Məhkəmə qərarları › İş №e-2(011)-5251/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5251/2022

25.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5251/2022 25.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1 qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 40000 manatın və 210 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə aralarında xx.xx.2019-cu il tarixdə bağlamış torpaq sahəsinin rəsmiləşdirilməsi üçün ilkin müqaviləyə əsasən Cavabdeh1 Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2018-ci il tarixli P-43-112 nömrəli arxiv çıxarışı əsasında Əzizbəyov rayon XDS İK-nin xx.xx.1990-cı il tarixli 20 saylı qərarı ilə istifadəsində olan Bakı şəhəri, Mərdəkan qəsəbəsi, sahə M/118 nömrəli sagə ünvanında yerləşən 750 kv.m. torpaq sahəsinin özəlləşdirilməsini həyata keçirərək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın onun özü və ya etibarnamə üzrə səlahiyyətli nümayəndəsi tərəfindən alınaraq daşınmaz əmlakın xx.xx.2019-cu il tarixədək müddətdə ona satılmasını, alqı-satqı müqaviləsinin bağlanmasını və onun mülkiyyətinə verilməsini öhdəsinə götürmüşdür. Göstərilən əmlakın satış qiyməti 40.000 manat məbləğində müəyyən edilmiş və həmin məbləğdən bu müqavilənin bağlanması anında tərəfindən 38.000 manat notariusun bankda açılan depozit hesabi vasitəsi ilə Cavabdeh1 ödənilmiş, borclu qaldığı 2000 manatı xx.xx.2019cu il tarixədək müddətdə ödənilməsini öhdəsinə götürmüşdür. Göstərilən tarixədək üzərinə düşən öhdəliyi yerinə yetirərək qalan 2000 manatı da Cavabdeh1 ödəsə də, sonuncu müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 cavabdeh qismində işə cəlb edilməsini, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 40.000 manatın və 210 manat ödənilmiş dövlət rüsumunnun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, müqavilədən də göründüyü kimi, Cavabdeh1 etibarnamə əsasında Cavabdeh2 təmsil etmiş, 38000 manat pul da ona ödənilmişdir. Hətta xx.xx.2019-cu il tarixədək üzərinə düşən öhdəliyi yerinə yetirərək qalan 2000 manatı da Cavabdeh1 nümayəndəsi Cavabdeh2 ödəmişdir. Lakin Cavabdeh2 nümayəndə kimi müqavilə üzrə 40.000 manat pul alsa da, müqavilə şərtləri yerinə yetirilməmişdir. Həmin 40.000 manat pulun Cavabdeh2 ilə Cavabdeh1 arasında bölündüyünə dair ciddi əsaslar vardır. Belə ki, məhkəməyə təqdim ediləcək səs yazılarında Cavabdeh2 dəfələrlə bütün məsuliyyəti öz üzərinə götürdüyünü bildirmiş, hər dəfəsində sənədləri tez bir zamanda düzəldəcəyinə vəd vermişdir. Cavabdeh2 yalnız nümayəndə kimi müqavilə bağlamış olsaydı, 40000 manatlıq müqavilənin məsuliyyətini öz üzərinə götürməzdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməsi barədə ərizəsini məhkəməyə təqdim edərək izahatında göstərdi ki, İddiaçı satdığı torpaq sahəsi formal olaraq Cavabdeh1 adına rəsmiləşdirilmiş, əslində isə həmin torpaq sahəsi ona məxsus olmuşdur. Torpağın satılmasına görə pulu da özü almışdır və Cavabdeh1 pul verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarına qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında bağlamış xx.xx.2019-cu il tarixli ilkin müqavilənin surətindən görünür ki, Cavabdeh1 Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2018-ci il tarixli P-43-112 nömrəli arxiv çıxarışı əsasında Əzizbəyov rayon XDS İK-nin xx.xx.1990-cı il tarixli 20 saylı qərarı ilə istifadəsində olan Bakı şəhəri, Mərdəkan qəsəbəsi, sahə M/118 nömrəli sagə ünvanında yerləşən 750 kv.m. torpaq sahəsinin özəlləşdirilməsini həyata keçirərək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın onun özü və ya etibarnamə üzrə səlahiyyətli nümayəndəsi tərəfindən alınaraq daşınmaz əmlakın xx.xx.2019-cu il tarixədək müddətdə İddiaçı satılmasını, alqı-satqı müqaviləsinin bağlanmasını və İddiaçı mülkiyyətinə verilməsini öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən tərəflər göstərilən əmlakın satış qiymətini 40.000 manat məbləğində müəyyən etmişlər. Həmin məbləğdən müqavilənin bağlanması anında iddiaçı tərəfindən 38.000 manat notariusun bankda açılan depozit hesabi vasitəsi ilə Cavabdeh1 ödənilir və gələcəkdə alğı-satqı müqaviləsi bağlanarkən nəzərə alınacaqdır. İddiaçı borclu qaldığı 2000 manatı xx.xx.2019-cu il tarixədək müddətdə Cavabdeh1 ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilə təsdiq olunduğu andan qanuni qüvvəyə minir və qanunvericiliklə nəzərdə tutulmuş digər müqavilənin bağlanması anınadək qüvvədədir. İlkin müqavilə Cavabdeh1 adından etibarnamə əsasında Cavabdeh2 tərəfindən imzalanmışdır və Bakı şəhəri 31 saylı Notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiqlənərək, reyestrdə 3M-143 nömrə ilə qeydiyyata alınmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, İddiaçı Cavabdeh1 ilə aralarında bağlamış xx.xx.2019-cu il tarixli ilkin müqaviləyə əsasən torpaq alınması üçün cəmi 40000 manat məbləğində pulu müqaviləni Cavabdeh1 adından imzalamış digər Cavabdeh2 verməklə müqavilə ilə üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməsinə baxmayaraq, cavabdehlər tərəfindən müqavilə öhdəlikləri icra olunmamış, eyni zamanda, ödənilmiş pul məbləği də iddiaçıya qaytarılmamışdır. Həmçinin, Cavabdeh2 bu barədə yazılı ərizə verməklə iddia tələbini qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə isə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, işin məhkəmədə araşdırılmış halları ilə Cavabdeh2 tərəfindən Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2018-ci il tarixli P-43-112 nömrəli arxiv çıxarışı əsasında Əzizbəyov rayon XDS İK-nin xx.xx.1990-cı il tarixli 20 saylı qərarı ilə Cavabdeh1 istifadəsində olan Bakı şəhəri, Mərdəkan qəsəbəsi, sahə M/118 nömrəli sagə ünvanında yerləşən 750 kv.m. torpaq sahəsinin xx.xx.2019-cu il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən İddiaçı 40000 manat pul alması, cavabdehlər tərəfindən həmin torpaq sahəsinin müqavilədə nəzərdə tutulmuş müddətdə rəsmilədirilərək iddiaçıya təhvil verilməməsi, bununla da, müqavilə öhdəliklərinin yerinə yetirilməməsi müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 40000 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 40.000 (qırx min) manat pul vəsaiti və 210 (iki yüz on) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar