Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1278/2025 19.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh7, Cavabdeh4, Cavabdeh6, Cavabdeh1 qarşı “müqavilənin ləğvi, lizinqin dövlət qeydiyyatının ləğvi və əmlakın boşaldılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh3 iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh7, Cavabdeh4, Cavabdeh6, Cavabdeh1 qarşı “müqavilənin ləğvi, lizinqin dövlət qeydiyyatının ləğvi və əmlakın boşaldılması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh7, Cavabdeh4, Cavabdeh6, Cavabdeh1 (bundan sonra – cavabdehlər) qarşı “müqavilənin ləğvi, lizinqin dövlət qeydiyyatının ləğvi və əmlakın boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh7 arasında bağlanmış 22 may 2024-cü il tarixli D159 X6 müqaviləsinin ləğv edilməsi, 1 Saylı Bakı Ərazi idarəsi tərəfindən lizinq obyekti olan əmlak üzərində cavabdehin (Cavabdeh7) adına qeydə alınmış lizinqin dövlət qeydiyyatının (lizinq yüklülüyünün) ləğv edilməsi, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh7 tutulması, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh7, Cavabdeh4, Cavabdeh6, Cavabdeh1 İddiaçı MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X4 Naxçıvani küçəsi, məhəllə 615, ev 9, mənzil 66 (Yeni qaydalarla: AZ1065, ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi, bu şəxslərin mənzildən qeydiyyatdan çıxarılması və mənzildən çıxarılması, lizinq obyekti olan mənzilin - Bakı şəhəri, Yasamal rayonu, X4 Naxçıvani küçəsi, məhəllə 615, ev 9, mənzil 66 (Yeni qaydalarla: AZ1065, ünvan 1 boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh7 arasında xx.xx.2023-cü il tarixli, D159 X6 müqaviləsi bağlanmış və lizinq predmeti olan Bakı şəhəri, Yasamal rayonu, X4 Naxçıvani küçəsi, məhəllə 615, ev 9, mənzil 66 (Yeni qaydalarla: AZ1065, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak lizinq məbləği 108820 USD, lizinq müddəti 24 ay və lizinq mükafatı illik 21 faiz olmaq şərtilə lizinqə verilmişdir. Lizinq obyekti Cavabdeh7 xeyrinə lizinqlə yüklü edilmişdir. Lizinq üzrə ödənişlər müqavilə ilə müəyyən olunmuş qrafik üzrə həyata keçirilməli idi. İddiaçı MMC tərəfindən tərtib olunmuş 0401/24 saylı xx.xx.2024-cü il tarixli borca dair arayışdan görünür ki Lizinq alan bu günə qədər ümumilikdə 24600 USD ödəniş etməli idi. Lakin müqavilə bağlandığı tarixdən onun tərəfindən cəmi 3494 USD ödəniş edilmişdir. Hazırda D159 X6 müqaviləsi üzrə 21106 USD əsas məbləğdən və 13 820 USD hesablanmış cərimə olmaqla, cəmi 34926 USD borc mövcuddur. Belə ki, sözügedən Daxili lizinq müqaviləsinin 3.1-ci bəndinə əsasən, lizinq ödənişləri müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1 ilə müəyyən olunmuş qrafik üzrə həyata keçirilməli idi. Müqavilənin 4.2.6-cı bəndinə əsasən, lizinq alan lizinq ödənişlərini gecikdirməmək öhdəliyini üzərinə götürmüşdür. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən isə, lizinq ödənişi vaxtında edilməzsə, lizinq alan gecikdirilən hər gün üçün qalıq məbləğin 0,1 faizi məbləğində cərimə ödəməlidir. Lizinq müqaviləsinin 6.1.4-cü maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün lizinq ödənişlərini ödəmə müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin lizinq obyektini mübahisəsiz qaydada geri almaq hüququ vardır. Cavabdehə dəfələrlə şifahi xəbərdarlıqlar edilməsinə, yazılı bildirişlər göndərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş, müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən imtina etmişdirlər.
3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1278/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh7, Cavabdeh4, Cavabdeh6, Cavabdeh1 İddiaçı MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X4 Naxçıvani küçəsi, məhəllə 615, ev 9, mənzil 66 (Yeni qaydalarla: AZ1065, ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi, bu şəxslərin mənzildən qeydiyyatdan çıxarılması və mənzildən çıxarılması tələbinə dair iddiası üzrə icraata xitam verilmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi A.İsmayılov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında Cavabdeh3 iddia ərizəsinə etiraz edib iddianın rədd edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, müqavilənin ləğv edilməsini istəmirlər, yaranmış borcu hissə-hissə olmaqla ödəyəcəklər.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə də məlumat verməmişlər.
7. Məhkəmə iclasının digər cavabdehlərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. Cavabdeh7 iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədə sahibkarlıq məqsədilə mənzilin ona lizinqə verilməsini xahiş etmişdir.
10. İddiaçı MMC (alıcı) və X1 (satıcı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqısatqı müqaviləsinə əsasən iddiaçı tərəfindən lizinq obyekti olan mənzil (Bakı şəhəri, Yasamal rayonu, X4 Naxçıvani küçəsi, məhəllə 615, ev 9, mənzil 66 (Yeni qaydalarla: AZ1065, ünvan 1 ünvanında yerləşən mənzil) A.Tağıyevadan satın alınmışdır.
11. İddiaçı MMC (lizinq verən) ilə Cavabdeh7 (lizinq alan) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, D159 X6 müqaviləsinə əsasən lizinq verən Bakı şəhəri, Yasamal rayonu, X4 Naxçıvani küçəsi, məhəllə 615, ev 9, mənzil 66 (Yeni qaydalarla: AZ1065, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı lizinq alanın istifadəsinə verməyi, lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini lizinq verənə ödəməyi öhdəsinə götürmüşdür.
12. Müqavilənin 1.2-ci bəndinə görə lizinq alanın ilkin maliyyə öhdəliyi 108820 (bir yüz səkkiz min səkkiz yüz iyirmi) manat müəyyən edilmişdir. Lizinq alanın məcmu öhdəliyi son ödəniş tarixinədək bu müqavilə ayrılmaz hissəsi olan 1 saylı əlavənin tərtibi metodikasına uyğun hesabalanacaq məbləğdə ödənilir.
13. Müqavilənin 5.5-ci bəndinə görə lizinq ödənişi vaxtında edilməzsə, lizinq verən gecikdirilən hər gün üçün məcmu maliyyə öhdəliyi qalığı məbləğinin 0.1%-i həcmində cərimə ödəməlidir.
14. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına görə Bakı şəhəri, Yasamal rayonu, X4 Naxçıvani küçəsi, məhəllə 615, ev 9, mənzil 66 (Yeni qaydalarla: AZ1065, ünvan 1 ünvanında yerləşən mənzil cavabdeh (lizinq alan) tərəfindən istifadəyə qəbul edilmiş, lizinq obyektinin qiyməti 270000 manat təşkil etmişdir.
15. xx.xx.2024-cü il tarixli D159 X6 müqaviləsinə əlavə 1-də müqavilə üzrə ödənişlərin tarixləri, məbləğləri, əsas məbləğ və lizinq mükafatları öz əksini tapmışdır.
16. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, X4 Naxçıvani küçəsi, məhəllə 615, ev 9, mənzil 66 (Yeni qaydalarla: AZ1065, ünvan 1 mülkiyyət hüququ ilə (tam pay) İddiaçı MMC-yə məxsusdur (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2024).
17. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, X4 Naxçıvani küçəsi, məhəllə 615, ev 9, mənzil 66 (Yeni qaydalarla: AZ1065, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak 24 (iyirmi dörd) ay müddətinə Cavabdeh7 xeyrinə yüklü edilmiş, hüququ yüklü edilən şəxs İddiaçı MMC olmuşdur (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2024).
18. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 0401/24 nömrəli arayışa görə müqavilə üzrə Cavabdeh7 tərəfindən cəmi 3494 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Hazırda müqavilə üzrə əsas borc 21106 ABŞ dolları, cərimə borcu 13820 ABŞ dolları olmaqla, cəmi borc 34926 ABŞ dolları təşkil edir.
19. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır.
20. Belə ki, iddia ərizəsi üç hissədən ibarətdir: 1. Lizinq müqaviləsinin ləğv edilməsi və lizinq obyektinin boşaldılması; 2. Lizinqin dövlət qeydiyyatının ləğv edilməsi.
21. Məhkəmə iddia tələbini birinci hissədə əsaslı hesab edir.
22. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh7 arasında xx.xx.2024-cü il tarixli D159 X6 müqaviləsi bağlanmışdır. Lizinq verən (iddiaçı) həmin müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra edərək lizinq obyektini müqavilənin şərtlərinə uyğun şəkildə cavabdehə təhvil vermiş, lakin cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri tam icra etməmiş, lizinq ödənişlərinin ödənilməsini gecikdirmişdir.
23. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
24. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
25. 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir.
26. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
27. 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.
28. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
29. 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.
30. Lizinq müqaviləsi üzrə Cavabdeh7 üzərinə düşən öhdəlikləri icra etməmiş, xx.xx.2024-cü il tarixə (xəbərdarlıqda göstərilən tarix) lizinq müqaviləsi üzrə ümumilikdə 24600 ABŞ dolları ödəməli olduğu halda, cəmi 3494 ABŞ dolları ödəniş etmişdir.
31. İddiaçı müqavilənin ləğvi ilə bağlı Cavabdeh7 xx.xx.2024-cü il tarixdə xəbərdarlıq göndərməklə öz iradə ifadəsini bəyan etmişdir.
32. Məhkəmə araşdırması zamanı Cavabdeh7 öhdəliklərini pozmasını müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddiaçı hazırda lizinq müqaviləsinin ləğv edilməsini və lizinq obyekinin geri qaytarılmasını tələb etməkdə haqlıdır.
33. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh7 arasında bağlanmış xx.xx.2024-cü il tarixli D159 X6 müqaviləsi xx.xx.2024-cü il tarixdən ləğv edilmiş hesab edilməli, lizinq obyekti olan mənzil boşaldılaraq iddiaçıya qaytarılmalıdır.
34. Məhkəmə iddia tələbini ikinci hissədə də əsaslı hesab edir.
35. Belə ki, hazıkı halda tərəflər arasında olan lizinq müqaviləsi xx.xx.2024-cü il tarixdən ləğv edilmiş hesab edildiyi üçün iddiaçı lizinqin dövlət qeydiyyatının ləğv edilməsini də tələb etməkdə haqlıdır.
36. Materiallardan görünür ki, lizinq obyekti iddiaçının mülkiyyətində olmaqla daşınmaz əmlakın dövlət reyestrində lizinqlə yüklü edilmişdir.
37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-5-ci maddəsinə əsasən lizinq müqaviləsinin obyekti olan əmlaka hüquqlar bu Məcəllədə nəzərdə tutulan hallarda bu Məcəlləyə və digər normativ hüquqi aktlara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınmalıdır.
38. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh7 arasında bağlanmış xx.xx.2024-cü il tarixli D159 X6 müqaviləsi ləğv edilmiş hesab edilməli, cavabdeh tərəfindən lizinq predmeti olan mənzil - Bakı şəhəri, Yasamal rayonu, X4 Naxçıvani küçəsi, məhəllə 615, ev 9, mənzil 66 (Yeni qaydalarla: AZ1065, ünvan 1 boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməli, əmlak üzərində Cavabdeh7 adına qeydə alınmış lizinqin dövlət qeydiyyatı (lizinq yüklülüyü) ləğv edilməlidir.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
40. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh7 tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh7 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, D159 X6 müqaviləsi xx.xx.2024-cü il tarixdən ləğv edilmiş hesab edilsin. Cavabdeh7 tərəfindən lizinq predmeti olan mənzil - Bakı şəhəri, Yasamal rayonu, X4 Naxçıvani küçəsi, məhəllə 615, ev 9, mənzil 66 (Yeni qaydalarla: AZ1065, ünvan 1 boşaldılaraq İddiaçı MMC-yə təhvil verilsin. Lizinq predmeti olan mənzil - Bakı şəhəri, Yasamal rayonu, X4 Naxçıvani küçəsi, məhəllə 615, ev 9, mənzil 66 (Yeni qaydalarla: AZ1065, ünvan 1 üzərində Cavabdeh7 adına qeydə alınmış lizinqin dövlət qeydiyyatı (lizinq yüklülüyü) ləğv edilsin. Cavabdeh7 100 (bir yüz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova