Məhkəmə qərarları › İş №e-2(004)-2343/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2343/2025

15.05.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2343/2025 15.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi ilə, İddiaçı X1, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı X1 Cavabdeh MMC-yə qarşı "əmrin ləğvi, işə bərpa və əmək haqqı" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "əmrin ləğvi, işə bərpa və əmək haqqı" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilatın onun barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli K-1914 nömrəli əmrin ləğv edilməsi, onun işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Mən uzun müddətdir ki, "Emba Panel" aksessuar satış direktorluğunun Binəqədi satış anbarının kassa və logistika üzrə mütəxəssisi vəzifəsində çalışmışdır. Cavabdeh təşkilatın xx.xx.2024-cü il tarixli K-1914 nömrəli Əmri ilə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işdən azad edilmişdir. Sözügedən əmri qanunsuz və əsassız hesab edir. Məhkəmənin nəzərinə çatdırır ki, işlədiyi müddətdə daim əmək funksiyalarını lazımınca yerinə yetirmiş, öhdəliklərimi vaxtlı vaxtında icra etmiş, rəhbərliyin icazəsi olmadan özbaşına heç bir hərəkət etməmişdir. Cavabdeh təşkilatın onu ittiham etdiyi əməllər cinayət məsuliyyətinə səbəb ola bilən hallardır. Həmçinin AR Konstitusiyasının təqsirsizlik prezumpsiyasına əsasən barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan heç kimi təqsrli bilib ittiham etmək olmaz. Cavabdeh təşkilat isə bütün əmrlərdə onu açıq-aşkar cinayət əməlləri törətmiş şəxs kimi qələmə vermişdir. Belə ki, o, əmək müqaviləsi üzrə əmək funksiyalarımı hər zaman lazımıncə icra etmişdir. Əmək müqaviləsində onun əmək funksiyalarına aid edilən heç bir vəzifə üzrə səhvə yol verməmişdir. Həmçinin onun məsuliyyətində olanlarla bağlı işdən çıxarılan zaman təhvil-təslim aparılmış və heç bir nöqsan, əyri-əksiklik aşkar edilməmişdir. Cavabdeh təşkilat onu əmrdə də qeyd edldiyi kimi ona görə işdən çıxartmışdır ki, o, başqa bir əməkdaşın etdiyi qanunsuzluqları bilib onlara xəbər verməmişdir. Qeyd edilən məsələlər cinayət əməlləri hesab olunduğu üçün cavabdeh təşkilat həmçinin X10 da şikayət etmişdir. Bununla bağlı o, həm Polis Orqanında, həm də Prokurorluq orqnalarında izahat vermişdir. Yəni o, cavabdeh təşkilata qarşı heç bir qanunsuzluq etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı idda ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, Rəşad Ələsgərov ümumi müdir vəzifəsini icra edən Azər adlı şəxsə işdə olan mənimsəmə nöqsanı barədə məlumat verib. Daxili audit bu hadisədən sonra 2 oktyabr tarixində aparılıb. 4 oktyabr tarixində isə o, anbarı təhvil vermişdir. Anbardar kimi vəzifələrinə malların anbara daxil-xaric olması, onların sayılması daxildir. Malların qarşı tərəfə çatmasına o, cavabdeh deyildir, bu, menecerin nəzarətindədir. Sayım nəticəsində təxmini 520.000-530.000 manat məbləğində kəsr müəyyən olundu. O da məsələ ilə bağlı izahat vermişdir. Kəsrlə bağlı məlumatı olmayıb. Verilən suallara cavab olaraq bildirmişdir ki, Rəşad Ələsgərovun tabeliyində işləmişdir. Onun qanunsuz əməlləri barədə məlumatım olmayıb, daxili audit nəticəsində müəyyən olunub. Malların giriş-çıxışı zamanı qeydiyyatı mən aparırdım. Rəşad Ələsgərovun izahatı barədə məlumatım yoxdur. Anbardar vəzifəsində işləməyimlə bağlı qüsur müəyyən olunmayıb. İzahatım yazılı şəkildə alınıb və imzalamışam. X5 şirkət 5000 manat avans vermişdi, lakin onun müştərilərdən aldığı pul vəsaitlərini, yəni 500.000 manatdan çox pulu şəxsi ehtiyaclarına xərclədiyi barədə 30 sentyabr 2024-cü il tarixdə məlumatı olmuşdur. Bəzi hallarda müştəriləri onlar iş yerində, yəni kassada olmayanda pulları müştərilərdən alıb özü Orxana və Rəşada verirdi. Lakin müştərilərlə birbaşa əlaqədə olmadığından əvvəllər Rəşadın ara-sıra kassadan pul götürdüyünü bilmirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, onun rədd edilməsini məhkəmədən xahiş etmiş, izahatında bildirmişdir ki, "xxxx" MMC-nin Emba Panel” aksessuar satış direktorluğunun Binəqədi satış anbarında 3 nəfər işçi işləyirdi. Həmin müəssisənin satış meneceri X8, müəssisənin anbarında anbardar vəzifəsində çalışan X3 və müəssisənin kassa və logistika üzrə mütəxəssisi X6 olmuşdur. Aparılan audit zamanı 530000 manat məbləğdə pulun X8 tərəfindən mənimsənildiyi müəyyən edilmişdir. X8 daxili araşdırma zamanı izahatında 2022-ci ildən başlayaraq mebel məhsullarını satışını həyata keçirən zaman müştərilərdən aldığı pullar şəxsi vəsaiti üçün xərclədiyini etiraf etmiş və izahatında adlarını qeyd etdiyim müştərilərdən 318064 manat pulu şəxsi ehtiyacları üçün xərclədiyini və bu əməldən digər iş yoldaşlarının da məlumatı olduğunu, lakin rəhbərliyə məlumat vermədiyini bildirmişdir. İddiaçı da verdiyi izahatın da Rəşad Ələsgərovun qanunsuz əməlini, yəni ona etibar edilmiş əmlakı qeyri-qanuni yolla mənimsəməsinə dair məlumatı olduğunu və rəhbərliyə bildirmədiyini etiraf etmişdir. Səbəb olaraq qeyd etmişdir ki, Rəşad taladığı əmlakı, yəni pulu müəyyən müddət ərzində qaytaracağını bildirmişdir. Müəssisənin kassa və logistika üzrə mütəxəssis X6 verdiyi izahatda Rəşad Ələsgərovin qanunsuz əməllərindən xəbərdar olmamış, lakin son zamanlar borcu olduğunu bilmişdir. Satılan malların pullarını müştərilərdən satış meneceri Rəşad və sürücülər Möhübbət Nurullayev və Budaqov İslam təhvil almışdır. Ona verilən pulların hamısı sistemə vurmuş, şirkətin maliyyə bölməsi ilə üzləşmə aparılarkən kassaya mədaxil olunan pullar, sürücülərin qeyd kitabçasında olan məlumatlara əsasən üzləşmə aparılmışdır. Sürücülər tərəfindən gətirilən pulların təhvil verildiyi kimi öz əksini tapmamışdır. Lakin özünün araşdırması nəticəsində müəyyən etmişdir ki, həmin pulların sistem üzərində başqa rəqəmlərlə qeyd edilmişdir. Məsələn, xx.xx.2024-cü il tarixində sürücü tərəfindən ona verilən 8472 AZN məbləğ sistemə 15000 AZN olaraq sistemə vurulmuşdur. Bunun səbəbi kimi menecerin gətirdiyi əlavə pullar olmuşdur. Bu pulları o almış, cəmləşdirərək bir yerdə vurmuşdur. Baş verən korrupsiya halı ilə bağlı cinayət işi də başlanmışdır. İddiaçı qanunsuz əməllərdən xəbərdar olmuş, aidiyyəti üzrə rəhbərliyə, hüquq-mühafizə orqanlarına və digər orqanlara məlumat verməmişdir. Onun hərəkətsizliyi şirkətə birbaşa olmasa da dolayı yol ilə maddi zərər vermişdir. Həmçinin onu da qeyd etmək lazımdır ki, onun hərəkətsizliyi, yəni satış meneceri Rəşad Ələsgərovun qanunsuz hərəkətlərindən xəbərdar olub rəhbərliyə məlumat verməsi, qanunsuz əməlin törədilməsini qarşısı alınmaması əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi kimi qiymətləndirilməlidir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: İşəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı Allahverdiyev arasında bağlanmış xx.xx.2022-ci il tarixli Əmək müqaviləsindən görünür ki, İddiaçı “Emba Panel” aksessuar satış direktorluğunun Binəqədi satış anbarında Baş anbardar vəzifəsinə təyin edilmiş, işin birinci 3 (üç) ayı sınaq müddəti hesab edilmişdir. Əmək müqaviləsi müddətsiz bağlanmışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən, işçi aşağıdakı əmək funksiyalarının icrasını öhdəsinə götürür: Distribyutorluqdan gələn sifarişlərin qəbul edilməsi, sifarişlərə əsasən göndərilən malların 1C də qeydiyyatının aparılması, rəhbərinə anbar qalıqları ilə bağlı hesabatların verilməsi. “SƏTƏM-sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi” qaydalarına riayyət etməlidir. Müqavilənin 4.1-ci maddəsinə əsasən, işçiyə hər ay 600 manat məbləğində əmək haqqı ödənilir. X1 xx.xx.2024-cü il tarixli izahatından görünür ki, o, 2008-ci ildən, Cavabdeh MMCdə işləyir, təxminən 5 il olar ki, tabeçiliyi satış meneceri vəzifəsində çalışan X4 nəzarətindədir. Onun satdığı malların müqabilində müştərilərdən aldığı pul vəsaitlərini şəxsi ehtiyaclarına xərclədiyi barədə məlumatı olmuşdur. 30 sentyabr 2024-cü il tarixində X8 ona müştərilərdən aldığı pul vəsaitlərinin miqdarını yəni 520.000 (beş yüz iyirmi min) manat borclu olduğunu bildirdi. Rəşad Ələsgərovun borcu son 1 il olar ki, yaranıb. Satış mecerinin verdiyi sifarişləri onun göstərişi əsasında müştərilərə sənəd əsasında müştərilərə göndərirdi. Ona deyilmişdi ki, evi şirkətə borcu olduğu üçün satıb. Rəşad Ələsgərovun bu qanunsuz hərəkəti barədə məlumatlı olsa da, rəhbərliyə məlumat verməmişdir. Səbəb o olmuşdur ki, Rəşad evini satıb borcunu bağlamağa söz vermişdi. Bəzi hallarda müştəriləri satışdan gətirilən pulları Rəşada və Orxana verə bilmirdilər. Belə ki, onlar həmin vaxtlar iş yerində olmurdular. Pulu o qəbul edir, sonra da Rəşada və Orxana verirdi. Rəşada verilən pullar sistemə vurulmurdu, Orxan isə sistemə vururdu. İzahatını özü yazmış və doğruluğunu imzası ilə təsdiq etmişdir. Cavabdeh MMC-nin direktoru X7 xx.xx.2024-cü il tarixli K-1914 nömrəli əmrindən görünür ki, “Emba Panel” aksessuar satış direktorluğunun Binəqədi satış anbarının kassa və logistika üzrə mütəxəssisi vəzifəsində çalışan X3 AR Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi və 72-ci maddənin e bəndinə əsasən (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam edilmişdir. Həmin əmrin məzmunundan görünür ki: Araşdırma zamanı satış anbarının satış meneceri vəzifəsində çalışan X8 izahatında bildirmişdir ki, o Cəmiyyətdə satış meneceri vəzifəsində çalışmışdır. 2022-ci ildən başlayaraq mebel məhsullarını satışını həyata keçirən zaman müştərilərdən aldığı pulları şəxsi vəsaiti üçün xərcləmişdir. İzahatında adlarını qeyd etdiyi müştərilərdən ümumilikdə 318064 manat pulu şəxsi ehtiyacları üçün xərcləmiş, bu əməldən digər iş yoldaşlarının məlumatı olmuş, lakin rəhbərliyə məlumat verməmişdir. Araşdırma zamanı həmin müəssisənin anbarında anbardar vəzifəsində çalışan X3 izahatında bildirmişdir ki, o 2008-ci ildən şirkətdə müəyyən vəzifələr tutmuş və satış meneceri Rəşad Ələsgərovin tabeçiliyi altında fəaliyyət göstərmişdir. Belə ki, o Rəşad Ələsgərovin göstərişi və sənəd əsasın malların müştəriyə çatmasını təmin etmişdir. Həmçinin qeyd etmişdir ki, Rəşad Ələsgərovin qanunsuz əməlini, yəni ona etibar edilmiş əmlakı qeyri-qanuni yolla mənimsəməsinə dair məlumatı olmuş və rəhbərliyə bildirməmişdir. Səbəb olaraq qeyd etmişdir ki, Rəşad taladığı əmlakı, yəni pulu müəyyən müddət ərzində qaytaracağını bildirmişdir. O, satış menecerinin dediyinə əsasən 520.000 (beş yüz iyirmi min) manat pulun mənimsəməsi ilə bağlı məlumatı olmuşdur. Araşdırma zaman həmin müəssisənin kassa və logistika üzrə mütəxəssis X6 izahatında bildirmişdir ki, o, satış meneceri Rəşad Ələsgərovin qanunsuz əməllərindən xəbərdar olmamış, lakin son zamanlar borcu olduğunu bilmişdir. Satılan malların pullarını müştərilərdən satış meneceri Rəşad və sürücülər Möhübbət Nurullayev və Budaqov İslam təhvil almışdır. Ona verilən pulların hamısı sistemə vurmuş, şirkətin maliyyə bölməsi ilə üzləşmə aparılarkən kassaya mədaxil olunan pullar, sürücülərin qeyd kitabçasında olan məlumatlara əsasən üzləşmə aparılmışdır. Sürücülər tərəfindən gətirilən pulların təhvil verildiyi kimi öz əksini tapmamışdır. Lakin özünün araşdırması nəticəsində müəyyən etmişdir ki, həmin pulların sistem üzərində başqa rəqəmlələ qeyd edilmişdir. Misalçün, xx.xx.2024-cü il tarixində sürücü tərəfindən ona verilən 8472 AZN məbləğ sistemə 15000 AZN alaraq sistemə vurulmuşdur. Bunun səbəbi kimi menecerin gətirdiyi əlavə pullar olmuşdur, bu pulları o almış, cəmləşdirək bir yerdə vurmuşdur. Onun əmək funksiyalarını daxil olan pul vəsaitlərini mədaxil etmək, sistemə vurmaq, işçilərin günlük və aylıq tabellərinin yazmaq, satış menecerinin gətirdiyi pulların sistemdə İşlənilməsini təmin etmək olmuşdur. "Samadov Law and Audit" müstəqil auditorun rəyinə göstərilmişdir ki, hazırkı maliyyə hesabatları 30 sentyabr 2024-cü il tarixinə maliyyə vəziyyətini və pul vəsaitlarinin hərəkətini bütün əhəmiyyətli aspektlər baxımından X2 Standartlarına ("MHBS") uyğun olaraq düzgün əks etdirmir. Audit təqdim edilmiş sənədlər əsasında aparılmış, sənədlərdə xx.xx.2024-xx.xx.2024-cü il dövrü üzrə nağd satışlar həyata keçirilmişdir.Lakin bəzi nağd formada satılmış malların ödənişləri şirkət kassasına mədaxil olmamışdır.Bu səbəbdən uyğunsuzluq aşkar edilmişdir. Malların satıldığı kontragentlərlə (beş yüz iki min yüz doxsan dörd manat, yetmiş qəpik) qeyd olunmuşdur. olan üzləşmə aktlarına əsasən yaranmış fərqlər müstəqil auditorun hesabatında 502194.7 İş materiallarına əsasən, şirkətə məlum olan hallardan biri də, anbardar Elbrus Allahverdiyevin satış meneceri Rəşad Ələsgərovin qanunsuz hərəkətlərindən xəbərdar olmasıdır. Belə ki, Elbrus Allahverdiyev izahatında qanunsuz əmələ dair xüsusatları təsdiq etmişdir. Lakin onu qeyd etmək lazımdır ki, işçi qanunsuz əməllərdən xəbərdar olmuş, aidiyyəti üzrə rəhbərliyə, hüquq-mühafizə orqanlarına, aidiyyəti üzrə digər orqanlara məlumat verməmişdir. Onun hərəkətsizliyi şirkətə birbaşa olmasa da dolayı yol ilə maddi zərər vermişdir. Həmçinin onu da qeyd etmək lazımdır ki, onun hərəkətsizliyi, yəni satış meneceri Rəşad Ələsgərovun qanunsuz hərəkətlərindən xəbərdar olub rəhbərliyə məlumat verməsi, qanunsuz əməlin törədilməsini qarşısı alınmaması əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində İşəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi kimi qiymətləndirilməlidir. Bununla yanaşı, eyni hüquq norması kassa və logistika üzrə mütəxəssis Orxan Babazadəyə də tətbiq edilməlidir. İzahatın bildirdiyi xüsusatlar ( pulların şişirdilmiş rəqəmlə vurulması, faktiki müştəri yox, digər müştəri tərəfindən saxta ödənişin sistemə məlumat kimi yerləşdirilməsi və s.) hallar kobud pozuntu kimi qiymətləndirilməlidir. Belə ki, onun əmək müqaviləsinə nəzər salsaq, müqavilənin 3.1-ci bəndinə əsasən kassa işlərinə nəzarət işçi Orxan Babazadənin birbaşa olaraq əmək funksiyasının tərkib hissəsidir. Əmək Məcəlləsinin 10-cu maddəsinin a bəndinə əsasən, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək işçinin əsas vəzifələrindən biridir. Müqavilədə göstərilən funksiyanın olmasına baxmayaraq, qeyriqanuni olaraq ödəniş sisteminə yalan məlumatların verilməsi, böyük məbləğdə olan pul vəsaitllərinin düzgün sistemə vurulması, və işçinin hərəkətləri nəticəsində müştəri qarşısında qanuni mənafeyinə xələl gətirməsi kobud pozuntu kimi qiymətləndirilməlidir. Bakı 2 saylı Mediasiya Təşkilatının MSB/2-00117 nömrəli, xx.xx.2025-ci il tarixli İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 10-cu maddəsininə əsasən, Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. 68-ci məddənin 1-ci bəndinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 70-ci maddənin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddənin 2-ci bəndinə əsasən, Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddənin 3-cü bəndinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 72-ci maddəsinin “e” bəndinə əsasən, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 84-cü maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada - təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2022ci il tarixli Əmək müqaviləsindən görünür ki, İddiaçı “Emba Panel” aksessuar satış direktorluğunun Binəqədi satış anbarında Baş anbardar vəzifəsinə təyin edilmiş, əmək müqaviləsi müddətsiz bağlanmışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən, işçi aşağıdakı əmək funksiyalarının icrasını öhdəsinə götürmüşdür: Distribyutorluqdan gələn sifarişlərin qəbul edilməsi, sifarişlərə əsasən göndərilən malların 1C də qeydiyyatının aparılması, rəhbərinə anbar qalıqları ilə bağlı hesabatların verilməsi. “SƏTƏM-sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi” qaydalarına riayyət etməlisi. Cavabdeh MMCnin xx.xx.2024-cü il tarixli K-1914 nömrəli əmrindən görünür ki, “Emba Panel” aksessuar satış direktorluğunun Binəqədi satış anbarının kassa və logistika üzrə mütəxəssisi vəzifəsində çalışan X1 AR Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi və 72-ci maddənin e bəndinə əsasən (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam edilmişdir Məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən qüvvədə olan əmək qanunvericiliyinə əməl edilmişdir və müqaviləyə xitam verilməsi əsaslı olmuşdur. Belə ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilmə əsası kimi iddiaçının cavabdehin müəssisəsində çalışan digər işçinin törətdiyi qanunsuz əməlləri barədə cavabdehi məlumatlandırmaması göstərilmişdir. Bunun nəticəsində işəgötürənə külli miqdarda maddi ziyan dəymişdir. İşin hallarında görünür ki, iddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək kimi vəzifələrini layiqincə yerinə yetirməmiş, digər işçinin əmək funksiyalarını və əmək qanunvericiliyini pozduğunu bildiyi halda bu barədə işəgötürənə məlumat verməmişdir. X1 yazılı izahatından və onun məhkəmə iclaslarında verdiyi ifadələrindən qeyd olunan faktlar təsdiqini tapmışdır. Həmçinin iddiaçı izahatında bildirmişdir ki, Malların giriş-çıxışı zamanı qeydiyyatı o, aparırdı. Bəzi hallarda müştəriləri onlar iş yerində, yəni kassada olmayanda pulları müştərilərdən alıb özü Orxana və Rəşada verirdi. Lakin müştərilərlə birbaşa əlaqədə olmadığından əvvəllər Rəşadın ara-sıra kassadan pul götürdüyünü bilmirdi. Rəşada verilən pullar sistemə vurulmurdu, Orxan isə sistemə vururdu. Məhkəmə hesab edir ki, işçinin hərəkətsizliyi, qanunsuz əməlin törədilməsini qarşısı alınmaması nəticəsində işəgötürənə birbaşa olmasa da dolayı yol ilə maddi zərər vermişdir. Qeyd olunan hallar iddiaçı tərəfindən əmək qanunvericiliyinin şərtlərinin kobud şəkildə pozulmasını təsdiq edir. Həmçinin Məhkəmə hesab edir ki, işəgötürən tərəfindən tərəflər arasında bağlanmış əmək müqaviləsinin xitam edilməsi zamanı Əmək Məcəlləsinin 84-cü maddəsində nəzərdə tutulan əmrin (sərəncamının, qərarının) məzmunda göstərilməli olan məlumatların hər birinə əməl edilmiş, həmçinin əmrdə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi kifayət qədər əsaslandırılmışdır. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsi “ç” bəndində işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Qeyd olunan qanunvericilik normaları müqavilənin ləğv edilməsini işəgötürənin səlahiyyətinə buraxır. Ona görə də məhkəmə hesab edir ki, əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürən tərəfindən verilmiş əmr qanunvericiliyin normalarına əməl olunaraq verildiyindən və işçinin işdən çıxarılması barədə kifayət qədər əsas olduğundan iddia təmin edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "əmrin ləğvi, işə bərpa və əmək haqqı" tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar