş dövlət rüsumuna görə 30,40 manat olmaqla cəmi 207,80 manatın tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı AG Telekom MMC (KATV1) nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, KATV 1 əmtəə nişanı ilə fəaliyyət göstərən AG X1 Cəmiyyəti Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 22.08.2005-ci il tarixli, TR 057 saylı və 22.08.2011-ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. Bu məqsədlə Bakı şəhərinin müxtəlif rayonlarında kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Binəqədi rayonu ərazisində bir müddətdir ki, bəzi vətəndaşlar AG Telekom MMC ilə müqavilə bağlamadan və ya müqavilə münasibətlərinə xitam verdikdən sonra qanunsuz olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədi ilə AG Telekom MMC ilə Ədalət- A hüquq firması arasında “hüquqi xidmətlərin göstərilməsi” barədə müqavilə bağlanmışdır. 80 №-li MKİS tərəfindən verilmiş 29.12.2019-cu il tarixli, 2036 №-li arayışdan görünür ki, cavabdeh qanunsuz qoşulmanın həyata keçirildiyi Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr, A.Kunanbayev 28 saylı evin, 41 №-li mənzilində qeydiyyatdadır və həmin mənzilin sahibidir. 17.11.2021-ci il tarixli arayışdan müəyyən olur ki, ünvan 1 ünvanında yaşamış Nərmin Seyidova ilə AG Telekom MMC arasında 09.10.2012-ci il tarixdə müqavilə bağlanmış, müqavilə əsasında mənzil KATV1 xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini 01.11.2012-ci il tarixinədək etmiş və həmin ünvan 11.01.2013-cü il tarixdə 21,30 manat borc ilə şəbəkədən ayrılmışdır. Bundan sonra birinci dəfə 26.02.2013-cü il tarixdə Ədalət-A hüquq firmasının və KATV1 kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə binaya baxış keçirilən zaman sözügedən mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 1854 KA saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Daha sonra ikinci dəfə 12.07.2013-cü il tarixdə Ədalət-A hüquq firmasının və KATV1 kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə binaya baxış keçirilən zaman sözügedən mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı təkrar aşkar edilmiş, bu barədə 2134 K saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Sonradan yəni üçüncü dəfə 12.08.2013-cü il tarixdə Ədalət-A hüquq firmasının və KATV1 kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə binaya baxış keçirilən zaman sözügedən mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı təkrar aşkar edilmiş, bu barədə 2336 K saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Bundan sonra, yəni dördüncü dəfə 26.09.2013-cü ildə Ədalət-A hüquq firmasının və KATV1 kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə binaya baxış keçirilən zaman sözügedən mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı təkrar aşkar edilmiş, bu barədə 2764 K saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Beləliklə tərtib edilmiş aktlardan görünür ki, cavabdeh KATV1 kabel televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulmalar həyata keçirmiş və həmin qoşulmalar nəticəsində iddiaçı AG Telekom MMC-yə maddi ziyan dəymişdir. Baxış keçirilən zaman tərtib edilmiş aktda qeyd edilənlər video qeydə alınmışdır. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31.08.2015-ci il tarixədək 9 manat, 01.09.2015-ci il tarixdən isə 10 manat təşkil edir. Eyni zamanda, qanunsuz qoşulma faktı vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsəydi cavabdehə məxsus mənzildə bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam ediləcəkdi. Mənzilin şəbəkədən ayrıldığı 11.01.2013-cü il tarixdən qanunsuz qoşulma barədə sonuncu aktın tərtib olunduğu 26.09.2013-cü il tarixə qədər olan müddət hər dörd akt üzrə 258 gün təşkil edir. Bu da həmin dövrdə hər gün üçün 30 qəpik olmaqla 77,40 manat təşkil edir. AG Telekom MMC ilə Ədalət-A hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilə əsasında 100 manat pul ödəmişdir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubu göndərilmiş, lakin məktub geri qayıtmışdır. O, cavabdehlə əlaqə saxlamış, cavabdeh 77,40 manatı hissə-hissə ödəyəcəyini bildirsə də, ödənişləri aparmamışdır. Ona görə də Cavabdeh iddiaçının xeyrinə KATV 1 əmtəə nişanı ilə fəaliyyət göstərən AG Telekom MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində vurulmuş zərərə görə 77,40 manat, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün sərf olunan 100 manat, ödənilmiş dövlət rüsumuna görə 30,40 manat olmaqla cəmi 207,80 manatın tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəməyə məlum ünvanı üzrə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Bakı şəhəri Binəqədi rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin 80 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 29.12.2019-cu il tarixli 2036 №-li arayışdan müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr, A.Kunanbayev küçəsi 28 saylı evin, 41 №-li mənzil Cavabdeh adınadır və cavabdeh həmin mənzildə yaşamaqla qeydiyyatdadır. Ədalət-A hüquq firmasının əməkdaşı O.K.Məmmədov, AG Telekom MMC-nin (KATV1) əməkdaşı Z.M.Əhmədov, Azərbaycan Respublikası Rabitə Nazirliyinin əməkdaşı S.Məmmədovun iştirakı ilə tərtib olunmuş AG Telekom MMC-nin KATV1 kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında 26.02.2013-cü il tarixli 1854 saylı KA aktın surətindən görünür ki, 26.02.2013-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonu 7-ci mik, A.Kunanbayev küçəsi 28 evin 41 saylı mənzilinə kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman mənzilin sakini tərəfindən KATV1 kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar olunmuş və mənzilin qapısını döyərkən qapını 25-27 yaş arası bir xanım açmış, aktı imzalamaqdan imtina etmişdir. Ədalət-A hüquq firmasının əməkdaşı V.N.Qasımov, AG Telekom MMC-nin (KATV1) əməkdaşı N.A.Abdullayev, Azərbaycan Respublikası Rabitə Nazirliyinin əməkdaşı S.Məmmədovun iştirakı ilə tərtib olunmuş AG Telekom MMC-nin KATV1 kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında 12.07.2013-cü il tarixli 2134 saylı aktın surətindən görünür ki, 12.07.2013-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonu 7-ci mik, A.Kunanbayev küçəsi 28 evin 41 saylı mənzilinə kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman mənzilin sakini tərəfindən KATV1 kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar olunmuş və mənzilin qapısını döyərkən qapını açan olmamışdır. Ədalət-A hüquq firmasının əməkdaşı V.N.Qasımov, AG Telekom MMC-nin (KATV1) əməkdaşı N.A.Abdullayev, Azərbaycan Respublikası Rabitə Nazirliyinin əməkdaşı S.Məmmədovun iştirakı ilə tərtib olunmuş AG Telekom MMC-nin KATV1 kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında 12.08.2013-cü il tarixli 2336 saylı aktın surətindən görünür ki, 12.08.2013-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonu 7-ci mik, A.Kunanbayev küçəsi 28 evin 41 saylı mənzilinə kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman mənzilin sakini tərəfindən KATV1 kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar olunmuş və mənzilin qapısını döyərkən qapını açan olmamışdır. Ədalət-A hüquq firmasının əməkdaşı E.T.Nəzərov, AG Telekom MMC-nin (KATV1) əməkdaşı İ.K.Məmmədov, Azərbaycan Respublikası Rabitə Nazirliyinin əməkdaşı S.Məmmədovun iştirakı ilə tərtib olunmuş AG Telekom MMC-nin KATV1 kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında 26.09.2013-cü il tarixli 2764 saylı aktın surətindən görünür ki, 26.09.2013-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonu 7-ci mik, A.Kunanbayev küçəsi 28 evin 41 saylı mənzilinə kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman mənzilin sakini tərəfindən KATV1 kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar olunmuş və mənzilin qapısını döyərkən qapını açan olmamışdır. AG Telekom MMC-nin 17.11.2021-ci il tarixli arayışından müəyyən olunur ki, AG Telekom MMC ilə Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr, A.Kunanbayev küçəsi 28 evin 41 saylı mənzilində yaşayan Seyidova Nərmin arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən 09.10.2012-ci il tarixdə bu ünvan KATV1 Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş və 01.11.2012-ci il tarixdə son ödəməsini edərək 11.01.2013-cü il tarixdə 21,30 manat borcla şəbəkədən ayrılmışdır. Azərbaycan Respublikası MM-nin 1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbinin hüquqi əsası kimi istinad olunan maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İddiaçı cavabdehin ona məxsus kabel şəbəkəsinə 9 il əvvəl qanunsuz qoşulmasını iddia etsə də, məhkəmə araşdırması zamanı bu hall sübuta yetirilməmişdir. Belə ki, iddiaçı cavabdehin ona məxsus kabel şəbəkəsinə qoşulmasını məhkəməyə təqdim etdiyi aktların surəti, apardığı video görüntü ilə sübuta yetirilməsini iddia etsə də, məhkəmə bu sübutları cavabdehin iddiaçının baş verməsini iddia etdiyi deliktdə təqsirini müəyyən edəcək mötəbər sübut növü kimi qəbul etmir. Belə ki, cavabdehin iştirakı olmadan 9 il əvvəl tərtib edilən aktlar, hansı binada, hansı ünvanda nə vaxt çəkiliş aparılması müəyyən olunmayan video çəkiliş iddiaçının iddia tələbində istinad etdiyi halların sübuta yetirlməsi üçün mötəbər, təkzib olunmaz sübut kimi qəbul edilə bilməz. Ona görə də məhkəmə iddiaçının iddia tələblərini sübuta yetirilməməsi səbəbindən təmin etmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddia tələbləri təmin edilmədiyindən iddiaçının çəkdiyi məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ AG Telekom MMC-nin (KATV1) Cavabdeh qarşı kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində vurulmuş zərərə görə 77,40 manat, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün sərf olunan 100 manat, ödənilmiş dövlət rüsumuna görə 30,40 manat olmaqla cəmi 207,80 manatın tutulmasına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-2221/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2221/2022
21.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver