Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2628/2025 21.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirov Murad Seyran oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli hökmü ilə Cavabdeh2 və Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 128-ci maddələri ilə təqsirli bilinərək, müvafiq olaraq 8 (səkkiz) il və 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər. Hökmlə müəyyən olunmuşdur ki, Cavabdeh2 özünü "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) nümayəndəsi kimi təqdim edərək öz qulluq mövqeyindən istifadə etmiş, 26 fevral 2021-ci il tarixdə X35 və Cavabdeh1 ilə birlikdə ona məxsus mənzilə baxış keçirmiş, ölçü işləri aparmaqla ona mənzilini guya şirkətin elan etdiyi endirim kampaniyası əsasında yüksək keyfiyyət və dizaynla peşəkar ustaların vasitəsilə xarici ölkə istehsalı olan yüksək keyfiyyətli inşaat materialları ilə təmir edəcəyinə inandırmış, mənzilin hər kvadrat metrinin təmir qiymətinin 360 manat olduğunu demiş, mənzili ümumilikdə 45000 manat pul müqabilində müqavilə bağlandığı gündən etibarən 5 ay müddət olmaqla 26 iyul 2021-ci il tarixdə təmirini bitirib təhvil verəcəklərinə dair yalan vəd verib aldadaraq, inam və etibarını qazanmaq, həmçinin öz cinayətkar niyyətlərini gizlətmək məqsədi ilə onunla sözügedən MMC-nin direktoru X35 arasında “PO-M-1” saylı 26 fevral 2021-ci il tarixli xidmət müqaviləsi bağlayaraq həmin tarixdə təmir edilməsi nəzərdə tutulan mənzildə ondan 22500 manat pul vəsaitini aldıqdan sonra tanışlarına məxsus plastik qapı-pəncərə sexində daha ucuz qiymətə pəncərələri hazırladıb mənzilində quraşdıracağına inandıraraq bu adla 18 mart 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi 63-də yerləşən yaşayış binasının qarşısında arvadı X3 vasitəsi ilə 2500 manat, bundan sonra inşaat materiallarının qısa müddət ərzində bahalaşacağını yalandan deyərək onu təmir üçün zəruri olan inşaat materiallarını əvvəlcədən alıb şirkətin anbarında saxlamağın sərfəli olacağına inandırmış, bu adla ondan 11 may 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən “Bolmart” Ticarət Mərkəzinin qarşısında arvadı Xalidə Nəzərovanın vasitəsi ilə qrupun digər üzvü Cavabdeh1 ilə birlikdə 3000 manat, 21 may 2021-ci il tarixdə Cavabdeh1 Abşeron rayonu, Gənclər şəhərciyində yerləşən 85 saylı yaşayış binasının qarşısında ondan 7000 manat və 29 iyul 2021-ci il tarixdə Abşeron rayonu Gənclər şəhərciyində yerləşən 85 saylı yaşayış binasının qarşısında ondan 2000 manat məbləğlərində pul vəsaitlərini almış, ümumilikdə 37000 manat pulun müqabilində öz cinayətkar niyyətlərini gizlətmək məqsədi ilə mənzildə 10665 manat dəyərində ucuz və keyfiyyətsiz inşaat materialları ilə Cavabdeh1 mənzilə gətirdiyi günəmuzd işləyən qeyri-peşəkar ustaların vasitəsilə qüsurlu təmir işləri görməklə öz qulluq mövqeyindən istifadə edib qardaşı X35 və tanışı Cavabdeh1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 26335 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxs kimi ona xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişlər. Məhkəmənin hökmü ilə cavabdehlərin təqsiri sübuta yetirilərək barələrində ittiham hökmü çıxarılmışdır. İddiaçı iddia tələbini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 448.2 və 1096.1-ci maddələri ilə əsaslandıraraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müvafiq olaraq 19751.25 manat və 6583.75 manat pul vəsaitinin alınaraq ona ödənilməsi, eyni zamanda dövlət rüsumu kimi ödənilmiş cəmi 170.35 manat pul vəsaitinin cavabdehlər Cavabdeh2 127.76 manat və Cavabdeh1 42.59 manat pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər cəzaçəkmə müəssisəsində cəza çəkdiklərindən məhkəmə iclasında iştirak etməmişlər ya nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Lakin 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Cavabdeh1 həmin cəzaçəkmə müəsissəsi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi, qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sifariçi İddiaçı ilə Podratçı "xxxx" MMC-nin direktoru X35 arasında bağlanmış 26 fevral 2021-ci il tarixli xidmət müqaviləsindən görünür ki, müqavilənin predmetini müqavilənin ayrılmaz hissəsi sayılan 1 saylı Əlavə ilə müəyyən edilən işlərin Podratçı tərəfindən Sifarişçiyə təhvil verilməsi, Sifarişçi tərəfindən isə həmin işlərin qəbul edilməsi və haqqının ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. Müqaviləyə əsasən Sifarişçinin sifarişi əsasında mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 125.3 kv.m olan mənzilin hər kv. metri üçün 600 manat endirimlə kampaniya endirimin qiyməti 360 manat nəzərdə tutulmuşdur. Ödəniş satıcı tərəfindən müvafiq ödəniş sənədi təqdim edildiyi gündən etibarən ümumi dəyərin 50% 22500 manat olan hissəsi müqavilə bağlandığı gün, qalan 22500 manat olan hissəsi işin 70%-i görüldükdən sonra 20/20 faiz ödəniş edilir, iş tam birdikdən sonra 10% ödəniş edilir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-59/2025 saylı 24 yanvar 2025-ci il tarixli hökmündən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 və 128-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə barəsində 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Cavabdeh2 həbsdə saxlandığı 2 (ay) 11 (on bir) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmış, üzərində 7 (yeddi) il 9 (doqquz) ay 19 (on doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 128-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Cavabdeh1 həbsdə saxlandığı 10 (on) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmış, üzərində 6 (altı) il 5 (beş) ay 20 (iyirmi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həmin hökmlə müəyyən edilmişdir ki, Cavabdeh2 öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmiş və zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədi ilə qardaşı X35 və tanışı Cavabdeh1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 23 iyun 2020-ci il tarixdə qardaşı Kənan Quliyevlə birlikdə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyətləri olmadan sonuncunun adına "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini təsis etməklə həmin şirkətin xxxxxxx000200 nömrəli, 24 iyun 2020-ci il tarixli elektron əmək müqaviləsi bildirişi əsasında rəsmi işçisi olub faktiki rəhbərliyi həyata keçirərək internet informasiya ehtiyatları üzərindən idarə edilən “İnstagram” sosial şəbəkəsində özünün əvvəllər yaratdığı uydurma “ELSE Təmir Tikinti Dizayn” adlı şirkətin səhifəsində insanları inandırmaq üçün Cəmiyyətin tikinti, təmir və dizayn sahəsində fəaliyyət göstərdiyi və güzəştli qiymətlərlə mənzillərin təmirini həyata keçirəcəyi ilə bağlı endirim kampaniyası elan etdiyi barədə yalan məlumatlar paylaşdıqdan sonra 2021-ci ilin fevral ayında Bakı şəhəri, Binəqədi rayonu, 9cu mikrorayon, Cavadxan küçəsində yerləşən 41C saylı yaşayış binasının 3 otaqdan ibarət, sahəsi 125 kvadrat metr təşkil edən, tam təmirsiz 22 nömrəli mənzilinin təmiri ilə bağlı onlara həmin sosial şəbəkə üzərindən müştəri kimi müraciət etmiş İddiaçı özünü "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi kimi təqdim edərək öz qulluq mövqeyindən istifadə edib 26 fevral 2021-ci il tarixdə Kənan Quliyev və Cavabdeh1lə birlikdə İddiaçı məxsus mənzilə baxış keçirib ölçü işləri aparmaqla ona mənzilini guya şirkətin elan etdiyi endirim kampaniyası əsasında yüksək keyfiyyət və dizaynla peşəkar ustaların vasitəsilə xarici ölkə istehsalı olan yüksək keyfiyyətli inşaat materialları ilə təmir edəcəklərinə inandırıb mənzilin hər kvadrat metrinin təmir qiymətinin 360 manat olduğunu deyib mənzili ümumilikdə 45000 manat pul müqabilində müqavilə bağlandığı gündən etibarən 5 ay müddətində olmaqla 26 iyul 2021-ci il tarixdə təmirini bitirib təhvil verəcəklərinə dair yalan vəd verib aldadaraq, inam və etibarını qazanmaq, həmçinin öz cinayətkar niyyətlərini gizlətmək məqsədi ilə onunla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Kənan Quliyev arasında “PO-M-1” saylı 26 fevral 2021-ci il tarixli xidmət müqaviləsi bağlayaraq həmin tarixdə təmir edilməsi nəzərdə tutulan mənzildə İddiaçı 22500 manat pul vəsaitini aldıqdan sonra tanışlarına məxsus plastik qapı-pəncərə sexində daha ucuz qiymətə pəncərələri hazırladıb mənzilində quraşdıracağına inandırıb bu adla 18 mart 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən 63 fərdi yaşayış evinin qarşısında İddiaçı sonuncunun arvadı X3 vasitəsi ilə 2500 manat, bundan sonra inşaat materiallarının qısa müddət ərzində bahalaşacağını yalandan deyərək onu təmir üçün zəruri olan inşaat materiallarını əvvəlcədən alıb şirkətin anbarında saxlamağın sərfəli olacağına inandırıb bu adla ondan 11 may 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən “Bolmart” Ticarət Mərkəzinin qarşısında arvadı Xalidə Nəzərovanın vasitəsi ilə qrupun digər üzvü Cavabdeh1lə birlikdə 3000 manat, 21 may 2021-ci il tarixdə Cavabdeh1 Abşeron rayonu, Gənclər şəhərciyində yerləşən 85 saylı fərdi yaşayış evinin qarşısında İddiaçı 7000 manat və 29 iyul 2021-ci il tarixdə Abşeron rayonu, Gənclər şəhərciyində yerləşən 85 saylı fərdi yaşayış evinin qarşısında ondan 2000 manat məbləğlərində pul vəsaitlərini alıb ümumilikdə 37000 manat pulun müqabilində öz cinayətkar niyyətlərini gizlətmək məqsədi ilə mənzildə 10665 manat dəyərində ucuz və keyfiyyətsiz inşaat materialları ilə Cavabdeh1 mənzilə gətirdiyi günəmuzd işləyən qeyri-peşəkar ustaların vasitəsilə qüsurlu təmir işləri görməklə öz qulluq mövqeyindən istifadə edib qardaşı Kənan Quliyev və tanışı Cavabdeh1lə qabaqcadan əlbir olan bir qrup şəxs halında İddiaçı 26335 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişlər. Həmin hökmlə müəyyən edilmişdir ki, Cavabdeh1 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmiş və zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, bundan sonra o, təkrarən etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədi ilə tanışları Cavabdeh2 və X35 qardaşları ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Cavabdeh2 və Kənan Quliyev tərəfindən 23 iyun 2020ci il tarixdə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyətləri olmadan Kənan Quliyevin adına "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilərək internet informasiya ehtiyatları üzərindən idarə edilən “İnstagram” sosial şəbəkəsində uydurma “ELSE Təmir Tikinti Dizayn” adlı şirkətin səhifəsində həmin Cəmiyyətin tikinti, təmir və dizayn sahəsində fəaliyyət göstərdiyi və güzəştli qiymətlərlə mənzillərin təmirini həyata keçirəcəyi ilə bağlı endirim kampaniyası elan etdiyi barədə yalan məlumatlar paylaşıldıqdan sonra 2021-ci ilin fevral ayında Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsində yerləşən 41C saylı yaşayış binasının 3 otaqdan ibarət, sahəsi 125.3 kv.metr təşkil edən, tam təmirsiz 22 nömrəli mənzilinin təmiri ilə bağlı onlara həmin sosial şəbəkə üzərindən müştəri kimi müraciət etmiş İddiaçı özünü "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin briqadiri kimi təqdim edərək 26 fevral 2021-ci il tarixdə Cavabdeh2 və Kənan Quliyevlə birlikdə İddiaçı məxsus mənzilə baxış keçirib ölçü işləri aparmaqla ona mənzilini guya şirkətin elan etdiyi endirim kampaniyası əsasında yüksək keyfiyyət və dizaynla peşəkar ustaların vasitəsilə xarici ölkə istehsalı olan yüksək keyfiyyətli inşaat materialları ilə təmir edəcəklərinə inandırıb mənzilin hər kvadrat metrinin təmir qiymətinin 360 manat olduğunu deyib mənzili ümumilikdə 45000 manat pul müqabilində müqavilə bağlandığı gündən etibarən 5 ay müddətində olmaqla 26 iyul 2021- ci il tarixdə təmirini bitirib təhvil verəcəklərinə dair yalan vəd verib aldadaraq inam və etibarını qazanmaq, həmçinin öz cinayətkar niyyətlərini gizlətmək məqsədi ilə onunla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Kənan Quliyev arasında “POM-1” saylı 26 fevral 2021-ci il tarixli xidmət müqaviləsi bağlayaraq həmin tarixdə təmir edilməsi nəzərdə tutulan mənzildə təmirə görə “ilkin ödəniş” qismində Cavabdeh2 İddiaçı 22500 manat, Cavabdeh2 tanışlarına məxsus plastik qapı-pəncərə sexində mənzil üçün daha ucuz qiymətə pəncərələr hazırlatmaq adı ilə 18 mart 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən 63 fərdi yaşayış evinin qarşısında sonuncunun tapşırığına əsasən o, İddiaçı arvadı X3 vasitəsi ilə 2500 manat, qısa müddətdə inşaat materiallarının bahalaşacağını deyib mənzilinin təmirində istifadə edilməsi nəzərdə tutulan zəruri inşaat materiallarını əvvəlcədən alıb şirkətin anbarında saxlamaq adı ilə 11 may 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən “Bolmart” Ticarət Mərkəzinin qarşısında Cavabdeh2lə birlikdə İddiaçı arvadı Xalidə Nəzərova vasitəsi ilə 3000 manat, mənzilin təmiri üçün nəzərdə tutulan inşaat materiallarının pulunu tam verilmədiyini deyib bu adla 21 may 2021-ci il tarixdə Abşeron rayonu, Gənclər şəhərciyində yerləşən 85 saylı fərdi yaşayış evinin qarşısında Cavabdeh2 tapşırığına əsasən o, İddiaçı 7000 manat və mənzildə isti döşəmə çəkmək adı ilə 29 iyul 2021-ci il tarixdə Abşeron rayonu, Gənclər şəhərciyində yerləşən 85 saylı fərdi yaşayış evinin qarşısında Cavabdeh2 tapşırığına əsasən o, İddiaçı 2000 manat məbləğlərində pul vəsaitlərini alıb, ümumilikdə İddiaçı təmirə görə verdiyi 37000 manat pul müqabilində öz cinayətkar niyyətlərini gizlətmək məqsədi ilə mənzildə 10665 manat dəyərində ucuz və keyfiyyətsiz inşaat materialları ilə onun mənzilə gətirdiyi günəmuzd işləyən qeyri-peşəkar ustaların vasitəsilə qüsurlu təmir işləri görməklə tanışları Cavabdeh2 və Kənan Quliyevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında İddiaçı 26335 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişlər. Bundan əlavə, hökmdə qeyd edilmişdir ki, məhkəmə təqsirləndirilən şəxslər Cavabdeh2, Cavabdeh1 İsmayıl oğlunun və X8 ittiham üzrə təqsirləndirildikləri cinayət əməllərini törətməmələri, bir-biriləri ilə hər hansı cinayət əlaqəsinə girməmələri barədə məhkəmədə verdikləri ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onların bu ifadələri özlərini və biri-birilərini müdafiə xarakteri daşımaqla ağır və az ağır cinayət törətməyə görə cəzadan yayınmaq məqsədi daşıyır və özlərinin ifadələrindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə, məhkəmə yuxarıda şərh olunan bütün sübutları, o cümlədən zərərçəkmiş şəxslər X31, X22, X4, X5, X13, X9, X14, İddiaçı, X26, X23, X2, X1, X15, X27, X24, X17, X28, X10, X11, X36, X29, X18, X6 və X19 verdikləri ifadələrini və iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş digər sübutları müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndiriərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin onlara istinad edilən cinayətlərin törədilməsində təqsirləri tam sübut olunur. Eyni zamanda hökmdə qeyd edilmişdir ki, Cavabdeh2 zərərçəkmiş şəxs İddiaçı ona bütün təmirin dəyərinin 50%-ni təşkil edən 20000-21000 manat pul ödədiyini, Arifin mənzilində bütün təmir işlərini gördüyünü, Arifə borcu qalmadığını, hətta Arifin ona 4000- 5000 manat borcu olduğunu bildirsə də, zərərçəkmiş şəxs qismində dindirilən İddiaçı, Cavabdeh2 37000 manat pul verdiyini, amma mənzilində cəmi 3000 manatlıq iş görüldüyünü göstərmiş, Müstəqil Məhkəmə Ekspertizasının xx.xx.2022-ci il tarixli, 237 nömrəli rəyi ilə İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən 41C saylı evin 22 saylı mənzili üzrə aparılmış təmir işlərinin dəyərinin 10665 manat məbləğində olduğu, mənzilin konstruktiv elementləri üzərində qüsurlar mövcud olduğu, həmin qüsurların da aradan qaldırılması aparılmalı bərpa işlərinin dəyəri 7365 manat olması müəyyən olunmuşdur. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-787/2025 saylı 27 avqust 2025-ci il tarixli qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli hökmündən təqsirləndirilən X20, X7 müdafiəçisi X32, təqsirləndirilənlər Cavabdeh2, Cavabdeh1, zərərçəkmiş şəxslər X25, X16, X41, X42, zərərçəkmiş şəxs X22 nümayəndəsi X37 tərəfindən verilmiş apellyasiya şikayətləri, müdafiəçi Zaur Hüseynov və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavələrin təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsi müəyyən edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsində öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Belə ki, mülki işin materialları, iddiaçının izahatı və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-59/2025 saylı xx.xx.2025-ci il tarixli hökmü ilə təsdiq edilir ki, Cavabdeh2 öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Cavabdeh1 ilə əlbir olaraq İddiaçı məxsus ümumilikdə 26335 manat məbləğində pul vəsaitini ələ keçirilməklə, iddiaçıya maddi ziyan vurmuşlar. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən maddi zərərin vurulması mülki işdə olan sübutlarla öz təsdiqini tapdığından, iddia tələbi təmin edilməli və müvafiq olaraq 19751.25 manat məbləğində pul vəsaiti Cavabdeh2, 6583.75 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq, İddiaçı ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh2 19751.25 (on doqquz min yeddi yüz əlli bir manat iyirmi beş qəpik) manat məbləğində dəymiş maddi ziyan və 127.76 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. Cavabdeh1 6583.75 (altı min beş yüz səksən üç manat yetmiş beş qəpik) manat məbləğində dəymiş maddi ziyan və 42.59 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(001)-2628/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2628/2025
21.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver