Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1000/2023 03.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi ilə, Əhmədova Təranə Rafiq qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı 93500 (doxsan üç min beş yüz ) manat maddi zərərin Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıya məxsus, oğlu İsmixan Səfərzadənin adına qeydiyyata alınmış, milli pul vahidi ilə 51.000 manat təşkil edən 30.000 ABŞ dolları dəyərində KiA markalı Stinger modelli Az **-TV-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini 30.000 ABŞ dollarına satıb pulunu verəcəyinə dair yalan vəd verib aldadaraq 27 may 2020-ci il tarixdə iddiaçının razılığı ilə oğlu İsmixan Səfərzadə tərəfindən onun adına KİA markalı Stinger modelli avtomobilə görə notarial qaydada baş etibarnamə verilməsinə nail olduqdan sonra həmin tarixdə iddiaçının etibarından sui-itifadə etməklə ünvan 1 ünvanın qarşısında mərhum oğlu Elçin Səfərovdan 51000 manat dəyərində KİA markalı Stinger Az **-TV-*** dövlət nişanlı minik avtomobilini alıb ələ keçirərək Bakı şəhəri, X3 küçəsi, 39 nömrəli ünvanda yerləşən “Azcar” avtosalona olan borcunun əvəzinə vermiş, eyni niyyətlə qanunsuz əməllərini davam etdirib iddiaçıya məxsus, mərhum oğlu Elçin Səfərzadənin adına qeydiyyata alınmış, milli pul vahidi ilə 42500 manat təşkil edən 25000ABŞ dollar dəyərində BMW markalı 528İ modelli Az **-XG- *** dövlət qeydiyyat nişanlı minik avtomobilini 25000 ABŞ dollarına satıb pulunu verəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 20 oktyabr 2020-ci il tarixdə iddiaçının etibarından sui-istifadə edərək ünvan 3 ünvanda yerləşən “On brend” avtosalonun qarşısından BMW markalı 528İ modelli Az **-XG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini mərhum oğlu Elçin Səfərzadədən alıb ələ keçirərək, 26 oktyabr 2020-ci il tarixdə Elçin Səfərzadə tərəfindən həmin avtomobilə görə adına notarial qaydada baş etibarnamə verilməsinə nail olduqdan sonra avtomobili X2 milli pul vahidi ilə 28900 manat təşkil edən 17000 ABŞ dollarına sataraq vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs olaraq ümulikdə 93500 manat dəyərində əmlakımı ələ keçirməklə külli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bakı Ağır Cinayətlər məhkəməsinin 20.10 2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs iddiaçıya dəyən ziyanı ödəməmişdir. Həmin hökmlə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilmişdir İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatlarını və mülki iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia qismən əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, Bakı Ağır Cinayətlər məhkəməsinin 20.10 2022-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Beləliklə, mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh etibardan sui-istifadə etmə yolu və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Səfərov teşid İsmixan oğluna məxsus, sonuncunun oğlu İsmixan Səfərzadənin adına qeydiyyata alınmiş, milli pul vahidi ilə 51000 manat təşkil edən 30000 ABŞ dollar dəyərində Kia m arkalı Stinger modelli Az **-TV-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini 30000 ABŞ dollarına satıb pulunu verəcəyinə dair yalan vəd verib aldadaraq 27 may 2020-ci iİ arixdə İddiaçı razılığı ilə İsmixan Səfərzadə tərəfindən onun adına Kia markalı Stinger modelli avtomobilə görə notarial qaydada baş etibarnamə verilməsinə nail oİduqdan sonra həmin tarixdə İddiaçı etibarından sui-istifadə etməklə ünvan 1 ünvanın qarşısına sonuncunun oğlu Elçin Səfərovdan 51000 manat dəyərində Kia markalı Stinger AZ **-TV-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini alıb ələ keçirərək ünvan 4 ünvanda yerləşən "Azcar" avtosalona lan borcunun əvəzinə vermiş, eyni niyyətlə qanunsuz əməllərini davam etdirib İddiaçı məxsus, sonuncunun oğlu Eiçin Səfərzadənin adına qeydiyyata alınmış, milli pul vahidi ilə 42500 manat təşkil edən 25000 ABŞ dollar dəyərində BMW markalı 528i modelli Az 9Q- XG-0Q6 dövlət qeydiyyat nişanlı minik avtomobilini 25000 ABŞ ollarına satıb pulunu verəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 20 oktyabr 2020- il tarixdə İddiaçı etibarından sui-istifadə edərək ünvan 5 ünvanda yerləşən "On brend" avtosalonun qarşısından MW markalı 528İ modelli Az **-XG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini sonuncunun oğlu Eiçin Səfərzadədən alıb ələ keçirərək, 26 oktyabr 2020-ci il tarixdə Elçin əfərzadə tərəfindən həmin avtomobilə görə adına notarial qaydada baş etibarnamə verilməsinə nail olduqdan sonra avtomobili X2 milli pul vahidi ilə 39000 manat təşkil edən 17000 ABŞ dollarına sataraq vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs İddiaçı ümumilikdə 93500 manat dəyərində əmlakını ələ keçirməklə sonuncuya külli miqdarda ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə hesab edir ki, göstərilən hallar qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən olunduğundan, bu məhkəmə üçün məcburidir. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (MM 21.1-ci maddəsi). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (MM 21.2-ci maddəsi). Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə iddiaya cavabdehdən vurulan maddi ziyana görə 93500 (doxsan üç min beş yüz ) manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə əsaslı hesab edilərək 93500 (doxsan üç min beş yüz )manat məbləğində pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və məhkəmə prosesi zamanı müəyyən edilmiş həqiqi hallara əsaslanaraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia təmin edilsin. Dəymiş maddi ziyana görə 93500 (doxsan üç min beş yüz )manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-1000/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1000/2023
03.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver