Məhkəmə qərarları › İş №e-2-2(113)-1466/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1466/2025

28.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1466/2025 28.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “öhdəliyin qoyulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lisenziya müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “öhdəliyin qoyulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh QSC-yə (bundan sonra – cavabdeh) qarşı “öhdəliyin qoyulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X2” Qapalı Səhmdar Cəmiyyətinə “5 İnternational”, “ЖАРА ТВ”, “İMA İNTERNATİONAL MEDİA ARTS”, “EURO D”, “DREAM TURK”, “TRT TURK”, “TRT HABER”, “TRT MUZİK”, “TRT BELGESEL”, “TRT SPOR”, “TRT 2”, “TRT KURDİ”, “TRT WORLD”, “TRT COCUK”, “TRT SPOR 2”, “EURO STAR”, “360 TV”, “24 TV”, “KANAL AVRUPA”, “TGRT EU”, “POWER TÜRK”, “TELE 1”, “ATV AVRUPA”, “X1 Rights GmbH”, “Showtürk”, “TV 8-İnt”, “Kanal 7-Avrupa”, “Habertürk”, “Blomberg HT”, “Showmax” telekanallarının yayımının özü tərəfindən yayımlanmasının, habelə başqa şəxslərə ötürülməsinin qadağan edilməsi və ödənilmiş 100.40 manat dövlət rüsumunun tutularq İddiaçı Məhdud Məsuliyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə “X2” QSC arasında kabel şəbəkələri ilə televiziya kanallarının yayımlanması haqqında 30 dekabr 2023-cü il tarixində 2-TS-AGS-23 saylı lisenziya razılaşması imzalanmışdır. 01 aprel 2024-cü il tarixində isə 1 saylı əlavə razılaşma ilə müqavilənin müddəti 31 dekabr 2024-cü il uzadılmışdır. 1 saylı Əlavə Razılaşmaya əsasən “X2” QSC özünəməxsus kabel (İPTV) şəbəkəsi vasitəsi ilə “5 İnternational”, “ЖАРА ТВ”, “İMA İNTERNATİONAL MEDİA ARTS”, “EURO D”, “DREAM TURK”, “TRT TURK”, “TRT HABER”, “TRT MUZİK”, “TRT BELGESEL”, “TRT SPOR”, “TRT 2”, “TRT KURDİ”, “TRT WORLD”, “TRT COCUK”, “TRT SPOR 2”, “EURO STAR”, “360 TV”, “24 TV”, “KANAL AVRUPA”, “TGRT EU”, “POWER TÜRK”, “TELE 1”, “ATV AVRUPA”, “X1 Rights GmbH”, “Showtürk”, “TV 8-İnt”, “Kanal 7- Avrupa”, “Habertürk”, “Blomberg HT”, “Showmax” telekanallarını xx.xx.2024-cü il tarixindən yayımlayır. Lakin “X2” QSC 30 dekabr 2023-cü il tarixli 2-TS-AGS-23 saylı lisenziya razılaşmasının şərtlərini kobud şəkildə pozaraq kanalların yayım hüququnu üçüncü tərəfə - "xxxx" MMC-yə qeyri-qanuni olaraq satır. Lisenziya razılaşmasının 1.1-ci bəndinə əsasən: “... Operator hazırki razılaşmaya əsasən agent tərəfindən təqdim olunan heç bir hüquqların üçüncü şəxsə ötürmə hüququna malik deyil”. “X2” QSC bu hərəkətləri ilə yuxarıda qeyd edilən iddiaçının müvəkkil olduğu şirkətlərə maddi ziyan vurur və imicinə xələl yetirir. Qeyd edilir ki, İddiaçı MMC ilə “X2” QSC arasında kabel şəbəkələri ilə televiziya kanallarının yayımlanması haqqında 30 dekabr 2023-cü il tarixli müqavilə iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdən birtərəfli qaydada ləğv edilmişdir. Lakin tərəflər arasında bağlanmış müqavilə iddiaçı tərəfindən ləğv edilməsinə baxmayaraq “X2” QSC tərəfindən kanalların qanunsuz və əsassız olaraq yayımlanması və eləcə də 3-cü şəxslərə ötürülməsi hərəkətləri davam etdirilməkdədir. Üçüncü tərəflər yuxarıda göstərilən lisenziyalı kanalları “X2” QSC-dən alır və bu kanalları özləri yayımlayırlar. Bu hərəkətlər 30 dekabr 2023-cü il tarixli 2-İM-AGS-23 saylı lisenziya razılaşmasının şərtlərinin kobud şəkildə pozulmasıdır. 2-İM-AGS-23 saylı lisenziya razılaşmasının 1.1-ci bəndinə əsasən: “ ...Operator hazırki razılaşmaya əsasən agent tərəfindən təqdim olunan heç bir huquqların heç bir üçüncü şəxsə sublisenziyalama hüququna malik deyil”. Abunəçilər - operatorla müvafiq razılaşma əsasında lisenziya kanallarını qəbul edən və gələcəkdə kanalları yayımlamaq hüququna malik olmayan operatorun kabel şəbəkəsinin fiziki və/və ya hüquqi şəxsləridir (son istehlakçılar). “X2” QSC bu hərəkətləri ilə iddiaçıya maddi ziyan vurmuş və imicinə və işgüzar nüfuzuna xələl yetirmişdir. “X2” QSC müqavilə şərtlərini kobud şəkildə pozaraq həmin kanalların yayım hüququnu üçüncü tərəfə - "xxxx" MMC-yə və "xxxx" MMC-yə qeyri-qanuni olaraq satır. Bildirilir ki, bu hal iddiaçının hüquqlarının pozulmasıdır. Qeyd edilir ki, İddiaçı MMC ilə “X2” QSC arasında kabel şəbəkələri ilə televiziya kanallarının yayımlanması haqqında 30 dekabr 2023-cü il tarixli müqavilə iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdən birtərəfli qaydada ləğv edilmişdir. Lakin tərəflər arasında bağlanmış müqavilə iddiaçı tərəfindən ləğv edilməsinə baxmayaraq “X2” QSC tərəfindən kanalların qanunsuz və əsassız olaraq yayımlanması və eləcə də 3-cü şəxslərə ötürülməsi hərəkətləri davam etdirilməkdədir. Göründüyü kimi cavabdeh bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi pozmuşdur. Bununla bağlı İddiaçı MMC tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixdə pretenziya məktubu ünvanlanaraq kanalların yayımlanması üçün 3-cü şəxslərə satılması (ötürülməsi və ya verilməsi) hallarına 3 gün ərzində son qoyulması tələb edilsə də, cavabdeh bundan imtina edərək hərəkətlərinə davam etməkdədir. Hazırda bu hərəkətlərin cavabdehə qadağan edilməsi zərurəti yaranmışdır. Bundan başqa iddiaçı tərəfindən Azərbaycan Respublikası Audivizual Şurasına ünvanlanmış sorğuya əsasən verilmiş cavab məktubundan görünür ki, adıçəkilən qurum tərəfindən xx.xx.2024-cü il tarixdə saat 14:00-da keçirilmiş monitorinq zamanı cavabdeh tərəfindən cavabdeh “X2” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən müxtəlif dillərdə yayımlanan bəzi kanalların həmin xidmət tərəfindən buna hüquq verən sənəd və ya sənədlər (müqavilə, lisenziya, icazə və.s) olmadan retranslyasiya olunmasına görə xx.xx.2024-cü ildə İXM-nin 381.11-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün müvafiq məhkəməyə göndərilmişdir.

II. Tərəflərin mövqeləri:

3. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsinə etiraz edib məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı hazırkı iddianı qaldırmaqla bağlı müvafiq subyektiv hüquqa malik deyildir.

5. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

6. Sonuncu məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı (lisenziya alan) ilə “Jara TV” (lisenziya verən) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 126/20 nömrəli lisenziya müqaviləsinə görə lisenziya verən lisenziya alana lisenziya ərazisində telekanalın (müqavilənin 1 saylı əlavəsinə əsasən - “ЖАРА ТВ”) rabitə operatorları vasitəsilə yayılması hüququnu verir və ya hüququnu ötürür. Lisenziya alan isə bu müqavilənin şərtlərinə uyğun olaraq lisenziya verənə verilmiş hüquqa görə lisenziya haqqı ödəməyi öhdəsinə götürür.

9. İddiaçı (lisenziya alan) ilə “X1 Rights GmbH” (lisenziya verən) arasında lisenziya müqaviləsi bağlanmış, “Showtürk”, “TV 8-İnt”, “Kanal 7-Avrupa”, “Habertürk”, “Blomberg HT”, “Showmax” telekanallarının yayılması hüququ iddiaçıya verilmişdir.

10. İddiaçı (lisenziya alan) ilə “İMA İNTERNATİONAL Media Arts GmbH” (lisenziya verən) arasında lisenziya müqaviləsi bağlanmış, “EURO D”, “DREAM TURK”, “TRT TURK”, “TRT HABER”, “TRT MUZİK”, “TRT BELGESEL”, “TRT SPOR”, “TRT 2”, “TRT KURDİ”, “TRT WORLD”, “TRT COCUK”, “TRT SPOR 2”, “EURO STAR”, “360 TV”, “24 TV”, “KANAL AVRUPA”, “TGRT EU”, “POWER TÜRK”, “TELE 1”, “ATV AVRUPA” telekanallarının yayılması hüququ iddiaçıya verilmişdir.

11. İddiaçı (agent) ilə cavabdeh (operator) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2-TS-AGS-23 nömrəli lisenziya razılaşmasına görə operator tərəfindən lisenziya ödənişinin vaxtında ödənilməsi və hazırkı razılaşma üzrə bütün öhdəliklərini və zəmanətlərini qeyri-şərtsiz yerinə yetirdikdə agentə hazırki razılaşmanın qüvvədə olma müddəti ərzində operatorun yayım ərazisində kabel şəbəkələri ilə abunəçilərə lisenziya kanallarını yayımlamaq üçün qeyri- müstəsna hüquqlarını təqdim edir, operator isə agentə hazırkı razılaşmanın şərtlərinə müvafiq olaraq agentə lisenziya ödənişini ödəməyi öz üzərinə götürür. Operator hazırkı razılaşmaya əsasən agent tərəfindən təqdim olunan heç bir huquqlarını heç bir üçüncü şəxsə sublisenziyalama hüququna malik deyil.

12. Azərbaycan Respublikası Audivizual Şurasına tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-49/2-761/2024 saylı cavab məktubundan görünür ki, Şura tərəfindən xx.xx.2024cü il tarixdə saat 14:00-da keçirilmiş monitorinq zamanı Cavabdeh QSC platforma operatoru xidməti (“AGS TV”) tərəfindən cavabdeh tərəfindən müxtəlif dillərdə yayımlanan bəzi kanalların həmin xidmət tərəfindən buna hüquq verən sənəd və ya sənədlər (müqavilə, lisenziya, icazə və.s) olmadan retranslyasiya olunması və bununla da “Media haqqında” Qanunun 32.4-cü maddəsinin tələbinin pozulması faktı aşkar olunmuşdur. Aşkar olunmuş pozuntu faktına uyğun olaraq Şura tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdeh barəsində İXM-nin 381.11-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı protokol tərtib olunmuş və iş materiallarının aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilmişdir.

13. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən iddiaçıya verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən "xxxx" MMC və "xxxx" MMC “Tvin Tv” vasitəsilə xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasını cavabdeh ilə imzalanmış müqavilə əsasında həyata keçirirlər. Cəmiyyətlərə cavabdeh tərəfindən iddiaçı ilə olan müqavilənin müddətinin bitməsi ilə bağlı məlumat təqdim edilməmişdir.

14. "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, XM-178-22 nömrəli İP TV xidməti üzrə müqaviləyə görə bu müqavilə cavabdeh tərəfindən standartlara uyğun rəqəmsal tv platformasının "xxxx" MMC-yə təqdim edilməsi ilə bağlı texniki, iqtisadi və hüquqi münasibətləri tənzimləyir.

15. xx.xx.2022-ci il tarixli, XM-178-22 nömrəli İP TV xidməti üzrə müqaviləyə əlavə 1də müqavilə üzrə ödənişlərin edilməsi ilə bağlı məsələlər öz əksini tapmışdır.

16. xx.xx.2022-ci il tarixli, XM-178-22 nömrəli İP TV xidməti üzrə müqaviləyə əlavə 2də satış performansının ölçülməsi və keyfiyyət ilə bağlı məsələlər öz əksini tapmışdır.

17. xx.xx.2022-ci il tarixli, XM-178-22 nömrəli İP TV xidməti üzrə müqaviləyə əlavə 3də öhdəliklərin bölgüsü ilə bağlı məsələlər öz əksini tapmışdır.

18. "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, XM-178-22 nömrəli İP TV xidməti üzrə müqaviləyə xx.xx.2024-cü il tarixli, 01 nömrəli əlavə razılaşma ilə müqaviləyə dəyişiklilər edilmişdir.

19. "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1100-04- 22/07-471 nömrəli İP TV xidməti üzrə müqaviləyə görə bu müqavilə cavabdeh tərəfindən standartlara uyğun rəqəmsal tv platformasının "xxxx" MMC-yə təqdim edilməsi ilə bağlı texniki, iqtisadi və hüquqi münasibətləri tənzimləyir.

20. xx.xx.2022-ci il tarixli, 1100-04-22/07-471 nömrəli İP TV xidməti üzrə müqaviləyə əlavə 1-də müqavilə üzrə ödənişlərin edilməsi ilə bağlı məsələlər öz əksini tapmışdır.

21. xx.xx.2022-ci il tarixli, 1100-04-22/07-471 nömrəli İP TV xidməti üzrə müqaviləyə əlavə 2-də satış performansının ölçülməsi və keyfiyyət ilə bağlı məsələlər öz əksini tapmışdır.

22. xx.xx.2022-ci il tarixli, 1100-04-22/07-471 nömrəli İP TV xidməti üzrə müqaviləyə əlavə 3-də öhdəliklərin bölgüsü ilə bağlı məsələlər öz əksini tapmışdır.

23. xx.xx.2022-ci il tarixli, 1100-04-22/07-471 nömrəli İP TV xidməti üzrə müqaviləyə əlavə 4-də rəqəmsal tv xidmətinin texniki dəstək proseduru ilə bağlı məsələlər öz əksini tapmışdır.

24. "xxxx" MMC ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 1100-04-22/07-471 nömrəli İP TV xidməti üzrə müqaviləyə xx.xx.2024-cü il tarixli, 01 nömrəli əlavə razılaşma ilə müqaviləyə dəyişiklilər edilmişdir.

25. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

26. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 30-cu maddəsinə əsasən hər kəsin əqli mülkiyyət hüququ vardır. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur.

27. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən ifaçılar, fonoqram istehsalçıları və yayım təşkilatları əlaqəli hüquqların subyektləridir. Əlaqəli hüquqlar bu Qanunun 2-ci bölməsində nəzərdə tutulmuş müəlliflik hüquqlarına zərər vurmadan həyata keçirilir.

28. 35-ci maddəsinə əsasən verilişdən hər hansı istifadəyə görə qonorar almaq hüququ da daxil olmaqla yayım təşkilatının ondan istənilən formada istifadəyə müstəsna hüququ vardır.

29. 44-cü maddəsinə əsasən müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri, habelə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar müəlliflik hüquqlarını və əlaqəli hüquqları pozan və ya pozmaq təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb etmək hüququna malikdirlər.

30. 45-ci maddəsinə əsasən Müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər.

31. “Media haqqında” Qanununun 38.1-ci maddəsinə əsasən proqramın müəllifi həmin proqramın yayımlanması hüququnu yayım üsulunun və şərtlərinin göstərildiyi müqavilə əsasında bir neçə və ya müstəsna olaraq bir audiovizual yayımçıya verə bilər.

32. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, iddiaçı (lisenziya alan) ilə “Jara TV” (lisenziya verən) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 126/20 nömrəli lisenziya müqaviləsinə görə “ЖАРА ТВ” telekanalının, iddiaçı (lisenziya alan) ilə “X1 Rights GmbH” (lisenziya verən) arasında bağlanmış lisenziya müqaviləsi əsasında “Showtürk”, “TV 8-İnt”, “Kanal 7-Avrupa”, “Habertürk”, “Blomberg HT”, “Showmax” telekanallarının, iddiaçı (lisenziya alan) ilə “İMA İNTERNATİONAL Media Arts GmbH” (lisenziya verən) arasında bağlanmış lisenziya müqaviləsi əsasında isə “EURO D”, “DREAM TURK”, “TRT TURK”, “TRT HABER”, “TRT MUZİK”, “TRT BELGESEL”, “TRT SPOR”, “TRT 2”, “TRT KURDİ”, “TRT WORLD”, “TRT COCUK”, “TRT SPOR 2”, “EURO STAR”, “360 TV”, “24 TV”, “KANAL AVRUPA”, “TGRT EU”, “POWER TÜRK”, “TELE 1”, “ATV AVRUPA” telekanallarının yayılması hüququ iddiaçıya verilmişdir.

33. Daha sonra tərəflər arasında xx.xx.2023-cü il tarixli, 2-TS-AGS-23 nömrəli lisenziya razılaşması bağlanmış, operator olan iddiaçı tərəfindən agent olan cavabdehə həmin razılaşmanın qüvvədə olma müddəti ərzində operatorun yayım ərazisində kabel şəbəkələri ilə abunəçilərə yuxarıda adı şəkilən telekanalları yayımlamaq üçün qeyrimüstəsna hüquqlarını təqdim etmişdir. Həmin müqaviləyə əsasən cavabdeh agent olan iddiaçı tərəfindən təqdim olunan heç bir hüquqlarını heç bir üçüncü şəxsə sublisenziyalama hüququna malik deyildir.

34. Bununla yanaşı, cavabdeh həmin razılaşma üzrə öhdəliklərini pozaraq həmin kanalların yayımlanması hüquqlarını "xxxx" MMC ilə bağladığı xx.xx.2022-ci il tarixli, XM- 178-22 nömrəli İP TV xidməti üzrə müqavilə üzrə həmin MMC-yə və "xxxx" MMC ilə bağladığı xx.xx.2022-ci il tarixli, 1100-04-22/07-471 nömrəli İP TV xidməti üzrə müqavilə üzrə isə "xxxx" MMC-yə təqdim etmişdir.

35. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli, 2-TS-AGS-23 nömrəli lisenziya razılaşmasının 9.2.1-ci bəndinə əsasən müqavilənin birtərəfli qaydada ləğvi ilə bağlı cavabdehə bildiriş göndərilmiş, müqavilə xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir.

36. Buna baxmayaraq cavabdeh həmin kanalların yayımlanmasını, habelə "xxxx" MMC və "xxxx" MMC-yə ötürülməsinin qarşısını almamışdır.

37. Belə ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən iddiaçıya verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən "xxxx" MMC və "xxxx" MMC “Tvin Tv” vasitəsilə xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasını cavabdeh ilə imzalanmış müqavilə əsasında həyata keçirirlər. Cəmiyyətlərə cavabdeh tərəfindən iddiaçı ilə olan müqavilənin müddətinin bitməsi ilə bağlı məlumat təqdim edilməmişdir.

38. Azərbaycan Respublikası Audivizual Şurasına tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-49/2-761/2024 saylı cavab məktubundan görünür ki, Şura tərəfindən xx.xx.2024cü il tarixdə saat 14:00-da keçirilmiş monitorinq zamanı Cavabdeh QSC platforma operatoru xidməti (“AGS TV”) tərəfindən cavabdeh tərəfindən müxtəlif dillərdə yayımlanan bəzi kanalların həmin xidmət tərəfindən buna hüquq verən sənəd və ya sənədlər (müqavilə, lisenziya, icazə və.s) olmadan retranslyasiya olunması və bununla da “Media haqqında” Qanunun 32.4-cü maddəsinin tələbinin pozulması faktı aşkar olunmuşdur. Aşkar olunmuş pozuntu faktına uyğun olaraq Şura tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdeh barəsində İXM-nin 381.11-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı protokol tərtib olunmuşdur.

39. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2-TS-AGS-23 nömrəli lisenziya razılaşması iddiaçı tərəfindən birtərəfli qaydada ləğv edildiyindən, habelə həmin razılaşmanın tələblərinə əsasən cavabdeh iddiaçı tərəfindən təqdim olunmuş heç bir hüquqlarını heç bir üçüncü şəxsə sublisenziyalama hüququna malik olmadığından iddiaçı hazırda cavabdehə «5 İnternational»; «ЖАРА ТВ»; «İMA İNTERNATİONAL MEDİA ARTS»: «EURO D», «DREAM TURK», «TRT TURK», «TRT HABER», «TRT MUZİK», «TRT BELGESEL», «TRT SPOR», «TRT 2», «TRT KURDİ», «TRT WORLD», «TRT COCUK», «TRT SPOR 2», «EURO STAR», «360 TV», «24 TV», «KANAL AVRUPA», «TGRT EU», «POWER TÜRK», «TELE 1», «ATV AVRUPA»; «X1 Rights GmbH»: «Showtürk», «TV 8-İnt», «Kanal 7-Avrupa», «Habertürk», «Blomberg HT», «Showmax» telekanallarının özü tərəfindən yayımlanmasının, başqa şəxslərə ötürülməsinin qadağan edilməsini tələb etməklə haqlıdır və bu səbəbdən iddia əsaslı olduğundan təmin edilməlidir.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

41. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. V. Nəticə:

42. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə «5 İnternational»; «ЖАРА ТВ»; «İMA İNTERNATİONAL MEDİA ARTS»: «EURO D», «DREAM TURK», «TRT TURK», «TRT HABER», «TRT MUZİK», «TRT BELGESEL», «TRT SPOR», «TRT 2», «TRT KURDİ», «TRT WORLD», «TRT COCUK», «TRT SPOR 2», «EURO STAR», «360 TV», «24 TV», «KANAL AVRUPA», «TGRT EU», «POWER TÜRK», «TELE 1», «ATV AVRUPA»; «X1 Rights GmbH»: «Showtürk», «TV 8-İnt», «Kanal 7-Avrupa», «Habertürk», «Blomberg HT», «Showmax» telekanallarının özü tərəfindən yayımlanması, başqa şəxslərə ötürülməsi qadağan edilsin. Cavabdeh QSC-dən 100 (bir yüz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar