Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1851/2024 28.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Nəsirova Samirə Şəmsəddin qızının katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X4, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh İsthesalat Birliyinə qarşı işə bərpa və əmək haqqının ödənilməsi tələbinə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh İsthesalat Birliyinə qarşı cavabdehin üzərinə Cavabdeh 10 iyul 2023-cü il tarixli 14-2-2/3-1K-454/2023 nömrəli əmrin ləğv edilməsi, ödənilməmiş əmək haqqının ödənilməsi və əvvəlki iş yerinə bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 30 mart 2020-ci ildən "xxxx" MMCdə Birliyin Bakı Regional Qazın Satışı Departamentinin sayğacların idarə edilməsi şöbəsində 5-ci dərəcəli nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər peşəsinə təyin edilmişdir. 10 iyul 2023-cü il tarixli 14-2-2/3-1K-454/2023 nömrəli əmrə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda (Əmək Məcəlləsinin 72 maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) iddiaçı ilə əmək müqaviləsi ləğv edilmiş, o, tutduğu vəzifədən azad edilmişdir. İddiaçı hesab edir ki, onunla bağlanmış əmək müqaviləsi qanunsuz xitam verilmişdir. İddiaçı ilə əmək müqaviləsinə xitam verildikdən sonra o, şikayət vermişdir. Şikayət verdikdən sonra onun əmək kitabçası özünə qaytarılmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi xahiş etmişdir. O, verdiyi izahatında göstərmişdir ki, normal qaydada işə gedib gəlmiş, eyni zamanda verilən tapşırıqları icra etmişdir. Ona qanunsuz verilən tapşırığı icra etmədiyi və rəhbərliyə şikayət etmişdir. İşdən də bu səbəblə çıxmışdır. O, bildirmişdir ki, o, işə gəlmişdir, lakin işə buraxılmamışdır, tabelə imza etməyə də icazə verməmişdirlər. Cavabdehin nümayəndəsi və vəkili məhkəmədə iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. O, məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və mülki iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 30 mart 2020-ci il tarixində bağlanılmş 253 nömrəli Əmək Müqaviləsinə əsasən Muradov X3 Bakı Regional Qazın Satışı Departamentinin Sayğacların idarə edilməsi şöbəsinə əsas 5-ci dərəcəli nəzarət-ölçü cihazalrı və avtomatika üzrə çilingər vəzifəsinə qəbul edilmişdir. İşlədiyi müddət ərzində 2023-cü ilin müxtəlif tarixlərində İddiaçı işə gəlməmiş və bunun üzrlü səbəbləri barədə hər hansı sənəd təqdim etməmişdir. Bu səbəblə də Cavabdeh İB-nin 10 iyul 2023-cü il tarixli 14-2-2/3-1K-454/2023 nömrəli əmrinə əsasən Cavabdeh İsthesalat Birliyi ilə İddiaçı arasında bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Dövlət Neft Şirkəti Cavabdeh Həmkarlar İttifaqı Komitəsi Rəyasət Heyətinin 10 iyul 2023-cü il tarixli 75-02ə nömrəli qərarına əsasən Bakı Regional Qazın Satışı Departamentinin Sayğacların İdarə edilməsi şöbəsinin X5 və Avtomatika üzrə çilingəri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Resublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilməsinə etiraz edilməmişdir. İddiaçı işə gəldiyini, lakin işə buraxılmadığını iddia etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən isə əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Qeyd edilən maddənin 3-cü hissəsində müəyyən edilmişdir ki, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən işçi tərəfindən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 186-cı maddəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndi ilə ləğv etmək. Həmin Məcəllənin 187-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.İdarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində intizam tənbehini tətbiq edən idarə, müəssisə və ya təşkilat intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır Azərbaycan Respublikası Əmək Məcəlləsinin yuxarıda istinad edilən müddəalarının tələblərini nəzərə alaraq və mülki iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edilmiş işin həqiqi hallarını təhlil edərək məhkəmə belə qənaətə gəlir ki, işəgötürən tərəfindən iddiaçıya münasibətdə onun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə tutduğu vəzifədən azad edilməsinə dair əmr verilməsinə əsas mövcud olmuşdur. Belə ki, iddiaçı, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməyərək əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Bu hal iddiaçının özünün məhkəmə iclasında verdiyi izahatı və digər sübutlarla öz təsdiqini tapır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh İsthesalat Birliyi tərəfindən İddiaçı ilə əmək münasibətlərinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə xitam verilməsi barədə əmri qanunvericliyin tələblərinə uyğun olaraq verildiyindən qanuni və əsaslıdır, ona görə də İddiaçı Cavabdeh İsthesalat Birliyinə qarşı cavabdeh işəgötürənin 10 iyul 2023-cü il tarixli 14-2-2/3-1K- 454/2023 nömrəli əmrinin qanunsuz sayılaraq ləğv edilməsi, işəgötürənin iddiaçını işə bərpa edilməsi, məcburi iş buraxma günləri üçün iddiaçıya əmək haqqının ödənilməsi barədə iddiası əsassız hesab edilərək rədd edilməlidir. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə qiymət verərək qeyd edir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə qanunvericilikdə müəyyən edilmiş iddia müddəti ötürməklə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı mediasiya prosesinin tətbiqi barədə təklifi qarşı tərəfə xx.xx.2023-cü il tarixində göndərmiş, Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış xx.xx.2023-cü il tarixində tərtib edilmişdir. Göründüyü kimi, mediasiya prosesi artıq xx.xx.2023-cü il tarixində yekunlaşmışdır. Məhkəmə qeyd edir ki, iddia fərdi əmək mübahisəsinin həll edilməsi ilə bağlı olduğuna görə, hazırkı iddia ərizəsinə Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş 1 aylıq iddia müddəti tətbiq edilməlidir. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə, həmin bir aylıq iddia müddətini ötürməklə 27 dekabr 2023-cü il tarixində müraciət etmişdir. Odur ki, İddiaçı Cavabdeh İsthesalat Birliyinə qarşı cavabdehin üzərinə Cavabdeh 10 iyul 2023-cü il tarixli 14-2-2/3-1K-454/2023 nömrəli əmrin ləğv edilməsi, ödənilməmiş əmək haqqının ödənilməsi və əvvəlki iş yerinə bərpa edilməsi tələbinə dair iddiası iddia müddəti ötürüldüyünə görə də rədd edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh İsthesalat Birliyinə qarşı cavabdehin üzərinə Cavabdeh 10 iyul 2023-cü il tarixli 14-2-2/3-1K-454/2023 nömrəli əmrin ləğv edilməsi, ödənilməmiş əmək haqqının ödənilməsi və əvvəlki iş yerinə bərpa edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-1851/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1851/2024
28.02.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver