Məhkəmə qərarları › İş №e-2-2(113)-1779/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1779/2020

21.08.2020 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1779/2020 21.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, ərizəçinin nümayəndəsi Vəkil, maraqlı şəxs X3 iştirakı ilə, Ərizəçi (MMC) müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi barədə borclu “xxxx X1 ərizəsinə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi MMC ərizə ilə məhkəməyə müraciət edərək cəmiyyətin müflis elan edilməsi və iflas prosesinin həyata keçirilməsi üçün fiziki şəxs X3 əmlak inzibatçısı təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 1-ci bəndinin “b” yarımbəndinə əsasən borclu müəssisənin iflas haqqında ərizəsinə ödənilməli və alınmalı məbləğlər müfəssəl göstərilməklə, borclunun kreditorlarının və debitorlarının siyahısı əlavə edilir. Lakin qeyd olunan normanın tələbinə zidd olaraq həmin siyahı ərizəyə əlavə olunmamışdır. Ərizədə kreditor “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin adı, həmin kreditora ödənilməli məbləğ göstərilsə də, debitorların mövcud olub-olmaması, olduğu təqdirdə aılnmalı məbləğlə bağlı heç bir məlumat qeyd olunmamışdır. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən iflas haqqında məhkəməyə verilmiş ərizənin (iddia ərizəsinin) bu Qanunun tələblərinə uyğun gəlməməsi, o cümlədən ona əlavə olunmalı sənədlərin həmin ərizə ilə birlikdə təqdim edilməməsi qanunvericilikdə nəzərdə tutulan müvafiq prosessual nəticələrə (məhkəmənin ərizəsini qəbul etməkdən imtina etməsinə, onu baxmadan saxlamasına, hərəkətsiz saxlamasına, yaxud qaytarmasına) səbəb ola bilər. Məhkəmə hesab edir ki, ödənilməli və alınmalı məbləğlər müfəssəl göstərilməklə, borclunun kreditorlarının və debitorlarının siyahısı əlavə olunmadığına görə ərizə baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi barədə borclu “xxxx X1 ərizəsi baxılmamış saxlanılsın. Ərizəçinə izah edilsin ki, ödənilməli və alınmalı məbləğlər müfəssəl göstərilməklə, borclunun kreditorlarının və debitorlarının siyahısı əlavə olunduqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar