Məhkəmə qərarları › İş №e-2-2(113)-1767/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1767/2025

13.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1767/2025 13.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "Yük Taksisi.AZ” MMC-nin Cavabdeh qarşı “pul”tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər:xidmət müqaviləsi,pul) X5 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "Yük Taksisi.AZ” MMC-nin Cavabdeh tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı "Yük Taksisi.AZ” MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2025-ci il tarixinə hesablanmış 1200 (bir min iki yüz) manat məbləğində əsas borcun, 120 (yüz iyirmi) manat cərimə məbləğinin, qətnamə icra olunan günə kimi hər ay 200 (iki yüz iyirmi) manat məbləğində saxlama haqqının və ödənilmiş 34 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi, borc məbləğinin anbarda saxlanılan mallara yönəldilməsi, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam həcmdə ödəməzsə, qalıq borcun Cavabdeh tutulması, borc Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: tam ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Saxlayıcı” İddiaçı MMC ilə “Tapşıran” Cavabdeh arasında xx.xx.2024-cü il tarixli “Malların anbarda saxlama” Müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin şərtlərinə əsasən “Saxlayıcı” sifariş əsasında “Tapşıran”ın ona verdiyi daşınar əşyaları (malları) özünə məxsus anbarda saxlamağı,“Tapşıran” isə bunun müqabilində Müqavilə ilə müəyyən edilmiş qaydada, müddətdə və məbləğdə (200 manat) saxlama haqqını ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, İddiaçı MMC bu günə qədər Müqavilə və qanunvericilik üzrə öhdəliklərini tam, keyfiyyətli və vicdanlılığın tələb etdiyi tərzdə yerinə yetirmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən mallar bu günədək saxlanc anbarında saxlanılsa da, cavabdeh öhdəliklərini pozaraq saxlama haqqının ödənişindən yayınmışdır. Qoşmaya əlavə edilmiş fotoşəkillərdən də aşkar görünür ki, cavabdeh iddiaçının qanuni sahibliyində olan sahənin böyük bir hissəsini uzun müddətdir ki, saxlama haqqını ödəməməklə qanunsuz olaraq zəbt etmişdir və beləliklə, iddiaçıya maddi zərər vurmuşdur. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin saxlama haqqı üzrə bu günə olan qalıq borcu 1200 (bir min iki yüz) manat təşkil etməkdədir. Tərəfimizdən Cavabdeh dəfələrlə saxlama haqqının ödənilməsinə dair şifahi və xx.xx.2024-cü il tarixində yazılı qaydada pretenziya məktubu ilə müraciətlər olunsa da,cavabdeh bu günə qədər saxlama haqlarını ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırmaqdadır. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, xx.xx.2024-cü il tarixli Müqavilənin 5.4-cü bəndinə əsasən “Tapşıran” saxlama haqqının gecikdirilməsinə görə “Saxlayıcı”ya hər gecikdirilmiş gün üçün aylıq saxlama haqqının 1%-i məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Bu əsasla gecikdirilmiş müddət üzrə cavabdehin ödəməli olduğu cərimə məbləği ümumilikdə 998 (doqquz yüz doxsan səkkiz) manat təşkil etsə də, tərəfimizdən güzəşt faizi tətbiq edilərək əsas borc məbləğinin 10 %-i həcmində, yənicəmi 120 manat dəbbə pulu tələb edilməkdədir.

3. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək 1800 manat məbləğində əsas borcun, 120 manat cərimə məbləğinin, qətnamə icra olunan günə kimi hər ay 200 manat məbləğində saxlama haqqının və ödənilmiş 34 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi, borc məbləğinin anbarda saxlanılan mallara yönəldilməsi, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam həcmdə ödəməzsə, qalıq borcun Cavabdeh tutulması, borc tam ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

7. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

III. Sübutların tədqiqi:

8. İddiaçı MMC ilə ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Malların anbarda saxlama” Müqavilə imzalanmışdır. Həmin müqavilənin - 1.1-ci bəndinə əsasən əsasən, Saxlayıcı (anbar sahibi) sifariş əsasında Tapşıramn ona verdiyi daşınar əşyaları (bundan sonra “Mallar”ı) özünə məxsus anbarda saxlamağı, Tapşıran isə bunun müqabilində bu Müqavilə müəyyən olunmuş qayda və müddətdə saxlama haqqı ödəməyi öhdəsinə götürür. - 1.2-ci bəndinə əsasən tərəflər bu müqavilə üzrə saxlanca verilmiş malları saxlayıcının Saray Anbarı ünvanda yerləşən anbarında saxlamaq barədə razılığıa gəlirlər. - 2.1-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir. - 3.1-ci bəndinə əsasən Saxlayıcı bu Müqavilə üzrə nəzərdə tutulmuş xidmətin icrasına Tapşıramn və ya onun səlahiyyətli nümayəndəsinin ən azı 1 (bir) gün öncədən verilmiş yazılı və ya şifahi sifarişi əsasında başlayır. - 3.2-ci bəndinə əsasən malların təhvil alınması və anbara yerləşdirilməsi zamanı müvafiq olaraq təhvil-təslim aktı və anbar aktı tərtib edilir, Saxlayıcı və Tapşıranın nümayəndələri tərəfindən imzalamr və təsdiq edilir. - 3.3-cü bəndinə əsasən malların anbara yerləşdirilməsi və anbardan çıxarılması Saxlayıcımü nümayəndəsinin (anbardann) və Tapşıramn nümayəndəsinin iştirakı ilə icra edilir. - 4.1.1-ci bəndinə əsasən Bu Müqavilə ilə nəzərdə tutulmuş qayda və müddətdə saxlama haqqını tələb etmək; - 4.1.4-cü bəndinə əsasən gecikdirilmiş ödəniş üzrə razılaşdırılmış qaydada cərimə məbləği hesablamaq; - 4.1.5-ci bəndinə əsasən saxlama müqaviləsindən irəli gələn bütün tələblər üzrə saxladığı mallara komisyonçu kimi girov hüququna malik olmaq; - 4.4-cü bəndinə əsasən tapşıranın vəzifələri: - 4.4.1-ci bəndinə əsasən saxlama haqqını müqavilə ilə müəyyən edilmiş qayda və müddətdə Saxlayıcıya ödəmək. - 5.1-ci bəndinə əsasən Bu Müqaviləyə əsasən malların anbarda saxlama haqqı aylıq 180 manat məbləğində müəyyən edilir və öncədən ödənilir. Saxlayıcı tərəfindən birtərəfli qaydada aylıq saxlama haqqı yalmz Tapşırana 30 (otuz) təqvim günü öncədən yazılı bildiriş verilməklə dəyişdirilə bilər. Tərəflər razılaşır ki, ödəniş zamanı Manatın 10%-i ötən devalvasiyası müşahidə edilərsə, hesablanmış həmin fərq məbləği Tapşıran tərəfindən Saxiayıcıya əlavə olaraq ödəniləcəkdir. - 5.2-ci bəndinə əsasən saxlama haqqı Anbar aktının imzalandığı tarixdən müvafiq ayın sonunadək hesablanaraq malların anbara daxil olduğu gün, növbəti aylarda isə hər ayın ilk 3 (üç) iş günü ərzində nağd və ya köçürmə yolu ilə Tapşıran tərəfindən Saxiayıcıya ödənilir. - 5.3-cü bəndinə əsasən saxlama haqqı malların anbar aktı üzrə anbara daxil edildiyi gündən etibarən son malın anbardan çıxarıldığı günə kimi hesablanır. - 5.4-cü bəndinə əsasən Saxlama haqqının ödənilməsinin gecikdirildiyi hər gün üçün Tapşıran Saxiayıcıya aylıq saxlama haqqının 1% miqdarında cərimə hesablayır. Saxlama haqqının gecikdirildiyi gündən etibarən 2 (iki) ay keçdikdən sonra Saxlayıcı Tapşırana yazılı bildiriş təqdim etməklə malları digər anbara yerləşdirə bilər. - 5.5-ci bəndinə əsaəsn saxlama haqqının gecikdirildiyi gündən etibarən 3 (üç) ay ərzində Tapşıran saxlama haqqım və cərimə məbləğini ödəməzsə Saxlayıcı Tapşıranı yazılı qaydada xəbərdar etməklə yaranmış borc məbləğini saxlanc mallarına yönəltmək barədə müvafiq tədbirləri həyata keçirə bilər.

9. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh iddiaçıya həmin tarixə əsas borcu 1200 manat və cərimə borcu 998 manat müəyyən edilmişdir.

10. 06.03.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh iddiaçıya həmin tarixə əsas borcu 1600 manat və cərimə borcu 1788 manat müəyyən edilmişdir.

IV. Tətbiq edilən hüquq:

11. AR Mülki Məcəlləsinin: - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 822-ci maddəyə əsasən Saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür. - 823.1-ci maddəyə əsasən tapşıran saxlama müqaviləsinin icrası ilə bağlı saxlayıcının çəkdiyi zəruri xərclərin əvəzini ödəməlidir. - 823.2-ci maddəyə əsasən tapşıran saxlama üçün muzdu yalnız o halda ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya şərait nəzərə alınmaqla saxlama üçün muzd ödənilməsi qəbul edilmiş olsun. Zərurət olduqda muzd saxlamanın sonunda ödənilir. Müəyyən zaman hissələri üçün muzd ödənilməsi barədə razılaşma olduqda həmin muzd müvafiq olaraq ayrı-ayrı zaman hissələrinin sonunda hissələr şəklində ödənilir. - 823.3-cü maddəyə əsasən tapşıran saxlamaya götürülmüş əşyanın xarakteri ilə əlaqədar saxlayıcının düşdüyü zərərin əvəzini ödəməlidir, amma əşyanı saxlamaya verərkən onun təhlükəli xassələrini bilmədiyi və ya bilməli olmadığı və ya bu barədə saxlayıcıya bildiriş verdiyi və ya saxlayıcının bildirişsiz də bunu bildiyi hallar istisna təşkil edir. - 824.1-ci maddəyə əsasən əgər saxlama əvəzsiz həyata keçirilirsə, saxlama dövründə saxlayıcı yalnız qəsd və/və ya kobud ehtiyatsızlığa görə məsuliyyət daşıyır. Əgər saxlama haqq müqabilində həyata keçirilirsə, saxlayıcı şərtləşdirilmiş vicdanlılığa riayət edilməsi üçün, qalan hallarda isə bu cür əşyaların saxlanması zamanı adi olan vicdanlılıq üçün məsuliyyət daşıyır. - 824.2-ci maddəyə əsasən saxlayıcının saxlamaya götürdüyü əşyadan tapşıranın qabaqcadan razılığı olmadan istifadə etmək hüququ yoxdur. Əks halda o, əşyanın təsadüfən itməsi üçün, əgər itmənin əşyadan istifadə edilmədən də mümkün olduğunu sübuta yetirməsə, tapşıran qarşısında məsuliyyət daşıyır. - 824.3-cü maddəyə əsasən tapşıranın xahişi ilə saxlayıcı əşyanı qaytarmalıdır. Saxlama üçün konkret müddətin təyin edildiyi halda da bu müddəa həmişə qüvvədədir. Əşya onun saxlandığı yerdə qaytarılmalıdır. Əşyanın saxlayıcısı onu tapşırana çatdırmağa borclu deyildir. Əşya tapşıranın hesabına və tapşıranın riski ilə qaytarılır. - 827-ci maddəsinə əsasən anbar sahibi sənətkarlıq şəklində saxlama ilə məşğul olan və saxlama üzrə öz xidmətlərini açıq təklif edən saxlayıcıdır. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarında ayrı şərt qoyulmayıbsa, anbar sahibinin xidmətlərinə saxlama haqqında göstərişlər tətbiq edilir. - 830.2-ci maddəsinə əsasən anbar sahibi saxlama haqqından başqa, saxlamanın özü ilə bağlı olmayan bütün xərclərin əvəzinin, məsələn, fraxtın, gömrük rüsumlarının, təmir xərclərinin ödənilməsi hüququna malikdir. Müvafiq olaraq anbar sahibinin tələbi ilə tapşıran xərclərin əvəzini dərhal ödəməlidir. - 830.3-cü maddəsinə əsasən saxlama müqaviləsindən irəli gələn bütün tələblər üzrə anbar sahibi saxladığı mallara - tapşıranın mallarına komisyonçu kimi girov hüququna malikdir.

AR MPM-in: - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”

13. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X2rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

14. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

15. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı MMC ilə ilə Cavabdeh arasında bağlanmışxx.xx.2024-cü il tarixli “Malların anbarda saxlama” barədə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır.İddiaçı müqaviləyə əsasən sifariş edilmiş yükdaşıma xidmətlərini göstərməklə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh göstərilən müqavilə üzrə İddiaçı MMC -yə olan əsas borcu 1800 manat təşkil edir. Cavabdehin iddiaçıya 1800 manat məbləğində borcunun olması iş materiallarına əlavə edilmiş, müqavilə və figə sübutlarla tam təsdiq olunur.

16. Belə olan halda məhkəmə Mülki Məcəllənin 823.1-ci maddəsinə əsasən mübahisəli saxlama müqaviləsinə əsaslanan öhdəlik münasibətində kreditor olan iddiaçının borclu olan cavabdehdən saxlamaya görə haqq olan 1800 manat məbləğində pul vəsaitini ödənilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab edir ki, iddia əsas borc hissəsində təmin edilməli, Cavabdeh 1800 manat tutularaq İddiaçı MMC -yə ödənilməlidir.

17. Bununla yanaşı, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış müqaviləyə əsasən hesablanmış 120 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

18. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

19. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

20. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki,120 manat məbləğində dəbbə pulu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

21. İddia tələbinin digər hissəsinə - “borc məbləğinin anbarda saxlanılan mallara yönəldilməsi” tələbinə gəldikdə isə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 4.1.5-ci maddəsinə və Mülki Məcəllənin 469 maddəsinə əsasən iddiaçının müqavilə üzrə saxlanca verilmiş əşyalar üzərində girov hüququ olduğu üçün, yaranmış borc məbəğinin cavabdehə məxsus əmlaka yönəldilməsi hüququ yaranmışdır.

22. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixinə hesablanmış 1800 manat əsas borc, 120 manat dəbbə pulu, qətnamə icra olunan günə kimi hər ay 200 manat olmaqla saxlama haqqı tutularaq İddiaçı MMC-yə ödənilməli, tələb üzrə tutma iddiaçıya məxsus anbarda saxlanılan cavabdehə məxsus mallara yönəldilməli, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam həcmdə ödəməzsə, qalıq borc Cavabdeh tutulmalı, borc tam ödənildikdən sonra anbar sahəsi Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməlidir.

23. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 34 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

24. Məhkəmə hesab edirki, iddia təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə 34 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixinə hesablanmış 1800 (min səkkiz yüz) manat məbləğində əsas borc, 120 (yüz iyirmi) manat məbləğində cərimə borcunun, qətnamə icra olunan günə kimi hər ay 200 (iki yüz iyirmi) manat məbləğində saxlama haqqının və ödənilmiş 34 manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-yə ödənilsin. Tələb üzrə tutma iddiaçıya məxsus anbarda saxlanılan cavabdehə məxsus mallara yönəldilsin, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam həcmdə ödəməzsə, qalıq borc Cavabdeh iddiaçınn xeyrinə tutulsun, borc tam ödənildikdən sonra anbar sahəsi Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı MMC-yə təhvil verilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar