Məhkəmə qərarları › İş №e-2(010)-4114/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-4114/2024

09.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-4114/2024 09.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Fəridə İslam qızı İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi. İddia tələbi İddiaçı (bundan sonra – İddiaçı MMC) Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən İddiaçı MMC-nin əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 14477 manat, mediasiya xərci kimi ödənilmiş 50 manat və ödənilmiş 84 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 73. Nümayəndənin səlahiyyətinin rəsmiləşdirilməsi. 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Maddə 74. Nümayəndənin səlahiyyəti. 74.2. İddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa; Maddə 151. İddia ərizəsinin mümkünlüyü. 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152. İddia ərizəsinin qaytarılması. Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.2. iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda; Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi məhkəməyə verilərkən mülki-prosessual qanunvericiliyin tələblərinə əməl edilmədiyindən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, qüvvədə olan mülki-prosessual qanunvericiliyin tələbləri baxımından nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti (İddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması) lazımı qaydada rəsmiləşdirilməli və qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə təmsil edilənin adından hansı səlahiyyətləri həyata keçirə bilməsi dəqiq göstərilməlidir. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq qeyd edir ki, İddiaçı MMC tərəfindən X1 26 iyul 2023-cü il tarixdə verilmiş etibarnamənin qüvvədə olma müddəti 1 il nəzərdə tutulmuşdur. İddia ərizəsi məhkəmənin icraatına 08 avqust 2024-cü il tarixində daxil olduğundan etibarnamənin qüvvədə olma müddət bitmiş, bununla da Xəlilov Nicat tərəfindən iddia ərizəsinin imzalanması səlahiyyəti itirilmişdir. Odur ki, iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığı üçün (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsi) iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Bundan əlavə məhkəmə qeyd edir ki, iddia ərizəsinin geri qaytarılması ilə əlaqədar mülki prosessual qanunvericiliyin tələbinə əsasən İddiaçı MMC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün ödədiyi 84 manat məbləğində dövlət rüsumu (xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzi) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır. Bundan əlavə məhkəmə izah edir ki, iddia ərizəsinin geri qaytarılması iddiaçının yenidən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır və iddiaçı yol verilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edilməsi üçün məhkəməyə ödədiyi 84 (səksən dörd) manat məbləğində dövlət rüsumu (xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzi) dövlət büdcəsindən İddiaçınə qaytarılsın. İddiaçınə izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar