Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1360/2023 15.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi ilə, İddiaçı Məhdud Məsliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx/xx/0275 saylı, 09 oktyabr 2017-ci il tarixli X1 müqaviləsi üzrə ödənilməmiş lizinq ödənişləri üzrə borc qalığı 1375,01 manat, dəbbə pulu üzrə 124,99 manat, cəmi 1500 manat məbləğində borcun, dövlət rüsumu qismində ödənilmiş 35 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında 09 oktyabr 2017-ci il tarixdə xx/xx/0275 saylı X1 müqaviləsi bağlanmışdır. Lizinq müqaviləsinə əsasən iddiaçı 2,700.00 manat ödəyərək mülkiyyətinə əldə etdiyi və müqavilə üzrə lizinq obyekti sayılan 1 ədəd 2017-ci il buraxılışı olan, NeoTerm markalı divardan asılan məişət qaz qazanı sənəd və ləvazimatları ilə birlikdə cavabdehin istifadəsinə və sahibliyinə vermişdir. Hazırda cavabdeh tərəfindən həmin müqaviləyə əlavə olan lizinq ödənişlərinin qrafikinə əsasən lizinq ödənişləri üzrə borc qalığı 1375.01 manat, cərimə üzrə 9823.31 manat olmaqla, cəmi 11198,32 manat məbləğində borcu yaranmışdır. Dəbbə pulu məbləği avtomatik olaraq kompter proqramı ilə hesablandığından hazırki iddia ərizəsində tələb edilən dəbbə pulu məbləği azaldılmışdır. Lizinq müqaviləsindən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən lizinq müqaviləsi üzrə ödənişlər edilməmiş və beləliklə də, müqavilədən irəli gələn öhdəliklər icra edilməmişdir. Cavabdeh X1 müqaviləsindən irəli gələn öhdəliyi icra etmədiyinə görə bu, həmin müqavilənin ləğv edilməsi üçün əsas yaradır. Hazırda Lizinq müqaviləsinin müddəti bitib. Deyilənlərdən əlavə, qeyd etmək lazımdır ki, hazırki iş üzrə cavabdeh sayılan Cavabdeh2 09 oktyabr 2017-ci il tarixli xx/xx/0275-Z1 saylı Zaminlik müqaviləsinə əsasən Lizinq müqaviləsi üzrə zaminlik qəbul etmişdir. Bu isə o deməkdir ki, Cavabdeh2 həmin müqavilə üzrə mövcud öhdəliklərin icrasının təmin olunmamasına və ya lazımınca icra olunmamasına görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, lizinq verən İddiaçı MMC və lizinq alan Cavabdeh1 arasında xx/xx/0275 saylı, xx.xx.2017-ci il tarixli “X1 müqaviləsi” bağlanmışdır, müqaviləyə əsasən, lizinq verən avadanlığı öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürmüşdür, müqavilənin predmeti 1 dəst 2017-ci il buraxılışlı divardan asılan məişət qaz qazanıdır, lizinq ödənişlərinin ümumi məbləği 3583,62 manatdır, əsas borc üzrə qalıq 2700 manat, lizin verənin mükafatı 883,62 manatdır, lizinq müddəti 18 aydır. Müqavilənin 12.1-ci bəndinə əsasən: Lizinq obyektinin sahiblik və istifadəyə verilməsinə görə, Lizinq alan lizinq müqaviləsi və Lizinq ödənişlərinin qrafiki ilə müəyyən edilmiş qaydada və müddətlərdə Lizinq verənə lizinq və digər ödənişləri ödəməlidir. Həmin müqavilənin 12.4-cü bəndinə əsasən: Lizinq ödənişləri lizinq müddətinin hər ayı üçün hesablanır. Lizinq müddətinin hər ayı üçün lizinq ödənişinin məbləği, habelə Lizinq ödənişlərinin ödənilməsi qaydası Lizinq ödənişləri qrafiki (lizinq müqaviləsinə Əlavə № 2) ilə müəyyən edilir. Həmin müqavilənin 13-cü bəndinə əsasən: 13.1. Lizinq alan müəyyən edilmiş müddətlərdə Lizinq müqaviləsi ilə nəzərdə tutulmuş hər hansı ödənişləri (onun hissələri) həyata keçirmədikdə, Lizinq verən ödənişin gecikdirildiyi hər günü üçün gecikdirilmiş lizinq ödənişinin 0,5% (sıfır tam onda beş faiz) məbləğində dəbbə pulunu ödənilməsini tələb edə bilər, Lizinq alan isə həmin dəbbə pulunu Lizinq verən tərəfindən göstərilən müddətlərdə ödəməyə öhdəsinə götürür. 13.2. Lizinq müqaviləsi üzrə öhdəliklərinin icra edilməməsinə görə dəbbə pulunun (cərimə və/və ya penya) ödənilməsi, Lizinq alanı ödənilməmiş lizinq ödənişlərinin və digər ödənişlərinin ödənilməsindən, lizinq müqaviləsinin şərtlərinin tam həcmdə icra edilməsindən azad etmir. İş materiallarında olan xx/xx/0275 saylı LQ1 lizinq ödənişləri qrafikinin surətindən görünür ki, lizinq obyektinin dəyəri 2700 manat, lizinq verənin mükafatı 883,62 manat, lizinq ödənişlərinin məbləği 3583,62 manatdır. İş materiallarında olan xx/xx/0275 saylı X1 müqaviləsinə Əlavə № 3 xx.xx.2017-ci il tarixli “Lizinq obyektinin təhvil-təslim aktı”nın surətindən görünür ki, lizinq verən təhvil vermiş, lizinq alan Cavabdeh1 isə buraxılış ili 2017 olan avadanlıqları (divardan asılan məişət qaz qazanı, divardan asılan məişət qaz qazanı asqı seti, qaz requlyatoru, stabilizator, radiator, radiator vintilli köşə, tangit ip, boru, mufta, dirsək, pol oborot xamut, rekor, troynik, keçid, qaz şlanqı, qaz vintili) lizinqə qəbul etmişdir. İş materiallarında olan İddiaçı və Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli xx/xx/0275-Z1 №-li zaminlik müqaviləsinin surətindən görünür ki, zamin Cavabdeh2, xx/xx/0275 saylı, xx.xx.2017-ci il tarixli daxili Lizinq müqaviləsi üzrə mövcud öhdəliklərin icrasının təmin olunmamasına və ya lazımınca icra olunmamasına görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı MMC və Cavabdeh1 arasında bağlanmış xx/xx/0275 saylı, xx.xx.2017-ci il tarixli X1 müqaviləsinə dəyişikliklərin edilməsi barədə xx.xx.2017-ci il tarixli 1 №-li Razılaşmadan görünür ki, 2.1. lizinq ödənişlərinin ümumi məbləği 3639,10 manat təşkil edir, 2.2.3. lizinq verənin mükafatı məbləği 939,10 manatdır. İş materiallarında olan xx/xx/0275 saylı LQ2 lizinq ödənişləri qrafikinin surətindən görünür ki, lizinq obyektinin dəyəri 2700 manat, lizinq verənin mükafatı 939,10 manat, lizinq ödənişlərinin məbləği 3639,10 manatdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Maliyyə Arayışının surətindən görünür ki, xx/xx/0275 saylı, xx.xx.2017-ci il tarixli müqavilə üzrə lizinqverən İddiaçı MMC, lizinqalan Cavabdeh1dur, ödənişlər üzrə borc qalığı 1375,01 manat, dəbbə pulu 9823,31 manat, ümumi borc 11198,32 manatdır. İş materiallarından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh1 “X1 müqaviləsi üzrə öhdəliklərin icra edilməsi barədə” 23 iyul 2018-ci il tarixli 469 №-li, 08 oktyabr 2018-ci il tarixli 621 №-li, xx.xx.2020-ci il tarixli 165 №-li 1, 2, 3 №-li tələb məktubları ünvanlanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən 5 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında dəyəri 2700 manat, lizinq mükafatı 883,62 manat olan bir ədəd avadanlığa dair xx.xx.2017-ci il tarixli xx/xx/0275 №-li daxili maliyyə lizinq müqaviləsi bağlanmışdır, lizinq müddəti 18 ay təşkil edir, müqaviləyə əsasən, iddiaçı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək lizinq obyektini cavabdehə təhvil vermişdir, iddiaçı və digər Cavabdeh2 arasında bağlanmış eyni tarixli xx/xx/0275-Z1 saylı zaminlik müqaviləsinə əsasən, sonuncu qeyd olunan lizinq müqaviləsi üzrə zamin durmuşdur, iddiaçı və Cavabdeh1 arasında bağlanmış xx.xx.2017 tarixli sazişlərə əsasən lizinq müqaviləsi üzrə dəyişikliklər edilmişdir, Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməklə - ödənişləri yerinə yetirməməklə - müqavilənin şərtlərini pozmuşdur, hazırda müqavilə üzrə iddiaçıya olan lizinq ödənişləri üzrə 1375,01 manat borc, 124,99 manat dəbbə pulu olmaqla, cəmi 1500 manat təşkil edir, iddiaçı tərəfindən borcun olması barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. Bununla belə, iddia tələbi üzrə cavabdehlərin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilənin şərtinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə, borcun hansı cavabdehdən tutulmalı olmasına münasibətdə hesab edir ki, qanunvericiliyə əsasən, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığından borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.5-ci maddəsinə əsasən, lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.9-cu maddəsinə əsasən, lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Həmin Məcəllənin 748-11.1-ci maddəsinə əsasən, lizinq ödənişlərinin ümumi məbləğinə həmçinin lizinq verənin mükafatının məbləği daxildir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx/xx/0275 saylı, 09 oktyabr 2017-ci il tarixli X1 müqaviləsinə əsasən, ödənilməmiş lizinq ödənişləri üzrə 1375,01 manat borc, 124,99 manat dəbbə pulu olmaqla, cəmi 1500 manat cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehlərin dövlət rüsumundan azad olma halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehlərə aid edilməli, təmin edilmiş iddia tələbinin həcmi nəzərə alınmaqla 35 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada idiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində dövlət rüsumu ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx/xx/0275 saylı, 09 oktyabr 2017-ci il tarixli X1 müqaviləsinə əsasən, ödənilməmiş lizinq ödənişləri üzrə 1375,01 manat borc, 124,99 manat dəbbə pulu olmaqla, cəmi 1500 (min beş yüz) manat və dövlət rüsumu qismində ödənilmiş 35 (otuz beş) manat alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-1360/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1360/2023
15.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver