Məhkəmə qərarları › İş №e-2(010)-2623/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2623/2024

02.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2623/2024 02.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı ASC Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9,079.98 TRY məbləğində vəsaitin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin e-2(010)-2623/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində, 060HKEF22003772 nömrəli “Bank hesabı (Fiziki şəxsin cari hesabı), fərdi müştərilər üçün internet və mobil bankçılıq xidməti, debet kartın verilməsi və istifadəsi haqqında qarışıq müqaviləsi (bundan sonra “Müqavilə”) imzalanmışdır. “Müqavilə”yə əsasən, Bank cavabdehə ******* nömrəli kod təyin edərək və həmin koda bağlı TRY valyutalı Bank hesabı açmışdır. Bundan sonra cavabdeh Bank tərəfindən ona verilmiş “Kart” vasitəsi ilə hesab üzrə əməliyyat aparmışdır. Bildirirlər ki, cavabdeh ona açılmış AZ29TCZB******************** nömrəli bank hesabına bağlı 451762xxxxxx0673 nömrəli kart vasitəsi üzrə ona məxsus olmayan və texniki səbəblərdən hesabına qayıtmış vəsaitdən istifadə etmiş, nəticədə 9079.98 TRY həcmində Banka borcu yaranmışdır. Belə ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində aparılmış əməliyyat üzrə vəsaitlər sistemdə olan texniki xəta səbəbi ilə xx.xx.2023-cü il tarixində cavabdehin hesabına geri qayıtmışdır. Cavabdeh isə bilə-bilə ona məxsus olmayan vəsaitdən xx.xx.2023xx.xx.2023-cü il tarixlər aralığında istifadə etmişdir. xx.xx.2023-cü il tarixində səhvən hesaba geri qaytarılmış vəsaitlərə Bank tərəfindən düzəliş edilmişdir. Cavabdeh artıq həmin vəsaitdən istifadə etdiyindən hesab üzrə avtomatik borc yaranmışdır. Bu borcun yaranma səbəbləri barədə cavabdehə rəsmi qaydada xx.xx.2023-cü il tarixində bildiriş göndərilmiş və həmin vəsaitin Banka ödənilməsi tələb olunmuşdur. Lakin, cavabdeh borcu ödəməkdən yayınmışdır. Nəticədə cavabdeh bilərəkdən ona məxsus olmayan vəsaiti xərcləmiş və əsassız varlanmışdır (cavabdehin qeyd olunan əməliyyatları iddia ərizəsinə əlavə edilmiş hesabdan çıxarışda öz əksini tapmışdır). Tərəflərin izahatları. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək bildirmişdir ki, debit gələn, kredit xərclənən məbləğdir. Kredit çox olanda qoyduğu puldan artıq xərclədiyini göstərir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddianı qəbul etmir. Hesablanmış cərimənin silinməsini xahiş edir. İş materialları. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 118 nömrəli bildirişdən görünür ki, Cavabdeh İddiaçı ASC-də mövcud olan AZ29TCZB******************** (kart:**********0673) saylı hesabında yaranmış borc barədə ona məlumat verilmiş, borcun 5 iş günü müddətində ödənməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmiş, həmin bildiriş xx.xx.2023-cü il tarixdə rəsmi qaydada Cavabdeh çatdırılmışdır. İş materiallarında olan 060HKEF22003772 saylı xx.xx.2022-ci il tarixli “Bank hesabı (Fiziki şəxsin cari hesabı), fərdi müştərilər üçün internet və mobil bankçılıq xidməti, debet kartın verilməsi və istifadəsi haqqında qarışıq müqavilədən görünür ki, İddiaçı ASC – “Bank”, Cavabdeh–“Müştəri” olmaqla bağlanmış həmin müqavilənin 2-ci bəndinə əsasən, bu müqaviləyə əsasən bank müştəriyə bank hesabı açır, açılmış hesaba pul vəsaitini qəbul edir və hesaba mədaxil edir, habelə hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirir. Bank müştəriyə ******* nömrəli kod təyin edir, TRY hesabı açır. Bank müştərinin pul vəsaitindən istifadə edilməsi istiqamətlərini müəyyənləşdirə və buna nəzarət edə bilməz, habelə müştərinin pul vəsaitinə dair öz istədiyi kimi sərəncam vermək hüququ üzərində bu müqavilə ilə nəzərdə tutulmamış digər məhdudiyyətlər qoya bilməz. İddiaçı ASC-nin kart üzrə limitlər adlanan 1 nömrəli əlavəsindən görünür ki, gündəlik ölkədaxili və ölkəxarici limit 3000 USD/300 EUR, gündəlik alış-veriş limiti 5000 manat, gündəlik ölkəxarici alış-veriş limiti 2500 USD/EUR təşkil edir. İş materiallarında olan “Banklarda hesabların açılması, aparılması və bağlanması” qaydalarına 1 nömrəli əlavə olan Cavabdeh xx.xx.2022-ci il tarixli “bank hesabının açılması üçün” ərizəsindən görünür ki, Cavabdeh ona bank hesabının açılmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, xx.xx.2022-xx.xx.2023-cü il tarixləri əhatə edən kredit hesabından çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək müxtəlif əməliyyatlar həyata keçirmişdir. xx.xx.2023-cü il tarixinə balans “-9079,98” TRY təşkil edir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/4766 saylı rəyinə əsasən bildirilmişdir ki, ekspert qarşısında qoyulmuş suallar üzrə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 060HKEF22003772 nömrəli müqaviləyə əsasən AZ29TCZB******************** saylı bank hesabına (kart nömrəsi : 451762xxxxxx0673) bankın texniki səhvi nəticəsində vəsaitin daxil olub-olmamasının və ya hansı mqəsədlərə xərclənməsinin müəyyən edilməsi məhkəmə-mühasibat ekspertinin səlahiyyətlərinə aid deyil. Lakin, ekspert qeyd edir ki, iş materiallarında olan Cavabdeh xx.xx.2022-ci il tarixli 060HKEF22003772 nömrəli Bank hesabı (Fiziki şəxsin cari hesabı), “fərdi müştərilər üçün internet və mobil bankçılıq xidməti, debet kartın verilməsi və istifadəsi haqqında qarışıq müqaviləsi” üzrə onun İddiaçı ASC-də olan xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrü əhatə edən AZ29TCZB******************** saylı “Hesabdan çıxarış” məlumatları üzrə aparılmış mədaxil (ödənilmiş) və məxaric (istifadə edilmiş) əməliyyatları nəticəsində balansında 9079,98 TRY məbləğində qalıq borcunun yaranması müəyyən edilir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.... Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 439. Pul öhdəliklərinin icrası ...439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur... ...443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Maddə 1093. Qaytarma tələbi 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq üçün müddətin keçməsi Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. ...14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.... Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115. İşə baxılması ilə əlaqədar məsrəflər 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər;... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1. iddia qiyməti 1.000 manatadək olduqda - 30 manat Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 060HKEF22003772 nömrəli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən cavabdehə bank hesabı açılmış və cavabdeh bank tərəfindən ona verilmiş debet kart vasitəsilə müxtəlif əməliyyatlar həyata keçirmişdir. İddiaçı iddia edir ki, bankın texniki səhvi nəticəsində həmin debet kartına vəsait qayıtmış, Cavabdeh isə ona məxsus kart hesabından ona aid olmayan bankın vəsaiti ilə əməliyyat aparmaqla istifadə etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirmiş, bununla da, tərəflər arasında mübahisə yarandığından və iddianın etiraf edilməsi halı mövcud olmadığından məhkəmə mülki işi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə rəy alınması üçün göndərmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə əsasən müəyyən edilmişdir ki, Cavabdeh bank hesabı üzrə aparılmış mədaxil (ödənilmiş) və məxaric (istifadə edilmiş) əməliyyatları nəticəsində balansında 9079,98 TRY məbləğində qalıq borcu yaranmışdır. Məhkəmə rəylə razılaşır və qeyd edir ki, Cavabdeh əsassız olaraq iddiaçının vəsaitlərindən istifadə etmişdir. Belə ki, iddiaçı bank cavabdehə debet kart vermiş və cavabdeh tərəfindən həmin debet kart üzrə ona məxsus olmayan, karta səhvən qaytarılmış pul vəsaiti istifadə edilmişdir. Bununla da borclu banka maddi ziyan vurmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən əsassız varlanma nəticəsində borcunu tələb etməkdə haqlı olmuşdur. Borclu həmin məbləği banka qaytarmalı olduğu halda bunu etməmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh əsassız varlanma nəticəsində əldə edilmiş 9,079.98 TRY məbləğində vəsait tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 30 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, 100 manat ekspertiza xərci cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ34CTRE******************** (VÖEN: **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22, büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3.) hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 9,079.98 TRY məbləğində vəsait və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri qismində 100 manat Cavabdeh alınaraq dövlət büdcəsinə göstərilən hesaba keçirilsin: AZ41NABZ013601**********3944 (VÖEN: **********, Məhkəmə Ekspertiza Mərkəzi; X1, KOD 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22, büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar