Məhkəmə qərarları › İş №e-2(011)-2924/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2924/2024

07.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2924/2024 07.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh qarşı 2978 (iki min doqquz yüz yetmiş səkkiz) manat məbləğində pul vəsaitinin, 800 (səkkiz yüz) manat vəkilə ödənilmiş xidmət haqqının və məhkəməyə müraciət etmək üçün ödənilmiş 58 (əlli səkkiz) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq, İddiaçı ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə etdi və iddianın təmin edilməsini xahiş etdi. O, məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, mülki münasibətlər zaminində mübahisəsi olmuşdur və Cavabdeh İddiaçı 2978 manat məbləğində borcu yaranmışdır. X1 Qabil Ədalət oğlundan polisə müraciət etmiş, lakin cinayət işinin başlanılması rədd edilmişdir. Bununla bağlı qəbul edilmiş qərarda da qeyd olunmuşdur ki, Cavabdeh İddiaçı 2978 manat məbləğində borcunun olduğunu etiraf etmişdir. Cavabdehin etirazının dəlilləri Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin hallar: Binəqədi RPİ-nin 4-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı Məmmədhüseyn Əliyev tərəfindən İddiaçı şikayəti üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərarın məzmunundan görünür ki, Cavabdeh verdiyi ifadəsində bildirmişdir ki, 2022-ci ilin yanvar ayında Haşim ona 3000 manat pul vermişdi ki, ona ev üçün və ofis üçün mebel hazırlasın. Onun üçün mebel hazırlamağa görə material almalı idi. Həmin mebelin materialları baha olduğundan mebeli hazırlaya bilməmişdir. Haşim ondan pulunu istəmişdir. O Haşimə hissə| hissə qaytarmağı təklif etsə də, o razı olmamışdır. Ondan əlavə işlər görməyini, 3000 manat- pulu bu formada ödəməyini təklif etmişdir.O da razı olmuşdur. Bundan sonra Haşim ona bir neçə dəfə işlər vermiş və O Haşim üçün mebelləri hazırlayıb vermişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə ona zəng edib mebel lazım olduğunu bildirmişdir. Bu məqsədlə onlar material almaq üçün Binəqədi rayonu Baksol massivində yerləşən sexə getmişlər. Sexdə olan zaman ölçüləri vermiş, materialın pulu 984 manat etmişdir. Haşim 550 manat pulu əlbəəl sexin işçisinə vermiş, 398 manat pulu isə kartdan karta ödəməklə razılaşmışdır. O birinci hissə materialları götürüb onun ofis üçün dediyi mebeli hazırlamış, ikinci hissə çıxacaq materialları isə ləğv etdirmişdir. Çünki sexin verdiyi materillar baha olduğundan və mebel üçün digər aksesuarlar lazım olmuşdur. O sexin işçisindən 398 manat pulu geri almış və aksesuarları sifariş vermişdir. Ailəsində problemlər yarandığı üçün telefonlara cavab verməşmişdir. Bu barədə isə Haşimə heçnə deyə bilməmişdir. Haşim isə düşünüb ki, guya ona mebel hazırlamayacaq və bu barədə şikayət etmişdir. Qeyd etmişdir ki, onun pulun ələ keçirmək istəsəydi bundan əvvəl dediyi mebelləri hazırlamazdı. Sadəcə olaraq gecikdirdiyi üçün şikayət etmişdir. O Haşimə olan 2978 manat borcumu tez bir zamanda geri qaytaracaqdır. İddiaçı ilə “Femida” Vəkil bürosunun vəkili Nümayəndə arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, 80 nömrəli müqaviləyə əsasən vəkil ona havələ edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə göstərmişdir. Müqavilənin 2.1-ci bəndinə hüquqi yardıma görə haqq 800 manat müəyyən edilmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. Maddə 753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 753.2. Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. 753.3. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. 753.4. Müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. Maddə 759. Podrat müqaviləsinin ləğvi 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun Maddə 769. Yerinə yetirilmiş iş üçün muzd ödənilməsi Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Maddə 770. Yerinə yetirilmiş işin qəbul edilməsi Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə qeyd edir ki, işin faktiki hallarına əsasən tərəflər arasında münasibətlər faktiki olaraq podratla bağlı olmuşdur. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında mebel düzəldilməsi ilə bağlı şifahi razılaşma əldə edilmişdir. Razılaşmaya əsasən Cavabdeh iddiaçıya mebel düzəltməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən cavabdehə 3000 manat məbləğində pul ödənilmiş, lakin cavabdeh həmin pulları aldığı halda, razılaşma əsasında üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə yuxarıda istinad edilən qanunun normalarını nəzərə alaraq, belə qənaətə gəlir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etmədiyindən, eyni zamanda cinayət işinin başlanması haqqında qərarda iddiaçıya olan 2978 manat borcunu etiraf etdiyindən, 2978 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iddianın dövlət rüsumunun və 800 manat vəkilə ödənilmiş xidmət haqqının cavabdehdən tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının hüquqi xidmətə görə ödənilmiş haqqında və dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 2978 (iki min doqquz yüz yetmiş səkkiz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 58 (əlli səkkiz) manat və vəkilə ödənilmiş xidmət haqqının əvəzi olaraq 800 (səkkiz yüz) manat məbləğində vəsait tutulsun. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar