Məhkəmə qərarları › İş №e-2(125)-1459/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1459/2023

29.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1459/2023 29.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Nümayəndə cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan “Mitsubishi Outlander” markalı, **-DK-*** dövlət nömrə nişanlı avtomaşına dəymiş zərər nəticəsində 1031 manat sığorta ödənişini və ödənilmiş 30,31 manat məbləğində rüsumun cavabdehlərdən alınaraq ona verilməsinə dair iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bundan başqa iddiaçı Nümayəndə ərizəsinə əsasən o, əsl İddiaçı ilə əvəz edilmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi “Mitsubishi Outlander” markalı, **-DK-*** dövlət nömrə nişanlı avtomaşını Gəncə şəhəri, Atatürk prospekti, 265A ünvanında qanunla icazə verilmiş yerdə park etmişdir. Həmin tarixdə saat 16:45 radələrində Cavabdeh2 idarə etdiyi **-CA-*** dövlət nömrə nişanlı VAZ 2106 markalı avtomaşınla yol hərəkəti qaydalarını pozmaqla qəza törətməsi nəticəsində “Mitsubishi Outlander” markalı, **-DK-*** dövlət nömrə nişanlı avtomaşına ziyan dəymişdir. Dəymiş ziyan "xxxx" ASC-nin nümayəndəsi tərəfindən qiymətləndirilərək dəymiş zər məbləği 350 manat müəyyən edilmişdir. Qiymətləndirmənin reallıqdan kənar və qeyri-obyektiv aparılmasını sübut etmək məqsədi ilə “X1” şirkətinə müraciət etmiş və “X1” şirkəti tərəfindən avtomaşının sıradan çıxmış hissələrinə dəymiş zərər qiymətləndirilərək, cəmi 1031 manat müəyyən edilmişdir. Buna baxmayaraq "xxxx" ASC tərəfindən avtomaşına dəymiş bütün zərərə görə 350 manat hesablanmışdır. “X1” şirkəti tərəfindən müəyyən edilmiş məbləğ əvəzlənməli olan 3 hissənin və təmir xərclərinin dəyəridir. Sığorta şirkəti dəymiş zərərin ödənilməsindən qismən yayınmaq məqsədilə qiymətləndirməni onunla razılaşdırılmadan və ehtiyat hissələrinin dəyərindən qat-qat aşağı qiymətləndirmişdir. Buna görə də avtomaşına dəymiş zərərin məbləğinin hesablanması üçün müstəqil ekspert təyin olunmasına dair xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Həmçinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə razı deyildir. Avtomobilə dəymiş 1031 manat maddi ziyanın cavabdehlərdən müştərək qaydada tutulmalı olduğunu qeyd edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, yol hərəkəti qaydaları pozması nəticəsində cərimə edilmiş və cərimə məbləğini ödəmişdir. Avtomaşına dəymiş zərər isə sığorta şirkəti tərəfindən qarşılanmalıdır. Bu “İcbari sığortalar haqqında” Qanunda da öz əksini tapmışdır. İddiaçı mübahisəli məsələni sığorta şirkəti ilə həll etməli olduğu halda, əsassız olaraq onu da cavabdeh qismində işə cəlb etmişdir. İddianın ona aid olan hissədə rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh ləğv prosesində olan "xxxx" ASC yə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasın gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- AD 080264 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mitsubishi Outlander” minik markalı, **-DK-*** qeydiyyat nişanlı avtomobil İddiaçı məxsusdur. Göygöl rayon notariat ofisi tərəfindən xx.xx.2020-ci il tarixdə, 7E-644 reyestr nömrə ilə təsdiq edilmiş nəqliyyat vasitəsinin istifadə edilməsinə dair etibarnamənin surətindən görünür ki, mülkiyyətçi İddiaçı “Mitsubishi Outlander” markalı, **-DK-*** qeydiyyat nömrə nişanlı avtomobili Nümayəndə idarə etmək üçün etibar etmişdir. xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Gəncə şəhər DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, “Mitsubishi Outlander” markalı, **-DK-*** qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərərin məbləği 350 manat müəyyən edilmişdir. “X1” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, “Mitsubishi Outlander” markalı, **-DK-*** qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərərin məbləği 1031 manat müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən Nümayəndə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 1154/22 nömrəli məktubdan görünür ki, 350 manat məbləğ onu qane etmədiyinə görə müstəqil ekspertin təyin edilməsi məqsədilə "xxxx" ASC-nin Gəncə nümayəndəliyinin əməkdaşı Mübariz Cəfərova müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/2737 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “X1” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2014-cü il buraxılışlı “Mitsubishi Outlander” markalı, **-DK-*** qeydiyyat nömrə nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 445 manat müəyyən edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra- İcbari sığortalar haqqında Qanun) icbari sığortanın prinsiplərindən bəhs edən 3-cü maddəsində icbari sıgortanın prinsipləri qeyd olunmuşdur. Həmin pirinsiplərdən biri də sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı; sığorta hadisələrinin nəticələrinin aradan qaldırılması, habelə sığorta ödənişlərinin məhz bu məqsədlər üçün istifadəsinin təminatı kimi qeyd olunmuşdur. (mad.3.1.2, 3.1.4) İcbari sığortalar haqqında Qanunun 20.2-ci maddəsinə əsasən bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Qeyd olunan qanunvericilikdən görünür ki, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı dəymiş 445 manat maddi ziyan sığortaçı LPO "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi Cavabdeh2 münasibətdə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Cavabdeh2 yol nəqliyyat hadisəsi törədərkən idarə etdiyi 01CA524 qeydiyyat nişanlı avtomobil icbari sığorta olunduğundan ona münasibətdə iddia əsassız olduğundan təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 30 manat dövlət rüsumu və iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri cavabdeh LPO "xxxx" ASC-yə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh LPO "xxxx" ASC-dən 445 (dörd yüz qırx beş) manat pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat cavabdeh LPO "xxxx" ASCdən alınaraq Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** hesaba ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə Gəncə Şəhər Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar