Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3132/2023 11.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi üzrə pul tələbi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 716 saylı xx.xx.2023-cü il tarixli müqavilə üzrə 3.611 manat borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 25 aprel 2022-ci il tarixli, 716 saylı Xidmət Müqaviləsinin 2.1-ci bəndində qeyd olunan xidmətləri Korporativ Abunəçi olan Cavabdeh MMC-yə təqdim etməyi, Korporativ Abunəçi isə müqavilənin 4.1-ci bəndinə əsasən, bu xidmətlərin təqdim edilməsi müqabilində müqavilənin həmin bənddə qeyd olunan müvafiq haqları Şirkətə öhdəməyi üzərinə götürmüşdür. Korporativ Abunəçi ilə Şirkət arasında bağlanan müqavilənin 4.3-cü bəndinə əsasən, Korporativ Abunəçi hər ayın 25-ci günündən gec olmayaraq xidmətlərdən istifadə edəcək şəxslərin siyahısını göndərir və növbəti aylarda bununla bağlı hər hansı bildiriş almazsa, istifadəçilərin sayı əvvəlki qaydada hesablanır. xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində Korporativ Abunəçinin səlahiyyətli nümayəndəsi tərəfindən elektron poçt vasitəsi ilə istifadəçilərin siyahısı göndərilmişdir. "xxxx" MMC siyahıda adları çəkilən istifadəçilər Səbinə Məhərrəmlinin, Qanuni nümayəndə1, İlqar Cəbiyevin, Rəna Hacıyevanın birdən çox fitnes mərkəzinə girişini təmin etmişdir və müqavilədən irəli gələn digər öhdəlikləri həyata keçirmişdir. Belə ki, Şirkətin təqdim etdiyi xidmətə uyğun olaraq əməkdaşlıq edən hər bir abunəçi "xxxx" MMC tərəfindən müqavilənin 4.1-ci bəndində göstərilən abunəlik paketindən asılı olaraq müvafiq məbləğdə və qaydada ödəniş etməlidir. Cavabdeh MMC öz növbəsində Müqavilənin 4.1-ci bəndinə əsasən siyahıda adları çəkilən hər bir istifadəçi üçün seçimdən asılı olaraq aylıq 165 manat (ƏDV daxil) dəyərində və aylıq 68 manat (ƏDV daxil) dəyərində ödənişləri ödəməyi öz öhdəsinə götürmüşdür. Şirkət tərəfindən təqdim edilən xidmətlərin icrası və həyata keçirilməsi ilə bağlı Korporativ Abunəçi tərəfindən hər hansı irad və ya şikayət tərəfimizə bildirilməmişdir. Şirkət tərəfindən təqdim edilən xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı ilk elektron qaimə xx.xx.2022-ci il tarixdə cavabdeh hüquqi şəxs olan korporativ abunəçiyə təqdim edilmiş, lakin o müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmışdır və "xxxx" MMC tərəfindən göstərilən xidmətlərin ödənişini etməyi dayandırmışdır. Bununla, təqdim olunmuş EBBV 829929 saylı xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə 233 AZN, EBBX 561443 saylı xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə 563 AZN, EBBZ 411293 saylı xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə 563 AZN, EBCB 382115 saylı xx.xx.2022-ci il tarixli qaimə üzrə 563 AZN, EBCD 282505 saylı xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə 563 AZN, EBCG 577647 saylı xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə 563 AZN və EBCİ 571086 saylı xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə 563 AZN olmaqla ümumilikdə isə 3.611 manat (ƏDV daxil) məbləğ ödənilməmişdir
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak eən İddiaçı nümayəndəsi Nümayəndə iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - Həmin Məcəllənin 783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
9. İşin müəyyən olunmuş halı ondan ibarətdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında 25 aprel 2022-ci il tarixli, 716 saylı Xidmətlərin göstərilməsinə dair müqavilə bağlanmışdır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
10. Müqavilənin 2.1 və 2.2-ci bəndlərinin məzmunundan görünür ki, İddiaçı MMC Cavabdeh MMC-yə siyahısı mobil tətbiqdə göstərilmiş Bakı şəhəri ərazisində yerləşən ən azı 30 idman klubundan istifadə imkanının yaradılması və s. xidmətlərin göstərilməsini öz üzərinə götürmüşdür. Cavabdeh MMC isə müqavilənin 4.1-ci bəndindən göründüyü kimi, iddiaçının göstərmiş olduğu xidmətlərə görə standard abunəçilər üçün aylıq 68 manat, premium abunəçilər üçün isə 165 manat məbləğində xidmət haqqını ödəməyi öz üzərinə götürmüşdür.
11. Hazırda iddiaçı tərəf cavabdehlə bağlanmış olan müqavilə üzrə 2022-ci ilin aprel ayından 2022-ci ilin noyabr ayınadək xidmətlərin göstərildiyini, göstərilmiş xidmətlərə görə cavabdeh tərəfindən hər hansı bir ödənişin edilmədiyini bildirərək, 3.611 manat məbləğində pulun tutulmasını xahiş edir.
12. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin həqiqi məzmununa və tərəflər arasında formalaşmış olan işgüzar münasibətlərə nəzər yetirildiyində aydın olur ki, tərəflər arasında bağlanmış müqaviləyə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir.
13. Ona görə də məhkəmə hesab edir ki, Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
14. Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
15. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan məqam iddiaçı tərəfindən cavabdehə xidmətin göstərilib-gösərilməməsidir.
16. İş materiallarında olan elektron poçt üzərindən həyata keçirilən yazışmalardan görünür ki, cavabdehin əməkdaşı olan Qanuni nümayəndə1 xx.xx.2022-ci il tarixdən aylıq xidmət haqqı 68 manat olan “Standart paket”, Məhərrəmli Səbinəyə xx.xx.2022-ci il tarixdən aylıq xidmət haqqı 165 manat olan “Premium paket”, Hacıyeva Rənaya xx.xx.2022-ci il tarixdən “Premium paket”, Cəbiyev İlqara xx.xx.2022-ci il tarixdən “Standart paket” xx.xx.2022-ci il tarixdən isə Cəbiyev İlqara “Premium paket” istifadəçisi kimi xidmətlər təşkil edilmişdir. Həmçinin də, həmin elektron poçt üzərindən həyata keçirilən yazışmalardan görünür ki, adıçəkilən şəxslərin aylıq xidmət haqqını Cavabdeh ödəməyi öz üzərinə götürmüşdür.
17. Bundan başqa işdən göründüyü kimi, "xxxx" MMC tərəfindən Cavabdehnə EBBV 829929 saylı xx.xx.2022-ci il tarixli dəyəri 233 manat olan 1 nəfər premium abunəçi və 1 nəfər standart abunəçiyə xidmətlərin göstərilməsi ilə bağlı, EBBX 561443 saylı xx.xx.2022-ci il tarixli dəyəri 563 manat olan 3 nəfər premium abunəçi və 1 nəfər standart abunəçiyə xidmətlərin göstərilməsi ilə bağlı, EBBX 411293 saylı xx.xx.2022-ci il tarixli dəyəri 563 manat olan 3 nəfər premium abunəçi və 1 nəfər standart abunəçiyə xidmətlərin göstərilməsi ilə bağlı, EBCB 382115 saylı xx.xx.2022-ci il tarixli dəyəri 563 manat olan 3 nəfər premium abunəçi və 1 nəfər standart abunəçiyə xidmətlərin göstərilməsi ilə bağlı, EBCD 282505 saylı xx.xx.2022-ci il tarixli dəyəri 563 manat olan 3 nəfər premium abunəçi və 1 nəfər standart abunəçiyə xidmətlərin göstərilməsi ilə bağlı, EBCG 577647 saylı xx.xx.2022-ci il tarixli dəyəri 563 manat olan 3 nəfər premium abunəçi və 1 nəfər standart abunəçiyə xidmətlərin göstərilməsi ilə bağlı, EBCİ 571086 saylı xx.xx.2022-ci il tarixli dəyəri 563 manat olan 3 nəfər premium abunəçi və 1 nəfər standart abunəçiyə xidmətlərin göstərilməsi ilə bağlı elektron qaimələr göndərilmişdir.
18. Məhkəmə qeyd edir ki, elektron poçt üzərindən həyata keçirilən yazışmaların məzmunu və iddiaçı tərəfindən cavabdehə göndərilmiş olan elektron qaimələrlə bağlı hər hansı bir etirazın edilməməsi halı onu təsdiq edir ki, həqiqətən də, iddiaçı tərəfindən cavabdehə 2022-ci ilin aprel ayından 2022-ci ilin noyabr ayınadək idman klublarından istifadə imkanının yaradılması və s. kimi xidmətlər göstərilmiş və bu barədə göndərilmiş elektron qaimələrdə qeyd edilmiş məbləğlərin cəmi 3.611 manat təşkil edir.
19. Cavabdeh tərəfindən isə göstərilmiş olan xidmətlərlə görə hər hansı bir ödənişin edilməsinə dair sənəd əlavə edilməməklə yanaşı, iddiaya dair də, hər hansı bir etiraz Məhkəməyə göndərilməmişdir.
20. Belə olan halda, Məhkəmə hesab edir ki, göstərilmiş olan xidmətlərə görə görə cavabdehin 3.611 manat məbləğində borcu yaranmışdır və qeyd edilmiş mməbləğdə pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
21. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
22. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. 25 aprel 2023-cü il tarixli müqaviləyə əsasən 3.611 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov