Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1239/2024 25.10.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 54.82 manat pulun, 30 manat ödənilmiş dövlət rüsumunun və 40(qırx) qəpik bank xidmət haqqının alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, 14 dekabr 2023-cü il tarixli Tam Kart üzrə kart hesabının açılması və ödəniş kartından istifadəyə dair müqaviləyə əsasən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh üçün ikitərəfli ödəniş kartı buraxılmış, hesablaşmaların aparılması üçün bank hesabları açılmış və kredit limiti ayrılmışdır.Həmin Müqavilənin 6.4-cü bəndinə əsasən cavabdeh bu Müqaviləni imzalamaqla ABB-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2023-cü il tarixli fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart şərtlərlə, habelə Standart şərtlərin 27-ci bəndində əks olunan Tam Kart bölməsinin tam Kartın debet hissəsinə şamil edilən müvafiq müddəalarla tanış olduğunu təsdiq etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq kart hesabının qalığından artıq məbləğlərdə əməliyyatlar aparmaqla (texniki overdraft) hesabında olmayan vəsaitdən istifadə etmiş və bununla da hüquqi əsası olmadan bankın vəsaiti hesabına əsassız varlanmışdır. Cavabdeh müqavilə əsasında ona təqdim edilmiş plastik kart hesabından sistemdə baş vermiş gecikmələrdən sui-istifadə edərək ümumilikdə 66.38 manat məbləğində vəsaitin məxaric edilməsinə nail olmuşdur. Cavabdeh sonradan müxtəlif tarixlərdə olmaqla, cəmi 16.53 manat ödəniş etmişdir. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi vəsaiti geri qaytarmamışdır. Ona görə də, Cavabdeh 54.82 manat pulun, 30 manat ödənilmiş dövlət rüsumunun və 40(qırx) qəpik bank xidmət haqqının alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 14 dekabr 2023-cü il tarixli Tam Kart üzrə kart hesabının açılması və ödəniş kartından istifadəyə dair müqaviləyə əsasən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh üçün ikitərəfli ödəniş kartı buraxılması, hesablaşmaların aparılması üçün bank hesablarının açılması və kredit limitinin ayrılması ilə əlaqədar "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Saatlı filialının maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 54.82 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.7-ci maddəsinə görə əsassız varlanma mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə görə öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. İş materialları araşdırılarkən müəyyən olundu ki, cavabdeh X1 xx.xx.2023-cü il tarixdən başlayaraq kart hesabının qalığından artıq məbləğlərdə əməliyyatlar aparmaqla (texniki overdraft) hesabında olmayan vəsaitdən istifadə etmiş və bununla da hüquqi əsası olmadan bankın vəsaiti hesabına əsassız varlanmışdır. Cavabdeh müqavilə əsasında ona təqdim edilmiş plastik kart hesabından sistemdə baş vermiş gecikmələrdən sui-istifadə edərək ümumilikdə 66.38 manat məbləğində vəsaitin məxaric edilməsinə nail olmuşdur. Cavabdeh sonradan müxtəlif tarixlərdə olmaqla, cəmi 16.53 manat ödəniş etmişdir. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi vəsaiti geri qaytarmamışdır. Ona görə də, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 54.82 manat pulun alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 54.82 manat pulu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh 54.82 manat pul alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İşdə olan mədaxil qəbzindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu və 40(qırx) qəpik bank xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik bank xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 54(əlli dörd) manat 82(səksən iki) qəpik pul alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30(otuz) manat dövlət rüsumu və 40(qırx) qəpik bank xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-1239/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1239/2024
25.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver