Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1170/2025 07.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 1180 manat borcun və 31.80 manat məbləğində tərəfindən ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: o, 2024-cü il dekabr ayının 8-də “İnstaqram” vasitəsi ilə “Azəroğlu” mebelin Cavabdeh (mobil: ***-***-**-**) ona məxsus olan bağ evində 8 (səkkiz) ədəd taxta qapı sifariş üçün görüşmüşdür. Görüşün nəticəsində o, Nicata 8 (səkkiz) ədəd taxta qapı sifariş etmişdir. Bir qapının tam təhvil (hazırlanması, quraşdırılması, qapı dəstəkləri və quraşdırma zamanı bütün xərcləri nəzərə alaraq) 450 manat hesablanaraq razılaşdırılmışdır. Əlavə olaraq sifariş zamanı razılaşdırılmışdır ki, qapıların rəzələri (petlələri) gizli olsun. Bunun üçün onun tərəfindən 450 manatdan əlavə olaraq hər bir qapıya 70 manata olan 3 ədəd gizli rəzələr quraşdırılmalıdır və ümumi gizli rəzələrin bir qapı üçün 210 manat ödəməlidir. Sifarişin ümumi dəyəri 450*8=3600 manat və gizli rəzələrin sayı 24 ədəd (8 qapı üçün) dəyəri 24*70=1680 manat olmaqla, cəmi 5280 manat təşkil etmişdir. Həmin görüş zamanı Nicata kart vasitəsi ilə ona məxsus olan kartına beh olaraq 1800 manat ödəmiş və Nicat dediyi onunla işləyən dükan (8 km bazarda yerləşən “Kale” adlı dükanın) işçisi olan Səbuhi adlı şəxsə kart vasitəsi ilə 1680 manat ödəmişdir. Xüsusi olaraq qeyd etmək istərdi ki, gizli rəzələrin qabaqcadan ödənilməsi tələb olundu, izah edildi ki, mütləq indidən alınmalıdır ki, qapılar hazırlanan zaman gizli rəzələrin yeri istehsal zamanı açılmalıdır. Müddət olaraq onun sifarişi 2025-ci ilin yanvarın 20-də tam şəkildə təhvil verilməli idi. Lakin müxtəlif bəhanələr gətirərək yalnız qapılar 2025-ci ilin fevralın 12-də göndərilmişdir. O, özü qapıları qəbul edən zaman qüsurlar və uyğunsuzluqlar aşkar edərək Nicata “WhatsApp” vasitəsi ilə videogörüntü çəkərək bildirmişdir. Əlavə olaraq qapılar gələn zaman nə çərçivəsi, nə naliçnikları, nədə ki onun tərəfindən ödədiyi gizli rəzələr, nə də Nicat dediyi istehsal zamanı açılan gizli rəzələrin yerləri yox idi. Nicata qüsurları bildirəndə cavab olaraq dedi ki, yerində hər bir qüsuru aradan qaldıracaq. Bunu görərək anlamışdır ki, Nicat onun etibarından istifadə edərək onu aldadır. Fevralın 13-də səhər digər mebel və qapı ustasını dəvət etmişdir. Məlum oldu ki, qüsurlar yalnız sex şəraitində aradan qaldırıla bilər. Əlavə olaraq gətirilən qapılar 450 manat deyil maksimum 150-180 manat qiymətləndirildi. Nicatın dələduz olduğunu şübhələnərək Nicata bildirmişdir ki, göndərdiyi 8 ədəd qapıları onun tərəfindən verdiyi 1800 manat beh ilə əvəzliyək və onun tərəfindən verdiyi 1680 manat gizli rəzələri ona versin və digər yerdə qapıları qısa zamanda düzəldib evində quraşdıracaq. Nicat əvvəl razı olmadı və dedi ki, 10 günə hər şeyi düzəldəcək. O, razı olmamış demişdir o, ödəniş etdiyi rəzələri ona versin getsin. Razılaşdı, lakin demişdir rəzələri sabah gətirəcək burada yoxdur. Həmin gün Nicatın yalan danışmaqlarına görə bir neçə dəfə onun sexinə və 8 km. Bazarında yerləşən “Kale” dükanına gedib gəlmişdir. Sonda Nicat etiraf etmişdir ki, onun tərəfindən ödəniş etdiyi gizli rəzələri dükandan götürüb başqa bir sifarişində istifadə etmişdir. Bunu biləndən sonra Nicat ilə razılığa gəlmişlər ki, onun tərəfindən verdiyi beh 1800 manat qapılar ilə əvəz olunur. Onun tərəfindən ödənilmiş 1680 manat gizli rəzələrin pulunu ona qaytaracaq. 2025-ci ilin fevral ayının 15-də son olaraq onun kartına 500 manat ödəyərək qalan 1180 manatı həftənin sonunda yəni fevralın 22-də ödəyəcək. Lakin heç bir ödəniş ona ödənilməyib, fərqli-fərqli bəhanələr gətirərək borcunu qaytarmaqdan boyun qaçırır. Hal hazırda Nicat ona 1180 manat borcludur. Bununla bağlı A.R. Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq şikayətini və cinayət işi qaldırılmasını bildirmişdir. Faktla bağlı daxil olmuş məlumat Nərimanov RPİ-nin 28-ci Polis Şöbəsində araşdırma aparılmışdır. Ərizə əsasında toplanmış material üzrə ona rəsmi cavab olaraq bildirilmişdir ki, pul münasibətlərindən yaranmış mülki mübahisələr məhkəmə qaydasında baxılmalıdır. Bundan əlavə Cavabdeh 28-ci Polis Şöbəsinə verdiyi etirafedici izahatın məhkəməyə müraciət etmək üçün ona verilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Lakin ərizəsinə cavab olaraq bildirilmişdir ki, sənədlərin kserosurətləri məhkəmənin müvafiq sorğusuna əsasən təqdim edilə bilər. Həmçinin Cavabdeh ona yazdığı “watsapp” (mobil tətbiqi) yazışmalarda da görünür ki, 1180 manat vəsaitin bugünədək ödənilməmiş qalmışdır. (qoşmaya əlavə olunur). Məhkəmə iclasında iştirak edən İddiaçı oğlu iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-ə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş votsap yazışmalarından görünür ki, Cavabdeh İddiaçı aldığı pulun 1180 manatını qaytaracağını bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağ evində hər biri 450 manat olmaqla 8 ədəd taxta qapı sifarişi, bir qapının tam təhvili (hazırlanması, quraşdırılması, qapı dəstəkləri və quraşdırma zamanı bütün xərcləri nəzərə alaraq) 450 manat hesablanaraq razılıq əldə edilmişdir. Əlavə olaraq sifariş zamanı razılaşdırılmışdır ki, qapıların rəzələri (petlələri) gizli olsun. Bunun üçün onun tərəfindən 450 manatdan əlavə olaraq hər bir qapıya 70 manata olan 3 ədəd gizli rəzələr quraşdırılmalıdır və ümumi gizli rəzələrin bir qapı üçün 210 manat ödəməlidir. Gizli rəzələrin sayı 24 ədəd (8 qapı üçün) dəyəri 24*70=1680 manat ödəmişdir. Sifariş verilmiş qapılarda problem yarandığından sonra razılığa gəlmişlər ki, onun tərəfindən verdiyi beh 1800 manat qapılar ilə əvəz olunur, onun tərəfindən ödənilmiş 1680 manat gizli rəzələrin pulunu ona qaytaracaq. Cavabdeh 500 manat qaytarmış, 1180 manat qalmışdır. Hazırda iddiaçı cavabdehə ödənilən pulun qaytarılmamış 1180 manat hissəsinin cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; - 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. - 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun; - 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. - 765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Məhkəmə, qeyd edir ki, görülməsinə dair razılıq əldə edilmiş işlər tam icra edilməmişdir. Məhkəmə, işin araşdırılmış hallarını və qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməməklə, iddiaçı ilə razılaşdırılmış vaxtda və qaydada sifariş verilən qapıları iddiaçıya təhvil verməmiş, daha sonra isə sifariş verilmiş qapılarda qüsurlar olduğundan razılığa gəlmişlər ki, iddiaçı tərəfindən verilmiş beh 1800 manat qapılar ilə əvəz olunsun, ödənilmiş 1680 manat gizli rəzələrin pulu isə iddiaçıya qaytarılsın, lakin cavabdeh 500 manat pulu qaytarsa da, 1180 manat pulu hələ də qaytarmamışdır. Odur ki iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1180 (bir min yüz səksən) manat məbləğində pul vəsaiti və 31,80 (otuz bir manat səksən qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 14.2, 77.1, 88, 217.4 və 218.1-ci -cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1180 (bir min yüz səksən) manat məbləğində pul vəsaiti və 31,80 (otuz bir manat səksən qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1170/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1170/2025
07.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver