Məhkəmə qərarları › İş №e-2-2(113)-105/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-105/2025

12.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-105/2025 12.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən azad edilməsi, torpaq sahəsində cavabdeh tərəfindən tikilən tikilinin cavabdehin hesabına sökülməsi və cavabdehin öz əşyaları ilə birgə torpaq sahəsindən çıxarılması” tələbinə dair (bundan sonra 1-ci iş), Cavabdeh MMC-nin cavabdehlər X6 və İddiaçı qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) torpaq sahəsindən çıxarılma tələbinə dair (bundan sonra 2-ci iş) iş üzrə kommersiya mübahisəsi (açar sözlər: mülkiyyətin müdafiəsi, torpaq sahəsindən çıxarılma, tikililərin sökülməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, birinci iş üzrə iddiaçının, ikinci iş üzrə cavabdehlərdən İddiaçı nümayəndələri və vəkilləri, X4 isə vəkilləri Vəkil1 və Vəkil2, birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh MMC-nin vəkili Vəkil3, nümayəndə və vəkili Vəkil4 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən azad edilməsi, torpaq sahəsində cavabdeh tərəfindən tikilən tikilinin cavabdehin hesabına sökülməsi və cavabdehin öz əşyaları ilə birgə torpaq sahəsindən çıxarılması” tələbinə dair (bundan sonra 1-ci iş), Cavabdeh MMC-nin cavabdehlər X6 və İddiaçı qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) torpaq sahəsindən çıxarılma tələbinə dair (bundan sonra 2-ci iş) kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı (bundan sonra – 1-ci iş üzrə iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən azad edilməsinə, iddiaçıya məxsus torpaq sahəsində cavabdeh tərəfindən tikilən tikilinin cavabdehin hesabına sökülüb çıxarılmasına, o cümlədən cavabdehin öz əşyaları ilə birgə iddiaçıya məxsus torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh MMC (bundan sonra 2-ci iş üzrə iddiaçı) iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X4 əşyaları ilə birlikdə Cavabdeh MMCnin icarəsində olan Bakı şəhəri Qaradağ rayonu Salyan şossesi 16-cı kilometr ünvanda yerləşən 7057,5 m2 torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3014/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh MMC-nin cavabdeh X9 və İddiaçı qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair hazırkı iş Bakı Kommersiya Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh MMC-yə qarşı torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən azad edilməsi, torpaq sahəsində cavabdeh tərəfindən tikilən tikilinin cavabdehin hesabına sökülüb çıxarılması və cavabdehin öz əşyaları ilə birgə torpaq sahəsindən çıxarılması tələbinə dair e-2-2(113)-1383/2024 saylı işlə bir icraatda birləşdirilmişdir. İş (bundan sonra 2-ci iş üzrə iddiaçı) Bakı Kommersiya Məhkəməsində baxılarkən iddiaçı Cavabdeh MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehlər X4 və İddiaçı əşyaları ilə birlikdə Cavabdeh MMC-nin icarəsində olan Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 16-cı km ünvanında yerləşən 7057,5 kvm torpaq sahəsindən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir 1-ci iş üzrə iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bakı-Salyan şossesi, 15km.1 ünvanında yerləşən Əmlak kompleksi iddiaçının xüsusi mülkiyyətindədir. Sözügedən əmlak kompleksinin yerləşdiyi 31832.3 kvm torpaq sahəsi isə iddiaçının qanuni istifadəsində və sahibliyindədir. İddiaçının qanuni istifadəsində olan 31832.3 kvm torpaq sahəsinin 0.56 ha hissəsi cavabdeh şəxs tərəfindən qanunsuz olaraq zəbt edilmiş və sahiblənilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023cü il tarixli mütəxəssis rəyi ilə bu hal öz təsdiqini tapır. Belə ki, cavabdeh tərəf özünə məxsus torpaq sahəsinin hüdudlarından kənara çıxaraq iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsini də zəbt etmiş və qanunsuz istifadə etmişdir. Cavabdeh hal-hazırda da iddiaçıya məxsus torpaq sahəsini zəbtdə saxlayaraq tikinti işləri aparmaqdadır. 1-ci iş üzrə iddia tələbinin maddi hüquqi əsası kimi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə istinad olunmuşdur. 2-ci iş üzrə iddia ərizəsi onunla əsaslandırılmışdır ki, hüquqi şəxs Cavabdeh MMCnin xüsusi mülkiyyətində ümumi sahəsi 0,4146 ha-dan ibarət olan torpaq sahəsi vardır. Eyni zamanda, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh MMC arasında bağlanmış 621 nömrəli 15 iyul 2021-ci il tarixli müqavilə əsasında həmin ünvanda yerləşən 7057,5 m2 torpaq sahəsi xx.xx.2023-cü il tarixədək Cavabdeh MMC-nin icarəsinə verilmişdir. Hər iki daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı mövcuddur. Lakin istifadədə olan həmin torpaq sahəsi Cavabdeh MMC-nin qanuni istifadəsinə verilməsinə baxmayaraq, cavabdeh X7 tərəfindən qeyriqanuni olaraq zəbt edilmişdir və mülkiyyətçinin istifadəsinə maneələr törədir. Dəfələrlə mübahisəli sahəni boşaldaraq təhvil verilməsi təklif edilsə də, cavabdeh qanuni tələbin yerinə yetirilməsindən yayınmışdır. Beləliklə, cavabdeh iddiaçının mülkiyyət hüquqları pozaraq mübahisəli ərazidən çıxmaqdan imtina etmişdir. Halbuki, cavabdehə məxsus olan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Bakı-Salyan şossesi 15-ci km., 1 ünvanda yerləşən, dövlət qeydiyyatına alınmış 2418,1 m2 torpaq sahəsi, faktiki isə 0,2713 ha təşkil edən daşınmaz əmlak vardır. Göründüyü kimi, iddiaçının xüsusi mülkiyyətində və icarəsində olan torpaq sahələri ilə cavabdehin istifadəsində olan torpaq sahəsi və onun üzərindəki daşınmaz əmlakın ünvanları fərqlidir, həmin ünvanlar qonşudurlar, torpaq sahələrinin sərhədləri üst üstə düşmür. Lakin cavabdeh istifadəsində olan 0,2713 ha torpaq sahəsindən kənarda yerləşən və iddiaçı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanmış 621 nömrəli 15 iyul 2021-ci il tarixli müqavilə əsasında iddiaçının icarəsində olan Bakı şəhəri Qaradağ rayonu Salyan şossesi 16-cı km. ünvanda yerləşən 7057,5 m2 torpaq sahəsindən iddiaçının istifadə etməsinə müdaxilələr edir, iddiaçının icarəsində olan həmin torpaq sahəsindən istifadə etməklə iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarını kobud şəkildə pozur. Belə ki, cavabdeh özünə məxsus olan bəzi əşyaları mübahisəli torpaq sahəsinə yerləşdirməklə iddiaçının icarəsində olan sözügedən torpaq sahəsindən təyinatı üzrə istifadə etməyə, həmin təyinatı üzrə torpaq sahəsində səmərəli fəaliyyət üçün zəruri olan tikinti işləri aparmağa və avadanlıqlar quraşdırmağa, habelə torpaq sahəsindən istifadə zamanı qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirməyə və vəzifələri icra etməyə, torpaq sahəsindən icarə müqaviləsinin şərtlərinə müvafiq surətdə istifadə etməyə əsassız və qanunsuz maneə törədir. Bunun nəticəsində isə iddiaçının bir icarəçi olaraq icarə əsasında istifadəsində olan torpaq sahəsindən istifadəyə olan hüquqları, həmin torpaq sahəsinə cavabdehin hər-hansı aidiyyətinin olmamasına baxmayaraq, cavabdeh tərəfindən qanunsuz olaraq pozulur. İddiaçı tərəfindən cavabdehə dəfələrlə izah edilmişdir ki, onun iddiaçının icarəsində olan torpaq sahəsinə qanunsuz daxil olması, iddiaçının hüquqlarını pozması, bir icarəçi olaraq vəzifələrinin icrasına maneə törətməsi qanunsuzdur. Dəfələrlə iddiaçı tərəfindən cavabdehə təklif edilmişdir ki, bu qanunsuz hərəkətlərindən əl çəksin. Lakin cavabdeh öz qanunsuz hərəkətlərindən əl çəkmir, əksinə onları daha da aktiv bir surətdə davam etdirir. 2-ci iş üzrə iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Torpaq Məcəlləsini 66.2, 67.1, 67.3, 67.4, 68, 81,84, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 157.8, 158.1.2, 165.1, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 34-cü maddələrinə və Azərbaycan Respublikasının Konstitusiyasının 60.1-cı bəndinə istinad olunmuşdur. Məhkəmə iclasında iştirak edən 1-ci iş üzrə iddiaçının, 2-ci iş üzrə cavabdehlərdən İddiaçı nümayəndə/vəkili, X4 vəkili Vəkil1 məhkəmə iclasında 1-ci iş üzrə iddia tələbini müdafiə edərək, əlavə olaraq bildirmişdir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdə onlar tərəfindən təqdim edilmiş mütəxəssis rəyi var idi. Həmin mütəxəsis rəyi ilə daha sonra iş üzrə əldə edilmiş mütəxəssis rəyi üst-üstə düşür. Sadəcə bir fərq var və həmin fərq ondan ibarətdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mütəxəssis qeyd edir ki, onların koordinatları səhv işlənilmişdir və baza məlumatları ilə üst-üstə düşmür. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mütəxəssisi tərəfindən də, o cümlədən başqa hər hansı bir səlahiyyətli şəxs tərəfindən aydınlıq gətirilmir ki, səhv nəyə görə Baş planda deyil, koordinatlardadır, səhv olduğu təqdirdə nəyə görə onlara 2-ci dəfə texniki pasport 2022-ci ildə eyni koordinatlar üzərində işlənilib verilmişdir. Düzdür bu hazırkı məhkəmənin araşdırılmalı olan hal deyil. Çünki məhkəmə işin hər tərəfli araşdırılması, obyektiv qənaətə gəlinməsi üçün işi ekspertizaya göndərmişdi. Ekspert isə ona təqdim edilmiş mütəxəssis rəyini təsdiqləyərək öz rəyini tərtib edərək məhkəməyə göndərmişdir. Lakin daha sonra məhkəmə prosesi gedişatında yerli baxış təyin edilmiş və mütəxəssis rəyinin izahlı sxemi məhkəməyə təqdim edilmişdi hansı ki ekspertin bundan xəbəri yoxdur. Bu rəyi təsdiq edib-etməməsi, o cümlədən də həmin sxemə dair suallara ekspert kimi aydınlıq gətirilməsini zəruri hesab etmişdir. məhkəməyə təqdim edilmiş sxemin kim tərəfindən hazırlanması qeyd edilməmişdir. Sənədlərin tərtib edilmə qaydası var və ona riayət olunmalıdır.Çünki sxemin tərtib edilməsində, verilmiş Baş Planla bağlı məsələdə məsuliyyət kimin üzərində olması halı var. Ekspert öz rəyində mütəxəssis rəyinə əsaslanaraq qeyd edir ki, İddiaçı məxsus torpaq sahəsinin texniki pasportunda RR Caspi MMC-yə icarəyə verilmiş torpaq sahəsinin bir hissəsinin üst-üstə düşmə halları vardır. Sadəcə həmin sxem üzrə göstərməklə qeyd edib ki, onlara verilmiş texniki pasportda xəta mövcuddur. Mütəxəssisin iştirakı ilə yerində baxış keçirilməsinin nəticələrinə dair mütəxəssis tərəfindən məhkəməyə izahlı sxem təqdim olunmuşdur. Halbuki, bu izahlı sxem ekspertin iştirakı olmadan mütəxəssis tərəfindən hazırlanmışdır. İzahlı sxemdən ekspertin xəbəri yoxdur. Həmçinin ekspert həmin ərazidə də olmamış və mütəxəssis rəyini olduğu kimi təsdiqləmişdir. Ekspertiza təyin edilərkən ekspert tərəfindən mübahisəli torpaq sahəsinə baxış həyata keçirilməmişdir. Belə olan halda ekspertin cari sxemi daha əvvəl ekspert tərəfindən imzalanmış və məhkəməyə təqdim edilmiş ekspert rəyi ilə birgə müqayisəli şəkildə qiymətləndirməsi, həmin sxemi təsdiq edib-etməməsi, habelə, eksperti rəyi ilə birgə müqayisəli formada məhkəməyə və tərəflərə izah etməsi zərurəti yaranmışdır. Məhz buna görə də işin tam, hərtərəfli araşdırılmasının təmin edilməsi üçün iş üzrə ekspert rəyi vermiş ekspertin məhkəmə baxış iclasında dindirilməsini xahiş etmiş, ekspertin dindirilməsinin hazırkı iş üzrə zəruri olduğunu hesab etmişdir. Mütəxəssis yerində baxış zamanı bilərəkdən və qəsdlə müəyyən məlumatları məhkəmədən gizlətmişdir. Hansı ki mütəxəssis öz rəyində “qonşu əraziyə hər hansı üs-üstə düşmə halı yoxdur” məsələləri qeyd etsə də birbaşa yerli müayinədə iştirak edən zaman üst-üstdə düşmə halının olduğunu təsdiqlədi. Açıq-aşkar şəkildə orada verilən suallara cavab olaraq, həmçinin bildirdiklərindən də məlum oldu ki, verdiyi rəydə ziddiyyətlər var və bu onun birbaşa olaraq bu işdə qərəzli olduğunu göstərməyə kifayət qədər əsas verir. Belə ki, işin nəticəsindən asılı olmayaraq həmin şəxs barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Verdiyi sxemdə də İddiaçı qarşı qərəzli mövqeyini qoymuşdur. Sxemdə 4-cü sahədə göstərilən bizimlə üst-üstə düşən hissədə hansı ki, dövlət tərəfindən onların icarəsinə verilibdi 5-ci sahədə göstərilən hissədə bizim koordinatlar daxilimizdə olsa da ümumiyyətlə cavabdeh tərəfin ora hər hansı hüququnu müəyyən edən sənəd yoxdur. Bizdə isə koordinatlar daxilində göstərilən hissədir hansı ki, mütəxəssis qeyd edir ki, həmin ərazi Xəzər dənizinin mühafizə zolağına düşür. Lakin görünən odur ki, cavabdeh tərəf Xəzər dənizinin mühafizə zolağına düşən hissədən qanunsuz istifadə edir. Hər bir halda texniki pasportda göstərilən koordinatlar üzrə bizim əraziyə düşür. 4-cü ərazi üzrə qeyd etdikləri kimi dövlət tərəfindən qeydə alınmış istifadə hüquqları olsa da 5-ci sahə üzrə onların ümumiyətlə hər hansı hüququ yoxdur.Ümumiyyətlə bütün çıxarışlarda zolaqlı xətt zəbt olunmuş ərazi kimi göstərilir. Burada “əlavə torpaq sahəsi” kimi qeyd edilib. Əlavə torpaq sahəsi anlayışı yoxdur. Zəbt olunmuş və ya faktiki istifadə olunma anlayışlarından istifadə olunmalıdır. Sxemdə qeyd edilən 5 nömrəli torpaq sahəsi İddiaçı məxsus **********30-12301 reyestr nömrəli ƏK-nin Texniki pasportunda qeyd edilən baza məlumatlarına və baş plana uyğun olmayan koordinatların RR Caspi MMC-nin faktiki icarəsində və istifadəsində olan sahəyə düşən hissə kimi qeyd edilmişdir. 5 nömrəli zolağın RR Caspi MMC-yə münasibətdə hansı rolunun olduğu məlum deyil. Fakt bazadakı yerlə bugunki gündəki yer üst-üstə düşür. Sxemdə 5 nömrəli yeri onlara faktiki istifadə kimi qeyd etmiş, lakin onlara münasibətdə zəbt edilmiş kimi qeyd edilmişdir.Hazırda da onlara verilmiş texniki pasport qüvvədədir. 2022-ci ildə mübahisə başlandıqdan sonra da texniki pasport yenidən işlənilmiş, təsdiq edilmiş və həmin əsaslarla İddiaçı təqdim edilmişdir. Tərəflər arasında mübahisə başlandıqda torpağın mülkiyyətçisi Zeynalov Müslüm idi. Daha sonra onun keçirdiyi xəstəlik ilə bağlı həmin sahəni övladına bağışladı. Həmin texniki pasportda göstərilmiş koordinatların üçündə səhvlik olduğu qeyd edilir. Üç koordinatın hər biri on iki rəqəmdən ibarətdir və həmin koordinatlar ora işlənilərkən X5 ərazisi nəzərə alınaraq işlənilmişdir. Həmin ərazinin onlara aid olmasını təsdiq edən digər bir əsas da digər iş üzrə iddia qaldırılarkən həmin ərazidən keçən arakəsmə və həmin ərazidə olan X5 Xəzər sahilinə çimərliyə doğru çıxan cığır idi. Onlar hesab edir ki, daha sonra RR Caspi MMC tərəfindən zəbt edilmişdir. İstifadə müddəti ərzində həmin arakəsmə və cığır dağıdılmışdır. Bunu təsdiq edən həmin ərazinin fotoşəkillər iş materiallarına əlavə edilib. Nəticə etibari ilə qüvvədə olan texniki pasport ola-ola mütəxəssis bu formada rəy verməsi və ekspertin də mövcud olan, qeyd edilən xəta hissəni araşdırmadan mütəxəssisi rəyini təsdiqləyərək rəy verməsi düzgün deyil. Buna baxmayaraq hesab edir ki, həmin ərazidə kəsişmə var və iddiaları əsaslıdır. Xəta ilə bağlı hazırda araşdırmaları var və müvafiq orqanlara müraciət ediləcəkdir. İlkinlik prinsipi əsas götürülərək həmin ərazi kimin texniki pasportunda işlənmişdisə həmin texniki pasporta da uyğun olaraq faktiki sahiblik və istifadə müəyyən edilməlidir. Kəsişən hissələrdən biri ilə bağlı mövqeləri budur. Digəri, yəni Xəzərin sahilyanı ərazisi ilə bağlı mövqeləri budur ki, texniki pasportda həmin ərazi onlara verilmişdir. Qarşı tərəfə isə hər hansı bir formada icarəyə verilməmişdir, verilə də bilməz və o cümlədən də qarşı tərəfin texniki pasportunda və ya icarəsində bununla bağlı hər hansı bir qeyd aparılmamışdır. Cavabdeh MMC oradan istifadə üçün xüsusi razılıqları olduğunu qeyd etsə də xüsusi razılıqla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Hesab edir ki, Xəzər sahili ərazi ümumi istifadədə olan ərazi olmalıdır. İstənilən şəxs oradan istifadə edə bilər. Çünki məhkəmə proseslərində cavabdeh tərəf iddiaçının oraya subyektiv hüququnun olmadığını bildirirdi. Cari situasiyada qarşı tərəfin həmin ərazidən istifadəyə dair hər hansı formada hüquqi əsası mövcud deyil. Həmçinin qeyd olunan ərazidə 2-ci iş üzrə iddiaçının istinad etdiyi kimi onların hər hansı əşyası orada qalmamışdır.İddianı təminetmə tədbiri verilən zaman həmin hasar sökülmüş və tikinti materiaları atılmışdır. Sonda 1-ci iş üzrə iddianın təmin, 2-ci iş üzrə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən 1-ci iş üzrə iddiaçının, 2-ci iş üzrə cavabdehlərdən İddiaçı nümayəndə/vəkili, X4 vəkili Vəkil2 1-ci iş üzrə iddianı müdafiə edərək təmin edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, müvəqqəti təminat tədbirinin icrası zamanı mütəxəssis ölçü apararkən onların nümayəndələri mütəxəssisə ölçmə cihazı ilə bağlı sual verdikdə o həmin sualları cavablandıra bilməmişdi. Hansı ölçü cihazından istifadə etməsi məlum deyildir. Həmçinin verdiyi sxemdə də hansı baza məlumatlarından istifadə edildiyi qeyd edilməmişdir. Qarşı tərəf hazırda qanunsuz olaraq həmin torpaq sahəsində hasar çəkildiyini bildirir. Zeynalov Müslüm həmin torpaq sahəsini alanda həmin hasar orada mövcud idi. Həmin dövrdə qarşı tərəf yox idi. Həmin torpaq sahəsi dövlətin balansında olanda sanatoriyanın ərazisi kimi o formada idi və Zeynalov Müslüm də həmin torpaq sahəsini bu formada özəlləşdirib. Sonda 1-ci iş üzrə iddianın təmin, 2-ci iş üzrə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən 1-ci iş üzrə cavabdehin, 2-ci iş üzrə iddiaçının vəkili Vəkil3 2-ci iş üzrə iddianı müdafiə edərək əlavə olaraq bildirmişdir ki, ekspert birbaşa mütəxəssis verdiyi rəyi təsdiqləyərək rəy vermişdir. Qarşı tərəf qeyd edir ki mütəxəssis yerli baxış keçirildikdən sonra mütəxəssis rəyinə əlavə qeyd verib. Lakin mütəxəssis əlavə qeyd deyil, öz verdiyi rəyə izahat verərək öz rəyini təsdiqlədi. İş üzrə etiraz təqdim edilib və etirazdakı arqumentlərdən sonrakı proseslərlə təsdiq edildi. Biz əsas qeyd etmişdik ki qarşı tərəfin texniki pasportunda nöqsanlar var və Baş Plana uyğun deyiıl. Bu fakt halhazırda da ekspert və mütəxəssis rəyi ilə öz təsdiqini tapmışdır. Hesab edir ki, texniki pasport düz olsaydı belə yenə də qarşı tərəf həmin torpaq sahəsinə iddia qaldıra bilməzdi. Çünki onların əlində olan yeganə sənədləri texniki pasportdur. Mövcud qanunvericiliyə görə qarşı tərəf həmin sahəni ya icarəyə götürməli ya da özəlləşdirməlidir. Bu halda həmin torpaq sahəsi üzrə hər hansı iddia irəli sürə bilərdi. Sonda onlara qarşı olan iddia tələbinin rədd, 2-ci iş üzrə olan iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən 1-ci iş üzrə cavabdehin, 2-ci iş üzrə iddiaçının nümayəndə/vəkili Vəkil4 2-ci iş üzrə iddianı müdafiə edərək əlavə olaraq bildirmişdir ki, mütəxəssislə bağlı qeyd edilənlər onun barəsində hər hansı xüsusi qərardadın çıxarılması üçün əsas deyil. Qarşı tərəfin texniki pasportunda qeyd edilən koordinatlar baza məlumatlarına və Baş Plana uyğun olmayan koordinatlardır. Mütəxəssis tərəfindən təqdim edilmiş və Baş Plana əsasən İddiaçı məxsus əmlak kompleksi kimi müəssisənin texniki pasportunda qeyd edilən, baza məlumatlarına və baş plana uyğun olmayan koordinatların Cavabdeh MMC-nin icarəsində və faktiki istifadəsində olan sahəyə düşən hissəsi 0.3652 ha təşkil edir, İddiaçı məxsus əmlak kompleksi kimi müəssisənin texniki pasportunda qeyd edilən, baza məlumatlarına və baş plana uyğun olmayan koordinatların Cavabdeh MMCnin faktiki istifadəsində olan sahəyə düşən hissəsi – 0.1890 ha təşkil edir. Bu sahə Xəzər dənizinin mühafizə zolağında yerləşir. İddiaçı məxsus əmlak kompleksi kimi müəssisənin texniki pasportun baş planına və elektron baza məlumatlarına əsasən torpaq sahəsi– 3.18 ha təşkil edir. Bu torpaq sahəsi həmçinin İddiaçı faktiki istifadəsindədir. Beləliklə, müəyyən olunur ki, İddiaçı «Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bakı-Salyan şossesi, 15 km 1 ünvanında yerləşən qanuni istifadəsində olan 31832,3 ha torpaq sahəsinin 0.56 ha hissəsinin Cavabdeh MMC-nin qanunsuz sahibliyindən azad edilməsinə, torpaq sahəsində Cavabdeh MMC tərəfindən tikilən tikilinin Cavabdeh MMC-nin hesabına sökülüb çıxarılmasına, o cümlədən Cavabdeh MMC-nin öz əşyaları ilə birlikdə İddiaçı məxsus torpaq sahəsindən çıxarılmasına dair» iddia tələbinin heç bir əsası yoxdur. Qarşı tərəfin texniki pasportundan başqa hüquqmüəyyənedici hər hansı sənədi, mötəbər sübutu , bir növ subyekti hüququ yoxdur. Qarşı tərəf öz iddiasının əsası kimi istinad etdiyi və onların iddiaya etirazın əsası kimi istinad etdiyi halları sübut etmək üçün yeganə sənədi texniki pasportudur. Texniki pasport hüquq müəyyənedici sənəd deyil. Torpaq Məcəlləsinin 66-67-cu maddələrində torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər qeyd edilmiş, həmçinin torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi öz əksini tapmışdır. O cümlədən orada qeyd edilmişdir ki, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.Qarşı tərəfin iddia etdiyi torpaq sahəsinin bir hissəsi onların qanuni istifadəsindədir.İcarə müqaviləsi var və icarə hüququ Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyatdan keçmişdir. Bununla bağlı çıxarışları da var. Bir hissə faktiki istifadələrindədir. Lakin digər hissə Xəzər dənizinin Mühafizə Zolağına düşsə də həmin hissəyə qarşı tərəfin də hüququ yoxdur. Müəyyən edildi ki, həmin sahələr onların faktiki və qanuni istifadəsindədir.Buna görə də qarşı tərəfin iddiasının heç bir əsası olmadığı təsdiqləndi. Qarşı tərəfin əşyalarının çoxu onların ərazisində qalmışdır. Mübahisəli torpaq sahəsinə yerli müayinə keçirilən zaman iştirak edə bilmədiyindən bu barədə məhkəməyə məlumat verməmişdir. O zaman hasar çəkilmişdi və müvəqqəti təminat tədbiri olarkən onların hasarı söküldü və qarşı tərəfə məxsus daşlar, kərpiclər onların ərazisində qalmışdı. Foto-şəkillərdə də bu öz əksini tapır.Xəzər dənizinin mühafizə zolağındakı ərazi liman təyinatlıdır, liman kimi istifadə edirlər. Sadəcə hazırda hüquqmüəyyənedici sənəd əldə edə bilmədiklərindən tam olaraq qanuni istifadə edə bilmirlər. Qarşi tərəfin istinad etdiyi yeganə sənəd texniki pasportdur. Texniki pasport hüquq müəyyənedici sənəd deyil. Texniki pasporta istinad edilərək bu iddianın irəli sürülməsi əsassızdır. Bu o deməkdir ki qarşı tərəfin bu iddianı qaldırmasında subyektiv hüququ yoxdur. Ekspertiza təyin edilərək qanuni istifadədə olan torpaq sahələrinin üst-üstə düşmədiyi təsdiqləndi. Mütəxəssis və ekspert rəyinə əsasən də müəyyən edilib ki, texniki pasportda göstərilən koordinatlar Baza və Baş Plana uyğun deyil. Onların faktiki istifadəsində olan Xəzər dənizinin zolağına istinad edirlər. İddia əsassızdır. Qaradağ rayon Məhkəməsində ilkin olaraq iddia ərizəsi təqdim edilərkən cavabdeh Zeynalov Müslüm idi. Onların qanuni istifadəsində və icarəsində olan torpaq sahəsinin tam ortasından hasar çəkilmiş və cavabdeh tərəfindən torpaq sahəsinin qalan hissəsi zəbt edilmişdi. Buna görə də onlar iddianı qaldırmaq məcburiyyətində oldular.İş məhkəmənin icraatında olan dövrdə bununla bağlı müvəqqəti təminat tədbiri qəbul edildi. Qanuni istifadələrində olan torpaq sahəsindən istifadəsinə maneçilik törədən hallar cavabdehə qadağan olundu və cavabdeh tərəfindən həmin hasar söküldü. Hazırda da müvəqqəti təminat tədbiri qüvvədədir. Hasar sökülən zaman cavabdehə məxsus bəzi tikinti materialları onların ərazisində qalmaqda davam edir. Bununla bağlı foto-şəkillər də var. Sonda 1-ci iş üzrə iddia tələbinin rədd, 2-ci iş üzrə olan iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: 15 iyul 2021-ci il tarixli, 621 saylı Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəsisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, müqavilə icarəyəverən ƏMDX ilə icarəçi Cavabdeh MMC arasında bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən icarəyəverənin icarəyə verdiyi Bakı şəhəri Qaradağ rayonu ünvan 6 ünvandakı qeyri yaşayış binasının yerləşdiyi 7057,5 m2 torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. Müqavilənin 1.2-ci bəndinə əsasən torpaq sahəsinin təyinatı, planı, ölçüləri və sərhədləri müqavilənin ayrılmaz hissəsi hesab edilən müvafiq sərəncam, baş plan, texniki pasport və ya inşaat pasportunda göstərilir. İcarəçi qeyd olunan sənədlərdə göstərilən torpaq sahəsinin sərhədlərini və ölçülərini özbaşına dəyişdirə bilməz. Müqavilənin 1.3-cü bəndinə əsasən torpaq sahəsinin icarəyə verilməsi onun üzərində mülkiyyət hüquqlarının verilməsinə əsas deyil. Müqavilə üzrə icarə müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin müvafiq Ərazi İdarəsi tərəfindən verilmiş 23 sentyabr 2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Qaradağ rayonu ünvan 6 ünvandakı 0,6687 ha torpaq sahəsi üzərində Cavabdeh MMC-nin icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində 1047 nömrəli reyestr kitabının 103951 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixli A seriyalı 643776 saylı torpaq sahəsinin planı və ölçüsündən görünür ki, dövlət mülkiyyətində olub, Cavabdeh MMC-yə icarəyə verilmiş yuxarıda qeyd olunan (0,6687 ha) torpaq sahəsinə dair Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. xx.xx.2021-ci il tarixli A seriyalı 607485 saylı torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Cavabdeh MMC-nin mülkiyyətində olan (Bakı şəhəri Qaradağ rayonu ünvan 6 ünvandakı 0,4146 ha) torpaq sahəsinə dair Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin müvafiq Ərazi İdarəsi tərəfindən verilmiş 15 aprel 2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Qaradağ rayonu ünvan 6 ünvandakı 0,4146 ha torpaq sahəsi üzərində Cavabdeh MMC-nin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin müvafiq Ərazi İdarəsi tərəfindən verilmiş 02 may 2013-cü il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Bakı Salyan şossesi 15-ci km. 1 ünvanda yerləşən əmlak kompleksi xüsusi mülkiyyət kimi X4 adına daşınmaz əmlakın dövlət reyestrində 14 saylı reyestr kitabının 1306 saylı vərəqində qeydiyyata alınmışdır. Əmlakın ümumi sahəsi 2418,1 m2 təşkil edir. Əmlakın yerləşdiyi 0,2713 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, Müslüm Zeynalovun istifadəsindədir. Əmlak kompleksi kimi müəssisəsinin texniki pasportundan görünür ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Bakı-Salyan şossesi 15-ci km. 1 ünvanda yerləşən əmlak kompleksinə dair X4 adına xx.xx.2013-cü il tarixə olan vəziyyətə əsasən 11/1059 inventar nömrəli texniki pasport tərtib edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin (PHŞ) 1 saylı Bakı Ərazi İdarəsinin 19 aprel 2022-ci il tarixli məktubundan görünür ki, Cavabdeh MMC-nin icarəsində olan torpaq sahələrinin sorğuda qeyd olunan digər ünvanların sərhədləri ilə üstüstə düşüb-düşməməsi barədə ********** nömrəli xx.xx.2022-ci il tarixli ərizəsinə baxılmışdır. Bildirilmişdir ki, müraciətdə göstərilən X6 məxsus ********** və ********** qeydiyyat nömrəli daşınmaz əmlak obyektlərinin sənəd üzrə torpaq sahələri ilə Cavabdeh MMC-nin adına **********, ********** və ********** ərizə nömrələri ilə qeydiyyata alınmış daşınmaz əmlak obyektlərinin sənəd üzrə torpaq sahələri üst-üstə düşmür. Bundan əlavə olaraq Cavabdeh MMC-nin sənəd üzrə əraziləri ilə X6 aid hissələr arasında mişar daşı ilə hasar mövcuddur. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən Cavabdeh MMC-nin icarəsində olan **********,********** və ********** ərizə nömrələri ilə qeydiyyata alınmış Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 16- cı km. ünvanda yerləşən 7057,5 kv.m torpaq sahələri ilə cavabdeh X6 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Bakı-Salyan şossesi 15-cİ km, 1 ünvanda yerləşən ********** və ********** ərizə nömrələri ilə qeydiyyata alınmış torpaq sahələrinin sərhədləri sənəd üzrə (texniki pasport və plan ölçülərə əsasən) üst-üstə düşmür.İddiaçının icarəsində olan Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 16-cı km ünvanda yerləşən 7057,5 kv.m torpaq sahəsi hazırda cavabdeh X7 tərəfindən zəbt edilməyib. Torpaq sahələri arasında daş hasar mövcuddur. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən təqdim edilmiş Bakı İnzibati məhkəməsinin sorğusunda göstərilən üst-üstə düşmə ilə bağlı araşdırma aparılmış, Məhkəmənin sorğusunda qeyd edilən ƏMDK-nın 2584 saylı xx.xx.2013-cü il tarixli icarə müqaviləsi əsasında iddiaçı X4 icarəsində olan 4.45031 ha torpaq sahəsi ilə Cavabdeh MMC-nin icarəsində olan 7057.5 kv.m (0.70575 ha) torpaq sahələri ƏMDK-i tərəfindən sorğuya cavab verilmiş icarə müqaviləsi bağlanmış torpaq sahələrinin arxiv eskizlərinə, bu torpaq sahələrinə tərtib edilmiş plan və ölçülərə əsasən sənəd üzrə üst-üstə düşmə halı yoxdur. Həmçinin məlumat üçün bildiririk ki, bu torpaq sahələri naturada (yerində) bir-birindən daş hasarla ayrılmışdır.Torpaq sahələrinin arasından yol keçir (torpaq sahələri arasında 10.3 m məsafə var) Əmlak kompleksi kimi müəssisənin texniki pasportundan görünür ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Bakı-Salyan şossesi 15-ci km. 1 ünvanda yerləşən əmlak kompleksinə dair İddiaçı adına xx.xx.2022-ci il tarixə olan vəziyyətə əsasən 04/1397 inventar nömrəli texniki pasport tərtib edilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən verilmiş 15 aprel 2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı Şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bakı-Salyan şossesi, 15 km. ünvandakı 2418,1 m2 əmlak kompleksi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur və dövlətə məxsus 0.2713 ha torpaq sahəsi onun istifadəsindədir. Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndis-inventarlaşdırıcısı X8 tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən İddiaçı çıxarışında qeyd olunan istifadəsində olan torpaq sahəsi 0.2713 ha təşkil edir. Lakin texniki pasporta əsasən ərazinin ümumi torpaq sahəsi 3.18323 ha-dır. İddiaçı texniki pasporta əsasən istifadəsində olan 3.18323 ha torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı aparılmadığından çıxarışda yalnız əsas tikililərin tikintialtı sahəsi göstərilmişdir. İddiaçı məxsus və istifadəsində olan torpaq sahəsinin mövcud vəziyyəti xx.xx.2022-ci il tarixdə tərtib edilmiş texniki pasportun baş planına uyğundur. İdarənin arxiv məlumatlarına əsasən cavabdeh X1 **********30-12301 reyestr nömrəli əmlak kompleksi kimi müəssisəni xx.xx.2022-ci il tarixdə bağışlama müqaviləsinə əsasən İddiaçı bağışlamışdır. Çıxarışda (texniki pasportda) torpaq sahəsinin və üzərindəki tikililərin sahəsində dəyişiklik olmamışdır. Arxiv məlumatlarına əsasən cavabdeh X1 **********30- 12301 reyestr nömrəli əmlak kompleksi kimi müəssisəni xx.xx.2022-ci il tarixdə bağışlama müqaviləsinə əsasən İddiaçı bağışlamışdır. Çıxarışda (texniki pasportda) torpaq sahəsinin və üzərindəki tikililərin sahəsində dəyişiklik olmamışdır. Cavabdeh MMC-nin mülkiyyətində və icarəsində olan torpaq sahələrinin mövcud vəziyyəti həmin çıxarışlara və torpaq sahələrinin plan və ölçü sənədlərinə uyğundur. Lakin Cavabdeh MMC tərəfindən mülkiyyətində və icarəsində olan torpaq sahələrindən başqa cənub və şərq tərəfdən (İddiaçı əks tərəfdə) əlavə torpaq sahələri istifadə edilməkdədir. Tərəflərin mülkiyyətində, icarəsində və istifadəsində olan torpaq sahələri mövcud vəziyyətdə və ya sənəd üzrə üstüstə düşmə halı yoxdur. Sahələr arasında daş hasar mövcuddur. İddiaçı Cavabdeh MMCnin icarəsində olan torpaq sahəsinin bir hissəsinə iddia edir. Tərəflərin mülkiyyətində, icarəsində və istifadəsində olan torpaq sahələri mövcud vəziyyətdə və ya sənəd üzrə üstüstə düşmə halı yoxdur. Sahələr arasında daş hasar mövcuddur. İddiaçı Cavabdeh MMCnin icarəsində olan torpaq sahəsinin bir hissəsinə iddia edir. Cavabdeh MMC-nin faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları plan və ölçülərə uyğundur.İddiaçı məxsus **********50-12301 reyestr nömrəli əmlak kompleksi kimi müəssisənin çıxarışla istifadəsində olan torpaq sahəsi 0.2713 ha-dır (qeydiyyatdan keçmiş tikililərin tikintialtı sahəsidir). Daşınmaz əmlaka dair texniki pasport tərtib edilərkən baş planda ərazinin ümumi torpaq sahəsi 3.18323 ha göstərilsə də, texniki pasportda qeyd olunan döngə nöqtələrinin koordinatlarını birləşdirərkən alınan sahə S=3.9178 ha təşkil edir. İddiaçı məxsus **********30-12301 reyestr nömrəli əmlak kompleksi kimi müəssisənin texniki pasportun kadastr göstəricilərində olan koordinatların bir hissəsində xəta var, koordinatların bir hissəsi qonşu sahə ilə üst-üstə düşür. Həmin koordinatlar texniki pasportun baş planı və çıxarışla, həmçinin faktiki vəziyyətinə uyğun gəlmir. Dövlət reyestrində olan məlumatlara əsasən mübahisə predmeti olan torpaq sahəsinin 3651.9 kv.m (0.36519 ha) hissəsi **********15 reyestr nömrəsi ilə Cavabdeh MMC-nin icarəsindədir, 1890.0 kv.m (0.189 ha) hissəsi isə Xəzər Dənizinin mühafizə zolağında yerləşən sahədir. Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndis-inventarlaşdırıcısı X8 tərəfindən verilmiş mütəxəssis rəyi əsasında məhkəməyə təqdim edilən Baş plana əsasən RR Caspi MMC-nin İcarədə olan torpaq sahəsi - 0.7057 ha, RR Caspi MMC-nin mülkiyyətində olan torpaq sahəsi - 0.4255 ha , İddiaçı məxsus **********30-12301 reyestr nömrəli ƏK-nin texniki pasportunda qeyd edilən, baza məlumatlarına və baş plana uyğun olmayan koordinatlara əsasən torpaq sahəsi - 3.92 ha təşkil edir. İddiaçı məxsus **********30-12301 reyestr nömrəli ƏKnin texniki pasportunda qeyd edilən baza məlumatlarına və baş plana uyğun olmayan koordinatların RR Caspi MMC-nin icarəsində və faktiki istifadəsində olan sahəyə düşən hissəsi - 0.3652 ha, İddiaçı məxsus **********30-12301 reyestr nömrəli ƏK-nin texniki pasportunda qeyd edilən baza məlumatlarına və baş plana uyğun olmayan koordinatların RR Caspi MMC-nin faktiki istifadəsində olan sahəyə düşən hissəsi 0.1890ha (Tünd göy rəng) -Bu sahə Xəzər dənizinin mühafizə zolağında yerləşir. İddiaçı məxsus **********30- 12301 reyestr nömrəli ƏK-nin texniki pasportun baş planına və elektron baza məlumatlarına əsasən topraq sahəsi 3.18ha təşkil edir. Bu torpaq sahəsi həmçinin İddiaçı faktiki istifadəsindədir. RR Caspi MMC-nin istifadəsində olan əlavə torpaq sahəsi 0.3183 ha təşkil edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (İcarəyə verən) ilə Cavabdeh (icarəçi) arasında bağlanılmış Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2024-cü il tarixli 9677/621 saylı müqaviləyə əsasən icarəyəverənin icarəyə verdiyi Bakı şəhəri, Qaradağ rayonu, ünvan 11 ünvanmdakı qeyriyaşayış binasının yerləşdiyi 7057.5 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir.Torpaq sahəsinin təyinatı, planı, ölçüləri və sərhədləri müqavilənin ayrılmaz hissəsi hesab edilən müvafiq sərəncam, baş plan, texniki pasport və ya inşaat pasportunda göstərilir. İcarəçi qeyd olunan sənədlərdə göstərilən torpaq sahəsinin sərhədlərini və ölçülərini özbaşına dəyişdirə bilməz. Müqavilənin 4.1-ci bəndinə əsasən .Bu müqavilə ilə icarə müddəti xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixədək müəyyən edilir. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən verilmiş ******* saylı xx.xx.2013-cü il tarixli çıxarışından görünür ki, Bakı Şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bakı-Salyan şossesi, 16-cı km-nin cənub hissəsi 4.45031 ha torpaq sahəsi Bakı Şəhər icra Hakimiyyətinin 126 saylı xx.xx.2005-ci il tarixli, 574 saylı xx.xx.2007-ci il tarixli torpaq sahəsinin ayrılması haqqında sərəncamları və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 2584 saylı xx.xx-2013-cü il tarixli icarəyə verilməsi barədə müqaviləsi əsasında X6 xx.xx.2014-cü il tarixinədək icarəyə verilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışından görünür ki, Bakı Şəhəri, Qaradağ rayonu, Salyan şossesi küçəsi, 16-cı km 0,037 ha torpaq sahəsi xx.xx.2021-ci il tarixli Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında 621 saylı müqaviləyə əsasında Cavabdeh MMC-yə icarəyə verilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən verilmiş 15 aprel 2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı Şəhəri, Qaradağ rayonu, Salyan şossesi küçəsi 16-cı km ünvandakı 0,4146 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh MMCyə məxsusdur. Mübahisəli torpaq sahəsinin dəqiq sərhədləri, tərəflərin torpaq sahələrinin faktiki olaraq üst-üstə düşüb-düşməməsi, hansı hissələrdə üst-üstə düşməsi məqsədilə üçün ekspertiza təyin edilmiş, ekspert Teymur Məmmədov tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/101883/2024 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı çıxarışında qeyd olunan istifadəsində olan torpaq sahəsi 0.2713 ha təşkil edir. Lakin texniki pasporta əsasən ərazinin ümumi torpaq sahəsi 3.18323 ha-dır. İddiaçı texniki pasporta əsasən istifadəsində olan 3.183 ha torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı aparılmadığından çıxarışda yalnız əsas tikililərin tikintialtı sahəsi göstərilmişdir. İddiaçı məxsus və istifadəsində olan torpaq sahəsinin mövcud vəziyyəti xx.xx.2022-ci il tarixdə tərtib edilmiş texniki pasportun baş planına uyğundur.İdarənin arxiv məlumatlarına əsasən cavabdeh X2 **********30-12301 reyestr nömrəli əmlak kompleksi kimi müəssisəni xx.xx.2022-ci il tarix bağışlama müqaviləsinə əsasən İddiaçı bağışlamışdır. Çıxarışı (texniki pasportda) torpaq sahəsinin və üzərindəki tikililərin sahəsində dəyişiklik olmamışdır. İdarənin arxiv məlumatlarına əsasən cavabdehZeynalov Müslü Abbas oğlu sözügüdən **********30-12301 reyestr nömrəli əmlak kompleksi kimi müəssissəni xx.xx.2022-ci il tarixdə bağışlama müqaviləsinə əsasən İddiaçıı bağışlamışdır. Çıxarışda (texniki pasportda) torpaq sahəsinin və üzərindəki tikililərin sahəsində dəyişiklik olmamışdır."xxxx" MMC-nin mülkiyyətində və icarəsində olan torpaq sahələrinin mövcud vəziyyəti həmin çıxarışlara və torpaq sahələrinin plan və ölçü sənədlərinə uyğundur. Lakin "xxxx" MMC tərəfindən mülkiyyətində və icarəsində olan torpaq sahələrindən başqa cənub və şərq tərəfdən (İddiaçı əks tərəfdə) əlavə torpaq sahələri istifadə edilməkdədir.Tərəflərin mülkiyyətində, icarəsində və istifadəsində olan torpaq sahələri mövcud vəziyyətdə və) sənəd üzrə üst-üstə düşmə halı yoxdur. Sahələr arasında daş hasar mövcuddur. İddiaçı "xxxx" MMC-nin icarəsində olan torpaq sahəsinin bir hissəsinə iddia edir. Tərəflərin mülkiyyətində, icarəsində və istifadəsində olan torpaq sahələri mövcud vəziyyətdə və ya sənəd üzrə üst-üstə düşmə halı yoxdur.Sahələr arasında daş hasar mövcudur. İddiaçı Cavabdeh MMC-nin icarəsində olan torpaq sahəsinin bir hissəsinə iddia edir. “RR Caspi" MMC-nin faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları plan və ölçülərə uyğundur.Əlavə olaraq bildiririk ki, İddiaçı məxsus **********30- 12301 reyestr nömrəli əmlak kompleksi kimi müəssisənin çıxarışla istifadəsində olan torpaq sahəsi 0.2713 ha-dır (qeydiyyatdan keçmiş tikililərin tikintialtı sahəsidir). Daşınmaz əmlaka dair texniki pasport tərtib edilərkən baş planda ərazinin ümumi torpaq sahəsi 3.18323 ha göstərilsə də, texniki pasportda qeyd olunan döngə nöqtələrinin koordinatlarını birləşdirərkən alınan sahə S=3.9178 ha təşkil edir. İddiaçı məxsus **********30-12301 reyestr nömrəli əmlak kompleksi kimi müəssisənin texniki pasportun kadastr göstəricilərində olan koordinatların bir hissəsində xəta var, koordinatların bir hissəsi qonşu sahə ilə üst-üstə düşür. Həmin koordinatlar texniki pasportun baş planı və çıxarışla, həmçinin faktiki vəziyyətinə uyğun gəlmir. Dövlət reyestrində olan məlumatlara əsasən mübahisə predmeti olan torpaq sahəsinin 3651.9 kv.m (0.36519 ha) hissəsi **********15 reyestr nömrəsi ilə Cavabdeh MMC-nin icarəsindədir, 1890.0 kv.m (0.189 ha) hissəsi isə Xəzər Dənizinin mühafizə zolağında yerləşən sahədir xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən dövlət büdcəsinə 70 manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, Cavabdeh MMC tərəfindən dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinə yerində müayinə zamanı mütəxəssis texniki pasportun koordinatlarının baş planla uyğun olmadığını, baş planın koordinatlarının kadastr məlumatlarında sistemdə qeydiyyatda olduğunu bildirərək əlavə olaraq qeyd etmişdir ki, texpasportun koordinatlarında torpaq sahələri üst-üstə düşür, lakin baza məlumatların koordinatlarında torpaq sahələri üst-üstə düşmür. Mütəxəssis verdiyi rəy üzrə İddiaçı məxsus torpaq sahəsinə dair kordinatların bir hissəsinin “qonşu sahə ilə üst-üstə düşür” hissəsinə aydınlıq gətirərək qonşu sahə dedikdə Cavabdeh MMC-nin sahəsinin nəzərdə tutulduğunu bildirmişdir. Həmçinin İddiaçı baş plana uyğun olaraq faktiki istifadə etdiyini, lakin koordinatları vurduqda baş planda göstərilən 3,18123 ha-dan daha artıq çıxdığını, üst-üstə düşən yerin də 36 sotdan artıq Cavabdeh MMC-yə icarəyə verilən hissə, 19 sota yaxın isə Xəzər dənizinin mühafizə zolağına düşdüyünü qeyd etmişdir. Daha sonra mütəxəssis İddiaçı məxsus texniki pasportda qeyd edilən, baza məlumatlarına və baş plana uyğun olmayan koordinatlara əsasən torpaq sahəsinin 3,92 ha, həmin koordinatların RR Caspi MMC-nin faktiki icarəsində və istifadəsində olan sahəyə düşən hissəsinin 0,5542 ha təşkil etdiyini bildirmişdir. Mütəxəssis Cavabdeh MMCnin istifadəsində Xəzər dənizinin mühafizə zolağına aid olan əlavə torpaq sahəsinin olduğunu qeyd etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qeyd edilən mövqeyi bir daha “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli Plenum Qərarında təkrarlanmışdır. Məhkəmə baxışının hədləri Mülki Prosessual Məcəllənin: 4.1 və 5.1-ci maddələrinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı çıxarışında qeyd olunan istifadəsində olan torpaq sahəsi 0.2713 ha təşkil edir. Lakin texniki pasporta əsasən ərazinin ümumi torpaq sahəsi 3.18323 ha-dır. İddiaçı texniki pasporta əsasən istifadəsində olan 3.18323 ha torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı aparılmadığından çıxarışda yalnız əsas tikililərin tikintialtı sahəsi göstərilmişdir. İddiaçı məxsus və istifadəsində olan torpaq sahəsinin mövcud vəziyyəti xx.xx.2022-ci il tarixdə tərtib edilmiş texniki pasportun baş planına uyğundur. X7 **********30-12301 reyestr nömrəli əmlak kompleksi kimi müəssisəni xx.xx.2022-ci il tarixdə bağışlama müqaviləsinə əsasən İddiaçı bağışlamışdır. 15 aprel 2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı Şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bakı-Salyan şossesi, 15 km. ünvandakı 0,2713 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən verilmiş 15 aprel 2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı Şəhəri, Qaradağ rayonu, ünvan 6 ünvandakı 0,4146 ha torpaq sahəsi üzərində Cavabdeh MMCnin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh MMC arasında bağlanmış 621 nömrəli 15 iyul 2021-ci il tarixli müqavilə əsasında həmin ünvanda yerləşən 7057,5 m2 torpaq sahəsi xx.xx.2023-cü il tarixədək Cavabdeh MMC-nin icarəsinə verilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq sübutara məcmu halında hüquqi qiymət verib hesab edir ki, 1-ci və 2-ci iş üzrə iddia tələbləri rədd edilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbinə hüquqi qiymət verildiyi zaman ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırılmalıdır. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarlarından göründüyü kimi, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Məhkəmə araşdırması zamanı 1-ci iş üzrə İddiaçı mülkiyyət hüququnun müdafiəsi ilə bağlı iddia qaldırmaq üçün subyektiv hüququnun mövcud olmadığı müəyyən edilmişdir. Çünki keçirilmiş ekspertiza və yerində müayinə nəticəsində tərəflərin torpaq sahələrinin nə sənəd üzərində, nə də faktiki vəziyyətdə üst-üstə düşmədiyi, Cavabdeh MMC tərəfindən İddiaçı torpaq sahəsinin, İddiaçı və Müslüm Zenalov tərəfindən Cavabdeh MMC-nin torpaq sahəsinin zəbt edilmədiyi, istifadələrində olan torpaq sahələrində qarşı tərəfin tikililərinini və əşyalarının olmadığı, torpaq sahələri arasında elektron baza məlumatlarına uyğun daş hasar olduğu müəyyən olunmuşdur. Belə ki, ekspert və mütəxəssis rəylərinə əsasən və yerində müayinə zamanı Cavabdeh MMC-nin icarəsində olan torpaq sahəsinin 0.7057ha, mülkiyyətində olan torpaq sahəsinin 0.4255ha olduğu, faktiki vəziyyətinin plan və ölçülərə uyğun olduğu, Cavabdeh MMC-nin istifadəsində olan əlavə torpaq sahəsinin 0.3183 ha olduğu və həmin hissənin İddiaçıla qonşu olduğu hissədə deyil, tam əks tərəfdə olduğu müəyyən edilmişdir. Həmçinin İddiaçı məxsus **********30-12301 reyestr nömrəli texniki pasportunda qeyd edilən, baza məlumatlarına və baş plana uyğun olmayan koordinatlara əsasən torpaq sahəsinin 3.92 ha təşkil etdiyi, həmin texniki pasportda qeyd edilən baza məlumatlarına və baş plana uyğun olmayan koordinatların Cavabdeh MMC-nin icarəsində və faktiki istifadəsində olan sahəyə düşən hissəsinin 0.3652 ha olduğu, faktiki istifadəsində olan sahəyə düşən hissəsinin 0.1890 ha olduğu və bu sahənin Xəzər dənizinin mühafizə zolağında yerləşdiyi, İddiaçı məxsus **********30-12301 reyestr nömrəli texniki pasportun baş planına və elektron baza məlumatlarına əsasən topraq sahəsinin 3.18 ha təşkil etdiyi və bu torpaq sahəsinin İddiaçı faktiki istifadəsində olduğu müəyyən edilmişdir. Göründüyü kimi İddiaçı məxsus **********30-12301 reyestr nömrəli texniki pasportda qeyd edilən, baza məlumatlarına və baş plana uyğun olmayan koordinatların Cavabdeh MMC-nin faktiki icarəsində və istifadəsində olan sahəyə düşən hissəsi 0,5542 ha təşkil edir ki, həmin sahənin 0.3652 ha hissəsi dövlət reyestrindən çıxarışa əsasən RR Caspi MMC-nin qanuni istifadəsindədir, 0.1890 ha hissəsi isə Xəzər dənizinin mühafizə zolağı olmaqla dövlətə məxsusdur. 1-ci iş üzrə İddiaçı həmin 0,5542 ha torpaq sahəsinin ona məxsus olduğunu iddia edərək Cavabdeh MMC-nin həmin sahədən çıxarılmasını, tikililərin sökülməsini və s. tələb etmişdir. Halbuki həmin 0,5542 ha torpaq sahəsi İddiaçı nə mülkiyyətindədir, nə də qanuni istifadəsindədir, onun həmin torpaq sahəsinə hər hansı hüququ yoxdur. İlk növbədə qeyd edilməlidir ki, torpaq sahələrinin hazırkı faktiki vəziyyəti onların sənəd üzərində və elektron bazada olan göstəriciləri ilə uyğundur və heç bir hissədə torpaq sahələri üst-üstə düşmür. Yəni İddiaçı mülkiyyətinə hər hansı müdaxilə mövcud deyil, həmçinin elektron baza məlumalarına və baş plana əsasən onun faktiki istifadə etdiyi torpaq sahəsinə də müdaxilə olunmamışdır. Elnur Zenalovun iddia etdiyi 0,5542 ha torpaq sahəsinin dövlətə məxsus, Xəzər dənizinin mühafizə zolağına düşən 0.1890 ha hissəsinə dair torpaq sahəsindən çıxarılma tələbi ilə bağlı müvafiq dövlət orqanlarının tələb irəli sürmək hüququ vardır. Digər tərəfdən İddiaçı texniki pasporta istinad edərək torpaq sahəsinin onun qanuni istifadəsində olduğunu iddia edir ki, bu da əsassızdır. Çünki texniki pasport hüquq müəyyənedici sənəd deyil, qanunvericiliyə əsasən hüquq müəyyənedici sənəd dövlət reyestrindən çıxarışdır. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən verilmiş 15 aprel 2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən yalnız tikililərin yerləşdiyi, dövlətə məxsus 0.2713 ha torpaq sahəsi İddiaçı qanuni istifadəsindədir və bu istifadə hüququ dövlət reyestrində qeydə alınmışdır, həmin torpaq sahəsi ilə bağlı isə hər hansı mübahisə yoxdur. Mülki qanunvericiliyə əsasən daşınmaz əmlaka dair istifadə hüququ dövlət reyestrində qeydiyyata alınmalıdır ki, şəxsin həmin hüquqa istinad edərək pozulmuş hüququnun bərpa edilməsini və maneənin aradan qaldırılmasını tələb etmək hüququ əmələ gəlsin. Belə olan halda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən qərarlarında şərh etdiyi mövqeyini rəhbər tutmaqla məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən 1-ci iş üzrə iddiaçının cavabdehdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə məhkəmə, 1-ci iş üzrə İddiaçı mövcud iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmadığını nəzərə alaraq, mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, 1-ci iş üzrə iddia tələbini əsassız sayır və onun rədd edilməsi qənaətinə gəlir. Bundan başqa 2-ci iş üzrə iddiaçı Cavabdeh MMC ona məxsus torpaq sahəsindən İddiaçı və Müslüm Zeynalovun əşyaları ilə birlikdə çıxarılmasını tələb etmişdir. Bununla bağlı qeyd edilməlidir ki, yuxarıda göstərildiyi kimi keçirilmiş ekspertiza və yerində müayinə nəticəsində Elnur və Müslüm Zeynalovların Cavabdeh MMC-nin torpaq sahəsini zəbt etmədikləri, hər hansı əşyalarının Cavabdeh MMC-nin ərazisində olmadığı müəyyən edilmişdir. Göründüyü kimi 2-ci iş üzrə cavabdehlərin Cavabdeh MMC-nin mülkiyyət hüquqlarını pozmaqları və ya mülkiyyətinə müdaxilə etmələri, mülkiyyətdən istifadəsinə maneə olmaları sübuta yetirilməmişdir. 2-ci iş üzrə iddiaçı iddia tələbinin əsasın təşkil edən halları sübut edə bilməmiş, iddia tələbinin dəlillərini təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmiş, iddianın əsaslı olmasını sübuta yetirə bilməmişdir. Sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir. Belə ki, Mülki–Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Ümumiyyətlə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, 2-ci iş üzrə iddiaçı tərəfindən cavabdehlərin onun torpaq sahəsini zəbt etdikləri, mülkiyyətdən istifadəyə maneə olduqları, əşyalarının onun sahəsində olduğu bildirilmiş, bu barədə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Beləliklə məhkəmə, mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, 2-ci iş üzrə də iddia tələbini əsassız sayır və onun rədd edilməsi qənaətinə gəlir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 50 (əlli) manatı 1-ci iş üzrə İddiaçı, 50 (əlli) manatı isə 2-ci iş üzrə Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə MPM-in 119-cu maddəsinə əsasən hesab edir ki, hər iki iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumları da hər iki iş üzrə iddiaçılara aid edilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: 1-ci iş üzrə İddiaçı Cavabdeh MMC-yə qarşı “torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən azad edilməsi, torpaq sahəsində cavabdeh tərəfindən tikilən tikilinin cavabdehin hesabına sökülməsi və cavabdehin öz əşyaları ilə birgə torpaq sahəsindən çıxarılması” tələbinə dair iddiası rədd edilsin. 2-ci iş üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdehlər X6 və İddiaçı qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası rədd edilsin. Məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 50 (əlli) manatı 1-ci iş üzrə İddiaçı, 50 (əlli) manatı isə 2-ci iş üzrə Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X3, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar