Məhkəmə qərarları › İş №e-2(060)-5189/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5189/2023

26.09.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5189/2023 26.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh və digər cavahdehlər Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 nümayəndəsi Cavabdeh3, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı mənzilə baxış keçirilməsinə şərait yaradılması tələbinə dair iddia ərizəsinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, məhəllə 47, ev 14-də yaşayış sahəsi 39.60 kv.m olan 3 otaqlı 13 nömrəli mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün mənzilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi idarəsinin mütəxəssisləri tərəfindən baxış keçirilməsinə cavabdehlər tərəfindən şəraitin yaradılmasına, 100 (yüz) manat dövlət rüsumunun cavabdehlərdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər mənzillərin qeydiyyatı, bölüşdürülməsi, dəyişdirilməsi və mənzil-tikinti kooperativlərində mənzilləri bölüşdürülməsi komissiyasının protokolunun təsdiq olunması haqqında Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının 31 avqust 1995-ci il tarixli, 540№-li Sərəncam vermişdir. Belə ki, Sərəncama əsasən yeni istifadəyə verilmiş və boşalmış mənzillərin bölünməsi üzrə Sumqayıt şəhəri mənzillərin qeydiyyatı, bölüşdürülməsi, dəyişdirilməsi və mənzil – tikinti kooperativlərində mənzil bölünməsi komissiyasının rəyinə və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 36, 38 və 39-cu maddələri rəhbər tutularaq – komissiyanın təzə və boşalmış mənzillərin bölünməsinə dair 23 iyun 1995ci il tarixli 33 №-li protokolu təsdiq edilmişdir. 23 iyun 1995-ci il tarixli 33 №-li protokolundan çıxarışa əsasən Sumqayıt şəhəri, məh.47, ev 14-də yaşayış sahəsi 39.60 kv.m olan 3 otaqlı 13 nömrəli mənzil İddiaçı Butaib oğlunun 4 nəfərdən – İddiaçı Butaib oğlu, Əlibəyova Kifayətxanım, X7 və X3 ibarət ailə tərkibinə verilmişdir. 1985-ci ildən mənzil növbəsində olan İddiaçı Butaib oğluna Sumqayıt şəhəri, məh.47, ev 14də yaşayış sahəsi 39.60 kv.m olan 3 otaqlı 13 nömrəli mənzil verildikdən sonra o mənzil növbəsindən çıxarılmışdır. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin qeydiyyatı, dəyişdirilməsi və bölüşdürülməsi şöbəsi tərəfindən 20 sentyabr 1995-ci il tarixində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının 31 avqust 1995-ci il tarixli, 540№-li Sərəncam əsasında İddiaçı Butaib oğluna 4 nəfər ailə üzvü olaraq Sumqayıt şəhəri, məh.47, ev 14-də yaşayış sahəsi 39.60 kv.m olan 3 otaqlı 13 nömrəli mənzildə yaşamaq üçün 12/12 nömrəli ORDER verilmişdir. Bildirir ki, Sumqayıt şəhəri, məh.47, ev 14-də yaşayış sahəsi 39.60 kv.m olan 3 otaqlı 13 nömrəli mənzil üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi idarəsinə 07 aprel 2023-cü il tarixində müraciət etmişdir. İddiaçının müraciətinə cavab olaraq 03 may 2023-cü il tarixli, 3-21-3-31/2-1427/202 nömrəli məktubda bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka baxış keçirilməsinə şərait yaradılmamışdır. Bununla da 2 saylı Sumqayıt Ərazi idarəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan RespublikasıQanunun 15-ci maddəsinə əsasən ərizəsinin icrasından imtina edilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 20 saylı Mənzil Kommunal Sahəsindən alınan 05 iyun 2023- cü il tarixli arayışdan məlum olmuşdur ki, qeyd edilən mənzildə Qubadlı rayonundan məcburi köçkün ailəsi olan Cavabdeh3, Cavabdeh1, Cavabdeh6, Cavabdeh5, X2 və X1 məskunlaşmışlar. Məcburi köçkün ailəsi 2 saylı Sumqayıt Ərazi idarəsinin mütəxəssisləri tərəfindən Sumqayıt şəhəri, məh.47, ev 14-də yaşayış sahəsi 39.60 kv.m olan 3 otaqlı 13 nömrəli mənzilə baxış keçirilmələri üçün onları mənzilə buraxmamışlar. Cavabdehlər etirazla məhkəməyə müraciət edərək İddiaçı Budayib oğlunun Mənzilə baxış keçirilməsinə şəraitin yaradılmasına, 100 (yüz) manat dövlət rüsumunun cavabdehlərdən tutulmasına dair iddiasının əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı göstərir ki, Sumqayıt şəhər mənzillərin qeydiyyatı, bölüşdürülməsi, dəyişdirilməsi və mənzil-tikinti koperativlərində mənzilləri bölüşdürülməsi komissiyasının protokolunun təsdiq olunması haqqında Sumqayıt şəhər icra hakimiyyətinin başçısının 31 avqust 1995-ci il tarixli, 540 nömrəli sərəncamı verilmiş, həmin sərəncam əsasında idiaçıya 4 nəfər ailə üzvü ilə birlikdəSumqayıt şəhər 47-ci məhəllə ev 14, mənzil 13-çə sahəsi 39,60 kv.m olan 3 otağa yaşaması üçün 12/12 nömrəli ORDER verilmişdir. Bildirir ki, 1993-cü il avqust ayının 31-də Qubadlı rayonunun Ermənistan tərəfindən işğal edilməsi ilə əlaqədar məcburiyyət qarşısında Sumqayıt şəhərinə gələrək digər həmvətəniləri kimi 47-ci məhəllə ərazisindəki tikintisi yarım qalmış binalarda məskunlaşmaq məcburiyyətində qalmışdır. Həmin binanın tikintisi cavabdehlər məcburi köçkün gələn vaxt tamamilə dayanmış və bina yarımçıq qalmışdır. Həmin tikintisi yarımçıq binalar digər məcburi köçkünlər kimi cavabdehlər də qapısı pəncərəsi olmayan evə ilk vaxtlarda qapı pəncərələrinin yerinə sellafon örtüklərlə tutaraq çox ağır şəraitdə yaşamışlar. Sonradan vaxt keçdikcə müraciətləri əsasında həmin binalarda dövlət orqanları və öz vəsaitləri hesabına otaqlara qapı pəncə qoymaqla məskunlaşmışlar. Hazırda həmin mənzilə cavabdehlər müəyyən xərclər çəkməklə təmir etmişdir, 30 ildir ki həmin mənzildə yaşayır. Həmin mənzildə arvadı Cavabdeh1 yaşayır ki, o 2-ci qrup əlildir, hazırda ağır ürək əməliyyatı keçirmişdir ki, hər dəfə evin qapısı döyüləndə ciddi həyacan keçirir ki, sonradan uzun müddətə onun səhhətini bərpa edə bilmir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh və digər cavahdehlər Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 nümayəndəsi Cavabdeh3 iddia tələbini qəbul etməyərək etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Digər Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırki mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi- vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt şəhər mənzillərin qeydiyyatı, bölüşdürülməsi, dəyişdirilməsi və mənzil-tikinti kooperativlərində mənzilləri bölüşdürülməsi komissiyasının protokolunun təsdiq olunması haqqında Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının 31 avqust 1995-ci il tarixli, 540№-li sərəncamından görünür ki, yeni istifadəyə verilmiş və boşalmış mənzillərin bölünməsi üzrə Sumqayıt şəhəri mənzillərin qeydiyyatı, bölüşdürülməsi, dəyişdirilməsi və mənzil – tikinti kooperativlərində mənzil bölünməsi komissiyasının rəyinə və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 36, 38 və 39cu maddələri rəhbər tutularaq – komissiyanın təzə və boşalmış mənzillərin bölünməsinə dair 23 iyun 1995- ci il tarixli 33 №-li protokolu təsdiq edilmişdir. - 23 iyun 1995-ci il tarixli 33 №-li protokolundan çıxarışdan görünür ki, Sumqayıt şəhəri, məh.47, ev 14-də yaşayış sahəsi 39.60 kv.m olan 3 otaqlı 13 nömrəli mənzil İddiaçı Butaib oğlunun 4 nəfərdən – İddiaçı Butaib oğlu, Əlibəyova Kifayətxanım, X7 və X3 ibarət ailə tərkibinə verilmişdir. 1985-ci ildən mənzil növbəsində olan İddiaçı Butaib oğluna Sumqayıt şəhəri, məh.47, ev 14-də yaşayış sahəsi 39.60 kv.m olan 3 otaqlı 13 nömrəli mənzil verildikdən sonra o mənzil növbəsindən çıxarılmışdır. 20 sentyabr 1995-ci il tarixli, 12/12 nömrəli orderdən görünür ki, Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin qeydiyyatı, dəyişdirilməsi və bölüşdürülməsi şöbəsi tərəfindən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının 31 avqust 1995-ci il tarixli, 540№-li Sərəncam əsasında İddiaçı Butaib oğluna 4 nəfər ailə üzvü olaraq Sumqayıt şəhəri, məh.47, ev 14-də yaşayış sahəsi 39.60 kv.m olan 3 otaqlı 13 nömrəli mənzildə yaşamaq üçün order verilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 20 saylı Mənzil Kommunal Sahəsindən alınan 05 iyun 2023- cü il tarixli arayışdan görünür ki, Sumqayıt şəhəri, məh.47, ev 14-də Qubadlı rayonundan məcburi köçkün ailəsi olan Cavabdeh3, Cavabdeh1, Cavabdeh6, Cavabdeh5, X2 və X1 məskunlaşmışlar. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; Sumqayıt şəhər mənzillərin qeydiyyatı, bölüşdürülməsi, dəyişdirilməsi və mənzil-tikinti kooperativlərində mənzilləri bölüşdürülməsi komissiyasının protokolunun təsdiq olunması haqqında Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının 31 avqust 1995-ci il tarixli, 540№-li Sərəncam vermişdir. Belə ki, Sərəncama əsasən yeni istifadəyə verilmiş və boşalmış mənzillərin bölünməsi üzrə Sumqayıt şəhəri mənzillərin qeydiyyatı, bölüşdürülməsi, dəyişdirilməsi və mənzil – tikinti kooperativlərində mənzil bölünməsi komissiyasının rəyinə və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 36, 38 və 39-cu maddələri rəhbər tutularaq – komissiyanın təzə və boşalmış mənzillərin bölünməsinə dair 23 iyun 1995- ci il tarixli 33 №-li protokolu təsdiq edilmişdir. 23 iyun 1995-ci il tarixli 33 №-li protokolundan çıxarışa əsasən Sumqayıt şəhəri, məh.47, ev 14-də yaşayış sahəsi 39.60 kv.m olan 3 otaqlı 13 nömrəli mənzil İddiaçı Butaib oğlunun 4 nəfərdən – İddiaçı Butaib oğlu, Əlibəyova Kifayətxanım, X7 və X3 ibarət ailə tərkibinə verilmişdir. 1985-ci ildən mənzil növbəsində olan İddiaçı Butaib oğluna Sumqayıt şəhəri, məh.47, ev 14-də yaşayış sahəsi 39.60 kv.m olan 3 otaqlı 13 nömrəli mənzil verildikdən sonra o mənzil növbəsindən çıxarılmışdır. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin qeydiyyatı, dəyişdirilməsi və bölüşdürülməsi şöbəsi tərəfindən 20 sentyabr 1995-ci il tarixində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının 31 avqust 1995-ci il tarixli, 540№-li Sərəncam əsasında İddiaçı Butaib oğluna 4 nəfər ailə üzvü olaraq Sumqayıt şəhəri, məh.47, ev 14-də yaşayış sahəsi 39.60 kv.m olan 3 otaqlı 13 nömrəli mənzildə yaşamaq üçün 12/12 nömrəli ORDER verilmişdir. Sumqayıt şəhəri, məh.47, ev 14-də yaşayış sahəsi 39.60 kv.m olan 3 otaqlı 13 nömrəli mənzil üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi idarəsinə 07 aprel 2023-cü il tarixində müraciət etmişdit. İddiaçının müraciətinə cavab olaraq 03 may 2023-cü il tarixli, 3-21-3-31/2- 1427/202 nömrəli məktubda bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka baxış keçirilməsinə şərait yaradılmamışdır. Bununla da 2 saylı Sumqayıt Ərazi idarəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan RespublikasıQanunun 15-ci maddəsinə əsasən ərizəmin icrasından imtina edilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 20 saylı Mənzil Kommunal Sahəsindən alınan 05 iyun 2023- cü il tarixli arayışdan məlum olmuşdur ki, qeyd edilən mənzildə Qubadlı rayonundan məcburi köçkün ailəsi olan Cavabdeh3, Cavabdeh1, Cavabdeh6, Cavabdeh5, X2 və X1 məskunlaşmışlar. Məcburi köçkün ailəsi 2 saylı Sumqayıt Ərazi idarəsinin mütəxəssisləri tərəfindən Sumqayıt şəhəri, məh.47, ev 14-də yaşayış sahəsi 39.60 kv.m olan 3 otaqlı 13 nömrəli mənzilə baxış keçirilmələri üçün onları mənzilə buraxmamışlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə əsasən- Mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən- Mənzil hüquqlarının müdafiəsi aşağıdakı üsullarla həyata keçirilir: - mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması; Həmin Məcəllənin 29.1-ci maddəsinə əsasən Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı işi üzrə qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər.1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bundan əlavə, qanunun aliliyi demokratik cəmiyyətin fundamental prinsiplərindən biridir və Konvensiyanın bütün maddələrindən ayrılmazdır. Bundan irəli gəlir ki, cəmiyyətin mühüm maraqlarının qorunması və müdafiəsi arasında tarazlığın əldə edilməsi artıq müəyyən edildiyi kimi qanunauyğun olmalı və özbaşına xarakter daşımamalıdır. Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. Hazırki, mübahisəyə münasibətdə isə məhkəmə qeyd edir ki, məcburi köçkün statusuna malik olan şəxslərin iddiaçıya məxsus mənzili 25 ildən artıq müddət ərzində zəbt etməsi və zəbt etmə faktının qeyrimüəyyən müddətədək davam edə bilməsi ehtimalı ictimai maraq tələbləri ilə ayrı-ayrı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığın pozulmasına dəlalət edir. Cavabdehlərin qanunsuz müdaxiləsi nəticəsində iddiaçı onun mülkiyyətində olan mənzilin üzərində olan sərəncam, sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. İş materiallarından görünür ki, mübahisəli mənzildən cavabdehlər tərəfindən heç bir hüquqi əsas olmadan istifadə edilir. 17 iyun 1999-cu il tarixli “Qaçqınların və Məcburi Köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən qaçqın və məcburi köçkünün müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən “Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir (Nazirlər Kabineti, Qaçqınların və X6 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətləri orqanları öz səlahiyyətləri daxilində). Məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər”. Məhkəmə iddia tələbinin dövlət rüsumunun ödənilməsi ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Hazırki iddia qiymətləndirilməyən iddialar kateqoriyasına aid olduğundan iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Sumqayıt şəhəri, məhəllə 47, ev 14-də yaşayış sahəsi 39.60 kv.m olan 3 otaqlı 13 nömrəli mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün mənzilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi idarəsinin mütəxəssisləri tərəfindən baxış keçirilməsinə cavabdehlər tərəfindən şəraitin yaradılmalı , 100 (yüz) manat dövlət rüsumunun əvəzi cavabdehlərdən tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 tərəfindən Sumqayıt şəhəri, məhəllə 47, ev 14-də yaşayış sahəsi 39.60 kv.m olan 3 otaqlı 13 nömrəli mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün mənzilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi idarəsinin mütəxəssisləri tərəfindən baxış keçirilməsinə şərait yaradılsın. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar