Məhkəmə qərarları › İş №e-2(051)-1435/2021

Mingəçevir Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №e-2(051)-1435/2021

01.07.2021 · Əmr icraatı - Əmlak tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Mingəçevir şəhəri İş № e-2(051)-1435/2021 01.07.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ S urət Mən, Mingəçevir şəhər Məhkəməsinin hakimi Paşayev Nemət Şirkət oğlu Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 24 ünvanında yerləşən Kreditor MMC-nin Borclu qarşı pulun tutulmasına dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdim: Kreditor MMC xx.xx.1986-ci il tarixdə Qazax rayonu Qındırğa kəndində doğulmuş və ünvan 2 ünvanında qeydiyyatda olan Borclu 1260 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1280 manat məbləğində pulun alınaraq Kreditor MMC-nin hesabına ödənilməsi barədə məhkəmə əmrin çıxarılmasını xahiş etmişdir. Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, 24.06.2020-ci il tarixli borc müqaviləsinə əsasən Borclu Kreditor-dən hissə-hissə ödəniş şərti ilə 1629 manat məbləğində məişət avadanlığı əldə etmişdir. Sözügedən məbləğdən 54 manat ilkin ödəniş etmiş, qalan 1575 manat ödənişi 15 ay müddətinə aylıq 105 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Borclu öz üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirməmiş və bunun nəticəsində 1260 manat kredit borcu ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci (borclunun icranı gecikdirməsi) maddəsinə əsasən öhdəliyin, onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin məcəllənin 442-ci (öhdəliyin icra edilməməsi) maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin məcəllənin 385-ci maddəsinə əsasən bir şəxs (borclu), başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. AR MPM-nin 276.1-ci maddəsinə görə kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. AR MPM-nin 276.2.2-ci maddəsinə əsasən 276.2.2. tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslandığından həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq, əmr etdim: xx.xx.1986-cı il tarixdə Qazax rayonu Qındırğa kəndində doğulmuş və ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Borclu 1260 manat əsas borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1280 manat məbləğində pul alınaraq Kreditor MMC -nin xeyrinə ödənilsin. Borclu məhkəmə əmrini aldıqdan 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəmənini yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar