Məhkəmə qərarları › İş №e-2(011)-5412/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5412/2024

14.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5412/2024 14.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun qaytarılması barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı ASC Cavabdeh qarşı cavabdehdən İddiaçı ASC-nin xeyrinə 4,160.75 manat məbləğində pul vəsaitin və ödənilmiş 61.61 manat dövlət rüsumunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfin dəlilləri ondan ibarət olmuşdur ki, İddiaçı ASC ilə fiziki şəxs Cavabdeh arasında bağlanmış 10 sentyabr 2021-ci il tariхli Qeyri-kredit bank xidmətlərinin göstərilməsi haqqında baş sazişinə əsasən onun adına plastik kart hesabı açılmış və əməliyyatların aparılması üçün istifadə müddəti müddəti 4 il olan bank kartı verilmişdir. Sazişin şərtlərinə uyğun olaraq hesab sahibi olan Cavabdeh açılmış AZ08AZEN******************** saylı plastik kart hesabına daxil olan pul vəsaitlərini qəbul etməyi və hesaba salmağı, hesabdan pul vəsaitlərini köçürməyi və verməyi, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair imkan yaradılır. Bu sazişin 3.9-cu bəndinə əsasən, hesab üzrə əməliyyatlar hesabda mövcud olan pul vəsaiti həcmində aparılır. Həmin vəsait həcmindən artıq istifadə edildikdə və ya kart üzrə xidmət haqqı ödənilmədikdə, hesabda artıq istifadə edilmiş və ya ödənilməmiş xidmət haqqı miqdarında texniki overdraft yaranır. Overdraft yaranmış hesaba vəsait mədaxil edildikdə, yaranmış overdraft məbləği Bank tərəfindən Müştərinin hesabından akseptsiz qaydada silinir. Odur ki, Cavabdeh tərəfindən plastik kart hesabında olan vəsitin həcmindən artıq məbləğdə vəsait istifadə edilib və vaxtında banka ödəniş edilməmiş, yəni öhdəlik yarandığı tarixdən bu günədək öhdəliyi icra etməyərək sazişin 3.9-cu və 3.11-ci bəndlərini pоzmuşdur. Belə ki, Cavabdeh cari hesabından xx.xx.2023-cü il tarixdə offline qaydada (şəbəkədən xaric) crystalpm.com xarici internet provayder vasitəsi ilə ardıcıl olaraq 2161 (2000 manat illik üzvlük haqqı və ümumi 161 manat digər əməliyyatlar) manat məbləğində və xx.xx.2023-cü il tarixdə isə readmywords.org xarici internet provayder vasitəsi ilə 2025 (tərcümə haqları) manat pul vəsaiti silinmişdir. Silinmə aparılan zaman onun kart hesabında kifayət qədər pul vəsaiti mövcud olmamışdır. Odur ki, hər hansı şirkətlərin internet səhifəsində qeydiyyatdan keçdiyi zaman ödənişlərin aparılması üçün müştərilər öz bank hesabı məlumatlarını təqdim edir və həmin məlumatlar onların online bazasında saxlanılır. Həmin şirkətlərə internet vasitəsi ilə ödəniş edilərkər kart balansında yetərincə pul vəsaiti olmasa da lazım olan ödəniş civarında pul vəsaiti offline qaydada qəbul edilir və daha sonra kart hesabı olan banka silinmə barədə məlumat göndərilir. Məlumat daxil olduqdan sonra kartda kifayət qədər pul vəsaiti olmadığına görə silinmə bank hesabından aparılır və bu səbəbdən də ümumilikdə 4,160.75 manat məbləğində overdraft yaranmışdır. Məlumat üçün bildiririk ki, sözügedən internet portalında qeydiyyat keçərkən müştərinin bank rekvizitləri tələb olunur. Qeydiyyatdan keçdikdən sonra müştəriyə portalın imkanlarından tam istifadə edilməsi üçün 1 ay möhlət verilir, buna baxmayaraq 1 ay keçdikdən sonra xidmətinin dayandırlması barədə müştəri məlumat verməsə onun hesabından aylıq və ya illik abunəlik haqqı çıxılır. Cavabdeh öz bank hesabı məlumatlarını təqdim edərkən həmin səhifənin qeydiyyat tələbləri ilə diqqətlə tanış olmamış, kart hesabında kifayət qədər pul vəsaitinin mövcud olmadığı barədə məlumatı olmasına baxmayaraq qeydiyyat şərtləri nəzarətində saxlamamış və bu ödənişi qəbuletmişdir. Odur ki, Qeyri-kredit bank xidmətlərinin göstərilməsi haqqında baş sazişin 7.4.1-ci və 7.4.5-ci bəndlərinə əsasən, bankın qüvvədə olan tarifləri əsasında müəyyən edilmiş limitləri qəbul etmək, bu limitlərə riayət etmək, göstərilən xidmətlərə görə müvafiq xidmət haqqı ödəmək və limitdən artıq pul vəsaitini istifadə edərsə, yaranmış overdraftı dərhal ödəmək, bank kartı ilə aparılan əməliyyatlarının uçotunu aparmaq, etdiyi əməliyyatları daima nəzarətdə saxlamaq (ayda bir dəfədən az olmamaq şərti ilə hesabdan çıxarışla tanış olmaq) və şübhəli əməliyyatlar haqqında Bankı məlumatlandırmaq vəzifələrini hesab sahibi öz öhdəsinə götürür. Cavabdehin etirazının dəlilləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə ona qarşı yönəldilmiş iddia ərizəsinin Xətai Rayon Məhkəməsi tərəfindən icraata qəbul edildiyinə dair bildiriş göndərilərək, iddiaya qarşı əsaslandırımış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sübutları məhkəməyə təqdim etmək təklif olunmuşdur. Lakin, cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İşin halları İddiaçı ASC ilə fiziki şəxs Cavabdeh arasında bağlanmış 10 sentyabr 2021-ci il tariхli Qeyri-kredit bank xidmətlərinin göstərilməsi haqqında baş sazişinə əsasən bank müştərinin müraciəti əsasında qeyri-kredit bank xidmətləri (bank hesablarının açılması və aparılması, ödəniş kartlarının təqdim edilməsi, əmanətlərin qəbul edilməsi, depozit seyfinin icarəyə verilməsi) göstərir, müştəri isə Baş Saziş və onun çərçivəsində bağlanılan əlavələr ilə müəyyən olunan şərtlərlə və qaydada qeyri-kredit bank xidmətlərindən istifadə edərək həmin xidmətlərin dəyərini banka ödəməyə öhdəsində götürmüşdür. Cavabdehin adına plastik kart hesabı açılmış və əməliyyatların aparılması üçün istifadə müddəti müddəti 4 il olan bank kartı verilmişdir. Cavabdeh həmin kart hesabından (borcluya məxsus kart hesabının № AZ08AZEN********************) xx.xx.2023-cü il tarixdə hesabda olan vəsaitdən artıq məbləğdə “onlayn” ödəniş əməliyyatları aparmış, nəticədə Cavabdeh banka 4,160.75 manat məbləğində ziyan vurmuşdur. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 61.61 manat məbləğində dövlət rüsumu ödəmişdi. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 954. Bank hesabı müqaviləsi 954.1. Bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. 954.2. Bank hesabda olan pul vəsaitinə dair müştərinin maneəsiz sərəncam vermək hüququna qarantiya verməklə, bu vəsaitdən istifadə edə bilər. 954.3. Bank müştərinin pul vəsaitindən istifadə edilməsi istiqamətlərini müəyyənləşdirə və buna nəzarət edə bilməz, habelə müştərinin pul vəsaitinə dair öz istədiyi kimi sərəncam vermək hüququ üzərində qanunla və bank hesabı müqaviləsi ilə nəzərdə tutulmamış digər məhdudiyyətlər qoya bilməz. 954.4. Bu fəslin banklara aid qaydaları verilmiş xüsusi icazəyə (lisenziyaya) müvafiq surətdə bank hesabı müqaviləsi bağlayan və icra edən başqa kredit təşkilatlarına və poçt rabitəsinin milli operatoruna da tətbiq olunur. Maliyyə xidmətlərinin göstərilməsi ilə bağlı mərkəzi depozitarın açdığı və apardığı pul hesablarına bu fəslin qaydaları “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla tətbiq edilir. Maddə 956. Bank hesabı müqaviləsinin bağlanması 956.1. Bank hesabı müqaviləsi bağlanarkən müştəriyə və ya onun göstərdiyi şəxsə tərəflərin razılaşdırdığı şərtlərlə bankda hesab açılır. Maddə 960. Hesabın kreditləşdirilməsi 960.1. Bank hesabı müqaviləsinə müvafiq surətdə, pul vəsaitinin olmadığına baxmayaraq, bankın ödənişləri həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi) bank bu cür ödənişi həyata keçirdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır. 960.2. Tərəflərin hesabın kreditləşdirilməsi ilə bağlı hüquq və vəzifələri borc və kredit haqqında qaydalarla müəyyənləşdirilir, bu şərtlə ki, bu Məcəllədə və ya bank hesabı müqaviləsində ayrı hal nəzərdə tutulmasın Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu 1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu tutulur. Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında bank tərəfindən müştəriyə bank əməliyyatlarının aparılması üçün cari hesabın aşılması və aparılması ilə bağlı münasibətlər olduğundan, hazırkı mübahisəyə bank hesabı müqaviləsi üzrə münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq normaları tətbiq edilməlidir. Yuxarıda istinad edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasındakı müqavilənin şərtlərinə əsasən borclu Kart hesabından həmin hesabda olan pul vəsaiti çərçivəsində istifadə etməli olduğu, həmin çərçivədən kənar istifadə kreditləşdirmə (texniki overdraft) hesab olunduğu və borclu şəxs “Bank”ın ilk tələbi ilə müvafiq vəsaiti banka ödəməli olduğu halda, öhdəliyini icra etməkdən yayınır və beləliklə, müqavilənin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Odur ki, iddiaçı cavabdehdən 4160,75 manat dolları məbləğində pulun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə həmçinin 61,61 manat məbləğində dövlət rüsumunun alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da cavabdehə aid edilməli, X1 alınaraq, iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ASC ilə fiziki şəxs Cavabdeh arasında bağlanmış 10 sentyabr 2021-ci il tariхli Qeyri-kredit bank xidmətlərinin göstərilməsi haqqında baş sazişi üzrə yaranmış overdraft borcuna görə 4,160.75 (dörd min yüz altmış manat, yetmiş beş qəpik) manat, ödənilmiş dövlət rüsumunun əvəzi 61,61 (altmış bir manat altmış bir qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar