Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-456/2023 21.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev İlkin Mehman oğlunun katibliyi, tərcüməçi X1, İddiaçı nümayəndə və vəkili Vəkil, Cavabdeh4 və onun vəkili X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılması və faktiki sahibliyə verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılması və faktiki sahibliyə verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Eyni zamanda Cavabdeh4 cavabdeh İddiaçı qarşı “mənzilin alğı-satqısına dair əqdin və həmin əqd əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia qaldırmışdır və həmin mülki iş e-(2(009)-234/2023) Səbail Rayon Məhkəməsinin digər hakimi Rəna Qafarovanın icraatına daxil olmuşdur. xx.xx.2023-cü il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil vəsatətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olan e-2(009)- 456/2023 saylı mülki iş ilə Səbail Rayon Məhkəməsinin icraatında olan e-2(009)-234/2023 saylı mülki işlər bir-biri ilə əlaqəli olduğundan ilkin olaraq icraata qəbul edilmiş mülki işin bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndə və vəkili Vəkil vəsatəti müdafiə edərək vəsatətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 və onun vəkili X4 izahat verərək bildirmişdir ki, işin tam və obyektiv araşdırılması məqsədilə bu işlərin ayrı icraatlarda baxılması labüddür. Vəsatətdə qeyd olunan digər iş artıq 2 aydır icraatdadır. Qarşı tərəfin kifayət qədər vaxtı olmuşdur ki, qarşılıqlı iddia ilə məhkəməyə müraciət etsin, lakin bunu etməmişdir və ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, vəsatətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, e-2(009)-456/2023 saylı mülki iş e-2(009)-234/2023 saylı mülki iş ilə əlaqəli olduğundan Səbail Rayon Məhkəməsinin digər hakimi Rəna Qafarovanın icraatına mülki iş daha öncə daxil olduğundan e-2(009)-456/2023 saylı mülki iş e-2(009)-234/2023 saylı mülki işlə birləşdirilməlidir. MPM-in 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə tələblərin birləşdirilməsini mümkün hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 263-264, 266-268-ci maddələrinə əsasən, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılması və faktiki sahibliyə verilməsi” tələbinə dair e-2(009)-456/2023 saylı mülki iş Səbail Rayon Məhkəməsinin digər hakimi Rəna Qafarovanın icraatında olan iddiaçı Cavabdeh4 cavabdeh İddiaçı qarşı “mənzilin alğı-satqısına dair əqdin və həmin əqd əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair e-2(009)-234/2023 saylı mülki iş ilə bir icraatda birləşdirilsin. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №e-2(009)-456/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-456/2023
21.02.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver