Məhkəmə qərarları › İş №e-2(060)-717/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-717/2023

11.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-717/2023 11.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə3 İsgəndər oğlu, Cavabdeh2 nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 26 755,30 (iyirmi altı min yeddi yüz əlli beş manat otuz qəpik) manat məbləğində sığorta ödənişinin əvəzi, 170,20 manat dövlət rüsumu və 0,40 manat bank xidməti xərclərinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 əri mərhum X11 hüquqa zidd əməli nəticəsində Cavabdeh2 tərəfindən idarə olunan ** HN *** dövlət qeydiyyat nişanlı VAZ 21074 markalı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədilmiş, nəticədə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış H021705 dövlət qeydiyyat nişanlı X25 markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən H021705 dövlət qeydiyyat nişanlı X25 markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər müəyyənləşdirilməsi üçün təmir mərkəzinə təqdim olunmuşdur. Avtomobilin təmiri üçün fərdi sahibkar X15 tərəfindən verilmiş zərər aktına əsasən sığortalı H021705 dövlət qeydiyyat nişanlı X25 markalı avtonəqliyyat vasitəsinə ümumilikdə 26 855,30 (iyirmi altı min səkkiz yüz əlli beş manat otuz qəpik) manat məbləğində zərər dəyməsi məlum olmuşdur. Verilmiş qiymətləndirmə ilə razı olmayan sığortalının nəqliyyat vasitəsi onlar tərəfindən təmirə yönləndirilmişdir. "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli sığorta aktına əsasən H021705 dövlət qeydiyyat nişanlı X25 markalı avtonəqliyyat vasitəsinin təmir edilməsi üçün təmir mərkəzinə azadolma 100,00 manat çıxılmaqla 26 755,30 (iyirmi altı min yeddi yüz əlli beş manat otuz qəpik) manat sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2018-ci il tarixli cinayət işinin icraatına xitam verilməsi barədə qərarın təsviri hissəsində qeyd olunmuşdur ki, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan Ş.Əhməovun öldüyünü nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CMnin 267.1-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilməlidir. Həmçinin qərarın təsviri hissəsindən və elektron informasiya sistemindən alınan məlumata əsasən mərhum X11 vərəsəsi xx.xx.1957-ci il təvəllüdlü arvadı Cavabdeh1 olması qeyd olunmuşdur. Beləliklə, "xxxx" ASC tərəfindən ödənilmiş 26 755,30 (iyirmi altı min yeddi yüz əlli beş manat otuz qəpik) manat məbləğində sığorta ödənişlərinin əvəzi subroqasiya qaydasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmalıdır. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 izahatında bildirdi ki, ərizə ilə müraciət etmiş və izahlarını qeyd etmişlər. Hər iki cavabdehdən, vərəsədən və faktiki sahiblik edən şəxsdən tələb edilmə ilə bağlı hissəni Plenum qərarı ilə əsaslandırmışlar. Ona görə də hesab edirlər ki, iddia tələbi əsaslıdır. Məhkəməyə təqdim olunmuş ekspert rəyinin mötəbərliyinə şübhə edirlər. İş ekspertizaya gedən zaman ekspertlər, əslində isə mütəxəssis adlandırılmalı olan şəxslər onlara müraciət etmişlər ki, hər hansı bir təklif varmıdır? Hesab edirlər ki, bu halda verilmiş belə bir rəyin düzgünlüyü və mötəbərliyi sual altındadır. Bu hal məbləğin göstərilməsi ilə bağlı olmuşdur. Onlar mütəxəssis olmadıqları üçün həmin əmlakın qiymətləndirilməsi ilə bağlı qiymət verə bilməzlər. Mütəxəssisin onlara belə bir müraciəti artıq onlarda bir şühbə doğurur. Çünki, onlar hər hansısa bir halda sövdələşməyə getmirlər. Hesab edirlər ki, bu formada onlara təklif olunmuşdursa, bu digər tərəfə də təklif oluna bilər. 03 aprel 2023-cü il tarixdə məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASCnin nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, ASAN Xidmət mərkəzinin verdiyi vərəsəlik haqqında şəhadətnamədən göründüyü kimi, vərəsə qismində Cavabdeh1 tanınmışdır. İddia tələbini müdafiə edir və hesab edir ki, şirkət tərəfindən ödənilmiş 26 755,30 (iyirmi altı min yeddi yüz əlli beş manat otuz qəpik) manat məbləğində sığorta ödənişi cavabdehlərdən tutulmalıdır. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən göründüyü kimi Sumqayıt ASAN Xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu X13 təsdiq etmişdir ki, xx.xx.2019-cu il tarixdə ölmüş X11 vərəsəsi Cavabdeh1 Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsi, ev 18, mənzil 58-də yerləşən miras əmlakdan tam hissədə pay almalıdır. Qarşı tərəf məhkəmə hazırlıq iclasında bildirmişdir ki, həmin dövr ərzində ölən şəxsin adına daşınmaz əmlak olmamışdır. Ona görə də həmin şəxsə münasibətdə tələb olunan məbləğ tutula bilməz. Lakin bildirmək istəyir ki, həmin dövrdə deyil, ondan sonra da cavabdehin adına olan daşınar və daşınmaz əmlaklara dair hissədə tutula bilər. Digər Cavabdeh2 dair hissədə isə hesab etmişdir ki, Mülki Məcəllənin 1108-ci maddəsinə görə sükan arxasında olmasına baxmayaraq yüksək təhlükə mənbəyini yaratmaq ilə bağlı məsuliyyət həmin şəxsin üzərinə düşmüşdür. Baxmayaraq ki, cinayət işinin rədd edilməsi haqqında cinayət işi üzrə icraata xitam verilmişdir. Bu yalnız İnzibati xəta üzrə qiymətləndirilə bilər. Mülki Məcəllə ilə tənzimləndiyi üçün 1108-ci maddə tətbiq olunmalıdır. Bunun nəticəsində isə tələb olunan məbləğ bərabər şəkildə hər iki tərəfdən tutulmalıdır. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə3 İsgəndər oğlu izahatında bildirdi ki, qarşı tərəfin dediyi fikirlə razı deyildir. Onlara da zəng gəlmişdir. Bu zəng isə ekspertizada iştirak edib-etməmək ilə bağlı olmuşdur. Onlar isə telefon vasitəsi ilə demişlər ki, onlara inanırlar. Buna görə də ekspertizanı keçirə bilərlər. Eskpert rəyini əsaslı hesab edir. Kürdəmir rayonunda 1.17 ha torpaq sahəsi hesab edir ki, hələ çoxdur ki, az deyildir. Bu qiymətlərə internet vasitəsi ilə də baxmaq mümkündür. Belə ki, onun icraatında topraq işləri olmuş və halhazırda da vardır. İddia tələbi 26 min manata dair verilmişdir. Ona münasibətdə qeyd edir ki, yönəlmə vəfat etmiş şəxsin miras əmlakına yönəlməsindən gedə bilər. Məhkəmə sorğular vermiş, sorğular əldə olunmuş, bundan əlavə ekspert rəyi də əldə olunmuşdur. 5000 manat torpaq sahəsinin qiyməti müəyyən olunmuşdur. Həmin əmlak yeddi nəfərin ümumi paylı birgə mülkiyyətindədir. Bölünmə baş versə bir adamın payına 714 manat 28 qəpik pul vəsaiti düşür. Həmin hissədə hər hansı etiraz edə bilmirlər. O hissədə məcburiyyət olaraq iddia tələbini qəbul edirlər. Miras-əmlaka onun payına münasibətdə yönəlməsinə hər hansı bir etiraz yoxdur. Məhkəmə sorğu vermiş və iki ədəd miras-əmlaka dair şəhadətnamə əldə olunmuşdur. Şəhadətnamənin birində 660 manat 3 aylıq əmək haqqı olaraq göstərilmişdir. Miras-əmlak şəxsin öldüyü məqamda malik olduğu və mülkiyyətində olduğu əmlaka yönələ bilər. N manat isə hərbi hissədən alınacaq hər hansı bir məbləğdir. İddiaçı hesab edir ki, vəfat etmiş şəxsin yaşadığı mənzil də bölünməlidir. Onunla bağlı qeyd edir ki, həmin mənzil heç İcra hakimiyyətinin belə balansında deyildir. Belə ki, hərbi hissənin balansındadır. Mənzil özəlləşdirilməmişdir. Hərbi hissənin balansında olan bir mənzilə onun hər hansı bir mülkiyyət hüququ yoxdur. Vəfat etmiş şəxs həmin mənzildən xidməti mənzil kimi istifadə etmişdir. Bu günki gündə isə onun ailə üzvləri həmin mənzildən xidməti mənzil kimi istifadə edirlər. Ölmüş şəxsin öldüyü məqamda həmin əmlaka mənzil formasında heç bir mülkiyyət hüququ olmadığına görə o hissədə mənzilə iddia tələbi yönəldilə bilməz. Vərəsəlik haqqında qanunvericiliyin prinsiplərinə görə yalnız miras-əmlakı qəbul etmiş vərəsə qəbul etdiyi miras-əmlak həcmində kreditor, tələbkar qarşısında borclu kimi tanına bilər. Hesab edir ki, vəfat etmiş şəxsin yaşamış olduğu mənzilə dair tələbkar qarşısında borclu kimi tanına bilməz. 1/7 hissədə torpaq sahəsinə dair iddia tələbinin təmin olunmasını, N manat və 660 manata dair hissədə iddia tələbini qəbul edirlər. Qalan hissədə iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə3 İsgəndər oğlunun dediklərinə əlavələr səsləndirməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan 04 fevral 2019-cu il tarixli şahidin dindirilməsi protokolundan görünür ki, dindirilmiş Cavabdeh2 Ələkbər oğlu izahatında bildirdi ki, 3 ilə yaxındır ki, N saylı hərbi hissədə MXA baş aşbaz işləyir. 25 yanvar 2019-cu il tarixli etibarnamə əsasında idarə etdiyi VAZ-21074 markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobillə saat 07:30 radələrində işə getmək məqsədi ilə Z.Tağıyev-Sahil magistral yolunun Qaradağ rayonu ərazisindən keçən hissə ilə üzü Sahil Qəsəbəsi istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən avtomobildə qabaq sağ oturacaqda Şamil Əhmədov, arxada isə Rəşad İsabalayev və Cabir Məlikzadə oturmuşdur. Onlar hərəkətdə olarkən yolun sağ tərəfindən bir neçə itin qovuşaraq hərəkət yoluna çıxmaq istədiklərini gördükdə qabaq sağ oturacaqda əyləşəm Şamil Əhmədov “it yola çıxdı” qışqıraraq gözlənilmədən sükana əl atıb sola burmuşdur. Nəticədə ondan asılı olmayan səbəbdən avtomobil sola istiqamətlənib qarşı yola çıxmış və qarşıdan istiqamətdə hərəkətdə olan X27 markalı, H021705 dövlət qeydiyyat nişanlı avtomobillə sonuncunun hərəkət zolağında avtomobillə qabaq sağ hissələri toqquşmuşdur. Bundan sonra onun heç nədən məlumatı olmamışdır. Ayıldıqda görmüşdür ki, iş yoldaşları onu xəstəxanaya aparırlar. Sonra bilmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iş yoldaşı Ş.Əhmədov aldığı xəsarətdən ölmüşdür. Hadisədən əvvəl idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Spirtli içki və narkotik vasitə qəbul etmir. Həmin itlər yaxın məsafədən onun hərəkət yoluna çıxmış və idarə etdiyi avtomobil itlərə dəyməmişdir. Şamil Əhmədov sükana müdaxilə edərək sola burduqdan sonra avtomobil sola istiqamətlənib 15 metr məsafə qət etdikdən sonra toqquşma baş vermişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X17-Təcrübi və Tədris Birliyinin 128 nömrəli canlı şəxsin ekspertizası barədə ekspert rəyindən görünür ki, vət Cavabdeh2 bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ qamış sümüyünün distal metaepifizinin qapalı, yerdəyişmiş, oynaqdaxili sınığı, alının və sağ dizin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2019-cu il tarixdə sürücüsü olduğu avtomaşında baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. Dərəclərinə görə ümumillikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. İşin materiallarında olan ƏN-İV seriyalı, 750138 nömrəli Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, VAZ 21074 minik markalı, ******* mühərrik nömrəli, XTA210740A2940218 ban nömrəli, 2010-cu il buraxılışlı, **-HN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində mülkiyyətçi X14 etibar edilən Cavabdeh2 nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti vermişdir. PAA********** nömrəli sığorta şəhadətnaməsi ilə sığortalanmışdır. Bu etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilməz. Etibarnamə 9 il 5 ay 3 gün müddətinə verilmiş və xx.xx.2028-ci il tarixədək qüvvədədir. İşin materiallarında olan AD seriyalı, 401692 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-HN-*** qeydiyyat nişanlı, VAZ 21074 minik modelli, sedan markalı, 2010-cu il tarixli buraxılışlı nəqliyyat vasitəsinin sahibi X7r. İş materiallarında olan xx.xx.2018-ci il tarixli etibarnamənin surətindən görünür ki, “BP Exploration (Caspian Sea) Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi, ona məxsus H021705 qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etməyi AC 221689 nömrəli sürücülük vəsiqəsinin sahibi X5 etibar etmişdir. Etibarnamənin vaxtı xx.xx.2019-cu il tarixədək qüvvədə olmuşdur. İşin materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 Azərbaycan Respublikası, Salyan rayonu, Nəvahi kəndində xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. İşin materiallarında olan AB seriyalı, 497650 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, H021705 qeydiyyat nişanlı, X25 minik markalı, 2010-cu il buraxılışlı nəqliyyat vasitəsinin sahibi “BP Exploration (Caspian Sea) Limited” şirkətidir. İşin materiallarında olan 28 yanvar 2019-cu il tarixli şahidin dindirilməsi protokolundan görünür ki, dindirilmiş X8 izahatında bildirdi ki, 2012-ci ildən "xxxx" MMCdə sürücü işləyir. 25 yanvar 2019-cu il tarixdə etibarnamə əsasında idarə etdiyi cəmiyyətə məxsus X25 markalı, H021705 dövlət qeydiyyat nişanlı avtomobillə səhər saat 07.30 radələrində Z.Tağıyev-Sahil qəsəbə yolu ilə Sumqayıt şəhəri istiqamətində 80-85 km/saat sürətlə hərəkət etmiş, avtomobilində yük və sərnişin olmamışdır. Qarşıdan əks istiqamətdə üzü Sahil qəsəbəsi istiqamətində hərəkət yolunun sağ tərəfində bir-biri ilə boğuşan itlərin hərəkət hissəsinə, yəni yola tərəf qaçdıqlarını görmüşdür. Bu zaman Sahil qəsəbəsi istiqamətində hərəkətdə olan VAZ-21074 markalı avtomobil ona çatmağına təxminən 10-15 metr qalmış gözlənilmədən sola istiqamətlənərək onun yoluna çıxmışdır. O, bunu görüb sükanı sola buraraq tormoz etmək istəmiş, lakin idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə həmin avtomobilin qabaq sağ hissəsi arasında toqquşma baş vermişdir. Zərbədən onun avtomobili aşaraq sol tərəfə yoldan çıxıb torpaqlıq sahədə dayanmışdır. O, avtomobildən düşüb avtomobili ilə toqquşan VAZ-21074 markalı avtomobilə yaxınlaşmış və yaralı sərnişinlərə kömək edib onları avtomobildən çölə çıxartmışdır. Qabaq sağ oturacaqda əyləşmiş sərnişin isə sıxılıb qalmışdır. Sonra həmin sərnişinin öldüyünü yəqin etmişdir. Daha sonra hadisə yerinə yol polisi əməkdaşları və təcili tibbi yardım maşını gəlmişdir. O da qeyd etmişdir ki, spirtli içki və narkotik vasitə qəbul etmir, hadisə zamanı VAZ-21074 markalı avtomobil təxminən 60 km/saat sürətlə hərəkət etmiş, onun hərəkəti üçün təhlükə VAZ-21074 markalı avtomobilin onun hərəkət zolağına daxil olduğu an yaranmışdır. İşin materiallarında olan 01 aprel 2018-ci il tarixli cinayət işinin icraatına xitam verilməsi barədə qərardan görünür ki, qərarın təsviri hissəsində şərh edilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə Cavabdeh2 və X1 əməllərində cinayət tərkibi olmadığından onların barəsində cinayət işinin icraatına xitam verilməsi, qərarın təsviri hissəsində şərh edilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə X11 əməli CM-nin 263.2-ci maddəsindən CM-nin 267.1-ci maddəsinə tövsif edilməsi və təqsirləndirilən şəxs qismində cəlb edilməsi şəxs öldüyündən barəsində cinayət işinin icraatına xitam verilməsi, X25 markalı, H021705 və VAZ-21074 minik markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmalı və sahiblərinə qaytarılmalıdır. İşin materiallarında olan vərəsəlik işi haqqında məlumatdan görünür ki, X16 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisində xx.xx.2019-cu il tarixdə əməliyyat aparılmışdır. İşin materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli sığorta aktından görünür ki, “BP Exploration (Caspian Sea) Limited” şirkətinə məxsus X25 (H 021 705) avtonəqliyyat vasitəsi 29630.37 manat məbləğində tam sığortalanmışdır. xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiq qəsəbəsində sığorta şəhadətnaməsi və predmeti üzrə birinci hadisə baş vermişdir. 26855.30 manat zərər dəymiş, 26755.30 manat sığorta ödənişi olmuşdur. 26755.30 manat zərər məbləği avtomobilin təmiri üçün fərdi sahibkar X12 hesabına köçürülmüşdür. Mülki işin materiallarında "xxxx" ASC tərəfindən yuxarıda adı çəkilən sığorta hadisəsi üzrə 26755.30 manatın ödənildiyini təsdiq edən qəbz mövcuddur. İşin materiallarında olan avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsinin surətindən görünür ki, X25 markalı, 2010-cu il buraxılışlı, H 021 705 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən 29630.37 manat məbləğində tam sığortalanmışdır. İşin materiallarında olan xx.xx.2019-cu il tarixli, 20 nömrəli hesabdan görünür ki, 22/19 nömrəli, xx.xx.2019-cu il tarixli bağlanılmış müqaviləyə və xx.xx.2019-cu il tarixli akta əsasən X25 markalı, H 021 705 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün ümumillikdə 26855.30 manat məbləğində pul vəsaiti "xxxx" ASC tərəfindən Faiq Dadaşova ödənilməlidir. Mülki işin materiallarında yuxarıdakı hesabatı təkrar edən elektron qaimə mövcuddur. İşin materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, xx.xx.2019-cu il tarixində baş vermiş sığorta hadisəsi nəticəsində zərərə məruz qalmış H 021 705 dövlət qeydiyyat nişanlı X25 markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən 26855.80 manat zərər məbləği müqabilində təmir olunaraq səlahiyyətli şəxsə təhvil verilmiş və əvəzində həmin şəxs öz növbəsində onu heç bir qüsur və çatışmamazlıqlar müəyyən olunmadan saz vəziyyətdə təhvil almışdır. Sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği verilmiş sığorta ödənişi həcmində azalmış hesab olunur və sığortalı və ya onun adından çıxış edən şəxs müqavilə üzrə tətbiq olunmuş azadolmanı və zərərin sığorta ödənişinin həddi ilə əhatə olunmayan hissəsini (tətbiq edildikdə) sığortaçıya ödəməyi öhdəsinə götürmüşdür. İşin materiallarında "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 tərəfindən AZEMİS vasitəsi ilə elektron formada göndərilmiş ərizədən müəyyən olunur ki, ərizəsinin vəsatət kimi qəbul edilməsini xahiş etmiş, mərhum X11 vərəsəsinin kimlər olduğu, həmin vərəsə üzrə hansı əmlakların vərəsəyə keçməsi barədə müvafiq notariat kontoruna soğru verilməsi xahiş olunmuş, daha sonra Sumqayıt Şəhər Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli Sumqayıt Regional “Asan” Xidmət Mərkəzində Notariat ofisinə ünvanlanmış müraciətdən görünür ki, xx.xx.2019-cu il tarixdə ölmüş X11 miras əmlakına dair vərəsə dairəsi, mirasın qəbulu üçün müraciət etmiş vərəsələri, vərəsəlik haqqında şəhadətnamənin verilib-verilməməsi, verilibsə vərəsəlik işinin təsdiq edilmiş surətini təcili Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin 03 fevral 2023-cü il tarixli, 262 nömrəli Sumqayıt Şəhər Məhkəməsinin sorğusuna verilmiş cavabdan görünür ki, xx.xx.2019-cu ildə vəfat etmiş X9 miras qalmış əmlaka dair xx.xx.2019-cu il tarixli 2V-1231 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin təsdiq edilmiş surəti göndərilmişdir. Notariat işinin materiallarından mülki işin materiallarına əlavə edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2019-cu il tarixli şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə ölmüş X16 vərəsəsi Cavabdeh1 miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras-əmlak Azərbaycan Respublikası, Müdafiə Nazirliyi 109 saylı Hərbi Hissənin xx.xx.2019-cu il tarixli, 2294 saylı arayışa əsasən ödəniləcək 3 aylıq əmək haqqının 660.42 manat pul məbləğindən ibarətdir. Notariat işinin materiallarından mülki işin materiallarına əlavə edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2019-cu il tarixli şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə ölmüş X16 vərəsəsi Cavabdeh1 miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras-əmlak Azərbaycan Respublikası, Müdafiə Nazirliyi 109 saylı Hərbi Hissənin xx.xx.2019-cu il tarixli, 1618 nömrəli məktubuna əsasən N manat pul məbləğindən ibarətdir. Notariat işinin materiallarından mülki işin materiallarına əlavə edilmiş 14 avqust 2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh1 həyat yoldaşı X11 vəfatı ilə əlaqədar ödəniləcək üç aylıq əmək haqqısının məbləği 660.42 manat təşkil etmişdir. Notariat işinin materiallarından mülki işin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 04 fevral 2019-cu il tarixli, AZ-İİ seriyalı, 001532 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 25 yanvar 2019-cu il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2019-cu ilin 02-ci ayının 04-cü günündə 257 nömrə ilə qeyd edilmişdir. Cavabdeh1 müddətin tətbiq edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən mülki iş üzrə iddia müddətinin tətbiq olunmasını və iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, mübahisə üzrə pul tələbi sığorta müqaviləsinə əsaslanmışdır. Yəni, iddiaçının tələbinin əsasını müqavilə öhdəlikləri təşkil edir. Ona görə də tələb müqavilələrdən irəli gələn tələb kimi qiymətləndirilməlidir. Sığorta müqaviləsi öhdəliyi üzrə dəymiş zərərə görə sığortaçı pul məbləği ödəmiş və həmin pulu sığorta qaydasında zərərvurandan tələb edir. İddia ərizəsində qeyd olunanlara görə ziyan dəymiş avtomobilin təmiri üçün təmir müəssisəsinə xx.xx.2019-cu il tarixli sığorta aktına əsasən pul ödənilmişdir. Deməli, həmin vaxtdan iddiaçıya tələb hüququnun yaranması məsələsi məlum olmuşdur. Belə olduğu halda həmin vaxtdan iddia müddətinin axımı başlamış və həmin vaxtdan üç il keçdikdən sonra iddia tələbi müddəti bitmişdir. İddia ərizəsi məhkəməyə 09 dekabr 2022-ci il tarixdə daxil olmuşdur. Məhz bu səbəblə hesab etmişlər ki, iddiaçı hazırki iddia tələbi ilə müddət keçdikdən sonra məhkəməyə müraciət etməklə iddia müddətini buraxdığı üçün onun iddia tələbləri təmin edilə bilməz. İşin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 03 mart 2023-cü il tarixli mərhum X11 vərəsəsi Cavabdeh1 ünvanlanmış daşınmaz əmlakın olması barədə ərizəyə cavabdan görünür ki, respublika ərazisində mövcud olan arxiv materiallarına əsasən ünvan 3i ünvanında yerləşən 1.7824 ha kənd təsərrüfatı təyinatlı topraq sahəsi üzərində 29 dekabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə mərhum X11 7 nəfər ilə ümumbirgə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2(060)-717/2023 saylı qərardadı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair mülki iş üzrə işin baxılma müddəti 2 ay uzadılmışdır. İşin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2(060)-717/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspert rəyi məhkəməyə daxil olanadək mülki işin icraatı dayandırılmışdır. İşin materiallarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/3348 saylı ekspert rəyi mövcuddur. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, ekspertizanın keçirilməsi üçün 100 manat məbləğində tədqiqatın dəyəri müəyyənləşdirilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/3348 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, ********** VÖEN-nin xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2010-cu il buraxılışlı “X28” markalı, H-021-7058 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 19246 manat müəyyən edilmişdir. İşin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2(060)-717/2023 saylı qərardadı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə icraat təzələnmişdir. İşin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2(060)-717/2023 saylı qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyi əsası ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanması qərara alınmışdır. İddiaçı “Paşa Sığorta» ASC-nin nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə verərək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək məzuniyyətində olmuşdur. Bu səbəblə məhkəmə iclasında iştirak edə bilməmişdir. Qeyd edilənləri nəzərə alaraq, baxılmamış qərardadının ləğv edilərək, işin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. İddiaçı “Paşa Sığorta» ASC-nin nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə verərək, qeyd olunan iclasda məzuniyyətdə olması səbəbindən iştirak edə bilmədiyini qeyd etmişdir. Qeyd olunan xüsusatların nəzərə alınaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, ərizədə qeyd olunan xüsusatların nəzərə alınaraq ərizənin təmin olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 355-İ nömrəli əmrdən çıxarışdan görünür ki, "xxxx" ASC-nin hüquqşünası Nümayəndə1 Əjdər qızına 01-13 avqust 2023cü il tarixlərində 13 təqvim günü müddətinə ödənişli əmək məzuniyyəti verilməsi, Nümayəndə1 öz vəzifələrinin icrasına 14 avqust 2023-cü il tarixdən qayıtması əmr edilmişdir. İşin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli, 2(060)-717/2023 saylı qərardadı ilə iddiaçı “Paşa Sığorta» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılması” barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-717/2023 saylı qərardadının ləğv edilməsi qərara alınmışdır. İşin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə iddia ərizəsi üzrə tələb olunan əmlakların qiymətləndirilməsi məqsədi ilə ekspertiza təyin olunmuş və ekspertizanın keçirilməsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırılmış, iş üzrə mülki işin icraatı isə dayandırılmışdır. xx.xx.2023-cü il tarixində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 70 saylı rəyi və mülki iş məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair mülki işin icraatının təzələnməsi qərara alınmışdır. İşin materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 70 saylı hesabatından görünür ki, toplanmış məlumatlar nəzərə alınmaqla aparılmış təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, ünvan 3i ünvanında yerləşən 1.7824 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin hazırki real bazar dəyəri 5000 (beş min) manat təşkil etmişdir. İşin materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 30 nömrəli hesab-fakturasından görünür ki, aparılmış tədqiqatın dəyəri 200 manat məbləğində müəyyənləşdirilmişdir. Əsaslandırıcı hissə: Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, 25 yanvar 2019-cu il tarixdə saat 07:40 radələrində H.Z.Tağıyev-Sahil yolunun Qaradağ rayonu, Müşfiq qəsəbəsi ərazisindən keçən 21-ci km-də, X1 Z.Tağıyev qəsəbəsi istiqamətində idarə etdiyi X25 minik markalı, H021705 dövlət qeydiyyat nişanlı avtomobillə qarşıdan əks istiqamətdə hərəkətdə olan Cavabdeh2 idarə etdiyi VAZ-21074 minik markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində VAZ-21074 markalı avtomobilin sürücüsü Cavabdeh2, sərnişinləri X2, X6 xəsarət almaları, X11 aldığı xəsarətlərdən hadisə yerində ölməsi faktı ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılmış, cinayət işi ilə müəyyən olunmuşdur ki, baş vermiş yol nəqliyyat hadisəsi X11 ölməsi faktı üzrə sürücülər Cavabdeh2 və X1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq müəyyən edilməmiş, yol-nəqliyyat hadisəsi Şamil Əhmədovun sükana müdaxilə etməsi nəticəsində yaranmış, X3 əməlində Azərbaycan Respublikası CM-nin 267.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibi olması müəyyən edilmiş, Şamil Əhmədovun əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsindən CM-nin 267.1-ci maddəsinə tövsif edilmiş, Cavabdeh1 ərizə ilə müraciət edərək, əri Şamil Əhmədovun barəsində Azərbaycan Respublikası CM-nin 267.1-ci maddəsi ilə aparılan cinayət təqibinə sonuncunun cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikən sonra ölməsi ilə əlaqədar Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinə razı olduğunu qeyd etmişdir. 01 aprel 2018-ci il tarixli cinayət işinin icraatına xitam verilməsi barədə qərara əsasən qərarın təsviri hissəsində şərh edilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə Cavabdeh2 və X1 əməllərində cinayət tərkibi olmadığından onların barəsində cinayət işinin icraatına xitam verilməsi, qərarın təsviri hissəsində şərh edilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə X11 əməlinin CM-nin 263.2-ci maddəsindən CM-nin 267.1-ci maddəsinə tövsif edilməsi və təqsirləndirilən şəxs qismində cəlb edilməli şəxs öldüyündən barəsində cinayət işinin icraatına xitam verilməsi, X25 markalı, H021705 və VAZ-21074 minik markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmalı və sahiblərinə qaytarılması qərara alınmışdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli Qərarına istinadən qeyd edir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin hüquqazidd əməl nəticəsində "xxxx" ASC tərəfindən “avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış H021705 dövlət qeydiyyat nişanlı, “X25” markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuş, baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən H021705 dövlət qeydiyyat nişanlı, “X25” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər müəyyənləşdirilməsi üçün təmir mərkəzinə təqdim olunmuş, avtomobilin təmiri üçün fərdi sahibkar X15 tərəfindən verilmiş zərər aktına əsasən sığortalı H021705 dövlət qeydiyyat nişanlı, “X25” markalı avtonəqliyyat vasitəsinə ümumilikdə 26855.30 manat məbləğində zərər dəyməsi məlum olmuş, nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən təmirə yönləndirilmişdir. xx.xx.2019-cu il tarixli sığorta aktına əsasən “BP Exploration (Caspian Sea) Limited” şirkətinə məxsus X25 (H 021 705) avtonəqliyyat vasitəsi 29630.37 manat məbləğində tam sığortalanmış, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiq qəsəbəsində sığorta şəhadətnaməsi və predmeti üzrə birinci hadisə baş vermiş, 26855.30 manat zərər dəymiş, 26755.30 manat sığorta ödənişi olmuş, 26755.30 manat zərər məbləği avtomobilin təmiri üçün fərdi sahibkar X12 hesabına köçürülmüşdür. Hazırda iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin ödənilmiş sığorta ödənişinin əvəzini tələb edir. Məhkəmə Cavabdeh1 iddia müddətinin (müqavilə öhdəliyindən) tətbiqi ilə bağlı ərizəsinə münasibətdə qeyd olunmasını zəruri hesab edir ki, hazırki iddia tələbinin hüquqi əsası iddia müddətinin tətbiqinin müddətlə bağlı müqavilə öhdəliyi ilə bağlı hüquqi əsas müəyyən edilmədiyindən tətbiq edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır (883.1.). Sığorta obyekti sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyidir (886.1.). Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir (888.1.). Mülki Məcəlləyə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur (936.1.). Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir (936.2.). Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər (936.5.). Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir (936.6.). Məhkəmə aşağıdakı maddi hüquq normalarının tətbiq olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.3-cü maddəsinə görə qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. G.Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2015-ci il tarixli qərarına əsasən Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1153-cü maddəsi). Qeyd olunan maddələrdə göstərilənlərə aliment öhdəlikləri, yaşayış sahəsindən istifadə hüququ, miras qoyanın sağlamlığına dəymiş zərərin ödənilməsi öhdəlikləri və s. aid etmək olar. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquqlar (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və s. əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə müvafiq olaraq vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mülki Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Bundan əlavə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsinin qərarında həmçinin qeyd olunur ki, Mülki Məcəllənin 558-ci maddəsinə əsasən əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də təqsiri müəyyən edilmiş şəxsin ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Göründüyü kimi X11 əməli nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş, adıçəkilən şəxs həmin hadisə zamanı vəfat etmiş və onun təqsirli hərəkəti nəticəsində H021705 dövlət qeydiyyat nişanlı, “X25” markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuş, 26855.30 manat zərər dəymiş, 26755.30 manat sığorta ödənişi olmuş, 26755.30 manat zərər məbləği avtomobilin təmiri üçün fərdi sahibkar X12 hesabına köçürülmüş, iddiaçı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin ödənilmiş sığorta ödənişinin əvəzini tələb etmişdir. Dəymiş zərərin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, zərər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023cü il tarixli, 9/3348 saylı ekspert rəyinə əsasən nəzəri hesablama yolu ilə, ********** VÖEN-nin xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2010-cu il buraxılışlı “X28” markalı, H-021-7058 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 19246 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Həmin Məcəllənin 206.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Məhkəmə dəymiş zərərin məbləğinin Cavabdeh1 tutulması hissəsinə münasibətdə qeyd edir ki, cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarın təsviri hissəsindən və elektron informasiya sistemindən alınan məlumata əsasən mərhum X11 vərəsəsi xx.xx.1957-ci il təvəllüdlü arvadı Cavabdeh1 olması faktı aşkar olunmuşdur. Daha sonra məhkəmə tərəfindən sorğular verilmiş və sorğulara müvafiq olaraq notariat işi məhkəməyə təqdim olunmuş və müəyyən olunmuşdur ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2019-cu il tarixdə ölmüş X11 vərəsəsi Cavabdeh1 mənzil ilə bağlı Azərbaycan Respublikası, Müdafiə Nazirliyinin balansında olduğu üçün (mənzil özəlləşdirilməmiş) miras əmlak hesab edilə bilməz, miras əmlakdan 1/1 hissədə pay almış, şəhadətnamə verilən miras-əmlak Azərbaycan Respublikası, Müdafiə Nazirliyi 109 saylı Hərbi Hissənin xx.xx.2019-cu il tarixli, 2294 saylı arayışa əsasən ödəniləcək 3 aylıq əmək haqqının 660.42 manat pul məbləğindən ibarət olduğu, digər şəhadətnaməyə əsasən verilən miras-əmlak Azərbaycan Respublikası, Müdafiə Nazirliyi 109 saylı Hərbi Hissənin xx.xx.2019-cu il tarixli, 1618 nömrəli məktubuna əsasən N manat pul məbləğindən ibarət olduğu müəyyən edilmişdir. ünvan 3i ünvanında yerləşən 1.7824 ha kənd təsərrüfatı təyinatlı topraq sahəsi üzərində 29 dekabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə mərhum X11 7 nəfər ilə ümumbirgə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı müəyyən edilmiş, məhkəmə tərəfindən həmin torpaq sahəsinin qiymətləndirilməsi ilə bağlı ekspertiza təyin edilmiş və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabatına əsasən, ünvan 3i ünvanında yerləşən 1.7824 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin hazırki real bazar dəyəri 5000 (beş min) manat təşkil edildiyi müəyyən edilmişdir. Məhkəmə miras qalmış əmlakların toplam dəyərinin yəni, (660.42+146+(5000/7=714.28) 1520.7 (bir min beş yüz iyirmi manat yetmiş qəpik) manat hissəsinin Cavabdeh1 tutulması hissəsində əsaslı hesab edir. Ona görə də bu hissədə iddia tələbi qismən təmin edilməli, qalan hissədə isə iddia tələbi təmin edilməməlidir. Məhkəmə iddiaçının nümayəndəsinin sonuncu keçirilmiş ekspertizanın nəticələrini mötəbər sübut kimi növündə qəbul etməməsi hissəsinə münasibətdə qeyd edir ki, onun tərəfindən bunu əsaslandıran sübutlar məhkəməyə təqdim olunmamışdır. Ona görə də hal-hazırki vəziyyətdə həmin qiymətləndirmə məhkəmə üçün əsaslı sübut hesab edilir. Məhkəmə iddia tələbinin Cavabdeh2 tutulması hissəsinə münasibədə qeyd edir ki, cavabdehin baş vermiş yol-nəqliyyat hadisəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən təqsiri müəyyən edilmədiyindən baş vermiş zərərin ondan tutulması hissəsi əsassızdır. Məhkəmə iddia tələblərinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman yüksək təhlükə mənbəyi olan avtomobil X10 məxsus olduğundan, Cavabdeh2 etibarnamə əsasında nəqliyyat vasitəsini idarə etdiyindən, lakin zərərin vurulmasında təqsirli olan şəxs X16 nəqliyyat hadisəsi zamanı vəfat etdiyindən, həmin mənbənin vurduğu zərərə görə sonuncunun varisi miras-əmlak həddində məsuliyyət daşımalıdır. Ona görə də iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 1520.7 (bir min beş yüz iyirmi manat yetmiş qəpik) manat məbləğində sığorta ödənişi, həmçinin 35.21 (otuz beş manat iyirmi bir qəpik) manat ödənilmiş dövlət rüsumu məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə verilməli, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddia tələbinin təmin edilmiş 1520.7 manatına uyğun olan dövlət rüsumu, yəni 35.21 manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Həmin Məcəllənin 1308-ci maddəsinə əsasən vəsiyyət edən bütünlüklə borcun və ya onun bir hissəsinin ödənilməsini bir və ya bir neçə vərəsəyə həvalə edə bilər. Həmin Məcəllənin 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Məhkəmə aşağıdakı prosessual hüquq normalarının tətbiq olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə ekspertiza xərci ilə bağlı hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, ekspertiza xərci 100 manat təşkil etdiyindən, avtomobilin təmir-bərpa xərci 19246 manat müəyyən edilərək, Cavabdeh2 münasibətdə iddia tələbi təmin edilmədiyini nəzərə alaraq, (1520.7/19246x100%=7.9) Cavabdeh1 ekspertiza xərci olaraq 7.9 manat, iddiaçı "xxxx" ASC-dən isə 92.1 manat Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə müstəqil qiymətləndiricinin xərci ilə bağlı hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, müstəqil qiymətləndirici xərci 200 manat təşkil etdiyindən, avtomobilin təmir-bərpa xərci 19246 manat müəyyən edilərək, Cavabdeh2 münasibətdə iddia tələbi təmin edilmədiyini nəzərə alaraq, (1520.7/19246x100%=15.8) Cavabdeh1 müstəqil qiymətləndiricinin xərci olaraq 15.8 manat, iddiaçı "xxxx" ASC-dən isə 184.2 manat alınaraq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi”nə dair iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 1520.7 (bir min beş yüz iyirmi manat yetmiş qəpik) manat məbləğində sığorta ödənişi, həmçinin 35.21 (otuz beş manat iyirmi bir qəpik) manat ödənilmiş dövlət rüsumu məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə verilsin. İddia tələbi Cavabdeh2 münasibətdə və qalan hissədə təmin edilməsin. Cavabdeh1 müstəqil qiymətləndirici tədqiqatının dəyəri qismində 15.8 (on beş manat səksən qəpik) manat və iddiaçı "xxxx" ASC-dən 184.2 (bir yüz səksən dörd manat iyirmi qəpik) manat tutularaq "xxxx" MMC-nin (H/h:AZ66AİİB********************, Kapital Bank ASC-nin Nərimanov filialı, KOD 200093, icraçının VÖENi **********, S.W.İ.F.T AİİBAZ2X, VÖEN **********, Hesab AZ37NABZ********************) hesabına keçirilsin. Cavabdeh1 ekspertiza tədqiqatının dəyəri qismində 7.9 (yeddi manat doxsan qəpik) manat və iddiaçı "xxxx" ASC-dən 92.1 (doxsan iki manat on qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar