Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1425/2024 02.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçı Rəfayil oğlunun Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Rəfayil oğlu Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 274286,73 manat pul tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki "xxxx" ASC, "xxxx" MMC və İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli DC00300687-01 saylı kredit müqaviləsinə əsasən mal alışı məqsədilə 227.672 manat, xx.xx.2021-ci il tarixli DC00300687-02 saylı kredit müqaviləsinə əsasən eyni məqsədlə 75.000 manat, xx.xx.2021-ci il tarixli DC00300687-03 saylı kredit müqaviləsinə əsasən isə yenə də eyni təyinatla internet üzərindən bankın saytı vasitəsilə 74.841 manat kredit verilmişdir. Həmin kreditlər "xxxx" MMC-nin faktiki sahibi Cavabdeh tərəfindən əldə edilmişdir. Cavabdeh bir neçə belə şirkəti vardır və həmin şirkətlər vasitəsilə iddiaçı "xxxx" ASC-dən və digər kommersiya banklarından ("xxxx" ASC və s.) iri məbləğdə kreditlər götürmüşdür. İddiaçı cəmi 8 ay "xxxx" MMC-də Cavabdeh sürücüsü işləmişdir. Cavabdeh öz adını gizlətmək və məsuliyyətdən yayınmaq üçün ondan - xidməti asılılığı olan işçisinə əvvəlcə asan imza aldırmış (guya mühasibatlıq sənədləşmələrinin aparılması üçün), sonradan onlayn qaydada Bankdan külli miqdarda kreditlər götürmüşdür. Hətta kredit götürülərkən Bankda kreditin kim tərəfindən götürülməsi onlara agah olmuşdur. Qeyd edir ki, Cavabdeh yaşayış ünvanı elə "xxxx" MMC-nin hüquqi ünvanı ilə eynidir. Bununla bağlı iddiaçı müvafiq quruma müraciət etmiş və maps arayışı almışdır. Həmin maps arayışı iddia ərizəsinə əlavə edilir. Qeyd edir ki, İddiaçı Rəfayil oğlu əvvəlcə Cavabdeh tərəfindən təsisçi kimi qeydiyyata alınmış və onun adına asan imza alınmışdır. Asan imza İddiaçı Rəfayil oğluna məxsus olsa da, Cavabdeh olmuşdur. İddiaçı asan imzanın nömrəsini də bilmir. İddiaçı özünün VÖEN-i olmuş və onu bağlatmışdır. Cavabdehin hərəkətlərindən zərər çəkən təkcə İddiaçı deyil. Bir çox şəxslər cavabdehin hərəkətlərindən ziyan çəkmişdir. Onların məhkəmədə şahid kimi ifadə verməsi zəruridir. Bundan başqa digər kreditlərlə bağlı "xxxx" ASC tərəfindən 2023-cü ilin əvvəlində Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət ərizəsi ilə müraciət olunmuşdur. Həmin idarədə şikayətlə bağlı müvafiq araşdırmalar aparılmışdır. Məlum olmuşdur ki, "xxxx" QSC-nin əməkdaşların hazırkı iş üzrə cavabdehin hərəkətlərindən məlumatlıdırlar. Həmin müəssisənin işçiləri şahid kimi çağrılıb dindirilmiş və izahatları alınmışdır. Həmin şirkətin də 3-cü şəxs kimi işə cəlb edilməsi zəruridir. Eyni zamanda həmin şirkətin mühasibi - Gülxar adlı şəxs də araşdırmaya cəlb edilmiş və izahatı alınmışdır. Həmin mühasibin verdiyi məlumata görə o, Cavabdeh bütün maliyyə işlərini həyata keçirmişdir. "xxxx" QSC-nin əməkdaşların da iş üzrə şahid kimi dindilməsi zəruridir. Cavabdeh bütün banklardan başqa şəxslərin adına götürdüyü kreditləri ödəyə bilmədiyi üçün ölkəni tərk etmişdir. Hazırda məlumata görə həmin şəxs axtarışdadır. Nəticə olaraq onlayn qaydada internet üzərindən İddiaçı Rəfayil oğlunun adına götürülmüş kreditlərlə bağlı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 671/2023 saylı qətnaməsi ilə hər üç kredit üzrə ümumilikdə 274.286,73 manat pulun İddiaçı Rəfayil oğlu və "xxxx" MMC-dən tutulması qərara alınmışdır. Həmin qətnamə bankın təqdim etdiyi faktiki sənədlər əsasında qəbul edilsə də, həqiqətdə həmin pullar Cavabdeh tərəfindən götürülmüşdür. Göstərilən faktiki hallar İddiaçı Rəfayil oğlunun hüquqlarını və qanuni mənafelərini əhəmiyyətli dərəcədə pozmuş və onu ağır duruma salmışdır. İddiaçı bu kreditlərin mövcudluğundan bank məhkəmədə iddia qaldıran zaman xəbər tutmuş, onda heç bir kredit, zaminlik müqaviləsi yoxdur. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Cavabdeh gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməməsini nəzərə alaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram vuraraq, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməməsini nəzərə alaraq, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin iddiaçı stasionar müalicədə olmasını təsdiq edən tibb müəssisəsinin sənədini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin, həmçinin cavabdehin və üçüncü şəxsin məhkəmə iclasına gəlməməsinin səbəblərini üzürlü saymır və bunu işə mahiyyəti üzrə baxılmasına süni şəkildə mane olmaq kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən iddiaçının, onun nümayəndəsi və vəkilinin, MPM-nin 185.5-cı maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-671/2023 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" MMC və İddiaçı qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər "xxxx" MMC və İddiaçı birgə qaydada DC00300687-01 saylı kredit müqaviləsinə əsasən 95,249.76 manat əsas borc, 9,202.84 manat faiz borcu, 4700 manat cərimə borcu, DC00300687-02 saylı kredit müqaviləsinə əsasən 61,390.07 manat əsas borc, 11479.95 manat faiz borcu, 3000 manat cərimə borcu, DC00300687-03 saylı kredit müqaviləsinə əsasən 72,270.70 manat əsas borc, 13651,13 manat faiz borcu, 2942,28 manat cərimə borcu, ödənilmiş 400 manat dövlət rüsumu, ümumilikdə 274.286,73 manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Ödənilmiş 180 manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin özünə aid edilmişdir. Qətnamə ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-27-111/2-1302/2023 saylı məktubundan görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı və "xxxx" MMC-yə elektron imza sertifikatı verilməmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzi tərəfindən sertifikat xidmətlərinin göstərilməsi haqqında müqavilənin bağlanması üçün ərizədən görünür ki, "xxxx" MMC-nin asan imza sim-kartına bağlı telefon nömrəsi kimi +994 ********* qeydiyyatdan keçmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzi tərəfindən sertifikat xidmətlərinin göstərilməsi haqqında müqavilənin bağlanması üçün ərizədən görünür ki, İddiaçı fiziki şəxs kimi asan imza simkartına bağlı telefon nömrəsi kimi +994 ********* qeydiyyatdan keçmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehlər "xxxx" MMC və İddiaçı "xxxx" ASC-yə borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı cavabdehlərin kredit və zaminlik müqavilələrini asan imza vasitəsilə imzaladıqlarını, lakin cavabdeh İddiaçı asan imzasının onda olduğunu, belə bir müqavilələr imzalamadığını, onun adından həmin müqavilənin kənar şəxs tərəfindən bağlandığını iddia edir. Məhkəmə cavabdeh İddiaçı müqavilələrdə olan imzaların ona məxsus olmaması, həmin müqavilələrin bağlanmasına onun iradə ifadəsinin olmamasına dair dəlilini əsassız hesab edir. Belə ki, Məhkəmənin sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilmiş məlumata əsasən asan imza sim-kartına bağlı telefon nömrəsi kimi +994 ********* nömrə həm fərdi sahibkar kimi İddiaçı, həm də digər cavabdeh "xxxx" MMC-nin adına qeydiyyatdan keçirilmiş, həmin imzanın etibarlılıq müddəti xx.xx.2024-cü il tarixədək müəyyən edilmişdir. Kommersiya Qurumlarının dövlət reyestrindən çıxarışa əsasən cavabdeh İddiaçı "xxxx" MMC-nin qanuni təmsilçisidir, bundan əlavə xx.xx.2015-ci il tarixdən fərdi sahibkar kimi dövlət qeydiyyatına alınmışdır. Elektron məhkəmə informasiya sistemindən proses iştirakçılarına dair məlumatlar bölməsindən əldə edilmiş çıxarışa əsasən cavabdeh İddiaçı "xxxx" MMC ilə aktiv əmək müqaviləsi (vəzifəsi – direktor olmaqla) vardır. Bu səbəbdən məhkəmə cavabdeh İddiaçı həmin müqavilələrin onun adından başqa şəxsin imzalaması, onun iddiaçı qarşısında öz üzərinə hər hansı öhdəlik götürməməsi barədə dəlilini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsi xx.xx.2024-cü il tarixli 2-2-02/3/3-222026386/2024 nömrəli məktubla məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, "xxxx" ASC-dən Cavabdeh həmin şirkətə məxsus pul vəsaitlərini dələduzluq yolu ilə ələ keəirməsi barədə daxil olmuş şikayəti əsasında xx.xx.2022-ci il tarixdə Baş İdarəyə cinayət işi başlanmaqla Cavabdeh Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində axtarış elan edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində göstərdiyi məbləğləri onun etibarından suiistifadə etməklə cavabdeh tərəfindən "xxxx" ASC-dən götürülməsini iddia etsə də, bu halı təsdiq edən mötəbər yazılı sübutları (Cavabdeh İddiaçı Rəfayil oğlunun etibarından sui-istifadə etməklə dələduzluq yolu ilə onun pul vəsaitini ələ keçirməsinə dair məhkəmənin qanuni qüvvəyə minmiş hökmünü, bu halı etiraf etməsinə dair Cavabdeh imzası olan yazılı sübutu və sair) məhkəməyə təqdim etməmişdir. İddiaçı sübut etmə vəzifəsini yerinə yetirməmişdir. Bu səbəbdən iddia tələbi özü-özlüyündə əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Rəfayil oğlunun Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSCyə qarşı “Cavabdeh 274286,73 manat pul tutularaq İddiaçı Rəfayil oğluna ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-1425/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1425/2024
02.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver