Məhkəmə qərarları › İş №e-2(011)-6246/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6246/2025

05.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6246/2025 05.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı MMC Cavabdeh qarşı Cavabdeh 10.000 manat məbləğində maddi zərərin, vəkilin göstərdiyi hüquqi yardıma görə 790 manat vəsaitin, məhkəməyə müraciət edilməsi ilə əlaqədar ödənilmiş 123 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə (əvvəlki adı -"xxxx" MMC) ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddianın dəlilləri ondan ibarət olmuşdur ki, “BMW 528 Xİ” minik markalı (Buraxılış ili- 2012, BAN-WBAXH5C55DDW13335, Rəngi-açıq qızılı metallik) nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixli, ML-132 saylı Lizinq obyektinin alqı-satqı müqaviləsinə əsasən, "xxxx" MMC-nin mülkiyyətinə keçmişdir (nəqliyyat vasitəsinin uçot kartoçkası: qeydiyyat şəhadətnaməsi №BB203796; dövlət qeydiyyat nişanları-77-PL253; verilmə tarixi: xx.xx.2022). "BMW 528 Xİ” markalı **-PL-*** dövlət qeydiyyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2022-ci il tarixli ML-132 nömrəli alqı-satqı müqaviləsi üzrə 23.850 manat məbləğində vəsait X6 "xxxx" MMC tərəfindən ödənilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-13/2024 saylı xx.xx.2024-cü il tarixli hökmünə əsasən, "xxxx" MMC-nin mülkiyyətində olan “BMW 528 Xİ” minik markalı (buraxılış ili-2012, dövlət qeydiyyat nişanları-**-PL-***, ban-WBAXH5C55DDW13335, rəngi-açıq qızılı metallik) nəqliyyat vasitəsi X13 geri qaytarılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)- 13/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə “BMW 528 Xİ” minik markalı (buraxılış ili- 2012, dövlət qeydiyyat nişanları-**-PL-***, ban-WBAXH5C55DDW13335, rəngi-açıq qızılı metallik) nəqliyyat vasitəsinin X13 qaytarılması nəticəsində "xxxx" MMC-yə 23.850 manat məbləğində zərər dəymişdir. İddiaçı MMC (əvvəlki adı-"xxxx" MMC) cavabdehlər Cavabdeh, X21 və X17 qarşı - cavabdehlər X21 və X7 ümumilikdə 10.000 manat məbləğində vəsaitin tutularaq İddiaçı MMC-yə (əvvəlki adı - "xxxx" MMC) ödənilməsi, Cavabdeh 13.850 manat məbləğində vəsaitin tutularaq İddiaçı MMC-yə ödənilməsi, cavabdehlərdən məhkəməyə müraciət edilməsi ilə əlaqədar ödənilmiş 163 manat dövlət rüsumu, vəkilin göstərdiyi hüquqi yardıma görə 300 manat məbləğində vəsaitin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5664/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsində göstərilmişdir: “İddia qismən təmin edilsin. Maddi ziyanın əvəzi olaraq 13850 manat məbləğində pul vəsaiti, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 300 manat və ödənilmiş dövlət rüsumun əvəzi olaraq 131.55 manat olmaqla, ümumilikdə 14.281.55 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin.” Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 6203/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 avqust 2024- cü il tarixli, e-2(011)-5664/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1175/2025 saylı xx.xx.2025-ci il tarixli qərarına əsasən, İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 dekabr 2024-cü il tarixli 2(103)- 6203/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı MMC-yə (əvvəlki adı- "xxxx" MMC) 10.000 manat məbləğində dəymiş zərərin əvəzi Cavabdeh tərəfindən ödənilməlidir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxış iclasında iştirak edə bilməyəcəyini, iddia tələbini müdafiə etdiyini, məhkəmə baxış iclasının onların iştirak olmadan keçirilərək yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdiş. Sübutların tədqiqi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-5664/2024 nömrəli qətnaməsinə əsasən iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh, X21 və X17 qarşı “zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, maddi ziyanın əvəzi olaraq 13850 manat məbləğində pul vəsaiti, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 300 manat və ödənilmiş dövlət rüsumun əvəzi olaraq 131.55 manat olmaqla, ümumilikdə 14.281.55 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)- 6203/2024 nömrəli qətnaməsinə əsasən "xxxx" MMC-nin şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-5664/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(102)-1175/2025 nömrəli qərarına əsasən İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-6203/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 1(001)-13/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 179.2.2, 179.2.3, 179.2.4, 29, 179.2.2, 29, 179.2.3, 29, 179.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinmiş, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi nəzərə alınmaqla 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə 1 il 6 ay müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4, 29, 179.2.2, 29, 179.2.3, 29, 179.2.4-cü maddələri ilə 1 il 6 ay müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 320.1 -ci maddəsi ilə 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 320.2-ci maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci və 66.4-cü maddələrinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Cavabdeh qəti olaraq 2 (iki) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 05 (beş) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(103)- 753/2023 saylı qərarı ilə məhkum olunduğu 4000 manat cərimə cəzası hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 4000 (dörd min) manat cərimə cəzası və 5 (beş) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən Cavabdeh şübhəli və təqsirləndirilən şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılması və üzərində qəti olaraq 05 (beş) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası və 4000 (dörd min) manat cərimə cəzası saxlanılmış, Cavabdeh barəsində “həbs” qətimkan tədbirinin seçilməsinin nəzərə alınması və barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli 26 yanvar 2024-cü il tarixdən hesablanmışdır Həmin hökm ilə mülki iddiaçı X8 mülki Cavabdeh qarşı mülki iddiası təmin edilmiş, Zərərçəkmiş şəxs (mülki iddiaçı) X14 dəymiş maddi tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, ABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilməsi, “BMW” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi və avtomobil ilkin qanuni mülkiyyətçisi X13 qaytarılması qərara alınmışdır. Həmin hökmün 64-cü səhifəsində hazırda mübahisəsi olun “BMW” minik markalı ** PL *** dövlət qeydiyyat nişanlı nəqliyyət vasitəsi ilə bağlı qeyd edilmişdir ki, həmin nəqliyyat vasitəsi X9 adına qeydiyyata alınmışdır. Həmin nəqliyyat vasitəsi X9 mülkiyyətində olsa da, faktiki olaraq X15 istifadəsində və sahibliyində olmuşdur. Daha sonra X29 Bayramov arasında həmin avtomobilin Cavabdeh satılması barədə şifahi qaydada razılıq əldə edilmiş, Cavabdeh Fərid Mədətova 10000 manat pul verərək, qalan 20000 manat məbləği hissə-hissə verəcəyini bildirmişdir. Bundan sonra Cavabdeh xx.xx.2022-ci il tarixdə nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair saxta etibarnamə hazırlamış və həmin etibarnamədə X9 ona məxsus olan BMW 528i ** NH *** nəqliyyat vasitəsinə dair sərəncam verilməsinə dair hüquqlarını Cavabdeh etibar etməsi göstərilmişdir. Həmin etibarnamə əsasında X9 mülkiyyətində olan nəqliyyat vasitəsi onun xəbəri olmadan Cavabdeh tərəfindən X3 adına keçirilmişdir. Həmin avtomobili İlqar Məmmədov dostu Eldar Elgizlinin köməkliyi ilə oğlu Səməndər Məmmədovun idarə etməsi üçün almışdır. Məhkəmə iclasında cinayət işi üzrə şahidlərin, zərərçəkmiş şəxslərin ifadələri alınarkən müəyyən olunmuşdur ki, X10 həmin nəqliyyat vasitəsinin saxta etibarnamə əsasında onun mülkiyyətinə keçirilməsindən məlumatlı olduqdan sonra xx.xx.2022-ci il tarixdə dostu Elgiz Eldarlının köməyi ilə sonuncunun tanışı X5 mülkiyyətinə keçirtmişdir. Nəqliyyat vasitəsi Kərəmova Səbinənin mülkiyyətinə keçirilməzdən əvvəl həmin avtomobilin sənədlərində problem olmasından məlumatlı olmuşdur. Bundan sonra xx.xx.2022-ci il tarixdə BMW 528 Xl markalı, ** EB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair X18 tərəfindən X6 nəqliyyat vasitəsinə sərəncam hüququnun verilməsini nəzərdə tutan etibarnamə verilmişdir. X6 X18 tərəfindən etibarnamə verilən zaman Elvin Əmirov həmin avtomobilin sənədlərində problem olmasından məlumatlı olmuşdur. Daha sonra xx.xx.2022-ci il tarixdə avtomobil ona verilmiş etibarnamə əsasında X5 mülkiyyətində olan avtomobil X19 tərəfindən "xxxx" MMC-nin mülkiyyətinə keçirilmişdir. Eyni tarixli xx.xx.2022-ci il tarixli 132 nömrəli daxili lizinq müqaviləsinə əsasən həmin avtomobil "xxxx" MMC tərəfindən X22 lizinqə verilmişdir Göründüyü kimi, “BMW” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X9 mülkiyyətindən iradəsinə zidd olaraq X3, daha sonra isə X5 mülkiyyətinə keçirilmişdir. X11, X18 avtomobilin sənədlərində problem olmasından məlumatlı olmuşlar. Eyni zamanda avtomobili etibarnamə əsasında "xxxx" MMC-nin mülkiyyətinə keçirən X19 da həmin avtomobilin sənədlərində problem olmasından məlumatlı olmuşdur. Göründüyü kimi, həmin avtomobil etibarnamə əsasında "xxxx" MMC-nin mülkiyyətinə keçdikdən sonra lizinq müqaviləsinə əsasən X22 lizinqə verilmişdir. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı X27 ifadə verərək həmin nəqliyyat vasitəsinə görə heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş olan ziyanın "xxxx" MMC tərəfindən ödənildiyini bildirmişdir. Məhkəmə “BMW” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin qanuni mülkiyyətçisinin mülkiyyətindən qanunsuz olaraq onun iradəsinə zidd olaraq çıxarılmasını, daha sonra saxta etibarnamə əsasında X3, daha sonra isə X5 mülkiyyətinə keçirilməsini, həmin alıcıların avtomobili alarkən həmin avtomobilin X9 iradəsinə zidd olaraq onun mülkiyyətindən çıxarılmasından məlumatlı olduqlarından AR Mülki Məcəllənin 182-ci maddəsinin tələblərinə görə vicdanlı alıcı hesab edilmədiklərini, daha sonra Əmirov ElvinMirnazim oğlu tərəfindən ona verilmiş etibarnamə əsasında "xxxx" MMC-nin mülkiyyətinə keçirilməsini, "xxxx" MMC tərəfindən avtomobilin lizinqə verildiyi X20 hazırda heç bir şikayət və tələbinin olmadığını, ona vurulmuş ziyanın "xxxx" MMC tərəfindən ödənildiyini nəzərə alaraq hesab edir ki, həmin avtomobilin üzərinə qoyulmuş həbs götürülməli və avtomobil ilkin qanuni mülkiyyətçisi X13 qaytarılmalıdır. Həmin hökmün 22-ci səhifəsində qeyd edilmişdir ki, məhkəmə iclasında zərərçəkmiş şəxs X23 ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Telman 2A ünvanında ailəsi ilə birlikdə yaşayır. X35 2021-ci ildə biznes fəaliyyəti ilə məşğul olmaq üçün qardaşları Oqtay və Məhəmmədin adına cəmi 6 ədəd “Toyota Prius” markalı avtomobil aldı ki, həmin avtomobilləri taksi fəaliyyəti ilə məşğul olması üçün icarəyə verib aylıq pul alsın. 2021-ci ilin iyun ayının sonlarında tanımadığı Cavabdeh adlı şəxs atasını tapıb icarə müqaviləsi bağlamağa hazır olduğunu, “Bolt” taksi şirkətinin nümayəndəsi olduğunu deyərək bu cür avtomobilləri götürüb taksi kimi fəaliyyət göstərdiyini bildirmişdir. Atası Cavabdehla razılaşdıqdan sonra xx.xx.2021-ci il tarixdə atası və qardaşı Məhəmməd ilə birlikdə Xalqlar Dostluğu metrosu yaxınlığında yerləşən 52 saylı notariat ofisə gedib, orada Məhəmmədin adına qeydiyyatda olan “10- RY-288”, “**- RY-***”,”**-RY-***” dövlət qeydiyyat nişanlı 3 ədəd “Toyota Prius” markalı avtomobili və digər qardaşı Oqtay Məmmədovun adına qeydiyyatda olan “99-RB252”,”**-OZ-***”,”**-VJ- ***” dövlət qeydiyyat nişanlı 3 ədəd “Toyota Prius” markalı avtomobili icarə müqaviləsi bağlayaraq Cavabdeh vermişlər. Qardaşı Oktay həmin vaxt həqiqi hərbi xidmətdə olduğundan onun adına olan avtomobilləri atası X31 təmsilçisi kimi icarəyə vermişdir. Həmin müqaviləyə əsasən “10-RY288”,”**-RY-***”,”**-RY-***”,”99-RB252”,”**-OZ-***”,”**- VJ-***” dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobilləri icarəyə vermək haqqında müqavilələrə əsasən onlar həmin avtomobilləri aylıq 750 manat müqabilində taksi xidməti göstərməsi məqsədi ilə Cavabdeh vermişdilər. Bundan sonra Şahidin həmin avtomobilləri kiməsə sürmək üçün verdiyindən məlumatı olmamışdır. Şahid həmin avtomobillərə görə olan icarə haqqını mütəmadi ödəmişdir. Təxminən 2021-ci ilin sentyabr ayında Şahid atasına bildirdi ki, qardaşı Oqtay Mədətovun adına qeydiyyatda olan “**-RB- ***”,”**-OZ-***” dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobillərin mühərrikində problem olduğu üçün onları satıb yenisini almaq istəyirlər. Buna görə də atasından bütün hüquqların etibar edildiyi etibarnamə verilməsini istəmiş və atası da qardaşının adına olan iki ədəd həmin avtomobillərlə bağlı nəqliyyat vasitəsinə sərəncam verilməsi barədə etibarnamələr vermişdir. Şahid isə həmin avtomobilləri satmış və 1 ay sonra yeni “50- EG156” dövlət qeydiyyat nişanlı Toyota Prius” markalı avtomobili atasının adına almış və onu da Şahidə icarəyə vermişdir. Bundan başqa o, 2021-ci ilin sentyabr ayında 20000 manat borc götürüb üstünü düzəldərək aldığı “BMW F10” markalı avtomobili Şahidlə razılaşıb 30000 manata Şahidə satmışdır. Həmin avtomobilə görə Şahid 10000 manat pul verərək digər 20000 manatı da sonra verəcəyini bildirmişdir. Aralarında heç bir rəsmi müqavilə bağlanmamışdır və Şahidə avtomobilə görə heç bir etibarnamə verilməmişdir. Şahid də həmin maşını sonradan başqa adama satmışdır. O, sonradan öyrənmişdir ki, Şahid qardaşı ilə onun adına olan “Toyota Prius” markalı avtomobilləri səlahiyyəti olmadığı halda Hacıqabul rayonunda notariat ofisinə gedib öz adına etibarnamə almış və həmin avtomobilləri ayrı-ayrı adamlara sataraq pulunu ələ keçirmişdir. Bundan başqa “BMW F10” markalı avtomobili də hansısa saxta sənəd düzəldərək dostu Anar adlı şəxsə saxta etibarnamə düzəldərək Anarın adından Sumqayıt sakini olan Elgiz adlı şəxsə satmışdır. Bütün olanlarla bağlı atası hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X23 ona verilən suallara cavab olaraq bildirmişdir ki, “BMW-528» markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında X9 mülkiyyətində olsa da, onun sahibliyi və istifadəsində olmuşdur. Cavabdeh qabaqcadan 10.000 manat pul ödəyərək qalan 20.000 manat pulu tezliklə ödəmək adı ilə həmin avtomobili ondan satın almışdır. Aralarında heç bir rəsmi müqavilə imzalanmamışdır. Sonradan ona məlum olmuşdur ki, Şhi yrmo sat etibarnamə əsasında avtomobili başqa şəxsin mülkiyyətinə keçirtmişdir. Hazırda ona dəymiş maddi ziyan ödənilməmişdir. Bu səbəbdən mülkiyyət hüququ əsasında Roza Bayramovaya məxsus olsa da, faktiki olaraq onun sahibliyi və istifadəsində olmuş avtomobilin geri qaytarılmasını xahiş etmişdir Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(001)- 13/2024 saylı hökmündən zərərçəkmiş şəxs "xxxx" MMC, maraqlı şəxs X24 və məkhum edilmiş Cavabdeh apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 1(103)- 874/2024 saylı. xx.xx.2024-cü il tarixli hökmü ilə zərərçəkmiş şəxs "xxxx" MMC-nin və maraqlı şəxs X16 apellyasiya şikayətləri təmin edilməmiş, məkhum edilmiş Cavabdeh tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-13/2024 saylı hökmü dəyişdirilmişdir. İş materiallarında olan, xx.xx.2022-ci il tarixli, ML-132 saylı lizinq obyektinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, X19 ilə "xxxx" MMC arasındakı “Daxili lizinq” müqaviləsinin əsas məbləğini 23850 manat təşkil edir. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, “Yusif Allahverdiyev və Partnyorları” vəkil bürosuna hüquqi yardıma görə 790 manat məbləğində vəsait ödənilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ********** nörməli məhkəmə qəbzindən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsinin verilməsinə görə 122,40 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “BMW 528 Xİ” minik markalı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixli qeydiyyat şəhadətnaməsinə əsasən X9 adına qeydiyyata alınmışdır. Həmin nəqliyyat vasitəsi faktiki olaraq X1 və istifadəsində olmuşdur. X23 isə “BMW 528 Xİ” minik markalı nəqliyyat vasitəsini Cavabdeh satılmasına dair onunla şifahi razılığa gəlmiş, maşının ümumi dəyəri 30 000 manat müəyyən edilmiş, 10 000 manat məbləğində pulu Cavabdeh qabaqcadan ödəmiş, 20 000 manat məbləğində pulu isə sonradan Fərid Mədətova ödəyəcəyini bildirmişdir. Lakin aralarında nəqliyyat vasitəsinin alqı-satqısına dair qanunvericilikdə nəzərdə tutulmuş qaydada alqı-satqı müqaviləsi bağlanmamışdır. xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair verilmiş saxta etibarnamə ilə X21 məxsus olan BMW 528Xİ markalı nəqliyyat vasitəsinə dair sərəncam verilməsinə dair hüquqları Cavabdeh etibar edilmiş, həmin tarixli nəqliyyat vasitəsinin alqısatqı müqaviləsinə əsasən X9 mülkiyyətində olan BMW 528 Xl markalı nəqliyyat vasitəsi tərəfindən Cavabdeh tərəfindən buna səlahiyyəti olmadığı halda mülkiyyətçisinin iradəsinə zidd olaraq X3 mülkiyyətinə keçirilmişdir. Daha sonra həmin nəqliyyat vasitəsi alqı-satqı müqaviləsinə əsasən X11 tərəfindən X2. X18 isə adıçəkilən nəqliyyat vasitəsinə sərəncam hüququnun verilməsinə dair X6 etibarnamə vermişdir ML-132 nömrəli Lizinq obyektinin alğı-satqı müqaviləsi ilə BMW 528 Xl markalı avtomobil X5 vermiş olduğu etibarnamə əsasında X19 tərəfindən 23850 manat müqabilində "xxxx" MMC-nin mülkiyyətinə keçirilmişdir. xx.xx.2022-ci il tarixli 132 nömrəli daxili lizinq müqaviləsindən görünür ki, BMW 528 Xl markalı avtomobil "xxxx" MMC tərəfindən X22 lizinqə verilmişdir. X20 vurulmuş ziyan "xxxx" MMC tərəfindən ödənilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-13/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə “BMW” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə qoyulmuş həbsin götürülməsi və avtomobilin ilkin qanuni mülkiyyətçisi X13 qaytarılması qərara alınmışdır Mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) zərərin mövcud olması; 2) zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması; 3) zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır Hazırkı mülki işin materiallarından isə görünür ki, mübahisə predmenti olan “BMW 528 Xİ” markalı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən tərtib edilmiş saxta etibarnamə nəticəsində qanuni mülkiyyətçi X9 mülkiyyətindən onun iradəsinə zidd şəkilində çıxarılaraq X3 mülkiyyətinə keçirilmişdir. Qeyd edilən əmlakın mülkiyyətçiləri olmuş X11, X18 və X19 maşının ilkin satış zamanı sənədlərində problem olmasına və bununla bağlı məlumatlı olmalarına baxmayaraq, bu problemi onlar yaratmamış və hər biri aralarında alqı-satqını “qanuni yolla” etmişdir Göründüyü kimi Cavabdeh qanunazidd, təqsirli hərəkətləri nəticəsində iddiaçı "xxxx" MMC-yə 23850 manat məbləğində ziyan dəymişdir. Belə ki, adıçəkilən hökmdən "xxxx" MMC-nin “BMW 528 Xİ” minik markalı nəqliyyat vasitəsinin 23850 manata satın aldığını müəyyən edilir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-5664/2024 nömrəli qətnaməsinə əsasən dəymiş ziyana görə 13850 manat məbləğində vəsaitin Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. İddiaçı hal-hazırda dəymiş zərərin qalan hissəsinə görə 10000 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını tələb edir. Odur ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya dəymiş zərərin əvəzi olaraq 10000 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə xərcləri: Məhkəmə hesab edir ki, iddia 790 manat məbləğində vəkil xidmət haqqının ödənilməsi hissəsində əsaslıdır. Belə ki, cavabdehin təqsirli, hüquqazidd əməli nəticəsində iddiaçıya ödənilməmiş zərərin əvəzinin cavabdehlərdən tutulmasının təmin edilməsi üçün iddiaçının hüquqi yardımdan istifadə etməsi nəticəsində ona qeyd edilən zərər də dəymişdir. İddiaçı tərəfindən hüquqi yardım üçün 790 manat məbləğində haqq ödədiyi xx.xx.2024-cü il tarixli qəbz ilə öz təsdiqini tapır. Məhkəmə qeyd edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cda iddianın təmin edilmiş həcminə mütənasib olaraq Cavabdeh aid edilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 122,40 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 242-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi zərərin əvəzi olaraq 10.000 (on min) manat, hüquqi xidmət haqqının əvəzi olaraq 790 (yeddi yüz doxsan) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 122,40 (yüz iyirmi iki manat qırx qəpik) manat məbləğində pul vəsaiti alınaraq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar