Məhkəmə qərarları › İş №e-2(001)-441/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-441/2023

11.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-441/2023 11.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdeh, X1 iştirakları ilə, İddiaçı MMC-nin (K@TV1) Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı MMC Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “K@TV1”əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 111.87 manat məbləğində vurulmuş zərərin, həmçinin hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün "xxxx" MMC-yə ödənilmiş 150 manat pulun və iddia ərizəsi verilərkən ödənilmiş 30manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 292.27 manatməbləğində pulun iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011- ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. Bu məqsədlə Bakı şəhərinin müxtəlif rayonlarında kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Qeyd edirk ki, Nəsimi rayonu ərazisində bir müddətdir ki, bəzi vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan və ya müqavilə münasibətlərinə xitam verdikdən sonra qanunsuz olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında “xidmətlərin göstərilməsi” barədə xx.xx.2018-ci il tarixli müqavilə imzalanmışdır. İddia ərizəsinə əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş arayışdan müəyyən olur ki, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi 16 saylı evin, 91 nömrəli mənzilinin sahibi Cavabdehdur. Tərəfimizdən iddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli Arayışdan müəyyən olur ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.23013-cü il tarixdə müqavilə bağlanmış, müqavilə əsasında mənzil “K@TV1” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2018-ci il tarixinədək etmiş və həmin ünvan xx.xx.2018-ci il tarixdə 6 manat 60 qəpik borc ilə şəbəkədən ayrılmışdır. Bundan sonra xx.xx.2018-ci ildə "xxxx" hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə binaya baxış keçirilən zaman sözügedən mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 7448 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Beləliklə tərtib edilmiş aktdan görünür ki, cavabdehə məxsus mənzil “K@TV1” kabel televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulmuş və nəticədə İddiaçı MMC-yə maddi ziyan dəymişdir. Eyni zamanda qeyd edirk ki, baxış keçirilən zaman tərtib edilmiş aktlarda qeyd edilənlər video qeydə alınmışdır. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubları göndərilmiş, hər iki məktub poçt xəbərnaməsinə Baxışov soyadı ilə imza atılmaqla qəbul edilmişdir. Kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keşirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Cavabdehə məxsus mənzilin iddiaçıya məxsus şəbəkədən ayrıldığı xx.xx.2018ci il tarixdən qanunsuz qoşulma barədə xx.xx.2018-ci ilə qədər ötən müddət 339 gün təşkil edir. Bu da həmin dövr üçün hər günə 30 qəpik maddi ziyan hesablanmaqla 111.87 manat maddi ziyan təşkil edir. Həmçinin iddia ərizəsinə əlavə edilmiş ödəniş tapşırığının surətindən görünür ki, iddiaçı "xxxx" MMC-yə müqavilə əsasında 150 manat məbləğində pul ödəmişdir. Yuxarıda qeyd edilən normaların mahiyyətindən göründüyü kimi cavabdeh qanunsuz və əsassız olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulmuş, bununla da MMC-yə maddi ziyan vurmuşdur. Cavabdehin bu mülki hüquq pozuntusu haqsız rəqabətə yol açmaqla yanaşı MMC-nin göstərdiyi xidmətlərdən əsassız və qanunsuz istifadəyə gətirib çıxarmışdır. Cavabdehin bu hərəkətlərinin qarşısı alınmayacağı təqdirdə gələcəkdə digər fiziki şəxslərə pis bir nümunə olamaqla yanaşı qanunsuz istifadə hallarının artmasına gətirib çıxara bilər. Bununla da sahibkar kimi müəssisənin normal iş fəaliyyəti, habelə dövlət qarşısında vergi öhdəliklərinin icrası və işçilərin əmək haqqısının ödənilməsi mümkünsüz olacaqdır. Həmçinin qeyd edilən halın kütləvilik təşkil etməsi ehtimalı da böyükdür. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, məhkəməyə təqdim edilən ekspert rəyi ilə ekspertin məhkəmə iclasında səsləndirdikləri, cavabdehin dedikləri ilə ziddiyyət təşkil edir. Ekspert ümumiyyətlə mənzilə baxış keçirilən zaman foto və video çəkilişdən istifadə etməmişdir. Halbuki məhkəmə qərardadıda bu cümlənin kifayət qədər imperativ xarakterli olması hiss olunur. Bundan başqa ekspert mənzilə daxil olduqlarını, ora da, baxış keçirildiyini bildirsə də, cavabdehdeh evin qapısının bağlı olması səbəbindən evə daxil olmanın mümkün olmadığını bildirir. Ekspert mənzilə qurğunu olduğuqutudan kabel xəttinin getdiyini təsdiq edir. Lakin cavabdeh isə həmin mənzilə ümumiyyətlə kabel xəttinin getmədiyini bildirir. Bütün bu ziddiyyətli məqamlar nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, ev onundur. 2017-ci ildən həmin mənzildən köçmüş evi isə tanışlarının məsləhət görüdüyü polis işçilərinə kirayə vermişdir. Hazırda həmin polislər yenə də, evdə qalmaqda davam edirlər. Nə özü nə də ki, polislər evə qanunsuz qoşulma xətti çəkməmişlər. Hətta evdən köçən zaman iddiaçının əməkdaşları tərəfindən kabel xətləri kəsilmişdir. Həmin polislər isə evə arxa tərəfdən başqa kabel xətti çəkmişlər. Ekspert evə baxış keçirən zaman polislər evdə olmadığından, onda isə evin açarı olmadığından mənzilə baxış keçirmək mümkün olmamışdır.

5. Məhkəmə iclasında dindirilən ekspert X6 izahatında bildirmişdir ki, mənzilə gedən kabel xəttlərini ötürən ötürücü qutu bağlı olduğundan qutunu açmaq mümkün olmamışdır. Çünki qutunun açarı iddiaçıda olur və iddiaçı da, mənzilə baxış üçün təyin olunmuş vaxtda gəlməmişdir. Lakin qutudan çıxan xətlərdə də, əlavə qoşulma əlamətləri görülməmişdir. Belə ki, qanunsuz qoşulma dedikdə, kabeldə kəsik izlərinin olması, əlavə xətlərin atılması başa düşülür ki, belə bir hal da olmamışdır. Qansuz qoşulma halları da, vizual baxışla müəyyən olunur. Mənzilə daxil olduqda televizora qoşulan qanunsuz bir xətt görməmişdir. Baxış keçirilən zaman sadəcə cavabdeh iştirak etmiş və kabelləri ona cavabdeh təqdim etmişdir. Qutudan çıxan sadəcə 1 xətt olmuşdur ki, o da, həmin evə getmişdir. Lakin bunun qanunsuz olmasını göstərən əlamətləri görməmişdir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlar:

6. "xxxx" hüquq firmasının əməkdaşı X7 və KATV-1 əməkdaşı X3 və Tele- Radio üzrə mütəxəssis X5 tərəfindən tərtib olunan İddiaçı MMC-nin K@TV 1 kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında 7448 N saylı, xx.xx.2018-ci il tarixli aktın surətinə əsasən ünvan 1 ünvanında “KATV 1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma aşkar olunmuşdur. Həmin aktda, göstərilir ki, mənzil KATV-nin söndürülmüş abunəçisi olduğu halda KATV-nin şəbəkəsinə anunsuz qoşulub. Kabel mənzil yerləşən mərtəbədən KATV-nin şəbəkəsindən çıxaraqşaxtanın içi ilə mənzilə gedir.

7. İddiaçı MMC- nin (“K@TV1”) 10 may 2022-ci il tarixli arayışına əsasən İddiaçı MMC ilə ünvan 1 ünvanında yaşayan Cavabdeh arasında bağlanmış “K@TV1” kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən 20 sentyabr 2013cü il tarixində bu ünvan “K@TV1” Kabel Televiziyasının şəbəkəsinə qoşulub. 01 yanvar 2018-ci il tarixinədək isə son ödəməsini edib. 20 yanvar 2018-ci il tarixində 6,60 manat borc ilə şəbəkədən ayrılıb;

8. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, ona kabel şəbəkəsinə qanunsuz qoşulma nəticəsində 261,87 manat məbləğində dəymiş zərərin 10 gün ərzində ödənilməsi tələb edilmiş, əks halda mübahisənin məhkəmə yolu ilə həll olunacağı barədə xəbərdarlıq edilmişdir.

9. İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında bağlanan hüquqi xidmətlərin göstərilməsinə dair müqavilədən görünür ki, sifarişçi İddiaçı MMC müqavilənin qüvvədə olduğu müddətdə özünə məxsus olan kabel şəbəkəsinə qanunsuz qoşulmalarla bağlı yaranmış hüquq pozuntularının aşkar edilməsini, aradan qaldırılmasını və bununla bağlı müvafiq sənədləşmənin aparılmasını sifariş verib, icraçıya razılaşdırılmış xidmətlərinin haqqını ödəyir. “İcraçı” isə “sifarişçi”yə xidmətləri göstərir.

10. 15 avqust 2022-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən göstərilən hüquqi xidmətə görə Ədalət-A MMC-yə 100 manat məbləğində pul ödənilmişdir;

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 fevral 2023-cü il tarixli, 3/1827 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən kabelin üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. Elektrik sayğacından kənar xəttlərin çəkilməsi müşahidə edilməmişdir. Tədqiqat prosesini təsvirində göstərilir ki, kabelə xx.xx.2023-cü il tarixdə baxış keçirilmişdir. Tədiqata təqdim edilmiş kabel adi gözlə təbii işıq altında və xüsusi böyüdücü lupanın köməyi ilə müxtəlif ölçülərdə böyüdülərək, tədqiq edilmişdir. Bu zaman qeyd olunan kabelin üzərində trasoloji zədə aşkar edilməmişdir.

12. İddiaçı tərəfindən qaldırılmış iddia üçün 30 manat məbləğində dövlət rüsumu, 0,40 manat bank xidmət haqqını ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

13. İddiaçı MMC- nin (“K@TV1”) 10 may 2022-ci il tarixli arayışına əsasən İddiaçı MMC ilə ünvan 1 ünvanında yaşayan Cavabdeh arasında “K@TV1” kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmış, müqaviləyə əsasən 20 sentyabr 2013-cü il tarixində bu ünvan “K@TV1” Kabel Televiziyasının şəbəkəsinə qoşulub. 01 yanvar 2018-ci il tarixinədək isə son ödəməsini edib. 20 yanvar 2018-ci il tarixində 6,60 manat borc ilə şəbəkədən ayrılıb.

14. İddiaçı hazırki iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı MMC “K@TV1”in, "xxxx" hüquq firmasının əməkdaşları və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin əməkdaşı tərəfindən tərtib olunan 7448 N saylı, xx.xx.2018-ci il tarixli akta əsasən yuxarıda qeyd olunan ünvanda “K@TV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulması aşkar olunmuşdur.

15. İddiaçı cavabdehin şəbəkədən ayrıldığı xx.xx.2018-ci il tarixdən qanunsuz qoşulma barədə xx.xx.2018-ci ilə qədər ötən müddətin 339 gün olmasını, həmin dövr üçün hər günə 30 qəpik maddi ziyan hesablanmaqla 111.87 manat maddi ziyan təşkil etdiyini iddia edir və həmin maddi ziyanın cavabdehdən tutulmasını xahiş edir.

16. Cavabdeh isə iddia tələbini qəbul etmir, 2017-ci ildən həmin mənzildən köçərək, evi kirayə verdiyini, öz vaxtında aralarında bağlanan müqavilə üzrə aylıq haqq ödənildiyini, ödənilmədiyi təqdirdə yayımın kəsildiyini və bu səbəbdən hər hansı borcunun olması ilə razılaşmadığını bildirir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

18. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;

19. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

20. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

21. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);

22. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır;

23. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

24. “Telekommunikasiya haqqında” 14 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 35-ci maddəsinə əsasən telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir.

25. İşin müəyyən edilən hallarından görünür ki, iddiaçı cavabdehin əvvəllər abonenti olduğu tv kabel şəbəkəsindən ayrıldığı (xx.xx.2018-ci il) vaxtdan 339 gün sonra(xx.xx.2018-ci il) mənzilin yerləşdiyi binaya baxış keçirmiş və KATV-nin Ədalət-A hüquq şirkətinin, Rabitə və yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları müəyyən etmişdir ki, kabel şəbəkəsinə qanunsuz qoşulma faktı mövcuddur. Bu barədə xx.xx.2018ci il tarixli AKT tərtib edilmişdir. Bu səbəbdən də iddiaçı ehtimal edir ki, cavabdeh şəbəkədən ayrıldığı vaxtdan etibarən qanunsuz qoşulma etmişdir və ona görə də hər gün üçün iddiaçıya 30 qəpik olmaqla 111,87 manat məbləğində zərər vurmuşdur.

26. Məhkəmə iddiaçının tələbini qismən əsaslı hesab edir.

27. Əvvəla iş materiallarında sübut kimi təqdim edilmiş videodiskə tərəflərin iştirakı ilə baxış keçirilərkən müəyyən olunmuşdur ki, həqiqətən müqavilədən imtina edərək şəbəkədən ayrılmış abonentin xətti şəbəkəyə qoşuludur. Həmin vaxt mənzildə olan şəxslərə xəbərdarlıq edilmək istənilsə də, lakin qapını açan olmamışdır. Eyni zamanda tərtib edilən AKT abonentin qapısından asılmışdır.

28. Bundan əlavə cavabdeh izahatında bildirir ki, həmin dövrdə mənzildə kirayəçilər yaşamış və onlar da ümumiyyətlə televizordan istifadə etməmişlər.

29. Eyni zamanda cavabdeh kabel xətlərinin birləşdiyi qutunun açılmasının qeyri mümkün olduğunu bildirməklə, əgər elə bir şey varsa qanunsuz qoşmanı iddiaçının işçiləri tərəfindən edildiyinə işarə edir.

30. Hüquq nəzəriyyəsində “sübutların üstünlüyü”(ehtimallar balansı” standartı adlı anlayış vardır. Onu belə izah etmək olar ki, əgər təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla(mümkünlüklə) məhz baş verdiyi nəyinki baş vermədiyi” qənaətinə gəlmək olarsa, sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur.

31. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

32. Odur ki, məhkəmə videoçəkilişlə keçirilmiş baxışın nəticəsində tərtib edilmiş AKT-la mənzildə heç vaxt televizora baxılmadığı və qanunsuz qoşulmada istehsalçının marağının olması barədə etiraz ilə müqayisədə sübutların üstünlüyü standarları baxımından qiymətləndirərək, qanunsuz qoşulmanın böyük ehtimalla baş verdiyi qənaətinə gəlir. Belə ki, heç vaxt evdə televizora baxılmaması və iddiaçının özünün mənafeyinə zidd olaraq qanunsuz qoşulma etməsi hər hansı məntiqə sığmır.

33. Bundan əlavə keçirilmiş ekspertiza tədqiqatı isə natamam olmuş və tədqiqat hərtərəfli aparılmamışdır. Halbuki ekspertə tədqiqat obyektinə yerində baxış keçirilərkən video və ya foto çəkilişi aparması tapşırılsa da, ekspert mübahisəli mənzilə belə daxil olmamışdır, tədqiqatda iştirak edən cavabdeh isə buna şərait yaratmamışdır. Aydın məsələdir ki, mənzilin çöl divarlarından hər hansı qanunsuz qoşulma faktını müəyyən etmək mümkün deyildir. Bu səbəbdən məhkəmə ekspert rəyini mötəbər sübut kimi qiymətləndirmir.

34. Lakin məhkəmə qanunsuz qoşulma faktını təsdiq etsə də, tələb edilən zərərin məbləği ilə razı deyildir.

35. Belə ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanan hüquqi xidmətlərin göstərilməsinə dair xx.xx.2018-ci il tarixli müqavilənin 3.4-cü bəndindən görünür ki, icraçı ("xxxx" MMC) müqavilədə nəzərdə tutulmuş xidmətlərin göstərilməsi üçün onun əməkdaşları vasitəsilə “Sifarişçi”nin (İddiaçı MMC) kabel şəbəkəsinə qanunsuz qoşulmalarla bağlı yaranmış hüquq pozuntularının müvafiq qrafik üzrə (və ya qrafikdən kənar) aşkar edilməsi, aradan qaldırılması və bununla bağlı müvafiq sənədləşmənin aparılmasında iştirak edir. Müqavilənin 4.1-ci bəndinə əsasən “sifarişçi” “icraçı”ya qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün icraçıya 150 manat məbləğində pul ödəyir.

36. Görünür ki, iddiaçı 2018-ci ilin yanvar ayının 4-dən "xxxx" MMC ilə hüquqi xidmətin göstərilməsi ilə bağlı müqavilə bağladığından, "xxxx" MMC qrafik əsasında “Sifarişçi”nin (İddiaçı MMC) kabel şəbəkəsinə qanunsuz qoşulmalarla bağlı yaranmış hüquq pozuntularının müvafiq qrafik üzrə (və ya qrafikdən kənar) aşkar edilməsi, aradan qaldırılması və bununla bağlı müvafiq sənədləşmənin aparılmasında iştirak etməli idi. Halbuki, cavabdehin şəbəkədən ayrıldığı vaxtdan, yəni 20 yanvar 2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək ümumiyyətlə mənzildə qanunsuz qoşulma hallarının olubolmaması ilə bağlı yoxlama aparılmamışdır.

37. Hansı ki, çoxmərtəbəli binaya xidmət göstərən istehsalçının həmin binada yaşayan abonentlərin hamısının günə-gün borcunu ödəməsi ilə bağlı ehtimalı əsaslı sayıla bilməz və əgər istehsalçı ay sonunda abonentin borcunu ödəmədiyini müəyyən etdikdə ən azından həmin abonenti şəbəkədən ayırmalı və ya xəbərdarlıq etməli olur. Bu da həmin vaxt binaya baxış keçirilmiş olduğu qənaətini yaradır. Binaya baxış keçirilən zaman isə şəbəkələrin çoxusunun eyni qutuya qoşulduğu nəzərə alınarsa, baxış keçirilərkən hər hansı qanunsuz qoşulma faktı aşkar edilməmişsə, onda abonentin və ya şəbəkədən ayrılmış keçmiş abonentin əvvəlki aylarda qanunsuz qoşulma etmədiyi hüquqi nəticəsi yaranır. Bu səbəbdən də məhkəmə istehsalçının Bakı şəhəri üzrə geniş əraziyə xidmət etmələrinə görə hər mənzilə nəzarət etmələrinin mümkünsüzlüyü barədə dəlilini əsassız hesab edir.

38. Beləliklə məhkəmə, qanunsuz qoşulma faktının xx.xx.2018-ci il tarixdə müəyyən edilməsini nəzərə alaraq, həmin ay üçün vurulmuş zərər həcmində tələbini əsaslı hesab edir. Bu isə 1 ay üçün 10 manat təşkil edir.

39. Məhkəmə hüquqi xidmətlərə görə çəkilən xərcin əvəzi olaraq 100 manat məbləğində pulun cavabdehdən tutulması hissəsi ilə bağlı isə qeyd edir ki, iddia həmin hissədə əsaslı hesab edilə bilməz.

40. Belə ki, iddiaçı əgər həmin məbləğin müqavilə münasibətlərindən irəli gəldiyinə güman edirsə, bu halda cavabdehin hər hansı öhdəliyinin olması iş materialları ilə sübut olunmur.

41. Digər yandan, iddiaçı əgər həmin məbləğin deliktdən irəli gəldiyinə ehtimal edirsə, bu halda isə zərərlə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması müəyyən edilmir. Belə ki, iddiaçı onun görməli olduğu işləri və ya xidməti istənilən şəxsə, istənilən muzd müqabilində, istənilən şərtlərlə tapşıra bilər və bu zaman tapşırıq müqaviləsindən irəli gələn öhdəliklər müqavilə tərəflərinə aiddir. Bu səbəbdən cavabdehdən öhdəlik daşımadığı müqavilə üzrə haqq tələb edilməsi əsassızdır.

42. Digər tərəfdən, iddiaçı əgər həmin məbləği məhkəmə xərci kimi tələb edirsə, bu halda da tələb əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göründüyü kimi həmin norma vəkilin və ya nümayəndənin məhkəmə icraatı zamanı çıxışı və ya digər konkret hallarla bağlı olan xərclərin tutulmasını tənzimləmişdir. Halbuki "xxxx" hüquq firması iddiaçının nümayəndəsi deyildir və məhkəmə icraatında iştirak etməmişdir. Tətbiq edilən prosessual normalar:

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

44. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

45. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

46. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Nəticə:

47. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, K@TV1 əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə qanunsuz qoşulması nəticəsində vurulmuş zərərin əvəzi qismində 10 manat məbləğində pul vəsaiti və iddianın təmin edilmiş hissəsinə münasibətdə 3 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə (K@TV1) verilməli, iddia qalan hissədə təmin edilməməlidir.

48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddia qismən təmin edilsin. K@TV1 əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə qanunsuz qoşulması nəticəsində vurulmuş zərərin əvəzi qismində 10 (on) manat məbləğində pul vəsaiti və iddianın təmin edilmiş hissəsinə münasibətdə 3 (üç) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə (K@TV1) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar