Məhkəmə qərarları › İş №e-2(011)-581/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-581/2024

31.01.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-581/2024 31.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, iddiaçı Heydər Əliyev adına X1 Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı Heydər Əliyev adına X3 Cavabdeh qarşı Cavabdeh tərəfindən ünvan 1 ünvanında Heydər Əliyev adına X2 məxsus neft məhsulları saxlanılan 5000 m rezervuarın “Mühafizə Zonası”nın 30 metrliyində köhnədən mövcud olan hasarlanmış həyətyanı sahədə yerləşən 10x11 metr ölçüdə yaşayış evinin üzərində aparılmış 4-5 kərpic hündürlüyündə əlavə tikilinin və yeni inşa olunmuş dam örtüyünün sökülərək “Mühafizə Zonası”ndan çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçı tərəfin dəlilləri ondan ibarət olmuşdur ki, Cavabdeh tərəfindən ünvan 1 ünvanında Heydər Əliyev adına X2 məxsus neft məhsulları saxlanılan 5000 m rezervuarın “Mühafizə Zonası”nın 30 metrliyində torpaq zəbt edilməklə köhnədən mövcud olan hasarlanmış həyətyanı sahədə olan 10 x 11 metr ölçüdə yaşayış evinin mövcud dam örtüyünün sökülməsi, 4-5 kərpic hündürlüyündə əlavə hörgü işlərinin aparılması və dam örtüyünün yenisi ilə əvəzlənməsi faktı aşkarlanmışdır. Azərbaycan Respublikasının Prezidentinin 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən, Heydər Əliyev adına X3 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “İstismar olunan X4 kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 02 noyabr 2004-cü il tarixli 167 nömrəli Qərarına əsasən rezervuar parklarının ətrafında göstərilən obyektlərin sərhədlərindən hər tərəfə 100 metrlik məsafə “Mühafizə Zonası”na aid edilir. “Mühafizə Zonası” rezervuarların təhlükəsiz istismarı və xidməti üçün şərait yaratmaq məqsədi ilə müəyyənləşdirilmişdir. “Mühafizə Zonası”nda Azərbaycan Respublikasının Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) rəsmi icazəsi olmadan hər hansı tikinti işlərinin aparılması və həmin ərazinin digər məqsədlər üçün istifadə olunması qadağandır. İddiaçıya məxsus rezervuarın “Mühafizə Zonası”nda yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin rezervuara qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, “Mühafizə Zonası”nın mövcudluğu olduqca zəruridir. Heydər Əliyev adına X2 məxsus rezervuarın “Mühafizə Zonası”rezervuar parklarının ətrafında göstərilən obyektlərin sərhədlərindən hər tərəfə normativ sənədə əsasən, (AR NK-nin xx.xx.2004-cü il tarixli 167 saylıQərarı) azı 100 metr olmalıdır. Cavabdeh iddiaya dair münasibəti: Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İşin halları: ünvan 1 ünvanında yerləşən cavabdehin istifadəsində olan 0,015740 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin “B” tikilisi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 05 aprel 2023-cü il tarixində qeydiyyata alınmışdır. SDM-in mühafizənin təşkili və hərbi səfərbərlik üzrə menecer Zaur Əliyev, Mühafizənin təşkili və hərbi səfərbərlik üzrə supervisor Samir Nəzərov, Layihələr üzrə böyük mühəndis Suliddin Məmmədəliyev və istehsalat mühəndis Süleyman Əliyev tərəfindən xx.xx.2023-cü il tarixində, ünvan 1 ünvanından keçən NEZ-in 12 saylı istehsalata məxsus 5000 m3 –lik neft məhsullarını saxlama çənin mühafizə zolağında, çənin 30 metr məsafəsində köhnədən mövcud hasarlanmış həyətyəni sahədə olan 10x11 metr ölçüdə yaşayış evinin mövcud dam örtüyünün sökülərək 4-5 kərpiç hündürlüyündə əlavə hörgü işləri aparıldığı və dam örtüyünün yenisi ilə əvzələnməsinə dair akt tərtib edilmişdir. Məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanından keçən NEZ-in 12 saylı istehsalata məxsus 5000 m3 –lik neft məhsullarını saxlama çənin, təxminən, 30 metr məsafəsində köhnədən mövcud hasarlanmış həyətyəni sahədə olan 10x11 metr ölçüdə yaşayış evinin mövcud dam örtüyünün sökülərək 4-5 kərpiç hündürlüyündə əlavə hörgü işləri aparılmış və dam örtüyünün yenisi ilə əvzələnmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.[ Maddə 155. Dövlət mülkiyyəti hüququ 155.1. Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. 155.2. Fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 384. İddia müddətinin şamil edilmədiyi tələblər 384.0. İddia müddəti aşağıdakılara şamil edilmir: 384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 22. Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar

1. Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır.

2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir.

3. Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.

4. Təsərrüfat dövriyyəsindən çıxarılan torpaq sahələri xüsusi hüquqi rejimli mühafizə zonaları yaradılacaq müəssisələrə verilir və ya ehtiyat fondu torpaqlarına aid edilir.

5. Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir.

Maddə 46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ

1. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: ...dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar;

Maddə 62. Elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariyamühafizə zonaları altındakı torpaq sahələrinin verilməsi Elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər.

“Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu

Maddə 6. Dövlət torpaqları Dövlət mülkiyyətində aşağıdakı torpaqlar saxlanılır: 2) dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar;

“Texniki Təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanunu

Maddə 2. Təhlükə potensiallı obyektlər

1. Əhali və ətraf mühit üçün təhlükə yaradan (Əlavə 1-də göstərilən) partlayışyanğın, radioaktiv və ionlaşdırıcı şüa mənbələrinin, zəhərləyici maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadə edilməsi və ləğvi ilə məşğul olan istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan X4 kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”

4. X4 Kəmərlərinin "Mühafizə Zonası" 4.1. İNBK-nın istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə aşağıdakı mühafizə zonaları müəyyənləşdirilir: ...əsas və aralıqvurma, doldurma stansiyalarının, rezervuar parklarının, doldurma və boşaltma estakadalarının və körpülərinin, neftin və neft məhsullarının qızdırılması məntəqələrinin ətrafında göstərilən obyektlərin sərhədlərindən hər tərəfə 100 metrlik məsafədə yerləşən torpaq sahəsi şərti xətlə məhdudlaşdırılır.

Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını və tərəflərin izahatlarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsassızdır və rədd edilməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanından yerləşən tikiliyə dair cavabdehin mülkiyyət hüququ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu hal yuxarıda qeyd edilmiş daşınmaz əmlakı özbaşına tikinti kimi qiymətləndirilməsini istisna edir. Bu səbəblə də cavabdehin ünvan 1 ünvanında yerləşən tikiliyə dair mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyası və Mülki Məcəlləsinin normalarının tələblərinə müvafiq olaraq müdafiə edilməlidir. Digər tərəfdən məhkəmə iddiaçı tərəfin ünvan 1 ünvanından keçən NEZ-in 12 saylı istehsalata məxsus 5000 m3 –lik neft məhsullarını saxlama çənin mühafizə zolağında tikinti işlərinin aparılması və tikinti aparılması üçün ayrılmasının qanunvericiliklə qadağan edilməsi ilə bağlı dəlilinə qiymət verərək qeyd edir ki, bu cür qadağa tikilinin qəza hallarının baş verməsinə real şəraitin yaranması, ətrafda yaşayan insanların həyatının, onlara məxsus şəxsi mülkiyyətin təhlükə altına düşməsinə səbəb olması ilə bağlıdır. Bu cür bədbəxt hadisələrin qarşısının alınması iddiaçının pozitiv öhdəliyidir. Lakin bu öhdəliyin icra edildiyi zaman vətəndaşların mülkiyyət hüququnun əsassız pozulması hallarına yol verilməməlidir. Mülkiyyət hüququna müdaxilə dövlət qarşısında duran öhdəliyin təmin edilməsi baxımından ağlabatan və mütənasib olmalıdır. Belə olan halda, məhkəmə hesab edir ki, işin faktiki hallarına görə iddiaçı tərəfindən qanunvericiliklə üzərinə qoyulmuş öhdəliklərin icrası məqsədi ilə ünvan 1 ünvanından keçən NEZ-in 12 saylı istehsalata məxsus 5000 m3 –lik neft məhsullarını saxlama çənin mühafizə zolağında, çənin 30 metr məsafəsində cavabdehə məxsus evin deyil, yalnız evin üzərində aparılmış 4-5 kərpic hündürlüyündə əlavə tikilinin və yeni inşa olunmuş dam örtüyünün sökülməsi dair iddia tələbi ağlabatan deyil və formal xarakter daşıyır. Digər tərəfdən görülən tədbirlər cavabdehin mülkiyyət hüququnu pozmamalı, tikilinin sökülməsi kimi tədbirlər yalnız cavabdehə məxsus tikiliyə dair kompensasiyanın ödənilməsi şərti ilə görülə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Heydər Əliyev adına X3 Cavabdeh qarşı Cavabdeh tərəfindən ünvan 1 ünvanında Heydər Əliyev adına X2 məxsus neft məhsulları saxlanılan 5000 m rezervuarın “Mühafizə Zonası”nın 30 metrliyində köhnədən mövcud olan hasarlanmış həyətyanı sahədə yerləşən 10x11 metr ölçüdə yaşayış evinin üzərində aparılmış 4-5 kərpic hündürlüyündə əlavə tikilinin və yeni inşa olunmuş dam örtüyünün sökülərək “Mühafizə Zonası”ndan çıxarılması tələbinə dair iddiası əsassız hesab edilərək rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddiaçı Heydər Əliyev adına X3 Cavabdeh qarşı Cavabdeh tərəfindən ünvan 1 ünvanında Heydər Əliyev adına X2 məxsus neft məhsulları saxlanılan 5000 m rezervuarın “Mühafizə Zonası”nın 30 metrliyində köhnədən mövcud olan hasarlanmış həyətyanı sahədə yerləşən 10x11 metr ölçüdə yaşayış evinin üzərində aparılmış 4-5 kərpic hündürlüyündə əlavə tikilinin və yeni inşa olunmuş dam örtüyünün sökülərək “Mühafizə Zonası”ndan çıxarılması tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar