Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5664/2024 27.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “zərərin ödənilməsi tələbinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ümumilikdə 10 000 manat məbləğində vəsaitin tutularaq İddiaçı MMC-yə ödənilməsi, Cavabdeh1 13850 manat məbləğində vəsaitin tutularaq İddiaçı MMC-yə ödənilməsi, cavabdehlərdən məhkəməyə müraciət edilməsi ilə əlaqədar ödənilmiş 163 manat dövlət rüsumu, vəkilin göstərdiyi hüquqi yardıma görə 300 manat məbləğində vəsaitin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" minik markalı (Buraxılış ili-2012, BAN- WBAXH5C55DDW13335, Rəngi-açıq qızılı metallik) nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixli, ML-132 saylı Lizinq obyektinin alqı-satqı müqaviləsinə əsasən, İddiaçı MMC tərəfindən alınmışdır və hal-hazırda İddiaçı MMC-nin mülkiyyətindədir (Nəqliyyat vasitəsinin uçot kartoçkası: Qeydiyyat şəhadətnaməsi №BB203796; Dövlət qeydiyyat nişanları-**-PL-***; Verilmə tarixi: xx.xx.2022). "BMW 528 Xİ” markalı **-PL-*** dövlət qeydiyyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2022-ci il tarixli ML-132 nömrəli alqı-satqı müqaviləsi üzrə 23850 (iyirmi üç min səkkiz yüz əlli) manat məbləğində vəsait X7 İddiaçı MMC tərəfindən ödənilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-13/2024 saylı xx.xx.2024-cü il tarixli hökmünə əsasən, İddiaçı MMC-nin mülkiyyətində olan "xxxx" minik markalı (Buraxılış ili-2012, Dövlət qeydiyyat nişanları-**-PL-***, BAN- WBAXH5C55DDW13335, Rəngi-açıq qızılı metallik) nəqliyyat vasitəsi Cavabdeh2 geri qaytarılmışdır. Bildirmək istəyirik ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)- 13/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə "xxxx" minik markalı (Buraxılış ili-2012, Dövlət qeydiyyat nişanları-**-PL-***; BAN-WBAXH5C55DDW13335; Rəngi-açıq qızılı metallik) nəqliyyat vasitəsinin Cavabdeh2 qaytarılması nəticəsində İddiaçı MMC-yə 23850 (iyirmi üç min səkkiz yüz əlli) manat məbləğində zərər dəymişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-13/2024 saylı xx.xx.2024-cü il tarixli hökmündə göstərilib ki, "xxxx" minik markalı (Buraxılış ili-2012; Dövlət qeydiyyat nişanları-**-PL-***; BAN- WBAXH5C55DDW13335; Rəngi-açıq qızılı metallik) nəqliyyat vasitəsinə görə 10 000 (on min) manat məbləğində vəsait Cavabdeh3 Cavabdeh1 tərəfindən ödənilmişdir. Hökmdə göstərilmişdir ki, Cavabdeh3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, "xxxx" markalı avtomobil mülkiyyət hüququ əsasında Cavabdeh2 mülkiyyətində olsa da, onun sahibliyi və istifadəsində olmuşdur. Hesab edirik ki, İddiaçı MMC-yə dəymiş zərərin əvəzi Cavabdeh2, Cavabdeh3 (ümumilikdə 10 000 (on min) manat) və Cavabdeh1 (13850 (on üç min səkkiz yüz əlli) manat) tərəfindən ödənilməlidir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianın onlara aid hissəsinə etiraz etmiş, həmçinin məhkəməyə yazılı çıxış ərizəsi ilə müraciət edərək, qeyd etmişdir ki, qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmişdir ki, “BMW 528 Xl” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi olan Cavabdeh2 öz iradə ifadəsi ilə Mədət Fəridovun adına baş etibarnamə verməklə, avtomobili Cavabdeh3 satmışdır. Daha sonra hazırda cəzaçəkmə müəsissəsində cəza çəkən Cavabdeh1 Cavabdeh3 etibarından sui-istifadə edərək, onu aldadaraq, sözügedn avtomobilə dair sonuncudan öz adına etibarnamə almış, daha sonra isə texniki vasitələrdən istifadə edərək, rəsmi sənəd sayılan həmin etibarnaməyə düzəlişlər edərək, sənədi saxtalaşdırmış və avtomobil saxta sənədlər əsasında ilkin olaraq X2 adına, X4, daha sonra isə X5 adına rəsmilləşdirilmişdir. Məhkəmə hökmü ilə müəyyən edilmişdir ki, yuxarıda adları qeyd olunan şəxslər avtomobilin sənədlərinin düzgün olmaması barədə məlumatlı olmuşlar. Avtomobili öz adına son rəsmilləşdirən X15 “alqı-satqı müqaviləsi” əsasənda avtomobili İddiaçı MMC-yə satmış və bunun müqabilində MMC-dən 23.850 manat pul almışdır. Göründüyü kimi, “BMW 528 Xl” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçi Cavabdeh2 iradəsi ziddinə sahibiyindən və istifadəsindən alınmışdır. Başqa sözlə avtomobili öz adlarına rəsmilləşdirən X2 adına, X4, daha sonra isə X15 vicdansız sahib hesab edilmişlər. Bu səbəbdən də Binəqədi Rayon Məhkəməsi, haqlı olaraq avtomobilin mülkiyyətçisi olan Cavabdeh2 qaytarılması barədə əsaslı və qanuni hökmü qəbul etmişdir. İddiaçı MMC avtomobilin Cavabdeh2 qaytarılmasına istinad edərək, avtomobilin əldə olunması üçün ödədiyi 23.850 manat pulu cavabdehlərdən tələb edir. İddiaçı MMC iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsini qeyd etmişdir. Qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərindən tərəflər arasındakı hazırki mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, vurulmuş zərərin əvəzinin cavabdehlərdən, o cümlədən Cavabdeh3 onun xeyrinə tutulmasını tələb edən İddiaçı MMC, ilk növbədə sübut etməlidir ki, həmin zərər ona cavabdehlər, o cümlədən Cavabdeh3 tərəfindən yetirilmişdir. Lakin İddiaçı MMC, cavabdeh Fərijd Mədətov tərəfindən ona belə bir zərərin yetirilməsini sübuta yetirə bilmir, iddiaçı bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə iddiaçı “Muğan Lizinq" MMC-nin özünün məhkəməyə təqdim etdiyi Binəqədi Rayon Məhkəməsinin 1(001)-13/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh2, mülkiyyətində olan “BMW 528 Xl” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobil qanuni əsaslarla Cavabdeh3 sahiblik və istifadəsinə vermiş, lakin sonradan həmin nəqliyyat vasitəsi qanunsuz olaraq onun sahiblik və istifadəsindən götürülmüş və saxta sənədlər əsasında başqa şəxslərə, o cümlədən İddiaçı MMC-yə satılmışdır. Aldadılma yolu ilə Cavabdeh3 sahiblik və istifadəsindən götürülən avtomobili daha sonra “əldə edən” X8, X16, X15 həmin əmlaka dair sənədlərin saxta olması barədə məlumatlı olmuşlar. Başqa sözlə adı çəkilən şəxslər vicdansız sahib olmuşlar. Vicdansız sahib olan da avtomobil üzərində hər hansı səlahiyyəti, hüququ olmadığını bilə-bilə, qazanc əldə etmək məqsədilə avtomobili İddiaçı MMC-yə satmışdır. Qeyd olunmalıdır ki, mülki hüquq pozuntusuna (delikt) görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: -törədilmiş əməlin hüquqa zidd olması; ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir;-əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir;-törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması - qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; -zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması; - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmişdir ki, İddiaçı MMC-yə qarşı mülki hüquq pozuntusu törədən şəxs, alqısatqı müqaviləsi əsasında "xxxx" minik markalı. ** PL *** dövlət qeydiyyat nişanlı avtomobili MMC-yə satan X15 olmuşdur. İddiaçı MMC-nin hesabına əsassız varianan şəxs də məhz X9r. Cavabdeh3 isə İddiaçı MMC-yə qarşı mülki hüquq pozuntusu törətməmiş, MMC-nin hesabına varlanmamışdır. Cavabdeh3 tərəfindən İddiaçı MMC-yə zərərin vurulmasına gətirib çıxaran hər hansı hüquqa zidd təqsirli əməl, pozuntu (delikt) və ya cinayət törədilməmişdir. Belə bir hərəkətlərin törədilməsi iş materiaları ilə, o cümlədən Binəqədi Rayon Məhkəməsinin 1(001)-13/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə təsdiq olunmur. Qeyd olunanlara əsasən iddia tələblərinin Cavabdeh3 münasibətdə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 saxlandığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasına iddia ərizəsi və məhkəmə bildirişləri göndərilmiş, lakin onun tərəfindən iddia tələblərinə münasibət ilə bağlı ərizə məhkəməyə göndərilməmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən tərəfindən 163 manat ödənilmişdir. İş materiallarında olan Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 1(001)-13/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 179.2.2, 179.2.3, 179.2.4, 29, 179.2.2, 29, 179.2.3, 29, 179.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinmiş, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi nəzərə alınmaqla 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə 1 il 6 ay müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4, 29, 179.2.2, 29, 179.2.3, 29, 179.2.4-cü maddələri ilə 1 il 6 ay müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 320.1 -ci maddəsi ilə 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 320.2-ci maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci və 66.4-cü maddələrinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Cavabdeh1 qəti olaraq 2 (iki) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 05 (beş) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(103)- 753/2023 saylı qərarı ilə məhkum olunduğu 4000 manat cərimə cəzası hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 4000 (dörd min) manat cərimə cəzası və 5 (beş) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən Cavabdeh1 şübhəli və təqsirləndirilən şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılması və üzərində qəti olaraq 05 (beş) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası və 4000 (dörd min) manat cərimə cəzası saxlanılmış, Cavabdeh1 barəsində “həbs” qətimkan tədbirinin seçilməsinin nəzərə alınması və barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Cavabdeh1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli 26 yanvar 2024-cü il tarixdən hesablanmışdır. Həmin hökm ilə mülki iddiaçı X10 mülki Cavabdeh1 qarşı mülki iddiası təmin edilmiş, Zərərçəkmiş şəxs (mülki iddiaçı) X13 dəymiş maddi tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, ABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilməsi, “BMW” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi və avtomobil ilkin qanuni mülkiyyətçisi Cavabdeh2 qaytarılması qərara alınmışdır. Həmin hökmün 64-cü səhifəsində hazırda mübahisəsi olun “BMW” minik markalı ** PL *** dövlət qeydiyyat nişanlı nəqliyyət vasitəsi ilə bağlı qeyd edilmişdir ki, həmin nəqliyyat vasitəsi Cavabdeh2 adına qeydiyyata alınmışdır. Həmin nəqliyyat vasitəsi Cavabdeh2 mülkiyyətində olsa da, faktiki olaraq Cavabdeh3 istifadəsində və sahibliyində olmuşdur. Daha sonra Cavabdeh3la Cavabdeh1 arasında həmin avtomobilin Cavabdeh1 satılması barədə şifahi qaydada razılıq əldə edilmiş, Cavabdeh1 Cavabdeh3 10000 manat pul verərək, qalan 20000 manat məbləği hissə-hissə verəcəyini bildirmişdir. Bundan sonra Cavabdeh1 xx.xx.2022-ci il tarixdə nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair saxta etibarnamə hazırlamış və həmin etibarnamədə Cavabdeh2 ona məxsus olan BMW 528i ** NH *** nəqliyyat vasitəsinə dair sərəncam verilməsinə dair hüquqlarını Cavabdeh1 etibar etməsi göstərilmişdir. Həmin etibarnamə əsasında Cavabdeh2 mülkiyyətində olan nəqliyyat vasitəsi onun xəbəri olmadan Cavabdeh1 tərəfindən X2 adına keçirilmişdir. Həmin avtomobili İlqar Məmmədov dostu Eldar Elgizlinin köməkliyi ilə oğlu Səməndər Məmmədovun idarə etməsi üçün almışdır. Məhkəmə iclasında cinayət işi üzrə şahidlərin, zərərçəkmiş şəxslərin ifadələri alınarkən müəyyən olunmuşdur ki, X11 həmin nəqliyyat vasitəsinin saxta etibarnamə əsasında onun mülkiyyətinə keçirilməsindən məlumatlı olduqdan sonra xx.xx.2022-ci il tarixdə dostu Elgiz Eldarlının köməyi ilə sonuncunun tanışı X6 mülkiyyətinə keçirtmişdir. Nəqliyyat vasitəsi Kərəmova Səbinənin mülkiyyətinə keçirilməzdən əvvəl həmin avtomobilin sənədlərində problem olmasından məlumatlı olmuşdur. Bundan sonra xx.xx.2022-ci il tarixdə BMW 528 Xl markalı, ** EB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair X17 tərəfindən X7 nəqliyyat vasitəsinə sərəncam hüququnun verilməsini nəzərdə tutan etibarnamə verilmişdir. X7 X17 tərəfindən etibarnamə verilən zaman Elvin Əmirov həmin avtomobilin sənədlərində problem olmasından məlumatlı olmuşdur. Daha sonra xx.xx.2022-ci il tarixdə avtomobil ona verilmiş etibarnamə əsasında X6 mülkiyyətində olan avtomobil X15 tərəfindən İddiaçı MMC-nin mülkiyyətinə keçirilmişdir. Eyni tarixli xx.xx.2022-ci il tarixli 132 nömrəli daxili lizinq müqaviləsinə əsasən həmin avtomobil İddiaçı MMC tərəfindən X19 lizinqə verilmişdir. Göründüyü kimi, “BMW” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh2 mülkiyyətindən iradəsinə zidd olaraq X2, daha sonra isə X6 mülkiyyətinə keçirilmişdir. X8, X17 avtomobilin sənədlərində problem olmasından məlumatlı olmuşlar. Eyni zamanda avtomobili etibarnamə əsasında İddiaçı MMC-nin mülkiyyətinə keçirən X15 da həmin avtomobilin sənədlərində problem olmasından məlumatlı olmuşdur. Göründüyü kimi, həmin avtomobil etibarnamə əsasında İddiaçı MMCnin mülkiyyətinə keçdikdən sonra lizinq müqaviləsinə əsasən X19 lizinqə verilmişdir. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı X23 ifadə verərək həmin nəqliyyat vasitəsinə görə heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş olan ziyanın İddiaçı MMC tərəfindən ödənildiyini bildirmişdir. Məhkəmə “BMW” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin qanuni mülkiyyətçisinin mülkiyyətindən qanunsuz olaraq onun iradəsinə zidd olaraq çıxarılmasını, daha sonra saxta etibarnamə əsasında X2, daha sonra isə X6 mülkiyyətinə keçirilməsini, həmin alıcıların avtomobili alarkən həmin avtomobilin Cavabdeh2 iradəsinə zidd olaraq onun mülkiyyətindən çıxarılmasından məlumatlı olduqlarından AR Mülki Məcəllənin 182-ci maddəsinin tələblərinə görə vicdanlı alıcı hesab edilmədiklərini, daha sonra X15 tərəfindən ona verilmiş etibarnamə əsasında İddiaçı MMC-nin mülkiyyətinə keçirilməsini, İddiaçı MMC tərəfindən avtomobilin lizinqə verildiyi X18 hazırda heç bir şikayət və tələbinin olmadığını, ona vurulmuş ziyanın İddiaçı MMC tərəfindən ödənildiyini nəzərə alaraq hesab edir ki, həmin avtomobilin üzərinə qoyulmuş həbs götürülməli və avtomobil ilkin qanuni mülkiyyətçisi Cavabdeh2 qaytarılmalıdır. Həmin hökmün 22-ci səhifəsində qeyd edilmişdir ki, məhkəmə iclasında zərərçəkmiş şəxs Cavabdeh3 ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Telman 2A ünvanında ailəsi ilə birlikdə yaşayır. X29 2021-ci ildə biznes fəaliyyəti ilə məşğul olmaq üçün qardaşları Oqtay və Məhəmmədin adına cəmi 6 ədəd “Toyota Prius” markalı avtomobil aldı ki, həmin avtomobilləri taksi fəaliyyəti ilə məşğul olması üçün icarəyə verib aylıq pul alsın. 2021-ci ilin iyun ayının sonlarında tanımadığı Cavabdeh1 adlı şəxs atasını tapıb icarə müqaviləsi bağlamağa hazır olduğunu, “Bolt” taksi şirkətinin nümayəndəsi olduğunu deyərək bu cür avtomobilləri götürüb taksi kimi fəaliyyət göstərdiyini bildirmişdir. Atası Cavabdeh1la razılaşdıqdan sonra xx.xx.2021-ci il tarixdə atası və qardaşı Məhəmməd ilə birlikdə Xalqlar Dostluğu metrosu yaxınlığında yerləşən 52 saylı notariat ofisə gedib, orada Məhəmmədin adına qeydiyyatda olan “10- RY-288”, “**- RY-***”,”**-RY-***” dövlət qeydiyyat nişanlı 3 ədəd “Toyota Prius” markalı avtomobili və digər qardaşı Oqtay Məmmədovun adına qeydiyyatda olan “99-RB252”,”**-OZ-***”,”**-VJ- ***” dövlət qeydiyyat nişanlı 3 ədəd “Toyota Prius” markalı avtomobili icarə müqaviləsi bağlayaraq Cavabdeh1 vermişlər. Qardaşı Oktay həmin vaxt həqiqi hərbi xidmətdə olduğundan onun adına olan avtomobilləri atası X27 təmsilçisi kimi icarəyə vermişdir. Həmin müqaviləyə əsasən “10-RY288”,”**-RY-***”,”**-RY-***”,”**-RB-***”,”**-OZ-***”,”**-VJ- ***” dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobilləri icarəyə vermək haqqında müqavilələrə əsasən onlar həmin avtomobilləri aylıq 750 manat müqabilində taksi xidməti göstərməsi məqsədi ilə Cavabdeh1 vermişdilər. Bundan sonra Şahidin həmin avtomobilləri kiməsə sürmək üçün verdiyindən məlumatı olmamışdır. Şahid həmin avtomobillərə görə olan icarə haqqını mütəmadi ödəmişdir. Təxminən 2021-ci ilin sentyabr ayında Şahid atasına bildirdi ki, qardaşı Oqtay Mədətovun adına qeydiyyatda olan “**-RB-***”,”**-OZ-***” dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobillərin mühərrikində problem olduğu üçün onları satıb yenisini almaq istəyirlər. Buna görə də atasından bütün hüquqların etibar edildiyi etibarnamə verilməsini istəmiş və atası da qardaşının adına olan iki ədəd həmin avtomobillərlə bağlı nəqliyyat vasitəsinə sərəncam verilməsi barədə etibarnamələr vermişdir. Şahid isə həmin avtomobilləri satmış və 1 ay sonra yeni “50-EG156” dövlət qeydiyyat nişanlı Toyota Prius” markalı avtomobili atasının adına almış və onu da Şahidə icarəyə vermişdir. Bundan başqa o, 2021-ci ilin sentyabr ayında 20000 manat borc götürüb üstünü düzəldərək aldığı “BMW F10” markalı avtomobili Şahidlə razılaşıb 30000 manata Şahidə satmışdır. Həmin avtomobilə görə Şahid 10000 manat pul verərək digər 20000 manatı da sonra verəcəyini bildirmişdir. Aralarında heç bir rəsmi müqavilə bağlanmamışdır və Şahidə avtomobilə görə heç bir etibarnamə verilməmişdir. Şahid də həmin maşını sonradan başqa adama satmışdır. O, sonradan öyrənmişdir ki, Şahid qardaşı ilə onun adına olan “Toyota Prius” markalı avtomobilləri səlahiyyəti olmadığı halda Hacıqabul rayonunda notariat ofisinə gedib öz adına etibarnamə almış və həmin avtomobilləri ayrıayrı adamlara sataraq pulunu ələ keçirmişdir. Bundan başqa “BMW F10” markalı avtomobili də hansısa saxta sənəd düzəldərək dostu Anar adlı şəxsə saxta etibarnamə düzəldərək Anarın adından Sumqayıt sakini olan Elgiz adlı şəxsə satmışdır. Bütün olanlarla bağlı atası hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Cavabdeh3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, “BMW-528» markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında Cavabdeh2 mülkiyyətində olsa da, onun sahibliyi və istifadəsində olmuşdur. Cavabdeh1 qabaqcadan 10.000 manat pul ödəyərək qalan 20.000 manat pulu tezliklə ödəmək adı ilə həmin avtomobili ondan satın almışdır. Aralarında heç bir rəsmi müqavilə imzalanmamışdır. Sonradan ona məlum olmuşdur ki, Şhi yrmo sat etibarnamə əsasında avtomobili başqa şəxsin mülkiyyətinə keçirtmişdir. Hazırda ona dəymiş maddi ziyan ödənilməmişdir. Bu səbəbdən mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsus olsa da, faktiki olaraq onun sahibliyi və istifadəsində olmuş avtomobilin geri qaytarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(001)-13/2024 saylı hökmündən zərərçəkmiş şəxs İddiaçı MMC, maraqlı şəxs X20 və məkhum edilmiş Cavabdeh1 apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-874/2024 saylı. xx.xx.2024-cü il tarixli hökmü ilə zərərçəkmiş şəxs İddiaçı MMC-nin və maraqlı şəxs X14 apellyasiya şikayətləri təmin edilməmiş, məkhum edilmiş Cavabdeh1 tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-13/2024 saylı hökmü dəyişdirilmişdir. Belə ki, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci və 320.2-ci maddələri ilə təqsirli bilinərək, həmin maddə ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməllərin törədildiyi gündən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən, Azərbaycan Respublikası CPM-nin 39.1.3 və 43.3-cü maddələrinə əsasən, Cavabdeh1 Cinayət Məcəlləsinin 320.1-ci və 320.2-ci maddələri ilə nəzərəd tutulmuş cinayət məsuliyyətdən azad edilməklə, barəsində həmin maddələrə cinayət işi üzrə icraata xitam verilmişdir. Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 179.2.2, 179.2.3, 179.2.4, 29, 179.2.2, 29, 179.2.3 və 29, 179.2.4-cü maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə 1 il 6 ay müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4, 29, 179.2.2, 29, 179.2.3, 29, 179.2.4-cü maddələri ilə 1 il 6 ay müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci və 66.4-cü maddələrinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Cavabdeh1 2 (iki) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(103)-753/2023 saylı qərarı ilə məhkum olunduğu 4000 manat cərimə cəzası hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, ona 4000 (dörd min) manat cərimə cəzası və 2 (iki) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh1 şübhəli və təqsirləndirilən şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti oaraq 2 (iki) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası və 4000 (dörd min) manat cərimə cəzası saxlanılmışdır. İş materiallarında olan, xx.xx.2022-ci il tarixli, ML-132 saylı lizinq obyektinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, X15 ilə İddiaçı MMC arasındakı “Daxili lizinq” müqaviləsinin əsas məbləğini 23850 manat təşkil edir. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, “Yusif Allahverdiyev və Partnyorları” vəkil bürosuna hüquqi yardıma görə 300 manat məbləğində vəsait ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 21.1- ci maddəsinə əsasən "zərərin əvəzinin ödənilməsini tələb etmək hüququn malik olan şəxs ona vurulmuş zərərin əvəzini tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər. əmlakından məhrum olması və ya əmlakının zədələnməsi( real zərər ), habelə hüququ pozulmuş şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər(əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxarana təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir.( hərəkət və ya hrəkətsizlikdir)”. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.” Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırda mübahisələndirilən və dəyəri cavabdehlərdən tələb edilən "xxxx" minik markalı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixli qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh2 adına qeydiyyata alınmışdır. Həmin nəqliyyat vasitəsi faktiki olaraq Cavabdeh3 sahibliyində və istifadəsində olmuşdur. Cavabdeh3 isə "xxxx" minik markalı nəqliyyat vasitəsini Cavabdeh1 satılmasına dair onunla şifahi razılığa gəlmiş, maşının ümumi dəyəri 30 000 manat müəyyən edilmiş, 10 000 manat məbləğində pulu Cavabdeh1 qabaqcadan ödəmiş, 20 000 manat məbləğində pulu isə sonradan Cavabdeh3 ödəyəcəyini bildirmişdir. Lakin aralarında nəqliyyat vasitəsinin alqı-satqısına dair qanunvericilikdə nəzərdə tutulmuş qaydada alqısatqı müqaviləsi bağlanmamışdır. xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair verilmiş saxta etibarnamə ilə Cavabdeh2 məxsus olan BMW 528Xİ markalı nəqliyyat vasitəsinə dair sərəncam verilməsinə dair hüquqları Cavabdeh1 etibar edilmiş, həmin tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan BMW 528 Xl markalı nəqliyyat vasitəsi tərəfindən Cavabdeh1 tərəfindən buna səlahiyyəti olmadığı halda mülkiyyətçisinin iradəsinə zidd olaraq X2 mülkiyyətinə keçirilmişdir. Daha sonra həmin nəqliyyat vasitəsi alqı-satqı müqaviləsinə əsasən X8 tərəfindən X1. X17 isə adıçəkilən nəqliyyat vasitəsinə sərəncam hüququnun verilməsinə dair X7 etibarnamə vermişdir. ML-132 nömrəli Lizinq obyektinin alğı-satqı müqaviləsi ilə BMW 528 Xl markalı avtomobil X6 vermiş olduğu etibarnamə əsasında X15 tərəfindən 23850 manat müqabilində İddiaçı MMC-nin mülkiyyətinə keçirilmişdir. xx.xx.2022-ci il tarixli 132 nömrəli daxili lizinq müqaviləsindən görünür ki, BMW 528 Xl markalı avtomobil İddiaçı MMC tərəfindən X19 lizinqə verilmişdir. X18 vurulmuş ziyan İddiaçı MMC tərəfindən ödənilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-13/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə “BMW” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə qoyulmuş həbsin götürülməsi və avtomobilin ilkin qanuni mülkiyyətçisi Cavabdeh2 qaytarılması qərara alınmışdır. Məhkəmə sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, hazırkı iddia tələbləri yalnız Cavabdeh1 aid olan hissədə əsaslıdır. Belə ki, “mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) zərərin mövcud olması; 2) zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması; 3) zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Hazırkı mülki işin materiallarından isə görünür ki, mübahisə predmenti olan "xxxx" markalı nəqliyyat vasitəsi Cavabdeh1 tərəfindən tərtib edilmiş saxta etibarnamə nəticəsində qanuni mülkiyyətçi Cavabdeh2 mülkiyyətindən onun iradəsinə zidd şəkilində çıxarılaraq X2 mülkiyyətinə keçirilmişdir. Qeyd edilən əmlakın mülkiyyətçiləri olmuş X8, X17 və X15 maşının ilkin satış zamanı sənədlərində problem olmasına və bununla bağlı məlumatlı olmalarına baxmayaraq, bu problemi onlar yaratmamış və hər biri aralarında alqı-satqını “qanuni yolla” etmişdir. Göründüyü kimi hazırkı mübahisədə hərəkətləri ilə digər şəxslərə ziyan vuran şəxs, yəni təqsirli şəxs yalnız Cavabdeh1 olmuşdur. Bundan başqa Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 yanvar 2024-cü İl tarixli, 1(001)-13/2024 saylı hökmündan zərərçəkmiş şəxs İddiaçı MMC apellyasiya şikayəti verərək, hökmün "xxxx" minik markalı nəqliyyat vasitəsinin Cavabdeh2 qaytarılması hissəsində ləğv edilərək, həmin avtomobilin vicdanlı alıcı hesab edilən İddiaçı MMC-nə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin 1(103)-874/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə İddiaçı MMC apellyasiya şikayəti təmin edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.2-ci maddəsinə əsasən daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Həmin Məcəllənin 420.2-ci maddəsinə əsasən müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin yekun qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Adıçəkilən hökmdən İddiaçı MMC-nin "xxxx" minik markalı nəqliyyat vasitəsinin 23850 manata satın aldığını müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçıya dəymiş ziyanın miqdarı da 23850 manat müəyyən edilməlidir. Belə ki, bu məbləğ nəqliyyat vasitəsinin Cavabdeh2 qaytarılması nəticəsində ona dəymiş olacaq ziyanı ifadə edir. Məhkəmə iddia tələblərinin “Cavabdeh2 və Cavabdeh3 ümumilikdə 10 000 manat məbləğində vəsaitin tutularaq İddiaçı MMC-yə ödənilməsi” hissəsində hesab edir ki, iddia əsaslı deyildir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Cavabdeh3 zərərçəkmiş şəxs qismində cinayət işinə cəlb edilmişdir. Belə ki, hökmün 4-cü səhifəsinin 3-cü abzasından qeyd edilmişdir ki, Cavabdeh1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmək qərarına gələrək bu məqsədlə Cavabdeh3 istifadəsində olan “BMW” markalı “** EY ***" dövlət qeydiyyat nişanlı avtomobili ondan 30000 (otuz min) manat pul müqabilində almağa şifahi razılaşmış, Cavabdeh3 10000 (on min) manat verərək pulun qalan hissəsini daha sonra verəcəyini vəd etməklə onu aldadaraq həmin avtomobili 2021-ci ilin noyabr ayında şifahi razılıqla ələ keçirərək Cavabdeh3 20000 (iyirmi min) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmiş, daha sonra xüsusi proqram vasitəsilə xx.xx.2022-ci il tarixdə qanunsuz olaraq mülki etibarnamə düzəltməklə həmin avtomobili Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X32 İdarəsində 29.01 2022-ci il tarixdə Elgiz adlı Sumqayıt şəhər sakinin mülkiyyətinə keçirərək, sonuncunu aldatmaq yolu ilə onun 20000 (iyirmi min) manat məbləğində pul vəsaitini ələ keçirməklə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Mülki üzrə cavabdeh olan Cavabdeh2 isə hökm ilə nəqliyyat vasitəsinin qanuni mülkiyyətçisi hesab edilmişdir. Yuxarıda da qeyd edildiyi kimi nəqliyyat vasitəsi onun iradəsinə zidd şəkildə mülkiyyətindən çıxmışdır. Hazırkı məhkəmə araşdırması zamanı da Cavabdeh2 hərəkətləri nəticəsində İddiaçı MMC-yə ziyan dəyməsi faktı müəyyən edilməmişdir. Odur ki, iddia ona aid edilən hissədə rədd edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsaəsn məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddia 300 manat məbləğində vəkil xidmət haqqının ödənilməsi hissəsində əsaslıdır. Belə ki, cavabdehin təqsirli, hüquqazidd əməli nəticəsində iddiaçıya ödənilməmiş zərərin əvəzinin cavabdehlərdən tutulmasının təmin edilməsi üçün iddiaçının hüquqi yardımdan istifadə etməsi nəticəsində ona qeyd edilən zərər də dəymişdir. İddiaçı tərəfindən hüquqi yardım üçün 300 manat məbləğində haqq ödədiyi xx.xx.2024-cü il tarixli qəbz ilə öz təsdiqini tapır. Məhkəmə qeyd edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu Cavabdeh1 aid edilməli və 131.55 manat dövlət rüsumu ondan alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Maddi ziyanın əvəzi olaraq 13850 (on üç min səkkiz yüz əlli) manat məbləğində pul vəsaiti, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) manat və ödənilmiş dövlət rüsumun əvəzi olaraq 131.55 (yüz otuz bir manat əlli beş qəpik) manat olmaqla, ümumilikdə 14.281.55 (on dörd min manat iki yüz səksən bir manat əlli beş qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-5664/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5664/2024
27.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver