Məhkəmə qərarları › İş №e-2-2(113)-1916/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1916/2021

29.03.2021 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1916/2021 29.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi və Aslanov Kamal Sahib oğlunun katibliyi ilə, Ərizəçi İddiaçı (kreditorlar “xxxx” MMC və “X1”) müflis elan edilmə və iflas prossesinə başlanılması tələbinə dair ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı müflis elan edilməsi və borclarının ödənilməsi məqsədilə aktivlərinin müəyyən edilməsi üçün əmlak inzibatçısının təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müflisləşmə və iflas haqqında Azərbaycan Respublikası Qanunun: 2-ci maddəsinin 1-ci bəndinə əsasən iflas haqqında işlərə başlanması və həmin işlərə baxılması qaydası bu Qanunun spesifik tələbləri nəzərə alınmaqla, qüvvədə olan prosessual qanunvericiliklə tənzimlənir. 4-cü maddəsinin 2-ci bəndinin: c) yarımbəndinə əsasən bütün məlum kreditorların (adları, atalarının adları, soyadları), poçt ünvanı və onların borcluya qarşı irəli sürdüyü tələblərin məbləğləri; d) yarımbəndinə əsasən bu Qanuna müvafiq surətdə borclunun ödəmə qabiliyyətsizliyinin özü tərəfindən təsdiq edilməsi və ya sübut olunmasına dair məlumatı iflas haqqında məhkəməyə verilən ərizədə göstərməlidir. Həmin qanunun 8-ci maddəsinin tələblərinə görə iflas haqqında məhkəməyə verilmiş ərizənin (iddia ərizəsinin) bu Qanunun tələblərinə uyğun gəlməməsi, o cümlədən ona əlavə olunmalı sənədlərin həmin ərizə ilə birlikdə təqdim edilməməsi qanunvericilikdə nəzərdə tutulan müvafiq prosessual nəticələrə (məhkəmənin ərizəsini qəbul etməkdən imtina etməsinə, onu baxmadan saxlamasına, hərəkətsiz saxlamasına, yaxud qaytarmasına) səbəb ola bilər. Ərizəyə əlavə edilmiş və elektron informasiya sistemində yerləşdirilmiş sənədləri nəzərdən keçirilərkən, Azərbaycan Respublikası MPM-nin 149.2-ci maddəsinə riayət olunmadığı və ərizənin kreditor tərəfindən almasını təsdiq edən sənədin aşkar edilmədiyi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ərizəçi ərizənin kreditorlar hissəsinin 3-cü və 4-cü bəndlərdində müvafiq olaraq vergilər və muzdla işləyənləri işə götürən sığortaedənlər (MDSS) üzrə borc məbləğini göstərsə də, kreditorların adlarını (konkret) və ünvanları göstərməmişdir. Azərbaycan Respublikası MPM-nin 150.0.4-cü maddəsinə əsasən, iddia ərizəsinə kommersiya mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə olunmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və kommersiya mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər, həmçinin 20 manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən ********* nömrəli, xx.xx.2021-ci il tarixli qəbz iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Ərizəçi İddiaçı müflis elan edilmə və iflas prossesinə başlanılması tələbinə dair ərizəsinə və ona əlavə olunmuş sənədlər, həmçinin 20 manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən ********* nömrəli, xx.xx.2021-ci il tarixli qəbz geri qaytarılsın. Ərizəçi İddiaçınə izah edilsin ki, müflis elan edilməsi tələblə bağlı işlərdə cavabdehlərin (kreditor) adları və ünvanları qeyd olunmalı, borclunun ödəmə qabiliyyətsizliyinin özü tərəfindən təsdiq edilməsi və ya sübut olunmasına dair məlumat, həmçinin iddia ərizəsinin cavabdeh (kreditor) tərəfindən alınmasını təsdiq edən sübut (poçt qəbzi və ya digər sübut) ərizəyə əlavə ediləndən sonra təkrarən məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar